Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Meyit
Meyit, cəsəd və ya nəş ― ölən insanın bədəni. Eyni mənaya malik olan kadavra sözü ümumiyyətlə tibbi mənada işlənir. Cənazə mərasimi üçün hazırlanan meyitə cənazə deyilir. "Heyvan ölümü" mənasını verən leş sözü bəzən xüsusən mənfi konotasiya (uyğunlaşma) — insan cəsədi mənasında da istifadə edilir. Bundan əlavə, kadavra sözü tibbi məqsədlər üçün istifadə olunan heyvan ölüləri üçün də istifadə edilə bilər. Mərasimlərdə "Nəş" sözü xüsusilə seçilir. İslami cənazə mərasimlərində nəş sözünə əlavə olaraq mərhum sözü istifadə olunur. Ərəb mənşəli "rəhmətlik" sözü "Allahın rəhmətinə qovuşmuş, bağışlanmış" deməkdir. Bu mənada mərhum kəlməsi təkcə ölülərin cəsədini deyil, həm də axirətə gedəcəyinə inanılan ruh deməkdir və dəfn olunduqdan illər sonra da istifadə olunur. == Etimologiyası == Kadavra sözü türkcəyə italyanca cadavere sözündən keçmişdir; cəsəd və nəş sözləri isə ərəb dili mənşəlidir.
Yeriyən meyit sindromu
Gəzən cəsəd sindromu yaxud Kotar sindromu — ipoxondrik ,nigilistik(inkar) sayıqlamalarının və depressiv əlamətlərin birləşməsindən ibarət olan sindromdur. Xəstələr heç vaxt ölməyəcəklərini və həyatları boyu əzab-əziyyət çəkəcəklərini söyləyirlər. Onlar nəinki özlərini, həmçinin ətrafdakı adamların da iztirab içində yaşadıqlarını deyir və bunun üçün təqsirkar olduqlarını bildirirlər. Yeməkdən imtina edərək həmişə tox olduqlarını söyləyirlər. Belə xəstələr bütün günü əli qoynunda gəzərək tezliklə bütün dünyanın suda qərq olacağını və hamının məhv olacağını deyirlər. Başqa birisi bütün daxili orqanların yoxluğundan, beyninin çürüməsindən şikayətlənir, yüz illər belə ağır vəziyyətdə yaşayacağını söyləyir. Bu sindrom ,əsasən, qocalıq psixozlarında rast gəlinir. == Ümumi məlumat == Sindromun ikinci adı "Kotard"dır. Kotard sindromu ilk dəfə 1880-ci ildə Fransız nevroloq Cules Kotard tərəfindən kəşf edilib, ruhi xəstəlikdir. Bu xəstəliyə tutulanlar ölü olduqlarını düşünürlər.
Leysit
Leysit — mineral, K[AlSi2O6] analsimlə izostruktur olan karkaslı silikat. Adi temperaturda - tetraedr (psevdokub.); 605 0 C-də kubik - β-leysitə keçir. K az miqdarda Na-la əvəz olunur. Kristal­ları - tetraqontrioktaedr, dodekaedr; İkiləşməsi {110} üzrə polisintetik. Ayrılması {110} üzrə qeyri-mükəmməl. Rəngi ağ, boz, tez-tez çoxsaylı möhtəviləri olur. Sərtliyi 5,5-6. Xüsusi çəkisi 2,5. Kaliumla zəngin doymamış əsasi effuziv və hipabissal süxurlarda tapılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Meyci
İmperator Meyci (yap. 明治天皇; 3 noyabr 1852 – 30 iyul 1912) — taxta 1867-ci ilin 3 apreldə çıxmış və ömrünün sonuna qədər Yaponiyanın 122-ci imperatoru olmuşdur. Onun həyatdakı adı Mutsihito (yap. 睦仁) adlanırdı. Yaponiyadan kənarda da onun adı "İmperator Musihito" olaraq qeydə alınmışdı. Yaponiyada vəfat etmiş imperatorları ölümündən öncəki adı ilə adlandırırlar. Onun 1852-ci ildə onun doğulduğu zaman Yaponiya dünyadan təcrid olunan, texniki baxımdan geri qalan, feodal qaydaları ilə idarə edilən ölkə olmuşdur. Bu feodal ölkəsi Tokuqava şoqunatı və dayme tərəfindən idarə olunurdu. O 1912-ci ildə dünyasını dəyişərkən Yaponiya vahid mərkəzdə birləşdirilmiş, siyasi, iqtisadi və sosial çevriliş baş vermiş, dünyanın super güclərindən birinə çevrilmişdir. "Nyu-York Tayms" qəzetində imperatorun dəfn mərasimi ilə bağlı yazılırdı: "Cənazənin önündəki ilə arxasındakı fərq heyrətamiz idi.
Abraham Merrit
Abraham Qreys Merritt (20 yanvar 1884[…] – 21 avqust 1943[…]) — ABŞ yazıçısı və amerikan bazar günü jurnalı redaktoru. Daha çox fantastik romanlara üstünlük vermişdir. == Həyatı == 1884-cü ildə Nyu-Cersi ştatının Beverli şəhərində anadan olub, daha sonra ailəsi ilə 1894-cü ildə Pensilvaniyanın Filadelfiya şəhərinə köçmüşdür. Əslində əvvəl hüquq təhsili almışdır, amma sonra jurnalistikaya yönəlmişdir. Əvvəl müxbir, daha sonra redaktor olmuşdur. Merritt 1912–1937-ci illərdə Morill Qoddardın redaktor köməkçisi olmuş, sonra 1937-ci ildən ölümünə qədər redaktor olmuşdur. O, redaktor kimi Vircil Finlay və Hanz Buk kimi işçiləri cəlb etmişdir. Merritt yaradacılığı boyunca 8 roman yazmışdır. == Şəxsi həyatı == Merritt iki dəfə evlənmişdir: 1910-cu ildə Elanora Ratkliff ilə və 1930-cu ildə Elanor Conson ilə. 1943-cü ildə ürək tutmasından ölmüşdür.
Meyrid Korriqan
Meyrid Korriqan ing. Mairead Corrigan Maguire, (27 yanvar 1944, Belfast) — Nobel sülh mükafatı laureatı (1976) ("Sülh və əmin-amanlıq uğrunda cəsarətli səylərinə görə"). == Həyatı == Meyrid Korriqan 1944-cü il yanvarın 27-də Belfast şəhərinin Follz-Roud rayonunda (Şimali İrlandiya) anadan olmuşdur. Endrü və Marqaret Korriqanın yeddi övladından ikincisi olan Meyrid katolik təhsilini evdə və Belfastın özəl məktəblərində almışdır. Şüşətəmizləyən olan atası təhsil pulunu ödəyə bilmirdi. Bu səbəbdən də Meyrid 14 yaşında məktəbi atmalı oldu və başqalarının uşaqlarına baxmaqla pul toplayıb kommersiya məktəbinə daxil oldu. Bir müddət mühasib köməkçisi işlədikdən sonra o, Belfastdakı Qinnes pivə zavodunun direktorunun katibəsi vəzifəsinə işə düzəldi. onda Meyridin 21 yaşı var idi. Meyrid Korriqanın Katolik xeyriyyə təşkilatı olan Mariya Legionuna daxil olması onu ictimai fəaliyyətə meylləndirdi. Valideynləri ilə birgə Belfastın yoxsul rayonu olan Andersonstauna köçən Meyrid Korriqan icma klubunun və uşaq bağçasının təşkilində də fəal iştirak etdi.
Seyyid Taleh
Seyyid Taleh Boradigahi (tam adı:Əsədov Tale Mirhadi oğlu; 2 avqust 1988, Boradigah, Masallı) — Azərbaycanlı ilahiyyatçı, mərsiyyəxan, "İlahi Nəğmələr Qrupu" nun rəhbəri. == Həyatı == Tale Əsədov 2 avqust 1988-ci il Masallı rayonunun Boradigah qəsəbəsində anadan olub. == Yaradıcılığı == Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8–9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16 yaşında ikən Bakıya köçür və orada İslam Universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir.
Əl-Mehvit
Əl-Mehvit (ərəb. المحويت‎) — Yəməndə şəhər.
"Meyci" ordeni
"Müqəddəs xəzinə" ordeni (瑞宝章, Zuiho-şo) – Yaponiya ordenlərindən biri. Həm yapon, həm də əcnəbi şəxslərə Yaponiya dövləti qarşısındakı xidmətlərə görə təqdim olunur. == Tarixi == "Müqəddəs xəzinə" ordeni 4 yanvar 1888-ci ildə İmperator Meyci tərəfindən "Meyci" ordeni adı ilə təsis olunmuşdur. Ancaq kişilərə təqdim olunması planlaşdırılsa da, 1919-cu ildə qadınlara da verilməsi barədə qərar verilmişdir. Orden 2003-cü ilə qədər 8 dərəcə üzrə təqdim olunmuşdur. 2003-cü ildə VII və VIII dərəcələr ləğv edilmiş, 6 dərəcə üzrə təqdim olunmağa başlamışdır. == Dizayn == Orden Yaponiyanın iki müqəddəs xəzinəsini – Yata güzgüsünü və Yasakani cəvahiratını özündə əks etdirir. Orden pavlovniya çiçəklərinin və yarpaqlarının formasında dizayn edilmişdir.
Meyci-cinqu
Meyci məbədi (明治神宮, Meyci-cinqu) – Tokionun Şibuya xüsusi rayonunda yerləşən şintoist məbədi. Məbəd İmperator Meyciyə və onun həyat yoldaşı İmperatriça Şokenə həsr olunub. Lakin imperatorun qəbri bu məbəddə deyil, Kiotonun cənubunda – Fuşimi-momoyamada yerləşir. == Tarix == İmperator Meycinin 1912-ci ildə ölməsindən ardından Yaponiya parlamenti onun Meyci islahatındakı rolunu xatirələşdirmək qərarına gəldi. Meyci və həyat yoldaşı Şokenin ziyarət etdikləri Tokiodakı bir süsən bağçası məkan kimi seçildi. Tikinti işlərinə İto Çuutanın başçılığı altında 1915-ci ildə başlanıldı və məbəd ənənəvi naqare-zukuri üslubunda tikildi. Məbədin tikintisi milli layihə idi və bütün Yaponiya boyunca gənclər və mülki təşkilatlar tikintidə köməklik göstərdilər. Məbədin əsası 1920-ci ildə qoyulsa da, məbədin özü 1921-ci ildə tamamlandı. 1926-cı ildə isə zəmini bitirildi. 1946-cı ilə qədər məbəd Kanpey-tayşa (官幣大社) statusuna malik idi.
Meyci Konstitusiyası
Yapon İmperiya konstitusiyası (lat. 大日本帝國憲法) — tarixdə Meydzi konstutsiyası kimi tanınır - Yaponiyada 1889-1947-ci illərdə qüvvədə olmuş əsas qanun. == Konstitusiyanın qəbulunu zəruri edən amillər == 1871-1873-cü illərdə Yaponiyada həyata keçirilmiş burjua islahatları imperator hakimiyyətini möhkəmləndirmişdi. O, Avropasayağı təşkil edilmiş orduya arxalanaraq, öz imtiyazlarını qoruyub saxlamağa çalışan hərbi silkin - samurayların çıxışlarını yatırmışdı. Aqrar islahatdan razı qalmayan, qəzəblənmiş kəndlilərin üsyanı darmadağın edilmiş və şəhərlərdə istismarın güclənməsinə qarşı çıxan əhaliyə şiddətli cəza verilmişdi. Burjuaziyanın siyasi hüquqlarının genişləndirilməsini və sənayenin inkişafını sürətləndirmək üçün tədbirlər görülməsini tələb edən burjua-liberal partiyalar da təqiblərə məruz qalırdılar. Ölkədə genişlənən "Xalq hüquqları uğrunda" kütləvi hərəkatı zəiflətməyə çalışan hökumət "İctimai asayişi mühafizə" haqqında qanun qəbul etdi; həmin qanun polisə hökumət əleyhinə çevrilmiş çıxışları amansızlıqla boğmaq imkanı verdi. Hökumət eyni zamanda müxtəlif titullar və vəzifələr paylamaqla müxalifət liderlərini ələ alırdı. == 1889-cu il Konstitusiyası == Ölkədəki narazılığı aradan qaldırmaq və demokratik hərəkatın qarşısını almaq məqsədilə imperator 1889-cu ildə Yaponiyanın ilk konstitusiyası haqqında fərman verdi. Konstitusiyanın mətni 1889-cu il 11 fevralda dərc edildi.
Meyci dövrü
Meydzi islahatı (yap. 明治維新, Meydzi isin; eləcə də Meydzi yenilənməsi və Meydzi inqilabı) — Yaponiyada 1868-1889-cu illərdə imperator Meyci tərəfindən həyata keçirilən, geriyə qalmış aqrar ölkəni dünyanın aparıcı ölkələrindən birinə çevirən sosial-iqtisadi, siyasi, hərbi islahatlar kompleksi. Samuray-syoqun idarəçilik sistemindən birbaşa, imperator Mutsuxitonun və onun hökumətinin timsalında, imperator idarəsinə keçid idi. İslahat dövlət quruluşuna, qanunvericiliyə, İmperator sarayına, əyalət inzibatçılığına, maliyə, sənaye, diplomatiya, təhsil, din və yaponların həyatının başqa sahələrinə ehəmiyətli dərəcədə təsir etdi. Yeni dövr yapon milli dövlətçiliyinin formalaşması və yapon milli identikliyinin yaranması Meydzi islahatı ilə bağlıdır. Meydzi illəri ənənəvi yapon həyat tərzinin sınması və qərb sivilizasiyasının nailiyətlərinin sürətli tətbiqi ilə səciyyələnir. Buna görə, Meydzi islahatını bəzən Meydzi inqilabı da adlandırırlar. == İslahatlar == Bu islahatlar nəticəsində feodalizm ləğv edildi, böyük torpaq sahiblərinin əksəriyyəti könüllü olaraq samuraylar və icma adamları üzərindəki nəzarəti imperatora təslim etdilər. Bir imperator fərmanında elan edilmişdi: "Biz klanları ləğv edir və onları prefekturalara dəyişdiririk." Qanunverici sistem yenidən quruldu və qanun qarşısında bərabərlik tətbiq edildi, bu düşüncəyə görə sinfindən asılı olmayaraq bütün şəxslər eyni hökmdarın təbəələrinə çevrildilər. Müəyyən qədər də ekstra ərazi prinsipindən uzaqlaşmağa nail olmaq ümidi ilə islahatçılar cinayət hüququnu Qərb xətti qaydasında dəyişdirdilər, avropalıların barbarlıq hesab etdikləri qəribə və qəddar cəzaları ləğv etdilər.
Meyci islahatı
Meyci islahatı (yap. 明治維新 Meyci işin) — eləcə də Meyci yenilənməsi və Meyci inqilabı kimi tanınan, Yaponiyada 1868-1889-cu illərdə keçirilən, geriyə qalmış aqrar ölkəni dünyanın aparıcı ölkələrindən birinə çevirən,sosial-iqtisadi, siyasi, hərbi islahatlar kompleksi. Samuray şoqun idarəçilik sistemindən birbaşa, imperator Mutsuxitonun və onun hökumətinin timsalında, imperator idarəsinə keçid idi. İslahat dövlət quruluşuna, qanunvericiliyə, İmperator sarayına, əyalət inzibatçılığına, maliyə, sənaye, diplomatiya, təhsil, din və yaponların həyatının başqa sahələrinə ehəmiyətli dərəcədə təsir etdi. Yeni dövr yapon milli dövlətçiliyinin formalaşması və yapon milli identikliyinin yaranması Meyci islahatı ilə bağlıdır. Meyci illəri ənənəvi yapon həyat tərzinin sınması və qərb sivilizasiyasının nailiyətlərinin sürətlləndirilmiş tədbiqi ilə səciyələnir. Buna görə Meyci islahatını bəzən Meyci inqilabı da adlandırırlar.
Meyci konstutsiyası
Yapon İmperiya konstitusiyası (lat. 大日本帝國憲法) — tarixdə Meydzi konstutsiyası kimi tanınır - Yaponiyada 1889-1947-ci illərdə qüvvədə olmuş əsas qanun. == Konstitusiyanın qəbulunu zəruri edən amillər == 1871-1873-cü illərdə Yaponiyada həyata keçirilmiş burjua islahatları imperator hakimiyyətini möhkəmləndirmişdi. O, Avropasayağı təşkil edilmiş orduya arxalanaraq, öz imtiyazlarını qoruyub saxlamağa çalışan hərbi silkin - samurayların çıxışlarını yatırmışdı. Aqrar islahatdan razı qalmayan, qəzəblənmiş kəndlilərin üsyanı darmadağın edilmiş və şəhərlərdə istismarın güclənməsinə qarşı çıxan əhaliyə şiddətli cəza verilmişdi. Burjuaziyanın siyasi hüquqlarının genişləndirilməsini və sənayenin inkişafını sürətləndirmək üçün tədbirlər görülməsini tələb edən burjua-liberal partiyalar da təqiblərə məruz qalırdılar. Ölkədə genişlənən "Xalq hüquqları uğrunda" kütləvi hərəkatı zəiflətməyə çalışan hökumət "İctimai asayişi mühafizə" haqqında qanun qəbul etdi; həmin qanun polisə hökumət əleyhinə çevrilmiş çıxışları amansızlıqla boğmaq imkanı verdi. Hökumət eyni zamanda müxtəlif titullar və vəzifələr paylamaqla müxalifət liderlərini ələ alırdı. == 1889-cu il Konstitusiyası == Ölkədəki narazılığı aradan qaldırmaq və demokratik hərəkatın qarşısını almaq məqsədilə imperator 1889-cu ildə Yaponiyanın ilk konstitusiyası haqqında fərman verdi. Konstitusiyanın mətni 1889-cu il 11 fevralda dərc edildi.
Meyci məbədi
Meyci məbədi (明治神宮, Meyci-cinqu) – Tokionun Şibuya xüsusi rayonunda yerləşən şintoist məbədi. Məbəd İmperator Meyciyə və onun həyat yoldaşı İmperatriça Şokenə həsr olunub. Lakin imperatorun qəbri bu məbəddə deyil, Kiotonun cənubunda – Fuşimi-momoyamada yerləşir. == Tarix == İmperator Meycinin 1912-ci ildə ölməsindən ardından Yaponiya parlamenti onun Meyci islahatındakı rolunu xatirələşdirmək qərarına gəldi. Meyci və həyat yoldaşı Şokenin ziyarət etdikləri Tokiodakı bir süsən bağçası məkan kimi seçildi. Tikinti işlərinə İto Çuutanın başçılığı altında 1915-ci ildə başlanıldı və məbəd ənənəvi naqare-zukuri üslubunda tikildi. Məbədin tikintisi milli layihə idi və bütün Yaponiya boyunca gənclər və mülki təşkilatlar tikintidə köməklik göstərdilər. Məbədin əsası 1920-ci ildə qoyulsa da, məbədin özü 1921-ci ildə tamamlandı. 1926-cı ildə isə zəmini bitirildi. 1946-cı ilə qədər məbəd Kanpey-tayşa (官幣大社) statusuna malik idi.
Meyid oğurlanması
Meyid oğurlanması — Dəfn yerlərindən cəsədlərin gizli çıxarılması. Meyid oğrularının ümumi məqsədi, xüsusilə XIX əsrdə tibb məktəblərində anatomiya mühazirələri, yaxud analiz üçün cəsədləri satmaq idi. Meyid oğurlamaqda təcrübəli insanlar tez-tez "dirildənlər", və ya "diriltmə adamları" adlandırılırdı. Oxşar hərəkət isə məzarın üst daşı və ya sərdabənin üstü açılaraq sexsi əşyaların və ya eksponatların oğurluğudur, amma mezar oğurluğu meyid çıxartmaqdan fərqlənir belə ki, məzar oğurluğu cəsəd oğurluğuna aid deyil. == Birləşmiş Krallıq == 1832-ci ilin Anatomiya aktından əvvəl, anatomik məqsədlər üçün təmin olunan cəsədlər yalnız Böyük Britaniyada məhkəmələr tərəfindən ölümə və yarılmağa məkhum olunanlar idi. Nisbətən daha ağır cinayətlər törətmiş insanlar məhkəmə qərarı ilə yarılmağa məhkum olunurdu. Bu qərarlar belə anatomik məktəblər və özəl tibb məktəblərini kifayət qədər təmin etmirdi. (1832-ci ilə qədər lisenziya tələb olunmurdu). XVIII əsr ərzində yüzlərlə cinayətkar belə agır cinayətlərə görə edam olunmuşdu, lakin XIX əsrdə isə hər il 55 nəfər ölüm cəzasına məhkum olunmuşdu. Tibbi məktəblərin ekspertiza üçün hər il ən az 500 meyidə ehtiyacları olurdu.
Meymi Eyzenhauer
Meymi Eyzenhaver (ing. Mamie Geneva Doud Eisenhower; 14 noyabr 1896[…], Bun[d], Ayova – 1 noyabr 1979[…], Vaşinqton) — ABŞ-nin 34-cü Prezidenti Dvayt Eyzenhaverin həyat yoldaşıdır. == İstinadlar == == Xarici keçidlər == Mamie Doud Eisenhower, Dwight D. Eisenhower Presidential Library Arxivləşdirilib 2011-08-07 at the Wayback Machine Papers of Mamie Doud Eisenhower, Dwight D. Eisenhower Presidential Library Arxivləşdirilib 2010-05-27 at the Wayback Machine Meymi Eyzenhaver — IMDb səhifəsi Mamie Eisenhower Letters at Gettysburg College Arxivləşdirilib 2008-10-06 at the Wayback Machine Mamie Doud Eisenhower Birthplace, historic house museum in Boone, Iowa Papers of Mary Jane McCaffree (Social Secretary to Mamie Eisenhower), Dwight D. Eisenhower Presidential Library Arxivləşdirilib 2009-01-14 at the Wayback Machine Papers of Dr.
Meymi Eyzenhaver
Meymi Eyzenhaver (ing. Mamie Geneva Doud Eisenhower; 14 noyabr 1896[…], Bun[d], Ayova – 1 noyabr 1979[…], Vaşinqton) — ABŞ-nin 34-cü Prezidenti Dvayt Eyzenhaverin həyat yoldaşıdır. == İstinadlar == == Xarici keçidlər == Mamie Doud Eisenhower, Dwight D. Eisenhower Presidential Library Arxivləşdirilib 2011-08-07 at the Wayback Machine Papers of Mamie Doud Eisenhower, Dwight D. Eisenhower Presidential Library Arxivləşdirilib 2010-05-27 at the Wayback Machine Meymi Eyzenhaver — IMDb səhifəsi Mamie Eisenhower Letters at Gettysburg College Arxivləşdirilib 2008-10-06 at the Wayback Machine Mamie Doud Eisenhower Birthplace, historic house museum in Boone, Iowa Papers of Mary Jane McCaffree (Social Secretary to Mamie Eisenhower), Dwight D. Eisenhower Presidential Library Arxivləşdirilib 2009-01-14 at the Wayback Machine Papers of Dr.
Meysi Vilyams
Marqaret Konstans "Meysi" Vilyams (ing. Margaret Constance "Maisie" Williams; 15 aprel 1997, Bristol, İngiltərə) — Britaniya aktrisası. Debüt işi 2011-ci ildə HBO telekanalında yayımlanan "Game of Thrones" (2011–2019) fentezi teleserialında Arya Stark rolu olmuşdur.
Seyit Sertçelik
Seyit Sertçelik — Moskva və Sank-Peterburqdakı dövlət arxivləri¬nə daxil olan və ermənicə bilən ilk Türkiyəli tarixçi, Ankara Universitetinin Ümumi tarix üzrə professoru, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru. == Həyatı == == Fəaliyyəti == 1964-cü ildə Bolunun Gerede ilçəsində anadan olub. 1991-ci ildə Ankara Universitetinin Dil və Tarix-Coğrafiya Fakültəsinin Tarix bölməsinin elmi əməkdaşı oldu. 1991-ci ildə Özbəkistan Respublikasının Fərqanə Dövlət Universitetində qonaq müəllim kimi 6 ay pedaqoji fəaliyyətlə məşğul oldu. 1993-cü ildə Antalyada təşkil edilən birinci Türk Dünyası Qurultayında iştirak edib. Moskva və Sank-Peterburqdakı dövlət arxivlərinə daxil olan və ermənicə bilən ilk Türkiyəli tarixçi kimi erməni məsələsi ilə bağlı Rusiyanın 8 arxiv və kitabxanasında uzun illər elmi tədqiqat aparmışdır. 2009-cu ildə Ankara Universitetində Ümumi tarix üzrə professor vəzifəsinə yiyələnmişdir. 2012-ci il 24 oktyabr Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri tarixinin araşdırılmasında böyük xidmətlərinə görə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru adına layiq görülüb. == Həmçinin bax == İsmayıl Seragəldin == Xarici keçidlər == Prof. Dr.
Tom Merit
Tomas Andrey Merit (28 iyun 1970) texnologiya jurnalisti, yazıçı və tanınan yayımçı. O, TWiT şəbəkəsinin köhnə tərəfdaşıdır, əvvəllər CNET-in icraçı redaktoru idi. Hal-hazırda Gündəlik Xəbər aparıcısı və digər nümayəndəliklər arasında ev sahibliyi edir. == Gənclik illəri == Merit Qrinvil şəhərində, Qəhvə sahəsində çalışan bir qida aliminin ailəsində doğuldu. Merit, Urbana-Kampaiqn şəhərindəki İlinoys Universitetində jurnalistika sahəsində təhsil alıb və Austin Universitetində ünsiyyət üzrə magistr işlərini davam etdirdi. === Karyera === Meritin karyerası 1986-cı ildə Qrinvil şəhərində yerləşən bir ölkə musiqi stansiyası olan WGEL üçün DJ olaraq başlamışdır. 1993-cü ildə Milli İctimai Radioda stajçı vəzifəsində çalışdı. 1999-dan 2004-cü ilədək Merit San-Fransiskoda TechTV-də icraçı istehsalçı kimi çalışmış və 2003-cü ilədək radio aparıcısı olmuşdur. === Digər layihələr === 4 fevral 2008-ci ildən Merit, köhnə həmkarı Veranika Belmont ilə birgə Kristal və Lazer fantastik əsaslı kitab klubuna ev sahibliyi etdi. 22 iyun 2010-cu ildə Top 5 adlı üçün yeni bir şou layihə başlatdı.
İmperator Meyci
İmperator Meyci (yap. 明治天皇; 3 noyabr 1852 – 30 iyul 1912) — taxta 1867-ci ilin 3 apreldə çıxmış və ömrünün sonuna qədər Yaponiyanın 122-ci imperatoru olmuşdur. Onun həyatdakı adı Mutsihito (yap. 睦仁) adlanırdı. Yaponiyadan kənarda da onun adı "İmperator Musihito" olaraq qeydə alınmışdı. Yaponiyada vəfat etmiş imperatorları ölümündən öncəki adı ilə adlandırırlar. Onun 1852-ci ildə onun doğulduğu zaman Yaponiya dünyadan təcrid olunan, texniki baxımdan geri qalan, feodal qaydaları ilə idarə edilən ölkə olmuşdur. Bu feodal ölkəsi Tokuqava şoqunatı və dayme tərəfindən idarə olunurdu. O 1912-ci ildə dünyasını dəyişərkən Yaponiya vahid mərkəzdə birləşdirilmiş, siyasi, iqtisadi və sosial çevriliş baş vermiş, dünyanın super güclərindən birinə çevrilmişdir. "Nyu-York Tayms" qəzetində imperatorun dəfn mərasimi ilə bağlı yazılırdı: "Cənazənin önündəki ilə arxasındakı fərq heyrətamiz idi.
Əbdürrəhim Heyit
Əbdürrəhim Heyit (1 iyun 1962, Qaşqar, Sincan-Uyğur Muxtar Rayonu) — uyğur aşıq. == Həyatı == Əbdürrəhim Heyitin soyadı ərəb dilindəki "ayt" (bayram) kəliməsindəndir. Bir müddət Çin Dövlət Konservatoriyasında dütar müəllimi işləmişdir. Çin hökuməti tərəfindən 2017-ci ildə həbs olunmuşdur. "Uçraşkanda" ("Qarşılaşınca") və "Atilar" ("Atalar") mahnılarına görə 8 il həbsə məhkum edilmişdir. Çin həbs düşərgəsində saxlanılmış və işgəncələrə məruz qalmışdır. Bu işgəncələrə dözməyərək 2019-cu ildə həbs düşərgəsində vəfat etdiyi iddia olunmuşdur. Amma həmin il fevralın 10-nu Çin dövlət KİV-ləri Heyitə bənzər birinin videosunu yayımlamışlar. Videoda danışan şəxs səhhətinin yaxşı olduğunu və milli qanunların pozulması ilə bağlı araşdırma mərhələsində olduğunu demişdir. İnsan hüquqları ilə bağlı uyğur layihəsi videonun həqiqətəuyğunluğunu şübhə altına almışdır.
Kəlbəli xan Seyyid
Kəlbəli xan Seyyid (1832-1887) — Rampurun nəvvabı (1865-1887), Seyyidlər sülaləsindən. == Həyatı == Kəlbəli xan Yusifəli xan oğlu 1832-ci ildə Rampurda anadan olmuşdu. Atasından sonra Rampurda taxta çıxıb. Kəlbəli xan şərq dillərinin əksəriyyətini bilirdi. Ərəb, fars ədəbiyyatına bələdliyi vardı.
Melkit Katolik Kilsəsi
Melkit Katolik Kilsəsi, və ya rəsmi adı ilə Mələki Rum Katolik Patriarxlığı (ərəb. بطريركيّة الروم الملكيّين الكاثوليك‎‎ [ərəbcədə ملكي “məlik aid olan” mənasını verər]) — Antioxiya Pravoslav Kilsəsinin rəhbərliyində daxili çəkişmələr nəticəsində XVIII əsrin əvvəllərində Roma Papasının hakimiyyətini tanıyan bir qrup rumi ortodokslardan ayrıldı.
Siracəddin Səyyid
Siracəddin Səyyid (1958, Özbəkistan) — Özbək şairi. Özbəkistanın xalq şairi. == Həyatı == Siracəddin Səyyid 1958-ci ildə Özbəkistan Respublikasının Surxandərya vilayətində anadan olub. 1980-ci ildə Daşkənd Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. İlk kitabı "Ruhum xəritəsi" (1984) Qafur Qulam adına Ədəbiyyat və sənət nəşriyyatında nəşr olunub. Ondan bəri istedadlı şairin 20-ə yaxın kitabı müxtəlif nəşriyyatlarda çap edilib: "Sevgi məmləkəti" (1987), "Qoru" (1990), "Mehr qalır, məhəbbət qalır" (1992), "Yandım" (1994), "Evindəki beşiklər" (1996), "Vətəni öyrənmək" (1996), "Yiyəsi var yurd" (2001), "Vətən əbədidir" (2001), "Könül fəsli" (2007), "Yaşasın yağışlar" (2007) və başqa kitabları ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. 2008-ci ildə "Şərq" nəşriyyatı görkəmli şairin ikicildlik seçilmiş əsərlərini nəşr edib. Siracəddin Səyyid çağdaş Azərbaycan poeziyasının bir çox qiymətli nümunələrini özbək dilinə uğurla çevirib.
Xəyyat Mirzə
Xəyyat Mirzə (1885, Bozalqanlı – 25 dekabr 1922, Bozalqanlı, Tovuz rayonu) — Azərbaycanın tanınmış aşıqlarından biri. == Həyatı == Mirzə Abbasqulu oğlu Mirzəyev 1885-ci ildə indiki Tovuz rayonunun Bozalqanlı kəndində dülgər ailəsində dünyaya gəlmiş, kiçik yaşlarında mollaxanada dərs almışdır. Atası Abbasqulu onu dərzi yanına şagird qoymuşdur. Dərziliyi öyrənməklə yanaşı, onda şeirə, sənətə böyük maraq olmuşdur. Dərzi olduğundan şeirlərini də "Xəyyat" (dərzi) təxəllüsü ilə düzüb qoşmuş, xalq şeiri üslubunda yazıb yaratmışdır. Bozalqanlı Xəyyat Mirzə tə xəllüsü ilə tanınmışdır. Aşıq Hüseyn Bozalqanlı, Şair Vəli ilə deyiş mələri məşhurdur. Hazırcavablığı, istedadı ilə həmişə mühitin marağı na səbəb olmuşdur. Haqqında "Mirzə-Nazənin" dastanı yaranmışdır. Xəyyat Mirzə 1922-ci il dekabr ayının 25-də öz kəndlərində vəfat etmiş və orada dəfn olunmuşdur.
Zəyzit məbədi
Zəyzid məbədi — Şəki rayonunun Orta Zəyzid kəndində yerləşən təxminən X-XI əsrlərə aid kilsə. Tikili Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Planda xaçvari formaya malik olan Zəyzid kilsəsində şərq qolu istisna olmaqla, xaçın digər qolları düzbucaqlı formaya malikdir. Şərq qolunda yarımdairəvi plana malik apsida yerləşir. Xaçın kəsişmə yerinin küncləri düzbucaqlı kapitel plitəsinə malik pilyastrlar formasında həll edilmişdir. Bir-birinin üstünə asılan yrımdairəvi tağlar yumru kəməri saxlayır. Kəmər üzərində isə kilsənin barabanı və dövrümüzə çatmamış günbəzi yerləşirdi. Kilsənin şimal divarında, bütün divar boyunca çəkilmiş iki qat üzləmə dövrümüzə çatmışdır. Üzləmə üzərində qədim freskaların izləri müşahidə edilməkdədir. == Tarixi == Bizim eranın əvvəllərində Qafqaz Albaniyası ərazisində xristianlığın aktiv təbliği və yayılması, IV əsrdən etibarən isə dövlət dininə çevrilməsi çoxlu sayda kilsə və monastırların inşasına vüsət vermişdir.
Kult məiyyət
Kult məiyyət — hansısa şəxsə, ideyaya, obyektə, hərəkətə və ya əsərə, çox vaxt rəssama, xüsusən də ifaçı rəssama və ya hansısa mediada incəsənət əsərinə yüksək dərəcədə sadiq olan pərəstişkarlar qrupu. Ən sonuncusu çox vaxt kult klassika adlanır. Film, kitab, musiqi sənətçisi, televiziya seriyası və ya video oyun, digər şeylər arasında, kiçik, lakin çox ehtiraslı bir fendoma sahib olduqda bir kültə sahib olduğu deyilir. Kult məiyyətin ümumi komponenti pərəstişkarların kult məiyyət obyektinə emosional bağlılığıdır. Onlar çox vaxt özlərini və digər pərəstişkarlarını icmanın üzvləri kimi tanıyırlar. Kult mediası tez-tez yeraltı mədəniyyətlə əlaqələndirilir, geniş ictimaiyyət tərəfindən təqdir edilmək və ya geniş kommersiya baxımından uğurlu olmaq üçün çox ekssentrik və ya anti-istəblişment hesab olunur. Bir çox kult pərəstişkarları bu cür əyləncə vasitələrini təsvir edən zaman öz sədaqətlərini istehza ilə ifadə edirlər. Pərəstişkarlar istər konvensiyalar, istər onlayn icmalar, istərsə də seriyalar ilə bağlı bədii ədəbiyyat yazmaq, kostyum, replika rekvizitləri və model yaratmaq kimi fəaliyyətlər vasitəsilə, yaxud format və personajlardan öz audio və ya video məhsullarını yaratmaq kimi fəaliyyətlər vasitəsilə fendom submədəniyyətinə cəlb oluna bilər. == Marketinq == Brendlər də bəzən "Apple" və "Supreme" kimi prestij sayəsində, digərləri isə "Spam" kimi mədəni səbəblərə görə məiyyət qazana bilər. Həmçinin, "Trabant"dan "Volvo"ya qədər bir çox kult avtomobil markaları avtomobil həvəskarları cəmiyyətində xüsusi məiyyət yaratmışdır.
Leylətul-məbit
Leylətul-məbit (ərəb. لَـیْـلَـة ٱلْـمَـبِـیْـت‎) Məhəmmədin Məkkədən Mədinəyə hicrətə başladığı gecədir. Bu gecənin Rəbiüləvvəl ayının birinci günü olduğu güman edilir. Qureyşlilərin Məhəmmədi öldürməsi qərarı səbəbiylə Əli ibn Əbu Talib Məhəmmdin yataq yerində yatmış və peyğəmbər Məkkəni tərk etmişdi.