Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Madonna
Madonna Luiz(a) Çikkone (ing. Madonna Louise Veronica Ciccone [tʃikˈkoːne]; 16 avqust 1958[…], Bay-Siti[d], Miçiqan) — Amerikalı müğənni, bəstəkar, rəqqasə, aktrisa, prodüser, rejissor, xeyriyyəçi və iş qadını. Madonna Miçiqan ştatının Bey-Siti şəhərində anadan olmuş, lakin müasir rəqs sahəsində karyera qurmaq üçün 1977-ci ildə Nyu-Yorka köçmüşdür. Karyerası ərzində Madonnanın albomları 300 milyon nüsxədən çox satılmış və o, tarixin ən çox satılan qadın sənətçisinə çevrilmişdir. Bundan əlavə o, bir çox filmlərə də çəkilmişdir. Yeddi dəfə "Qremmi" mükafatı, eləcə də "Qızıl qlobus" mükafatlarına layiq görülmüşdür. Musiqi sahəsində uğurlu karyerasına və tarixdə ifaları ən çox satılan qadın müğənni olduğuna görə Madonnaya "Popun kraliçası" ləqəbi verilmişdir.
Madonna (Madonna albom)
Madonna Madonnanın öz-adına adlanırılmış və birinci studiya albomu. 27 iyul 1983 ildə Sire Records tərəfindən nəşr olundu.
Kolonna Madonna
Kolonna Madonna — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1508-ci ildə, yaradıcılığının Florensiya dövrünün sonuna yaxın işləmişdir. Kolonna Madonna əsəri hal-hazırda Almaniyada Berlin şəhərində saxlanılır.
Konestabile Madonna
Konestabile Madonna (it. La Madonna Connestabile) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1502-1504-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Konestabile Madonna əsəri hal-hazırda Rusiyada Sankt-Peterburq şəhərində Ermitaj muzeyində saxlanılır.
Madonna Ansidey
Madonna Ansidey (it. Pala Ansidei) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1505-1507-cı illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Madonna Ansidey" əsəri hal-hazırda Böyük Britaniyada, London şəhərindəki Milli sərgi salonunda saxlanılır.
Madonna Esterxazi
Madonna Esterxazi (it. Madonna Esterhazy) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1508-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Madonna Esterxazi" əsəri hal-hazırda Macarıstanda Budapeşt şəhərində saxlanılır.
Madonna Litta
Madonna Litta - Leonardo da Vinçiyə aid edilən və Sankt-Peterburqdakı Ermitaj muzeyində saxlanılam XV əsrə aid rəsm əsəridir. Rəsmdə “Əmizdirici Madonna” ikonoqrafiyasına uyğun Körpə İsanı əmizdirən Məryəm təsvir edilmişdir. Leonardo yaradıcılığının erkən dövrünə aid “Madonna qərənfillə” əsərində olduğu kimi fiqurlar qaranlıq interyerdə təqdim edilib. Arxada iki tağlı pəncərədən aerial prespektivdə tağlı peyzaj görünür. Məsih sol əlində Avropa alacəhrəsi tutur ki, bu da onun gələcək əziyyətlərinə işarədir. Əsərin müəllifinin kim olması ilə bağlı alimlərin müxtəlif fikirləri olsa da, əksər hallarda o, Leonardonun Covanni Antonio Boltraffio və ya Marko d’Occono kimi tələbələrinə aid edilir; Ermitaj muzeyi isə “Madonna Litta”nı Leonardonun avtoqraf əsəri hesab edir. XIX əsrə kimi əsər Milanın zadəgan nəsillərindən olan Litta ailəsinin kolleksiyasına daxil olduğuna görə əsər “Madonna Litta” adlandırılmışdır. == Süjet == Rəsmdə əlində tutduğu uşağı əmizdirən qadın təsvir olunub. Rəsmin fonunda iki tağlı pəncərəsi olan divar təsvir edilib. Pəncərələrdən işıq izləyiciyə düşür və buna görə divar daha da qaranlıqlaşır.
Madonna Qranduka
Madonna Qranduka (it. Madonna del Granduca) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1505-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Madonna Qranduka" əsəri hal-hazırda İtaliyada, Florensiya şəhərindəki Palatso Pittidə saxlanılır.
Madonna Terranova
Madonna Terranova (it. Madonna Terranuova) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1504-1505-ci illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafaelin Florensiya dövrünə aid edilir. "Madonna Terranova" hal-hazırda Almaniyada Berlin şəhərində Berlin dövlət muzeyində saxlanılır.
Madonna balıqla
Madonna balıqla — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1512-1514-ci illərdə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. "Madonna balıqla" əsəri hal-hazırda İspaniyada Madrid şəhərində saxlanılır.
Madonna qərənfillə
Madonna qərənfillə (it. Madonna dei Garofani) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1506-ci ildə yağlı boya ilə işlədiyi tablo. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Madonna qərənfillə" əsəri hal-hazırda Böyük Britaniyada, London milli qalereyasında saxlanılır. == Əsərin təsviri == Miniatür rəsm əsərində müqəddəs Məryəm və körpə İsa təsvir edilib. Kompozisiya etibarilə əsər Leonardo Da Vinçinin «Madonna Benua» əsərini təkrarlayır. Kardinal dəyişiklik işıq qammasının işlənməsində özünü göstərir. Fiqurlar zəif işıqlanmış interyerdə təsvir olunur. Arxa planda arka pəncərədən görünən xarabalıq İsanın doğuluşu ilə bütprərəst dünyanın məhvinin gəldiyini simvolizə edir. Madonna və körpə əllərində tutduqları qərənfil gələcəkdə İsanın qanının töküləçəyini və isanın əzablarını ifadə edir.
Erotica (Madonna albom)
Erotica — Madonnanın ikinci studiya albomu. 20 oktyabr 1992-ci ildə dünya üzrə "Warner Bros. Records" tərəfindən buraxılmışdır.
Folinyo Madonna (Rafael)
Folinyo Madonna (it. Madonna di Foligno) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1511-ci ildə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Folinyo Madonna əsəri hazırda Vatikanda saxlanılır. == Əsərin tarixi == Folinyo Madonna əsəri ilk dövrlərdə məşhur italiyalı zadəgan Anna Kontiyə məxsus olmuşdur. Daha sonra əsər bir müddət Sigismondi ailəsi tərəfindən himayə olunmuşdur. 1565-ci ildə ailə tablonu yerli Folinyo monastrına vermişdir..Tablo 1799-cu ildə Napoleon Bonapart tərəfindən Fransaya aparılmışdır. Əsər 1802-ci ildə Hakuin tərəfindən panel lövhəyə köcürülmüş, Hidelberq isə tablonu bərpa etmişdir. Panel lövhədən qalın kətana köcürmə prosesi az hallarda istifadə olunan üsul idi.
MDNA (Madonna albom)
MDNA — Madonnanın on ikinci studiya albomu. Çıxış tarixi 26 mart 2012 ildi. Albom ilk həftəsində 359.000 nüsxə sataraq , Billboard Hot 200-ə 1 nömrədən giriş etdi.
Madonna del Granduca
Madonna Qranduka (it. Madonna del Granduca) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1505-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Madonna Qranduka" əsəri hal-hazırda İtaliyada, Florensiya şəhərindəki Palatso Pittidə saxlanılır.
Madonna del cardellino
Madonna payızbülbülü balası ilə (it. La Madonna del Cardellino) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1505-1506-ci illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir və hal-hazırda İtaliyada, Florensiya şəhərindəki Uffitsi qalereyasında saxlanılır.
Madonna qızılgüllə (Rafael)
Madonna qızılgüllə (it. San Michele sconfigge Satana) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafael əsəri 1518-1520-ci illərdə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Madonna qızılgüllə əsəri hal-hazırda İspaniyada Madrid şəhərində Prado muzeyində saxlanılır.
Alba Madonna
Alba Madonna (it. Madonna d'Alba) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafael əsəri 1511-cu ildə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Kardinalın portreti əsəri hal-hazırda Amerika Birləşmiş Ştatlarının,Vaşinqton şəhərində saxlanılır.
Ansidei Madonna
Madonna Ansidey (it. Pala Ansidei) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1505-1507-cı illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Madonna Ansidey" əsəri hal-hazırda Böyük Britaniyada, London şəhərindəki Milli sərgi salonunda saxlanılır.
Sistin Madonna
Sikstin Madonnası (it. Madonna Sistina) — Rafael Santinin əsəri. İtalyan intibahının ən məşhur əsərlərindən biri. Drezden qalereyasında saxlanılır. Ölçülərinə görə çox nəhəng olan bu əsər Roma Papası II Yulinin sifarişi ilə Pyaçenzada yerləşən Müqəddəs Sikst kilsəsi üçün 1513–1514-cü illərdə yaradılıb. II Yuli bu əsəri fransız qoşunlarının İtaliyadan qovulmasının və Pyaçenzanın Papa vilayəti elan olunmasının şərəfinə sifariş etmişdir. Portretdə əlində körpə olan Madonna, Papa Sikst, Müqəddəs Barbara və 2 mələk təsvir olunub.
Solli Madonna
Solli Madonna (it. La Madonna Solly) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1500-1504-cü illərdə yağlı boya ilə işlədiyi portret. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur.Solli Madonna əsəri hal-hazırda Almaniyada Berlin şəhərində saxlanılır.
Soltinq Madonna
Uşaq ilə Madonna (Soltinq Madonna) üslubu əsasında erkən İtaliyanın Rönesans ustası Antonello da Messinaya aid edilən rəsm əsəridir. Əsərdə gəlinciyə bənzər Uşağı əlində tutan və dəbdəbəli qızıl tacı mələklər tərəfindən başının üzərində saxlanılan Madonna təsvir olunmuşdur. Tabloya London milli qalereyası ev sahibliyi edir. Soltinq adı, hansı ki həm də Robert Campinin müəllifi olduğu Madonna rəsminə verilmişdir, onu 1910-cu ildə qalereyaya bağışlayan kollektor Corc Soltinqi bildirir. Soltinq Madonna bir neçə müxtəlif mədəniyyətlərin izlərini özündə barındırır və bu da keçmişdə alimlərin onu Flaman, İspan və hətta Rus əsəri hesab etmələrinə səbəb olmuşdur. Bu, çox guman ki, 1460-lara — hələ rəssamın Siciliyada olduğu dövrə aid olan ilk əsərlərindən biridir. Bu əsər tac, Venesiya tərzi libas və şəffaf örtük kimi ustaca işlənmiş və çəkilmiş detallar ilə bəzədilmiş Madonnanı əks etdirir. Madonna İsanın anası Məryəmin xüsusiyyətlərinə malikdir. İki mələyi olan tacı onu həm də Cənnətin Kraliçəsi kimi təmsil edir. Uşaq əlində bir dənə nar saxlayır hansı ki İsanın ehtirasını rəmzləşdirir.
Terranuova Madonna
Madonna Terranova (it. Madonna Terranuova) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1504-1505-ci illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafaelin Florensiya dövrünə aid edilir. "Madonna Terranova" hal-hazırda Almaniyada Berlin şəhərində Berlin dövlət muzeyində saxlanılır.
Folinyo Madonna
Folinyo Madonna (it. Madonna di Foligno) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1511-ci ildə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Folinyo Madonna əsəri hazırda Vatikanda saxlanılır. == Əsərin tarixi == Folinyo Madonna əsəri ilk dövrlərdə məşhur italiyalı zadəgan Anna Kontiyə məxsus olmuşdur. Daha sonra əsər bir müddət Sigismondi ailəsi tərəfindən himayə olunmuşdur. 1565-ci ildə ailə tablonu yerli Folinyo monastrına vermişdir..Tablo 1799-cu ildə Napoleon Bonapart tərəfindən Fransaya aparılmışdır. Əsər 1802-ci ildə Hakuin tərəfindən panel lövhəyə köcürülmüş, Hidelberq isə tablonu bərpa etmişdir. Panel lövhədən qalın kətana köcürmə prosesi az hallarda istifadə olunan üsul idi.
Madonna (serviz)
Madonna — 1960-1970-ci illərdə Almaniya Demokratik Respublikasında kütləvi şəkildə istehsal edilmiş çini servizlərə verilən qeyri-rəsmi ad. Əsasən SSRİ-yə ixrac edilən bu məhsul, sovet respublikalarında dəbli lüks əşya hesab edilir, maddi rifah, status və uğurlu insan göstərcəsi kimi qəbul olunurdu. Sonrakı dövrlərdə "Madonna" serviz SSRİ dövrünün (xüsusilə Brejnev dövrünü) simvollarından biri kimi qəbul edilmişdir. "Madonna" serviz həmin dövrə aid müxtəlif memuarlarda - məsələn, Müslüm Maqomayev və İqor Vernikin memuarlarında xatırlanır. "Madonna" servizləri istifadə məqsədlərinə (yemək dəsti, çay və ya qəhvə dəsti), istehsalçı manufakturalarına (Oscar Schlegelmilch, Kahla, Colditz, Stadtilmer), forma və dizaynlarına görə fərqlənirdi. == Dizayn xüsusiyyətləri == "Madonna" servizlərinin əsas bədii xüsusiyyəti neoklassist İsveçrə rəssamı Anqelika Kaufmanın "Yupiter və Kallisto" və "Kupidonun cəzalandırılması" adlı iki əsərinin dekolu idi. "Madonna" servizlər əksər hallarda həm də sədəfi örtük və qızılı naxışlarla bəzədilirdi. "Madonna" adının servizlərin üzərində əks olunmuş klassik mifologiya təsvirləri ilə heç bir əlaqəsi olmayıb, SSRİ vətəndaşlarının Avropa incəsənəti haqqında ümumi təsəvürlərini əks etdirir. Rəssam Anqelika Kaufman XVIII əsrdə olduqca məşhur olsa da, öz əsərlərinin qravür-kopyalarını hazırlayıb yayırdı. Buna görə də, XIX əsrdə Avropada əməlli-başlı "anqelikomaniya" baş almışdı; həmin dövrdə rəssamın əsərləri tətbiqi incəsətdə geniş istifadə olunur, xüsusilə çini qabların bəzədilməsi zamanı Anqelika Kaufmanın əsərlərinə müraciət edilirdi.
Hard Candy (Madonna albomu)
Hard Candy Madonnanın on birinci studiya albomu. 19 aprel 2008-ci ildə Warner Bros Records tərəfindən nəşr olunmuşdur.Bu Madonnanın val şirkəti ilə son studiya albomu oldu.
Kouperin balaca Madonnası
Kouperin balaca Madonnası (it. Piccola Madonna Cowper) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1505 -ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florentina dövrünə aid edilir. "Kouperin balaca Madonnası" əsəri hal-hazırda ABŞ-də, Vaşinqton şəhərində saxlanılır.
Like a Prayer (Madonna albom)
Like a Prayer Madonnanın dördüncü studiya albomu.21 mart 1989 ildə Sire Records tərəfindən nəşr olundu.1980 ların sonunda,Like a Prayer albomun çıxışından sonra Madonna Bilbord, MTV, Musiqiçi dərgisi kimi medialar tərəfindən "On ilin Sənətçisi"adlandırıldı..
Like a Virgin (Madonna albom)
Like a Virgin Madonnanın ikinci studiya albomu. 12 noyabr 1984 ildə Sire Records tərəfindən nəşr olundu.
Madonna del Prato (Rafael)
Madonna del Prato (it. Madonna del Belvedere) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1505-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Madonna del Prato" əsəri hal-hazırda Avstriyada, Vyana şəhərində İncəsənət tarixi muzeyində saxlanılır.
Madonna payızbülbülü balası ilə
Madonna payızbülbülü balası ilə (it. La Madonna del Cardellino) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1505-1506-ci illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir və hal-hazırda İtaliyada, Florensiya şəhərindəki Uffitsi qalereyasında saxlanılır.
Madonna saqqalsız Müqəddəs Cozeflə (Rafael)
Madonna saqqalsız Müqəddəs Cozeflə (it. Sacra Famiglia con san Giuseppe imberbe) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1506-cı ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Madonna saqqalsız Müqəddəs Cozeflə" əsəri hal-hazırda Rusiyada, Sankt-Peterburq şəhərində, Ermitajda saxlanılır.
Madonna və Uşaq (Rafael)
Madonna və Uşaq (it. Madonna di Pasadena) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1503-cü ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur.Madonna və Uşaq əsəri hal-hazırda Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Pasadena şəhərində yerləşən Norton Simon mədəniyyət evində saxlanılır. Əsərdə Müqəddəs Məryəm və qucağında uşaq təsvir olunub.
Tadorna tadorna
Adi alaördək (lat. Tadorna tadorna) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ala ördək cinsinə aid heyvan növü.
Mahonia
Mahoniya (lat. Mahonia) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinə aid bitki cinsi.
Mandonia
Mandonia Sch.Bip. — Hieracium bitki cinsinin sinonimi. Mandonia Hassk. — Tradescantia bitki cinsinin sinonimi.
Marsonna
Marsonna (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Meyonna
Meyonna (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Ordonna
Ordonna (fr. Ordonnaz) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.