Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Misaq Memarzadə
Misaq Memarzadə (fars. میثاق معمارزاده‎; 9 yanvar 1983) — İran futbolçusu, qapıçı.
İsaq
İsaq — ad. İsaq Məmmədov — tarix elmləri doktoru, professor İsaq Opoku — Qananı təmsil edən stolüstü tennisçi. İsaq Əmənullayev — Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Təxəllüs İradə İsaq — elmi işçi, ANS TV-nin aparıcısı.
Misag Memarzade
Misaq Memarzadə (fars. میثاق معمارزاده‎; 9 yanvar 1983) — İran futbolçusu, qapıçı.
Cessi Misak
Kento Misao
Kento Misao (16 aprel 1996) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.
Misak Torlakyan
Misak Torlakyan (erm. Միսաք Թորլաքյան; 1889 – 12 noyabr 1968, Kaliforniya) — 1921-ci ildə Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşirin qatili. Torlakyan 1921-ci ilin oktyabrında İngiltərə hərbi məhkəməsi tərəfindən psixi vəziyyətinə görə "günahkar, lakin məsuliyyət daşımır" olaraq qəbul edildi. Torlakian 1889-cu ildə Osmanlı imperiyasının Trabzon şəhərində anadan olub. 18 yaşında Daşnaksutyuna qoşulan Torlakyan, Trabzondakı türk ordusu anbarından erməni özünümüdafiə dəstələri üçün xeyli miqdarda silah təmin etmişdir. Birinci Dünya Müharibəsi dövründə hərbi kəşfiyyat əldə etmək tapşırığı alan Torlakyan, o vaxtlar Rusiya Ordusunun kəşfiyyatçı birliyinin üzvü olaraq, Türk ordusunun mövqeləri haqqında dəyərli məlumatlar verirdi. 1918-ci ildə Rusiya Türk cəbhəsindən çəkildikdən sonra Torlakyan Ermənistan ordusuna qatıldı və General Dronun rəhbərliyi altında Baş Abaran döyüşündə iştirak etdi. Döyüş türk ordusunun irəliləməsini dayandırdı. Sərdarabad və Karakilisedəkilərlə birlikdə əldə edilən çətin qələbə, Ermənistan Demokratik Respublikasının qurulmasına səbəb oldu. 1921-ci ildə Torlakyan Daşnaksutyun tərəfindən Azərbaycanın keçmiş daxili işlər naziri Behbud Xan Cavanşiri öldürmək üçün İstanbula göndərildi.
Misao Tamay
Misao Tamay (16 dekabr 1903 - 23 dekabr 1978) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib, 1 qol vurub.
Misa Şimizu
Misa Şimizu (清水美沙, Shimizu Misa, d. 25 sentyabr 1970, Tokio), yaponiyalı aktrisa. 2005-ci ildə Yaponiya və Kanadanın birgə Paper Moon Affair filmində məşhur kanadalı aktyor Brendan Fletçer ile birlikdə ifası ilə yadda qalıb. 2014-2015 Keishichô sôsa ikka kyû gakari (TV serial) 2015 Naki Meshi Kyôko (TV Mini-serial) 2014 Kyota No Otsukai (Qısa film) 2014 Onna wa sore wo yurusanai (TV Mini-serial) 2014 Jûisan jiken desuyo (TV Mini-serial) 2014 Tokumei tantei (TV Mini-serial) 2014 Border: Keishichô Sôsa Ikka Satsujinhan Sôsa Dai 4-gakkari (TV Mini-serial) 2013 Akai reikyûsha 32: Rasetsu no sanshimai (TV film) 2013 Banana to gurôbu to jinbeezame 2012 Kyouta no houkago (Qısa film) 2012 Hôigaku kyôshitsu no jiken file 34 2012 Sherî 2011 Tidy Up *2011 Shoujotachi no rashinban 2011 Tokyo Control (TV serial) 2010 Ren'ai gikyoku: Watashi to koi ni ochitekudasai 2010 Matataki *2010 Bokkusu! 2010 Memoirs of a Teenage Amnesiac 2010 Sonotoki made sayonara (TV Film) 2009 Hi to shio (TV Film) 2009 Shizumanu taiyô 2009 The Harimaya Bridge 2009 Rain Fall 2008 Boku no obaachan 2008 Umikaze ni fukarete 2007 Môryô no hako 2007 Tenkôsei: Sayonara anata 2007 Akôkurô 2006 Soredemo boku wa yattenai 2006 22 sai no wakare 2005 Paper Moon Affair 2005 Ubume no natsu 2005 Yasashii jikan (TV serial) 2002 Umi wa miteita 2001 Denen no yuutsu 2001 Akai hashi no shita no nurui mizu 2001 Kokubetsu (TV Filmi) 2000 Shinsengumi (səsləndirmə) 1999 Second Chance 1999 Atsumono 1998 Rakuen eno hashi (TV Film) 1998 Kanzo sensei 1998 Tokugawa Yoshinobu (TV serial) 1997 Tôkyô Dragon 1997 Zakuro yakata 1997 Hotaru no yado (TV Film) 1997 Unagi 1997 Ningen isu 1997 Gimu to engi 1997 Kimi ga jinsei no toki (TV serial) 1996 Shall we dansu? 1995 Gerende ga tokeruhodo koishitai 1995 Namida tataete bishô seyo: Meiji no musuko, Shimada Seijiro (TV Film) 1995 Setsunai haru (TV Film) 1995 Yonshimai monogatari 1994 Shijûshichinin no shikaku 1994 Nettai rakuen kurabu 1993 Watashi ga koroshita otoko (TV Film) 1993 Shinjitsu ichiro (TV Film) 1992 Okoge 1992 Mirai no omoide: Last Christmas 1992 Ude ni oboe ari (TV serial) 1992 Shiko funjatta 1991 Jutai 1990 Bakayarô!
İradə İsaq
İradə İsaq (İradə Muradova; 1 sentyabr 1980, Bakı şəhəri, Azərbaycan SSR) — elmi işçi, ANS TV-nin aparıcısı. İradə İsaq (Muradova) 1 sentyabr 1980-ci ildə Bakı şəhərində anadan olub. Əslən Tərtər rayonundandır. Aparıcı qədim türk tayfalarından olan Bayandur tayfasındandır. 1918-ci ildə erməni-müsəlman münaqişəsi zəminində Laçın rayonunun Bayandur kəndi bütün kənd sakinləri ilə birgə Tərtər rayonuna deportasiya edilib və aparıcının orada yaşayan babası İsaq Ağa oğlu Muradov ailəsi ilə birgə həmin rayona köçmək məcburiyyətində qalmışdır. 1985–1996-cı illərdə Yasamal rayonundakı 31 saylı tam orta məktəbdə orta təhsilini alıb. 1998–2003-cü illərdə Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin bakalavrı, 2003–2005-ci illərdə isə magistri olub. 2008-ci ildən həmin fakültənin doktorantıdır. Hazırda "Azərbaycanın neft strategiyası dünya mətbuatının səhifələrində" adlı elmi iş üzərində çalışır. 2005–2006-cı illərdə Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində, eyni zamanda AzTV-nin "Səhər" proqramında aparıcı kimi çalışıb.
İsaq Məmmədov
İsaq Mustafa oğlu Məmmədov (24 mart 1925, Qaracallı, Qubadlı rayonu – 8 sentyabr 2011) — tarix elmləri doktoru, professor, "Əməkdar elm xadimi", tarixçi. Naxçıvan Dövlət Pedaqoji Universitetinin rektoru (1978–1984). İsaq Məmmədov 1925-ci il martın 24-də Qubadlı rayonunun Qaracalı kəndində tanınmış təsərrüfatçı Mustafa kişinin ailəsində anadan olmuşdur. Bölgədə adlı-sanlı şəxsiyyət kimi tanınan Mustafa kişi repressiyanın qurbanı olmuşdur. O, 1942-ci ildə kənd orta məktəbini və Şuşa pedaqoji kurslarını bitirərək doğma kəndindəki natamam orta məktəbdə müəllimlik etmiş, dərs hissə müdiri vəzifəsində çalışmış, kənd sovetinin katibi işləmişdi. İsaq Məmmədov 1944-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olaraq, fərqlənmə diplomu ilə təhsilini başa vurmuşdur. 1949-cu ildə aspiranturaya qəbul edilmişdi. O, 1952-ci ildə təhsilini başa vurduqdan sonra bu təhsil müəssisəsində müəllim vəzifəsinə təyin edilmişdir. İsaq Məmmədov BDU-da 1955-ci ildə namizədlik, 1974-cü ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1976-cı ildə professor adını almışdı. İsaq Məmmədov 1977–1978-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində kafedra müdiri, 1978–1984-cü illərdə Naxçıvan Dövlət Pedaqoji Universitetinin rektoru, daha sonra 10 il ADNA-da Tarix kafedrasının müdiri, 2005-ci ildən ömrünün sonuna qədər kafedranın professoru vəzifəsində işləmişdi.
İsaq Novruzov
İsaq Opoku
İsaq Opoku (1 sentyabr 1975) — Qananı təmsil edən stolüstü tennisçi. İsaq Opoku Qananı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
İsaq İbrahimov
İbrahimov İshaq İbrahim oğlu (21 fevral 1921, Bakı – 5 iyul 1987, Bakı) — tərcüməçi, tənqidçi, ssenarist, 1955-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azarbaycan SSR Əməkdar İncəsənət xadimi (1979). İshaq İbrahimov 1921-ci il fevralın 21-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirmiş, İkinci Dünya müharibəsinin başlanması ona təhsilini davam etdirməyə imkan verməmişdir. 1941-ci ilin sentyabrından Sovet Ordusu sıralarında əsgəri borcunu yerinə yetirməyə başlamışdır: ön cəbhədə əldə silah vuruşmuş, yaralanmış, müalicədən sonra yenidən cənub-qərb cəbhəsində topçu diviziyasında kəşfıyyat rəisi, ştab rəisi kimi döyüşlərdə iştirak etmişdir (1941-1942). Ağır yaralandığına görə hərbi xəstəxanada uzun müddət müalicə olunmuşdur (1942-1944). Ordudan tərxis ediləndən sonra Uşaqgəncnəşrdə tərcüməçi-redaktor işləmişdir (1944-1945). Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində təhsilini davam etdirmiş, eyni zamanda bədii tərcümə ilə məşğul olmuşdur (1945-1948). "İnqilab və mədəniyyət" jurnalı redaksiyasında ədəbi işçi, məsul katib (1948-1952), Azərbaycan Radio Verilişləri İdarəsində bədii verilişlər şöbəsinin baş redaktoru (1952-1959), "Azərbaycan" jurnalı redaksiyasında məsul katib (1959-1962), C.Cabbarlı adına "Azərbaycanfilm"də ssenari şöbəsinin müdiri, eyni zamanda ssenari-redaksiya heyətinin üzvü (1962-1966), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Radio bədii verilişləri şöbəsində tərcüməçi, "Ekran" yaradıcılıq birliyi redaksiya heyətinin üzvü, baş redaktor vəzifələrində (1962-1975) çalışmışdır. Azərbaycan Yazıçılar İttifaqında tərcüməçilər bölməsi bürosunun sədri idi. Azərbaycan Yazıçılar İttifaqının katibi seçilmişdir (1975-1984).
İnqilab İsaq
İsaq Əmənullayev
İsaq Avış oğlu Əmənullayev (1 iyul 1943, Günəşli, Lerik rayonu) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü. İsaq Əmənullayev 1943-cü il iyulun 1-də Azərbaycan Respublikası Lerik rayonunun Azərbaycan (indiki Günəşli) kəndində anadan olub. 1967-ci ildə Bakının 72 №-li (M. Qorki adına 193№-li) fəhlə-gənclər məktəbində tam orta təhsil alıb. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinin əyani şöbəsinə daxil olub, 1974-cü ildə həmin fakültəni müvəffəqiyyətlə bitirib. 1973-cü ildə istehsalat təcrübəsi zamanı "Xalq qəzeti" ("Kommunist" qəzeti) redaksiyasının ümumi işlərində fəallıq göstərdiyinə görə onu katiblikdə texniki işçi ştatına qəbul edilib. 1974-cü ildə Bakı Dövlət Universitetini bitirərkən fəal ictimaiyyətçi tələbə kimi və mətbuatda dərc olunmuş çoxsaylı yazılarına görə Azərbaycan KP MK-nın tövsiyəsi və universitet rektorluğunun təqdimatı əsasında təyinatı "Kommunist" ("Xalq qəzeti") redaksiyasına verilib. 1973-cü ildən indiyədək həmin qəzetdə oxucu, katiblikdə kiçik müxbir, daha sonralar müxtəlif şöbələrdə müxbir, baş müxbir, xüsusi müxbirlər bölməsinin və məktublar şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu gün İsaq müəllim "Xalq qəzeti"nin məktublar şöbəsinə rəhbərlik edir Ai ləlidir. 1 qızı və 3 oğlu var. İsaq Əmənullayev 5 kitab və 1800-ə yaxın məqalənin müəllifidir.
Həsənov Hüseyn İsaq
İnqilab İsaq (şair)
Misdağ
Misdağ - Naxçıvan çökəkliyinin şimal-şərq kənarında, Qaracalal-Qızılboğaz tirəsinin suayrıcındadır. Hündürlüyü 1270 m-dir. Andezit-dasit tərkibli ekstruzivdir. Babək rayonu ərazisində dağ. Naxçıvan çökəkliyini şimal-şərqdən hüdudlandıran Qaracalal-Qızılboğaz tirəsinin suayırıcısında zirvə. Naxçıvan çayının sol sahilində Məzrə (Alagözməzrə) kəndindən 3 km şimal-şərqdədir. Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş yastı zirvəli günbəzdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentini cənub-qərbdən hüdudlandıran Naxçıvan dərinlik qırılmasının şimal-şərq asılı qanadında yerləşir.
Mişar
Mişar və ya bıçqı— müxtəlif: taxta, metal, daş və sairə materialların kəsilməsi üçün nəzərədə tutulmuş kəsici dişli alət. Adətən mişar, tiyəsində dişləri olan metal lövhə formasında olur. Əl və mexaniki mişarlar olur.
Mişa
Mişa — ad. Mişa Büluri — Almaniya azərbaycanlılarından olan sənətçi, rəssam və şair. Mişa Blek — yəhudi-ingilis dizayner və arxitektor. Mişa Kross — Polşa pornoaktrisası. Mişa Kollins — Amerikalı aktyor.
Şərif İsaq oğlu Abdullayev
Mişar (dəqiqləşdirmə)
Mişar — alət. Mişar — filmlər seriyası. Mişar — 2004-cü ildə yaymlanan film. Mişar 2 — 2005-ci ildə yaymlanan film. Mişar 3 — 2006-cı ildə yaymlanan film. Mişar 4 — 2007-ci ildə yaymlanan film. Mişar 5 — 2008-ci ildə yaymlanan film. Mişar 6 — 2009-cu ildə yaymlanan film. Mişar 3D — 2010-cu ildə yaymlanan film. Mişar 8 — 2017-ci ildə yaymlanan film.
Nişaq (Miyanə)
Nişaq (fars. نشق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 460 nəfər yaşayır (110 ailə).
Mişa Blek
Mişa Blek - yəhudi-ingilis dizayner və arxitektor. Mişa Blek 1910-cu ildə Bakıda yəhudi mülkədar ailəsində anadan olub. 1912-ci ildə ailəsi ilə İngiltərəyə köçüb. Təhsilinin az olmasına baxmayaraq innovativliyi ilə seçilən 1930-cu illərdə məşhurlaşmağa başlayıb. 1933-cü ildə Beynəlxalq Sənətkarlar Assosiasiyasını quran Mişa, həm də 1943-cü ildə Design Research Unit adlı bir şirkət qurdu. 1959-1979-cu illər arası Kraliyyət Sənət Kollecində professor olmuşdur. 1959-1961-ci illər arası Beynəlxalq Sənaye Dizaynı Birlikləri Assosiasiyasının prezidentliyini etmişdir. 1972-ci ildə cəngavər elan olunmuşdur. Mişa Blek Vestminster küçə nişanlarının dizaynı ilə məşhurdur. Həmçinin 1958-ci il və 1961-ci illərdəki Britiş Reyl şirkəti üçün hazırladığı qatar dizaynları hələ də istifadə olunur.
Mişa Büluri
Mişa Büluri (alm. Misha Bolourie‎; 1948, Təbriz) — Almaniya azərbaycanlılarından olan sənətçi, rəssam və şair. Mişa Büluri Təbrizdə anadan olub. 1964-cü ildən 1966-cı ilə qədər Təbriz İncəsənət Məktəbində və sonra Tehran İncəsənət Akademiyasında təhsil alıb. 1979-cu il İran İslam İnqilabından sonra Almaniyaya mühacirət edib.
Mişa Kollins
Mişa Kollins (20 avqust 1974, Boston, Massaçusets) — Amerikalı aktyor. 2002-ci ildə hələ litseydə oxuyarkən sevdiyi qız yazıçı Viltoriya Vantok ilə evlənib və hazırda 2 uşağı var. Bu gündə davam etməkdə olan Fövqəltəbii serialında Kastiel rolunu canlandırır. Serialdakı tərəf müqavilləri olan Censen Ekls və Cared Padaleki ilə yaxın dostdur.
Mişa Kross
Mişa Kross (ing. Misha Cross; 27 noyabr 1989, Varşava) — Polşa pornoaktrisası.
Mişa Titiyev
Mişa Titiyev (ing. Mischa Titiev; 1901, Kremençuk, Poltava quberniyası[d] – 1978) – rus əsilli ABŞ antropoloqu. Kremençuq şəhərində doğulmuş, 1907-ci ildə ailəsi ilə birlikdə ABŞ-nin Boston şəhərinə köçmüşdür. Titiyev Harvard Universitetində təhsili alaraq 1923-cü ildə bakalavr dərəcəsi, 1924-cü ildə ingilis ədəbiyyatı üzrə magistr dərəcəsi, 1935-ci ildə antropologiya üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. O, 1935-36-cı illərdə ABŞ Milli Park Xidməti üçün köməkçi muzey kuratoru və gənc arxeoloq olaraq işləmişdir. 1936-cı ildə Miçiqan Universitetində işləməyə başlamış, 1951-ci ildə universitetin professoru olmuşdur. İkinci dünya müharibəsi zamanı Strateji Servis Ofisi üçün işləmişdir. 1954-cü ildə Fulbrayt təqaüdü əsasında Avstraliya Milli Universitetinin professoru olmuşdur. Təhsil sahəsindən təqaüdə çıxdıqdan sonra Miçiqan Universitetinin emerit professoru adına layiq görülmüşdür. Titiyevin əsas akademik maraqları hopilərin etnologiyası, Yaponiya və Peruda yaşayan yaponların sosial təşkilatlanması, Çilidə yaşayan araukanların etnologiyası olmuşdur.
Mişa Anastasieviç
Mişa Anastasieviç (serb. Миша Анастасијевић;24 fevral 1803, Doni-Milanovas[d], Belqrad paşalığı, Osmanlı imperiyası – 27 yanvar 1885, Buxarest, Rumıniya Krallığı[d]) — Serb taciri, vətənpərvər və xeyriyyəçi, 19-cu əsrdə Serbiyanın ən zəngin insanlarından biri, siyasətçi. O, eyni zamanda Dunay Kapitanı idi və Şahzadə Miloşdan əhəmiyyətli faydalar əldə etdi. Anastasijević Serbiyada ilk ictimai xeyirxah və Belqrad burjuaziyası üçün müxtəlif topların təşkilatçısı idi. O, həm də xeyriyyəçi idi. Poreç şəhərində anadan olub. Atası Anastas torpaq sahibi və kiçik tacir, anası Ruja isə evdar qadın idi. Atasının ölümündən sonra ona ögey anası baxıb. Onunla birlikdə Birinci Serb üsyanı və Serb İnqilabı zamanı iki dəfə Avstriyaya qaçdı. 11 yaşında oxuyub yaza bildiyi üçün doğma şəhərində müəllim olub.
Hisar
Hisar (Bükan)
Lisar
Lisar — İranın Gilan ostanında yerləşən şəhər. Lisar əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 2,599 nəfər yaşayır (679 ailə).
Maraq
== Maraq nədir? == Maraq – fərdin xüsusi cəhd göstərmədən öz istəyi ilə, zövq alaraq bir işə yönəlməsidir. Maraqlar insanın idrak təlabatlarının emosional təzahürləridir.Onların təmin olunması biliklərdəki çatışmamazlıqları aradan qaldırmağa, onları anlamağa, onlarla tanış olmağa kömək edir. Marağı bir insanın özü və çevrəsi tərəfindən təsdiq olunan davranışları kimi də qəbul etmək olar. Yəni maraq daxili və xarici təsirlə formalaşır. Bir işə sevgi ilə müəyyən müddət bağlanma da maraqdır. Kitab, futbol, musiqi və s. də bu maraqlara daxildir. Maraqlar bir çox səbəbdən asılı olaraq fərddən fərdə dəyişir. Şəxsin içində olduğu dairə, cinsiyyət, yaş, zəka, fiziki imkanlar, başqa bir çox qabiliyyətlər, sosial mühit, ailə mühiti və mədəni faktorlar və s.
Masal
Masal — İranın Gilan ostanında yerləşən şəhər. Masal əhalisinin əksəriyyətini talışlar təşkil edir. Bu şəhərin əhalisi talış olduqları üçün talış dilində danışırlar. Masal, "Mazal" və ya "Məzal" sözünün transliterasiya edilmiş formasıdır. Təpəlik və ya dağlıq mənasındadır.
Masao
Masao — ad. Masao Uçino — Yaponiya futbolçusu.
Melaq
Melaq (fr. Mélagues, oks. Melagas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kamares kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12143. Kommuna təxminən Parisdən 580 km cənubda, Tuluza şəhərindən 130 km şərqdə, Rodezdən isə 80 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 66 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 40 nəfər (15-64 yaş arasında) 28 nəfər iqtisadi cəhətdən, 12 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.0%, 1999-cu ildə 60.0%).
Mesaj
İsmarış —virtual aləmində sözlə və ya yazıylə göndərilən məlumat, ya da xəbər növü.
Mican
Mican — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd. Ləğv edildikdən sonra ərazisi İsmayıllı şəhərinə qatılmışdır. Rayon mərkəzindən 1 km şimal qərbdə, İsmayıllı-Qəbələ avtomobil yolunun kənarında, Qovdağ silsiləsinin cənub ətəyində yerləşir. Əhalisi əsasən əkinçilik, tütünçülük və heyvandarlıqla məşğul olur. Vaxtı ilə kənddə heyvandarlıq və quşçuluq kompleksləri fəaliyyət göstərirdilər. Hal-hazırda Micanda orta məktəb, klub və kitabxana fəaliyyət göstərir. 13 dekabr 2011-ci ildə Mican kənd inzibati ərazi dairəsi tərkibindəki Mican kəndi ləğv edilərək Dövlət reyestrindən çıxarılmışdır. Ləğvindən sonra kəndə aid olmuş 11.70 km² təşkil edən ərazisi bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, İsmayıllı şəhər inzibati ərazi dairəsi tərkibindəki İsmayıllı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. 1859–1864-cü ilə olan məlumata əsasən Mican kəndində 68 evdə 201 nəfəri kişilər, 179 nəfəri isə qadınlar olmaqla 380 nəfər şiə təriqətli müsəlman Azərbaycan tatarı yaşayırdı. Əhalisi 3090 nəfərdir ki onunda 1501 nəfəri kişi, 1589 nəfəri qadındır.
Midas
Midas — E.ə. 738-696-cı illərdə Frigiya çarı. Yunan əfsanəsinə görə, Midasa, Dionisi tərəfindən toxunduğu hər şeyi qızıla çevirmək qabiliyyəti bəxş edilmişdi. Qədim mifə görə, kobud və özündənrazı Midas Apollon və Pan arasında musiqi yarışmasında qələbəni sonuncuya vermişdi (buradan da "midas məhkəməsi" - "nadan (cahil) məhkəməsi" ifadəsi yaranmışdır); bu əməlinə görə Apollon Midası eşşək qulaqlı etmişdi(buradan isə "Midasın qulaqları" ifadəsi yaranmışdır). БСЭ.səh.799.
Milad
Milad bayramı (ivr. ‏חג המולד‏‎, yun. Χριστούγεννα, ing. Christmas, rus. Рождество Христово) — hər il İsanın doğulmasının qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayram. Xristian təqviminin mərkəzində dayanan bu bayram advent və ya milad orucu ilə başlayır və Milad mövsümünü başladır ki, bu da Qərbdə on iki gün davam etməklə On ikinci gecə ayinləri ilə tamamlanır. Müasir dövrdə Milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində qeyd olunur, həmçinin, bir çox qeyri-xristian xalqlar da bu bayramı qeyd edirlər. Baxmayaraq ki, müasir tarixçilər İsanın doğulması hadisəsinin e.ə. 7 və ya 2-ci illər arasında baş verdiyini deyirlər, bu hadisənin ay və gün tarixi dəqiq bilinmir. Onun doğulması haqqında dörd Kanonik İncildən yalnız ikisində məlumat verilir.