1. Uzun pambıq, kətan, yun və s. liflərindən eşilib hazırlanan və əsasən bağ kimi işlədilən məmul. İplə bağlamaq. Tayları iplə sarımaq. – [Ağa:] Gördüm yeşiyin ipi qırılıb.
// məc. Buxov, cidar, əl-ayağı bağlayan şey mənasında.
2. Pambıq iplikdən toxunmuş.
□ İp vurmaq – toxumaq (iplə). Torun ipini vurmaq. Corab ipi vurmaq.
◊ İpə (ipə-sapa) yatmamaq (gəlməmək) – heç bir nəsihət götürməyən, söz eşitməyən, yaxud heç bir nizam və intizama uyuşmayan adam haqqında.
İpə-sapa düzmək (düzülmək) – fikrin, sözlərin düzgün, səlis, rəvan ifadə edilməsi haqqında.
İpə-sapa yatmaq (gəlmək) – yola gəlmək, söz eşitmək, nəsihət qəbul etmək. [Hümmətyar:] [Xanpəri] ancaq iki ildir daha o adam deyildir.
…ipinə (ipinin üstünə) odun yığmaq olmaz – etibarsız, sözünün üstündə durmayan, mütərəddid adam haqqında.
İpini boşaltmaq (buraxmaq) – sərbəstlik vermək, pis hərəkətlərinə göz yummaq, qabağını almamaq, başlıbaşına buraxmaq. Uşağın ipini lap boşaltmısan ha.
İpini çəkmək (yığmaq, yığışdırmaq) – pis yoldan, pis əməldən qaytarmaq, qabağını almaq, həddini göstərmək, intizama çağırmaq.
Boğazına ip salmaq – boğub öldürmək.