Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mayonez
Mayonez (fr. mayonnaise) — bitki yağı, yumurta sarısı, sirkə və ya limon şirəsi, şəkər, duz və bəzən də xardal və digər ədviyyatlar qatmaqla hazırlanan soyuq sous. Mayonez mətbəxdə ən tez-tez istifadə olunan məhsullardan biridir. Mayonezi salatlarda, ət və toyuq qızartmalarında istifadə edirlər. Avropa və Amerika standartlarına uyğun olaraq mayonezin yağlılığı 70–80 % olmalıdır. == Haqqında == Mayonezin tərkibinə bitki yağı, yumurta sarısı, xardal, limon turşusu və sirkə daxildir. Mayonezdə bu inqridientlərin nisbətindən asılı olaraq məhsul ya şirintəhər ya da neytral, ya acı ya da şit, ya yağlı ya da yüngül, ya qatı ya da duru olur. Mayonezin xeyiri və ziyanı tərkibində olan inqridientlərin keyfiyyətindən birbaşa asılıdır. Klassik reseptə əsasən mayonezin əsas hissəsini A, D, E, K, P vitaminlərlə zəngin olan və dərini cavanlaşdıran təbii bitki yağı təşkil edir, lakin təəssüf ki, hal-hazırda mayonezlərin çoxunun tərkibində modifikasiya olunmuş yağlar (onlara trans-piylər da deyilir) istifadə olunur. Bu yağ tam süni məhsul olub orqanizm tərəfindən onun mənimsəməsi üçün qətiyyən uyğunlaşmayıb.
Bayonnez
Bayonnez adaları (yap. ベヨネース列, fr. Bayonnaise) — İzu adalarının tərkibinə daxil olan vulkanik suxurlardan təkil olunmuş qayalıqlar. Su altı vulkanın bir hissəsini təşkil edir. Tokiodan 400 km cənubda yerləşir. Adalar ilk dəfə frsansızlar tərəfindən 1846-cı ildə kəşf edilmişdir. . Adalar qrupu onu kəşf edən fransız «Bayonnez» (fr. Bayonnaise) korvetinin şərəfinə adlandırılmışdır. İnzibati baxımından Tokio prefekturası Hatize dairəsinə daxildir. Adalarda yaşayış yoxdur.
Layonel Riçi
Layonel Brokmen Riçi (ing. Lionel Brockman Richie; 20 iyun 1949, Alabama, ABŞ) — amerikan müğənni, şair, prodüser və aktyor. O, 1968-ci ildən "Commodores" adlı musiqi qrupunda faəliyyət göstərirdi. Riçinin solo karyerasında "Lionel Richie" albomuyla debüt edərək böyük uğur qazanmışdır. == Erkən həyatı == Riçi, Alabama ştatının Taskigi şəhərində, Alberta R. (Foster) və Layonel Brokmen Riçinin ailəsində doğulmuşdur. Taskigi Universitetində təshil alarkən o həmçinin tennislə maraqlanmış bir çox nailiyyət əldə etmişdir. == Karyera == 60-cı illərin ortasında o, Commodores qrupunda solist olmaqla yanaşı, saksafonda da ifa edirdi.70-ci illərə kimi o müxtəlif mahnılar bəstələmişdir. 1980-ci ildə onun bəstəsi olan Kenni Rocersin oxuduğu Lady mahnısı həmin ildə hit paradlarda birinci yerə kimi yüksəlmişdir. == Diskoqrafiya == Lionel Richie (1982) Can't Slow Down (1983) Dancing on the Ceiling (1986) Louder Than Words (1996) Time (1998) Renaissance (2000) Just for You (2004) Coming Home (2006) Just Go (2009) Tuskegee (2012) == Filmoqrafiya == Scott Joplin (1977) Thank God It's Friday (1978) Running with the Night (1990) Truth or Dare (1991) The Preacher's Wife (1996) Pariah (1998) The Simpsons (epizodik) (2007) Who Do You Think You Are?
Liza Maytner
Liza Meytner (7 noyabr 1878[…], Vyana[…] – 27 oktyabr 1968[…], Kembric) – yəhudiəsilli Avstriya–İsveç fiziki. Nüvə fizikası və radiasiya üzərində işləmişdir. == Həyatı == Avstriyanın Vyana şəhərində doğulan Liza Meytner o dövrdə qızların ala biləcəyi bütün təhsili aldı. Sonra universitetə daxil olmaq üçün 14 yaşında özəl fizika və riyaziyyat dərsləri aldı. 1901-ci ildə Vyana Universitetinə qəbul olundu. Burada nəzəriyyəçi fizikaçı Lüdviq Boltzman ilə işlədi. 1907-ci ildə Maks Plankla işləmək üçün Berlinə getdi. Mariye Kuriyenin işlərindən təsirləndiyi üçün radiasiya üzərində işləmək istədi. Sonra Otto Han ilə tanış oldu. Otto Hanın kimya bilikləri ilə öz riyaziyyat və fizika biliklərini birləşdirib işləməyə başladılar.
Dion Malone
Dion Malone (13 fevral 1989-cu ildə anadan olub) — Erediviziya təmsilçilərindən olan ADO Den Haaq klubunda müdafiənin sağ cinahında çıxış edən Surinamlı peşəkar futbolçudur. O, bir müddət Almere Siti və Qəbələ klubunda çıxış etmişdir. Malone həmçinin Niderland vətəndaşıdır. == Karyerası == Malone Surinamın Paramaribo şəhərində anadan olmuşdur. O, peşəkar karyerasında debütünü Almere Siti klubu ilə (o vaxtlar Omnivorld klubu) 2008-09 mövsümündə etmişdir. 24 iyun 2017-ci ildə Malone Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Qəbələ klubu ilə iki illik müqavilə imzalamışdır. 27 iyul 2018-ci ildə Malone yenidən Erediviziya təmsilçilərindən olan ADO Den Haaq klubu ilə iki illik müqavilə imzalamışdır.
Pip Malone
Post Malone
Ostin Riçard Post (ing. Austin Richard Post, təxəllüsü: Post Malone; 4 iyul 1995, Sirakuz, Onondaqa[d], Nyu-York ştatı, ABŞ) — ABŞ muğənnisi, repperi, söz yazarı, prodüseri və gitaristi. Malone 2015-ci ilin fevral ayında, ilk sinqlı olan "White Iverson" buraxıldıqda geniş tanınmışdır. O 2015-ci ilin avqust ayında, "Republic Records"la bir albom müqaviləsi imzalamışdır. Bundan sonra Malone "Quavo"yla "Congratulations" və "21 Savage"lə "Rockstar" mahnılarını buraxmışdır. Malone ilk studio albomu "Stoney"i 2016-cı ildə buraxmışdır. Sonra isə o "Beerbongs and Bentleys" albomunu 2018-ci ildə yayımlamışdır. == Həyatı == Ostin Riçard Post 4 iyul 1995-ci il tarixində ABŞ-nin Nyu-York ştatında yerləşən Sirakuz şəhərində anadan olmuşdur. Post atası Riç Post və ögey anası Cudi Post tərəfindən böyüdülmüşdür. Postun atası disk-cokey idi və onu musiqinin hip-hop, kantri və rok kimi fərqli-fərqli janrlarıyla tanışdırmışdır.
Maynz 05
Mayns 05 FK (alm. 1. FSV Mainz 05‎) ― Mayns şəhərini təmsil edən futbol klubu.
Maynz 05 FK
Mayns 05 FK (alm. 1. FSV Mainz 05‎) ― Mayns şəhərini təmsil edən futbol klubu.