Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maris Verpakovskis
Maris Verpakovskis (d. 15.10.1979, Liepaya, Latviya SSR, SSRİ) — latviyalı futbolçu. Mövqeyi hücumçudur. Yunanıstanın "Erqotelis" klubunun və Latviya milli futbol komandasının oyunçusudur. Futbolçu 2003-2004-cü illərdə Latviyada ilin adamı və iki dəfə ən yaxşı oyunçu seçilib. "Liepaya Metallurq", "Skonto", "Dinamo Kiyev", "Xetafe", "Hayduk Split", "Selta de Viqa" və "Bakı" klublarında çıxış edib. == Həyatı == Maris Verpakovskis 1979-cu ilin oktyabrın 15-də Latviyanın Liepaya şəhərində anadan olub. == Karyerası == === Latviya klubları === Futbol karyerasına ölkəsinin "Baltika FK" komandasında başlayan oyunçu 1995-ci ildən 2001-ci ilə qədər bu komandanın şərəfini qoruyub. Keçirdiyi 59 oyunda 10 qol vurub. 2001-ci ildə Verpakovskis başqa Latviyanın "Skonto" Riqa klubuna keçib.
Maris Zvayqzne
Maris Zvayqzne (latış. Māris Zvaigzne‎) — latviyalı dövlət və siyasi xadim; Latviya Seyminin V (1994—1995) çağırış üzvü. == Fəaliyyəti == Maris Zvayqzne «Latviya Yolu» Partiyasının üzvü idi.
Anthemis maris-mortui
Anthemis maris-mortui (lat. Anthemis maris-mortui) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Maraş
Qəhrəmanmaraş — köhnə və xalq arasındakı adıyla Maraş Türkiyənin bir şəhəri və ən sıxlıq on səkkizinci şəhəri. 2016 etibarilə 1.112.634 əhaliyə malikdir. Qurtuluş savaşında işğala müqaviməti səbəbi ilə TBMM tərəfindən 5 aprel 1925-ci ildə şəhərə İstiqlal Medalı verildi. Onun adı 7 fevral 1973-cü ildə Qəhrəmanmaraşa dəyişdirildi. Osmanlı səyyahı Evliya Çələbi, isə Seyahatnamesinde Maraş xalqı haqqında "Kelimatları lisanı Türkiyə" əsərində Maraşın əhalisinin əksəriyyətinin Türkmən olduğunu qeyd edib. Maraş və ətraf ərazilər, xüsusilə Oğuz, Avşar, Bayat və Beydilinin əksəriyyətində 24 Oğuz boynu mövcuddur. Qəhrəmanmaraş Dondurma dəzgahı ilə məşhurdur. Bu dondurma dəzgahı dünyanın hər yerində məşhur olmaqla, dondurma filiallarının qatqılarıyla dünyanın bir çox şəhərlərində açıldı. Yaponiyadan ABŞ-a, Avstraliyadan Dubaya qədər bir çox ölkələrdə dondurma yerli firmalar tərəfindən istehsal olunurdu. Eyni zamanda Qəhrəmanmaraş Türkiyənin elektrik ehtiyacının 14 faizini qarşılamaqdadır.
Zəhirəddin Maraşi
Seyyid Zəhirəddin bin Nasirəddin bin Kəmaləddin əl-Hüseyni əl-Maraşi (1413 və ya 1412, Amul, Mazandaran ostanı – 1488 və ya 1489) — İranlı dövlət adamı və tarixçi. I Şah Abbas Səfəvinin ana tərəfindən qohumudur. Mir Zəhirəddin bin Nasirəddin 1412-ci ildə Təbəristanın Amul şəhərində doğulmuşdu. Həzrət Əli soyundan olub, Mərəşiyyyə seyidləri kökənlidir. Təriqət şeyxi olan babalarından Qəvaməddin müstəqil bir idarəçilik qurmaq amacıyla 1349-cu ildə qiyam qaldırdı; oğulları və müridlərinin yardımı ilə Mazandaranın böyük bir qismini ələ keçirdi və Mərəşilər xanədanını qurdu (1359). Qəvaməddinin yerinə keçən oğlu Kəmaləddin, Əmir Teymur tərəfindən uşaqları və qardaşlarıyla birlikdə Mavəraünnəhirə sürüldü (1393). Kəmaləddinin 1398-ci ildə Kaşqarda ölümünün ardından ailənin sürgünə göndərilmiş olan mənsubları geri dönüb Mazandaranı təkrar ələ keçirdilər. Nasirəddin, Saridə hökm sürən qardaşı Seyyid Əlinin idarəsi altında qaldı. Seyyid Əli tərəfindən iki dəfə elçi olaraq Teymurlu Şahrux mirzəyə göndərilən Nasirəddin 1432-ci ildə vəfat etdi. Yerinə keçən oğlu Zəhirəddin Maraşi, 1456-1461 illər arasında Rüstəmilər xanədanı içindəki anlaşmazlıqları yoluna qoymağa çalışdı.
Maraş döyüşü
Maraş döyüşü (türk. Maraş muharebesi, fr. Bataille de Maras) və ya Maraşın müdafiəsi (türk. Maraş savunması, fr. Défense Maras) — Birinci Dünya Müharibəsində məğlub olduğuna görə, Osmanlı İmperiyası ilə 1918-ci ilin oktyabr ayının 30-da imzalanan Mudros müqaviləsi çərçivəsində Anadolunun çox hissəsi kimi Maraşın da işğal edilməsi ilə işğalçı qüvvələrə qarşı Fransa–Türkiyə müharibəsi zamanı 1920-ci ilin Yanvar ayının 21-də başlayan və 1920-ci ilin fevral ayının 12-də tarixində işğalın ortadan qalxması ilə nəticələnən döyüş. == Südçü İmam Hadisəsi == Döyüşün ilk qığılcımı 1919-cu ilin Oktyabr ayının 31-də Südçü İmam Hadisəni idi. Erməni və fransız legionu əsgərləri Uzunoluq Hamamından çıxan örtüklü türk qadınlarına əl uzatmaları nəticəsində qiyam qaldıran türklər, ermənilərə və fransızlara hücum etməyə çalışsalar da erməni və fransız əsgərləri, hadisəyə müdaxilə etmək istəyən Çaxmaqçı Səidi yaraladılar. Südçü İmamın cavabı, erməni və fransız əsgərlərinə atəş açmaq idi. Bu hadisədən qısa müddət sonra bir dava reallaşdı. === Bayraq Hadisəsi === 1919-cu ilin Noyabr ayının 27-də Aqop Hırlakyan adlı bir erməninin evində fransız komandir üçün bir rəqs tərtib edilmişdir.
Maraş Kumbulla
Maraş Kumbulla (8 fevral 2000) — Albaniyalı peşəkar futbolçu. İtaliyanın "Roma" klubunun və Albaniya milli komandasının müdafiəçisi. == Karyerası == Kumbulla "Hellas Verona" klubunun yetirməsidir. 12 avqust 2018-ci ildə İtaliya Kubokunda "Kataniya" ilə səfər oyununda "Hellas Verona"nın heyətində debüt edib. Futbolçunun çempionat oyunlarında debütu isə, 27 dekabr 2018-ci ildə İtaliya B Seriyasında "Sittadella" ilə matçda baş tutur. 17 sentyabr 2020-ci ildə Kumbulla satın alma öhdəliyi ilə "Roma"ya icarəyə keçir. O, Albaniyanın 17 yaşadək, 19 yaşadək və 21 yaşadək milli komandalarında çıxış edib. 14 oktyabr 2019-cu ildə Albaniyanın əsas milli komandasında debüt edir.
Qəhrəman Maraş
Qəhrəmanmaraş — köhnə və xalq arasındakı adıyla Maraş Türkiyənin bir şəhəri və ən sıxlıq on səkkizinci şəhəri. 2016 etibarilə 1.112.634 əhaliyə malikdir. Qurtuluş savaşında işğala müqaviməti səbəbi ilə TBMM tərəfindən 5 Aprel 1925-ci ildə şəhərə İstiqlal Medalı verildi. Onun adı 7 fevral 1973-cü ildə Qəhrəmanmaraşa dəyişdirildi. Osmanlı səyyahı Evliya Çələbi, isə Seyahatnamesinde Maraş xalqı haqqında "Kelimatları lisanı Türkiyə" əsərində Maraşın əhalisinin əksəriyyətinin Türkmən olduğunu qeyd edib. Maraş və ətraf ərazilər, xüsusilə Oğuz, Avşar, Bayat və Beydilinin əksəriyyətində 24 Oğuz boynu mövcuddur. Qəhrəmanmaraş Dondurma dəzgahı ilə məşhurdur. Bu dondurma dəzgahı dünyanın hər yerində məşhur olmaqla, dondurma filiallarının qatqılarıyla dünyanın bir çox şəhərlərində açıldı. Yaponiyadan ABŞ-a, Avstraliyadan Dubaya qədər bir çox ölkələrdə dondurma yerli firmalar tərəfindən istehsal olunurdu. Eyni zamanda Qəhrəmanmaraş Türkiyənin elektrik ehtiyacının 14 faizini qarşılamaqdadır.
Amaras
Amaras — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd. Tarixi Amaras şəhəri iqtisadi baxımdan əlverişli olan Bərdə-Ərdəbil ticarət yoluna yaxın, üç yanı dağ yamacları ilə yörələnmiş dərədə salınmışdır. Qrbdən şərqə axan kiçik Amaras çayı şəhəri iki hissəyə ayırmışdı. Amaras dərəsi doğuya uzanaraq Qarabağ düzənliyi ilə birləşir. Beləliklə də Amaras şəhəri Qarabağın düzənliyi ilə dağlığının kəsişdiyi yerdə salınmışdır. Bəzi xristian dindarlara görə Qriqorinin qəbri də Amarasdadır. Hələ XIII əsrdə Amaras bağları ad qazanmışdır. XII-XIII əsrlərə aid nişan daşları üzərində memarlıq bəzəyi kimi istifadə edilmiş üzüm, nar, müxtəlif ağac şəkilləri yerli təsərrüfat sahələrinin sənətkarlığa güclü təsirini göstərir. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1992-ci ildə işğal edilmişdir. Kənd ləğv edilib.
Arabis
Ərəbotu (lat. Arabis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı və botaniki təsviri == Bu cinsə Avrasiya, Şimali Amerika və Tropik Afrika dağlarında bitən 100-ə yaxın birillik, ikiillik və çoxillik bitkilər daxildir. Onların iki növündən gülçülükdə geniş istifadə olunur. Alp ərəbotu (A. alpina)- hündürlüyü 25 sm-ə çatan, gövdələri sərilən bitkidir. Gümüşü yarpaqları az miqdarda tüklərlə örtülür. Sadə və çoxləçəkli gülləri ağ ya da çəhrayı rəngdə olur. Arends ərəbotu (A.x.arendsii) hibrid mənşəli və müxtəlif rəngli gülləri olan bitkidir. Ərəbotu bitkisi gövdə zoğları ilə asanlıqla çoxalır. Qələmlərin alınması üçün yazda əmələ gələn yarpaq dəstələrinin miqdarına görə gövdəni bölürlər.
Araxis
Araxis (Yerqozu) (lat. Arachis hypogaea), paxlameyvəlilər (lat. Fabaceae) fəsiləsindən olub birillik ot bitkisidir. Gövdəsi qol-budaqlıdır. Bəzi növünün gövdəsi düz, bəzilərinki isə yerlə sürünəndir. Bunun saplağı uzun, yarpaqları cüt lələkvarıdır. Parlaq sarı və ya çəhrayı rəngli çiçəkləri nəzəri cəlb edir. Paxladan ibarət meyvəsinin içində iki toxumu olur. Araxisin vətəni Braziliyadır. Lakin onun sənaye əhəmiyyətli növü qədim vaxtlardan müxtəlif ölkələrdə becərilir.
Maarif
Maarif — kişi adı. Bu adı olan tanınmış şəxslər Maarif Cəfərov — fizika-riyaziyyat elmləri doktoru. Maarif Əkbərov — riyaziyyatçı, filosof Marif Zeynalov — alim. Yaşayış məntəqələri Maarif (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Digər Maarif (təhsil) — bilik və təhsil yayımı. Maarif (nəşriyyat) — kitab çapı ilə məşğul olan nəşriyyat. Maarif (qəzet) — aylıq jurnal-qəzet. Maarif (telekanal) — Televiziya kanalı.
Makvis
Makvis (fr. Magius) – həmişəyaşıl sərtyarpaqlı və tikanlı kolların və alçaqboylu ağacların (mərsin, ardıc və s.) cəngəlliyi. Aralıq dənizi ölkələrində aşağı dağ qurşağında sıx cəngəlliklər əmələ gətirir. Makvisə əsasən, tikanlı kollar daxildir: əksəriyyəti efiryağlı və kəskin qoxulu olur. Makvisin analoqları Avstraliyada skreb, Şimali Amerikada çapparal adlanır.
Malaxis
Malaxis (lat. Malaxis) — səhləbkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == Həmçinin bax == Malaxis monophyllos Malaxis unifolia == İstinadlar == Malaxis:The Plant List saytında takson barədə məlumat.
Manaus
Manaus — Braziliyada yerləşən şəhər. Amazonas ştatına daxildir.
Marabu
Marabu — leyləkkimilər fəsiləsinə aid olan quş növü. Marabuların 2 cinsi Asiyanın cənubunda və bir cinsi isə Saxaranın cənubunda, Afrikanın böyük bir hissəsində rast gəlinir. Boyu 110–150 sm və qanadlarının uzunluğu isə 210–250 sm-dir. Hər üç cinsin nümayəndələrinin üst lələkləri və qanadları qara, qarınları və quyruqları ağ-dır. Marabuların əsas yeməyi gəmiricilər və kərtənkələlərdir. Marabu əsasən leşlə də qidalanır.
Marado
Marado (kor. 마라도) — Koreya boğazında yerləşən, Cənubi Koreya aid olan ada. Çecudo adasından 8 km cənubda qərarlaşır. Soqvipxo şəhərinin ərazinə daxildir. Cənubi Koreyanın cənub nöqtəsini təşkil edir. Adada ibtidai məktəb, polis idarəsi, kilsə və mayak vardır. == Coğrafiyası == Adanın sahəsi 0,3 km², sahil xəttinin uzunluğu 4,2 km təşkil edir. Ərazisində hündürlüyü 30-35 metr qayalıqlar mövcuddur. Maksimal hündürlüyü 39 metrdir. İqlimi subtropikdir.
Marajo
Мarajo (port. Marajó) — Braziliyanın ən iri adası. 40,100 km² əraziyə malik olaraq Adaların dünyada sahəsinə görə sıralamasında 34-cü yerdədir. Marajonu bəzən çay yatağında yerləşən ən iri ada adlandırırlar. Bu yalnışdır, çünki, adanın Atlantik okeanına bir başa çıxışı vardır. Ən iri Çay adası isə elə Braziliyada yerləşən Bananal adasıdır. Ada inzibati cəhətdən Para ştatına daxildir. == Coğrafiya == Ada çokmə suxurlarla örtülüdür və əsasən Amazon çayının gətirdiyi suxurlar burada toplanmışdır. Ada bütünlüklə Ekvatorda yerləşir. Şimaldan Amazon estuarisi ilə hüdudlanır.
Marağa
Marağa — İranın Şərqi Azərbaycan ostanında şəhər. Təbrizdən 130 kilometr cənub-şərqdə yerləşir. Marağa bağ-bağatı, meyvəsi, xüsusilə üzüm, doşab və kişmişi ilə məş­hurdur. Şəhər, meyvəsindən əlavə, taxılı və gözəl mərməri ilə də böyük şöhrət qazanmışdır. Həmçinin Marağa öz qədim Marağa rəsədxanası və bütün Azərbaycanda tanınan Marağa sabunuyla məşhurdur. == Etimologiyası == Bir çox mütəxəssis indiki Marağanı qədim tarixi qaynaqlarda adı çəkilmiş, Atropatenada yerləşən Vera şəhəriylə, habelə Fraata, Prasana, Fraaspa, Fraspa, Əfrahrud (rud farsca çay deməkdir) kimi toponimlərlə əlaqələndirir. Bəzi qaynaqlara görə, "Marağa" sözünün mənası "otlaq yeri" deməkdir. Marağa şəhərinin adını ərəb dilində "otlamaq" mənasındakı "mərəğə" sözüylə əlaqələndirib, bu adın "otlaq, at bəslənən yer" demək olduğunu qeyd edirlər. Lakin çox güman ki indiki Marağa toponimi ilə bağlı olan qədim toponimlərin (Fraata, Fraaspa, və s.) Azərbaycan ərazisinə ərəb xilafətinin axınlarının başlamasından xeyli əvvəl mövcud olduqları nəzərə alındıqda, bunun gerçək olması ehtimalı az olur. == Tarixi == Strabonun yazdığına görə, Atropatena hökmdarlarının yay iqamətgahı olan Qazaka və qış iqamətgahı olan Vera adlı iki paytaxt şəhərləri olmuşdur.
Şah Əhməd Maraşi
Şah Əhməd Maraşı və ya Şah Əhməd Mərəşi — bir tərəfi Səfəvi sülaləsindən olan zadəgan. Əfqan işğalı zamanı özünü hökmdar elan etmişdir. O, Mirzə Seyid Hüseyni Maraşı adı ilə Mirzə Əbül Qasım Hüseyni Maraşinin oğlu kimi dünyaya gəlmişdir. Maraşı ailəsinə mənsub olmuşdur. Ana xətti ilə Səfəvi sülaləsindən olan bu ailədən II Süleyman da qısamüddətlik şah olmuşdur. Onun anası Səfəvi şahı I Süleymanın qızı idi. 1722-ci ildə Mir Mahmud Hotaki imperiyanın paytaxtı İsfahanı ələ keçirərək özünü şah elan etdi. Paytaxtdan qaçmağı bacarmış şahzadə olan Təhmasib Mirzə də buna cavab olaraq qanuni varis kimi irəli verilərək şah elan edildi. Səfəvi sülaləsinin zəifləməsindən, əfqan işğalından qaynaqlanan qarışıqlıqdan Şah Əhməd Maraşı yararlandı. Əhməd Maraşı II Təhmasibin şimalda Nadir xanla birlikdə ruslara, əfqanlara və osmanlılara qarşı mübarizə aparmasından istifadə edərək 1726-cı ildə imperiyanın cənub torpaqlarında Maraşı-Səfəvi zadəganları tərəfindən şah elan edildi.
1114 Maraş zəlzələsi
Maraş zəlzələsi — 1114-cü il noyabrın 29-da səhər saatlarında Maraşda baş vermiş böyük zəlzələdir. Maraş o dövrdə böyük bir xristian əhalisi olan mühüm bir şəhər idi. Dövrün mənbələrinə görə şəhər tamamilə yeraltı idi. Urfalı Mateos, şəhərdə yaşayanların heç birinin zəlzələdən sağ qalmadığını və Maraşda yaşayan 40 minə yaxın insanın öldüyünü qeyd edir. Süryani Mihail qeyd edir ki, Maraş şəhəri öz xalqının məzarıdır. Əzimi zəlzələdən əvvəl havanın qaraldığını, sonra qar yağdığını və hər tərəfin qarla örtüldüyünü qeyd edir. Zəlzələ Maraşdan başqa Elbistan, Sis, Misis, Keysun, Sümeysat (Samsat), Hısn-ı mansur (Adıyaman), Raban, Urfa, Antakya, Harran, Hələb, Azez, Esarib, Zerdana və Balisdə də dağıntılara səbəb olub. Zəlzələ Urfa şəhər divarının on üç qülləsinin və Harran şəhər divarının bir hissəsinin uçmasına səbəb olub. Sis şəhərində bir çox monastır və kənd xarabalığa çevrildi, on minlərlə insan öldü. Azez qalasını da dağıtdı və dörd yüz nəfərin ölümünə səbəb oldu.
1513 Maraş zəlzələsi
Maraş zəlzələsi — 28 mart 1513-cü ildə Maraşdan 77 km qərbdə olan 7,4 Ms zəlzələ. Şərqi Anadolu qırılma xəttində baş verən zəlzələ Dülqadiroğulları Bəyliyinin paytaxtı Əlbistan və yaxın yaşayış məntəqələrində dağıntılara səbəb olub. Bəzi mənbələrdə tarixi 1514-cü il kimi qeyd olunan zəlzələnin hətta Qahirədən də hiss edildiyi şayiələri var. Zəlzələ Bazarcık seqmentindəki qırılma ilə əlaqəli olub və onun maqnitudasının 7,4 və ya daha çox olduğu təxmin edilir. Bizə gəlib çatan müasir məlumata görə, 1514-cü ilin ilk aylarında Osmanlı sultanı Yavuz Sultan Səlimin Konyaya çatdığı və orada vəbanın şiddətləndiyini və Tarsus, Adana və Malatya şəhərlərinin demək olar ki, tamamilə dağıdıldığını gördüyü yazılır. Bu zəlzələdən əvvəl ən böyük zəlzələ intensivliyi IX olduğu təxmin edilən 1114 Maraş zəlzələsi idi. 1513 zəlzələsindən 510 il sonra 6 fevral 2023-cü ildə eyni qırılma zonasında baş verən 7,8 MV gücündə Qəhrəmanmaraş zəlzələsində 59 mindən çox insan həyatını itirdi və Türkiyə Cümhuriyyəti tarixində qeydə alınan ən böyük zəlzələ oldu. 2023-cü il Maraş zəlzələlərindən sonra TÜBİTAK layihəsi çərçivəsində İstanbul Texniki Universiteti, Dokuz Eylül Universiteti və Fırat Universiteti alimləri tərəfindən aparılan araşdırmalar nəticəsində 7,8 bal gücündə ilk zəlzələnin eyni qırılma üzərində baş verdiyi müəyyən edilib.
Maraş zəlzələsi (1114)
Maraş zəlzələsi — 1114-cü il noyabrın 29-da səhər saatlarında Maraşda baş vermiş böyük zəlzələdir. Maraş o dövrdə böyük bir xristian əhalisi olan mühüm bir şəhər idi. Dövrün mənbələrinə görə şəhər tamamilə yeraltı idi. Urfalı Mateos, şəhərdə yaşayanların heç birinin zəlzələdən sağ qalmadığını və Maraşda yaşayan 40 minə yaxın insanın öldüyünü qeyd edir. Süryani Mihail qeyd edir ki, Maraş şəhəri öz xalqının məzarıdır. Əzimi zəlzələdən əvvəl havanın qaraldığını, sonra qar yağdığını və hər tərəfin qarla örtüldüyünü qeyd edir. Zəlzələ Maraşdan başqa Elbistan, Sis, Misis, Keysun, Sümeysat (Samsat), Hısn-ı mansur (Adıyaman), Raban, Urfa, Antakya, Harran, Hələb, Azez, Esarib, Zerdana və Balisdə də dağıntılara səbəb olub. Zəlzələ Urfa şəhər divarının on üç qülləsinin və Harran şəhər divarının bir hissəsinin uçmasına səbəb olub. Sis şəhərində bir çox monastır və kənd xarabalığa çevrildi, on minlərlə insan öldü. Azez qalasını da dağıtdı və dörd yüz nəfərin ölümünə səbəb oldu.
Mardin
Mardin — Türkiyənin Mardin ilinin inzibati mərkəzi.
Marhasi
Marhasi və ya Marhaşi (Mar-ḫa-šiKI 𒈥𒄩𒅆𒆠) — e.ə. III minilliyə aid, Elamın şərqindəki İran yaylasında mövcud olmuş şəhər-dövlət. Mesopotamiya mənbələrindən məlumdur. Dəqiq yer müəyyən edilməmişdir. Bir sıra tədqiqatçılar bunu Ciruft mədəniyyəti ilə əlaqələndirirlər. Əgər bu fərziyyə doğrudursa, Marhasi şəhəri Elam və Harappa sivilizasiyası arasında ara mövqe tutur. Ədəb şəhərinin hökmdarı Luqal-anne-mundu tərəfindən yazılmış kitabədə bu şəhər Elamla birlikdə kutilərin cənubunda yerləşir. Akkad mətn və arxeoloji sübutlarına əsaslanaraq, qədim Margiananın Marhasi padşahlığı ilə eyniləşdirməsi təklif edilmişdir.
Maraş zəlzələsi (1513)
Maraş zəlzələsi — 28 mart 1513-cü ildə Maraşdan 77 km qərbdə olan 7,4 Ms zəlzələ. Şərqi Anadolu qırılma xəttində baş verən zəlzələ Dülqadiroğulları Bəyliyinin paytaxtı Əlbistan və yaxın yaşayış məntəqələrində dağıntılara səbəb olub. Bəzi mənbələrdə tarixi 1514-cü il kimi qeyd olunan zəlzələnin hətta Qahirədən də hiss edildiyi şayiələri var. Zəlzələ Bazarcık seqmentindəki qırılma ilə əlaqəli olub və onun maqnitudasının 7,4 və ya daha çox olduğu təxmin edilir. Bizə gəlib çatan müasir məlumata görə, 1514-cü ilin ilk aylarında Osmanlı sultanı Yavuz Sultan Səlimin Konyaya çatdığı və orada vəbanın şiddətləndiyini və Tarsus, Adana və Malatya şəhərlərinin demək olar ki, tamamilə dağıdıldığını gördüyü yazılır. Bu zəlzələdən əvvəl ən böyük zəlzələ intensivliyi IX olduğu təxmin edilən 1114 Maraş zəlzələsi idi. 1513 zəlzələsindən 510 il sonra 6 fevral 2023-cü ildə eyni qırılma zonasında baş verən 7,8 MV gücündə Qəhrəmanmaraş zəlzələsində 59 mindən çox insan həyatını itirdi və Türkiyə Cümhuriyyəti tarixində qeydə alınan ən böyük zəlzələ oldu. 2023-cü il Maraş zəlzələlərindən sonra TÜBİTAK layihəsi çərçivəsində İstanbul Texniki Universiteti, Dokuz Eylül Universiteti və Fırat Universiteti alimləri tərəfindən aparılan araşdırmalar nəticəsində 7,8 bal gücündə ilk zəlzələnin eyni qırılma üzərində baş verdiyi müəyyən edilib.
Dəvəboynu (Marağa)
Dəvəboynu (fars. ‎‎‎دوه بوينی‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (6 ailə). == Tarixi == Dəvəboynu kəndinin əhalisi buranı tərk edərək ətraf şəhər və əyalətlərə köç etmişlər. Lakin bəzi ailələr 2005-ci ildə ata-baba kəndlərinə yerləşməyə qərar vermiş və burada daimi məskunlaşmışlar. Bu dövrdə kənd yalnız elektrik enerjisindən istifadə edir və başqa şəraiti yoxdur. Dəvəboynu kəndinin təxminən yaşı 300-dür. Lakin kənddə qədim dəfn yerlərinin olması və köhnə mağaraların mövcudluğu onun qədimliyini göstərir. Dinozavr qalıqlarının aşkar edilməsi böyük əhəmiyyət daşıyır. Şəhərdən uzaqda yerləşməsi və asfalt yolların olmaması səbəbindən bu kənddə nəqliyyat digər kəndlərə nisbətən daha azdır.Bununla belə bu kənddə çox təmiz hava müşahidə olunur.
Eydli (Marağa)
Eydli (fars. عيدلو‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 22 nəfər yaşayır (7 ailə).
Fətullahbulağı (Marağa)
Fətullahbulağı (fars. فتح اله بلاغي‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Gənci (Marağa)
Gənci (fars. گنجي‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 48 nəfər yaşayır (15 ailə).
Hacıbağırkəndi (Marağa)
Hacıbağırkəndi (fars. حاجي باقركندي‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 120 nəfər yaşayır (26 ailə).
Hacıkürd (Marağa)
Hacıkürd (fars. حاجي كرد‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,101 nəfər yaşayır (512 ailə).
Hacıkənd (Marağa)
Hacıkənd (fars. حاجي كندي‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 145 nəfər yaşayır (27 ailə).
Heris (Marağa)
Heris (fars. ‎‎هريس‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 215 nəfər yaşayır (47 ailə).
Herrania mariae
Abroma (lat. Abroma) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Abroma augusta (L.) L.f. cinsə aid yeganə növdür. == Arealı == Hind-Çindən Avstraliyaya qədər yayılmışdır. == Sinonimləri == Abroma alata Blanco Abroma angulata Lam. Abroma angulosa Poir. Abroma communis Blanco Abroma denticulata Miq. Abroma elongata Lam. Abroma fastuosa R.Br.
Arayış
Arayış türk mənşəli söz olub arama, axtarma mənasında işlənir. Müasir dövrdə hüquqi sənəd olub şəxsiyyət, iş və hadisə haqqında tərtib edilərək aid olduğu obyekt barədə nəyi isə təsdiq edir. Hər hansı bir adamın bir yerdə yaşaması, işləməsi, oxuması, müəyyən obyektin, hadisənin yoxlanması haqqında da arayış tərtib edilir. (Bu səbəbdən də arayışa xalq arasında yoxlama da deyilir.) Arayışın kimə nə üçün verildiyi göstərilir. Habelə arayışın hansı məqsədlə tərtib edildiyi qeyd edilir. Arayışın müəssisə rəhbəri tərəfindən imzalanır.(Bəzi hallarda müəssisənin kadrlar şöbəsinin müdiri, mühasibat, fakültə dekanları və s. arayış verə bilər). Arayışın sonunda sənədin hara təqdim olunması göstərilir. Bütün hallarda məsul şəxsin imzası möhürlə təsdiq olunmalıdır. Çox vaxt arayışlar xüsusi blankda yazılır.
Mamadış
Mamadış (tatar. Мамадыш; rus. Мамадыш) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Qaraisa
Qaraisa — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Kalinino rayonunda kənd. Rayon mərkəzindən 10 km cənub-qərbdə yerləşir. 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. 1937-ci il dekabrın 31-də Kalinino rayonu yarandıqdan sonra Cəlaloğlu (Stepanavan) rayonunun indiki ərazi bölgüsündən çıxarılmışdır. Toponim üçoxlara mənsub qara isalı türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19. IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Meğvahovit qoyulmuşdur. Kənddə 1922-ci ildə 128 nəfər, 1926-cı ildə 163 nəfər, 1931-ci ildə 196 nəfər azərbaycanlı yaşamışdır.