Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Monoqamiya
Monoqamiya — təkkəbinlilik; nikah və ailənin tarixi forması. == İnsanlar arasında monoqamiya == Monoqamiya ibtidai icma cəmiyyəti dağıldıqdan sonra qoşa nikahdan təşəkkül tapmışdır. Əmlakın kişiyə məxsus olması və varislərə keçməsi, qadının hüquqsuzluğu və s. monoqamiyanın xarakterik xüsusiyyətləri idi. == Heyvanlar arasında monoqamiya == Monoqamiya erkək və dişi cinslər arasında əlaqədir. Erkək fərd az, yaxud çox uzun müddətdə müəyyən bir dişi fərdlə çütləşir və adətən dişi ilə birgə nəsil qayğısına qalır. Leyləklərdə, qartallarda, qu quşlarında və s. təsadüf olunur. Bir mövsüm, yaxud ömür boyu davam edir. Vəhşi qazlarda monoqamiya bir mövsüm, bəzi ördəklərdə yuva quranadək, canavar, tülkü, qunduzda və s.
Heyvanlarda monoqamiya
Monoqamiya (heyvanlarda) — erkək və dişi cinslər arasında əlaqə; erkək fərd az, yaxud çox uzun müddətdə müəyyən bir dişi fərdlə çütləşir və adətən dişi ilə birgə nəsil qayğısına qalır. Leyləklərdə, qartallarda, qu quşlarında və. s. təsadüf olunur. Bir mövsüm, yaxud ömür boyu davam edir. Vəhşi qazlarda monoqamiya bir mövsüm, bəzi ördəklərdə yuva quranadək, canavar, tülkü, qunduzda və. s. adətən, bir mövsüm, meymunlarda isə bir neçə il davam edir.
Monofagiya
Monofagiya (q.yun. μόνος – tək; φαγεῖν – yemək) — heyvanların eyni qida hesabına qidalanmaya ixtisaslaşmasının son dərəcəsi. Əsasən, çoxlu növləri olan qruplarda, xüsusən həşəratlarda, bəzi qurdlarda, xərçəngkimilərdə və molyusklarda yayılmışdır. Onurğalılarda çox azdır. Monofagiya bitkiyeyən növlərə (məsələn, uzunburun böcəyin xırda forması yalnız buğda, iriləri isə qarğıdalı ilə qidalanır və s.), həmçinin heyvan parazitlərinə xasdır. Monofagiya bir sıra bərabəryağlı xərçənglər və qansoran parazitlər (gənələr, birələr) üçün də xarakterikdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Биологический энциклопедический словарь / глав. ред. М. С. Гиляров. — М.: Советская энциклопедия, 1986.
Monoqrafiya
Monoqrafiya – müasir ədəbiyyatşünaslığın əsas formalarından biridir. Monoqrafiyalar müəyyən mövzuya, problemə və ya ədəbi şəxsiyyətin, alimin yaradıcılığına həsr edilən elmi əsərdir. Elmi dərəcə almaq üçün yazılan namizədlik və doktorluq dissertasiyaları da monoqrafiyanın bir forması sayıla bilər.
Nizami Gəncəvi (Monoqrafiya)
Heydər Əliyev və klassik irs (monoqrafiya)
Heydər Əliyev siyasəti: tarix və müasirlik (monoqrafiya)