Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şahtac Qızılbaş
Şahtac Qızılbaş — Pakistanlı qadın hüquqları müdafiəçisi idi.Şahtac Qızılbaş Qadın Fəaliyyəti Forumunun(Women's Action Forum) təsisçi üzvü idi.Şahtaj Qızılbaş Pakistanın Pəncab əyalətində olan Lahor şəhərinin nəcib Qızılbaş ailəsinə mənsub idi və Müzəffər Əli xan Qızılbaş onun əmisi idi.
Mahaç Nurəddinov
Mahaç Nurəddinov (15 dekabr 1977) — Rusiyanı və Azərbaycanı təmsil edən boksçu. == Karyerası == Mahaç Nurəddinov Azərbaycanı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi. Mahaç Nurəddinov 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə Rusiya nümayəndəsi Alexander Maletin ilə üz-üzə gəldi. Həmin görüşdə rəqibinə 5:14 hesabı ilə məğlub olan Mahaç Nurəddinov turnirdə mübarizəsini dayandırdı və Sidney Olimpiadasını 17-ci pillədə başa vurdu.
Maktak
Maktak (inuit dilində:Maktak, "muktuk" variantında da tez-tez rast gəlinir; (çukça dilində: итгилгын, ман'так'; nen dilində: кылтын'гын) — Eskimos, nen və çukça mətbəxlərində dondurulmuş balina dərisindən və balina piyindən hazırlanan ənənəvi yemək. Bəzi dialektlərdə, xüsusilə inuinnaktun dialektində sözü "yeməli dəri" mənasında ifadə olunur.. == Qidalanmada əhəmiyyəti == Maktak - S vitamininin (Askorbin turşusunun) əsas mənbələrindən biridir. 100 qram baliba dərisində 38 mq askorbin turşusu vardır.. Balina piyi eyni zamanda D vitamini ilə zəngindir..
Mantaş
Mantaş (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Çeşmə Mantaş (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Maybac
Maybach — Vilyam Maybax və oğlu Karl tərəfindən qurulan alman avtomobil şirkəti. Dirijabllar üçün mühərrik istehsal etməklə fəaliyyətə başlamış, sonradan böyük və lüks avtomobillər istehsalına keçmişdir. İkinci dünya müharibəsi illərində Almaniya hərbi zirehli maşınları üçün mühərrik hazırlamışdır. Hazırda şirkətin mərkəzi Ştuttqartdadır və Daimler-Chrysler avtokonserninin bir qoludur.
Mahal
Mahal — tarixən Azərbaycan və şərq ərazi bölgüsündə tətbiq edilmiş inzibati ərazi vahidi. == Tarixi == Səfəvilər dövlətində əyalətlər vilayətlərə bölünürdü. Vilayətlərə hakimlər rəhbərlik edirdilər. Hakimlərin xan, bəzən də sultan titulu olurdu. Vilayətlər qəzalara bölünürdü. Qəzalara hakim və qazı başçılıq edirdi. Qəzalar mahallara ayrılırdı. Mahallara naiblər, bəzi hallarda isə məliklər rəhbərlik edirdilər. Mahallar nahiyələrə ayrılırdı. Nahiyələrə bəylər başçılıq edirdilər.
Mahan
Mahan — İranın Kirman ostanının Kirman şəhristanının Mahan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 16,787 nəfər və 4,138 ailədən ibarət idi.
Malta
Malta (malt. Malta; ing. Malta) və ya rəsmi adı ilə Malta Respublikası (malt. Repubblika ta' Malta; ing. Republic of Malta) — Cənubi Avropada ada-dövlət. Malta Aralıq dənizində Malta arxipelaqında yerləşən mikrodövlətdir. İtaliyadan 80 km cənubda, Tunisdən 284 km şərqdə, Liviyadan 333 km şimalda yerləşir. Paytaxtı Valletta şəhəri, ümumi sahəsi 316 kvadrat kilometrdir. Malta üç adadan ibarətdir: Malta (246 km²), Qozo (67 km²) və Komino (3.5 km²). Ölkə 2004-cü ildən Avropa Birliyinin üzvüdür.
Matar
Matar — Anju adaları qrupuna daxil olan elə də böyük olmayan ada. Ada Çukot dənizi ilə Şərqi Sibir dənizi araspnda yerləşir. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ərazi Ust Lena qoruğuna daxildir.
Maxta
Maxta — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Maxta kənd inzibati-ərazi vahidi Şərur rayonunun tərkibinə verilmişdir. == Etimologiyası == Naxçıvan MR Şərur rayonunda kənd kimi mövcud olan Maxta adı qrammatik formasına görə Maxta/maq-tağ/q/ şəklində olmaqla iki hissədən ibarətdir. Sözün ilk hissəsi olan max-maq formasının danışıq şəkli (şifahi nitq) hesab edilməlidir. "Tağ/taq/" isə tağ, qol, hissə mənası verir. Avesta abidəsi ilə əlaqədar dini ayinləri icra edən şəxslərə "maq" deyilirmiş. Bu söz sonralar öz mənalarını genişləndirərək kahinlik, kahin kasta (Midiyada və İranda), həmçinin Məzdəkiliyin ardıcıllığı və s. kimi mənalar daşımışdır. Maq sayılan şəxs cadugər (əslində bu türkəçarə, müalicə, dini müalicə məqsədilə işlər görən mənası kimi nəzərdə tutulmalıdır), sehrbaz, astroloq və b. mənalar vermişdir.
Matam
Matam (ing. Matam, Senegal) — Seneqalda, yerləşən bir yaşayış məntəqəsidir. Matamın 17,324 nəfər əhalisi var.
Mahya
Lepechinia (lat. Lepechinia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Mahnaz Avşar
Mahnaz Avşar (fars. مهناز افشار‎‎; 11 iyun 1977)— İran aktrisası == Həyatı == Mahnaz Avşar 11 iyun 1977-ci ildə Tehran şəhərində anadan olub. == Filmoqrafiya == Məhəbbət yanğısı, Nader Müqəddəs (1999) Cavan şirlər Mohsen Mohseni Nasab (1999) Dostlar Mehrdad Mirfallah (2000) Negin Əsgər Haşemi (2000) Koma Araş Moayerian (2002) Bal zəhəri İbrahim Şeybani (2002) Şirvani üzünə 13 pişik (2002) Fəsil salatı Firudin Ceyrani (2003) Akvarium Irəc Qədiri (2003) Əmiri niyə öldürdülər?
Maktan adası
Maktan adası (taqal Mactan, ing. Mactan) — Filippinin Sebu vilayətinə daxil olan ada. Visay adaları qrupuna daxildir. Sebu adasından şərqdə, Sebu şəhərinin qarşı tərəfində yerləşir. İnzibati cəhətdən Lapu-Lapu şəhər dairəsi və Kordova regionuna daxildir == Tarixi == 1521-ci ildə ada sahilində Maktan döyüşü baş vermişdir. Döyüş Fernan Magellanın rəhbərlik etdiyi İspan ekspedisiyası ilə yerli əhali arasında baş verir. Bu döyüşdə yerli əhalinin döyüşçüsü Lapu-Lapu döyüş əsnasında Magellanı öldürmüşdür. == Sənaye və iqtiadiyyat == Adada Gitara istehsal edilir. == Turizm və nəqliyyat == Ada turizmin inkişaına görə seçilir. Çoxlu sayda otellərə sahibdir.
Maktan döyüşü
Maktan döyüşü — Filippin əraizində 28 aprel 1521-ci ildə baş vermiş döyüş. Hazırda Filippinə aid Maktan adasının hökmdarlarından biri Lapu-Lapu ilə İspaniya qoşunlarının komandanı Fernan Magellanın qoşunları arasında baş vermiş döyüşdə ikincisi öldürülmüşdür. == Döyüş öncəsi == 16 mart 1521-ci ildə Fernan Magellan özünün dövrü aləm səyahəti zamanı Molukk adaları arasından İspaniyaya yol axtararkən üfüqdə hazırkı Samar adasını görür. Növbəti gün o silahdaşlarına Homonhon adası sahillərinə lövbər atmağı əmr edir. Magellan və onun komandasıə adada olan ilk avropalılar olmuşdur. Onun Kulambu və Siaqu hökmdarları ilə söhbəti uğurlu olur. Onlar Magellanı sebu adasına aparırlar. Burad isə adanın ali hökmdarı yaşayırdı. Magellan onu və həyat yoldaşını xristianlığı qəbul etməyə inandıra bilir. Xristianlığı qəbul etdikdən sonra hökmdar ispan kralı Filippin adını alır.
Maniac (mahnı)
Maniac (ing. Manyak) – Maykl Sembello tərəfindən 1983-cü ildə ifa edilmiş sinql. Musiqi həmin ildə "Parıltılı rəqs" filmində səslənmişdir. == Mükafatlar == "Maniac" mahnısı "Parıltılı rəqs" (ing. Parıltılı rəqs) filminin orijinal saundtrekləri siyahısına daxildir. Bu mahnı Oskar mükafatının nominasiyasına layiq görülə bilməmişdir. Çünki mahnının orijinal versiyası film üçün hazırlanmamışdır. "Parıltılı rəqs" filminin saundtreklərinə daxil olan İren Kara tərfindən ifa edilən "Flashdance... What a Feeling" (ing. Parıltılı rəqs...
Mantar palıdı
Quercus suber (lat. Quercus suber) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Aralıq dənizi sahillərinin ətrafında geniş yayılmışdır, ilk dəfə Cənubi Avropada təsvir edilmişdir. == Botaniki təsviri == Yavaş böyüyən, hündürlüyü 15–20 m, gövdəsinin diametri 30 sm olan, şaxələnmiş çətirli, həmişəyaşıl ağacdır. Gövdə və budaqlarının qabığı mantar qatına malikdir. Birillik zoğları və tumurcuqları sıx, keçəvari, sarımtıl-boz tükcüklərlə örtülmüşdür. Yarpaqları dərili, qalın, oval, yumurtavari-uzunsov, kiçik, biz dişli və ya kənarları bütöv formalı olub, uzunluğu 3–7 sm, eni 1,5–3,5 sm, kənarları çıxıntılıdır. Yarpaq saplağı 1–1,5 sm uzunluqdadır. Üstdən parlaq, tünd yaşıl, altdan sıx, xırda, boz tükcüklüdür. May-iyun aylarında çiçəkləyir.
Mantaş (Xudabəndə)
Mantaş (fars. منطش‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 148 nəfər yaşayır (30 ailə).
Mehrac Mahmudov
Mehrac Əhədov
Mehtab Qadınəfəndi
Mehtab Qadınəfəndi (d. 1830 - ö. 20 iyul 1888) — 31. Osmanlı sultanı Əbdülməcidin onuncu xanımı. == Həyatı == Mehtab xanım 1830-cu ildə Mahaçqalada dünyaya gəlmişdir. Əsl adı Nuriyə, atası Hişam bəy, anası isə Məlikə xanım idi. Erkən yaşlarında ailəsiylə birlikdə Rusiya imperiyasını tərk edib İstanbula gəlmiş, Osmanlı sarayına təslim edilmişdir. Osmanlı sarayına alınan çeçen əsilli nadir qadınlardan biridir. Sultan Əbdülməcidin hərəmxanasında xəzinədar olan Şevknihan xanım onun bibisi idi. Bu səbəblə sarayda mükəmməl təhsil almışdı.
Mehtab Quliyev
Mehtap Altunok
Mehtap Altunok (1972, İstanbul) — türkiyəli səsləndirmə sənətçisi və aktrisa. O, müxtəlif televiziya seriyalarında və reklamlarında rol almışdır. Ayrıca bəzi istehsalların səsləndirməsini iştirak etdi və bir dövr NTV kanalında hava proqnozu aparıcılığı etmişdir. Türkiyədə CarrefourSA hipermarket təqdimat filmlərində ekran üzü olmuşdur. Son dövrdə Show TV ekranlarında Həkimlər adlı serialda Jülide obrazını canlandırmışdır. Altunok 2015 in yaz aylarında TRT 1 də başlayan Baba Candir serialında iştirak etmişdir.
Mintac Elsevər
Mintac Elsevər (tam adı: Əliyeva Mintac Allahverdi qızı) (5 may 1975) -Azərbaycanlı jurnalist. Mintac Elsevər 5 may 1975-ci ildə Ermənistanda anadan olmuşdur. Əsas fəaliyyət istiqamətləri jurnalistika, kino və televiziyadır. Əvvəlcə Azərbaycan televiziyasında, sonralar ANS-də çalışmışdır. Aztv-də bir sıra veriliş və filmlərin müəllifidir. Bunlara "Romantik kommunist", "Yağmurun səsi", "Cəsur zərifin seçimi", "Tənha xurma ağacı" filmlərini, "Birincilər" və "Unudulmayanlar" layihələrini misal göstərmək olar. Yazar olaraq mətbu orqanlarda mütəmadi yazıları çıxır. Hazırda ARB televiziyasında çalışır. Yeraltı və yerüstü xəzinə (film, 2007)(qısametrajlı sənədli televiziya filmi) (prodüser) Cəsur zərifin seçimi (film, 2009) (qısametrajlı sənədli film) 1 mətbuat konfransının tarixi (film, 2015) (qısametrajlı sənədli film) (səsləndirmə) Böyük ustadın sirləri... (film) (qısametrajlı sənədli film) Cənnətdən qovulmuşlar (film) İllərin ilmə yaddaşı (film) (qısametrajlı sənədli film) Romantik kommunist (film) (qısametrajlı sənədli film) Tənha xurma ağacı...
Adıgözəlov Mehrac
Açxoy-Martan
Açxoy-Martan (çeç. Iашхой-Марта, Тӏехьа-Марта) — Çeçenistan Respublikası, Açxoy-Martan rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Axçoy-Martan rayonunun və Axçoy-Martan kənd sovetliyinin mərkəzidir. == Coğrafiya == Kənd Qroznıdan 40 km cənub-qərbdə yerləşir. Kəndin mərkəzindən Sunja çayının qolu olan Fortana çayı axır (çeç. Марта), şərq hissəsindən isə Açxo çayı keçir (çeç. Iашхо, Iашху). Kəndin adı bu iki çayın adından ortaya çıxmışdır — Açxu və Martan. Kənddən 6 km şimalda "Qafqaz" federal yolu keçir. Ən yaxın dəmiryolu stansiyası olan Samaşkiyə olan məsafə 15 km-dir (1994-cü ildən fəaliyyət göstərmir).
Matça
Matça ( yap. 抹茶, hərfi tərcüməsi "ovulmuş çay" deməkdir) — toz şəklində olan yaşıl çay. Məhz bu çay,ənənəvi olaraq, klassik yapon çay mərasimində istifadə olunur. Bundan başqa, matça, vaqasi adlı yapon desertinin növlərinə, yaşıl çaylı dondurmaya, soba adlı əriştəyə qida əlavəsi kimi istifadə olunur. == Tarixi == Çinin Tan sülaləsi zamanı (618 – 907) saxlanma və ticarət üçün çayın yarpaqları buxarla emal edilib çay briketlərinə preslənirdi. Çayı hazırlamaq üçün ilk öncə yarpaqlar qurudularaq toz halına çevrilir. Sonra duz və nanə əlavə edilərək qaynar suda qarışdırılırdı. Sun sülaləsi (960-1279) dövründə qurudulmuş çay yarpaqlarının buxarından emal edilən toz şəkilli çay populyarlaşmışdır. İçkini hazırlayarkən çay tozunu qaba töküb üzərinə qaynar suyu əlavə edirlər. Sonra üzərində köpük əmələ gələnə qədər qarışdırırlar.
Malqaç basqını
Malqaç basqını — 16 iyun 1919-cu ildə Yörük Əli Əfə və qoşunlarının yunanların nəzarət etdiyi Malqaç körpüsünə basqını. Basqının hədəfi yunanlar tərəfindən Nazilliyə və onun hüdudlarından kənara hərbi texnika daşımaq üçün istifadə edilən Malqaç dəmir yolu körpüsü olub. Bu, Anadolunun qərbində işğalçı yunan qüvvələrinə qarşı ilk təşkil edilmiş mülki müqavimət hücumlarından biri idi. == Zəmin == Körpü Osmanlı imperiyasında tikilən ilk dəmiryolu olan İzmir–Aydın dəmir yolunun bir hissəsi idi. Malqaç körpüsü Sultanhisar və Atça arasında yerləşirdi və Malqaç dərəsinn üzərində tikilmişdi. == Basqın == Körpü pulemyotlarla dəstəklənən 20 ağır silahlı yunan əsgəri tərəfindən müdafiə olunurdu. İyunun 15-dən 16-na keçən gecə türklər Dondurandan irəliləyərək səhər saat 02:00-da sallarla Böyük Məndərəs çayını keçdilər. Keçid zamanı onlar iki qrupa bölündülər, hər qrupda 30 nəfər var idi. Onlar Malqaç körpüsünə çatanda qarğıdalı tarlalarında irəliləyərək körpünü mühasirəyə aldılar. Eyni zamanda, bəzi qoşunlar telefon dirəklərinə dırmaşaraq yunanların əlavə qüvvələr çağırmasının qarşısını almaq üçün telefon xətlərini kəsdilər.