Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Melano Melanson
Melano Co Melanson (ing. Melanie Jo Melanson ; d. 1 noyabr, 1974-cü il, Massaçusets ştatı, Midlseks, Vubern) — Massaçusets ştatı, Middlesex qraflığı, Voburnadan olan itkin düşmüş bir yeniyetmə. O, 27 oktyabr 1989-cu ildə bir ziyafətdə olarkən itib. Əvvəlcə müstəntiqlər onun Floridaya qaçdığına inanırdılar.Lakin, həm rəhbər orqanlar, həm də xüsusi müstəntiq tərəfindən aparılan sonrakı araşdırmalar heç bir nəticə vermədi. O, valideynlərinin mütəmadi dava etməsi və narkotik maddə asılılığı səbəbindən əvvəllər evdən qaçmışdı. Melanson itkin düşdüyü vaxt nənəsi ilə birlikdə yaşayırdı, bununla belə, valideynləri ilə əlaqə saxlayırdı. O, 27 oktyabr 1989-cu ildə bir şənlikdə iştirak etmək istədi. İtkin düşdüyü gün Melanson və dostu məktəbdən erkən ayrılıb evə getməyə qərar verdilər. Həmin gecə o, nənəsinə dostunun (dostu qapı qonşusu idi) evində gecələyəcəyini dedi.
Mia Melano
Mia Melano (2 may 2000, Sietl, Vaşinqton) — amerikalı pornoaktrisa. Pornoqrafiya karyerasına ilk dəfə 7 avqust 2018-ci ildə başlamışdır. Mia 2 may 2000-ci ildə Vaşinqton ştatının Sietl şəhərində anadan olmuşdur. Kiçik yaşlarında məktəbin voleybol və tennis komandalarında oynadı. 12 yaşında porno izləməyə və duşda masturbasiya etməyə başladı. Xüsusilə lezbiyan videoları izləyirdi. Pornoqrafiya sənayesinə girməmişdən əvvəl Sietlda yerləşən restoranda ofsiant olaraq işlədi. İlk dəfə 2018-ci ildə - 18 yaşında olarkən videoya çəkildi. Mia baytarlıqdan məzun olduqdan sonra Vixen şirkətinin sahibi ilə görüşüb 1 illik müqavilə imzaladı. 2019-cu ildə Vixen Angel oldu.
Kalanoz
Efaristos Kalanoz (XIII əsr-1287) — Rum komandir və casus. Savcı Qazini şəhid edən qatil. Kalanozu Osman Bəy öldürmüşdür/öldürtmüşdür.
Melanin
Melanin — bir çox orqanizmlərdə rast gəlinən piqment - rəng verən zülal. İnsanda da rast gəlinir. Dəriyə, saçlara, gözə , mərkəzi sinir sisteminin müəyyən hissələrinə tünd rəng verir. Melanin əmələ gətirən hüceyrələrə melanosit deyilir. İnsan dərisində bu piqmentin olması , qoruma xarakteri daşıyır. Melanin əlavə günəş şüalarını udaraq dəri və gözlərimizi günəş şüalarının zərərli təsirindən qoruyur. Günəş şüalarına çox məruz qaldıqda dəridə melanin artır.Tünd dərili şəxslərdə açıq dəri rənginə sahib şəxslərə nisbətən daha çox rast gəlinir. Melanin çatışmazliğı olan şəxslərin dəriləri çox ağ, gözləri qırmızı olur. Bu hal albinizm adlanır. Məlumdur ki, canlıların gözlərinin rəngi müxtəlifdir.
Metanol
Metanol(metil spirti, karbinol, oduncaq spirti)- CH3OH - sadə biratomlu spirt, rəngsiz zəhərli mayedir. Havayla 6,98-35,5 % qatılıqda partlayıcı qarışıq yaradır. Metanol su və üzvü birləşmələrlə istənilən nisbətdə qarışır. Metanolu ilk dəfə 1661 ildə Boyl tərəfindən təzə mişarlanmış bərk növ oduncağın quru distilləsindən almışlar. Metanol ilk dəfə olaraq R.Boyl tərəfindən 1661-ci ildə oduncağın quru distilləsi məhsullarında müşahidə olunmuşdur (buradan da metanolun adı yaranmışdır - ağac spirti). Təmiz halda metanol 1834-cü ildə Y.Dyuma və E. Peliqo tərəfindən ayrılmışdır və onlar metanolun kimyəvi formulunu müəyyən etmişlər. Metanolun alınmasının bir neçə üsulu mövcuddur: qarışqa turşusunun duzlarının termiki parçalanması, metanın natamam oksidləşməsi və sintez- qazdan alınması və.s. Müasir sənayedə metanolu dəm qazı ilə hidrogen qarışığını 250 0C-də 150-200 atm. təzyiqdə CuO və ya ZnO katalizatorların iştiraki ilə alırlar. Bu zaman aşağıdakı tənlik üzrə reaksiya gedir və metil spirti alınır.
Melanix
Söyüd (lat. Salix) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. Söyüd qışda yarpağını tökən, iri ölçülü ağac və ya xırda kol şəklində olan bitkidir. Yarpaqları uzunsov lansetvaridir, damarlanması lələkvaridir, saplağı qısadır. Çiçək sırğaları sallaq və ya dikdayanandır. Yarpaqlamadan əvvəl və ya sonra, yaxud yarpaqlama vaxtı çiçəkləyirlər. Nektarlı bitkilərdir. Cinsin yer kürəsində 600-dən artıq növü məlumdur. Qafqazda təqribən 25 növü, Azərbaycanda isə 15 növü bitir. Çox qədim cinsdir və onun qazıntı halında tapılmış nümunələri üçüncü dövrə aiddir.
Leucopternis melanops
Leucopternis melanops (lat. Leucopternis melanops) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin leucopternis cinsinə aid heyvan növü.
Medanos (bərzəx)
Medanos bərzəği — Venesuelanın Falkon ştatı ərazisində ərazisində yerləşir. Paraguana yarımadasını Cənubi Amerika qitəsi ilə birləşdirir. Bərzəğin eni 3,72 mil, uzunluğu 16,78 mil təşkil edir. Ərazidə Medanos de Koro Milli Parkı yerləşir.
Melanya Tramp
Melanya Tramp (ing. Melania Trump; qızlıq soyadı — Knaus (slov. Knavs); d. 26 aprel 1970[…], Novo-Mesto[d], Sloveniya Sosialist Respublikası[d], Yuqoslaviya SFR) — sloveniyalı fotomodel, qol saatlarının və zərgərlik məmulatlarının dizayneri, ABŞ-nin keçmiş prezidenti Donald Trampın həyat yoldaşı.
İqor Belanov
İqor İvanoviç (və ya İqor İvanoviç) Belanov (ukr. Ігор Іванович Беланов; 25 sentyabr 1960, Odessa) — hücuma meylli yarımmüdafiəçi və ya ikinci hücumçu kimi oynamış təqaüdçü Ukrayna futbolçusudur. Beş böyük titul qazanan və 1986-cı ildə Avropada ilin Futbolçusu adına layiq görülən "Dinamo Kiyev" in əfsanəvi futbolçudur. Sonra altı ilini Almaniyada iki komanda ilə keçirdi və az uğur qazandı. The Times qəzetinin yazdığına görə, bütün zamanların ən yaxşı 100 futbolçusu sırasında o da yer alıb. Belanov Sovet İttifaqını bir Dünya Kubokunda və bir Avropa Çempionatında təmsil etdi. 2011-ci ildə İqor Belanov Oleq Blohin və Vitaliy Staruxin ilə birlikdə Futbol qalibiyyətində "Ukrayna futbolunun əfsanələri" adını aldı.
Melani Kleyn
Melani Raysez Kleyn (30 mart 1882[…], Vyana – 22 sentyabr 1960[…], London) — avstraliya əsilli Britaniyalı psixonalistdir. Müasir psixonaliz ve uşaq psixologiyası sahəsində yeni terapevtik metodların icad olunması M. R. Kleynin adı ilə bağlıdır. Eyni zamanda "Obyekt münasibətləri məktəbini"nin də qurucusu qəbul edilir. Melani Rayzes Kleyn, 1882-ci ildə Vyanada Moriz və Libussa Rayzesin dördüncü övladı olaraq dünyaya gəlmişdir. Anası Libussa ilə arasında iyirmi dörd yaş fərq olan atası polyak Moriz Rayzes yəhudi əsilli bir ümumi cərrah idi. Melani Kleyn atası kimi tibb öyrənmək istəsə də, gənc yaşında ailə qurduğu və uşaqları olduğu üçün bu istəyi yerinə yetirə bilmədi. Melani Kleyn atasının sevimli qardaşı Emiliyeni qısqanır, özünə çox yaxın və bağlı hiss etdiyi qardaşı Emanueldən dahi biri kimi bəhs edir. Melaniya hələ dörd yaşında ikən anasının ən sevimlisi olan Sidoniye səkkiz yaşında vərəm xəstəliyindən vəfat edir. Melani Kleyn, 1899-cu ildə anasının kiçik əmisi oğlu, eyni zamanda qardaşı Emanuelin dostu olan Artur Steven Kleyn ilə tanış olanda cəmi on yeddi yaşında idi. 1900-cü ildə atası Moriz Rayzes ​​sətəlcəm xəstəliyi səbəbi ilə vəfat edir.
Melani Loran
Melani Loran (fr. Mélanie Laurent; 21 fevral 1983-cü il, Paris, Fransa) — Fransa aktrisası, rejissor, müğənni, Sezar mükafatı laureatı (2006). Melani Loran yəhudi ailəsində anadan olmuşdur. Uşaqlıq illərini Parisin 9-cu dairə adlanan ərazisində keçirmişdir. Gənclik illərində kinematoqrafla maraqlanmışdır. Kinoda ilk rolunu "İki çay arasında körpü" filmində ifa etmişdir. Melani Loran bu rolu "Asteriks və Obeliks Sezara qarşı" filminin çəkilişlərində təsadüfən tanış olduğu Jerar Depardyenin sayəsində əldə edə bilir. 1999-2009-cu illərdə 20 filmdə çəkilmişdir. Melani Loran rejissor Filipp Liorenin "Narahat olma, mən yaxşıyam" filmində itmiş əkiz qardaşı üçün darıxan və buna görə ruh düşkünlüyünə məruz qalan 19 yaşlı qəhrəmanı ifa etmişdi. Bu rola görə aktrisa Ən yaxşı ümidverici aktrisa kimi "Sezar" mükafatına layiq görülmüşdü.
Melani Martines
Melani Adel Martines (ing. Melanie Adele Martinez; 28 aprel 1995, Astoriya, Kuins) — amerikalı müğənni-mahnı yazarı. O, 2012-ci ildə ABŞ-də yayımlanan "The Voice" müsabiqəsindəki uğurlu iştirakından sonra, Atlantic Records ilə müqaviə bağlamış və ilk sinqlı "Dollhouse", ardınca eyniadlı mini-albomunu yayımlamışdır. Melaninin 2014-cü ildə buraxdığı ilk studiya albomu "Cry Baby" Amerika Səsyazma Sənayesi Birliyi (RIAA) tərəfindən ikiqat platin sertifikatına layiq görüldü. Onun "Sippy Cup", "Mad Hatter", "Mrs. Potato Head", "Cry Baby", "Pacify Her" və "Soap" mahnılarının hamısı ABŞ-də qızıl sertifikata layiq görülmüşdür, həmçinin onun "Dollhouse" və "Pity Party" mahnıları RIAA tərəfindən platin sertifikatı almışdır. Melani ikinci studiya albomu "K-12" ilə birlikdə Cry Baby hekayə xəttini davam etdirdi. Onun 2020-ci ildə dördüncü mini-albomu "After School" buraxıldı. Melaninin üçüncü studiya albomu "Portals" 31 mart 2023-cü ildə işıq üzü gördü. Melani Adel Martines 28 aprel 1995-ci ildə Kuinsin Astoriya məhəlləsində Puerto-Riko və Dominikan kökənli Meri və Xose Martinesin ailəsində dünyaya gəlib.
Melani Qarcía
Melani Qarcia — İspaniya müğənnisi. O İspaniyanın 2019 Avroviziya Uşaq Mahnı Müsabiqəsi üçün təşkil etdiyi La Voz Kids 2018 müsabiqəsinə qatılmış və məşhur müğənni Adreani ilə birlikdə ifa etdiyi mahnıdan sonra qalib gəlmişdir. 24 noyabr 2019 tarixində baş tutacaq 2019 Avroviziya Uşaq Mahnı Müsabiqəsində ölkəsini təmsil etmək hüququ qazanıb.
Melani Qarsiya
Melani Qarcia — İspaniya müğənnisi. O İspaniyanın 2019 Avroviziya Uşaq Mahnı Müsabiqəsi üçün təşkil etdiyi La Voz Kids 2018 müsabiqəsinə qatılmış və məşhur müğənni Adreani ilə birlikdə ifa etdiyi mahnıdan sonra qalib gəlmişdir. 24 noyabr 2019 tarixində baş tutacaq 2019 Avroviziya Uşaq Mahnı Müsabiqəsində ölkəsini təmsil etmək hüququ qazanıb.
Melani Qriffit
Melanie Griffith (d. 9 Avqust 1957, New York) - "Qızıl Qlobus" mükafatlı və "Oskar" mükafatına namizəd göstərilmiş ABŞ-lı aktrisa.
Melanj maddəsi
Melanj — raket yanacağlarıının oksidləşdirici komponentidir və son dərəcə ekoloji təhlükəli, yüksək aqressiv və toksiki kimyəvi maddədir. Qatılaşdırılmış azot turşusunda həll olunmuş 22 % nitrat oksidindən ibarətdir, üzvi və yanan maddələrlə əlaqədə olaraq alışmağa və partlayışa gətirib çıxarır. Nitrat turşusunun və nitrat oksidinin raket mühərrikinin kommunikasıyasına, korroziyadan qorumaq məqsədilə yod və ftor tərkibli inhibitorlar əlavə olunur. Oksidləşdirici komponentin insan orqanizminə təsiri — dəriyə və selikli qişaya düşərsə ağır kimyəvi yanığa gətirib çıxarır, eləcədə nəfəs yollarına təsir etdikdə iltihabi proseslərə, hətta ciyərlərin toksiki şişkinliyinə də gətirib çıxara bilər. Nitrat turşusunun əsasında oksidləşdirici komponentlər qiqroskopik və tərkibində 65% reaksiyaya qabilliyyətli oksigen olan yüksək təsirli zəhərli maddələrdir. Bu komponentlərin fiziki xassələri tərkiblərində nitrat oksidlərinin və suyun olması ilə təyin edilir. Əsas xassələri açıq sarıdan qonur rəngə qədər, sıxlığı 15,60C şəraitində 1,511–1,575q/sm3 — , qaynama temperaturu – 66–860C. Hal-hazırda məlumdur ki, melanjin utilizasiyası 2 istiqamətdə aparılır: Ləğv etmə (yandırma yolu ilə) bu üsul iqdiqadi və ekoloji səbəblərdən sənaye miqyasda reallaşa bilməz Melanjin neytrallaşması üsulu ilə texniki təyinatlı məhsulun alınması Melanjın utilizasiyası nəticəsində alınan, xalq təsərrufatı sahəsində istifadə oluna bilən məhsul , geniş və maraqlı perspektivlərə səbəb olur. Мельников Н. Н., Новожилов К. В., Пылова Т. Н. Химические средства защиты растений. Справочник, М.1980, с.255–56 Pashkov, V. İ. Kuzmin, Yu. S. Filatov, S. G. Bogdanov.
İspaniya metanol zəhərlənməsi
İspaniya metanol zəhərlənməsi — 1963-cü ildə İspaniyada baş verən kütləvi zəhərlənmə. Zəhərlənmənin əsas səbəbi Qalisiya bölgəsinin Orense şəhərindən olan tacir Rogelio Akviların satdığı təhlükəli miqdarda metanol tərkibli içkilər olmuşdur. Rəsmi məlumata görə 51 nəfər ölmüş və 9 nəfər kor olmuşdur. Amma qeyri-rəsmi mənbələrə görə ölüm sayı 1000–5000 arasında olmuşdur. Rogelio Akvilar içkilərin tərkibinə ümumilikdə 175.000 litr metanol qatmışdır. Bu onun üçün daha sərfəli və qazanclı idi. Belə ki, metanol etil spirtinə nəzərən daha ucuz idi. Həmçinin Rogelio Akvilar Viqo şəhərində yerləşən "Lago e Hijos" adlı şirkətə də metanol satmışdır. İlk ölüm halları 1963-cü ilin fevralında Lansarotedə müşahidə olunmuşdur. Əczaçılar bu zəhərlənmənin səbəbini fikirləşərkən 4 ölüm halının eyni şənlikdə baş verdiyini müşahidə etdilər.
Melanfi (Dolinin oğlu)
Melanfi ( q.yun. Μελάνθιος ) Homerin "Odisseya"sında kiçik personaj, Dolinin oğlu, Odisseyin köləsi. O, dilənçi qiyafəsində olanda Odisseyi təhqir etmiş, daha sonra onun tərəfindən öldürülmüşdür. Melanfi ələ keçiriləndən sonra bağlanır və tavandan asılır, sonra parçalara bölünür və itlərə verilir. Bu epizod Feokrit tərəfindən qeyd olunur. Higin səhvən onu taliblərdən biri adlandırır.
Melanfo (Dolinin qızı)
Melantho ( q.yun. Μελανθώ ) — yunan mifologiyasında və Homerin "Odisseya"sındakı personaj, Odisseyin evindəki qulluqçulardan biri, kölə Dolinin qızı. Melanfo "Odisseya" kiçik personajlardan biridir. "Kəskin dilli" kimi təsvir edilən o, Odisseyin itakalı çoban qulluqçusu Melanfinin bacısı və Dolinin qızıdır. Penelopanın qulluqçuları arasında o, ən sevimlilərindən biridir. Onun tərbiyəsində Penelopanın şəxsən iştirak etdiyi deyilir.
Elano Blumer
Elano Blumer (14 iyun 1981) — Braziliya məşqçisi və hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış etmiş keçmiş futbolçusu.
Melan (kommuna)
Melan (fr. Meylan) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Melan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38229. Kommunanın 2007-ci il üçün əhalisi 17 200 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 5 km şimal-qərbdə yerləşir.
Franklin Delano Ruzvelt
Franklin Delano Ruzvelt (ing. Franklin Delano Roosevelt; 30 yanvar 1882[…] – 12 aprel 1945[…]) — Amerika Birləşmiş Ştatlarının 32-ci prezidenti (1933–1945). == Həyatı == Franklin Ruzvelt 1882-ci ildə varlı bir ailədə anadan olmuş, mənşə etibarilə holland idi. O, Teodor Ruzveltlə əminəvəsi idi. Franklin Ruzvelt əvvəlcə Harvard universitetini, sonra isə Kolumbiya Universitetinin hüquq fakültəsini bitirmişdi. 1913–1920-ci illərdə o, Hərbi Dəniz Nazirinin köməkçisi vəzifəsində işləmişdi. 1921-ci ildə polimelit xəstəliyinə tutulmuş və ömrünün sonunadək ayaqları iflic vəziyyətində qalmışdı. Möhkəm iradəsi və anasının mənəvi dayaq olması Ruzveltin siyasi fəaliyyətlə yenidən məşğul olmasına imkan yaratdı. 1928–1930-cu illərdə o, Nyu-York ştatının qubernatoru seçildi. 1932-ci ildə isə ABŞ-nin 32-ci prezidenti oldu.
Melani Martinesin diskoqrafiyası
Amerikalı müğənni-mahnı yazarı Melani Martines üç studiya albomu, dörd mini-albom, on bir sinql, iki tanıtım sinqlı və iyirmi yeddi musiqi videosu buraxmışdır. "The Voice" müsabiqəsindəki iştirakından sonra Martines 2014-cü ildə Atlantic Records şirkəti ilə müqavilə bağladı. Onun ilk mini-albomu olan "Dollhouse" eyniadlı sinql və "Carousel" ilə birlikdə buraxıldı. Onun ilk studiya albomu "Cry Baby" 2015-ci ildə işıq üzü gördü. Albom ABŞ Billboard 200 hit-paradında altıncı pilləyə yüksəldi və RIAA tərəfindən platin sertifikata layiq görüldü. Albomu tanıtmaq üçün üç sinql "Pity Party", "Soap" və "Sippy Cup" buraxıldı. Martinesin ikinci studiya albomu "K-12" 2019-cu ildə işıq üzü gördü. Albom Billboard 200 hit-paradında 3-cü yerə yüksəldi və Avstraliya, Kanada, İrlandiya, Yeni Zelandiya və Birləşmiş Krallıq daxil olmaqla bir çox ölkədə ilk onluğa daxil oldu. Martines 2020-ci ilin sentyabrında "The Bakery" sinqlının daxil olduğu "After School" mini-albomunu buraxdı. Martinesin üçüncü studiya albomu "Portals" 2023-cü ilin martında yayımlandı.
Triennale di Milano
Triennale di Milano — İtaliyanın Milan şəhərindəki Sempione parkında yerləşən incəsənət və dizayn muzeyidir. O, Giovanni Muzio tərəfindən layihələndirilmiş və 1931-1933-cü illər arasında tikilmiş Palazzo dell'Arte-də yerləşir. Muzeyin tikintisi Antonio Bernocchi və onun qardaşları Andrea və Michele tərəfindən maliyyələşdirilib. Beynəlxalq incəsənət və dizayn sərgisi olan Milan Triennali muzeydə 1936-1996-cı illər arasında on üç dəfə və iyirmi illik fasilədən sonra yenidən 2016-cı ildə keçirildi. 2003-cü ildən muzey İtaliya Memarlığına görə üç illik qızıl mükafat təqdim edir. İtalyan dizaynının daimi muzeyi, 2007-ci ildə açılan Triennale Dizayn Muzeyi dizayn, memarlıq və vizual, səhnə və tamaşa sənətlərini nümayiş etdirir. Binada həmçinin Muzio tərəfindən dizayn edilmiş Teatro del Arte teatrı da var. 2019-cu ildə XXII Triennial "Sınıq Təbiət" adı altında insanlar və təbiət arasındakı əlaqəni araşdıran dizayn yanaşmalarına diqqət yetirərək keçirildi.