Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
"Layell" medalı
Layell medalı (Lyell Medal) — London Geologiya Cəmiyyətinin geologiya sahəsində yüksək nailiyyətlərə görə elmi təltifi. Medal müasir geologiya elminin banisi, "XIX əsrin ən görkəmli alimlərindən biri olan" İngiltərə geoloqu Çarlz Layellin (1797–1875) şərəfinə adlandırılmışdır..
"Müharibə" medalı
Hərb medalı — Osmanlı imperiyası tərəfindən yaradılmış hərbi medal. İngilislər tərəfindən Gelibolu ulduzu (The Gallipolli Star), almanlar tərəfindən isə Dəmir hilal (Eiserner Halbmond) deyə adlandırılmışdır. Sultan V Mehmed tərəfindən döyüşlərdə fərqlənənləri mükafatlandırmaq üçün yaradılmışdır. Bu medal daha çox I Dünya müharibəsi zamanı döyüşən Osmanlı hərbçilərinə və Osmanlı ərazisində döyüşən Osmanlı müttəfiqi olan dövlətlərin hərbçilərinə verilmişdir. == Dizaynı == Medalın üz tərəfindən beş guşəli qırmızı ulduz, onun ortasında göstərişli hilal vardır. Hilalın içində Osmanlı sultanı Mehmed Rəşadın tuğrası vardır. Bundan əlavə tuğranın altına, hicri təqvimə görə medalın verildiyi tarix olan 1333 (miladi 1915-ci il) ili işlənmişdir. == Taxılması == Rəsmi geyim zamanı medal formanın mərkəz tərəfinə, sağ sinə cibinni altına taxılırdı. Hər gün lent dəyişilməli idi. Lent formanın ikinci düymə yerindən birləşdirilirdi.
"Sənətkar" medalı
"Sənətkar" medalı — Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən təsis edilən mükafat. Azərbaycan Milli Peşəkar Teatrı günüdə dramaturqlara, yazıçılara səhnəmizdə xidmətləri olan sənət adamlarına təqdim olunur.
"Tərəqqi" medalı
"Tərəqqi" medalı — Azərbaycanın dövlət təltifi. "Tərəqqi" medalı, Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 1992-ci il 10 noyabr tarixli 370 nömrəli Qanunu ilə təsis edilib. Heydər Əliyevin 1993-cü il 6 dekabr tarixli 758 saylı Qanunu ilə isə, medalın əsasnaməsi və təsviri təsdiq edilib. == Əsasnaməsi == "Tərəqqi" medalının əsasnaməsi, Heydər Əliyevin 1993-cü il 6 dekabr tarixli 758 saylı Qanunu ilə təsdiq edildi. 1. "Tərəqqi" medalı Azərbaycan vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir: 1.1. Kənd təsərrüfatı və sənaye sahəsində qazandıqları uğurlara görə; 1.2. Böyük əhəmiyyətli ixtiralara və səmərələşdirici təkliflərin verilməsinə görə; 1.3. Elm, mədəniyyət, ədəbiyyat, incəsənət, hüquq, təhsil və səhiyyə sahələrində xidmətlərinə görə; 1.4. Xalq təsərrüfatı obyektlərinin inşasında, yenidən qurulmasında görkəmli xidmətlərinə görə; 1.5.
Analıq medalı
Analıq medalı - SSRİ Ali Sovetinin 8 iyul 1944-cü il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı. == Qalereya == == Xarici keçidlər == Медаль Материнства.
Azərbaycan medalı
Azərbaycan medalı (fars. نشان آذرآبادگان‎) — İran şahı Məhəmməd Rza Pəhləvi tərəfindən 12 dekabr 1946-cı il tarixində təsis edilmiş medal. 1945-ci ilin dekabrında Azərbaycan Demokrat Firqəsi Seyid Cəfər Pişəvəri öndərliyindəki Azərbaycan Milli Hökumətini təsis etmişdir. Buna baxmayaraq, İran ordusu ABŞ və Böyük Britaniyanın dəstəyi ilə Təbriz şəhərinə yenidən daxil olur və Azərbaycan Milli Hökumətini işğal edir. Şah Azərbaycan böhranı zamanı vuruşmuş hərbi qulluqçuları bu medalla mükafatlandırmışdı.
Copli Medalı
Kopli medalı (ingiliscə Copley medal) — elm adamları üçün İngiltərədə yaranmış Royal Society tərəfindən verilən elmi mükafatdır. Bu mükafat həm Royal Society tərəfindən, həm də dünyada ən qədim medal kimi tanınır. Kopli medalı ilk dəfə 1731-ci ildə verilməyə başlanıb və bu günə qədər hər il bu davam etdirilir. Medal öz adını varlı bir torpaq sahibi və özü də Royal Society təşkilatının üzvü olan Godfrey Koplidən alıb. Medalın səthi gümüşdən olub 5000 sterlinlik pul mükafatı ilə verilir. Bu medalı qazanan elm adamları arasında Çarlz Darvin, Albert Eynşteyn və Léon Foucault və 52 Nobel mükafatı (17-si fizika,14-ü kimya,21-i fiziologiya və tibb üzrə) qazanmış Con Dezaguilers də var. Bu medalı qazanan yeganə qadın elm adamı 1976-cı ildə Doroti Hodkin olmuşdur.
Filds medalı
Filds medalı Beynəlxalq Riyaziyyat Birliyi tərəfindən dörd ildə bir keçirilən Beynəlxalq Riyaziyyat Konqresində yaşı 40-dan çox olmayan iki, üç və ya dörd riyaziyyatçıya verilən mükafatdır. Bu mükafat onu təsis edən Kanada riyaziyyatçısı Con Çarlz Fildsin şərəfinə adlandırılmışdır. Filds medalı riyaziyyat sahəsində ən yüksək mükafatlardan biri hesab olunur və həm bu mükafata, həm də riyaziyyatçılara verilən digər bir mükafat olan Abel mükafatına bəzən "riyaziyyatçıların Nobel mükafatı" deyirlər. İlk dəfə 1936-cı ildə Finlandiya riyaziyyatçısı Lars Ahlfors və ABŞ riyaziyyatçısı Cessi Duqlasa təqdim edilmişdir. Bundan sonra, İkinci dünya müharibəsinə görə növbəti mükafat yalnız 1950-ci ildə verilmiş və bu zamandan başlayaraq mütəmadi olaraq hər dörd ildən bir təqdim olunur. == Laureatlar == 1936 Lars Ahlfors Cessi Duqlas 1950 Loran Şvarts Atle Selberq 1954 Kunihiko Kodayra Jan-Pyer Serr 1958 Klaus Rot Rene Tom 1962 Lars Hörmander Con Milnor 1966 Maykl Atiya Pol Kohen Aleksandr Qrotendik Stiven Smeyl 1970 Alan Beyker Heysuke Hironaka Sergey Novikov Con Tompson 1974 Enriko Bombieri Devid Mamford 1978 Pyer Delin Çarlz Fefferman Qriqori Marqulis Daniel Kvillen 1982 Alen Konn Uilyam Törston Şin-Tan Yau 1986 Saymon Donaldson Qerd Faltinqs Maykl Fridman 1990 Vladimir Drinfeld Von Cons Siqefumi Mori Edvard Vitten 1994 Yefim Zelmanov Pyer-Lui Lions Jan Burqen Jan-Kristof Yokkoz 1998 Riçard Borçerds Timoti Qauers Maksim Kontseviç Körtis MakMullen 2002 Loran Lafforq Vladimir Voyevodski 2006 Andrey Okunkov Qriqori Perelman - Terens Tao Vendelin Verner 2010 Elon Lindenştrauss - Nqo Bao Tyau Stanislav Smirnov Sedrik Villani 2014 - Artus Avila - Mancul Bharqava Martin Hayrer - Məryəm Mirzəxani == Bəzi faktlar == 1954-cü ildə 27 yaşında ikən Filds medalını qazanan ən gənc alim olan Jan-Pyer Serr hələ də bu titulu qoruyub saxlayır. 1966-cı ildə Aleksandr Qrotendik, 2006-cı ildə isə Qriqori Perelman bu medala layiq görülsələr də, onu almaqdan imtina etmişlər. 1970-ci ildə Sergey Novikov, 1978-ci ildə isə Qriqori Marqulis Sovet hökumətinin qoyduğu qadağalara görə mükafatlandırma mərasimlərində iştirak edə bilməmişlər. 1990-cı ildə Edvard Vitten bu mükafatı alan ilk və hələ ki yeganə fizik olmuşdur. 2014-cü ildə Artus Avila bu mükafatı alan ilk Braziliyalı və Latın Amerikalı olmuşdur.
Hərb medalı
Hərb medalı — Osmanlı imperiyası tərəfindən yaradılmış hərbi medal. İngilislər tərəfindən Gelibolu ulduzu (The Gallipolli Star), almanlar tərəfindən isə Dəmir hilal (Eiserner Halbmond) deyə adlandırılmışdır. Sultan V Mehmed tərəfindən döyüşlərdə fərqlənənləri mükafatlandırmaq üçün yaradılmışdır. Bu medal daha çox I Dünya müharibəsi zamanı döyüşən Osmanlı hərbçilərinə və Osmanlı ərazisində döyüşən Osmanlı müttəfiqi olan dövlətlərin hərbçilərinə verilmişdir. == Dizaynı == Medalın üz tərəfindən beş guşəli qırmızı ulduz, onun ortasında göstərişli hilal vardır. Hilalın içində Osmanlı sultanı Mehmed Rəşadın tuğrası vardır. Bundan əlavə tuğranın altına, hicri təqvimə görə medalın verildiyi tarix olan 1333 (miladi 1915-ci il) ili işlənmişdir. == Taxılması == Rəsmi geyim zamanı medal formanın mərkəz tərəfinə, sağ sinə cibinni altına taxılırdı. Hər gün lent dəyişilməli idi. Lent formanın ikinci düymə yerindən birləşdirilirdi.
Layell medalı
Layell medalı (Lyell Medal) — London Geologiya Cəmiyyətinin geologiya sahəsində yüksək nailiyyətlərə görə elmi təltifi. Medal müasir geologiya elminin banisi, "XIX əsrin ən görkəmli alimlərindən biri olan" İngiltərə geoloqu Çarlz Layellin (1797–1875) şərəfinə adlandırılmışdır..
Loqan medalı
Loqan medalı (Logan Medal) — Kanada Geologiya Cəmiyyətinin geologiya sahəsində yüksək nailiyyətlərə görə elmi təltifi. Medal "XIX əsrin ən görkəmli alimlərindən biri olan" Kanada geoloqu Vilyam Edmond Loqanın şərəfinə adlandırılmışdır.
Ləyaqət medalı
Ləyaqət medalı — 1890-cı ildən etibarən Osmanlı imperiyası tərəfindən verilməyə başlanan mülki və hərbi medaldır. == Haqqında == Qızıl və gümüş olmaqla iki növdən ibarətdir. Medal I Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasında verilmişdir. Medak cəmiyyətə örnək hesab edilən mülki şəxslərə də verilmişdir. 1905-ci ildə xeyirxah qadınlara da medal vermək üçün icazə verildi. Medalın qızıl və gümüş növlərində 25 mm olan həcmi dəyişməzdi. Medal dar, yaşıl yan cızgili lentlə əhatə edilirdi. I Dünya müharibəsi zamanı verilənlərə iki çapraz qılınc və hicri 1333 (1915) tarixi yazılı sancaq lentlə bağlanırdı.
Motsart medalı
Motsart medalı (Meksika)
Müharibə medalı
Hərb medalı — Osmanlı imperiyası tərəfindən yaradılmış hərbi medal. İngilislər tərəfindən Gelibolu ulduzu (The Gallipolli Star), almanlar tərəfindən isə Dəmir hilal (Eiserner Halbmond) deyə adlandırılmışdır. Sultan V Mehmed tərəfindən döyüşlərdə fərqlənənləri mükafatlandırmaq üçün yaradılmışdır. Bu medal daha çox I Dünya müharibəsi zamanı döyüşən Osmanlı hərbçilərinə və Osmanlı ərazisində döyüşən Osmanlı müttəfiqi olan dövlətlərin hərbçilərinə verilmişdir. Medalın üz tərəfindən beş guşəli qırmızı ulduz, onun ortasında göstərişli hilal vardır. Hilalın içində Osmanlı sultanı Mehmed Rəşadın tuğrası vardır. Bundan əlavə tuğranın altına, hicri təqvimə görə medalın verildiyi tarix olan 1333 (miladi 1915-ci il) ili işlənmişdir. Rəsmi geyim zamanı medal formanın mərkəz tərəfinə, sağ sinə cibinni altına taxılırdı. Hər gün lent dəyişilməli idi. Lent formanın ikinci düymə yerindən birləşdirilirdi.
Naximov medalı
Naximov medalı — SSRİ Ali Sovetinin 3 mart 1944-cü il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı. Medal rus admiralı Pavel Naximovun adınadır.
Prestviç medalı
Prestviç medalı (ingilis dilində: Prestwich Medal) — London Geologiya Cəmiyyətinin (ingilis dilində:Geological Society of London) geologiya sahəsində yüksək elmi nailiyyətlərə görə təsis etdiyi elmi mükafat. Prestviç medalı 1903-cü ildə geoloq Cozef Prestviçin (ingilis dilində:Sir Joseph Prestwich) (1812–1896) vəsiyyətinə və vəsaitinə əsasən təsis olunmuşdur.
Tərəqqi medalı
"Tərəqqi" medalı — Azərbaycanın dövlət təltifi. "Tərəqqi" medalı, Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 1992-ci il 10 noyabr tarixli 370 nömrəli Qanunu ilə təsis edilib. Heydər Əliyevin 1993-cü il 6 dekabr tarixli 758 saylı Qanunu ilə isə, medalın əsasnaməsi və təsviri təsdiq edilib. "Tərəqqi" medalının əsasnaməsi, Heydər Əliyevin 1993-cü il 6 dekabr tarixli 758 saylı Qanunu ilə təsdiq edildi. 1. "Tərəqqi" medalı Azərbaycan vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir: 1.1. Kənd təsərrüfatı və sənaye sahəsində qazandıqları uğurlara görə; 1.2. Böyük əhəmiyyətli ixtiralara və səmərələşdirici təkliflərin verilməsinə görə; 1.3. Elm, mədəniyyət, ədəbiyyat, incəsənət, hüquq, təhsil və səhiyyə sahələrində xidmətlərinə görə; 1.4. Xalq təsərrüfatı obyektlərinin inşasında, yenidən qurulmasında görkəmli xidmətlərinə görə; 1.5.
Uşakov medalı
Uşakov medalı - SSRİ Ali Sovetinin 3 mart 1944-cü il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı. Medal rus admiralı Fyodor Uşakovun adınadır.
Vollaston medalı
Vollaston medalı - London Geologiya Cəmiyyətinin medalı, 1831-ci ildən geologiyanın inkişafında xüsusi xidmətləri olan alimlər təltif olunur. Medal Böyük Britaniya alimi Vilyam Xayda Vollastonun (1766—1828) şərəfinə adlandırılmışdır. Medal Vollastonun kəşf etdiyi palladiumdan hazırlanmışdır. 1831 - Vilyam Smit 1835 - Gideon Mantell 1836 - Jan Lui Aqassis 1837 - Xyu Falkoner 1838 - Riçard Ouen 1839 - Xristian Erenburq 1841 - Adolf Bronyar 1842 - Xristian Leopold fon Bux 1848 - Vilyam Baklend 1850 - Vilyam Xopkins 1855 - Henri Tomas de la Beş 1857 - İoaxim Barrand 1858 - German fon Mayer 1850 - Çarlz Darvin 1861 - Henrix Georq Bronn 1864 - Roderik Murçison 1866 - Çarlz Layel 1874 - Osvald Heyer 1876 - Tomas Xaksli 1886 - Alfred-Lui-Olivye Leqran 1892 - Ferdinant fon Rixtqofen 1894 - Karl Tsittel 1895 - Arçibald Qeyki 1896 - Eduard Eyüss 1897 - Uilfred Xadlston 1898 - Ferdinand Tsirkel 1899 - Çarlz Lepvort 1902 - Fyodor Boqdanoviç Şmidt (Rusiya) 1903 - Karl Rozenbuş 1916 - Aleksandr Petroviç Karpinski (Rusiya) 1917 - Antuan Lakrua 1920 - Herhard Yakob de Qeyer 1926 - Henri Fayfild Osborn 1929 - Fridrix Bekke 1942 - Recinald Oldvort (Deyli) Deli) 1943 - Aleksandr Yevgenyeviç Fersman (SSSR) 1944 - Viktor Morits Qoldşmidt 1947 - Cozef Berr Tirrell 1953 - Horman Levi Bouen 1953 - Erik Stenşyö 1956 - Artur Holms 1958 - Pennti Eskola 1963 - Feliks Beninq-Meynes 1864 - Harold Ceffris 1977 - Reynaut Villem van Bemmelen 1983 - Den MakKenzi 2006 - Ceyms Lavlok "The Geological Society of London. Wollaston Medal Award Winners Since 1831". http://www.geolsoc.org.uk/ (ingilis). 2012. İstifadə tarixi: 2015-03-02.
İmtiyaz medalı
"İmtiyaz" medalı və ya "İmtiyaz" nişanı (Osmanlı türkcəsi: ‏امتياز نشانی) — Sultan II Əbdülhəmid dövründən 1882-ci ildən etibarən Osmanlı imperiyası tərəfindən verilməyə başlanan mülki və hərbi medal. Qızıl və gümüş olmaqla iki növdən ibarət olmuşdur. Qızıl medal müharibələrdə ən yüksək cəsarət göstərən Osmanlı hərbçilərinə verilirdi. I Dünya müharibəsi zamanı verilən medallarda çarpaz qılınc və üzərində verildiyi ilin yazıldığı sancaq olurdu. Məcidiyyə nişanında olan Sədaqət, Hamiyyət, Qayrət və Şücaət kəlimələri bu medalda da var idi. Medal xarici hərbçilərə verilməmişdir. Lakin bunun tək istisnası I Dünya müharibəsi zamanı alman hərbçilərə verilməsidir. Medal birbaşa Sultan və ya onun adından hər hansısa yüksək vəzifəli dövlət rəsmisi tərəfindən verilirdi. Sahibinin ölümündən sonra medal sahibinin varislərinə keçə bilməzdi.
"Kopli" medalı
Kopli medalı (ingiliscə Copley medal) — elm adamları üçün İngiltərədə yaranmış Royal Society tərəfindən verilən elmi mükafatdır. Bu mükafat həm Royal Society tərəfindən, həm də dünyada ən qədim medal kimi tanınır. Kopli medalı ilk dəfə 1731-ci ildə verilməyə başlanıb və bu günə qədər hər il bu davam etdirilir. Medal öz adını varlı bir torpaq sahibi və özü də Royal Society təşkilatının üzvü olan Godfrey Koplidən alıb. Medalın səthi gümüşdən olub 5000 sterlinlik pul mükafatı ilə verilir. Bu medalı qazanan elm adamları arasında Çarlz Darvin, Albert Eynşteyn və Léon Foucault və 52 Nobel mükafatı (17-si fizika,14-ü kimya,21-i fiziologiya və tibb üzrə) qazanmış Con Dezaguilers də var. Bu medalı qazanan yeganə qadın elm adamı 1976-cı ildə Doroti Hodkin olmuşdur.
Florens Naytingeyl medalı
"Florens Naytingel" medalı — tibb bacısı üzrə xüsusi fərqlənənlərə təqdim edilən və britaniyalı tibb bacısı Florens Naytingelin adını daşıyan beynəlxalq mükafat. Medal 1907-ci ildə Londonda keçirilən Qızıl Xaç Cəmiyyətlərinin Səkkizinci Beynəlxalq Konfransından sonra Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən 1912 ildə təsis edilmişdir. Bu, tibb bacısının əldə edə biləcəyi ən yüksək beynəlxalq mükafatdır və tibb bacılarına və ya tibb bacısının köməkçilərinə "xəsarət alanlara, xəstələrə və ya əlillərə və ya münaqişə və ya fəlakətin mülki qurbanlarına fövqəladə cəsarət və sədaqət" və ya "İctimai səhiyyə və ya tibb bacısı təhsili sahələrdə nümunəvi xidmət və ya ixtiraçılıq və qabaqcıl ruh" üçün verilir. Florens Nightingale Medal Komissiyası BQXK-nın bir neçə üzvü və işçilərindən ibarətdir, onlardan bir neçəsi tibb bacısı mütəxəssisləri və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş tibb bacısıdır. Komissiyanın işində Beynəlxalq Tibb Bacıları Şurasının nümayəndəsi də iştirak edir. 12 may 2021-ci ildə İkinci Qarabağ müharibəsinin şəhidi Arəstə Baxışova Florens Naytingel medalı ilə təltif edilmişdir.
Haiti Kampaniyası Medalı
Haiti Kampaniyası Medalı, 22 iyun 1917-ci ildə və yenə 6 dekabr 1921-ci ildə qurulan ABŞ hərbi donanması hərbi mükafatı idi. Medal ilk olaraq Haitidə sahilə xidmət edən və Donanma və ABŞ Dəniz Piyada üzvləri üçün hazırlandı və kreyser və admiral gəmisi USS Washington (ACR-11) və ya Amerika hərbi donanmasının digər adı olan on üç gəmidən hər hansı birində gəmi idi. Haitidəki bir inqilab əsnasında həyat və mülkiyyətin qorunması məqsədiylə, 9–6 dekabr 1915-ci il tarixlərində, Admiral Vilyam Banks Kaperton'un əmrində qaldı. Medalın bir başqa versiyası 1921-ci ildə yaradıldı; bu məqsəd 1 iyun 1919-cu ildə Haitidə 15 iyun 1920-ci ildə quruya ya da dənizdə əməliyyatlar edən ABŞ hərbi donanması və ABŞ dəniz piyadalarının üzvləri üçün yenidən hazırlandı. İkinci Haiti Kampaniyası Medalı təməldə eyni mükafatlardır, tək fərq hər medalın qabaq və ya arxa üzünün alt qisiminə yazılmış tarixlərdir, ya 1915, ya da 1919–1920-ci illərdir. Hər iki zaman dövrlərində də uyğun olanlar üçün, xidmət xəttini bir 3/16 düym bürünc ulduzu olan medalın 1915 distributivi üzərində bir kampaniya toka ilişdi. Haiti Kampaniyası Medalının həm birinci, həm də ikinci versiyaları eyni vaxtda olaraq istifadə edilə bilməz. Medal artıq Amerika hərbi donanmasının aktiv bir mükafatı deyil və köhnəlmiş olaraq qəbul edilməkdədir. 1994-cü ildəki sülhsaxlayıcı əməliyyatları kimi Haitidəki günümüz hərbi əməliyyatları NATO Medalı kimi beynəlxalq hərbi mükafatlar tərəfindən tanınmaqdadır. == Görkəmli Alıcılar ("1915" versiyası) == === Şərəf Medalı alıcıları === Smedli Batler, BŞDP önəmlisi, 17 noyabr 1915-ci ildəki fəaliyyətlərinə görə Daniel Deli, BŞDP topçuluq serjantı, 22 oktyabr 1915-ci ildəki fəaliyyətlərinə görə Samuel Qross, BŞDP əri, 17 noyabr 1915-ci ildəki fəaliyyətlərinə görə Ross lams, BŞDP serjantı, 17 noyabr 1915-ci ildəki fəaliyyətlətinə görə Ross Ostermen, BŞDP birinci leytenantı, 24 oktyabr 1915-ci ildəki fəaliyyətlərinə görə Vilyam Peterkin Upşur, BŞDP kapitanı, 24 oktyabr 1915-ci ildəki fəaliyyətlərinə görə === Digər diqqətəlayiq alıcılar === Vilyam Kaperton, BŞHD admiralı, ilk alıcı Luiz Emil Denfeld, BŞHD admiralı Pedro De Valle, BŞDP leytanant generalı == Görkəmli Alıcılar ("1919–1920" versiyası) == === Şərəf Medalı alıcıları === Vilyam Button, BŞDP kapralı, 31 Oktyabr — 1 noyabr 1919-cu ildəki fəaliyyətlərinə görə Herman Henneken, BŞDP ikinci leytenantl, 31 Oktyabr — 1 noyabr 1919-cu ildəki fəaliyyətlərinə görə == İstinadlar == == Xarici keçidlər == FIRST HAITIAN CAMPAIGN MEDAL (Navy and Marine Corps) (1915) Arxivləşdirilib 2017-02-11 at the Wayback Machine, FOKSFALL MEDALLARI, Son dəfə əldə edildi 16 oktyabr 2016 SECOND HAITIAN CAMPAIGN MEDAL (Navy and Marine Corps) (1919–1920) Arxivləşdirilib 2017-02-11 at the Wayback Machine, FOKSFALL MEDALLARI, Son dəfə əldə edildi 16 oktyabr 2016 The Navy Department Library.
Krım müharibəsi medalı
"Krım müharibəsi" medalı — Krım müharibəsi səbəbilə yaradılan medal. == Haqqında == Sultan Əbdülməcid dövründə (1839–1861) yaradılan medalın ön tərəfində zeytun budaqlarından meydana gələn çələng ortasında tuğra və Krım 1271 (1855/1856), arxa tərəfində silah və bayraqlardan yaranan gerbin altında La Crimea 1855 yazısı vardır. 36,5 mm həcmində, təxminən 24,25 qram ağırlığındakı medallar gümüşdən olmuşdur. Medalın dizayneri 1849-cu ildə Aya Sofyanı təmiri, 1855-ci ildə ingiliscə və fransızca olaraq Krım medalı, 1863-cü ildə Kənd Təsərrüfatı və Sənət sərgisi və 1876-cı ildə Plevne müdafiəsi və 1877–1878-ci il Rus-Türk müharibəsi medallarını dizayn edən və Osmanlı zərbxanası üçün işləyən Ceyms Robertsondur. == Digər dövlətlərdə istehsalı == Bu medal Krım müharibəsində Rusiyaya qarşı Osmanlı imperiyasının müttəfiqi olan Fransa və İngiltərədə də istehsal edilmişdir. Kraliça Viktoriya (1837–1901) dövründə İngiltərədə buraxılmış gümüş medalların ön tərəfində Kraliça Viktoriyanın şəkli, ətrafında Victoriya regina 1854 yazısı, arxa tərəfində Romalı döyüşçülər kimi geyinmiş döyüşçü və ona çələng taxan zəfər tanriçası (Viktoriya) və Crimea yazısı vardır. 36 mm həcmində, 31 qram ağırlığında olan bu medallar 1856-cı ildə Fransa tərəfindən də qəbul edilmişdir. Azov deyilən növləri dəniz qüvvələri mənsublarına ayrılmışdı.
Meksika Xidmət Medalı
Meksika Xidmət Medalı, 1911–1919 illəri arasında Meksikada xidmət vermərdikləri üçün Amerika ordusunun mükafatıdır. == Tarixi == Ordu tərəfindən verilən Meksika Xidmət Medalı, Birləşmiş Ştatlar Müharibə Dairəsi Baş katibi tərəfindən 1917-ci ilin 12 Dekabrında quruldu. Donanmanın Meksika Xidmət Medalı, Dənizçilik Şöbəsi tərəfindən dəyişdirilmiş edilən 11 fevral 1918-də Dənizçilik Dairəsinin 365 nömrəli əmrlə baş katib tərəfindən quruldu. ABŞ Dənizçilik Dairəsi 1919-cu ilin 27 Aprelin 464 saylı Ümumi Əmri üzrə dəyişdirildi. Meksika Xidmət Medalı, 1911-ci ilin 12 Apreli və 16 iyun 1919-cu ilin 16 İyunu arasında Meksika qüvvətlərinə əsgərlik xidməti verən üzvləri tanıdı. Meksika Xidmət Medalı'na layiq görülməsi üçün, bir xidmət üzvündən, uyğunluq müddəti ərzində və aşağıdakı hərbi öhdələin birində hərbi vəzifə etmək istəndi. Verakruz Ekspedisiyası: 1914-cü ilin 21 Aprelindən 23 Noyabrına qədər. Meksikaya Cəzalandırıcı Səfər: 1916-cı ilin 14 Martından 1917-ci ilin 7 Fevralına qədər. Buena Vista, Meksika: 1917-ci ilin 1 Dekabrı San Bernardino Kanyonu, Meksika: 1917-ci ilin 26 Dekabrı. La Qrulla, Texas: 1918-ci ilin 8 Yanvarından 9 Yanvarına qədər.
Medal
Nişan və ya Medal (fr. medaille, lat. metallum) — dövlət, cəmiyyət və ya ictimai təşkilat qarşısında xüsusi xidmətlərin mükafatlandırılması və ya hansısa yubiley münasibətilə insanların təltif edilməsi üçün üstü qabarıq şəkilli və səbəbi göstərilən yazısı olan metallik (çox zaman dairəvi) nişan. Medalın üz (avers) və arxa (revers) tərəfi olur. Bir sıra hallarda arxa tərəfində medalın sıra nömrəsi qeyd edilir. Bir çox hallarda medallar kolodkaya (üzərinə xüsusi rəngli parça sarınmış metal lövhə) bərkidilir. Medalların əksəriyyəti arxasındakı iynə ilə sinədən yuxarı paltara bərkidilir. Medallar aşğıdakı tiplərədə olur : Dövlət medalları Azərbaycan Demokratik Cumhuriyyətinin medalları Azərbaycan medalları SSRİ medalları ABŞ medalları Nazirlik medalları İctimai təşkilatların medalları Xarici ölkə medalları Türkiyə medal və dövlət nişanları Rusiya medalları Həmçinin: Stolüstü medal Məktəb medalı İdman medalı == Maraqlı faktlar == Böyük Britaniya qanunlarına görə hökumətin razılığı olmadan Britaniya tələbələri xarici ölkələrin dövlət mükafatlarını qəbul edə bilməzlər.
Mədəaltı vəzi
Mədəaltı vəzi (lat. pancreas) — onikibarmaq bağırsağın böyük vəzilərindən ikincisidir; boz-çəhrayı rəngdə, yumuşaq konsistensiyada, uzun, nazik və prizma şəklində olub köndələn istiqamətdə, qarın boşluğunun arxa divarında, mədənin arxasında, onikibarmaq bağırsaq ilə dalaq arasında yerləşmişdir. Bunun uzunluğu 16-22 sm, eni 4 sm, qalınlığı 2 sm və çəkisi 70-80 qramdır. Pankreas üç hissəyə bölünür: sağ hissəsi - başı - (lat. caput pancreatis), orta hissə - cismi - (lat. corpus pancreatis) və sol hissəsi - quyruğu - (lat. cauda pancreatis). Pankreasın başı sağ tərəfdən onikibarmaq bağırsağla əhatə olunmuşdur; aşağı və arxa ucu qarmaq kimi əyilərək qarmağabənzər çıxıntı - lat. processus uncinatus (pancreas Winslowi - BNA) adlanır və pankreas başının yerdə qalan hissəsindən lat. incisura pancreatis vasitəsilə ayrılır.
Həsən Məzarcı
Həsən Məzarcı və ya Həsən Məzarçı (türk. Hasan Mezarcı; 11 may 1954) — Türkiyə siyasətçisi və kult lideri. Keçmişdə islamçı fundamentalist fikirləri ilə tanınır. == Həyatı == O, müfti olduğu İstanbulda Rifah Partiyası tərəfindən Türkiyə Böyük Millət Məclisinə öz namizədliyi göstərmiş və deputat seçilmişdir. Məzarcı yaxın tarixlə bağlı mübahisəli məsələləri məclisin gündəminə gətirməsi, konfranslarda Atatürkü təhqir etməsi və laisizm əleyhinə çıxışları ilə diqqət çəkmiş və bu səbəbdən partiyasından xaric edilmişdir. Daha sonra Atatürkü təhqir etdiyinə görə Ankara 5-ci Cəza Məhkəməsi ona 1 il həbs cəzası vermişdir. 3 ilə yaxın yaşadığı Almaniyadan Türkiyəyə qayıdan Məzarcı cəzasını çəkmək üçün göndərildiyi Ədirnədəki İpsala qapalı həbsxanasında təxminən 3 ay qalmışdır. Bundan sonra o, "Cəzaların icrası haqqında" qanunun müddəalarına uyğun olaraq cəzasını çəkmiş və 6 may 2002-ci ildə azadlığa çıxmışdır. Mezarcının həbsxana prosesindən başlayaraq özünə qapanma və təcrid dövrünə girdiyi müşahidə edilmişdir. O, 25 noyabr 2000-ci ildə verdiyi müsahibədə 3 il əvvəl həbsxanada İsa Məsih olduğunu Allah tərəfindən ona xəbər verildiyini bildirmiş və həvariləri ilə birlikdə vəzifəsini yerinə yetirəcəyini bildirmişdir.