Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Muss
Muss – şəkərlə, meyvə və giləmeyvə ekstraktından termiki emal edilmiş "M" markalı manna yarmasının və limon turşularının qarışığından alınır. Quru muss bişirildikdən sonra çalınır ki, bu zaman xörəyin müvafiq köpükvari konsistensiyası alınır. Manna yarmasının zülalları köpükyaradıcı başlanğıc sayılır.
Lis Musse
Lis Musse (8 fevral 1996-cı ildə anadan olub) — Premyer liqa təmsilçilərindən olan Bornmut FK klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Musse həmçinin Fransanın U-20 komandasının üzvüdür. == Klub karyerası == === Havr === Lis Musse əvvəlcə yerli klublardan olan Sokense Qravill və Havr Kukriauvill klublarında çıxış etmişdir. 2006-cı ildə isə Havr klubunun akedemiyasına qoşulmuşdur. Əvvəlcə Havr klubunun ikinci dəstəsində çıxış etməyə başlayır və 14 qolla yadda qalır. 2014-cü ildə Havr klubunun əsas heyətində debüt edir və 34 oyuna 14 qol vurur. === Bornmut === Musse 30 iyun 2016-cı ildə €7.3 milyon qarşılığında Havr klubundan Bornmut FK klubuna transfer olmuşdur. == Milli karyerası == Musse Fransanın U-20 komandasında 2015-ci ildə debüt etmişdir.
Manovar Musso
Münəvvər Musso (ind. Manowar Musso; 12 avqust 1898 – 31 oktyabr 1948) — İndoneziya siyasi xadimi. == Həyatı == Paqu–Şərqi Yavada çox olan kiçik kəndlərdən biridir. Burada 1898-ci il avqustun 12-də Datarla Kasanaxın bir oğlu oldu və uşağın adını Münəvvər qoydular. Ailədə 7 uşaq var idi və valideynlər səhərdən axşama qədər işləməli olurdular. Datar da Paqunun əksər kəndliləri kimi saatlarla çəltik tarlasında dizə qədər su içində işləyirdi. Kasanaxın bütün gün boyu batikadan tikdiyi paltarı isə bəzən satmaq və ya bir şeylə dəyişmək mümkün olurdu. Paquda demək olar ki, hamı bu vəziyyətdə yaşayırdı. Münəvvər Musso kənd məktəbinə getməyə başlayır, bu isə kasıb İndoneziyalı ailəsindən çıxmış uşaq üçün heç də asan deyildi, lakin nüfuzedici nəzərlərə malik olan uşaq son dərəcə istedadlı idi və məktəbi qurtardıqdan sonra o şəhər müəllimlər seminariyasına girməyə müvəffəq olur. İndoneziyada dərslər holland dilində keçirilirdi; şagirdlərə bir təsir vasitəsi kimi əsasən xətkeşdən və karserdən istifadə olunurdu.
Mussa Seydi
Mussa Seydi (21 avqust 1996-cı ildə anadan olub) — Lüksemburq Milli Diviziya təmsilçilərindən olan Fola Eş klubunda hücumçu kimi çıxış edən peşəkar Seneqal futbolçusudur. Seydi 2014-cü ildə Seneqalın Genereyşn Fut akademiyasından Metz klubuna transfer olmuşdur. O, Liqa 1-də debütünü 21 sentyabr 2016-cı ildə Bordo klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Metz Bordoya 3-0 hesabı ilə məğlub olmuşdur. Seydi Seneqalın gənclər millilərində çıxış etmişdir. O, Seneqal U-23 millisi ilə 2015 Afrika Oyunlarında iştirak etmiş və turnirdə qələbə qolunun müəllifi olmuşdur.
Mussa Silla
Mussa Silla (25 noyabr 1999) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Silla Monako akademiyası vasitəsilə inkişaf etmişdir. O, 10 fevral 2017-ci ildə klub ilə 2020-ci ilin iyun ayına kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır. Silla peşəkar karyerasında debütünü 21 aprel 2018-ci ildə Genqam klubuna qarşı oyunda etmişdir. O, 63-cü dəqiqədə Adama Diakabini əvəz etmiş və komandası Liqa 1 görüşündə rəqibinə 3–1 hesabı ilə məğlub olmuşdur. O, peşəkar karyerasında ilk qolunu 6 may 2018-ci ildə Kann klubuna qarşı oyunda vurmuşdur. O, oyunda dublla yadda qalmış və komandası Liqa 1 görüşündə rəqibinə 2–1 hesabı ilə qalib gəlmişdir. Silla Fransada anadan olmuşdur. Valideynləri isə Mali vətəndaşlarıdır. Onun qardaşı Yakuba Silla Mali millisinin üzvüdür.
Mussa Sov
Mussa Sov (19 yanvar 1986) — futbolçu. Mussa sov 1986-cı ildə 19 yanvarda Seneqalın paytaxtı Dakarda anadan olmuşdur. Peşəkar karyerasina Rennes komandasında başlamışdır. Lill komandasinda parlayan seneqallı daha sonra Fenerbahçe klubuna keçmiş və karyerasinin ən parlaq illərini burada keçirmisdir. Hazırda futbolçu Al-Ahli komandasında çıxış edir.
Xuan Musso
Xuan Aqustin Musso (6 may 1994[…]) – İtaliya A Seriyasında çıxış edən Atalantanın argentinalı qapıçısı. Racinq Klubda ilk matçına 28 may 2017-ci ildə keçirilən Racinq Klub-San Lorenzo matçında çıxıb.Matç Racinq Klubun 2–1 hesablı qələbəsi ilə başa çatıb.11 iyul 2018-ci ildə Racinq Klubdan ayrıldı. 11 iyul 2018-ci ildə Udineze ilə müqavilə imzaladı.Udinezenin heyətində ilk matçına 28 oktyabr 2018-ci ildə keçirilən Cenoa-Udineze matçında çıxıb. Matçın 67-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. Matç 2–2 hesablı heç-heçə ilə bitib.2 iyul 2021-ci ildə Udinezedən ayrıldı. 2 iyul 2021-ci ildə Atalanta ilə 4 illik müqavilə imzaladı.Atalantanın heyətində ilk matçına 14 avqust 2021-ci ildə keçirilən Yuventus-Atalanta matçında çıxıb. Matça start heyətdən başlayan Xuan Musso 83-cü dəqiqədə əvəzlənib. Matç Yuventusun 3–1 hesablı qələbəsi ilə başa çatıb.
Mussa Diabi
Moussa Diaby (7 iyul 1999, XII arondisman (Paris)) —Bundesliqa klubu Bayer Leverkuzen və Fransa milli komandasında cinah hücumçusu kimi çıxış edən fransalı peşəkar futbolçudur . Diabi Paris Sen Jermenin akademiyasının yetirməsidi. O, 13 yaşında kluba qoşulub və 2017-ci ildə B komandasında oynamağa başlayıb. Diabi Paris Sen Jermen akademiyasının ən perspektivli və ən yaxşı istedadı olaraq 2016-cı ildə Titi d'Or mükafatına layiq görülüb. Diabi İtaliya A Seriyasının 2017-2018 mövsümünün ikinci yarısında Krotoneyə icarəyə verilib. Peşəkar debütünü 14 aprel 2018-ci ildə A Seriyasında Cenoa ilə matçda edib. O, səfərdə 1-0 hesabı ilə uduzduqları matçda 84-cü dəqiqədə Marçello Trottanı əvəz etdi. O, aprelin 18-də Yuventus ilə 1-1 heç-heçə etdikləri matçda Krotonenin heyətində daha bir matça çıxıb. 14 sentyabr 2018-ci ildə keçirilən "Sent-Etyen"ə qarşı matçda 86-cı dəqiqədə qol vurub. Matç PSJ-nin 4-0 hesablı qələbəsi ilə başa çatıb.
Münəvvər Musso
Münəvvər Musso (ind. Manowar Musso; 12 avqust 1898 – 31 oktyabr 1948) — İndoneziya siyasi xadimi. == Həyatı == Paqu–Şərqi Yavada çox olan kiçik kəndlərdən biridir. Burada 1898-ci il avqustun 12-də Datarla Kasanaxın bir oğlu oldu və uşağın adını Münəvvər qoydular. Ailədə 7 uşaq var idi və valideynlər səhərdən axşama qədər işləməli olurdular. Datar da Paqunun əksər kəndliləri kimi saatlarla çəltik tarlasında dizə qədər su içində işləyirdi. Kasanaxın bütün gün boyu batikadan tikdiyi paltarı isə bəzən satmaq və ya bir şeylə dəyişmək mümkün olurdu. Paquda demək olar ki, hamı bu vəziyyətdə yaşayırdı. Münəvvər Musso kənd məktəbinə getməyə başlayır, bu isə kasıb İndoneziyalı ailəsindən çıxmış uşaq üçün heç də asan deyildi, lakin nüfuzedici nəzərlərə malik olan uşaq son dərəcə istedadlı idi və məktəbi qurtardıqdan sonra o şəhər müəllimlər seminariyasına girməyə müvəffəq olur. İndoneziyada dərslər holland dilində keçirilirdi; şagirdlərə bir təsir vasitəsi kimi əsasən xətkeşdən və karserdən istifadə olunurdu.
Mussi (Val-d'Uaz)
Mussi (fr. Moussy) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Marin. Əhalisi — 113 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 45 km şimal-qərbdə, Serji belediyyənin 16 km şimal-qərbdə yerləşir.
Mussi (Val-d’Uaz)
Mussi (fr. Moussy) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Marin. Əhalisi — 113 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 45 km şimal-qərbdə, Serji belediyyənin 16 km şimal-qərbdə yerləşir.
Pyer Müsso
Pyer Müsso (8 sentyabr 1950) — Fransız filosofu və texnologiya tarixçisidir. Pyer Müsso elmi dərəcəsi almadan əvvəl Milli Poçt, Teleqraf və Telefon Məktəbi (ENSPTT), məktəbində fəlsəfə təhsili alıb. Paris 1 Panteon-Sorbonna Universitetində siyasət elmləri üzrə. Lucien Sfez tərəfindən idarə olunan onun dissertasiyası Henri Saint-Simon və onun ardıcıllarının düşüncəsində telekommunikasiya şəbəkəsinin idealından bəhs edirdi. Müsso daha sonra Milli Telekommunikasiya Mərkəzində (CNET) tədqiqat apardı və France Telecom-da bir neçə tədqiqat şöbəsinə rəhbərlik etdi. O, Paris 1-də müəllim oldu və bu gün Renn 2 Universitetində və Telekom Paris-də İnformasiya və Kommunikasiya Elmləri professorudur. Telekommunikasiya və Saint-Simondan sonrakı paradoksal fəlsəfə. Paris: Presses universitaires de France, 1997. Saint-Simon et le Saint-Simonisme. Paris: Presses universitaires de France, 1999.
Alfred de Müsse
Alfred de Müsse (fr. Alfred de Musset; d. 11 dekabr 1810, Paris, Fransa – ö. 2 may 1857, Paris, Fransa) — fransız yazıçısı, şairi, dramaturqu. Fransa Akademiyasının üzvü (1852). == Həyatı == Alfred de Müsse 11 dekabr 1810-cu ildə Fransanın Paris şəhərində anadan olmuşdur. Alfred de Müsse 2 may 1857-ci ildə Fransanın Paris şəhərində vəfat etmişdir. == Yaradıcılığı == Məşhur "Gecələr", "May", "Dekabr", "Avqust", "Oktyabr" (1835–1837) poemalarında tənhalıq və kədər motivləri güclüdür. Alfred de Müsse romantik teatrın yaradıcılarındandır. "Mariannanın şıltaqlığı" (1833), "Lorentsaçço" (1834), "Şamdan" (1835) dramları vardır.
Massa
Massa — İtaliyanın Toskana regionunda şəhər.
Messi
Lionel Andres Messi (24 iyun 1987[…], Rosario, Sante Fe əyaləti[d]) — Argentina futbolçusu. Argentina milli futbol komandasının heyətində çıxış edir. 2004–2021-ci illərdə İspaniyanın "Barselona" klubunda çıxış etmişdir. Hücumçu və hücumameyilli yarımmüdafiəçi mövqelərində oynayır. Messi hələ 21 yaşında olarkən 2009-cu ildə özünün ilk Qızıl topunu və FİFA Dünyada İlin Oyunçusu mükafatlarını qazanıb. Növbəti 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə də Messi FİFA Qızıl Top mükafatını qazanıb. Messi həmçinin 2010–11 mövsümündə UEFA Avropada Ən Yaxşı Oyunçu mükafatını əldə edib. 24 yaşında Messi "Barselona"nın indiyə qədər bütün turnirlərdə ən çox qol vuran oyunçusu olub.25 yaşında La Liqa oyunlarında 200 qol həddini keçən ən gənc oyunçu olub. Dünyada Cristano Ronaldo ilə birlikdə ən yaxşı oyunçu hesab edilən və futbolçular, məşqçilər və şərhçilər tərəfindən futbol tarixinin ən yaxşı oyunçularından biri kimi qiymətləndirilən Messi Qızıl top mükafatını altı dəfə qazanan ilk və hələlik yeganə futbolçudur, həmçinin Messi Avropada qızıl buts mükafatını 6 dəfə əldə edən ilk futbolçudur. Messi "Barselona"nın heyətində on dəfə İspaniya La Liqasının, altı dəfə İspaniya Kral Kubokunun, beş dəfə İspaniya Superkubokunun, dörd dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA Super Kubokunun və iki dəfə FİFA Klublararası Dünya Kubokunun qalibi olub.
Mursa
Mursa (lat. Luciobarbus mursa) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin luciobarbus cinsinə aid heyvan növü. Bədəni uzunsov, dəyirmi, alnı qabarıqdır, dodaqları yaxşı inkişaf etmiş ətlidir. Alt dodağı üçdilimlidir. Alnı qabarıqdır. Ənsənin gerisində beli düzdür. Bel üzgəcinin son şaxəsiz şüası xeyli yoğunlaşmış və çoxsaylı dişiciklərlə təchiz olunmuşdur. Quyruq üzgəci güclü şəkildə çökəklikdir. Cavanların bədənində bəzən xallar olur, yaşlılarda isə olmur. Bel üzgəcində 8, anal üzgəcində 5 şüa, yan xətt orqanında 87-97 pulcuq olur.
Musci
Yarpaqlı mamırlar (lat. Bryopsida) — mamırkimilər şöbəsinə aid bitki sinfi. Yarpaqlı mamırlar sinfi mamırların 95 %-ni əhatə edən böyük sinfidir. Bu sinfə demək olar ki, dünyanın hər yerində bitən 11500-ə yaxın növ daxildir. Əvvəllər Bryopsida qrupuna bütün mamırlar aid edilirdi. Hazırda bu, bir qədər məhdudlaşdırılıb.
Felipe Massa
Felipe Massa (port. Felipe Massa; 25 aprel 1981, San Paulo) — Braziliyalı yarış sürücüsü, Formula-1 pilotu, 2008 mövsümünün vitse çempionu.
Jessy Matador
Cessi Matador (27 oktyabr 1982, Konqo Demokratik Respublikası) - müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində Fransanı “Allez! Ola! Olé” mahnısı ilə təmsil etmişdir.
Kusəy (Baymak)
Kusəy (başq. Күсей, rus. Кусеево) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Kusəy kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 84 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 47 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar üstünlük təşkil edir. == Tanınmış şəxslər == Ziya Vayazitov - Sibay Dramaturq Teatrının aktrisası, Başqırdıstan Respublikasının Xalq artıstı. Abdullax İqebayev (1930—2016) - şair, Başqırdıstanın Xalq şairi.
Lionel Messi
Lionel Andres Messi (24 iyun 1987[…], Rosario, Sante Fe əyaləti[d]) — Argentina futbolçusu. Argentina milli futbol komandasının heyətində çıxış edir. 2004–2021-ci illərdə İspaniyanın "Barselona" klubunda çıxış etmişdir. Hücumçu və hücumameyilli yarımmüdafiəçi mövqelərində oynayır. Messi hələ 21 yaşında olarkən 2009-cu ildə özünün ilk Qızıl topunu və FİFA Dünyada İlin Oyunçusu mükafatlarını qazanıb. Növbəti 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə də Messi FİFA Qızıl Top mükafatını qazanıb. Messi həmçinin 2010–11 mövsümündə UEFA Avropada Ən Yaxşı Oyunçu mükafatını əldə edib. 24 yaşında Messi "Barselona"nın indiyə qədər bütün turnirlərdə ən çox qol vuran oyunçusu olub.25 yaşında La Liqa oyunlarında 200 qol həddini keçən ən gənc oyunçu olub. Dünyada Cristano Ronaldo ilə birlikdə ən yaxşı oyunçu hesab edilən və futbolçular, məşqçilər və şərhçilər tərəfindən futbol tarixinin ən yaxşı oyunçularından biri kimi qiymətləndirilən Messi Qızıl top mükafatını 8 dəfə qazanan ilk və hələlik yeganə futbolçudur, həmçinin Messi Avropada qızıl buts mükafatını 6 dəfə əldə edən ilk futbolçudur. Messi "Barselona"nın heyətində on dəfə İspaniya La Liqasının, altı dəfə İspaniya Kral Kubokunun, beş dəfə İspaniya Superkubokunun, dörd dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA Super Kubokunun və iki dəfə FİFA Klublararası Dünya Kubokunun qalibi olub.
Musson
Musson fransızcada (fr. mousson şəklini almışdır) — tropiklərdən ekvatora doğru hərəkət edən küləklər (yayda okeandan, qışda materikdən əsir). Belə külək tropik ərazilərə və mülayim qurşağın bir sıra dənizkənarı əraziləri (məsələn, Uzaq Şərq) üçün səciyyəvidir. Musson iqlimi yay dövründə yüksək nəmliklə xarakterizə edilir. Qış mussonu qurudan okeana doğru əsir. Musson iqlimi olan ərazilərdəki torpaqlarda qış quraq keçir. Mussonun dəyişməsi ilə əlaqədar olaraq eyni zamanda kəskin quru, az buludlu hava rütubətli, yağışlı hava ilə (və ya əksinə) əvəz olunur. Mussonlar troposferin, alt qatında baş verir və hava kütləsi atmosferin yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru axır. Quru Musson Məhəllin əhalisi üzərində atmosfer təzyiqi yüksək olan dövrdə, rütubətli Musson isə təzyiq alçaq olan dövrdə müşahidə olunur. Tropik mussonları ekvator depressiyasının il ərzində ekvator dan gah Şimal Yarımkürəsinə, gah da Cənub Yarımkürəsinə keçməsindən əmələ gəlir.
Muzey
Muzey (yun. μουσεῖον) — tarixi, maddi və mənəvi dəyərlərin saxlandığı, qorunduğu, öyrənildiyi müəssisə. Cənubi Azərbaycanca Əcaibxana (az-əbcəd. عجايبخانه‎‎) da adlanır. Muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinə sayılır. Muzey əslində elm, maarif müəssisəsidir. Ona sadəcə olaraq qiymətli əşyaların, maddi sərvətlərin saxlanc yeri kimi baxmaq düzgün deyildir. Muzeylər mahiyyətinə görə müxtəlif təmayüllü olurlar. Məsələn, dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq və s. Qoruq muzeylər adətən açıq havada olan xüsusi memarlıq üslubuna malik qeyri-adi tikililər, abidələr, bulaqlar, məqbərələr, məbədlər, qalalar sayılır.
Susay
Susay — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun Susay kəndi Alpan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Susay kənd Soveti yaradılmışdır. Yaşayış məntəqəsi Susayçayın adı ilə adlanmışdır. Yerli camaatın dediyinə görə, bu kəndin 4 min ildən çox yaşı vardır. Vaxtilə burada yaşayan qədim su, şu türk tayfası 7 para bir-birinə çox yaxın olan kiçik yaşayış məntəqələrində məskunlaşıblarmış. Sonralar bu 7 para kiçik kəndlərdəki su, şu tayfası müxtəlif həmlələrdən, hücumlardan, daşqınlardan və s.-dən qorunmaq üçün bir yerə yığışaraq bir kənddə - hazırkı Susay kəndində birlikdə yaşamağa, məskunlaşmağa üstünlük vermişlər. Kənd Quruçayın sahilində, Qusar maili düzənliyində yerləşir. 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Quba qəzası, Qusar şöbəsi, Susay kənd cəmiyyəti tərkibinə daxil olan Susay kəndində 80 evdə sünni etiqadlı müsəlman tatarlardan (azərbaycan türkləri) ibarət 787 nəfər (422 nəfəri kişilər, 365 nəfəri qadınlar) əhali yaşayırdı. Hazırda Susay kəndi 150 evdən və 276 təsərrüfatdan ibarətdir (2013). 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 123 nəfər əhali yaşayır.
Juss.
Antuan Loran de Jüsse (fr. Antoine-Laurent de Jussieu; 12 aprel 1748[…], Lion – 17 sentyabr 1836[…], Paris) — Fransız botaniki. Bitkilərin ilk təbii təsnifatının banisi (1789). Botanikaya fəsilə anlayışını daxil etmişdir.
Jak Russo
Jak Russo (fr. Jacques Rousseau; 1683, Cenevrə, Cenevrə kantonu – 1753, İsfahan) — cenevrəli saatsaz, Fransa krallığının Səfəvi sarayındakı diplomatı və Şah Sultan Hüseynin zərgəri. == Həyatı == 1683-cü ildə Cenevrədə dünyaya gəlmişdir. O, 1708-ci ildə Fransa kralı XIV Lüdovik tərəfindən Səfəvi imperiyasına diplomatik missiyanın tərkibində göndərilmişdir. O, Səfəvi imperiyasına gəldikdən sonra imperator Şah Sultan Hüseynin zərgəri olmuşdur. Bununla eyni zamanda onun əmisinin oğlu İsaak Russo da İstanbulda Osmanlı imperatoru III Əhmədin (1705–1711) zərgər və saatsazı olaraq çalışmaqda idi. İsaak Russo tanınmış fransalı filosof və maarifçi Jan Jak Russonun atasıdır. Jak Russo Reine de l’Estoile ilə evlənmiş və onların Jan-François Russo adlı oğulları 1738-ci ildə İsfahanda dünyaya gəlmişdir. Atası kimi Jan-François Russo da Fransanın bölgədəki diplomatı kimi çalışmış və İranlı Russo kimi tanınmışdır. Onun oğlu Jan-Babtist Russo da Fransanın ilk şərqşünaslarından biri olmuşdur.
Luciobarbus mursa
Mursa (lat. Luciobarbus mursa) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin luciobarbus cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Bədəni uzunsov, dəyirmi, alnı qabarıqdır, dodaqları yaxşı inkişaf etmiş ətlidir. Alt dodağı üçdilimlidir. Alnı qabarıqdır. Ənsənin gerisində beli düzdür. Bel üzgəcinin son şaxəsiz şüası xeyli yoğunlaşmış və çoxsaylı dişiciklərlə təchiz olunmuşdur. Quyruq üzgəci güclü şəkildə çökəklikdir. Cavanların bədənində bəzən xallar olur, yaşlılarda isə olmur. Bel üzgəcində 8, anal üzgəcində 5 şüa, yan xətt orqanında 87-97 pulcuq olur.
Luk Russe
Luk Kameron Russe (7 sentyabr 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Bristol Rovers klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Karyerası == === Bristol Rovers === Russe öz karyerasına Bristol Rovers klubunun U-10 gənclər akademiyasında start vermişdir. 2017-ci ilin iyul ayında o, Portuqaliyada keçirilən mövsüm öncəsi məşqlərdə iştirak etmək üçün əsas komandaya çağırılmışdır. O, öz peşəkar karyerasında debütünü 29 avqust 2017-ci ildə Uikomb Uonderers klubuna qarşı EFL Trofi görüşündə etmişdir. O, 71-ci dəqiqədə Biron Muru əvəz etmiş və komandası 5–1 hesabı ilə qalib gəlmişdir. 31 oktyabrda Russe turnirdə Vest Hem Yunayted U-23 klubuna qarşı oyunda 90 dəqiqə meydanda mübarizə aparmış və komandası rəqibinə 3–1 hesabı ilə məğlub olmuşdur.
Massa Marittima
Massa Marittima — İtaliyanın Toskana regionunda şəhər.
Büsse
Byusse (fr. Busset) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-syur-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03045. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 849 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 547 yaşda olan (15-64 yaş arasında) 422 nəfər iqtisadi fəal, 125 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 77.1%, 1999-cu ildə 71.3%). Fəal olan 422 nəfərdən 391 nəfəri (215 kişi və 176 qadın), 31 nəfəri işsizdir (17 kişi və 14 qadın). 125 hərəkətsiz 34 nəfər arasında şagird və ya tələbə, 50 nəfər təqaüdçü, 41 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Kuşşi
Kuşşi (クッシー, Kusshī) – Hokkaydonun Kuşşaro gölündə yaşadığına inanılan göl bədheybəti. Bədheybətin adı Şotlandiyanın Lox Ness gölündə yaşadığı iddia edilən Nessi bədheybətindən qaynaqlanır. 2009-cu ildə britaniyalı kriptozooloq Karl Şuker gecəyarısı üzən bir insanı öldürən göl bədheybətindən bəhs edən əfsanəyə istinad etmişdi.
Küsse
Küsse (fr. Cusset) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şimali Küsse kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03095. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 13 286 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 8140 əmək qabiliyyətli insan (15-64 yaş arasında) arasında 5463 nəfər iqtisadi cəhətdən fəal, 2677 nəfər hərəkətsiz (fəaliyyət göstərici 67,1%, 1999-cu ildə 70.0%) olmuşdur. Fəaliyyət göstərən 5463 nəfərdən 4695 nəfər (2433 kişi və 2262 qadın), 768 nəfər işsiz (344 kişi və 424 qadın) idi. Aktiv olmayan 2677 nəfər arasında 891 nəfər şagird və ya tələbə, 966 nəfər təqaüdçü, 820 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Müşir
Müşir (Osmanlı dili: مشير), Osmanlı imperiyasının son dövrü ilə Türkiyə Respublikasının ilk illərində istifadə edilən, müasir rütbələr arasında ən yüksək hərbi rütbə olan marşal hərbi rütbəsinə bərabərdir. 1826-cı ildə Yeniçəri Ocağı ləğv edildikdən sonra hərbi rütbə oldu. Məlum olan ilk müşir Əhməd Fevzi Paşa 25 iyun 1832-ci ildə Mabeyn Müşaviri rütbəsini almışdır. 1833-cü ildə kürəkən gürcü Xəlil Rüfət Paşa ilk Topxana müşiri olmuşdur. Tənzimat islahatları dövründən İlk Konstitusiya Dövrünə qədər Osmanlı ordusunda müşirlərin sayı 19-u keçmədi. II Əbdülhəmidin dövründə 24-ə yüksəldi, sonra İttihad və Tərəqqi tərəfindən həyata keçirilmiş hərbi tənzimləmə və ləğv etmələr nəticəsində yeddiyə endirilmişdir. Birinci Dünya müharibəsi başlayanda Osmanlı ordusunda ümumiyyətlə müşir yox idi.
Qüssə
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Kuşıy (Əbyəlil)
Kuşıy kəndi (başq. Ҡушый) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Dövlət kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Kuşıy kəndinin milli tərkibi: başqırdlar 98%. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 9 km., kənd sovetliyindən (Dövlət): 3 km. ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk stansiyası): 38 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.