Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mayna
Mayna (lat. Acridotheres) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi. Azərbaycanda nominativ yarımnövü olan eyni adlı politipik növlə təmsil olunmuşdur. Adi sığırçından bir qədər kiçikdir. Rəngi əlvandır: başı, boynu, qanadları, və quyruğu qara, qarnı, qanadlarının üstündə və quyruğunun ucundakı zolaqlar ağdır, qalan lələkləri qonurumtul-çəhrayıdır. Dimdiyi ayaqları və gözünün altındakı xal sarıdır. Növün Arealı Asiya olsa da bir çox dünya ölkələrinə aparılmışdır. Yaşayış məntəqələrində oturaq yaşayan tamamilə sinantrop quşdur. Sürü halında gəzir və yuvalayır. Bakıda ilk dəfə yuvalanması 1983-cü ildə qeydə alınmışdır.
Mahnaz Avşar
Mahnaz Avşar (fars. مهناز افشار‎‎; 11 iyun 1977)— İran aktrisası Mahnaz Avşar 11 iyun 1977-ci ildə Tehran şəhərində anadan olub. Məhəbbət yanğısı, Nader Müqəddəs (1999) Cavan şirlər Mohsen Mohseni Nasab (1999) Dostlar Mehrdad Mirfallah (2000) Negin Əsgər Haşemi (2000) Koma Araş Moayerian (2002) Bal zəhəri İbrahim Şeybani (2002) Şirvani üzünə 13 pişik (2002) Fəsil salatı Firudin Ceyrani (2003) Akvarium Irəc Qədiri (2003) Əmiri niyə öldürdülər?
Maynz 05
Mayns 05 FK (alm. 1. FSV Mainz 05‎) ― Mayns şəhərini təmsil edən futbol klubu.
Maynz 05 FK
Mayns 05 FK (alm. 1. FSV Mainz 05‎) ― Mayns şəhərini təmsil edən futbol klubu.
Haynan
Haynan (çin. 海南; dənizin cənubu) — Çinin cənubunda yerləşən Cənubi Çin dənizində yerləşən ada. Adada eyni adlı vilayət yerləşir. Adanın və vilayətin mərkəzi Hanoy şəhəridir. Son iyirmi il ərzində adı əlayət şəhərindən 1,5 milyon əhalisi olan meqapolisə çevrilmişdir. Digər iri şəhərləri isə Sanya, Dunfan, Dançjoy və Syonhay şəhərləridir. Vilayətin əhalisi 8 671 518 nəfər təşkil edir. 2010-cu il məlumatına görə vilayət əhali sayı baxımından Çinin 29 əyalətidir. Tropik ada olaraq Çinin cənubunda yerləşir. Havay adaları ilə eyni enlikdə yerləşir.
Maqnat
Maqnat və ya böyük bir iş adamı birdən çox biznesə sahib olmaqla böyük müvəffəqiyyət və böyük sərvət əldə etmiş bir iş adamıdır. Müvəffəqiyyətli sahibkarlar müəyyən bir iş və ya biznes sahəsində böyük təsirə, əhəmiyyətə malik olan biznes mütəxəssislərinə nümunədirlər. İlk böyük iş adamları John D. Rockefeller, Andrew Carnegie və Henry Ford kimi sənayeçilər idi. Müasir dövrdə Ceff Bezos və Bill Gates kimi texnologiya şirkətlərinin yaradıcıları böyük iş adamlarıdırlar.
Marnan
Marnan (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ruabon kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38221. Kommunanın 1999-cu il üçün əhalisi 117 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 441 ilə 630 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 45 km qərbdə yerləşir.
Maybac
Maybach — Vilyam Maybax və oğlu Karl tərəfindən qurulan alman avtomobil şirkəti. Dirijabllar üçün mühərrik istehsal etməklə fəaliyyətə başlamış, sonradan böyük və lüks avtomobillər istehsalına keçmişdir. İkinci dünya müharibəsi illərində Almaniya hərbi zirehli maşınları üçün mühərrik hazırlamışdır. Hazırda şirkətin mərkəzi Ştuttqartdadır və Daimler-Chrysler avtokonserninin bir qoludur.
Maybax
Maybach — Vilyam Maybax və oğlu Karl tərəfindən qurulan alman avtomobil şirkəti. Dirijabllar üçün mühərrik istehsal etməklə fəaliyyətə başlamış, sonradan böyük və lüks avtomobillər istehsalına keçmişdir. İkinci dünya müharibəsi illərində Almaniya hərbi zirehli maşınları üçün mühərrik hazırlamışdır. Hazırda şirkətin mərkəzi Ştuttqartdadır və Daimler-Chrysler avtokonserninin bir qoludur.
Mayonez
Mayonez (fr. mayonnaise) — bitki yağı, yumurta sarısı, sirkə və ya limon şirəsi, şəkər, duz və bəzən də xardal və digər ədviyyatlar qatmaqla hazırlanan soyuq sous. Mayonez mətbəxdə ən tez-tez istifadə olunan məhsullardan biridir. Mayonezi salatlarda, ət və toyuq qızartmalarında istifadə edirlər. Avropa və Amerika standartlarına uyğun olaraq mayonezin yağlılığı 70–80 % olmalıdır. Mayonezin tərkibinə bitki yağı, yumurta sarısı, xardal, limon turşusu və sirkə daxildir. Mayonezdə bu inqridientlərin nisbətindən asılı olaraq məhsul ya şirintəhər ya da neytral, ya acı ya da şit, ya yağlı ya da yüngül, ya qatı ya da duru olur. Mayonezin xeyiri və ziyanı tərkibində olan inqridientlərin keyfiyyətindən birbaşa asılıdır. Klassik reseptə əsasən mayonezin əsas hissəsini A, D, E, K, P vitaminlərlə zəngin olan və dərini cavanlaşdıran təbii bitki yağı təşkil edir, lakin təəssüf ki, hal-hazırda mayonezlərin çoxunun tərkibində modifikasiya olunmuş yağlar (onlara trans-piylər da deyilir) istifadə olunur. Bu yağ tam süni məhsul olub orqanizm tərəfindən onun mənimsəməsi üçün qətiyyən uyğunlaşmayıb.
Qaynaq
Qaynaq bu mənaları ifadə edə bilər: Qaynaq (Tərtər) — Azərbaycanın Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Qaynaq (texnika) — hissələrin bir-biri arasında atomar əlaqə yaratmaq üçün istilik və ya təzyiqdən istifadə etməklə birləşdiirlməsi üçün texnoloji üsul.
Taynaq
Taynaq — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Taynaq kənd inzibati ərazi dairəsində kənd. Ağcabədi rayonunun Sancalı i.ə.v.-də kənd. Qarabağ düzündədir. Oykonim tay (bir çox: xalqların toponimiyasında "yüksəklik", "suayrıcı", "iki çay və ya göl arasındakı quru sahə", "meşəlik" və s. mənalarda işlənir) və -naq (-laq şək.-sinin yerli tələffüz forması) komponentlərindən düzəlib, kəndin Qarqar və Kür çayları arasında və ya Qarqar çayı ilə Ağgöl bataqlığı arasında yerləşməsi ilə bağlı yaranmışdır. Rayonun ərazisində Kür və Qarqar çaylarının yatağı boyunca uzanan kiçik tuğay meşələri də bu adın yaranmasına səbəb ola bilər.
Vaynax
Vaynax (ansambl)
Ağnaz
Bayaz
Bayaz — XX əsrə qədər Azərbaycan ziyalıları mühitində ailələrdə saxlanılan əlyazmalar. Bayazda seçmə şeir parçaları, dualar, ailənin xeyir-şərinə (ölüm, təzə uşağın doğulması, evlənmə, səfərəçıxma və s.) dair qeydlər, tarixlər yazılırdı. Ədəbiyyat həvəskarları buraya xoşladıqları şeir parçalarını, hikmətamiz sözləri də yazıb saxlayardılar. Başqa sözlə, bayaz qismən müasir xatirə albomlarını, qismən cüngləri, qismən də indiki vətəndaşlıq sənədlərini əvəz edirdi.
Manas
Manas — qırğız dastanı. Həcm etibarilə "Manas" dünya folklorunun ən böyük əsəridir. Türk dünyasının şah əsərlərindən olan bu dastan bütün türk xalqları tərəfindən sevə-sevə oxunulur. Qırğızların “Manas” dastanı dünya xalqlarının şifahi ədəbiyyatının möhtəşəm zirvələrindən biridir. Vətənin azadlığını, müstəqilliyini hər şeydən uca tutan, müqəddəs ata yurdunu yadellilərin işğalından qorumaq üçün xalqı mübarizəyə çağıran, türk xalqlarının həyat və məişətini, adət-ənənələrini, torpaq sevgisini özündə yaşadan “Manas” dastanı əsrdən-əsrə, nəsildən-nəslə keçərək bu günümüzə gəlib çatmışdır. "Manas"ın kökləri qədim əsrlərə gedib çıxır. Bununla belə 1995-ci ildə dastanın YUNESKO-nun qərarı ilə 1000 illiyinin qeyd olunması səbəbindən onu X əsrə aid edirlər. "Manas" Qırğızıstanda bu gün də genişlənməkdədir. Çağdaş manasçılar ona yeni-yeni motivlər və çalarlar əlavə edirlər. Eposun manasçılar tərəfindən söylənilmiş 18-dən çox variantı qeydə alınmışdır.
Manat
Manat — Azərbaycanda (işarəsi: ₼) və Türkmənistanda (işarəsi: m) işlənən əsas pul vahidi, valyuta. Azərbaycan manatı — Azərbaycanın pul vahidi. Türkmənistan manatı — Türkmənistanın pul vahidi.
Manna
Manna (akkad. Mannai), Minni (ivr. ‏מנּי‏‎) və ya Manas — e.ə. IX əsr–e.ə. VI əsrlərdə tarixi Azərbaycan ərazisində, indiki Cənubi Azərbaycanın şimal-qərbindəki Urmiya gölünün sahilində qədim dövlət. Manna yazılı mənbələrdə qeyd olunan ilk mərkəzləşdirilmiş dövlət hesab edilir. Paytaxtı İzirtu şəhəridir. Manna dövləti qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox böyük bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir rayonda meydana gəlmişdi. Manna e.ə. III-II minilliklərdə bu regionda mövcud olmuş kuti, lullubi, turukki tayfalarının, digər tayfaların və tayfa ittifaqlarının bilavasitə varisi idi.
Mayak
Mayak ya da dəniz fənəri — gəmilərə yol göstərmək məqsədilə sahil yaxınlarında inşa olunan hündürmərtəbəli tikiliyə verilən ad. Poçt markası Ukrayna mayakları Arxivləşdirilib 2009-07-01 at the Wayback Machine Ukraynada mövcud olan mayaklar «Школы Яхтенного Капитана».
Mayan
Aşağı Mayan (Təbriz)
Bəynaz Sultan
Bəynaz xanım sultan Tabasaran hakimi Mirəli bəylə evlənmiş Səlimə adlı bir qızı olmuşdur. Bir müddət orda yaşamışlar. Sonra sarayda gedən mübarizələr Bəynaz xanımın Şamaxıya getməsinə səbəb olmuşdur. Tamarın yeni rəqibi sayilan bu xanım ilk itgisini ərini itirməklə yaşamışdır. Tamaraın hiylələri ilə dul qalmış bu qadın Tamara qarşı bacıları ilə birləşmişdir. Bəynaz xanım Şahbanu Sultana oğlunu taxta çıxarmasında köməklik göstərmişdir. Qızı saray əyyanı Hümya bəyin böyük oğlu ilə evlənmişdir. Bəynaz xanım Tamarla dəfələrə qarşılaşmış onu sözləri ilə pərti püdra etmiş bəzi əmmələrini isə ifşa etmişdir. Bəynaz xanım sultan Şamaxıda vəfat etmişdir.
Haykaz Ağacanyan
Haykaz Sarkisoviç Ağacanyan (erm. այկազ Աղաջանյան; 1906, Barsum, Yelizavetpol qəzası – 1990, Kislovodsk, Stavropol diyarı) — Sosialist Əməyi Qəhrəmanı (1950). Haykaz Sarkisoviç Ağacanyan 1906-cı ildə Rusiya imperiyasına bağlı Yelizavetpol quberniyasındakı Çaykənd kəndində anadan olmuşdur. 1955-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü. 1936-cı ildən əmək fəaliyyətinə başlamışdır. Şamxor rayonunun "Pravda" küçəsində manqabaşçısı işləmişdir. 1949-cu ildə üzümçülük sah əsində yüksək əmək göstəricilərinə nail olmuşdur. "Oktyabr inqilabı" ordeni və medallarla təltif edilmişdir. 1990-cı ildə Rusiyanın Stavropol diyarındakı Kislovodsk şəhərində vəfat etmişdir. Указ Президиума Верховного Совета СССР "О присвоении звания Героя Социалистического Труда передовикам сельского хозяйства Азербайджанской ССР" от 8 августа 1950 г.
Haynan boğazı
Haynan boğazı və ya Cyoncou boğazı - Leyçjoubandao yarımadasını Haynan adasından ayırır. Boğaz Bakbo körfəzini Cənubi Çin dənizi ilə birləşdirir. Ən dar yerdə eni 18,5 km, uzunluğu 300 km təşkil edir. Dərinliyi 36–108 m arası dəyişir. Boğazın cənubunda Haynan adasında liman şəhəri olan Xaykou yerləşir. 2003-cü ildə boğazda parom xəbərdarlıq yollamışlar. Çin hökuməti tərəfindən materikdən boğazın 6 ilə Haynan adasına tunel çəkilişi planlaşdırılır.
Manyak (kommuna)
Manyak (fr. və oks. Manhac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Barakvil-Sovter kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12137. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 110 km şimal-şərqdə, Rodezdən isə 29 km cənub-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 663 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 370 nəfər (15-64 yaş arasında) 301 nəfər iqtisadi fəal, 69 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 81.4%, 1999-cu ildə 73.6%).
Mayka
Mayka yaxud atlet — qolsuz və ya qısayollu alt köynəyi yaxud alt paltarı, həmçinin yay köynəyi və idman köynəyi. Alt paltarı kimi əsasən ağ rəngdə olur və daha çox ağ rəngə üstünlük verilir, lakin fərqli rənglərdə də mövcuddur. Əsasən yundan və pambıqdan tikilir. Mayka alt paltarıdır, atlet isə yay köynəyi və idman köynəyi kimi istifadə olunur və fərqli rənglərdə mövcuddur.
Mannar adası
Mannar (sinh. දිස්ත්රික්කය, tam. மன்னர் ஐலன்ட்) — Şri-Lankaya məxsus olan ada. Ada Polk boğazında yerləşir. Sahəsi 130 km²-dir. 2003-cü il məluumatına görəadada 45307 nəfər yaşayır. Hər kvadarat km əraziyə 348,515 nəfər düşür. Şri-Lanka adasından şimal-qərbdə yerləşir. Ən böyük yaşayış mənqədəsi Mannar şəhəridir. Mannar şəhərindən başqa burada Talaimannar, Pesalai, Karisal, Siruththoppu adlı yaşayış məntəqələri vardır.