VARİASİYA
VARİDAT
OBASTAN VİKİ
Varid Fərzəlibəyov
Varid Fərzəlibəyov (2 iyul, 1933 - 23 mart, 1999) — Azərbaycanlı ixtiraçı-mühəndis, həvəskar tarzən, bəm tarın yaradıcısı. 1933-cü ildə Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini bitirmişdir. Uzun illər "Azərelektroişıq" istehsalat birliyinin laboratoriya müdiri kimi çalışmışdır. Azərbaycanın musiqi mədəniyyətinə yeni bir musiqi aləti - bas (bəm) tarı bəxş etmişdir. XX əsrin 60-cı illərində musiqi kollektivlərində bas (bəm) səslərə olan ehtiyacı ödəmək üçün bəm tarı yaratmışdır. Bəm tarı Sadıqcanın tarından fərqləndirən odur ki, çanağın içindəki arakəsmədə alətin səs temrbini (səs çalarını) dəyişdirən diafraqmalı dəlik var və tarın qoluna birləşən çanaq üstü açıqdır. Bas tarın quruluşuna görə tarın böyük formasıdır, mizrabı adi tar mizrabından iki dəfə böyükdür. Bir qayda olaraq, tarzənlər tərəfindən ifa olunur. Alətin notları bas açarında yazılır.
Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısı
Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısı — bu siyahı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə təsdiq edilmiş sənədə əsasən hazırlanmışdır. == Siyahı == Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlər bunlardır: "Sevil" (1929-cu ildə çəkilmişdir); "Lətif" (1930-cu ildə çəkilmişdir); "İsmət" (1934-cü ildə çəkilmişdir); "Mavi dənizin sahilində" (1935-ci ildə çəkilmişdir); "Almaz" (1936-cı ildə çəkilmişdir); "Bakılılar" (1938-ci ildə çəkilmişdir); "Kəndlilər" (1939-cu ildə çəkilmişdir); "Səbuhi" (1941-ci ildə çəkilmişdir); "Bir ailə" (1943-cü ildə çəkilmişdir); "Arşın mal alan" (1945-ci ildə çəkilmişdir); "Görüş" (1955-ci ildə çəkilmişdir).
Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısı
Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısı — bu siyahı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə təsdiq edilmiş sənədə əsasən hazırlanmışdır. == Müəlliflər == Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflər bunlardır: Qətran Təbrizi; Məhsəti Gəncəvi; Əfzələddin Xaqani; Nizami Gəncəvi; Qazi Bürhanəddin; İmadəddin Nəsimi; Aşıq Qurbani; Şah İsmayıl Xətai; Məhəmməd Füzuli; Aşıq Abbas Tufarqanlı; Molla Pənah Vaqif; Molla Vəli Vidadi; Qasım bəy Zakir; Mirzə Fətəli Axundzadə; Həsən bəy Zərdabi; Seyid Əzim Şirvani; Xurşidbanu Natəvan; Mirzə Ələkbər Sabir; Nəcəf bəy Vəzirov; Aşıq Ələsgər; Cəlil Məmmədquluzadə; Əbdürrəhim bəy Haqverdiyev; Cəfər Cabbarlı; Əhməd Cavad; Mikayıl Müşfiq; Əhməd bəy Ağayev; Əli bəy Hüseynzadə; Nəriman Nərimanov; Məmməd Səid Ordubadi; Hüseyn Cavid; Əzim Əzimzadə; Yusif Vəzir Çəmənzəminli; Üzeyir Hacıbəyov; Səməd Vurğun; Əliağa Vahid.
Azərbaycanda dövlət varidatı elan edilən filmlər
Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısı — bu siyahı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə təsdiq edilmiş sənədə əsasən hazırlanmışdır. == Siyahı == Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlər bunlardır: "Sevil" (1929-cu ildə çəkilmişdir); "Lətif" (1930-cu ildə çəkilmişdir); "İsmət" (1934-cü ildə çəkilmişdir); "Mavi dənizin sahilində" (1935-ci ildə çəkilmişdir); "Almaz" (1936-cı ildə çəkilmişdir); "Bakılılar" (1938-ci ildə çəkilmişdir); "Kəndlilər" (1939-cu ildə çəkilmişdir); "Səbuhi" (1941-ci ildə çəkilmişdir); "Bir ailə" (1943-cü ildə çəkilmişdir); "Arşın mal alan" (1945-ci ildə çəkilmişdir); "Görüş" (1955-ci ildə çəkilmişdir).
İctimai varidat
İctimai varidat və ya İctimai mülkiyyət ― əsərə aid müəlliflik hüququnun qanunla təsbit olunmuş müəyyən bir müddətdən sonra qüvvədən düşərək ictimai varidata keçməsi halı. Azərbaycan Respublikasının ərazisində heç vaxt qorunmamış əsər də ictimai varidata keçmiş sayılır.
Varidat
Varidat (dövriyyə və satış həcmi) — müəyyən müddət ərzində istehsal olunan məhsulların, xidmətlərin, işlərin satışı nəticəsində müəssisə və ya sahibkarın alıcılara təqdim etdiyi tələblərin (o cümlədən ödənilməmiş tələblərin) ümumi məbləği.

Значение слова в других словарях