Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cotoneaster morulus
Tünd rəngli dovşanalması (lat. Cotoneaster morulus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Zaqafqaziya, Dağıstan, şimali-şərqi Azərbaycan, Gürcüstan, şimali Ermənistan, şimali-şərqi Türkiyədə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 50-125 sm, şaxələnmiş budaqları olan koldur. Cavan zoğları tünd qırmızı, parlaq çox qısa, yapışqan tükcüklərlə örtülmüşdür. Yarpaqları nazik, dərivari, üstü açıq, sarımtıl-yaşıl, tutqun, çılpaq və ya orta damarcığın ətrafında seyrək tükcüklü, alt tərəfi açıq, yaşılımtıl-bozumtul, nazik tükcüklü, uzunluğu 11,5-20 mm-dək və eni 8,5-16 mm, bünövrəsi qeyri-bərabərdir. Saplaqların uzunluğu (1,5) 2-3 mm, nazik tükcüklərlə örtülmüşdür. Çiçəklərin uzunluğu 18-30 mm-dır. Çiçək qrupu düz dayanan, möhkəm, qısa, uzunluğu 8-16 mm, 3-6 (8) çiçəkli, 1-3 çiçəkli yarımçətirlərdən ibarətdir. Çiçək saplağının uzunluğu 1-1,5 (2) mm, boz tükcüklüdür.
Axım modulu
Elastiklik modulu
Elastiklik və ya Yunq modulu materialın dartılmada elastiki deformasiyaya zamanı göstərdiyi müqaviməti xarakterizə edir. O, ingilis fiziki Tomas Yunqun şərəfinə adlandırılmışdır. Dinamik proseslərdə Yunq modulu mühit və prosesin funksionalı kimi baxılır. Yunq modulu aşağıdakı kimi ifadə olunur: E = F / S x / l = F l S x , {\displaystyle E={\frac {F/S}{x/l}}={\frac {Fl}{Sx}},} burada: E —elastiklik moduludur, Paskalla ölçülür, F — təsir edən qüvvədir, Nyutonla ölçülür, S — qüvvənin təsir etdiyi sahədir, l — deformasiya olunan çubuğun uzunluğudur, x — elastiki deformasiya nəticəsində çubuğun dəyişmə moduludur. Düsturdan göründüyü kimi Yunq modulu materialın Elastiklik modulunu ifadə edir. Bu modul xətti elastiki deformasiya olunan materialda gərginlik və uzanma arasındakı münasibəti təsvir edən material göstəricisidir. Materialın deformasiyaya qarşı müqaviməti böyük olduqca onun elastiklik modulu (Yunq modulu) da böyük olur. Yəni ki, yüksək elastiklik moduluna malik material (polad) daha sərt, aşağı elastiklik moduluna material isə (rezin) elastiki olur. Elastiklik modulu Huk qanununda mütənasiblik əmsalı kimi istifadə olunur. Kristal materiallarda E-modulu istiqamətdən asılıdır və elastiki sabitlərdən ibarət elastiklik tenzoru ilə təsvir olunmalıdır.
Komanda modulu
Komanda modulu kosmik gəminin vacib hissələrindən biridir. Adından da göründüyü kimi, astronavtlar tərəfindən komandanlıq missiyasının yerinə yetirildiyi hissədir. Bura həm də astronavtların kosmik gəmilərdə vaxtlarının çox hissəsini keçirdikləri yerdir. Misal üçün; Apollon kosmik gəmisindəki Komanda Modulu 3 hissədən ibarətdir: yuxarı hissə, alt hissə və heyət hissəsi. Yuxarı hissədə bir-birinə kilidləmə mexanizmi (Apollon ay modulu ilə bir-birinə bağlanmanı təmin edir) və 2 reaktiv mühərrik; aşağı hissədə, qalxma zamanı baş verən sarsıntıyı aradan qaldırmaq üçün nəzərdə tutulmuş cihaz və 10 mühərrik; Heyət hissəsində isə nəzarəti təmin edəcək cihazlar və göstəricilər mövcuddur. Komanda modulu işə buraxılma zamanı yuxarı hissədə yerləşdiyi üçün aerodinamik formadadır. Atmosferə yenidən daxil olarkən sürtünmə nəticəsində əmələ gələn istiliyin daha geniş bir səthə paylanması və enişin asanlaşdırılması üçün komanda modulunun aşağı hissəsi daha geniş formada hazırlanmışdır. İfrat qızışmanın yaratmış olduğu problemləri aradan qaldırmaq üçün üst hissəsi istilik dəf edicilər ilə örtülmüşdür.
Xidmət modulu
Xidmət modulu kosmik gəmiyə lazım olan yanacaq, mühərriklər üçün lazım olan helium, yanacaq hücrələri və astronavtlar üçün lazım olan oksigenin olduğu və s. şeyləri özündə saxlayan hissədir. Misal üçün; Apollo Spacecraftda Xidmət Modulunda bir mühərrik yerləşdirilmişdir. Bu mühərrik 2 dəfə işə düşərək birində Ayın orbitinə girilməsinə, digərində isə Ayın orbitindən çıxaraq Yerə qayıtmağa imkan yaratmışdır. Modulun qalan hissəsi anbarlardan ibarətdir. Bunlar; yanacaq ambarları, mühərriklərə lazımi təzyiqi təmin etmək üçün heliumun olduğu hücrələr, yanacaq hücrələrini işlədəcək və astronavtların nəfəs alması üçün lazım olan oksigenin olduğu anbarlar və hidrogen anbarlarıdır. Xidmət modulu atmosferə yenidən daxil olan zaman tərk edilir, buna görə də istilik dəf edicisi ilə örtülmür.
Apollon ay modulu
Ay modulu və ya Ay hörümçəyi — Aya enmək üçün istifadə olunan kosmik gəminin hissələrindən biridir. Apollon proqramı üçün Grumman şirkəti tərəfindən istehsal edilmişdir. Əvvəlcə Apollon 11-də və daha sonra digər Apollon missiyalarında uğurla istifadə edilərək Aya endirilmişdir. Eniş mərhələsi və çıxış mərhələsi olaraq 2 mərhələdən ibarət olan Ay modulunun digər adı "Ay hörümçəyi"dir. Eniş mərhələsi: Aya enməni təmin edən və gücü azaldıla bilən bir ədəd raket mühərrikindən, yanacaq çənlərindən və elmi tədqiqatlar üçün istifadə edilən alətlərin olduğu bir hissədən ibarətdir. Çıxış mərhələsi: Briqadanın yerləşəcəyi, rabitəni təmin edən avadanlıq, idarəetmə və nəzarət sistemlərinin, qalxma mühərriki və lazımi yanacaq çəninin yerləşdiyi hissədir. Ay modulu yalnız Ayın ətrafında və onun səthində fəaliyyət göstərir. Atmosferlə təmasda olmur, onu əhatə edən adapterin içərisindədir. Buna görə də aerodinamik formada dizayn edilməmişdir. Adından da göründüyü kimi hörümçək formasında olan quruluşa malikdir.
Apollon komanda modulu
Komanda modulu kosmik gəminin vacib hissələrindən biridir. Adından da göründüyü kimi, astronavtlar tərəfindən komandanlıq missiyasının yerinə yetirildiyi hissədir. Bura həm də astronavtların kosmik gəmilərdə vaxtlarının çox hissəsini keçirdikləri yerdir. Misal üçün; Apollon kosmik gəmisindəki Komanda Modulu 3 hissədən ibarətdir: yuxarı hissə, alt hissə və heyət hissəsi. Yuxarı hissədə bir-birinə kilidləmə mexanizmi (Apollon ay modulu ilə bir-birinə bağlanmanı təmin edir) və 2 reaktiv mühərrik; aşağı hissədə, qalxma zamanı baş verən sarsıntıyı aradan qaldırmaq üçün nəzərdə tutulmuş cihaz və 10 mühərrik; Heyət hissəsində isə nəzarəti təmin edəcək cihazlar və göstəricilər mövcuddur. Komanda modulu işə buraxılma zamanı yuxarı hissədə yerləşdiyi üçün aerodinamik formadadır. Atmosferə yenidən daxil olarkən sürtünmə nəticəsində əmələ gələn istiliyin daha geniş bir səthə paylanması və enişin asanlaşdırılması üçün komanda modulunun aşağı hissəsi daha geniş formada hazırlanmışdır. İfrat qızışmanın yaratmış olduğu problemləri aradan qaldırmaq üçün üst hissəsi istilik dəf edicilər ilə örtülmüşdür.
Apollon xidmət modulu
Xidmət modulu kosmik gəmiyə lazım olan yanacaq, mühərriklər üçün lazım olan helium, yanacaq hücrələri və astronavtlar üçün lazım olan oksigenin olduğu və s. şeyləri özündə saxlayan hissədir. Misal üçün; Apollo Spacecraftda Xidmət Modulunda bir mühərrik yerləşdirilmişdir. Bu mühərrik 2 dəfə işə düşərək birində Ayın orbitinə girilməsinə, digərində isə Ayın orbitindən çıxaraq Yerə qayıtmağa imkan yaratmışdır. Modulun qalan hissəsi anbarlardan ibarətdir. Bunlar; yanacaq ambarları, mühərriklərə lazımi təzyiqi təmin etmək üçün heliumun olduğu hücrələr, yanacaq hücrələrini işlədəcək və astronavtların nəfəs alması üçün lazım olan oksigenin olduğu anbarlar və hidrogen anbarlarıdır. Xidmət modulu atmosferə yenidən daxil olan zaman tərk edilir, buna görə də istilik dəf edicisi ilə örtülmür.
Mimulus
Mimulus - latıncadan "təlxək, fokusçu" kimi tərcümə olunur.Bitki ona görə bu cür adlandırılmışdır ki,gülləri müxtəlif xallı rənglərə malikdir.Hibrid mimulus (M.x.hybrids) xallı mimulusun və sarı mimulyusun çarpazlaşdırılması nəticəsində alınmışdır.Bitkinin hündürlüyü 25 sm-dək çatır,çiçəklərin rəngi qırmızı-qəhvəyi,xallı,ağ-qırmızı ya da çəhrayı xallı,çəhrayı-qırmızı xallı olur.Hibrid mimulyusdan əlavə,gülçülükdə onun digər növlərindən: uzun çiçək saplağında qırmızı güllü mimulus (M.cardinalis),salxımlara yığılmış sarı güllü mimulusdan (M.lutens) istifadə olunur.Mimulus toxumla çoxaldılır.Toxumları 15x25 sm sxemi üzrə cərgə ilə əkilir.Mimulus tək əkilməyə yararsızdır.Bu bitki eyvanlarda,ofis interyerlərinin qarşısında qablarda əkilir və dibçək bitkisi kimi istifadə olunur. Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016.
Populus
Qovaq (lat. Populus) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi.
Opulus
Başınağacı (lat. Viburnum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda yabanı halda 3 növü yayılıb, təbabətdə adi başınağacı (lat. Viburnum opulus) istifadə edilir. Adi başınağacı – yaşıltəhər, qonur – boz rəngdə qabıqlı gövdəyə malik koldur. Qarşı-qarşıya düzülmüş, yumurtaşəkilli, kənarı iri dişli yarpaqları vardır. Çiçəkləri ağdır, çətir formada yerləşir. Al qırmızı rəngli yumurtavari – girdə formada bir çəyirdəkli yeməli meyvələri var. Bitki may – iyun aylarında çiçəkləyir, meyvələri avqust – sentyabrda yetişir. Başınağacı Azərbaycanda Böyük və Kiçik Qafaqzın meşəliklərində və Talışda – ovalıqdan başlayaraq orta dağ qurşağına kimi geniş yayılıb.
Modul
Modul (ing. module, ru. модуль) - proqramlaşdırmada: müəyyən məsələni yerinə yetirən və ya spesifik mücərrəd verilənlər tipini təsvir edən altproqramlar və verilənlər strukturlarının toplusu. Modullar, adətən, iki hissədən ibarət olur: sabitlər, verilən tiplərindən, dəyişənlərdən və digər modullara vəya altproqramlara müraciət edən altproqramlar özündə saxlayan interfeysdən və modulun məzmunundan – modulun altproqramlarının ilkin mətnlərindən ibarət olan lokal (yalnız bu modulda əlçatan olan informasiya) hissədən ibarət olur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Modullu layihələndirmə
Modullu layihələndirmə (ing. modular design, ru. модульное проектирование) - aparat və ya proqram təminatının layihələndirilməsində: layihənin, hər biri ayrıca olaraq işlənib hazırlana, yoxlanıla, başa çatdırıla və son məhsul (proqram) halında birləşdirilə bilən kiçik bloklara və ya modullara ayrılması üsulu. Hər bir blok xüsusi məsələnin yerinə yetirilməsi, yaxud xüsusi fəaliyyət üçün hazırlanır və beləliklə başqa proqramlarda istifadə oluna biləcək modullar “kitabxana”sının bir hissəsi ola bilər. Məsələn, modullardan biri ekranda pəncərənin içərisində kursorun yerini dəyişən komandalardan ibarət ola bilər və bu modul əvvəlcədən proqramın başqa bölmələri ilə də işləyə bilən avtonom blok kimi hazırlandığından, həmin moduldan başqa proqramlarda da istifadə etməklə proqramların işlənib hazırlanma və testlənmə vaxtına qənaət etmək olar. Baxmayaraq ki, layihəçi hər bir modula, proqramın digər hissələri ilə işləmək üçün gərəkli vasitələr qoymalıdır, modullu layihələşdirmənin bir neçə dəyərli üstünlükləri vardır: bir böyük blokla işləməkdənsə, kiçik blokların sınaqdan keçirilməsi və sazlanması daha asandır; layihənin ayrı-ayrı hissələri eyni zamanda işlənib hazırlana bilər; modullar aydın və dəqiq sənədləşmənin olmasını nəzərdə tutur (daha doğrusu, tələb edir); bir mürəkkəb proqrama yerləşdirilmiş və ya səpələnmiş komponentlərdənsə, modullar daha asanca genişləndirilə və ya dəyişdirilə bilər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Modullu proqramlaşdırma
Modullu proqramlaşdırma (ing. modular programming, ru. модульное программирование) - proqramın bir-birindən asılı olmadan kompilyasiya olunan modullara ayrılmasından ibarət proqramlaşdırma üsulu. Hər bir modul müəyyən elementləri (sabitləri, verilən tiplərini, dəyişənləri, funksiyaları, prosedurları) dışarı daşıyır (eksport edir); başqa elementlər isə öz daxilində qalır. Başqa modullar yalnız dışarı daşınan elementlərdən istifadə edə bilər. Modullar proqramın əsas hissələri arasındakı qarşılıqlı əlaqəni müəyyənləşdirir və tənzimləyir və bununla da proqramçıların səylərini asanlaşdırır və proqramlaşdırma prosesini etibarlı edir. Modullu proqramlaşdırma obyekt-yönlü proqramlaşdırmanın sələfidir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Populus alba
Ağcaqovaq (lat. Populus alba) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. Qafqazda geniş yayılıb, ilk dəfə Qızılyardan təsvir edilib. Əlverişli bitmə şəraitində boyu 35 m-ə, gövdəsinin diametri 3 m-ə çatan böyük ağacdır. Ağyarpaq qovaq ağ qovaqla titrəkyarpaq qovaqın hibrididir. Ağyarpaq qovaq enli çətirli, qollu-budaqlı ağac olmaqla Kürqırağı meşələrdə edifikator mövqe tutur. Budaqlarının qabığı ağ və ya bozumtul ağ rəngli, hamardır. Yaşlı gövdəsinin qabığı qeyri-bərabər çatlıdır. Təzə zoğları ağ keçə tükcüklüdür və sonralar tükcükləri tökülür. Qısalmış zoğlarının yarpaqları enli yumurtavari, dəyirmi və üçbucağa oxşar yumurtavaridir.
Populus angustifolia
Populus angustifolia (lat. Populus angustifolia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. Populus balsamifera var. angustifolia (E.James) S.Watson Populus × canadensis var. angustifolia (E.James) Wesm. Populus angustifolia var. coloradensis (Dode) Gombócz Populus coloradensis Dode Populus fortissima A.Nelson & J.F.Macbr.
Populus balsamifera
Balzam qovağı (lat. Populus balsamifera) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. Aigiros balsamifera (L.) Lunell Populus balsamifera f. typica C.K.Schneid.
Populus deltoides
Populus deltoides (lat. Populus deltoides) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. Populus deltoides subsp. deltoides Populus deltoides subsp. monilifera (Aiton) Eckenw. Populus deltoides subsp. wislizeni (S.Watson) Eckenw.
Populus fremontii
Populus fremontii (lat. Populus fremontii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. Populus × canadensis var. fremontii (S.Watson) Kuntze Populus deltoides var. fremontii (S.Watson) Cronquist Populus fremontii subsp. fremontii Populus fremontii subsp. mesetae Eckenw.
Populus gracilis
Populus grandidentata
Populus grandidentata (lat. Populus grandidentata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. Kanadanın qərbindən ABŞ-nin cənub-şərqinə qədər yayılmışdır. Populus tremula subsp. grandidentata (Michx.) Á.Löve & D.Löve Populus dentifolia Kirwan Populus grandidentata var. angustata Vict. Populus grandidentata f. coelestina Tidestr. Populus grandidentata f. meridionalis Tidestr.
Populus guzmanantlensis
Populus guzmanantlensis (lat. Populus guzmanantlensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü.
Populus heterophylla
Populus heterophylla (lat. Populus heterophylla) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. Aigiros heterophylos Raf. Populus argentea F.Michx. Populus athemse Foug. Populus × canadensis var. carolinensis Fiori Populus carolinensis Foug. Populus cordifolia Burgsd. Populus grandifolia Wesm. Populus heterophilla Foug.
Populus hyrcana
Ağcaqovaq (lat. Populus alba) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. Qafqazda geniş yayılıb, ilk dəfə Qızılyardan təsvir edilib. Əlverişli bitmə şəraitində boyu 35 m-ə, gövdəsinin diametri 3 m-ə çatan böyük ağacdır. Ağyarpaq qovaq ağ qovaqla titrəkyarpaq qovaqın hibrididir. Ağyarpaq qovaq enli çətirli, qollu-budaqlı ağac olmaqla Kürqırağı meşələrdə edifikator mövqe tutur. Budaqlarının qabığı ağ və ya bozumtul ağ rəngli, hamardır. Yaşlı gövdəsinin qabığı qeyri-bərabər çatlıdır. Təzə zoğları ağ keçə tükcüklüdür və sonralar tükcükləri tökülür. Qısalmış zoğlarının yarpaqları enli yumurtavari, dəyirmi və üçbucağa oxşar yumurtavaridir.
Populus ilicifolia
Populus ilicifolia (lat. Populus ilicifolia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. Celtis ilicifolia Engl. Balsamiflua ilicifolia (Engl.) Kimura Tsavo ilicifolia (Engl.) Jarm. Turanga ilicifolia (Engl.) Kimura Balsamiflua denhardtiorum (Engl.) Kimura Populus denhardtiorum Dode Populus euphratica subsp. denhardtiorum Engl.
Populus italica
Populus nigra
Qaraqovaq (lat. Populus nigra) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. Qafqaz Gürcüstan, Rusiyanın Avropa hissəsi, Qazaxıstan, Qərbi Avropa, Kiçik Asiya, İran və Şimali Amerikada təbii аrеаlı vаrdır. İri, hündürlüyü 25–30 m-ə çаtаn еnli çətirli аğаcdır. Budаqlаrı gövdəsindən аrаlı dаyаnır. Gövdələrinin qаbığı qаlın, tündbоz rəngdə, üzərində çаtlаr vаrdır. Zоğlаrı çılpаq və pаrlаqdır, silindir şəkildə, sаrı və yа sаrımtıl-bоzdur. Tumurcuqlаrı çılpаq və qоnurdur. Üzərində qatrаnlı, pаrlаq örtük vаrdır, bir qədər yаnа əyilmişdir. Yаrpаqlаrının uzunluğu 5-12 sm, еni 4-15 sm-dir.
Populus nivea