Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mahnaz Avşar
Mahnaz Avşar (fars. مهناز افشار‎‎; 11 iyun 1977)— İran aktrisası == Həyatı == Mahnaz Avşar 11 iyun 1977-ci ildə Tehran şəhərində anadan olub. == Filmoqrafiya == Məhəbbət yanğısı, Nader Müqəddəs (1999) Cavan şirlər Mohsen Mohseni Nasab (1999) Dostlar Mehrdad Mirfallah (2000) Negin Əsgər Haşemi (2000) Koma Araş Moayerian (2002) Bal zəhəri İbrahim Şeybani (2002) Şirvani üzünə 13 pişik (2002) Fəsil salatı Firudin Ceyrani (2003) Akvarium Irəc Qədiri (2003) Əmiri niyə öldürdülər?
Mahan
Mahan — İranın Kirman ostanının Kirman şəhristanının Mahan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 16,787 nəfər və 4,138 ailədən ibarət idi.
Mahnı
Mahnı — musiqi ilə müşayiət olunan şeir, mətn. == Mahnı necə yarandı? == Azərbaycan musiqisinin, eləcə də digər xalqların musiqisinin ən çox işlənən və ən çox sevilən növü mahnıdır. Yəqin ki, mahnıların yaşı insanın, bəşər övladının yaşı ilə eynidir. Mahnının insanın danışmağa başlamasından əvvəl yaranması şübhə doğurmamalıdır: bu, sözsüz mahnılar, melodiyalar dövrü idi. Dilin, danışığın, sözün yaranmasından sonra isə sözlü mahnı, yəni şeiri müsiqi ilə ifa etməkdən yaranan söz-musiqi vəhdəti yarandı. Bu mahnıların müəllifləri həssas və istedadlı insanlar idilər. Musiqi alətləri meydana çıxdıqdan sonra mahnı üç ölçüyə malik oldu – səs, söz və çalğı (müşayiət). Bu dövrdə mahnı müəllifləri ya müğənnilər, ya çalğıçılar, ya da bu məclislərin istedadlı, musiqi duyumlu iştirakçıları arasından çıxırdı. Mahnılar ifa oluna-oluna cilalanır, yadda qalır, sevilir, nəsildən nəsilə yol gedirdi.
Manna
Manna (akkad. Mannai), Minni (ivr. ‏מנּי‏‎) və ya Manas — e.ə. IX əsr–e.ə. VI əsrlərdə tarixi Azərbaycan ərazisində, indiki Cənubi Azərbaycanın şimal-qərbindəki Urmiya gölünün sahilində qədim dövlət. Manna yazılı mənbələrdə qeyd olunan ilk mərkəzləşdirilmiş dövlət hesab edilir. Paytaxtı İzirtu şəhəridir. Manna dövləti qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox böyük bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir rayonda meydana gəlmişdi. Manna e.ə. III-II minilliklərdə bu regionda mövcud olmuş kuti, lullubi, turukki tayfalarının, digər tayfaların və tayfa ittifaqlarının bilavasitə varisi idi.Manna dövləti e.ə.
Mayna
Mayna (lat. Acridotheres) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi. Azərbaycanda nominativ yarımnövü olan eyni adlı politipik növlə təmsil olunmuşdur. Adi sığırçından bir qədər kiçikdir. Rəngi əlvandır: başı, boynu, qanadları, və quyruğu qara, qarnı, qanadlarının üstündə və quyruğunun ucundakı zolaqlar ağdır, qalan lələkləri qonurumtul-çəhrayıdır. Dimdiyi ayaqları və gözünün altındakı xal sarıdır. Növün Arealı Asiya olsa da bir çox dünya ölkələrinə aparılmışdır. Yaşayış məntəqələrində oturaq yaşayan tamamilə sinantrop quşdur. Sürü halında gəzir və yuvalayır. Bakıda ilk dəfə yuvalanması 1983-cü ildə qeydə alınmışdır.
Achillea magna var. magna
Adi boymadərən (lat. Achillea millefolium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik, ot bitkisi olub, gövdəsinin hündürlüyü 20-50 sm, düzqalxan, budaqlanan, dəyirmi, nazikşırımlı, yuxarı budaqcığındakı yarpaqları qısalmışdır. Yarpaqları növbəli, xətti-neştərvari, ikiqat lələkşəkilli yarılmış, iki-üçqat kəsilmiş seqmentli və demək olar ki, kürəkşəkilli, sonluğu xətti formalıdır. Kökümsov yarpaqları saplaqlı uzunluğu 35-50 sm-dir. Kökləri nazik, sürünəndir. Çiçəkqrupu kiçik, çoxsaylı olub, gövdənin zirvəsində mürəkkəb çiçəkqrupunda formalaşan, kənarları ağ dilşəkilli (bəzən çəhrayı) daxili çapıqlı olmaqla, sarı rənglidir. Qalxanşəkilli çiçəklərinin uzunluğu 4 sm-ə (çiçək səbətciyinin əsası) bərabərdir. Hər bir səbətcik kənar dişicikli, (əsasən sayı 5 olan), orta boruşəkilli, ikicinsli (3-30 qədər sayı olan), 5 erkəkcikli və aşağı yumurtalıqlı çiçəklərdən ibarətdir. Çiçəyin əsası qabarıq olmaqla, çiçək yatağı bölünmüşdür.
1944 (mahnı)
1944 — Ukraynanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı və eyni zamanda müsabiqənin qalibi. Camala "1944" mahnısı ilə Ukraynanı İsveçin Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmiş və finalda 534 xal toplayaraq qələbə qazanmışdır. Mahnı 1944-cü ildə Krım tatarlarının Mərkəzi Asiyaya deportasiyası zamanı müğənninin nənəsinin itirdiyi qızı haqqındadır və mahnının sözləri Camalanın özü tərəfindən 2014-cü ildə yazılmışdır. Rus şərhçilər mahnının Rusiyanın Krıma hərbi müdaxiləsi və Donbass müharibəsi barəsində olduğunu iddia edərək, bu tip siyasi mövzuda olan mahnının müsabiqənin qaydalarını kobud şəkildə pozduğunu bildirmişdirlər. Lakin mahnıda hansısa birbaşa siyasi ismarış olmaması səbəbindən mahnının Avroviziyanın qaydalarını pozmadığı daha öncə Avropa Yayım İttifaqı tərəfindən təsdiqlənmişdir. Camala da verdiyi müsahibələrdə ifa etdiyi mahnının siyasi mövzuda olmadığını və mahnını yazmaqda əsas məqsədinin 1944-cü ildə nənəsinin yaşadığı acıları, dəhşətli anları dinləyiciyə çatdırmaq olduğunu bildirmiş və mahnının onun üçün yalnız şəxsi anlam daşıdığını vurğulamışdır.
22 (mahnı)
22 — İrlandiyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.. Sara MakTernan "22" mahnısı ilə İrlandiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı Niderlandlı bəstəkarlar Cenik Devi, Marsiya "Mişa" Sondeyker və Roel Rats tərəfindən bəstələnmişdir.
Acetosa magna
Adi əvəlik (lat. Rumex acetosa) - əvəlik cinsinə aid bitki növü. == Sinonim == Acetosa agrestis Raf. Acetosa amplexicaulis Raf. Acetosa angustata Raf. Acetosa bidentula Raf. Acetosa fontanopaludosa (Kalela) Holub Acetosa hastifolia Schur Acetosa hastulata Raf. Acetosa magna Gilib. Acetosa officinalis Gueldenst. ex Ledeb.
Achillea magna
Adi boymadərən (lat. Achillea millefolium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik, ot bitkisi olub, gövdəsinin hündürlüyü 20-50 sm, düzqalxan, budaqlanan, dəyirmi, nazikşırımlı, yuxarı budaqcığındakı yarpaqları qısalmışdır. Yarpaqları növbəli, xətti-neştərvari, ikiqat lələkşəkilli yarılmış, iki-üçqat kəsilmiş seqmentli və demək olar ki, kürəkşəkilli, sonluğu xətti formalıdır. Kökümsov yarpaqları saplaqlı uzunluğu 35-50 sm-dir. Kökləri nazik, sürünəndir. Çiçəkqrupu kiçik, çoxsaylı olub, gövdənin zirvəsində mürəkkəb çiçəkqrupunda formalaşan, kənarları ağ dilşəkilli (bəzən çəhrayı) daxili çapıqlı olmaqla, sarı rənglidir. Qalxanşəkilli çiçəklərinin uzunluğu 4 sm-ə (çiçək səbətciyinin əsası) bərabərdir. Hər bir səbətcik kənar dişicikli, (əsasən sayı 5 olan), orta boruşəkilli, ikicinsli (3-30 qədər sayı olan), 5 erkəkcikli və aşağı yumurtalıqlı çiçəklərdən ibarətdir. Çiçəyin əsası qabarıq olmaqla, çiçək yatağı bölünmüşdür.
Always (mahnı)
"Always" (Azərbaycanca: Həmişə) 2009 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisi Aysel Teymurzadənin ifa etdiyi mahnıdır. Mahnının bəstəkarı və sözlərinin müəllifi tanınmış İran və İsveç ifaçısı Arəşdir. Mahnıda solo tar partiyasını tanınmiş tarzən,əməkdar artist Sahib Paşazadə ifa edib. == Seçim == İngilis dilində yazılan "Always" fevralın 5-ində təklif olunmuş 30 mahnı arasında İctimai TV tərəfindən seçilmişdir. == Münasibətlər == "Always" mahnısı və müğənnilərinə tənqidi fikirlər də mövcuddur. Bəstəkar Eldar Mansurovun fikrincə, həm mahnı, həm müğənnilərlə bağlı seçim səhvdir: "Mən Araşı və Ayseli tanımıram. Ehtimal ki, Aysel zəif müğənni olduğu üçün Araşı ona qoşublar ki, daha uğurlu olsun. Amma sonra Araş öz yoluna davam edəcək. Ancaq bununla kimi aldatmaq istəyirlər" Onun fikrincə, "Always" mahnısında milli elementlər yoxdur.Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) sədri, xalq artisti Firəngiz Əlizadə mahnını kəskin tənqid edib: "Eurovision" müsabiqəsində Azərbaycanı təmsil etməsi üçün seçilən mahnı Avropa qəlibləri, standartları ilə yazılıb. Çox fantaziya işlətmədən bu, Avropada artıq dəfələrlə səslənən mahnıların bir ortalama nümunəsidir.
Apeshit (mahnı)
Apeshit — amerikalı müğənni Beyonce və amerikali reper Jay-Znin duetidir. Mahnıya klipi Ricky Saiz çəkmişdir. Klip Fransanın paytaxtı Paris şəhərindəki Luvr muzeyində çəkilmişdir.
Arcade (mahnı)
Arcade (azərb. Arkada‎) — Niderlandın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Dankan Lourens "Arcade" mahnısı ilə Niderlandı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmiş və nəticədə Niderlanda 5-ci Avroviziya qələbəsini qazandırmışdır. Mahnı Dankan de Mur, Coel Syöö və Vuter Hardi tərəfindən bəstələnmişdir.
Artsak (mahnı)
Artsak (erm. Արցախ) — Ermənistan bəstəkarı Ara Gevorkyanın 1999-cu ildə "Ani" albomunda yayımlanmış instrumanetal xalq musiqisi. Yayımlanmasından qısa müddət sonra, mahnı Ermənistanda məşhurlaşmışdır. Musiqi kompozisiyasında Fikrət Əmirovun Hüseyn Cavidin "Şeyx Sənan" dram əsərinin tamaşası əsaında çəkilmiş "Kor Ərəbin mahnısı" filmi üçün bəstələdiyi 4 dəqiqə 16-saniyyəlik mahnının ilk və son parçalarından istifadə olunur (melodiyanın 4-dəfə sürətləndirilmiş şəkli oranjman edilib, 25-50-ci saniyyələrində və 03:05-03:55-ci saniyyələrində). Musiqi bir çox mədəni, idman və siyasi mərasimlərdə istifadə edilmişdir. Dünyanın müxtəlif ölkələrindən fiqurlu konkisürənlər, gimnastlar və digər idmançılar da dəfələrlə bu musiqiyə müraciət etmişlər. == İdmanda istifadəsi == == Digər == Ermənistan Pan-Armenian Oyunları Rusiya Pervıy kanalda yayımlanan "Buz dövrü" adlı televiziya şousunda müğənni Aleksandra Savaleva və Rusiyada doğulmuş İsrail fiqurlu konkisürəni Sergey Saxnovski bu musiqinin sədaları altında çıxış etmişlər. ABŞ 2017-ci ildə National Geographic Channel tərəfindən çəkilmiş “Hidden Cities Revealed: Baku” sənədli filmində (43-44-cü dəq.) istifadə edilib. == Qalmaqal == 2007-ci ildə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Artsak" mahnısında Azərbaycan musiqisindən istifadə edilməsini bildirmişdir. Ara Gevorkyan bu iddiaya cavab verərək, mübahisənin Rusiyanın Pervıy kanalında yayımlanan "Lednikoviy period" teleşousunun epizodlarından birində baş vermiş qarışıqlıqla əlaqəli olduğunu bildirmişdir.
Aviation (mahnı)
"Aviation" – The Last Shadow Puppets qrupunun ikinci studiya albomu olan Everything You've Come to Expect-dən üçüncü sinql. 16 mart 2016-cı ildə Domino Records tərəfindən buraxılıb. == Mahnı klipi == Klipdə Törner və Keyn çimərlikdə çuxur qazırlar, onlar torpağı qazarkən bir kişi və gəlin paltarı geyinmiş qadın maşından düşüb onlara yaxınlaşır. Keyn birdən qayıdıb kişini öpür ki, bu da onların arasında dava olmasına səbəb olur. Bu vaxt qadın sahilə qaçır, Törner və Keyn isə kişinin adamları tərəfindən torpağa basdırılır. Klipin sonrası "Everything You've Come to Expect" mahnısında göstərilir.Video Malibudakı Point Dume-də çəkilib və rejissoru Saam Farahmanddır. Klip 16 mm ilə çəkilib, Chung Chung-hoon, videonun vizual keyfiyyətini təmin edərək, çəkilişlər üzrə rejissor vəzifəsini icra etdi.
Aya (mahnı)
Aya — azərbaycanlı müğənnilər Aygün Kazımova və Rauf Ahmədovun duetidir. Mahnı "SS Production" və "Mərkəz Production" tərəfindən hazırlanıb. Mahnıya klipi rejissor Nicat Məlikov çəkmişdir. == Mahnı haqqında == Sözləri və musiqisi Nicat Məlikova aiddir. Layihənin musiqi prodüseri Fərid İsmayılovdur. Mahnının səs uzlaşması və masterinqi Ramin Vəlibəyova aiddir. == Klip haqqında == "AYA" hiti sanki buludların üzərində canlanır. Klipin rejissorlu Nicat Məlikovdur. "Aya" klipində Mərkəz Production və SS productionla yanaşı bir çox peşəkərların imzası var. SS productionun rəhbəri Aysel Rəcəblinin başına topladığı komandanın tərkibində xaricdəki moda defilələri ilə haqqında çox danışılan dizayner Rüfət İsmayıl və tamınmış stilist Ruxa var.
Azərbaycan (mahnı)
Azərbaycan — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri Cəlal Qurbanova, musiqisi Hikmət Mirməmmədliyə aiddir. Xalq Artisti Aygün Kazımova 2014-cü ildə mahnını yenidən türkiyəli müğənni və bəstəkar Mustafa Ceceliyə aranjiman etmişdir və dinləyicilərə təqdim etmişdir.
Bad (mahnı)
Bad — Maykl Cekson tərəfindən ifa olunmuş mahnıdır. Epic Records tərəfindən 1987-ci ilin sentyabrında satışa çıxarılmış mahnı Ceksonun eyni adlı albomundan olan ikinci sinqldır. Mahnının sözləri və musiqisi Cekson tərəfindən yazılmışdır. Prodüsser kimi Kuinsi Cons və Maykl Cekson çalışmışdır. Cekson mahnını yazarkən real həyat hadisələrindən təsirləndiyini qeyd etmişdir. Ümumilikdə “Bad” müasir musiqi tənqidçiləri tərəfindən yaxşı qəbul edilmiş, bəzi tənqidçilər isə, bu mahnının Maykl Ceksonun yaradıcılığının “Bad” dövründə kəskin səhnə imicinin formalaşdırılmasında mühüm rol oynadığını qeyd etmişlər. Billboard Hot 100 hit paradında birinci yerə yüksəlmiş mahnı, mövqeyini iki həftə qorumaqla Maykl Ceksonun bu hit paradın zirvəsinə qalxmış ikinci sinqlı olmuş, ümumilikdə isə hit paradlarda birinciliyə yüksəlmiş yeddinci mahnısı olmuşdur. Beynəlxalq miqyasda da mahnı yaxşı gəlir gətirmiş, on bir ölkədə top onluğa, həmçinin, Birləşmiş Krallıq, Fransa, İtaliya, Norveç, İsveçrə və İsveç hit paradlarında ilk beşliyə daxil olmuşdur. Niderland və Avropa hit paradlarında isə mahnı birinciliyə yüksəlmişdir. Martin Skorsisin rejissorluğu ilə çəkilmiş Bad musiqi videosunda o zaman hələ kəşf edilməmiş Uisli Snayps ilk rollarından birini canlandırmışdır.
Bayatılar (mahnı)
Bayatılar — musiqisi Eldar Mansurov tərəfindən 1988-ci ildə yazılmış, sözləri Vahid Əzizin olan mahnıdır. Vahid Əzizin bu şeiri 1985-ci ildə "Əllərimin kölgəsi" kitabında çap olunub. Şair Vahid Əziz bəstəkar Eldar Mansurovun xahişi ilə şeirə mahnı üçün yeni bənd əlavə edib. Mahnı ilk dəfə 1989-cu ildə Brilliant Dadaşova tərəfindən ifa edilərək lentə alınmışdır. == Digər versiyaları == Mahnı Brilliant Dadaşovadan sonra dünyanın bir çox dillərində və ən müxtəlif ölkələrdən olan ifaçılar tərəfindən müxtəlif adlarla ifa edilmişdir. Həmin ifaçılar (Aşqabad qrupu istisna olmaqla) mahnının musiqisini saxlasalar da adını və sözlərini dəyişərək ifa etmişlər. Azərbaycanda isə bu mahnını müxtəlif illərdə müğənnilərdən İlqar Muradov (1989) və Faiq Ağayev (1996), skripkada isə Natiq Nuriyev (1989) və Kazbek Əliyev (1995) ifa ediblər.
Believe (mahnı)
Believe — Rusiyani 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnıdır. 2008 Avroviziya Mahnı Müsabiqəsində ifa etdiyi "Believe" ("İnan") mahnısı ilə 26 yaşlı Dima Bilan Avroviziya Mahnı Müsabiqəsində 272 xal toplayaraq qalib gəldı.
Ben (mahnı)
Ben — Volter Şarf və Don Blek tərəfindən yazılmış və Maykl Cekson tərəfindən 1972–ci ildə Motown leyblı üçün ifa edilmiş mahnı. Mövzusu 1972–ci ildə çəkilmiş eyniadlı filmdən götürülən mahnının çıxışından bir həftə sonra Billboard Hot 100-də zirvəyə yüksəlmişdir. Mahnı həmçinin Avstraliya hit paradında da birinci yerə yüksəlmiş və səkkiz həftə birinciliyini qorumuşdur. Britaniya hit paradında isə mahnı ilk yeddiliyə qədər yeksələ bilmişdir. == Haqqında == Əslində Donni Osmondun ifası üçün yazılmış mahnı, Osmondun o zaman konsert turunda olması səbəbiylə Maykl Ceksona verilmişdir.Cekson o zaman hər nə qədər gənc olsa da, artıq onun bir sinqlı ("I Want You Back" "The Jackson 5"la birgə 1970–ci ildə ifa edilmiş mahnı) hit paradlarda birinciliyə yüksəlmişdi. "Ben" Maykl Ceksonu on dörd yaşında hit paradlarda birinciliyə yüksəlmiş üçüncü gənc müğənni kimi tarixə saldı. Ondan əvvəl yalnız Stivi Uander "Fingertips, Pt. 2" mahnısı və Donny Osmond 1971–ci ildə "Go Away Little Girl" mahnısı ilə birinciliyə yüksəlmişdi. Mahnı, həm də Ceksonun ən çox satılan mahnılarından olmaqla, The Jackson 5 Anthology, The Best of Michael Jackson, Michael Jackson Anthology, Jackson 5: The Ultimate Collection, The Essential Michael Jackson, Michael Jackson: The Ultimate Collection, Hello World: The Motown Solo Collection, The Definitive Collection, Number Ones və King Of Pop albomlarında satışa çıxarılmışdır. Mahnının canlı ifa versiyası 1981–ci ildə çxarılmış The Jacksons Live!
Bilmədim (mahnı)
Bilmədim — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri Afaq Şıxlıya, musiqisi isə Aygün Kazımovanın özünə məxsusudur. Mahnını Vaqif Gərayzadə aranjiman etmişdir.
Chameleon (mahnı)
Chameleon (azərb. Buqələmun‎) — Maltanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Mikela Paç "Chameleon" mahnısı ilə Maltanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı Yoakim Persson, Paula Vinqer, Borislav Milanov və Yohan Alkaenas tərəfindən bəstələnmişdir.
Courage (mahnı)
Courage (azərb. Cəsarət‎) – Haruka Tomatsu tərəfindən ifa olunmuş sinql. 3 dekabr 2014-cü ildə CD + DVD formatında buraxılmışdır. Mahnı "Sword Art Online II" anime serialının 15-24-cü seriyalarının açılış mahnısı olmuşdur. Haruka Tomatsu həmçinin Asuna personajının seyyusudur.
Cücələrim (mahnı)
Cücələrim — uşaq mahnısı. == Haqqında == "Cücələrim"in qəribə taleyi olub. Mahnı yazılandan düz 10 il sonra məşhurlaşıb. 1949-cu ildə bəstəkar Qəmbər Hüseynli şair Tofiq Mütəllibova bir musiqi dinlədir və ondan xahiş edir ki, buna söz yazsın. O dönəmlər uşaq şeirləri yazan Tofiq Mütəllibov musiqiyə söz yazıb verir Qəmbər Hüseynliyə. Mahnının ilk ifaçısı, deyilənə görə, indi Muğam Teatrının direktoru çalışan Arif Qazıyev olur. Mahnının ulduzu düz 10 il sonra parlayır. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında "Cücələrim"i indi hamımızın tanıdığı aktrisa və rəssam-florist Suqra Bağırzadə oxuyur. Mahnı "ura "yla qarşılanır və tezliklə dillər əzbərinə çevrilir, sovetlər məkanını aşaraq bütün dünyaya yayılır. Müxtəlif dillərə (100-dən çox dilə !) çevrilir.
Dangerous (mahnı)
Dangerous – Maykl Ceksonun 1991-ci ildə çıxardığı eyniadlı albomuna daxil olan mahnı. Həmin albom Maykl Ceksonun səkkizinci solo studio albomudur. Müəllifləri Maykl Cekson Bill Bottrell və Teddy Riley olan mahnı albomdan çıxarılacaq onuncu sinql kimi düşünülmüşdü. Lakin 1993–cü ildə Maykl Ceksona qarşı uydurma uşaqbazlıq iddianaməsi kompaniyasından sonra bu planlar təxirə salındı. Həmçinin Ceksonun albomdan çıxardığı digər sinqlların da hit parad taleyi o qədər də parlaq olmadı. Dangerous albomu satışa çıxarıldıqdan sonra bir çox mütəxəssislər eyniadlı mahnının sinql kimi ayrıca satışa çıxarıldığı halda böyük uğur qazanacağını söyləyirdilər. Həqiqətən də mahnı dinləyicilər arasında çox böyük sevgi qazandı. Jackson mahnını axırıncı dünya turnesi olan və 1996 – 1997-ci illəri əhatə edən HIStory World Tour zamanı dəfələrlə canlı şəkildə ifa etdi. 1994 – cü ildə Ceksonun Dangerousu Crystal Cartierdən oğurlaması haqqında iddialar ortaya çıxdı. Lakin hakim ədalətlə qərar verdi və tutarlı dəllilərin olmamasını əsas gətirərək Crystal Cartierin iddiasını rədd etdi.