Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maskaron
Maskaron (fr. mascaron, bəzən fr. macaron) it. mascherone — "böyük maska" Mascaron — dekorativ element, adi "maska" anlayışından fərqli olaraq, memarlıq və ya digər məkan mühitinə daxil olan təsvir deməkdir. Bir qayda olaraq, bu mifoloji personajın və ya mifik məxluqun maskasının, tağın ya sandrikin açardaşına qoyulmuş və ya pəncərənin ya qapının platbandına yerləşdirilmiş qorelyef təsviridir. Maskaronlar, qorxulu qarqoyllardan fərqli olaraq, komik, neytral və ya romantik ola bilər. Memarlıqdan əlavə, maskaronlar sənət və sənətkarlıqda istifadə olunur: gəmilərdə, boşqablarda; İtalyan İntibahının, Flamand Barokkosunun, XIV Lüdovikin fransız "böyük üslubu"nun və Regency üslubunun rəsmlərində və ornamental oymalarında. Maskaronlar, herms, telamonlar kimi, Renessans və Barok mebellərini bəzəyir. Fəvvarələrdə relyef və heykəltəraşlıq maskaronları su şırnaqları kimi istifadə olunur. Yaxın forma protomdur (heyvanın bədəninin ön hissəsi).
Makaron
Makaron (it. pasta) — un məhsulu. İtaliya mətbəxinin əsas məhsuludur. İlk dəfə 1154-cü ildə Siciliyada ortaya çıxmışdır. Əsasən su və yumurtadan yoğrulmuş buğda unu xəmirinin qurudulmasından hazırlanmış yeyinti məhsulu, habelə ondan hazırlanmış xörəkdir. Dilimizə italyanca maccherone sözündən keçmişdir. == İstehsalı == 2015–2016 illərdə dünyanın ən böyük makaron istehsal edən ölkələr İtaliya (3,2 mln. ton), ABŞ (2 mln. ton), Türkiyə (1.3 mln. ton), Braziliya (1.2 mln.
Maskaren silsiləsi
Maskaren silsiləsi — sualtı silsilə Hind okeanının qərbində yerləşir. Şimalda Seyşel adalarından Mavriki adasına qədər uzanır. Silsilənin uzunluğu 2000 km, eni 300—400 km, hündürlüyü 1500—4000 m təşkil edir. Ən yaxın adalar olan Mavriki və Mae adaları arasında məsafə 5 km təşkil edir. Bəzi hissələrdə səthdən 200—300 metr, ən azı isə 8 m təşkil edir. Şimalda qranit suxurları üstünlük təşkil edir. Burada Mae və Prasken adaları səthə çıxır. Cənubda isə vulkanik adalara rast gəlinir. Xüsusi ilə atollar üstünlük təşkil edir.
Maskarin (vulkan)
Maskarin — Cənubi Afrika Respublikasına məxsus olan Prins-Eduard adaları qruouna daxil olan Marion-Aylend adasında yerləşən vulkan. == Haqqında == Cənubi Afrika Respublikasına aid olan Prins-Eduard arxipelaqının Marion-Aylend dasında yerləşir. Pikin hündürlüyü 1230 metrdir. Vulkanın sonuncu püskürməsi 2004-cü ilə təsadüf edilir. == Həmçinin bax == Volcano Live == İstinadlar == == Xarici keçidlər == Vulkan nədir? Dünyanın Ən Təhlükəli 10 Vulkanı Vulkanlar Volcanoes Live, Worldwide.
Makaron şirniyyatı
Makaron (fr. macaron, /makaʁɔ̃/) —Yumurtanın ağından, şəkər tozundan, ovulmuş badamlardan hazırlanmış Fransız şirniyyatıdır. == Hazırlanması == Adətən peçenye formasında olub, ikisinin arasına krem və ya cem qoyulur. İtalyanca makaron "dağıtmaq, parçalamaq" mənasındadır. Onun əsas inqrediyenti badam ovuntusudur. Hazır şirniyyatlar yumşaq olub, üzəri hamar olur, ağızda əriyir, müxtəlif dadda olurlar. == Tarixi == Makaronun resepti üzərində daima münaqişələr mövcuddur. Belə ki, elə düşünürlər ki, makaron məhz İtaliyanın Venesiya bölgəsində yaradılıb. Bəzi fərziyyələrdə isə 791-ci ildə Fransanın Kormeri bölgəsində meydana gəlmişdir. Bəzi rəvayətlərə görə şirnini Fransaya İtaliyalı aşbazlar tərəfindən Yekatirina Mediçinin II Henrix ilə nikahından sonra gətirilmişdir.1830-cu ildə makaronları likör ilə təqdim edirdilər.
Makaroni
Makaroni (it. Maccheroni) - boruşəkilli makaron məmulatı. Əsasən İtaliya mətbəxinə xas yeməkdir. == Makaron məmulatları == Makaron məmulatları təsdiq edilmiş qaydalara uyğun olaraq reseptlərin sanitar qaydalarını və texnoloji təlimatlarını gözləmək şərtilə standartın tələblərinə əsasən hazırlanmalıdır. Bu məmulatların əsasən makaron, vermişel, əriştə və s. kimi növləri var. == Tarixi == Makaron dediyimiz zaman ağlımıza gələn ilk şey İtaliya olsa da, makaronun Çin, Yaponiya, Fransada kəşf olunduğunu iddia edənlər də vardır. Hətta bu gün makaron istehlakının ən yüksək olduğu İtaliyaya da bu yeməyin XIV əsrdə italyan taciri və səyyahı Marko Polo (1254-1324) tərəfindən Çin səyahətindən sonra gətirildiyi iddia edilir. Sözsüz ki, italyanlar bu iddianı rədd edirlər. Çində makaronun I əsrdə kəşf olunduğu, hətta 960-1280 illər arasında hökmdarlıq etmiş Sun xanədanlığı zamanında populyarlığının artıb, xüsusi makaron dükanlarının da açıldığı bilinməkdədir.
Maskarpone
Maskarpone (it. Mascarpone) — İtalyan pendir olan Maskarpone limon turşusu və ya sirkə turşusu ilə laxtalanmış krem ilə hazırlanır.Denaturasyondan sonra, süd zərdabı basaraq və ya yaşlanma olmadan çıxarılır.Maskarponeni krem, tartarik turşusu, limon turşusu və ya hətta limon suyu istifadə edərək, istehsal etmək olar.Maskarpone südlü ağ rənglidir və asanlıqla yayılır. İxtisası olduğu İtaliyanın Lombardiya məntəqəsində, müxtəlif yeməklərdə istifadə olunur. Müasir Tiramisunun əsas tərkib hissəsi dir.
Makaroa
Makaroa adası (fr. Makaroa) — Qambe arxipelaqına daxil olan kiçik ada (Fransa Polineziyası). == Coğrafiya == Adanın sahəsi 0,2 km²-dir. Maksimal hündürlüyü 137 metrdir. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Əhali == 2002-ci il məlumatımna əsasən adada yaşayış yoxdur.
Makarov
Makarov (şəhər)
Maskara
Məskər (ərəb. معسكر‎) və ya Maskara (fr. Mascara) — Əlcəzairin şimal-qərbində, eyniadlı vilayətin inzibati mərkəzi olan şəhər. Xobra çayı üzərində yerləşir. Maskara inzibati, ticarət və kommersiya mərkəzidir. Dəri məmulatları, taxıl, zeytun yağı və şərab istehsal olunur. == Tarixi == Maskara şəhərinin əsası 1701 -ci ildə qoyulmuşdur. Burada Osmanlı imperiyasının hərbi qarnizonu olmuşdur. Şəhərin adı ərəb dilində "hərbi düşərgə" mənasını verir. İndiki ad ərəb dilindəki adı fransız dilinə uyğunlaşdırılmış variantıdır.
Aqostino Maskardi
Aqostino Maskardi (it. Agostino Mascardi; 2 sentyabr 1590, Sarsana[d], Liquriya – 1640[…], Sarsana[d], Liquriya) — İtaliya ritorik, tarixçi və şairi. == Həyatı == Aqostino Maskardi indiki İtaliyanın Sarsana şəhərində anadan olmuş, Romada təhsil alaraq Yezuitlər ordeninə qoşulmuşdur, lakin 1617-ci ildə oradan qovulmuşdur. Bu dövrdə o, Este sülaləsi üçün işləmişdir. Fəaliyyətinə davam edən Maskardi hüquq elmləri dərəcəsi almış, həmçinin əhəmiyyətli siyasi və dini şəxsiyyətlərin katibi olaraq bir neçə vəzifədə çalışmışdır. Maskardinin yazısı onu kameraman təyin edən Papa VIII Urbanın diqqətini çəkdi. Papa 1628-ci ildə ona Sapiensa Kollecində Ritorika üzrə professou vəzifəsini vermişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Vasillov, M. "Rhetoric and Fragments of a High Baroque Art Theory". Marsyas (20). 1979–1980: 17–31.
Eduard Markarov
Eduard Markarov (20 iyun 1942, Bakı) - erməni əsilli Azərbaycan futbolçusu. == Həyatı == Eduard Markarov 1942-ci il iyunun 20-də Bakıda doğulub. Futbol oynamağa Azərbaycan paytaxtının "Lokomotiv" gənclər komandasında başlayıb, daha sonra Armavir (Rusiya) "Torpedo"sunda forma geyib. 1961–1970-ci illərdə Bakının Neftçi Bakı komandasının şərəfini qoruyub. 1971–1975-ci illərdə İrəvanın "Ararat" komandasında oynayıb. SSRİ yığma komandasının heyətində 3 rəsmi oyuna çıxmış E.Markarov 159 qolla Qriqori Fedotov klubunun üzvüdür. Məşhur hücumçu SSRİ birinciliyinin bürünc (1966), gümüş (1971) və qızıl (1973) medallarının sahibidir. 1973-cü ildə SSRİ Kubokunu qazanıb. SSRİ yığmasının heyətində 1966-cı il dünya çempionatında 4-cü yeri tutub. Məşqçi karyerasına İrəvanda başlayan E.Markarov bir müddət Livanda çalışıb.
Makaroni (dəb)
Makaroni (İngilis. macaroni, daha qədimdən maccaroni), XVIII əsrin 70-ci illərində İngiltərədə dəbli geyinməyi sevən, dəb dalınca qaçan və öz ədəbazlığı ilə diqqəti cəlb etməyə çalışan gənclərə verilən addır (ləqəbdir). == Xronologiya == Sözün əsli italyancadır. Müxtəlif dillərdən alınan sözlərin qarışıq şəkildə işlədilməsi yolu ilə yaradılan satirik və gülməli şeirlərə makaronik poeziya deyirdilər. XV əsrdə İtaliyada latın sözləri və qafiyələri ilə italyan sözləri və qafiyələrini qarışıq işlədilən poetik əsərlərə bu adı verirdilər. XVIII əsrin ingilis gəncləri moda dalınca qaçanda bəzək-düzəkdə bir çox elementləri qarışdırdıqlarına görə onlara "makaroni" ləqəbi verilmişdi. Bu gənclər Londonda özləri üçün xüsusi "Makaronilər klubu" düzəltmişdilər. == İstinad == Çarlz Dikkens - Oliver Tvistin Macəraları, səhifə 9. Bakı Qanun Nəşriyyatı, 2015.
Maskanın etirafları
Maskanın etirafları (yap. 假面の告白) — Yaponiya yazıçısı Yukio Mişimanın debüt romanı. "Qızıl məbəd" romanı ilə yanaşı yazıçının yaradıcılığının zirvəsi hesab edilir. 1949-cu ildə nəşrindən sonra iyirmi dörd yaşlı Mişima şöhrət qazanmışdır. Avtobioqrafik roman yapon oxucuları tərəfindən birmənalı qarşılanmamışdır: bir tərəfdən romanın mətnində əsas qəhrəmanın daxili aləminin təsviri zamanı sarsıdıcı açıqlığa yer verilmiş, digər tərəfdən yazıçı söz sənətinin mahir bələdçisi olduğunu göstərmişdir. == Məzmunu == Əsas qəhrəman romanda Koçan kimi qeyd edilir. O, Yaponiyada sağ yönlü militarist imperiya dövründə yaşayır və gənc yaşlarından müharibədə iştirak edir. Mişima kimi Koçan da adi yapon oğlanları ilə müqayisədə daha cılız və zəif fizionomiyaya malikdir və kitabın birinci yarısında (burada əsasən Koçanın uşaqlığı təsvir olunur) intensiv şəkildə yapon cəmiyyətinə uyğunlaşmağa çalışır. Zəifliyi ilə əlaqədar olaraq Koçan həmyaşıdı olan oğlanlardan uzaq gəzir və bu onun üçün normaya çevrilir. Məhz bu onun ölüm, şiddət və seks haqqında gələcək fantaziyalarının yaranmasına gətirib çıxarır.
Maskatın fəthi
Maskatın fəthi — Admiral Piri Rəisin komandanlığı altında Osmanlı ordusunun və donnanmasının hərbi əməliyyatı. Ədənin alınması ilə yanaşı, Osmanlı-Portuqaliya müharibəsi (1538-1557) müharibəsi zamanı əsas hadisələrdən biri. Piri rəisin komandanlığı altında olan bu qələbə Portuqaliyanın Hind okeanın şimal-qərb sahilində möhkəmlənməsinin qarşısını aldı. == Tarixi == XV əsrin sonlarındakı böyük coğrafi kəşflər, Portuqaliya zadəganlarının və ticarət elitassının güclü fəaliyyəti nəticəsi Portuqaliya dəniz imperiyasının yaradılmasına səbəb oldu. İnfant Gəmiçi Henri tez-tez Portuqaliya imperiyasının qurucusu olaraq adlandırılır. Onun himayəsi altında Portuqaliyalı dənizçilər, Afrika ətrafında dəniz yolu ilə Hindistana çatmaq istəyən yeni torpaqlar kəşf etməyə başladılar. 1497–1499-cu illərdə, Afrika sahilini dolanan Vasko da Qama komandanlığında dörd gəmidən ibarət bir donnanma Hindistan sahillərinə çatdı. Portuqallar onun sahilində bir neçə ticarət məntəqəsi qurdular. Hind okeanında portuqallar Misir Məmlüklərinin maraqları ilə toqquşdular. Bu da Portuqaliya-Misir müharibəsinə gətirib çıxardı.
Masqaran (Vərziqan)
Masqaran (fars. مسقران‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 887 nəfər yaşayır (203 ailə).
Daniele Massaro
Daniele Massaro (it. Daniele Massaro; 23 may 1961, Monsa, Lombardiya) — İtalyalı keçmiş peşəkar futbolçu, mövqeyi hücumçu olub. İtaliya millisiylə Dünya çempionu olub. Daha çox "Milan" klubunda oynaması ilə tanınır. İndi "Milan"ın ictimaiyyətlə əlaqələr üzrə meneceridir. == Karyerası == Karyerasına B seriyasında yarışan "Monza" klubunda oynamaqla başlayır. Burada komanda yoldaşı Paolo Monelli ilə birlikdə əla oyun göstərərək daha böyuk klubların diqqətini çəkir. 1981-ci ildə Monelli ilə birlikdə "Fiorentina" klubuna keçir. Yeni klub ilə 13 sentyabrda A Seriyasında debüt edir və 10 gün sonra İtaliyanın gənclər komandasının heyətində ilk oyununu keçirir. 1986-cı ildə "Milan"a gedir və burada 1995-ci ilə qədər 300-dən çox oyun keçirdir (1988/89 mövsümünü icarə əsasında "Roma" klubunda keçirdir) və Arriqo Sakki və Fabio Kapellonun rəhbərliyi altında 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində əfsanəvi "Milan"ın bir hissəsi olur.
Makarov (Auırqazı)
Makarovo (başq. Макаров, rus. Макарово) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Tukay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 31 km, kənd sovetliyindən (Tukay): 4 km. ən yaxın dəmiryol stansiyasından (Şöngəkgöl stansiyası): 52 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (62%) üstünlük təşkil edir.
Makarov (Avurğazı)
Makarovo (başq. Макаров, rus. Макарово) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Tukay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 31 km, kənd sovetliyindən (Tukay): 4 km. ən yaxın dəmiryol stansiyasından (Şöngəkgöl stansiyası): 52 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (62%) üstünlük təşkil edir.
Makarov (şəhər)
Makarov (rus. Макаров) ya da Şirutoru (yap. 知取町) — Rusiya Federasiyasında yerləşən şəhər. Saxalin vilayətinə daxildir.
Makarov PM
Makarov PM — 1948-ci ildə sovet konstruktoru Nikolay Makarov tərəfindən hazırlanmış özüdolan tapançadır. 1951-ci ildə istifadəyə verilmişdir. Sovet Silahlı Qüvvələrində və hüquq-mühafizə orqanlarında, müdafiə olunmaq üçün polisin şəxsi tabel silahı olub, düşməni yaxın məsafədən dəf etmək üçündür. Tapançadan atəş tək — tək açılır. Atəş açmaq üçün diametri 9mm olan adi və polad ürəkcikli gülləli patronlardan istfadə edilir. Tapançada alman konstruksiyasından alınmış bir neçə yenilik var idi. Makarov xüsusilə atış vaxtı ləngimələri praktik olaraq tamamilə aradan qaldırmağı bacardı. PM 1991-ci ildə SSRİ-nin dağılmasından sonra silahlı və təhlükəsizlik qüvvələrinin öhtəliyində qaldı. PM həmçinin öz sadəlik və etibarlılığının sayəsində keçmiş sosializm düşərgəsinin ölkələrində istifadə olunmağa davam edir. Hal-hazırda PM-in Rusiyada, Bolqarıstanda və Çində modifikasiya olunmuş versiyaları istehsal olunur.
Makarov adası
Makarov adası — Nordenşeld arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnmişdir. == Yerləşməsi == Nordenşeld arxipelaqınln ucqar qərb qurtaracağında yerləşir. Adanın qərb qutaracağında yerləşən Zapadnıy burnu yerləşir. Bu nöqtə həmdə arxipelaqın ucqar qərb nöqtəsini təşkil edir. Ada Şivolski adaları qrupuna daxildir. Adalar qrupunun cənub-qərb qutaracağınl təşkil edir. Makarov adasından şimalda Kazak adası, Vasilev adası və Lefokol adası yerləşir. Adadan bir necə kilometr aralıda Sadko bankəsi qərarlaşır.
Makarov buxtası
Makarov buxtası — Kara dənizinin Pyasin körfəzində yerləşən buxta. Buxta Taymır yarımadasının Pyotr Çiçaqov sahilində qərarlaşır. Buxta vitse-admiral, qütb araşdırmaçısı в Stepan Osipoviç Makarovun şərəfinə adlandırılmışdır. Buxtaya çoxlu sayda çay tökülür: Makarov, Domba və Lovkix. Sahillərində bir necə qışlaq vardır.
Stepan Makarov
Stepan Osipoviç Makarov (1848–1904) — rus dənizçisi, okeanoqrafı və qütb tədqiqatçısıdır. == Həyatı == Stepan Osipoviç Makarov rus okeanoqrafiyasının ən görkəmli nümayəndələrindən biri kimi coğrafiya tarixində özünə yer tapmış tədqiqatçılardan biri sayılır. Onun fəaliyyətinin çiçəklənmə dövrü XIX əsrin ikinci yarısında Rusiyada yelkənli gəmilərin buxar gəmiləri ilə əvəz olunmasının son ərəfəsinə düşür. Rus dəniz donanmasının texniki cəhətdən inkişafında böyük zəhməti olan Makarov birinci rus buzqıran "Ermak" gəmisinin konstrukturu olmuşdur. O, ilk dəfə "Abrek" gəmisində üzmüş, sonra isə "Boqatr" gəmisinə keçirilmişdir. 1881-ci ildə "Taman" hərbi gəmisində komandir olarkən Qara dənizlə Aralıq dənizi arasında gedən su mübadiləsini öyrənməklə onların elmi izahını vermişdir. O, həmçinin Qara dənizdə bütün axını sisteminin izahını vermişdir. Bu işlərinə görə Makarov Elmlər Akademiyasının mükafatına layiq görülmüşdür. 1885-ci ildə Makarov "Vityaz" gəmisinə komandir təyin olunur. 1886-cı ilin avqust ayında "Vityaz" gəmisi dünya səyahətinə çıxır.
Bricit Makron
Brijit Makron (fr. Brigitte Macron, qızlıq soyadı. Tronyö (fr. Brigitte Trogneux), əvvəllər — Ozyer (fr. Auzière), doğ. 13 aprel 1953, Amyen, Fransa) — Fransanın 25-ci prezidenti, fransız siyasətçi Emmanüel Makronun xanımı. İxtisasca orta məktəbdə fransız və latın dilləri müəlliməsidir. Fransanın (2017-ci il mayın 15-dən) birinci xanımıdır. == Həyatı == Brijit Tronyö şokolatye və şirniyyat mağazaları şəbəkəsinin sahibi Jan Tronyö (1909—1994) və onun xanımı Simonanın (qızlıq soyadı. Puyol, 1910—1998) ailəsində anadan olub.