Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Matriks
Matriks - çökmə süxurların daha iri hissəçiklərini əhatə edən nisbətən narın dənəli material. Bəzən əsas kütlə terminin sinonimi kimi işlədilir. Lakin termindən istifadə olunduqda süxur genezisi nəzərə alınmır və ya terminin əsasən çökmə süxurlara şamil edildiyi nəzərdə tutulmur. Bəzi hallarda "sement" terminin sinonimi kimi başa düşülür. == Həmçinin bax == Çökmə süxurlar Termin Genezis == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Matriks (geologiya)
Matriks - çökmə süxurların daha iri hissəçiklərini əhatə edən nisbətən narın dənəli material. Bəzən əsas kütlə terminin sinonimi kimi işlədilir. Lakin termindən istifadə olunduqda süxur genezisi nəzərə alınmır və ya terminin əsasən çökmə süxurlara şamil edildiyi nəzərdə tutulmur. Bəzi hallarda "sement" terminin sinonimi kimi başa düşülür. == Həmçinin bax == Çökmə süxurlar Termin Genezis == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Matris
Matris – düzbucaqlı sxemdə yerləşən aij elementləri (ədədlər, funksiyalar, üzərində cəbri əməllər aparıla bilən başqa kəmiyyətlər) sistemi. Onun m sətri və n sütunu varsa, deyilir ki, (m×n)–ölçülü matris verilmişdir. Məsələn, [ 1 9 − 13 20 5 − 6 ] {\displaystyle {\begin{bmatrix}1&9&-13\\20&5&-6\end{bmatrix}}} matrisi iki sətirə və üç sütuna malik 2×3 ölçülü matrisdir. Matrislər əlavə spesifikasiyalar olmadan xətti çevirmələri təsvir edir və xətti cəbrdə aşkar hesablamalar aparmağa imkan verir. Buna görə də matrislərin tədqiqi xətti cəbrin böyük bir bölümünü təşkil edir və abstrakt xətti cəbrin əksər xassə və əməlləri matrislərlə ifadə oluna bilir. Məsələn, matrislərin hasili xətti çevirmələrin kompozisiyasını ifadə edir. Matrislərin hamısı xətti cəbrlə əlaqəli deyil. Bu xüsusən qraf nəzəriyyəsində, insident və qonşuluq matrislərində belədir. Bu məqalədə xətti cəbrlə əlaqəli matrislərə diqqət yetirilir və əgər digər hallar göstərilməyibsə, bütün matrislər xətti çevirmələri ifadə edir Eyni sayda sətir və sütuna malik matrislər (kvadrat matrislər) matrislər nəzəriyyəsində böyük rol oynayır. Verilmiş ölçülü kvadrat matrislər qeyri-kommutativ halqa əmələ gətirir ki, bu da qeyri-kommutativ halqanın ən ümumi nümunələrindən biridir.
Tərs matris
Tərs matris — n tərtibli A kvadrat matrisinin tərsi elə bir B matrisinə deyilirki, A B = B A = E n {\displaystyle AB=BA=E_{n}} şərti ödənilsin. Burada En, n tərtibli vahid matrisdir. E n = ( 1 0 ⋯ 0 0 1 ⋯ 0 ⋮ ⋮ ⋱ ⋮ 0 0 ⋯ 1 ) {\displaystyle E_{n}={\begin{pmatrix}\mathbf {1} &\mathbf {0} &\cdots &\mathbf {0} \\\mathbf {0} &\mathbf {1} &\cdots &\mathbf {0} \\\vdots &\vdots &\ddots &\vdots \\\mathbf {0} &\mathbf {0} &\cdots &\mathbf {1} \\\end{pmatrix}}} Tərs matrisi B=A−1 kimi işarələyirlər. Buradan belə nəticəyə gəlmək olar ki, A A − 1 = A − 1 A = E n {\displaystyle A{A^{-1}}=A^{-1}A=E_{n}} bərabərlik şərti ödənilməlidir.
Vahid matris
Vahid matris o matrisə deyilir ki, sağ(baş)diaqonalı elementləri 1, digər elemetlər 0 olsun. Kvadrat matris prinsipi zəruridir. I 3 = [ 1 0 0 0 1 0 0 0 1 ] {\displaystyle I_{3}={\begin{bmatrix}1&0&0\\0&1&0\\0&0&1\end{bmatrix}}} n × n {\displaystyle n\times n} ölçülü vahid matris adətən I n {\displaystyle I_{n}} bəzən isə E n {\displaystyle E_{n}} kimi işarə edilir. I n = [ 1 0 ⋯ 0 0 1 ⋯ 0 ⋯ ⋯ ⋯ ⋯ 0 0 ⋯ 1 ] , {\displaystyle I_{n}={\begin{bmatrix}1&0&\cdots &0\\0&1&\cdots &0\\\cdots &\cdots &\cdots &\cdots \\0&0&\cdots &1\end{bmatrix}},} Hər hansı bir matrisin vahid matrisə hasili onun özünə bərabərdir A I = I A = A {\displaystyle AI=IA=A} Matrisin onun tərs matrisi ilə hasili vahid matrisə bərabərdir A A − 1 = I {\displaystyle AA^{-1}=I} Vahid matrisin determinantı vahidə bərabərdir d e t I = 1 {\displaystyle \mathrm {det} \,I=1} .
Matris: Dirilmə
Matris: Dirilmə (ing. The Matrix Resurrections) — Lana Vaçovskinin rejissorluğu ilə çəkilmiş 2021-ci ilin elmi fantastika, döyüş filmi. Bu "Matris: Çevriliş" (2003) filminin davam filmidir. "Matris" film silsiləsinin 4-cü filmidir.
Matris (film)
Matris (ing. The Matrix) — Vaçovskilərin 1999-cu ildə çəkdiyi elmi fantastika, döyüş filmi. Bu "Matris" seriyasının ilk filmidir. Filmdə çəkiliblər: Kianu Rivz, Lorens Fişborn, Kerri-Enn Moss, Hüqo Vivinq və Co Pantoliano. Film gələcəkdə keçir, burada insanlar ağıllı maşınların yaratdığı süni dünyada – Matris adı verilən simulyasiyada saxlanılıblar. Maşınlar insanların bədənlərindən enerji mənbəyi kimi istifadə edir. Günlərin birində "Neo" kimi tanınan kompüter proqramçısı, haker Tomas Anderson həqiqətlə tanış olur. O, Matrisdən qurtulmuş bir qrup insana qoşulur və onlarla birlikdə maşınlara qarşı mübarizə aparır.
Sent-Patriks Atletik FK
Sent-Patriks Atletik FK (irland : Cumann Peile Lúthchleas Phádraig Naofa) Dublində yerləşən İrlandiya futbol klubudur. 1929-cu ildə yaradılmışdır. Səkkiz qat İrlandiya çempionu, üçqat İrlandiya kubokunun qalibi, İrlandiya Superkubokunun qalibi. Klub hazırda Premyer Divizionda çıxış edir. Komanda ev oyunlarını Riçmond Park stadionunda keçirir. Klub rəngləri: qırmızı və ağ. == Ultra == Hannover 96, Ravenna və Şeffild Yunayted klublarının azarkeşləri ilə dost hesab olunurlar. == Nailiyyətləri == İrlandiya çempionu Çempion (8): 1951/52, 1954/55, 1955/56, 1989/90, 1995/96, 1997/98, 1998/99, 2013 İrlandiya kubokunun qalibi Qalib (4): 1958/59, 1960/61, 2014, 2023 İrlandiya Super Kuboku Qalib: 1999 Liqa Kuboku Qalib (4): 2000/01, 2003, 2015, 2016 İrlandiya Prezidenti Kuboku Qalib: 2014 İrlandiya Liqa Kuboku Qalib: 1959/60 Dublin Kuboku Qalib (3): 1953/54, 1955/56, 1975/76 == Avrokuboklarda çıxış == 2016-cı ilin iyun ayına kimi.
Matris: Dirilmə (film, 2021)
Matris: Dirilmə (ing. The Matrix Resurrections) — Lana Vaçovskinin rejissorluğu ilə çəkilmiş 2021-ci ilin elmi fantastika, döyüş filmi. Bu "Matris: Çevriliş" (2003) filminin davam filmidir. "Matris" film silsiləsinin 4-cü filmidir.
Materik
Materik — yerin su ilə əhatə olunmuş böyük bir hissəsi. Bu, Yerin geoloji inkişafı zamanı onun xarici təbəqələrinin fiziki-kimyəvi və qravitasiya təsnifatı nəticəsində əmələ gələn mürəkkəb tərkibli heterotektik cisimlərin məcmusudur. Materiklərin sahəsində əks olunan irimiqyaslı geoloji strukturların mövcudluğu iki əsas tipə – geosinklinallara və platformalara təsnif edilir. Qitələr üçün xarakterik olan ərazi növləri düzənlik və dağlardır. "Materik" anlayışına ekvivalent və ya yaxın olan söz kimi "qitə" termini də istifadə olunur. == Materiklər == Materik yer qabığının, quru şəklində dəniz səviyyəsindən yuxarıda yerləşən, ən böyük massividir. Onun kənarları dəniz altında olur. Müasir geoloji dövrdə 6 materik vardır. === Avrasiya === Sahəsi 54 mln km² olan Avrasiya materiki dünyanın ən böyük materiki olub, bütün qurunun 1/3 hissəsini əhatə edir. Ucqar nöqtələri.
Mavriki
Mavriki — Afrikada yerləşən ada dövləti. == Coğrafiyası == Mavriki dövləti Hind okeanında, Afrikaya aid edilən Madaqaskar adasından 700 km şərqdə yerləşir. Ölkənin coğrafi və hərbi strateji mövqeyi çox əlverişlidir. Çünki ada Afrikadan Hindistana, Cənub–Şərqi Asiya ölkələrinə və Avstraliyaya gedən beynəlxalq dəniz və hava yolları üzərindədir. Lemorn Braban yarımadası UNESCO-nun Ümumdünya irsi siyahısına daxildir. == Tarixi == Avropalılar Mavriki barədə ilk məlumatı 1510-cu ildə bu adalara gəlib çıxmış portuqaliyalılardan alıblar. Amma ada İndoneziya və ərəb dənizçilərinə daha əvvəldən məlum olub. 1598-ci ildə adaya qoşun çıxarmış hollandlar onu öz şahzadələri Mavrisus Orauzkinin şərəfinə "Mavriki" adlandırıblar. Sonradan ada fransızların əlinə keçib və Napoleon müharibələri dövründə adanı ingilislər zəbt ediblər. 1810-cu ildən 1968-ci ilədək Mavriki İngiltərənin müstəmləkəsi olub.
Matros
Matros (nid. matroos) — Müxtəlif ölkələrin silahlı qüvvələrinin hərbi dəniz donanmalarında kiçik hərbi rütbə. Digər qoşun növlərindəki sıravi rütbəsi ilə eyni statusdadır.
Matrak
Matrak — Osmanlı-boşnak dövlət xadimi, tarixçisi və alim Matrakçı Nasuh (Nasuh ibn Qaragöz ibn Abdullah əl-Bosnavi) tərəfindən icad edilən qılınc və qalxan mübarizəsinə əsaslanan Osmanlı döyüş idmanı. XVI o, qılınc simulyasiya edən dəri ilə örtülmüş taxta çubuqlar və taxta dəri örtüklü qalxanla oynanılır. Çubuqların yuxarı hissəsi yuvarlaqlaşdırılıb və boulinq sancaqlarına bənzəyən gövdədən bir qədər genişdir. Oyun bir növ döyüş simulyasiyasıdır və qazonda oynanılır. O, Osmanlı əsgərləri tərəfindən döyüşlərdə məşq kimi istifadə olunurdu. Möhtəşəm əsr teleserialında döyüş oyunu kimi göstərilir.
Marks
Marks — soyad Bu soyadı olan tanınmış şəxslər Karl Marks — alman filosofu, siyasətçisi, marksizm-leninizm nəzəriyyəsinin banisi. Marks qardaşları — ABŞ məşhur komediya kvinteti.
Erigeron metrius
Erigeron metrius (lat. Erigeron metrius) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Eyzenhauer matrisi
Eyzenhuer matrisi və ya Eyzenhauer prinsipi — 1953–1961-ci illərdə ABŞ-nin 34-cü prezidenti olmuş Duayt Devid Eyzenhauerin adını daşıyan vaxtın idarə olunması üsulu. Eyzenhauer prinsipi vəzifələrin aktuallığı əsasında prioritetləşdirmə metodudur. Bu metodla edilməli olan təcili və önəmli işləri asanlıqla müəyyənləşdirmək mümkündür. == Matrisin kateqoriyaları == Eyzenhauer matrisi 4 kateqoriyaya ayrılır: Önəmli və təcilidir Önəmlidir, amma təcili deyil Önəmli deyil, amma təcilidir Nə önəmlidir, nə də təcilidir Önəmli və təcili olan işlər kateqoriyası ən vacib vəzifələrdən ibarətdir. Bu işlər ən qısa zamanda bitirilməlidir. Son tarixə yaxınlaşan və ya təxirə salına bilinməyən tapşırıqlar bu kateqoriyaya daxildir. Önəmli, amma təcili olmayan işlər kateqoriyasına daxil olan işlərə ancaq birinci kateqoriyanın işləri bitdikdən sonra başlamaq lazımdır. Önəmli olmayan, ancaq təcili olan işlər kateqoriyasına aid olan işlər digər şəxslərə ötürülə bilər ki, əsas işlər üçün vaxt qalsın. Önəmli və təcili olmayan işlər kateqoriyasına gündəlik, yaxud həftəlik planlardan çıarılmalı olan işlər daxildir. Bu kateqoriyaya sosial mediada məqsədsiz şəkildə vaxt keçirmək, video oyunlar oynamaq və ya əsas fəaliyyətlərə mane olan bu tipli işlər daxildir.
Eyzenhaver matrisi
Eyzenhuer matrisi və ya Eyzenhauer prinsipi — 1953–1961-ci illərdə ABŞ-nin 34-cü prezidenti olmuş Duayt Devid Eyzenhauerin adını daşıyan vaxtın idarə olunması üsulu. Eyzenhauer prinsipi vəzifələrin aktuallığı əsasında prioritetləşdirmə metodudur. Bu metodla edilməli olan təcili və önəmli işləri asanlıqla müəyyənləşdirmək mümkündür. == Matrisin kateqoriyaları == Eyzenhauer matrisi 4 kateqoriyaya ayrılır: Önəmli və təcilidir Önəmlidir, amma təcili deyil Önəmli deyil, amma təcilidir Nə önəmlidir, nə də təcilidir Önəmli və təcili olan işlər kateqoriyası ən vacib vəzifələrdən ibarətdir. Bu işlər ən qısa zamanda bitirilməlidir. Son tarixə yaxınlaşan və ya təxirə salına bilinməyən tapşırıqlar bu kateqoriyaya daxildir. Önəmli, amma təcili olmayan işlər kateqoriyasına daxil olan işlərə ancaq birinci kateqoriyanın işləri bitdikdən sonra başlamaq lazımdır. Önəmli olmayan, ancaq təcili olan işlər kateqoriyasına aid olan işlər digər şəxslərə ötürülə bilər ki, əsas işlər üçün vaxt qalsın. Önəmli və təcili olmayan işlər kateqoriyasına gündəlik, yaxud həftəlik planlardan çıarılmalı olan işlər daxildir. Bu kateqoriyaya sosial mediada məqsədsiz şəkildə vaxt keçirmək, video oyunlar oynamaq və ya əsas fəaliyyətlərə mane olan bu tipli işlər daxildir.
Jelson Martins
Jelson Dani Batalya Martins (Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|[ˈʒɛɫson mɐɾˈtĩʃ]]]; 11 may 1995-ci ildə anadan olub) — Primyera liqa təmsilçilərindən olan Sportinq CP klubunda və Portuqaliya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar Portuqaliya futbolçusudur.
Kontinent (materik)
Kontinent (materik) (rus. континент, ing. continent) (lat. continens, yiyəlik halında continentis-materik) — yer qabığının nəhəng massivi olub, səthinin çox hissəsi quru şəklində Dünya okeanı səviyyəsindən yuxarıda, kənarları isə okean səviyyəsindən aşağıda yerləşir (materiklərin sualtı kənarı). Materiklərdə yer qabığı "qranit qatın" iştirakı ilə səciyyələnir və orta qalınlığı 35–45 km-dır. Müasir geoloji əsrdə 6 kontinent mövcuddur: Avrasiya (53,4 mln. km2 ), Afrika (30,8 mln. km2 ), Şimali Amerika (24,2 mln. km2 ), Cənubi Amerika (18,2 mln. km2 ), Avstraliya (7,7 mln.
Kraliça Beatriks
Kraliça Beatriks Vilgelmina Armqard (nid. Beatrix Wilhelmina Armgard, МФА: [ˈbeːjaˌtrɪks]; 31 yanvar 1938-ci il) — Niderland kraliçası (30 aprel 1980 -30 aprel 2013) (ana kraliçanın taxt-tacdan imtinasından sonra), Oran sülaləsindəndir, Kraliça Yuliananın və şahzadı Bernard tsur Lippe-Bisterfeldin qızı.
Materik buzlaşması
Materik buzlaşması (rus. материковое оледенение, ing. continental glaciation) — buzlağın proqressiv inkişafının son mərhələsinə uyğun gələn buzlaşma. Materik buzlaşmasında materik buzlaq formaları üstünlük təşkil edir: materik buzlağı, yüksəklik buzlağı, buzlaq örtüyü və başqaları ilə yanaşı, həmçinin dağlıq və dağətəyi buzlaqlar kimi aralıq tipli buzlaq formaları da mövcuddur (karlar və başqaları). Dördüncü dövrdə materik buzlaş-ması Avropanın, Asiya və Amerikanın şimal hissəsini tutmuşdur. /Kontinental buzlaşmanın sin/.
Materik dyunları
Materik Çini
Materik Çini və ya Qitə Çini (çin. 中国大陆| Pinyin: zhōngguó dàlù), Çin Xalq Respublikasının birbaşa nəzarəti altında olan əraziləri bildirmək üçün istifadə edilən geosiyasi termindir. Bu anlayış 1949-cu ildə Çin vətəndaş müharibəsinin sonunda Çan Kayşi rəhbərliyindəki Kuomintang qüvvələrinin Tayvana çəkilməsi və Çin Kommunist Partiyasının bütün materiki ələ keçirməsindən sonra meydana çıxmışdır. 1997 və 1999-cu illərdə Çin Xalq Respublikasının nəzarəti altına keçmiş Hong Kong və Makao Deng Şiaopingin bir ölkə, iki sistem siyasəti əsasında Çinin xüsusi inzibati bölgələri statusuna malik olub başqa bir siyasi və iqtisadi sistemə malikdirlər və bu səbəbə görə Materik Çinin tərkibinə daxil edilmirlər.
Mattias Ginter
Mattias Ginter ( 19 yanvar 1994, Frayburq-im-Braysqau ) — Almaniyalı futbolçu.
Mattias Hetsenauer
Mattias Hetsenauer (23 dekabr 1924, Briksen-im-Tale[d], Tirol[d] – 3 oktyabr 2004, Briksen-im-Tale[d], Tirol[d]) — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş avstriyalı snayper. Mattiasın hesabında 345 nəfər öldürülmüş düşmən əsgəri var. Onunla eyni polkda Vermaxtın ikinci ən məshuldar snayperi Yozef Allerberger xidmət etmişdi. == Həyatı == Hetsenauer 1944-cü ildə martın 27-dən iyulun 16-na kimi snayper kurslarında hazırlıq keçib. 6 dəfə yaxınlaşdırma optikası olan Mauser 98k və 4 qat yaxınlaşdırma optikası olan Gewehr 43 snayper tüfənglərindən istifadə edib. O ən uzaq məsafədən öldürdüyü düşmən əsgərini 1.100 metr məsafədən vura bilib. 1944-cü il noyabrın 6-da artilleriya mərmisinin onun yaxınlığında partlaması nəticəsində kontuziya alıb. Döyüşlərdə göstərdiyi yüksək məhsuldarlığa və sərrastlığa görə Mattias 17 aprel 1945-ci ildə Dəmir Xaç Cəngavər Ordeninə layiq görülüb. Mattias müharibənin son günlərində Sovet Ordusuna əsir düşüb və QULAQda beş il məhbus həyatı yaşadıqdan sonra vətəni Avstriyaya geri dönüb.
Mattias Hyuz
Mattias Hyuz (alm. Matthias Hues‎, 14 fevral 1959, Valtrop[d], Şimali Reyn-Vestfaliya) — əslən alman olan ABŞ aktyorudur. Ən məşhur filmləri sırasında "Nə təslim ol, nə də geri çəkil 2: Şiddətlənmiş ildırım", "Qaranlıq mələyi" və "Qanunun missiyası" filmlərini göstərmək olar. == Həyatı == Mattias Hyuz 1959-cu ildə Almaniyanın Valtrop şəhərində dünyaya gəlmişdir. Yeniyetmə illərində idmanla məşğul olmuşdur. Karate və Taekvondo üzrə qara kəmərə sahib olduqdan sonra ABŞ-yə getmişdir. ABŞ-yə köçdükdən sonra pulu qurtarmağa başlayır. Bu zaman Mattias gecəni maşınlarda keçirir. Burada Jan-Klod Van Dammın imtina etdiyi Nə təslim ol, nə də geri çəkil 2: Şiddətlənmiş ildırım filminə çəkilmişdir. Film Mattias Hyuz Rusiyalı İvan rolunu canlandırmışdır.
Mattias Şvayqhöfer
Mattias Şvayqhöfer (alm. Matthias Schweighöfer‎; doğ. 11 mart 1981) — Almaniyalı kino aktyor və rejissor. == Bioqrafiya == Mattias keçmiş ADR-in Anklam şəhərində anadan olmuşdu. O aktyor cütlüyü olan Mixael və Gitta Şvayqhöferin oğludur. Artıq yeniyetməlik yaşında Mattias ciddi şəkildə teatrla maraqlanır; onun arzularından biri də səhnə təcrübəsi toplamaq idi. Xemnitz şəhərində yerləşən Dr.-Wilhelm-André Gimnaziyasından "yetkinlik attestatı" aldıqdan sonra, Mattias "Ernst Buş" adına teatr və mədəniyyət universitetinə qəbul olur, lakin bir ildən sonra Mattias orada təhsilini dayandırır. 1997-ci ildə, Mattias rejissor Andreas Drezenin Raus aus der Haut telefilmində rol alır. Debüt rol ona 2001-ci ildə ekranlaşdırılmış Herz im Kopf filmi gətirdi. 2003-cü ildə Mattias Nora Çirnerlə birgə Solo albom filmində baş rola çəkilir, bu rol ona Almaniyada məşhurluq gətirir.