Məzrə — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd.[2][3]
Kənd | |
Məzrə | |
---|---|
39°31′55″ şm. e. 45°54′26″ ş. u. | |
Ölkə | Ermənistan |
Region | Zəngəzur mahalı |
Rayon | Sisyan rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1828 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.760 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rayon mərkəzindən 10–11 km qərbdə yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə[4], Qafqazın 5 verstlik xəritəsində[5] qeyd edilmişdir.
Toponim fars dilində "əkin sahəsi" mənasını bildirən məzrə sözündən[6] əmələ gəlmişdir. Relyef əsasında yaranan quruluşca sadə toponimdir. Ərəb dilində məzrə "düzən yerdə əkin yeri","suvarıla bilən əkin yeri" (sonralar məzrə əsasında yaranmış məntəqə) sözündəndir. Azərbaycanda Ordubad, Qubadlı və Cəbrayıl rayonlarında Məzrə kənd adları ilə mə’naca eynidir.[7]
1590-cı ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1828-ci ilə kimi burada azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828-ci illərdə Xoy və Salmasdan köçürülmüşdür[8].