Alfred de Müsse (fr. Alfred de Musset; d. 11 dekabr 1810, Paris, Fransa – ö. 2 may 1857, Paris, Fransa) — fransız yazıçısı, şairi, dramaturqu. Fransa Akademiyasının üzvü (1852).
Alfred de Müsse | |
---|---|
fr. Alfred de Musset | |
Doğum adı | Louis-Charles-Alfred de Musset-Pathay |
Doğum tarixi | |
Doğum yeri | Paris, Fransa |
Vəfat tarixi | (46 yaşında) |
Vəfat yeri | Paris, Fransa |
Vəfat səbəbi | sifilis |
Dəfn yeri | |
Milliyyəti | fransız |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, şair, dramaturq |
Fəaliyyət illəri | 1826-cı ildən |
Əsərlərinin dili | fransız dili |
İstiqamət | romantizm |
Üzvlüyü |
|
Mükafatları | |
Alfred de Müsse Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Alfred de Müsse 11 dekabr 1810-cu ildə Fransanın Paris şəhərində anadan olmuşdur[4].
Alfred de Müsse 2 may 1857-ci ildə Fransanın Paris şəhərində vəfat etmişdir[4].
Məşhur "Gecələr", "May", "Dekabr", "Avqust", "Oktyabr" (1835–1837) poemalarında tənhalıq və kədər motivləri güclüdür.
Alfred de Müsse romantik teatrın yaradıcılarındandır. "Mariannanın şıltaqlığı" (1833), "Lorentsaçço" (1834), "Şamdan" (1835) dramları vardır. Pyesləri ilk dəfə Rusiyada tamaşaya qoyulmuşdur. "Əsrin övladının etirafı" (1836) romanı Avropa nəsrində əhəmiyyətli yer tutur.
"May gecəsi" şeirini Abbas Səhhət Azərbaycan dilinə tərcümə etmişdir.