Amaras — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd.
Amaras | |
---|---|
39°41′10″ şm. e. 47°04′30″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Xocavənd rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi Amaras şəhəri iqtisadi baxımdan əlverişli olan Bərdə-Ərdəbil ticarət yoluna yaxın, üç yanı dağ yamacları ilə yörələnmiş dərədə salınmışdır. Qrbdən şərqə axan kiçik Amaras çayı şəhəri iki hissəyə ayırmışdı. Amaras dərəsi doğuya uzanaraq Qarabağ düzənliyi ilə birləşir. Beləliklə də Amaras şəhəri Qarabağın düzənliyi ilə dağlığının kəsişdiyi yerdə salınmışdır. Bəzi xristian dindarlara görə Qriqorinin qəbri də Amarasdadır. Hələ XIII əsrdə Amaras bağları ad qazanmışdır. XII-XIII əsrlərə aid nişan daşları üzərində memarlıq bəzəyi kimi istifadə edilmiş üzüm, nar, müxtəlif ağac şəkilləri yerli təsərrüfat sahələrinin sənətkarlığa güclü təsirini göstərir.
Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1992-ci ildə işğal edilmişdir. Kənd ləğv edilib. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib.
"Amaras" adı ilə bağlı ermənilərin ən geniş təbliğ etdiyi bu adın ermənicə olması və ermənicə "yay iqamətgahı" anlamında olmasıdır. Ancaq araşdırıcılar bu adı da ermənicə deyil, erməniləşmiş sözdən törəndiyini yazırlar. Amarasın adını ilk dəfə V yüzildə Moisey Xorenli əsərində yazıb. Amaras adının əsərdə qeyd olunma səbəbi IV yüzilin 20-30-cu illərində hunların Qafqaza gəlişi ilə bölgədə gedən proseslərdən danışılarkən çəkilib. Moisey Xorenli onu "Amare", ondan sonrakılar isə "Amarei" və "Amaras" kimi yazmışlar. Yerli müsəlman əhali isə ora "Ağoğlan" adı vermişdir. Vaxtilə Z.İ. Yampolski "Ağoğlan" adının "Amaras" adı ilə müqayisədə daha qədim olduğunu yazmışdır. Həm də araşdırıcı bu adın günəşə sitayişlə bağlı yarandığını ehtimal edirdi.
Bundan başqabelə bir ehtimal da var ki, bu yerlərə bir neçə dəfə hun tayfaları da basqın etmiş, aralarla bir sürə bölgəyə yiyələnmişlər. Qaynaqların haylantürk, sonralar türk adlandırdıqları bu tayfa rəvayətə görə Muğanın güneyində "Ağ hun" adlı şəhər tikdirmişdi.
Arxeoloji araşdırmalar Amarasın hələ eramızdan xeyli əvvəl yaşayış yeri kimi var olduğunu təsdiq edir.
Arsakda Alban xristian dini mərkəzlərindən birinin adı. Eramızın II əsrində Alban ölkəsinin şimal-şərqində (indiki Xaçmaz-Xudat r-ları ərazisində) ölmüş xristian missioneri Qriqorisin IV əsrdə basdırıldığı yerdə tikilmiş kilsə. Albaniyanın Haband (Xocavənd r-nu Sos kəndi ərazisində) mahalında yerləşirdi. V əsrə aid mənbələrdə çəkilir. V əsr erməni müəllifi Favst Buzand Amarsa [1], Moisey Xorenasi Amare [2] kimi qeyd etmişlər. Amar adından və qədim yunan dili mənşəli as şəkilçisindən ibarətdir. Amar tayfasının adı Anare formasında I əsr müəllifi Strabon tərəfindn Xəzərin cənub-qərbində qeyd olunmuşdur [3]. Bu tayfanın Pars və Enian (yunan) tayfaları ilə Qarabağa gəlib məskunlaşmışlar. İranda Xəzərin cənub-qərbində Rəhmətabad mahalında indi Amare və Anare kənd adları vardır. Strabona görə, Anare adlı tayfa Albaniyada da yaşamışdır. Lakin onları indi pars adlandırırlar“ [4].Ona görə də adın guya ermənicə yay istirahət yeri mənasında olması (erməni dilində fars dilindən keçmə hami “yay“ sözünə görə; Quba-Xaçmaz bölgəsində yaşayan tatlarda yay fəslinə “hami“ deyirlər) fikri uydurmadır. Azərbaycanlılar arasında Ağoğlan adında ziyarətgah. Orta əsrlərdə həm müsəlman azərbaycanlılar, həm də xristian albanlar müəyyən bir diləklə (xüsusilə övlad arzusu ilə) ora gəlib qurban kəsirdilər. 1387-ci ildə monostır Əmir Teymur tərəfindən dağıdılmışdır, lakin XIX əsrdə bərpa edilmişdir.
Məşhur Amaras monastrı bu kənddə yerləşir.
|