Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məzrə
Azərbaycanda Məzrə (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Məzrə (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Məzrə (Ordubad) — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Yuxarı Məzrə — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Məzrə (Naxçıvan-Babək)-Azərbaycanın Naxçıvan Muxtar Respublikasında Babək rayonunda kənd. Ermənistanda Böyük Məzrə — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Kiçik Məzrə — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Məzrə çayı — Göyçə mahalının Basarkeçər rayonunda çay. Məzrə (Sisyan) — Zəngəzur mahalının Sisyan rayonunda kənd.
Bala Məzrə
Kiçik Məzrə, Bala Məzrə — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. Bala Məzrə rayon mərkəzindən 9 km şimalda, Məzrə çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Məzrə`ə formasında, Qafqazın 5 verstlik xəritəsində Bala Mazra kimi qeyd edilmişdir. Kəndin bir adı da «Qulu ağalı» olmuşdur. Kəndin əfazisində X-XII əsrlərə aid alban kilsəsi, IV-VII əsrlərə aid oğuz qəbiristanlığı vardır. Toponim ərəb dilində «əkilmiş yer, sürülüb toxum səpilmiş tarla» mənasında işlənən məzrə (məzru) sözü əsasında formalaşmışdır. «Bala» fərqləndirici əlamət bildirən sözdür. Relyef bildirən toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erməni dilinə kalka edilərək Pokr (kiçik, bala) Mazra kimi işlədilir.
Böyük Məzrə
Böyük Məzrə — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Böyük məzrə kəndinin yaranma tarixi XIV əsrin axırları (1387–1388), XV əsrin əvvəlinə (1410) təsadüf edir. Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına qədər 3 dəfə dəyişdirilmişdir. Kəndin ilk adı XVII əsrin ortalarında (1650) qədər Quluağalı, ikinci adı 1956-cı ilə qədər Böyük Məzrə, üçüncü adı isə 1988-ci ilin dekabrına qədər erməni dilində də həmin mənanı bildirən Mets Mazra olmuşdur. Qazax mahalından Göyçə mahalına gələn dörd qardaşlar Vəliağa (Zod) Hüseynquluağa (Nərimanlı), Qaraiman (Oğruca) və Quluağa isə Böyük Məzrə kəndinin himini salmışdır. Kəndin ilk adı Quluağalı sözünün mənası, kəndin himini salan Qulu ağanın adı ilə bağlıdır.Kəndin ikinci adı Böyük Məzrə sözünün mənası iki mənanı kəsb edir. 1.Böyük Məzrə sözü ərəb dilində "Düzənlik", 2.Fars dilində isə "Bolluq və Bərəkətlik" mənasını bildirir. Kəndin ərazisinin əkin yerləri böyük düzənliklərdən ibarət olduğuna görə adı Böyük Məzrə adlandırılmışdır. Kəndin üçüncü adı olan Mets Mazra sözünün mənası erməni dilində də həmin mənanı bildirir. ХIХ əsrin оrtаlаrındа kəndin mаldаrlаrının "Аğdаş" və "Hаcı Qurbаn dərəsi" аdlı yаylаq yеrləri оlmuşdur.
Kiçik Məzrə
Kiçik Məzrə, Bala Məzrə — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. Bala Məzrə rayon mərkəzindən 9 km şimalda, Məzrə çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Məzrə`ə formasında, Qafqazın 5 verstlik xəritəsində Bala Mazra kimi qeyd edilmişdir. Kəndin bir adı da «Qulu ağalı» olmuşdur. Kəndin əfazisində X-XII əsrlərə aid alban kilsəsi, IV-VII əsrlərə aid oğuz qəbiristanlığı vardır. Toponim ərəb dilində «əkilmiş yer, sürülüb toxum səpilmiş tarla» mənasında işlənən məzrə (məzru) sözü əsasında formalaşmışdır. «Bala» fərqləndirici əlamət bildirən sözdür. Relyef bildirən toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erməni dilinə kalka edilərək Pokr (kiçik, bala) Mazra kimi işlədilir.
Məzrə (Babək)
Məzrə (əvvəlki adı: Alagözməzrə) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məzrə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Alagözməzrə kənd inzibati ərazi dairəsi tərkibindəki Alagözməzrə kəndi Məzrə kəndi, Alagözməzrə kənd inzibati ərazi dairəsi Məzrə kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Elmi ədəbiyyatda bu oykonim Alagözmərzə şəklində də izah olunur. Oykonim Alagöz (ərazidəki eyniadlı dağın adı ilə bağlıdır) və məzrə (ər. "əkin yeri", "tarla") sözlərindən düzəlib, "Alagöz dağının ətəyində əkin yeri" deməkdir. Məzrə kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd Naxçıvançayın sol sahilində, Zəngəzur silsiləsinin cənub-qərb ətəyində yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə Məzrə kənd tam orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Məzrə (Cəbrayıl)
Məzrə — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Şükürbəyli kənd Sovetindən Məzrə kəndi Sarıcalı kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 5 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğalından azad edilmişdir. 1918–1920-ci illərdə Azərbaycan-Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Məzrə kəndinə hücum edərək kəndi yandırmış, əhalinin əmlakını talan etmiş və dağıtmışdır. Hücum nəticəsində kəndin əhalisindən 5 nəfər öldürülmüşdür. Kənd düzənlikdə yerləşir. Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Məzrə (Ordubad)
Məzrə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Üstüpü bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 40 km şimal-qərbdədir. Əhalisi 122 nəfərdir(2000); bağçılıq, əkinçilik və heyvandarlıqla məşğuldurlar. Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi vardır. Oykonim ərəb mənşəlidir. Ərəb dilində məzrə "əkin üçün yararlı yer, əkin yeri, tarla", habelə əkin yerləri əsasında yaranan məntəqə, oba, kiçik yaşayış yeri mənalarını kəsb edir. Keçmiş adı Məzrəurs olmuşdur.Güman edilir ki, yaşayış məntəqəsi Nurs kəndinin Məzrə adlı əkin yerində salındığına görə belə adlandırılmışdır. Əhalisi 134 nəfərdir. Düylünçay üzərində Məzrə körpüsü tikilmişdir.
Məzrə (Qubadlı)
Məzrə — Azərbaycan Respublikasının Qubadlı rayonunun Novlu kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. Məzrə kəndi dağətəyi ərazidədir. Oykonim ərəb mənşəlidir. Ərəb dilində məzrə "əkin üçün yararlı yer, əkin yeri, tarla", habelə "əkin yerləri əsasında yaranan məntəqə, oba, kiçik yaşayış məntəqəsi" mənalarını kəsb edir. Kəndin ərazisi keçmiş Zəngəzur qəzasının Şixavuz kəndinin əkin yeri olmuşdur. Yaşayış məntəqəsi XIX əsrin ortal arında həmin kənddən gəlmiş 14 ailənin burada məskunlaşması nəticəsində yaranmışdır.
Məzrə (Sisyan)
Məzrə — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. Rayon mərkəzindən 10–11 km qərbdə yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fars dilində "əkin sahəsi" mənasını bildirən məzrə sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan quruluşca sadə toponimdir. Ərəb dilində məzrə "düzən yerdə əkin yeri","suvarıla bilən əkin yeri" (sonralar məzrə əsasında yaranmış məntəqə) sözündəndir. Azərbaycanda Ordubad, Qubadlı və Cəbrayıl rayonlarında Məzrə kənd adları ilə mə’naca eynidir. 1590-cı ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1828-ci ilə kimi burada azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828-ci illərdə Xoy və Salmasdan köçürülmüşdür.
Məzrə (bitki)
Dağınıqçiçək kəkotu, Məzrə, Küftəotu (lat. Satureja hortensis) - kəkotu cinsinə aid bitki növü. Cənubi Avropa, Krım, Türkiyə, Orta Asiyada yayılıb. Çınqıllı, daşlı yamaclarda, qayalarda bitir. Bağ və bostanlarda çoxaldılır, bəzən isə yabanılaşır və alaq otu kimi bitir.
Məzrə Abid
Məzrə Abid (fars. مزرعه‌بید‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 1,723 nəfər yaşayır (504 ailə).
Məzrə körpüsü
Məzrə çayı
Məzrə çayı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonundakı Məzrə kəndində çay. Hidronim «əkin yeri» mənasında işlənən məzrə sözündən əmələ gəlmişdir. Oykonim əsasında yaranan hidronimdir. Çayın suyundan əkin yerələrini, tarlalan suvarma məqsədi ilə istifadə edildiyi üçün Məzrə çayı adlarıdırılımışdır. Mürəkkəb quruluşlu hidronimdir.
Yuxarı Məzrə
Yuxarı Məzrə — Azərbaycan Respublikasının Xocavənd rayonunda ərazisi yerləşən ləğv olunmuş kənd. Ləğv olunmaqdan qabaq Cəbrayıl rayonunun Sarıcalı kənd inzibati ərazi dairəsində kənd idi. 5 dekabr 2023-cü il tarixli Qanunla Cəbrayıl rayonunun inzibati ərazi bölgüsünə daxil olan Sarıcalı kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Məzrə kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, kəndin ərazisi isə Xocavənd rayonunun inzibati ərazisinə verilmişdi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Yuxarı Məzrə kəndi Şükürbəyli kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il noyabrın 7-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 5 dekabr 2023-cü il tarixli Qanunla Cəbrayıl rayonunun inzibati ərazi bölgüsünə daxil olan Sarıcalı kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Məzrə kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, kəndin ərazisi isə Xocavənd rayonunun inzibati ərazisinə verilmişdi. Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Məzra (Qars)
Məzra — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 385 nəfərdir (2022).
Çurum Meru
Anxel şəlaləsi — Venesuelanın cənubundakı Bolivar ştatında yerləşən şəlalə. Yerli əhalinin dilində Kerepakupai meru və ya Churun meru adlanır. Cənubi Amerika materikində yerləşir. Anxel dünyada ən hündür şəlalədir, ümumi hündürlüyü 979 metrdir. Digər bir çox sənədlərə əsasən isə 1054 metr sayılır. Suyun aşağı tökülməsi hündürlüyü, yəni hündürlükdən axım zamanı su arası kəsilmədən 807 metrlik yeri əhatə edir. Şəlalənin adı isə pilot Ceyms Anxelin şərəfinə qoyulmuşdur, 1935-ci ildə şəlalənin üzərindən uçuş zamanı buranı kəşf etmişdir. Şəlalə Venesuelanın tropik meşələrində yerləşir və həmin ərazinin milli parkı sayılan "Canaima" nın səlahiyyətindədir. Şəlalənin coğrafi koordinatı – 5°58′03″ şimal, 62°32′08″ qərb hissə. Şəlalə Çurun çayının Karao qolunun üzərində yerləşir.
Həzrə
Həzrə (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Həzrə (Qusar) — Azərbaycanın Qusar rayonunda kənd.
Məkruh
Məkruh — əməl yerinə yetirildikdə heç bir günah yazılmayan, lakin bəyənilməyən əməldir. Dində qəti olaraq qadağan edilməyən,ancaq icrası da xoş qarşılanmayan davranış və hərəkətlərdir. Hər hansı bir işin günah olub-olmamasın onun necə, nə zaman, harada, kim tərəfindən icrasından da asılıdır. Bununla yanaşı, kiçik də olsa, günahlara əhəmiyyətsiz baxmamalıyıq. Nazik iplər birləşib kəndir əmələ gətirdiyi kimi, kiçik günahlar da birləşib böyük günahlara çevrilir. Dəstəmaz alarkən suyu israf etmək, burunu sağ əllə təmizləmək, namazda əsnəmək,ayaqyolu ehtiyacı ola-ola namaz qılmaq məkruhdur. Dində bu cür halların haram buyurulmaması və Allah-Təalanın bizi daim günah işləməkdən qorumaq istəməsi onun bəndələrinə mərhəmətindən irəli gəlir.
Məmur
Məmur — Dövlət idarələrində (əsasən, məhkəmə, polis və s.) çalışan qulluqçu; dövlət xidmətçisi, çinovnik.
Mərzə
Mərzə (lat. Origanum majorana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin qaraqınıq cinsinə aid bitki növü. Mərzənin xammalı otdur. Tam çiçəkləmə dövründə birinci çalımdan yığılır. İkinci çalım boy uzatma tədbiri kimi aparılır. Cavan, yaxşı yarpaqlamış budaqlarında və çiçək qruplarında efir yağları vardır. Onlar rutin, askorbin turşusu, karotin və aşı maddələri ilə zəngindir.Mərzə quru və təzə halda ətirli ədviyyat kimi kolbas hazırlan maşında, xiyar və pomidorun duza qoyulmasında, salatlarda, şorbalarda, balıq və tərəvəz yeməklərində (ikinci yeməklərdə) istifadə edilir. Mərzədən alınan efiryağları isə ətriyyat-kosmetika sənayesində istifadə olunur. Mərzə otu tibbi praktikada mərkəzi sinir sistemini sakitləşdirici kimi, mədə-bağırsaq fəaliyyətini stimullaşdıran vasitə kimi, iflic, astma, əsəb xəstəliklərində, öyümə-qusma zamanı, qadınlarda aybaşı pozulmasında, rematizm və s. xəstəliklərdə tətbiq edilir.
Məzar
Məzar, qəbir, və ya başdaşı — İnsanların ölərkən basdırıldığı yer. Məzarların toplu olaraq olduğu yer isə məzarlıq və ya qəbiristanlıq adlanır. Kurqan Küp qəbir Bir çox dinlərdə qəbir ölən insanın axirətə keçidi üçün mühüm mərhələ hesab olunur.
Məzmun
Məzmun: Mövzu sözünün sinonimi; Məzmun (kitab) Məzmun (kompüter) — veb saytlardakı materiallar.
Məzəm
Məzəm – Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Qarabağ müharibəsi dövründə bu kənd 8 şəhid verib. Bu kənddə dörd hərbçi şəhid olub, onlardan biri Mərifət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Dörd sakin isə düşmən gülləsinin qurbanı olub. 2016-cı ildən başlayaraq sakinlərin təhlükəsizliyini və gediş-gəlişi təmin etmək məqsədilə kənddə 57 evin qarşısına uzunluğu 2530 poqonmetr, hündürlüyü üç metr olan istinad divarı çəkilib. Bundan əlavə, daha beş evin qarşısına 88 poqonmetr uzunluğunda istinad divarının çəkilməsi nəzərdə tutulub. Məzəm kəndi Ermənistanla sərhəd kəndidir. Sərhəd xəttindən 150 metr uzaqlıqda yerləşir. 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 343 nəfər əhali yaşayır. Əhalinin 169 nəfəri kişilər, 174 nəfəri qadınlardan təşkil olunmuşdur.
Xəzri
Xəzri (külək)
Mərə-mərə
Mərə-mərə və ya qığ mərə - Azərbaycanda əsasən uşaq və gənclər arasında geniş yayılmış ən qədim oyunlardan biri. Oyunda bir neçə nəfər iştirak edir. Onlar iki yerə bölünür. Oyunu keçirmək üçün adamların sayı qədər bir-birindən bir qarış aralı, balaca çalalar qazılır. Çöp tutulur, kim tapsa çalalardan birini mərənin hər iki üzündə məsafədə 5-6 addımlıqda cızıq çəkilir (və ya bir tərəfdə). Oyunçular ya bir tərəfdə və ya hər iki tərəfdə düzülüb oynayırlar. Halayçı birinci topu (yumağı) çalaların üzəri ilə diyirlədir. Top hansı oyunçunun mərəsinə düşsə, o cəld topu götürür, atmaqla dağılışıb qaçan oyunçulardan birinə vurmalıdır. Kimi vursa, o keşikçi dayanır. Əgər vurmasa, yenə özü durur.
Gəru
Qyaru (yap. ギャル) — yapon dilindən ingilis dilinə "girl" sözünün transliterasiyası. Termin 1970-ci illərin "GALS" cins markasından irəli gəlir. Submədəniyyətin bir növü. Qyaruların müxtəlif növləri var: «oya o nakaserru» (親を泣かせる, «valideynlərini ağladan»), «daraku cöqakusey» (堕落女学生, «deqenerativ məktəblilər»).,kişi qyaruları "gəruo" adlandırırlar. Qyaru Yaponiyanın küçə dəbinin əhəmiyyətli hissəsinə dönüb..
Leşru
Leşru (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
MESUR
MESUR (Mars Environmental Survey) — Mars planetində həyat izlərinin tapılması məqsədilə NASA tərəfindən hazırlanan tədqiqat proqramı. MESUR, Marsda planetlərarası bir şəbəkə quracaq və Mars Observer ilə birlikdə işləyəcək planlaşdırılmış 16 yerüstü missiyadan ibarət bir komplekt idi. Original plan NASA Ames tərəfindən təklif edilsə də, təklifi bir fikir olaraq rəqabətçi JPL (ing. Jet Propulsion Laboratory) irəli sürdü. Bu, Marsın risk dözümü haqqında araşdırmanın aşağı qiymətli bir metodu kimi nəzərdə tutulmuşdu, çünki nisbətən ucuz kosmik zond olduğuna görə, bir kosmik gəminin itirilməsi proqram üçün labüd deyildi. Çeviricilər və qurucular yerüstü süxurları araşdırmaq, su axtarmaq, seysmoqraf rolunu oynamaq və meteorologiyanı müşahidə etmək üçün alətlər və kameralara sahib olacaqdı. Seysmoloji təcrübələr Marsın daxili quruluşunu müəyyənləşdirməyə kömək edəcəkdi. 26 İyun 1992-ci ildə NASA, ABŞ-nin aya ilk enişinin 25-ci ildönümündə, Mars Pathfinder kosmik gəmisi üçün, Rocky IV prototipini təqdim etdi. Mars Observer itirdikdən sonra MESUR proqramı ortadan götürüldü və Pathfinder NASA Kəşf Proqramının bir hissəsi oldu.
Mehri
Meğri (erm. Մեղրի) — Ermənistanın cənubundakı Sünik mərzində, İranla sərhəddə yerləşən Meğri rayonunun mərkəzi olan şəhər. 2011-ci il siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 4 580 nəfər olmuşdur. 2020-ci ilin rəsmi hesablamalarına görə isə Meğrinin əhalisi təxminən 4 500 nəfərdir. Meğri paytaxt İrəvandan 376 km, mərzin mərkəzi Qafandan isə 73 km cənubda yerləşir. Toponim türk dilində "quruyan, az sulu çöl çayı olan dərə", "yüksəkliklərində aşırımı olmayan çıxılmaz dərə", "dalan kimi dərə" mənasında işlənən mukır, mukur sözünün fonetik variant olan mığrı sözü əsasında formalaşmışdır. Digər bir variant olaraq, Meğri erməni dilində "bal şəhəri" mənasını verir. Şəhərin adı mənbələrdə Mığrı formasında işlənir. 1930-cu ilin sentyabrında Meğri rayonu yaradılmış və Meğri qəsəbəsi yeni yaranan rayonun mərkəzinə çevrilmişdir. 1959-cu ildə Meğriyə şəhər tipli qəsəbə statusu verilib.
Menyu
Menyu — ictimai iaşə zallarının işlədiyi bütün vaxt ərzində müəssisədə (restoran, kafe, bar və s.) olan qəlyanaltıların, yeməklərin və içkilərin müəyyən ardıcıllıqla düzülmüş siyahısıdır. Menyunun aşağıdakı növləri vardır: Menyu a lya kard (a la carte) — hər biri üçün ayrıca qiymətlərlə porsiya yeməklərini göstərir; Menyu tabl d'ot (table d'hote) — hər bir yeməyin sabit qiymətlərlə bir və ya bir neçə seçimini təklif edir. Onun üstünlüyü qənaətli və sabit qiymətli olmasıdır; Menyu dü cur (du jour) — həmin gün hazır olan yeməklərin siyahısını sadalayır və göstərir; Turist menyusu — bu menyular elə tərtib olunurlar ki, ucuzluq və qidaların keyfiyyəti ilə turistləri cəlb edə bilsin; Kaliforniya menyusu — Kaliforniyanın bəzi restoranlarında istənilən yeməyi günün hər hansı vaxtında sifariş etmək mümkün olduğundan belə adlandırılmışdır; Dövri menyu — müəyyən dövrdən sonra təkrarlanan menyu.
Metro
Metro — şəhər sərnişin nəqliyyatı vasitəsi, küçədənkənar rabitədə şəhərdaxili yeraltı sərnişin daşımalarını yerinə yetirən sərnişindaşıma nəqliyyatı növüdür. Adətən, əhalisinin sayı 1 milyon nəfərdən çox olan şəhərlərdə tikilir. Metropoliten ən baha başa gələn şəhər nəqliyyatı növüdür. Dünyada ən uzun metro xətləri Şanxay (538 km) və Pekin metropolitenindədir (465 km). İlk metro stansiyası 1863-cü ildə Londonda açılıb və 2013-cü ildə metronun 150 illiyi qeyd edilib. XX əsrin 30-cu illərinin əvvələrində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRİ-nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdir. Buna görə də Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra — 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin tikintisi qərara alındı. Lakin bir qədər sonra başlanan 1941–1945-ci illərin müharibəsi həmin niyyətlərin həyata keçirilməsinə mane oldu. Yalnız 1947-ci ildə, dağıdıcı müharibədən 2 il sonra hökumət layihə-axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul edir. 1949-cu ildə metropolitenin tikinti bazasının yaradılması başlanır.
Mezel
Mezel (fr. Mézel, oks. Mesèu) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Mezel kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04121. 2008-ci ildə əhalinin sayı 660 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 387 nəfərdən (15–64 yaş) 284 nəfər iqtisadi fəal, 103 hərəkətsiz (fəaliyyət göstərici 73,4%, 1999-cu ildə 69,6%) idi. Fəal 284 nəfərdən 250 nəfər (134 kişi və 116 qadın) işləyir, 34 nəfər işsizdir (13 kişi və 21 qadın).
Meğri
Meğri (erm. Մեղրի) — Ermənistanın cənubundakı Sünik mərzində, İranla sərhəddə yerləşən Meğri rayonunun mərkəzi olan şəhər. 2011-ci il siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 4 580 nəfər olmuşdur. 2020-ci ilin rəsmi hesablamalarına görə isə Meğrinin əhalisi təxminən 4 500 nəfərdir. Meğri paytaxt İrəvandan 376 km, mərzin mərkəzi Qafandan isə 73 km cənubda yerləşir. Toponim türk dilində "quruyan, az sulu çöl çayı olan dərə", "yüksəkliklərində aşırımı olmayan çıxılmaz dərə", "dalan kimi dərə" mənasında işlənən mukır, mukur sözünün fonetik variant olan mığrı sözü əsasında formalaşmışdır. Digər bir variant olaraq, Meğri erməni dilində "bal şəhəri" mənasını verir. Şəhərin adı mənbələrdə Mığrı formasında işlənir. 1930-cu ilin sentyabrında Meğri rayonu yaradılmış və Meğri qəsəbəsi yeni yaranan rayonun mərkəzinə çevrilmişdir. 1959-cu ildə Meğriyə şəhər tipli qəsəbə statusu verilib.