Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Madrid
Madrid — Pireney yarımadasında şəhər, İspaniyanın paytaxtı (1607-ci ildən). Əhalisi 3 228 000 nəfər (2005). İstanbul, London, Berlin və Parisdən sonra Avropada əhali sıxlığına görə beşinci yerdə olan şəhərdir. Şəhər,dünya futbolunun ən populyar və ən titullu futbol klubu olan futbol nəhəngi Real Madrid FKin evidir. Əməvi fəthləri zamanı şəhər Məcrid (مجريط‎) adı ilə tanınırdı. == Coğrafiyası və iqlimi == Madrid İspaniyanın mərkəzində dəniz səviyyəsindən 667 m hündürlükdə yerləşir. Şəhərdən tarixi Kastiliya regionuna aid olan kiçik Mansanares çayı axır. Zəngin tarixi mirası ilə yanaşı canlı bir mədəniyyət və sənət mərkəzi olaraq da əhəmiyyət daşıyır. İnkişafı və ölkə iqtisadiyyatında böyük bir rol qazanması yaxın tarixdə baş vermişdir. Madrid Avropanın ən yüksək temperatura malik paytaxtlarından biridir.
Maria
Maria — ad. Maria Komnenos — Trabzon şahzadəsi, Fəxrəddin Qutlu bəyin xanımı. Maria Adanez — İspaniya aktrisası, rejissoru, ssenaristi və prodüseri. Maria Maqdalena Keveriç — bəstəkar Lüdviq van Bethovenin anası idi. Maria Farantouri — Yunanıstan müğənnisi və ictimai xadimi. Maria Feliks — meksikalı aktrisa. Maria Pedraza — İspaniya aktrisa, model və balerinası.
Mari
== Toponimlər == Mari (Suriya) — indiki Suriyada qədim sami şəhəri. Mari (şəhər, Suriya) — Suriyada şəhər. Mari (Braziliya) — Mari (Fransa) — Mari (çay) — Mari (ad) — == Digər == Mari (rus. мари, ing. mari) — səthi 0,5-1,0m yüksəkliyində təpəciklər və tirəciklərlə mürəkkəbləşən və ara­ları cil və mamır-ot bitkiləri ilə örtülü, maili və ya üfqi səthlər.
Amrid Yunusov
Amrid Zaur oğlu Yunusov (12 oktyabr 1995, Əniq, Qusar rayonu – 28 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Amrid Yunusov 1995-ci il oktyabrın 12-də Qusar rayonunun Əniq kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Amrid Yunusov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amrid Yunusov oktyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qusar rayonunun Əniq kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amrid Yunusov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Amrid Yunusov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Amrid Yunusov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Amrid Yunusov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Amrid Yusunov

Atletico Madrid
Atletiko (Madrid) — İspaniyanın futbol klubu. Klub İspaniyanın paytaxtı Madriddə qurulub. Ölkəiçi uğurlu dövrü 1996-cı ildə həm La Liga, həm də İspaniya kral kubokunu eyni zamanda qazanması olmuşdur. == Tarixi == 26 aprel 1903-cü ildə yaradılmışdır. 1921-ci ilə qədər Athletic Bilbao klubuna bağlı olmuş, 2 il sonra isə öz stadionunu qurmuşdur. == Heyəti == 11 avqust 2023.
Atletiko Madrid

CaixaForum Madrid
CaixaForum, "la Caixa" Vəqfi tərəfindən idarə olunan və Madridin Paseo del Prado bölgəsində yerləşən bir mədəniyyət mərkəzidir. Bu, 13 fevral 2008-ci ildə o vaxtkı kralı Don Juan Carlos və Doña Sofía və Caixa'nın prezidenti İsidro Fainé tərəfindən açıldı.
Karlos Marin
Karlos Marin (13 oktyabr 1968, Rüsselhaym[d], Hessen – 19 dekabr 2021[…]) — ispaniyalı bariton və İl Divo qrupunun üzvü. == Həyatı == Marin Hessendə anadan olmasına baxmayaraq, İspaniyanın Madrid şəhərində böyüyüb. O musiqi karyerasına çox erkən başlayıb, o artıq səs yazmalar ilə məşğul olub və hətta səkkiz yaşında 800 tamaşaçının qarşısında çıxış edib. 12 yaşında İspaniyaya köçüb hansı ki, burada o televiziya proqramlarında bir neçə mükafat qazanıb. O uşaqlığından musiqi sahəsində olub və bir neçə baritondan da dərslər alıb. == İl Divo == 2003-cü ilin dekabrında o dörd kişi müğənnidən ibarət beynəlxalq İl Divo qrupuna qoşuldu. Qrupda ondan başqa fransız pop musiqiçi Sebastien İzambard, amerikalı tenor David Miller və isveçrəli tenor Urs Büler yer alırlar. Qrupun ilk albomu İl Divo adlanırdı . Albom 2004-cü ilin noyabrında işıq üzü gördü və bir ildən də az bir vaxtda beş milyondan çox satış həyata keçirildi. İkinci albom — Ankora 7 noyabr 2005-ci ildə Birləşmiş Krallıqda, üçüncü albom Siempre isə 21 noyabr 2006-cı ildə ABŞ-də, 27 noyabr 2006-cı ildə isə beynəlxalq satışa çıxarıldı.
Madrid birjası
Madrid birjası — (isp. Bolsa de Madrid səhmlər və konvertasiya edilə bilən istiqrazlar və sabit gəlirli qiymətli kağızlar, həm dövlət, həm də özəl sektor borcları satan İspaniyanın dörd regional birjasının ən böyük və ən beynəlxalq (digərləri Barselona, Valensiya və Bilbaoda yerləşir). Bolsa de Madrid Bolsas y Mercados Españoles şirkətinə məxsusdur. == Quruluşu və əməliyyatları == İspaniya Fond Birjasının milli çətiri altında İspaniyanın maliyyə bazarının yenidən qurulmasına bolsas, törəmə bazarlar və sabit gəlir bazarları daxildir. Ticarət, əməliyyatların 90% -dən çoxunu həyata keçirən elektron İspan Birja Birliyi Sistemi (SIBE) ilə əlaqələndirilir; sabit gəlirli bütün aktivlər SIBE vasitəsi ilə satılır. == Tarixi == Bolsa de Madrid rəsmi olaraq 1831-ci ildə qurulub. 1993-cü ildə Bolsa de Madrid sabit gəlirli qiymətli kağızlar üçün bütün elektron ticarətə keçdi. İspaniya qanunvericiliyinin tələb etdiyi kimi, İspaniya Krallığının qanunlarına əsasən təşkil edilmiş bir şirkət olan Sociedad Rectora de la Bolsa de Valores de Madrid S. A. tərəfindən idarə olunur və idarə olunur. Madrid Fond Birjasının üzvlüyü 41 iri maliyyə qurumundan və qurulmuş 12 qiymətli dilerdən ibarətdir. 31 dekabr 2001-ci il tarixində təxminən 1477 yerli və xarici şirkət səhm qiymətli kağızlarını Madrid Birjasında siyahıya aldı.
Madrid derbisi
Madrid derbisi (isp. El Derbi Madrileño) — İspaniyanın Madrid şəhərini təmsil edən Real Madrid və Atletiko Madrid klubları arasında oynanan, gərgin rəqabət şəraitində keçirilən futbol matçlarına verilən addır. Bu iki əzəli rəqib arasında baş tutan derbi əvvəllər yalnız İspaniya peşəkar futbol yüksək liqası çərçivəsində idi, lakin artıq son dövrlərdə derbi anlayışı ümumiləşdirilib və iki klub arasında (UEFA Çempionlar Liqası, Kral Kuboku, İspaniya Superkuboku və s. turnirlər) hər matçı əhatə edir. İki klub 2014-cü ildə UEFA Çempionlar Liqasının Finalı üçün Lissabonda qarşılaşdı və bununla ilk dəfə eyni şəhərin iki klubu final matçında oynadı. 2016-cı ildə Milanda keçirilən UEFA Çempionlar Liqasının Finalında Real Madridin iki il əvvəl olduğu kimi qalib gəldiyi ikinci qarşılaşmadan sonra, klublar 2018-ci ildə UEFA Super Kubokunda da qarşılaşdılar. Bu dəfə isə əsas vaxtın heç-heçə bitdiyi qarşılaşmada əlavə vaxtda Atletiko qalib gəldi. == Tarixi == İki klub arasında rəqabət XX əsrin əvvəllərində başladı. İspaniyan paytaxtının ən güclü klubu olan Madrid Futbol Klubu (1902-ci ildə təsis edilib) şəhərin ən yaxşı kiçik klublarının birləşmə və satınalmalarını davam etdirdi. Eyni zamanda Madrid FK rəqabət apardığı klubların ən yaxşı oyunçularını da heyətinə cəlb etdi, bu da Ağlara qarşı mübarizə apara bilməyən klubları sıradan çıxardı.
Madrid prinsipləri
Madrid prinsipləri — Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün ATƏT-in Minsk qrupu tərəfindən hər iki tərəfə təklif olunan sülh modeli. Madrid prinsipləri münaqişənin həll edilməsində ən ideal sülh planı hesab olunur. Madrid prinsiplərinə əsasən Ermənistan tərəfdən işğal edilmiş və Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 7 rayon Azərbaycana qaytarılmalı, daha sonra isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu müəyyən olunmalıdır. == Geri qaytarılması nəzərdə tutulan rayonlar == Madrid prinsiplərinə əsasən ilk mərhələdə Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 5 rayon geri qaytarılmalıdır. Geri qaytarılması nəzərdə tutulan rayonlar aşağıdakı şəkildə sıralanmışdır: Ağdam rayonu Füzuli rayonu Cəbrayıl rayonu Zəngilan rayonu Qubadlı rayonu Laçın rayonunun 13 kəndi.Bundan sonra regionda bütün kommunikasiyalar açılacaq, azad edilmiş torpaqların reabilitasiyası üzrə donor konfransı keçiriləcək. Regionda sülhməramlı müşahidəçilər yerləşdiriləcək, evlərinə qayıdan köçkünlərin təhlükəsizliyi təmin ediləcək. Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilir, azərbaycanlı icma Dağlıq Qarabağa qayıdır, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilir.
Madrid şəhəri
Madrid — Pireney yarımadasında şəhər, İspaniyanın paytaxtı (1607-ci ildən). Əhalisi 3 228 000 nəfər (2005). İstanbul, London, Berlin və Parisdən sonra Avropada əhali sıxlığına görə beşinci yerdə olan şəhərdir. Şəhər,dünya futbolunun ən populyar və ən titullu futbol klubu olan futbol nəhəngi Real Madrid FKin evidir. Əməvi fəthləri zamanı şəhər Məcrid (مجريط‎) adı ilə tanınırdı. == Coğrafiyası və iqlimi == Madrid İspaniyanın mərkəzində dəniz səviyyəsindən 667 m hündürlükdə yerləşir. Şəhərdən tarixi Kastiliya regionuna aid olan kiçik Mansanares çayı axır. Zəngin tarixi mirası ilə yanaşı canlı bir mədəniyyət və sənət mərkəzi olaraq da əhəmiyyət daşıyır. İnkişafı və ölkə iqtisadiyyatında böyük bir rol qazanması yaxın tarixdə baş vermişdir. Madrid Avropanın ən yüksək temperatura malik paytaxtlarından biridir.
Maria Adanez
Maria Adanez Almenara (isp. María Adánez Almenara; 12 mart 1976, Madrid) — İspaniya aktrisası, rejissoru, ssenaristi və prodüseri.
Maria Farantouri
Maria Farantouri - (yun. Μαρία Φαραντούρη, 28 noyabr 1947-ci il, Afina) — Yunanıstan müğənnisi və ictimai xadimi. Yunan musiqisinin dirçəlişində mühüm rol oynayıb. Bəstəkar Mikis Theodorakis ilə əməkdaşlığı ilə tanınır. Böyük səs diapazonuna və əla dramatik ifaya malikdir. 1967-ci ildə qurulumuş Yunanıstan hərbi xuntasına qarşı mübarizəsi ilə də tanınır. Onun haqqında Londonun "Guardian" qəzeti yazırdı: "Onun səsi Olympus və Tanrılardan bir hədiyyədir". == Mənbə == Maria Farantourinin tərcümeyi-halı (yunan dilindən tərcümə).
Maria Feliks
Maria Feliks (isp. María Félix; 4 may 1914, Alamos[d] – 8 aprel 2002[…], Mexiko) — meksikalı aktrisa.
Maria Komnenos
Maria Komnenos (ö. 1408) — Trabzon şahzadəsi, Fəxrəddin Qutlu bəyin xanımı. == Həyatı == Trabzonda doğulmuşdur. Atası imperator Bazildir. 1352-ci ildə Fəxrəddin Qutlu bəy ilə evlənmişdir. 29 avqust 1358-ci ildə Trabzona getmiş, bacısı Teodora Çəlbiyyəli Hacı Əmir ilə evlənəndə ona türklərin adətləri haqqında məlumat vermişdir. Belə bir ziyarət 1365-ci ildə yenə baş vermişdi. Bizans tarixçisi Panakretos bu barədə yazır:Eyni ilin avqustunda, 6860 [1352], İmperatorun bacısı Maria Böyük Komnenos, ’Αμιτιώται’lərin emiri ve Τουραλή [Turali]nin oğlu Χουτλουπέκης [Qutluq bəy] ilə evlənməyə getdi.
Maria Pedraza
Maria Pedraza (isp. María Pedraza; 26 yanvar 1996, Madrid, İspaniya) — İspaniya aktrisa, model və balerinası. Əsasən Pul soyğununda Alison Parker və Seçilmişlər serialında Marina Osuna rolunu canlandırmaqla tanınmışdır. == Həyatı == Maria Pedraza 26 yanvar 1996-cı ildə İspaniyanın Madrid şəhərində anadan oldu. 8 yaşında Nacional de Danza Mariemma-da klassik rəqs təhsili almağa başladı. Konservaturiyada rəqs dərslərinə davam edərək, 18 yaşına qədər aktrisalıq dərsləri də aldı. == Karyerası == Aktrisa olaraq ikinci layihəsi, İngiltərənin İspaniyadakı səfirinin qızı Alison Parkeri məşhur Atresmedia serialı olan La casa de papeldə canlandırdı. Daha sonra Netflix tərəfidən alınması, aktrisaya həm milli həm də beynəlxalq tanınma gətirdi. Həmin il, RTVE tərəfindən rəqəmsal platforma olan "Playz" platforması üçün istehsal olunan və Alba Ruiz Alonso və Cristina Romeronun rollarını canlandıran interaktiv internet serialı olan Si fueras tú ("Sən olsaydın") heyətinin bir hissəsi idi. 2018-ci ilin əvvəlində Maria Pedrazanın, La Casa de Papel aktyor heyəti Miguel Herrán və Jaime Lorente ilə birlikdə Netflixin ikinci Elite adlı orijinal İspan serialında yer alacağı açıqlandı.
Maria Ressa
Mariya Anqelita Ressa (ing. Maria Angelita Ressa; 2 oktyabr 1963, Manila) — Filippin-ABŞ jurnalist və yazıçı, "Rappler" internet xəbər saytının həmtəsisçisi və baş direktoru. İlk Filippinli Nobel Mükafatı laureatı (2021). == Həyatı == Mariya Ressa 2 oktyabr 1963-cü ildə Manilada anadan olub. Atasını bir yaşında itirmişdir. Anası bundan sonra amerika vətəndaşı ilə ailə qurduğundan Mariya Angelita 1973-1986-ci illərdə ABŞ-də yaşamışdır. Burada o, Prinston Universitetində təhsil almışdır.Mariya Anqelita, 1986-cı ildə "Sarı İnqilab"dan sonra vətəninə qayıtmış və televiziyada işləməyə başlamışdır. 1987-1995-ci illərdə Manilada CNN yerli bürosuna, 1995-2005-ci illərdə Cakartadakı CNN bürosuna rəhbərlik etmişdir. 2005-ci ildən Filippinin ABS-CBN (şirkət) yayım xidmətinin xəbər xidmətinə rəhbərlik etmşdir. 2011-ci ildən "Rappler" xəbər saytını yaradaraq ona rəhbərlik edir.
Marie Claire
Marie Claire — aylıq qadınlar üçün moda jurnalı. Əsası 1937-ci ildə Fransada qoyulmuşdu. Jurnal dünyanın 26 ölkəsində çap olunur. == Tarix == Jan Pruvo 1937-ci ildə Fransada jurnalın ilk nömrəsini yaratmışdı. O vaxtlar jurnal hər həftə satışa çıxarılırdı. Fransız oxucuları şəhər kiosklarında izdihamla alaraq orada böyük kütlə halı yaradırdılar. Ancaq 1942-ci ildə, Fransanın alman işğalından sonra, bir sıra jurnal nəşriyyat evlərinin bağlanılması Marie Claire-yə də toxundu. Jurnal 1954-cü ilə kimi buraxılmırdı. Sonradan yenidən satışa çıxdıqdan sonra, jurnalın satış-formatı dəyişilir; o artıq hər həftə deyil, ayda 1 dəfə buraxılırdı. Jurnalın 50 illiyi 2004-cü ildə qeyd edildi, jurnalın üz qabığını Vanessa Paradi bəzədi.
Marie Kondo
Marie Kondo (yaponcaː 近藤 麻 理 恵, 9 oktyabr 1984, Tokio[d]) — Yaponiyanın dünyaca məşhur dizayneri, təşkilatçı məsləhətçisi. == Haqqında == Marie Kondo 1984-cü il, oktyabrın 9-da anadan olub. Yaponiyanın dünyaca məşhur dizayneri, təşkilatçı məsləhətçisi və bestsellerlərin müəllifidir. O, koreya, çin, fransız, alman və ingilis, rus dilinə tərcümə olunaraq, kütləvi şəkildə milyonlarla nüsxəsi satılmış təşkilatçılıq haqqında 4 kitab yazıb. Xüsusilə, onun “Həyatı dəyişən “yığışdırma” (toplamaq) möcüzəsi”: yaponların lazımsız əşyaları atma və təşkilatçılıq sənəti” (2011) adlı kitabı 30-dan çox ölkədə çap olunub. Kitab Yaponiyada və Avropada bestseller olub və 2014-cü ildə ABŞ-da nəşr edilib. Marie Kondo 2015-ci ildə “Times”ın “100 ən nüfuzlu insanları” siyahısına daxil edilib.Kondo uşaqlıqdan təşkilatlandırma işlərinə maraq göstərirdi. Orta məktəbdə oxuyanda sinif yoldaşları bədən tərbiyəsi dərsində oynayarkən Kondo kitab rəflərini düzəltmək üçün sinifdə qalardı. Sinifdə müəyyən vəzifələri görmək üçün namizədliyi seçilərkən də o, nə sinif nümayəndəsi və ya ev heyvanlarını yemləyən şəxs olmaq və bu kimi öhdəlikləri götürmək istəmirdi. Bunun əvəzində, o, kitabları düzəltməyə davam etmək üçün kitab rəfi meneceri olmaq istəyərdi.
Marie Under
Marie Under (est. Marie Under 27 mart 1883[…], Tallin – 25 sentyabr 1980[…], Stokholm) — Eston, rus, isveç şairəsi və tərcüməçisi. == Bioqrafiyası == Maria Under 25 sentyabr 1883-cü ildə müəllim ailəsində anadan olur. Valideynləri Hiyumaa adasından idi. 1891–1900-cü illərdə Reveldəki xüsusi alman qadın məktəbində oxuyur. 1902-ci ildə evlənir və 1906-cı ilə qədər yaşadığı Moskvaya yollanır. Bundan sonra Revelə qayıdır. On dörd yaşında şeir yazmağa başlayır. Alman dilində yazdığı şeirlərini yaxın dostu, eston sənətçisi Ants Laykmaaya təqdim edir. Laykmaa şairi estonca yazmağa həvəsləndirir.
Marif Zeynalov
Marif Zeynalov (Marif Zeynalov Seyid Bəbir oğlu; 10 yanvar 1934, Şuşa, DQMV – 5 iyun 2020, Bakı) — geologiya –mineralogiya elmləri namizədi. Əməkdar elm xadimi. == Həyatı == Marif Zeynalov 1934-cü ildə Şuşa şəhərində anadan olmuşdur. 1940-cı ildə Şuşa şəhər məktəbinə getmiş və 1950-ci ildə həmin məktəbi Qızıl medalla bitirmişdir. 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakultəsinə qəbul olmuş, 1955-ci ildə həmin institutu bitirərək mühəndis-geoloq diplomu almışdır. 1962-ci ildə aspiranturanı bitirmiş və 1963-cü ildə Naxçıvan polimetal yataqlarının geoloji-struktur xüsusiyyətləri mövzusunda dissertasiya işini müdafiə etmişdir. 50-dən cox elmi əsərin müəlifidir. == Ailəsi == Həyat yoldaşı Zeynalova Kəmalə Məmməd qızı Hüquq məsləhətçisi vəzifəsində çalışmışdır. İki qız övladı var. Samirə Zeynalova Marif qızı: 15 dekabr 1963-cü ildə Bakı şəhərində anadan olub.
Maris Verpakovskis
Maris Verpakovskis (d. 15.10.1979, Liepaya, Latviya SSR, SSRİ) — latviyalı futbolçu. Mövqeyi hücumçudur. Yunanıstanın "Erqotelis" klubunun və Latviya milli futbol komandasının oyunçusudur. Futbolçu 2003-2004-cü illərdə Latviyada ilin adamı və iki dəfə ən yaxşı oyunçu seçilib. "Liepaya Metallurq", "Skonto", "Dinamo Kiyev", "Xetafe", "Hayduk Split", "Selta de Viqa" və "Bakı" klublarında çıxış edib. == Həyatı == Maris Verpakovskis 1979-cu ilin oktyabrın 15-də Latviyanın Liepaya şəhərində anadan olub. == Karyerası == === Latviya klubları === Futbol karyerasına ölkəsinin "Baltika FK" komandasında başlayan oyunçu 1995-ci ildən 2001-ci ilə qədər bu komandanın şərəfini qoruyub. Keçirdiyi 59 oyunda 10 qol vurub. 2001-ci ildə Verpakovskis başqa Latviyanın "Skonto" Riqa klubuna keçib.
Maris Zvayqzne
Maris Zvayqzne (latış. Māris Zvaigzne‎) — latviyalı dövlət və siyasi xadim; Latviya Seyminin V (1994—1995) çağırış üzvü. == Fəaliyyəti == Maris Zvayqzne «Latviya Yolu» Partiyasının üzvü idi.
Marı
Marı — Türkmənistan Respublikasında etrap hüquqlu şəhər, Marı vilayətinin inzibati mərkəzi.
Arvid David Hummel
Arvid David Hummel (Arvid David Hummel; 30 aprel 1778 – 20 oktyabr 1836) Isveç entomoloqu. == Ədəbiyyat == Tommila, P. 1963 [Hummel, A. D.] Ann. Ent. Fennici 29, 152–170.