Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mandeizm
Sabiilik (ərəb. الصابئة‎ əs-Sabiyyət) ya da Mandayizm, İraqda və İranda dindir. Bu dinin tərəfdarlarına Sabiilər deyilir. == Etiqadı == Mandayizm — e.ə I minilliyin ikinci yarısı-eramızın başlanğıcında Cənubi Mesopotamiyada meydana gəlmiş dini təlim. Yaradıcıları mandelar sektasıdır. Yerli əhali onları menday, müsəlmanlar adətən sabiun, sabba və ya subba (Cənubi Ərəbistandakı səba tayfa birləşməsinin və onun yaratdığı dövlətin adından) adlandırır. Mandayizm təlimi xristianlığın, iudaizmin, zərdüştlüyün və qədim Babil dini ünsürlərinin qarışığından ibarətdir. Mandayilərin Şərqi arami ləhcələrinin birində yazılmış dini kitablardan bizə ayrı-ayrı parçalar gəlib çatmışdır. Mandeizmin əsas abidəsi "Adəmin kitabı"- 6-cı əsrin ortaları- 900-cü illər arasında yazılmışdır. Mandeizmə görə mandayilərin adi həyat anlayışını təcəssüm etdirən nurlu qüvvə Manda de Xayyanın (həyat kəlamı) adından alınmışdır.
Pandeizm
Pandeizm ya da Pan-deizm (latınca: pan - bütün; deus - tanrı) - panteizmin deistik forması (və ya deizmin panteistik forması). dinteizmDeizm (yaradançılıq) XXVII əsr və XXVIII əsrdə İngiltərə, Fransa və ABŞ-də diqqətə çarpan dini bir fəlsəfi hərəkatdır. Pandeizmə aid ən əhatəli kitab 1910-cu ildə Maks Bernhard Ueynşteyn tərəfindən yazılmışdır. Panteizm ya da tamtanrıçılıq isə kainatın hamısını tanrı olaraq qəbul eden fəlsəfi görüşdür. Panteizmdə hər şey tanrının bir parçası olaraq qəbul edilir, tanrı hər şeydir və hər şey tanrıdır. Panteizmə görə tanrının kainatdan ayrı və müstəqil bir varlığı yoxdur. Tanrı təbiətdə, əşyalarda, insan dünyasında vardır. Hər şey tanrıdır. Deistlər əsasən fövqəltəbii hadisələri (kəhanət və yaxud da möcüzələr), yaradanın dinlərlə olan əlaqəsini, Müqəddəs Kitabları və ortaya çıxmış olan bütün dinləri rədd edirlər. Bunun yerinə deistlər doğru dini inanışların insan məntiqində və təbii Dünyanın qanunlarında görməyi seçirlər.
Mandayizm
Sabiilik (ərəb. الصابئة‎ əs-Sabiyyət) ya da Mandayizm, İraqda və İranda dindir. Bu dinin tərəfdarlarına Sabiilər deyilir. == Etiqadı == Mandayizm — e.ə I minilliyin ikinci yarısı-eramızın başlanğıcında Cənubi Mesopotamiyada meydana gəlmiş dini təlim. Yaradıcıları mandelar sektasıdır. Yerli əhali onları menday, müsəlmanlar adətən sabiun, sabba və ya subba (Cənubi Ərəbistandakı səba tayfa birləşməsinin və onun yaratdığı dövlətin adından) adlandırır. Mandayizm təlimi xristianlığın, iudaizmin, zərdüştlüyün və qədim Babil dini ünsürlərinin qarışığından ibarətdir. Mandayilərin Şərqi arami ləhcələrinin birində yazılmış dini kitablardan bizə ayrı-ayrı parçalar gəlib çatmışdır. Mandeizmin əsas abidəsi "Adəmin kitabı"- 6-cı əsrin ortaları- 900-cü illər arasında yazılmışdır. Mandeizmə görə mandayilərin adi həyat anlayışını təcəssüm etdirən nurlu qüvvə Manda de Xayyanın (həyat kəlamı) adından alınmışdır.
Manixeizm
Manixeizm və ya Manilik ( bəzən Maniçilik də adlanır) - qnostik dini təlim olub, Mani (216-277) tərəfindən qurulmuşdur. III əsrdə Babildə ortaya çıxmış olan bu təlim bütün dünyada və xüsusilə Şimali Afrikada yayılmışdır.Xristianlıq başda olmaq üzrə; Məzdəkilik, Buddizm və Mesopotamiya dinlərindən bir çox ünsürləri içinə aldığından eyni zamanda sinkretik bir xüsusiyyət daşımaqdadır. Mani, dinini yaymaq üçün biri fars digər altısı süryani dilində olmaq üzərə yeddi kitab və yetmiş risalə yazmış, ayrıca Hindistan başda olmaq üzərə bir çox ölkəyə səyahətlər etmişdir. Manilik ən parlaq dövrünü 8-ci əsrdə Uyğur dövlətinin milli dini olaraq elan edilməsi ilə yaşamışdır. Mani sözü qədim Türk dilində "Mengü" və Çağatay türkcəsində "Tanrı" deməkdir. Manixeist Uyğurlar, ölümdən sonra ruhun bir başqa bədəndə həyatına davam etdiyini ("re-enkarnasiya" və ya "yenidən təcəssüm") qəbul edirdilər.Maniçilik əslində Zərdüşt dualizmi, Babil folkloru, Buddist əxlaq prinsipləri və xristian ünsürlərin qarışığından ibarətdir. Bu tərkibdə öndə gələn anlayış iki əzəli qanunun, yaxşı və pisin münaqişəsidir. Bu baxımdan din tarixi araşdırmaları, Maniçiliyi bir növ dini dualizm (ikiçilik) olaraq qeyd etmişdirlər. Bu din həm Şərqə, həm də Qərbə doğru fövqəladə bir sürətlə yayılmış; Şimali Afrika, İspaniya, Fransa, Şimali İtaliya və Balkanlarda min il müddət ilə dağınıq və davamsız şəkildə varlığını davam etdirmişdir. Halbuki, əsl inkişafını doğulduğu torpaqlar olan Mesopotamiya, Babil və İranda reallaşdırmış və Şərqdə təsirini X əsrdən sonralara qədər davam etdirdiyi Türkistan, Şimali Hindistan, Qərbi Çin və Tibetə qədər yayılmağı bacarmışdır.
Manyerizm
Manyerizm (ing. Mannerism) və yaSon İntibah (ing. Late Renaissance) — Avropa incəsənətində İtaliya Yüksək intibah dövrünün son mərhələsinə verilən ad. Manyerizm dövrü 1520-ci illərdən başlamaqla XVI əsrdə barokko dövrü ilə əvəz olunana kimi davam etmişdir. Şimal manyerizmi XVII əsrin əvvəllərinə kimi davam etmişdir.Stilistik baxımdan Manyerizm özündə Leonardo da Vinçi, Rafael və Mikelancelonun erkən yaradıcılıq dövrünün çoxsaylı yanaşmalarını və harmonik ideallarını birləşdirir. Yüksək İntibah incəsənəti nisbət, tarazlıq və ideal gözəlliyi vurğuladığı halda, Manyerizm bu xüsusiyyətləri asimmetrik və qeyri-təbii eleqant hala qədər çoxaldır. Bu stil yüksək intellektual dəqiqliyi və süni (naturalizmin əksinə olaraq) keyfiyyətləri ilə fərqlənir. Erkən intibah rəsmlərindən fərqli olaraq, bu xüsusiyyət Manyerizm əsərlərində balans və aydınlıq əvəzinə kompozisiya gərginliyi və qeyri-stabilliyin yaranmasını təşviq edir. Ədəbiyyat və musiqidə Manyerizm yüksək tərəqqi etmiş stil və intellektual dəqiqliyi ilə seçilir.Manyerizmin xüsusiyyətləri və onun fazaları incəsənət tarixçiləri arasında hələ də müzakirələrə səbəb olmaqdadır. Məsələn, bəzi alimlər XVI–XVII əsrlər ədəbiyyatının (xüsusilə poeziyanın) erkən formalarının müəyyən edilməsini də Manyerizmə aid edirlər.
Panteizm
Panteizm (pan – bütün, teos – tanrı deməkdir. "Hər şey tanrıdır" mənasında işlənir.) — kainatı bütövlükdə tanrı kimi qəbul edən fəlsəfi düşüncə, lakin bu düşüncə tərzi o qədər geniş yayıldı, özünə xristianlar içərisindən o qədər tərəfdarlar toplaya bildi ki, müstəqil din səviyyəsinə qədər yüksəldi. Proseslər tarixin elə bir dönəmində (e. XVI–XVIII əsrlər) başladı ki, bu dövrdə bütövlükdə xristianlıq dərin böhran keçirir, bütün Avropada kilsə əleyhinə kəskin çıxışlar edilirdi. Panteizmdə hər şeyi tanrının bir hissəsi olaraq qəbul edilir, tanrı hər şeydir və hər şey tanrıdır. Tanrı təbiətdə və ya əksinə təbiət tanrıda birləşir. Panteizmə görə, tanrının kainatdan ayrı və müstəqil bir varlığı yoxdur. Tanrı təbiətdə, həyatda, insan dünyasındadır. Hər şey tanrıdır. İki əsas hissəyə ayrılır: Ateizmə yaxın olan panteizm.
Mazdaizm
Mazdaizm — e.ə. I minilliyin ilk əsrlərindən başlayaraq Qərbi İranda, Əfqanıstanda, Orta Asiyada yaranmış dinlərin geniş yayılmış adı. Ulu tanrı Ahura Mazdanın adından yaranmışdır. Bu dinlərə zərdüştilik, manixeizm və zurvanizm kimi dinlər aiddir. Mazdaizmin bir çox elementi zərdüştilik tərəfindən mənimsənilmiş və ənənəvi olaraq Zərdüşt tərəfindən Avesta vasitəsilə təbliğ edilmişdir.
Karl Manneim
Karl Mannheim (27 mart 1893[…], Budapeşt – 9 yanvar 1947[…], London) — 20-ci əsrin birinci yarısında nüfuzlu alman sosioloqu idi. O , klassik sosiologiyanın əsas siması olmaqla yanaşı , bilik sosiologiyasının banilərindən biridir . Mannheim daha çox özünün "İdeologiya və utopiya" (1929/1936) kitabı ilə tanınır , burada o, qismən və total ideologiyalar , ikincisi isə konkret sosial qruplara xas olan əhatəli dünyagörüşləri, habelə mövcud sosial quruluşlara köhnəlmiş dəstək verən ideologiyalar arasında fərq qoyur. və gələcəyə baxan və cəmiyyəti dəyişdirmək təhlükəsi yaradan utopiyalar fikirləri var idi. == Bioqrafiya == === Uşaqlıq və təhsil === Karl Mannheim 27 mart 1893-cü ildə Budapeştdə yəhudi əsilli macar ata, tekstil taciri və alman anada anadan olub . İlk təhsili həmin şəhərdə olmuş , Budapeşt Universitetində fəlsəfə və ədəbiyyat üzrə təhsil almışdır, baxmayaraq ki, o, təhsilini artırmaq üçün Berlinə (burada Georg Simmel ilə birlikdə oxuduğu yer) və Parisə getmiş, 1999-cu ilin əvvəlində Macarıstana qayıtmışdır. Birinci Dünya Müharibəsi . O, Budapeşt Universitetində fəlsəfə doktoru elmi dərəcəsini və Heidelberq Universitetində daha çox ixtisas dərəcəsi almışdır . === Akademik karyera === Müharibə zamanı o, bir sıra nüfuzlu intellektual dairələrdə iştirak edirdi: Mixael Polaninin də iştirak etdiyi Karl Polanyi tərəfindən yaradılmış Qalileo Dərnəyi, Oscar Jaszi tərəfindən təşkil edilən Sosial Elmlər Assosiasiyası və Dyörgy Lukács -ın rəhbərlik etdiyi Sonntagskreis və ya 'Bazar Dərnəyi' . Macarıstan Sovet Respublikasının qısa müddətində, 1919-cu ildə Mannheim dostu və mentoru Lukacsın himayəsi sayəsində Budapeşt Universitetinin Pedaqoji İnstitutunda dərs deyirdi , kommunizmə siyasi dönüşünü bölüşmədi. .