Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avstraliya mətbuatı
Avstraliya mediası — Avstraliyada yerləşən kütləvi informasiya vasitələri. Avstraliya ənənəvi və rəqəmsal formatları əhatə edən və əsasən ingilisdilli əhaliyə xidmət göstərən müasir və müxtəlif media sənayesinə malikdir. Avstraliya 2018-ci ildə mətbuat azadlığı reytinqində 180 ölkə arasında 19-cu yerdə qərarlaşmış, lakin 2020-ci ildə 26-cı yerə düşmüşdür. Avstraliyada media müxtəlif formatlarda, o cümlədən radio, televiziya, qəzet və internetlə təmin olunur. Çeşidlərə yerli, regional, ştat, federal və beynəlxalq media mənbələri daxildir. Onlar Avstraliya xəbərləri, siyasəti, problemləri və mədəniyyəti haqqında məlumat verirlər. Ölkənin ən iri qəzetləri: "Herald Sun", "The Sydney Morning Herald", "The Daily Telegraph" və s. Ən böyük teleqraf agentliyi "Australian Associated Press"dir.
Azərbaycan mətbuatı
Azərbaycan milli mətbuatı — 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin redaktorluğu ilə ilk nömrəsi işıq üzü görən "Əkinçi" qəzetinin nəşri ilə bünövrəsi qoyulan Azərbaycan mətbuatı o dövrdən indiyədək uğurlu yol qət etmişdir. 1832-ci ildə "Tiflis əxbarı" qəzeti və 1845-ci ildə "Zaqafqazski vestnik" qəzetinə "Qafqazın bu tərəfin xəbəri" adlı Azərbaycanca buraxılan əlavə milli mətbuatın yaradılması istiqamətində atılmış ilk addımlar olmuşdur. Rəsmi bülleten xarakteri daşıyan həmin nəşrlər sözün əsl mənasında hələ qəzet adlandırıla bilməzdi. Bünövrəsi 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani yaxından iştirak etmişdir.. "Əkinçi" elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar dərc edirdi. Qəzetin qazandığı ən böyük uğurlar ilk növbədə onun dilinin xalq dilinə yaxın, sadə və səlis olması idi. Xalqın elmi və mədəni cəhətdən tərəqqi etməsi uğrunda çalışan "Əkinçi" qadın azadlığı və qadın təhsili ideyasını təbliğ edən ilk Azərbaycan qəzeti olmuşdur. O, dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar edirdi. Qəzetdə təbiət elmləri və kənd təsərrüfatının inkişafı ilə bağlı elmi-kütləvi məqalələr verilirdi.
Koreya mətbuatı
Koreya mətbuatı — Koreyada informasiya. Koreya mətbuatı artıq 100 ilini tamamlamışdır. Koreyanın ilk müasir qəzeti Dongnip Şinmun (독립신문) 1986-cı ildə Se Ce Pil (서재필) tərəfində yaradılmışdır. Bu qəzet 4 kiçik səhifədən ibarət olan ikidilli qəzet idi. Birinci 3 səhifə Koreya dilində, son səhifəsi isə İngilis dilində dərc olunurdu. 독립신문 1897.04.07 금요일자.gif The Chosun Ilbo (조선일보) və The Dong-A Ilbo (동아일보) Koreyanın ən qədim qəzetləri olmuşdur. The Chosun Ilbo (조선일보) Park Doo-Sik tərəfindən 5 mart 1920-ci ildə, The Dong-A Ilbo (동아일보) isə Kim Jae-Ho tərəfindən 1 aprel 1920-ci ildə yaradılmışdır. Hər ikisi 1920-ci il 1 Mart Müstəqillik Hərəkatından sonra qurulmuşdur və müstəqil siyasət ilə ictimaiyyət üzərində böyük təsirə malik olmuşdur. 1946-01-17 조선일보 박헌영 발언 논란.jpg 동아일보 창간호.jpg Koreya qəzetlərinin başlıca məqsədi Koreya xalqının milli mübarizəsini dəstəkləyərək xalqın gözünü daim dəyişməkdə olan dünyaya yönəltmək idi. Qəzetlər Yapon əsarəti illərində (1920–1945) azadlıq hərəkatları üçün də çox əhəmiyyətli mövqe daşıyırdılar.
Azərbaycan Milli Mətbuatı
Azərbaycan milli mətbuatı — 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin redaktorluğu ilə ilk nömrəsi işıq üzü görən "Əkinçi" qəzetinin nəşri ilə bünövrəsi qoyulan Azərbaycan mətbuatı o dövrdən indiyədək uğurlu yol qət etmişdir. 1832-ci ildə "Tiflis əxbarı" qəzeti və 1845-ci ildə "Zaqafqazski vestnik" qəzetinə "Qafqazın bu tərəfin xəbəri" adlı Azərbaycanca buraxılan əlavə milli mətbuatın yaradılması istiqamətində atılmış ilk addımlar olmuşdur. Rəsmi bülleten xarakteri daşıyan həmin nəşrlər sözün əsl mənasında hələ qəzet adlandırıla bilməzdi. Bünövrəsi 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani yaxından iştirak etmişdir.. "Əkinçi" elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar dərc edirdi. Qəzetin qazandığı ən böyük uğurlar ilk növbədə onun dilinin xalq dilinə yaxın, sadə və səlis olması idi. Xalqın elmi və mədəni cəhətdən tərəqqi etməsi uğrunda çalışan "Əkinçi" qadın azadlığı və qadın təhsili ideyasını təbliğ edən ilk Azərbaycan qəzeti olmuşdur. O, dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar edirdi. Qəzetdə təbiət elmləri və kənd təsərrüfatının inkişafı ilə bağlı elmi-kütləvi məqalələr verilirdi.
Azərbaycan mühacirət mətbuatı
Azərbaycan mühacirət mətbuatı — Azərbaycan mətbuatının mühüm qollarından biri. Tarixin müəyyən inkişaf mərhələsində ictimai-siyasi həyatın, insanlar və dövlətlər arasındakı münasibətlərin, hərbi ideoloji münaqişələrin məhsulu kimi ortaya çıxan mühacirət ümumbəşəri bir problemdir. Mühacirət (latınca "emiqro" — köçürəm, çıxıram) — daimi və ya müvəqqəti yaşamaq üçün digər ölkəyə könüllü və ya məcburi köçmə, hər hansı bir ölkədə yaşayan mühacirlərin toplusudur. Mühacirətin tarixi uzaq keçmişdən başlamışdır. Qədim imperiyaların, sonralar isə Sasanilərin, Ərəb xilafətinin və digər dövlətlərin Azərbaycanda işğalçı siyasəti mühacirətə səbəb olmuşdur. Lakin müasir anlamda mühacirət Azərbaycan tоrpaqlarının Rusiya və Iran arasında bölüşdürülməsilə (1813-cü il Gürcüstan müqaviləsi və 1828-ci il Türkmənçay müqaviləsi) bağlı olmuşdur. Çar Rusiyasının müstəmləkəçilik siyasəti, еrmənilərin azərbaycanlılara qarşı soyqırımları Şimali Azərbaycandan, hakim dairələrin sosial-siyasi zülmündən narazılıq isə Cənubi Azərbaycandan əhalinin zaman-zaman mühacirətinə səbəb olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra yaranan mühacirət, Azərbaycanın mühacirət tarixində yeni bir səhifə açmışdı. Cümhuriyyətin rəhbərlərinin böyük bir hissəsi, yeni qurulmuş sovet hakimiyyətinin ideya düşmənləri, keçmiş sahibkarların əksəriyyəti ölkəni tərk edərək, mühacirətə getmişdi. Ilk dəfə olaraq, Azərbaycan mühacirəti siyasi cəhətdən təşkilatlanmış, ədəbi-bədii məktəb, dövri mətbuat yaratmışdı.
Cənubi Azərbaycan mətbuatı
Cənubi Azərbaycan mətbuatı — Cənubi Azərbaycanda mətbuat. 1905–1911 illər Məşrutə inqilabında Güney Azərbaycan aparıcı və həlledici rol oynadı. Bu inqilab Azərbaycan xalqının içtimai-siyasi və milli düşüncəsinin inkişafı üçün şərait yaratdı. Məşrutə fərmanı ölkədə siyasi fəzanın açılmasına gətirdi. Gündən-günə genişlənən siyasi hadisələr və içtimai çəkişmələr ölkənin xəbər mərkəzinə çevrilməsinə, bu isə Azərbaycanda mətbuat bazarının yaranmasına gətirib çıxardı. Müxtəlif qəzetlər yayılmağa başladı. İlk milli şuranın açılmasından və Azərbaycan nümayəndələrinin Tehrana gəlməsindən sonra Azərbaycan millət vəkillərinin təkidilə 1908-ci ildə senzura ləğv edildi. Bu qanunun qəbul edilməsindən əvvəl nəşr olunan qəzetlər haqqında Əhməd Kəsrəvi yazırdı ki: "…doğrudur, bu dövrdə ölkədə bir sıra qəzetlər nəşr edilirdi. Lakin onların çoxusu yersiz dualar, məddahlıq, qaranı ağ göstərmək və s. kimi yazılarla dolu idi.
Məşrutə dövrü mətbuatı

Yel Universiteti mətbuatı
Yel Universiteti mətbuatı (ing. Yale University Press) — 1908-ci ildə qurulmuşdur. 1961-ci ildə rəsmi olaraq maliyyə baxımından müstəqil olaraq Yel Universitetinin şöbələrindən birinə çevrildi. Naşir Konnektikut ştatının Nyu-Heyven şəhərindədir; Londonda bir filial var. Bu, İngiltərədə filialı olan bir neçə Amerika universiteti nəşriyyatından biridir. Bu filial nəşriyyatın çap etdiyi kitabların demək olar ki, üçdə birini nəşr etdirir. 2009-cu ilə kimi nəşriyyat hər il təxminən 300 yeni adda sərt örtükdə və təxminən 150 yumşaq örtükdə kitab nəşr edir. Nəşriyyatın çapdakı kitablarının ümumi çeşidi 6000-ə yaxındır. Ən məşhurları sənət və memarlıq mövzusunda nəşrlərdir; bu sahədə aparıcı nəşrlərdən biridir . Siyasi elmlər, fəlsəfə, tarix, bibliya araşdırmaları və fantastika mövzusunda kitablar da nəşr olunur.
Türkiyədə etnik azlıqların mətbuatı
Türkiyədə etnik azlıqların mətbuatı (türk. Türkiye'de azınlık basını) — Türkiyədə yaşayan və etnik mənsubiyyət baxımından azlıq olaraq qəbul edilmiş xalqların nümayəndələri tərəfindən müxtəlif vaxtlarda çap edilmiş və hələ də, nəşr edilməyə davam etdirilən qəzet və jurnallara verilən ümumi ad. Türkiyədə etnik azlıqların ilkin mətbuat fəaliyyətləri hələ Osmanlı imperiyası dövrünə təsadüf etməkdədir. Osmanlı imperiyası zamanında imperiya daxilində yaşayan etnik azlıqlar gayrimüslim (azərb. geyri-müsəlmanlar‎) formasında təsinafatlandırılmışdır və bu səbəbdən məqalədə göstərilən dövrü-mətbuat nümunələri əsasən geyri-müsəlmanlara aiddir. Osmanlı imperiyasında yəhudi, erməni və yunan kimi xalqlar din və adət-ənənə baxımından Avropada yaşayan xalqlara daha yaxın olduqlarından etnik azlıqların ilkin mətbuat nümunələri də əsasən bu xalqlara məxsusdur. Ümumilikdə Osmanlıda etnik azlıqlara məxsus necə ədəd qəzet-jurnalın nəşr edildiyi dəqiq məlum deyildir. Bunun əsas səbəbi bəzi qəzetlərin periodik formada nəşr edilməsi, bəzilərinin isə cəmi bir sayının çap edilməsidir. Qalatasaray Universitetindən olan Simge Süllünün son araşdırmalarına əsasən Osmanlı imperiyası zamanı etnik azlıqlar tərəfindən çap edilmiş qəzetlərin sayı 1.746 ədəd olmuşdur. Bunlardan 29-u almanca, 300-dən çoxu ərəbcə, 11-i albanca, 11-i boşnakca 39-u bolqarca, 2-si çərkəzcə, 601-i ermənicə, 11-i farsca, 700-dən çoxu fransızca, 1-i gürcücə, 2-si xorvatça, 7-si yunanca, 6-sı rusca, 6-sı serbçə, 2-si urduca və 102-si yəhudicə çap olunmuşdur.
Ərəb ölkələrində çap mətbuatı
Ərəb çap mediasının əksəriyyəti zəif iqtisadi bazada mövcud olmuşdur. Onlar savadlı əhalinin az olması və bir çox yerlərdə məhdud gəlirdən əziyyət çəkirdilər. Eyni zamanda satışdada məhdudiyyət vardır, beləki mediada reklamdan istifadə çox geniş inkişaf etməmişdir. Hətta bəzi Ərəb ölkələri və fiziki şəxslərin 20-ci əsrin ikinci yarısında varlanmasına baxmayaraq, onlar reklamı ciddiyyətə almır və medianı önəmli investisiya kimi görmürdülər. Mətbu xəbərlərini daşıyan ərəblər tərəfindən yazılmış ilk nəşr olunan Jurnal-al-İraq olmuşdur və 1816-cı ildə ərəb və türk dillərində Bağdadda çıxmağa başlamışdır. İki ərəb qəzeti 1820-ci illərdə Qahirədə nəşr olunmağa başlamış və bundan sonra 1847-ci ildə Əlcazairdə,1858-ci ildə Beyrutda, 1860-cı illərdə Tunis, Dəməşq və Ttipoli Liviyada, 1879-cu ildə San`a, 1889-cu Kasablanka və 1908-ci ildə Məkkədə qəzetlər çıxmağa başlayır. Çap mediasının aparıcı mərkəzləri Livan və Misir olmuşdur və bu ölkələrdə bir çox ərəb ölkələrindən daha erkən vacib xəbərlər çap olunurdu. Onlar 21-ci əsrə qədər jurnalistikada aparıcı səviyyəsini saxlaya bilmişdir. İlk gündəlik ərəb qəzeti 1873-cü ildə Beyrutda çıxmış al-Ahram olmuşdur. Bu günə qədər də aparıcı gündəlik qəzetdir.
1905-1906-cı illər Azərbaycan mətbuatı
1905-1906 cı illər Azərbaycan mətbuatı
1905–1906-cı illərdə Azərbaycan mətbuatı
1905–1906-cı illər Azərbaycan mətbuatı — XX əsr Azərbaycan mətbuatının mühüm mərhələrindən biri. 1905-ci ildən başlayaraq Bakıda mətbuat sürətlə inkişafa başladı. Şübhəsiz ki, bu işdə çarın 17 oktyabr tarixli manifesti az rol oynamamışdı. Mətbuat sahəsində senzura qismən zəifləmişdi. Bu illərdə Bakıda 63-ə qədər qəzet və jurnal çap olunurdu. Onların arasından yalnız bir neçəsi Bakıdan xaricdə nəşr olunurdu. Qəzetlərdən çoxunun ömrü qısa olsa da, elə qəzetlər var idi ki, istər ölkə daxilində, istərsə də xarici ölkələrdə öz yüksək professionallığı və intellektuallığı ilə özünə çoxlu abunəçilər toplaya bilmişdilər. Məsələn, "Molla Nəsrəddin" məcmuəsi Uzaq və Yaxın Şərqdə geniş yayılmışdı. Habelə "Füyuzat" məcmuəsi, "Həyat" və "İrşad" qəzetlərinin də Şərq ölkələrində çoxlu abunəçisi var idi. Savadsız abunəçilər "Molla Nəsrəddin" məcmuəsini bəzən onun səhifələrində çap edilən kəskin siyasi karikaturalarına görə alırdılar.
Mətbuat
Mətbuat — dövri çıxan qəzet, jurnal və s.-nin ümumi adı. Mətbuat (çap olunmuş əsərlər, çap məhsulları) sözü termin kimi, əsasən, dövri mətbuat mənasında işlədilir. Kütləvi informasiya və təbliğatın əsas vasitəsi kimi mətbuat sosial və siyasi mübarizənin, elmi bilikləri yaymağın, maarif və mədəniyyəti inkişaf etdirməyin, ictimai rəyi və dünyagörüşünü formalaşdırmağın qüdrətli silahıdır.
Dövri mətbuat
Dövri mətbuat — müəyyən vaxt ardıcıllığı ilə çap edilən nəşrlər; kütləvi informasiya və təbliğatın əsas vasitələrinin ümumi adı. Dövri mətbuata qəzet, jurnal, dövri məcmuələr, bülletenlər və s. aid edilir. Dövri mətbuatın əsas xüsusiyyətləri onun müəyyən edilmiş vaxtda müntəzəm çıxması, bütün nömrələrin eyni ad daşıması, illik nömrə və cildlərin sıra ilə artması, redaktorun və ya redaksiya heyətinin rəhbərliyi ilə buraxılmasıdır; əlavə xüsusiyyətləri: jurnallar üçün – dövriliyi (həftəlik, iki həftədən bir, aylıq, rüblük), hər ildə yeni nömrələrlə çıxması, çap vərəqlərinin qatlanaraq tikilməsi; qəzetlər üçün – dövriliyi (gündəlik, həftədə üç dəfə, həftəlik), illik nömrə ardıcıllığı, iriformatlı kağızdan istifadə, tikilmədən çap olunması və sairədir. Sosial və siyasi mübarizənin, elmi bilikləri yaymağın, maarif və mədəniyyəti inkişaf etdirməyin, ictimai rəyi və dünyagörüşünü formalaşdırmağın qüdrətli silahı olan mətbuatın xalq kütlələrinin maarifləndirilməsində, milli iqtisadiyyat və mədəniyyətin inkişafında rolu getdikcə artır. Kapitalist formasiyasının məhsulu olan mətbuatın beş əsrdən artıq tarixi var. O, birdən-birə indiki mərhələyə gəlib çatmamışdır, uzun və mürəkkəb yol keçmişdir. Mətbuat informasiya alıb və vermək üçün yarandığından, onun digər bir adı kütləvi informasiya vasitəsidir. Mətbuat vasitəsi ilə informasiyanı ictimaiyyətə çatdırmaqda məqsəd bunlardır: • İctimai rəyi formalaşdırmaq; • Xalqı maarifləndirmək; • Elm və tərəqqinin yolunu açmaq; • Mətbuatın inkişafı və tərəqqiyə mane olan qüvvələrə qarşı mübarizəsi və s. Dövri mətbuat deyəndə ilk növbədə qəzetin yada düşməsi də təsadüfi deyildir.
Hərbi mətbuat
Mətbuat azadlığı
Mətbuat azadlığı — Mətbuat azadlığı və ya KİV azadlığı, müxtəlif media, o cümlədən çap və elektron media, xüsusən nəşr olunan materiallar vasitəsilə ünsiyyət və ifadə azadlığıdır.Mətbuat azadlığı ölkənin mətbuatın azadlığına müdaxilə etməməsi prinsipini dəstəkləyir və onun qorunması konstitusiya və ya digər qanuni yollarla qorunmasının tərəfdarıdır. Dövlət məlumatlarına gəlincə(məs.müharibə şəraitində olan ölkələrdə hərbi məlumatlar) bu məlumatlar xüsusi dövlət orqanları ilə razılaşdırılmış şəkildə həyata keçirilir.Dövlət materialları məlumatın milli maraqların qorunması ilə əlaqədar olaraq və ya düşmən ölkə tərəfindən hər hansı bir dövlət və ya hərbi sirrin qorunması naminə gizli tutulmalıdır. Birləşmiş Millətlər Təşkilatının 1948-ci ildə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsində deyilir: "Hər kəsin fikir və ifadə azadlığı hüququ var; bu hüquq, müdaxilə olmadan fikir yürütmək azadlığına,məlumat və fikirləri istənilən media vasitəsi ilə axtarmaq, almaq və yaymaq azadlığına təminat verir.” Bu fəlsəfə ümumiyyətlə elmi tədqiqat, elmi azadlıq, nəşr və mətbuat azadlığının müxtəlif dərəcələrini təmin edən qanunvericiliklə müşayiət olunur. Bu qanunların bir ölkənin hüquq sisteminə daxil olma dərinliyi onun konstitusiyasına qədər gedə bilər. Söz azadlığı anlayışı bir çox hallarda mətbuat azadlığı ilə eyni qanunlarla əhatə olunur.İsveç dünyada mətbuat azadlığını 1766-cı il Mətbuat Azadlığı Qanunu ilə öz konstitusiyasına qəbul edən ilk ölkə oldu Qanuni təriflərdən başqa bir sıra qeyri-hökumət təşkilatları dünyada mətbuat azadlığının səviyyəsini qiymətləndirmək üçün digər meyarlardan istifadə edirlər. Bəziləri subyektiv siyahılar yaradır, digərləri kəmiyyət məlumatlarına əsaslanır: Sərhədsiz reportyorlar(Reporters without Borders) - öldürülən,həbs edilən və ya təcavüzə məruz qalan jurnalistlərin sayını və dövlət inhisarlı televiziya və radioların mövcudluğunu, həmçinin mediada senzuranın və özünütənzərənin qeydə alınması, medianın ümumi müstəqilliyini nəzərə alır.Mütəmadi olaraq hər il oxucularına illik yekun hesabatlar təqdim edirlər Jurnalistləri Müdafiə Komitəsi (CPJ) işlərinə görə repressiyalarda öldürülən və həbs olunan jurnalistlərin sayını sistematik olaraq izləyir. Bildirilir ki, jurnalistika vasitələrindən müstəqil araşdırma, fakt araşdırma missiyaları və xarici ölkələrdəki müxbirlər, o cümlədən dünya ölkələrində yerli işçi jurnalistlər şəbəkəsi izləməklə jurnalistlərə kömək etmək üçün istifadə olunur. CPJ, 119-dan çox sərbəst ifadə təşkilatının qlobal şəbəkəsi olan Beynəlxalq Söz Azadlığı Mübadiləsi vasitəsilə dünyanın digər mətbuat azadlığı təşkilatları ilə məlumatları bölüşür. CPJ, jurnalist qətlləri hallarında cəzasız qalmağı da izləyir. CPJ işçiləri hər bir iş üçün ciddi meyarlar tətbiq edirlər; tədqiqatçılar müstəqil olaraq hər bir ölüm və ya həbs cəzasının səbəblərini araşdırır və yoxlayırlar.
Mətbuat katibi
Mətbuat katibi — bir təşkilat və ya şəxs adından danışmağa səlahiyyətli bir şəxsdir. Mətbuat katibləri əsasən təcrübəli, uzun müddət işləyən və ya təşkilatın hədəflərini dəstəklədikləri bilinən şəxslər arasından seçilir. İndiki mediaya həssas dünyada bir çox təşkilatın, ictimaiyyətə etmiş olduğu elanların ən uyğun şəkildə və uyğun formada həyata keçirilməsi yollarını və üsullarını təmin etmək üçün jurnalistika, rabitə, ictimaiyyətlə əlaqələr və ictimai münasibətlər üzrə rəsmi təhsil almış mütəxəssisləri işə cəlb etmək ehtimalı getdikcə artmaqdadır. Əlverişli mesajların təsirini artırmaq və xoşagəlməz mesajların təsirini minimuma endirmək üçün ən uyğun üsul kanallardır. Məşhur yerli və milli idman ulduzları (məsələn Michael Jordan və ya Bob Uecker kimi) və ya televiziya və film ulduzları (Beyoncé və ya Michael J. Fox kimi) kimi məşhur şəxslər tez-tez kommersiya reklamları üçün sima olaraq seçilirlər. 2017-ci ilin avqust ayından etibarən Kayleigh McEnany və Michael Tyler sırasıyla RNC və DNC-nin rəsmi nümayəndəsi vəzifələrini icra etmişdirlər. Şəxsi tanışlıq verən bir fərddən fərqli olaraq, təşkilatın mövqelərini öz fikirləri ilə zidd olsa belə sədaqətlə təmsil etmək və müdafiə etmək mətbuat katibinin işidir. Nəticə etibarilə mətbuat katibləri ümumiyyətlə təcrübəli, uzun müddət işləyən işçilərdən və ya təşkilatın hədəflərini dəstəklədikləri bilinən digər şəxslərdən seçilirlər. Bir şirkəti ictimaiyyət qarşısında həmin şirkətin baş meneceri, sədri və ya prezidenti, maliyyə direktoru, vəkili və ya xarici hüquq məsləhətçisi təmsil edə bilər. Əlavə olaraq, gündəlik səviyyədə və daha çox rutin elanlar üçün iş, rəsmi nümayəndə kimi çıxış edəcək olan korporativ rabitə və ya investor əlaqələri şöbələrinə (və ya ekvivalentlərinə) də həvalə edilə bilər.
Mətbuat prospekti
Mətbuat prospekti — Bakı şəhərinin Yasamal rayonunda prospekt. Prospektdə Azərbaycan nəşriyyatı (əvvəlki Kommunist nəşriyyatı) yerləşdiyindən belə adlandırılmışdır. Mətbuat prospekti Abbas Mirzə Şərifzadə və Zahid Xəlilov küçələrinə paraleldir. Mətbuat prospekti Mikayıl Müşfiq küçəsindən başlayır və Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişmədə bitir. Yasamal parkında bitən prospektin davamı olaraq Həsən bəy Zərdabi küçəsi başlayır. Seyfəddin Dağlı küçəsi Abbas Mirzə Şərifzadə küçəsi Ayna Sultanova küçəsi Məmməd Rahim küçəsi Bəxtiyar Vahabzadə küçəsi İsfəndiyar Zülalov küçəsi Şəhriyar küçəsi № ? — Yasamal qəbiristanlığı № ? — Azərbaycan nəşriyyatı № 23 — Beynəlxalq Mətbuat Mərkəzi № 25 — Kaspi Təhsil Mərkəzi № ? — Bakı Dövlət Universitetinin yataqxanaları № ?
Mətbuat Şurası
Azərbaycan Mətbuat Şurası — Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən orqan. Şuraya hazırda Rəşad Məcid rəhbərlik edir. Mətbuat Şurası 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir. Mətbuat Şurasının ali orqanı qurultaydır. Qurultaylar MŞ Nizamnaməsinin müvafiq bəndinin tələbinə uyğun olaraq keçirilir. Şuraya rəhbərlik sədr tərəfindən aparılır (bax: Nizamnamə).
Sarı mətbuat
Sarı jurnalistika (ing. yellow journalism) və ya sarı mətbuat (ing. yellow press) — çox az ya da heç bir istinadı olmadan edilmiş bir araşdırmaya göz alıcı xəbər başlıqları əlavə olunaraq daha çox qəzet satılmaq üçün edilən jurnalistika növü. Bu üsul, bəzən xəbərlərdəki hadisəsinin mübaliğəsi, skandal tüccarlığı ya da sensasiyonalizm olaraq ortaya çıxa bilər.
Yalançı mətbuat
Yalançı mətbuat (alm. Lügenpresse‎, hərf. yalanlar mətbuatı) — əsasən çap mətbuatı və bütövlükdə kütləvi informasiya vasitələri üçün istifadə olunan təhqiredici və aşağılayıcı siyasi termin. Bu, təbliğatın vacib hissəsi kimi istifadə olunur, buna görə də adətən qeyri-dürüstdür və ya diqqətli araşdırmaya əsaslanmır. "Lügenpresse" termini XIX əsrdən bəri fasilələrlə Almaniyada siyasi polemikalarda, müxtəlif qruplar və hərəkatlar tərəfindən müxtəlif müzakirələr və qarşıdurmalarda istifadə olunmuşdur. Təcrid olunmuş istifadələri Martdan əvvəlki dövrə qədər izləmək olar. Bu termin 1848-ci ilin Mart inqilabında katolik dairələri tərəfindən yüksələn, düşmənçilik edən liberal mətbuata hücum etmək məqsədilə istifadə edilən zaman maraq əldə etmişdir. Fransa–Prussiya müharibəsi (1870–1871) və xüsusilə Birinci Dünya müharibəsində (1914–1918) Almaniya ziyalıları və jurnalistləri düşmənin müharibə təbliğatı olduğuna inandıqları şeyi pisləmək üçün bu termindən istifadə etmişdilər. "Evangelischer Pressedienst" öz missiyasını "düşmənin ən güclü silahı" hesab etdiyi "yalançı mətbuata" qarşı mübarizə aparmaq olaraq müəyyən etmişdir. Müharibədən sonra Karl Radek və Aleksandr Parvus kimi almandilli marksistlər sinfi mübarizə ritorikasının bir hissəsi kimi "burjua yalançı mətbuatı"nı təhqir etmişdilər. Nasistlər bu termini yəhudi, kommunist və daha sonra xarici mətbuata qarşı təbliğatları üçün qəbul etmişdilər.
Milli mətbuat
Milli mətbuat— Azərbaycan xalqının milli dirçəliş dövrünə qədəm qoyması, dövlət və dövlətçilik dəyərlərinin formalaşması, milli şüurun oyanışı və özünüdərk prosesinin inkişafıdır. Azərbaycanın mətbuat tarixi Həsən bəy Zərdabinin 1875-ci ildə yaratdığı “Əkinçi” qəzetinın nəşri ilə başlamış və qəzetin ilk sayının işıq üzü gördüyü gün − 22 İyul hazırda Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur[[1]]. == Əkinçi qəzeti == "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. Qəzetin fəaliyyəti Azərbaycanda maarifçiliyin əsasını möhkəmləndirmiş, millətin yeni qələm sahiblərinin − təfəkkürlü ziyalıların, neçə-neçə jurnalist nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərmişdir. "Əkinçi", eyni zamanda, qadın azadlığı və qadın təhsili məsələlərini təbliğ etmiş, dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar etmiş, dövrünün ictimai-siyasi, eləcə də bədii düşüncənin inkişafına böyük təkan vermişdir. Ən əsası da bütün bu ictimai azadlıq ideyaları milli dilimizdə − Azərbaycan dilində reallaşdırılmışdır. Beləliklə, maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması ilə "Əkinçi" özündən sonra bir sıra mətbu nəşrlərə cığır açmışdır. == "Əkinçi"nin ömrü == "Əkinçi"nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş "Əkinçi" az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış ediblər.
Azərbaycan Mətbuat Şurası
Azərbaycan Mətbuat Şurası — Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən orqan. Şuraya hazırda Rəşad Məcid rəhbərlik edir. Mətbuat Şurası 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir. Mətbuat Şurasının ali orqanı qurultaydır. Qurultaylar MŞ Nizamnaməsinin müvafiq bəndinin tələbinə uyğun olaraq keçirilir. Şuraya rəhbərlik sədr tərəfindən aparılır (bax: Nizamnamə).
Mətbuat prospekti (Bakı)
Mətbuat prospekti — Bakı şəhərinin Yasamal rayonunda prospekt. Prospektdə Azərbaycan nəşriyyatı (əvvəlki Kommunist nəşriyyatı) yerləşdiyindən belə adlandırılmışdır. Mətbuat prospekti Abbas Mirzə Şərifzadə və Zahid Xəlilov küçələrinə paraleldir. Mətbuat prospekti Mikayıl Müşfiq küçəsindən başlayır və Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişmədə bitir. Yasamal parkında bitən prospektin davamı olaraq Həsən bəy Zərdabi küçəsi başlayır. Seyfəddin Dağlı küçəsi Abbas Mirzə Şərifzadə küçəsi Ayna Sultanova küçəsi Məmməd Rahim küçəsi Bəxtiyar Vahabzadə küçəsi İsfəndiyar Zülalov küçəsi Şəhriyar küçəsi № ? — Yasamal qəbiristanlığı № ? — Azərbaycan nəşriyyatı № 23 — Beynəlxalq Mətbuat Mərkəzi № 25 — Kaspi Təhsil Mərkəzi № ? — Bakı Dövlət Universitetinin yataqxanaları № ?
Məşrutə dövrü mətbuat
Cənubi Azərbaycan mətbuatı — Cənubi Azərbaycanda mətbuat. 1905–1911 illər Məşrutə inqilabında Güney Azərbaycan aparıcı və həlledici rol oynadı. Bu inqilab Azərbaycan xalqının içtimai-siyasi və milli düşüncəsinin inkişafı üçün şərait yaratdı. Məşrutə fərmanı ölkədə siyasi fəzanın açılmasına gətirdi. Gündən-günə genişlənən siyasi hadisələr və içtimai çəkişmələr ölkənin xəbər mərkəzinə çevrilməsinə, bu isə Azərbaycanda mətbuat bazarının yaranmasına gətirib çıxardı. Müxtəlif qəzetlər yayılmağa başladı. İlk milli şuranın açılmasından və Azərbaycan nümayəndələrinin Tehrana gəlməsindən sonra Azərbaycan millət vəkillərinin təkidilə 1908-ci ildə senzura ləğv edildi. Bu qanunun qəbul edilməsindən əvvəl nəşr olunan qəzetlər haqqında Əhməd Kəsrəvi yazırdı ki: "…doğrudur, bu dövrdə ölkədə bir sıra qəzetlər nəşr edilirdi. Lakin onların çoxusu yersiz dualar, məddahlıq, qaranı ağ göstərmək və s. kimi yazılarla dolu idi.
Məşrutə dövründə mətbuat

Osmanlı imperiyasında mətbuat
Osmanlı imperiyasında çox sayda qəzet və jurnallar nəşr olunurdu. Qəzet və jurnalların nəşri Osmanlı imperiyasında mətbuat mədəniyyətinin yayılmasına səbəb oldu. Osmanlı imperiyasında nəşr edilən ilk qəzet 1795-ci ildə Bəyoğluda Fransa səfiri Verninak-Sen-Maur tərəfindən təsis edilmişdir. Qəzet 1796-cı ilin martına qədər Bulletin de Nouvelles adı altında nəşr olundu. Qəzet Gazette française de Constantinople adı altında 1796-cı ilin sentyabrından 1797-ci ilin mayına qədər, 1797-ci ilin may-iyul ayları arasında isə Mercure Oriental adı altında nəşr olundu. Qəzetin əsas məqsədi İstanbulda yaşayan əcnəbi vətəndaşlara 1789-cu il Böyük Fransa inqilabından sonra ölkənin siyasəti haqqında məlumatları çatdırmaq olub. Qəzetin əsas oxucu kütləsi Fransa vətəndaşları idi. Qəzet xarici və azsaylı auditoriyaya xitab etdiyi üçün yerli əhalinin diqqətini cəlb etmədi. İki ildən sonra qəzetin nəşri dayandırıldı. 26 noyabr 1800-cü ildə Misirdə nəşr olunan ilk ərəb qəzeti olan Əl-Tənbih (The Alert) general Jak-Fransua Menou tərəfindən təsis edilib.