Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mirsalam Cəfərov
Mirsalam Təvəkkül oğlu Cəfərov (7 aprel 1994, Tovuz rayonu – 2 aprel 2016, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. == Həyatı == Mirsalam Cəfərov 1994-cü ilin 7 aprel-də Tovuz rayonunun Bayramlı kəndində anadan olub. 2001-ci ildə Elşad Orucov adına bayramlı kənd tam orta məktəbin 1-ci sinfinə getmişdir. 2011-ci ildə həmin məktəbdən məzun olmuşdur. Elə həmin il Hərbi tibb məktəbinə qəbul olmuşdur. 2013-cü ildə həmin məktəbi bitirib Beyləqan rayon N saylı hərbi hissədə xidmətə başlamışdır.2014-cü ildə Azərbaycan xüsusi təyinatlı qüvvələrin kursunu keçib. 2015-ci ildə Ankara Xüsusi təyinatlı Qüvvələr məktəbindən məzun olmuşdur və Azərbaycanda kəşfiyyatçı olaraq xidmətə başlamışdır. == Hərbi xidməti == Gizir Mirsalam Cəfərov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı şəhid oldu. Aprelin 11-i isə Mirsalam Cəfərov doğulduğu Tovuz rayonunun Bayramlı kəndində son mənzilə yola salındı.
Mirsalam Mirsalamov
Mirsalam Mirsalamov (tam adı: Mirsalam Ağasəlim oğlu Mirsalamov, 28 avqust 1984, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan prodüseri, teleaparıcısı, rejissoru və aktyoru. Azad Azərbaycan Teleradio Yayım Şirkətinin Anons və Dizayn qrupunun rəhbəri, “Süfrəmiz” və ”Canlı Səs” Tele-layihələrinin aparıcı və yaradıcısı, “Planet Parni iz Baku” Studiyasının İcraçı prodüser və rejissoru, “Planet Parni iz Baku Events” şirkətinin direktoru, “Ay Brilliant”, “Ölülər 21 əsr”, “Ağanatiq”, ”Bəxt Üzüyü”, ”Məhəllə 3” filmlərinin icraçı prodüseri, “Həddən artıq uyğunluq” filmində aktyor kimi çalışmışdir.[mənbə göstərin] == Həyatı == Mirsalam Mirsalamov 28 avqust 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə 102 saylı məktəbə gedən Mirsalam 1998-ci ildə Azərbaycan Dövlət Maliyyə və İqtisad Kollecinin “Bank işi” ixtisasına daxil olmuşdur. 2002-ci ildə kolleci bitirib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kultroloqiya fakültəsində Mədəniyyətin meneceri ixtisası üzrə təhsil almışdır. == Yaradıcılığı və iş fəaliyyəti == 2000-ci ildə Space Müstəqil Tele-Radio Kompaniyasında rejissor assitenti kimi fəaliyyətə başlayıb. 2006–cı ilədək Space Müstəqil Tele-Radio şirkətində administrator, prodüser və rejissor vəzifələrdə çalışıb. 2006-2009-cu illərdə Azad Azərbaycan Müstəqil Tele-Radio Kompaniyasında icraçı prodüser, 2009-2012-ci illərdə baş prodüser və aparıcı vəzifələrində işləyib. 2012-ci ildə “Ay Brilliant” filmində icraçı Prodüser vəzifəsində çalışıb. 2012-2013-cü ildə Grand MMC nin baş direktoru vəzifəsini tutub. 2013-cü ildən bu günə qədər Planet Parni iz Balu studiyasında icraçı prodüser, Planet Parni iz Baku Events şirkətinin direktoru vəzifəsində çalışıb.
Milsami Orhey FK
Milsami Orhey FK — Orhey şəhərini təmsil edən Moldova futbol klubudur. Klub hal-hazırda Moldova Milli Liqasında mübarizə aparır və Liqanın top komandalarından biridir. Son mövsümün qalibidir. Bu klubun adı Vitorul Orhey FK kimi də bilinir. Onlar ilk dəfə 2015-ci ildə Liqanın qalibi olublar. Onlar bu ünvanı Kişinyov və Tiraspol şəhərinin klublarından alıblar. == Tarixi == 2005 – Viitorul Step-Soçi kimi adlandırılmışdır. 2008 – Viitorul Orhey kimi adlandırılmışdır. 2010 – Milsami Orhey kimi adlandırılmışdır. 2011 – Milsami-Ursidos Orhey kimi adlandırılmışdır.