AXTALANMIŞ

f.sif.
1. Axta edilmiş, erkəklik vəziləri çıxarılmış; burulmuş. Axtalanmış qoç. Axtalanmış xoruz. Axtalanmış heyvan tez kökəlir. – [Çapıq Əmrah:] Cəmiyyət də insan kimidir.
Axtalanmış adamdan kişi çıxmadığı kimi, axtalanmış cəmiyyətdən də kamil cəmiyyət ola bilməz! İ.Şıxlı.

2. Tumu (çəyirdəyi) çıxarılmış. Axtalanmış zoğal. Axtalanmış meyvə.
– İxtiraçı alim armuddan tozcuqlar götürüb, üvəzin axtalanmış çiçəyinə köçürdükdə və ya əksinə etdikdə, mayalanma baş tutdu. M.Axundov.

AXTALANMAQ
AXTALATMA

Значение слова в других словарях