Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Marauder
Marauder — Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Cənubi Afrika Respublikasının "Paramount Group" şirkəti ilə müştərək istehsal etdiyi zirehli transportyor. Bu maşın ilk dəfə 2007-ci ildə Əbu-Dabi şəhərində keçirilən İDEX hərbi-sənaye sərgisində təqdim olunmuşdur. STANAG 3a və 3b səviyyəli zireh dözümünə malik olan “Marauder” Zirehli transportyoru 2011-ci ildə öz sinfindən dünyada ən möhkəm zirehli transpotyor elan olunmuşdur. “Marauder” kütləvi qırğın silahından müdafiə sistemi, yardımçı güc qurğusu, əldəqayırma partlayıcı maddələrin siqnallarını pozmaq üçün xüsusi mühəndis qurğusu və müxtəlif silah növləri ilə təchiz olunur. ZTR-ə -32˚ və +55˚ C temperaturda şəxsi heyətin rahatlığını təmin etmək - döyüş fəaliyyətini davam etdirə bilməsi üçün xüsusi olaraq hazırlanmış İqlim-Nəzarət Sistemi quraşdırılmışdır. Partlayış zamanı şəxsi heyəti qoruyan əlavə vasitələrdən biri də Xüsusi Formalı Oturacaqlardır. Marauder zədələnmiş təkərlə 50 km-lik məsafədə öz hərəkətini davam etdirmək imkanına sahib olduğunu sınaqlarda sübut etmişdir. Transportyorun bir neçə növü mövcuddur: PDM, Komanda Məntəqəsi, Gözətçi maşını, Mühəndis maşını, tibb avtomobili. Ekipajı 2 nəfərdən ibarət olan MARAUDER 8 nəfərlik tam döyüş təchizatlı şəxsi heyəti (xüsusi təyinatlını) daşıya bilir. Azərbaycan Silahlı Qüvvələri “Marauder”-i 2010-cu ildən etibarən öz silahlanmasına daxil etmişdir.
Marau Saund
Marau Saund (ing. Marau Sound) - boğaz Quadalkanal adasının şərqində yerləşir. kiçik ada və mərcan riftləri ilə əhatələnir. İnzibati cəhətdən Quadalkanal vilayəti ərazisinə daxildir. Boğaz yaxınlığında 2004-cü il məlumatına əsasən bağlanmış hava limanı vardır. Boğaz ərazisində isə Tavanipupu adası yerləşir. Hazırda Solomon adalrının Mərkəzi bankının rəhbəri Marau Saund boğazı sahillərində yerləşən Poposa kəndində anadan olmuş Denton Hehenoro Rapavadır == Ədəbiyyat == Pacific islands (pilot). Suppl. Admiralty notices to mariners. London, 1885.
Maardu
Maardu (est. Maardu) — Estoniyanın Haryumaa bölgəsində, Muuqa buxtasında yerləşən şəhər. Əhalini sayı - 16,5 min nəfər (2010), 17,1 min nəfər (2012). Əhalinin mütləq əksəriyyətini ruslar təşkil edir, estonlar yalnız 20%-dir.
Maarul
Avarlar (Qafqaz avarları) (avar. аварал, магІарулал) — Dağıstan Respublikasında ən böyük, Azərbaycanda sayca altıncı böyük etnik qrup. Qafqazın ən qədim yerli xalqlarından biri. Həmçinin, Rusiyanın Çeçenistan, Kalmıkiya və digər federasiya subyektlərində məskunlaşmışlar. Azərbaycanda əsasən Balakən və Zaqatala rayonlarında yaşayırlar. Avarların etnik-mədəni ərazisi Avariya və ya Avarıstan adlanır. Mərkəzi Xunzaxdır. == Etimologiya == Bir çox mənbələrdə eyni zamanda Qafqaz Avarları olaraq anlandırılır. Özlərini "магIарулал" olaraq adlandırırlar. Mənası "dağların xalqı", "dağlılar" deməkdir.
Mahmud
Mahmud — Kişi adı. Mahmud Qaşqarlı — görkəmli türk filoloqudur. Mahmud Əhmədinejad — İran İslam Respublikasının 6-cı prezidenti. Mahmud Şəbüstəri — Mahmud xan Əlaülmülk — Mahmud Rüstəmov (I) — Mahmud Əfşar Tus — Mahmud Əli Yusuf — Sultan Mahmud Qəznəli — Qəznəvilər dövlətinin hökmdarı (998–1030).
Manadu
Manadu (mald. ފުނަދޫ) - yaşayışı olan ada, inzibati baxımdan Maldiv adalarının Nunu atolu ərazisinə daxildir. == Coğrafi yerləşmə == Manadu adası Nunu atoluna daxil olan 71 adadan biridir. Lakkadiv dənizində yerləşən ada ölkənin paytaxtı Male şəhərindən 177 km şimalda yerləşir. == Əhali == 2006-cı il məlumatına əsasən Manaduda 1201 nəfər yaşayır: 47 % kişi və 53 % qadın. Şəhər əhalisinin artım dinamikası: Əhalinin yaş strukturu: 49 % — 18 yaşından aşağı; 11,9 % — 19 - 25 yaş arası; 31,6 % — 26 - 64 yaş arası və 7,5 % — 65 yaş və yuxarı. Savadlılıq səviyyəsi — 97,53 %.
Manaus
Manaus — Braziliyada yerləşən şəhər. Amazonas ştatına daxildir.
Maqauz
Maqauz, Novruzlu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 19 km məsafədə yerləşir. Erməni mənbələrində Moqes formasında qeyd edilir. Kəndin başqa adı Novruzlu olmuşdur. == Toponimi == Toponim muq (muğ) türk etnoniminin fars dilində işlənən forması olan maq etnonimi ilə türk dilində "mənsəb", "dərə", "dağ keçidi" mənasında işlənən auz sözünün birləşməsindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Maku toponimindən və Uz tayfasının adındandır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 29. VI.1949-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Kaxnut qoyulmuşdur.
Marabda
Marabda, Gürcüstanda kənd. Kənd paytaxt Tbilisidən 23 km cənubda, Marneuli şəhərinin isə bir neçə kilometr şimalında yerləşir. 2007-ci il, noyabr 21-də Marabda kəndində Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinin təməli qoyulub. Hər üç ölkənin prezidentlərinin iştirakı ilə Gürcüstanın Marabda stansiyasında açılış mərasimi keçirilib.
Marabu
Marabu — leyləkkimilər fəsiləsinə aid olan quş növü. Marabuların 2 cinsi Asiyanın cənubunda və bir cinsi isə Saxaranın cənubunda, Afrikanın böyük bir hissəsində rast gəlinir. Boyu 110–150 sm və qanadlarının uzunluğu isə 210–250 sm-dir. Hər üç cinsin nümayəndələrinin üst lələkləri və qanadları qara, qarınları və quyruqları ağ-dır. Marabuların əsas yeməyi gəmiricilər və kərtənkələlərdir. Marabu əsasən leşlə də qidalanır.
Marado
Marado (kor. 마라도) — Koreya boğazında yerləşən, Cənubi Koreya aid olan ada. Çecudo adasından 8 km cənubda qərarlaşır. Soqvipxo şəhərinin ərazinə daxildir. Cənubi Koreyanın cənub nöqtəsini təşkil edir. Adada ibtidai məktəb, polis idarəsi, kilsə və mayak vardır. == Coğrafiyası == Adanın sahəsi 0,3 km², sahil xəttinin uzunluğu 4,2 km təşkil edir. Ərazisində hündürlüyü 30-35 metr qayalıqlar mövcuddur. Maksimal hündürlüyü 39 metrdir. İqlimi subtropikdir.
Marajo
Мarajo (port. Marajó) — Braziliyanın ən iri adası. 40,100 km² əraziyə malik olaraq Adaların dünyada sahəsinə görə sıralamasında 34-cü yerdədir. Marajonu bəzən çay yatağında yerləşən ən iri ada adlandırırlar. Bu yalnışdır, çünki, adanın Atlantik okeanına bir başa çıxışı vardır. Ən iri Çay adası isə elə Braziliyada yerləşən Bananal adasıdır. Ada inzibati cəhətdən Para ştatına daxildir. == Coğrafiya == Ada çokmə suxurlarla örtülüdür və əsasən Amazon çayının gətirdiyi suxurlar burada toplanmışdır. Ada bütünlüklə Ekvatorda yerləşir. Şimaldan Amazon estuarisi ilə hüdudlanır.
Maratuz
MARATUZ — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd adı. == Toponimikası == Mənşəcə XIX əsrin əvvəllərində Naxçıvan ərazisində və Dərələyəzdə yaşamış kürd mənşəli (lakin mənbədə qeyd olunur ki, bu tayfa azərbaycanca danışır) Bozlu tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdən (Tart, Məmmədrzaqışlaq, Arınc, Ağkənd, Gidbaz. Gomuşxana, İstisu, Qaralar və) biridir. Toponimin mənşəyi barədə iki fikir ola bilər. 1. Ad türk dillərində məra "örüş yeri" və düz sözlərindən ibarətdir. Türk dillərində mar-"təpə" və atiz "iki arx arasında əkin yeri " sözlərindən ibarətdir.
Marağa
Marağa — İranın Şərqi Azərbaycan ostanında şəhər. Təbrizdən 130 kilometr cənub-şərqdə yerləşir. Marağa bağ-bağatı, meyvəsi, xüsusilə üzüm, doşab və kişmişi ilə məş­hurdur. Şəhər, meyvəsindən əlavə, taxılı və gözəl mərməri ilə də böyük şöhrət qazanmışdır. Həmçinin Marağa öz qədim Marağa rəsədxanası və bütün Azərbaycanda tanınan Marağa sabunuyla məşhurdur. == Etimologiyası == Bir çox mütəxəssis indiki Marağanı qədim tarixi qaynaqlarda adı çəkilmiş, Atropatenada yerləşən Vera şəhəriylə, habelə Fraata, Prasana, Fraaspa, Fraspa, Əfrahrud (rud farsca çay deməkdir) kimi toponimlərlə əlaqələndirir. Bəzi qaynaqlara görə, "Marağa" sözünün mənası "otlaq yeri" deməkdir. Marağa şəhərinin adını ərəb dilində "otlamaq" mənasındakı "mərəğə" sözüylə əlaqələndirib, bu adın "otlaq, at bəslənən yer" demək olduğunu qeyd edirlər. Lakin çox güman ki indiki Marağa toponimi ilə bağlı olan qədim toponimlərin (Fraata, Fraaspa, və s.) Azərbaycan ərazisinə ərəb xilafətinin axınlarının başlamasından xeyli əvvəl mövcud olduqları nəzərə alındıqda, bunun gerçək olması ehtimalı az olur. == Tarixi == Strabonun yazdığına görə, Atropatena hökmdarlarının yay iqamətgahı olan Qazaka və qış iqamətgahı olan Vera adlı iki paytaxt şəhərləri olmuşdur.
Marduk
Nibiru (tərcüməsi Keçid planeti, müasir dilimizdə X planeti) — Günəş sistemində yerləşdiyi güman edilən xəyali planet. Yer planetindən 4 dəfə böyükdür. == Tədqiqatlar == Bəzi tədqiqatçıların iddialarına görə bu səmavi cisim Şumer mətnlərində Günəş sistemində 12-ci planet kimi təsvir olunub. Əfsanəyə görə, planet hər 3600 ildən bir Mars və Yupiter arasında peyda olur. Lakin bu məsələ ilə bağlı nə şumerşünaslıq, nə də astronomiya sahəsində konkret elmi işlər mövcud deyildir. == Şumer inancı == Əfsanəyə görə bu planet əvvəllər gəlmiş və insanlığı yaratmışdır. Şumerlər onları "Anunakilər" yəni tanrılar adlandırmışdırlar. Əfsanəyə görə onların kişilərinin boyu 5 metrə, qadınlarının boyu isə 3 metrə çatarmış. Şumer tabletlərində onlar qanadlı təsvir olunmuş üzləri isə sanki maska ilə örtülü olarmış. Bu da onu göstərir ki, onlar bu planeti mühitinə uyğun olmayan bir şəkildə tənəffüs edirlər.
Margun
Maregun (fars. مارگون‎) (Markan, Marcan, və ya Margun) — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Boyer-Əhməd şəhristanının Maregun bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı ildə əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,538 nəfər və 497 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Acırlı (Marağa)
Acırlı — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsinin Acırlı kəndistanında, Mərkəzi qəsəbəsindən cənub-şərqdədir.
Ahəq (Marağa)
Ahəq (fars. ‎اهق‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Bənab bölgəsinin Bənacu kəndistanında, Bənab qəsəbəsindən 14,5 km şimal-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,171 nəfər yaşayır (341 ailə).
Alagəyin (Marağa)
Alagəyin — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağc bölgəsinin Çaharoymaq kəndistanında, Qaraağac qəsəbəsindən 39,5 km cənub-şərqdədir.
Alaçıq (Marağa)
Alacıq (fars. الاچيق‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 152 nəfər yaşayır (36 ailə). == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Quruçay kəndistanında, Qaraağac qəsəbəsindən 28,5 km şimal-qərbdədir.
Alessandro Mahmud
Alessandro Mahmud (12 sentyabr 1992, Milan, İtaliya) və ya sadəcə Mahmud — Ərəb əsilli İtaliya müğənnisi və bəstəkarı. O, ifa etdiyi "Soldi" mahnısı ilə 2019 Sanremo musiqi festivalında qələbə qazanaraq, İtaliyanı İsraildə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ əldə etmişdir. Mahmud Sanremoda iştirak haqqını festivaldan öncə gənc ifaçılar üçün keçirilən şouda "Gioventù bruciata" mahnısı ilə qələbə qazanaraq, əldə etmişdir. O, daha öncə İtaliyanın X Factor musiqi yarışmasının altıncı mövsümündə iştirak etmişdir. == Bioqrafiya == Alessandro Mahmud 12 sentyabr 1992-ci ildə İtaliyanın Milan şəhərində anadan olmuşdur. Onun anası italyan, atası isə misirlidir. O, hələ kiçik yaşlarından musiqi ilə maraqlanmağa başlamışdır. 2012-ci ildə Mahmud İtaliyanın X Factor musiqi yarışmasının altıncı mövsümünə qatılmış və Simona Venturanın komandasında yer almışdır. Mahmudun yarışmadakı iştirakı yarışmanın üçüncü mərhələsində sona çatmışdır. Bu təcrübənin ardınca o, özü üçün mahnılar bəstələyib, ifa etməyə başlamışdır.
Almaçovan (Marağa)
Almaçovan (fars. ‎‎‎الماچوان‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,274 nəfər yaşayır (212 ailə).
Alovkəndi (Marağa)
Alovkəndi (fars. ‎‎علوكندي‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd.
Alılı (Marağa)
Alılı (fars. اللو‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 30 nəfər yaşayır (5 ailə).
Amblyseius martus
Amblyseius martus (lat. Amblyseius martus) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius martus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.