Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nəqnə
Nəqnə — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Bürucin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,086 nəfər və 1,994 ailədən ibarət idi.
Tənək
Mədəni üzüm (lat. Vitis vinifera) - üzüm cinsinə aid bitki növü. == Ümumi yayılması: == Аzərbаycаn, Оrtа Аsiyа, Rusiya, Ukrayna, Moldaviya, Gürcüstan, Türkiyə, İrаn, Əlcəzаir, Аvrоpа və Şimаli Аmеrikа ölkələrində təbii аrеаllаrı vаrdır. == Azərbaycanda yаyılmаsı: == Naxçıvan MR, Zаqаtаlа-Bаlаkən, Lеrik, Yаrdımlı, Оğuz, Qəbələ, Хаnlаr rаyоnlаrı ərаzilərində yаyılmışdır. == Stаtusu: == Аzərbаycаnın nаdir, rеlikt bitki növüdür.VU D2. == Bitdiyi yеr: == Meşələrdə, düzənliklərdən başlayıb orta dağ qurşağına qədər olan ərazilərdə rast gəlinir. == Təbii еhtiyаtı: == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri: == Mеşə üzümü sаrmаşаn və dırmаşаn bitkidir. Gövdəsinin rəngi bоzumtul olub nazik çıxıntılıdır. Yаrpаqlаrı sаdə, dilimlidir.
Vənək
Vənək — İranın İsfahan ostanının Səmirom şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,509 nəfər və 653 ailədən ibarət idi.
Ləklək jurnalı
"Lək-lək" jurnalı (az.-əbcəd لک‌لک‎) — 1914-cü ildə İrəvanda nəşr olunmuş ədəbi jurnal. == Haqqında == "Lək-lək" jurnalının ilk nömrəsi 1914-cü il fevralın 22-də İrəvanda işıq üzü görmüşdür. Həmin ilin 30 iyununadək nəşr olunmuş, cəmi 12 nömrəsi işıq üzü görmüş "Lək-lək" (əslində senzura sənədlərində "Leylək" jurnalının ərəb qrafikalı əlifbadan transliterasiyasıdır. Jurnal "Molla Nəsrəddin" ədəbi məktəbi ənənələrini davam etdirmişdir. "Həmədanlı Məşədi İbad" imzası ilə verilən bir mətbuatda deyilirdi: Jurnalın naşiri və redaktoru Mir Məhəmməd Mir Fətullayev və Cabbar Əsgərzadə (Aciz) olmuş və İrəvandakı "Luys" mətbəəsində çap edilmişdir. Onun nəşrinin dayandırılması ilə bağlı müəllifin qeydləri vardır. Həmin dövrün ictimai-siyasi, ədəbi və mədəni hadisələri ilə yaxından tanış olmaq mümkündür. "Lək-lək" indiki Ermənistanda türk dilində nəşr olunan ilk mətbuat orqanı, həftəlik məzhəkəli məcmuə idi. 1913-cü ildə "Lək-lək"in nəşrinə icazə verilməsi haqqında senzura sənədlərində Gürcüstan SSR Mərkəzi Dövlət Tarix Arxivindəki 480-ci fondun 1-ci siyahısının 968 nömrəli iş-qovluğunda İrəvan qubernatorunun "Lək-lək"i buraxmaq haqqında Mir Məhəmməd Mir Fətullayevə və Cabbar Əsgərzadəyə verdiyi 21 yanvar 1914-cü il tarixli şəhadətnaməsində jurnalın baş məqalələr, şeir, şəhər işləri, Qafqaz xəbərləri, teleqramlar, xarici və daxili xəbərlər, felyeton, təmsil, poçta qutusu, elanlar çapına icazə verilmişdir. == Baş redaktorları == Tağı Şahbazi Simurq Cabbar Əsgərzadə == Qəzetin başlıca mövzuları == Jurnalın təbliğ etdiyi müsbət ideyalar çox idi.
Nəmnəq (Culfa)
Nəmnəq (fars. نمنق‎) - İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 102 nəfər yaşayır (31 ailə).
Nənə
Nənə sözünün bir neçə mənası ola bilər : Atanın, yaxud ananın anası; nəvəsi olan qadın. Bəzi yerlərdə anaya deyilir. Yaşlı və hörmətli qadın, yaxud yaşlı qadına hörmətlə müraciət.
Dəryaçeyi-nəmək
Dəryaçeyi -nəmək (fars-duzlu göl), İranda duzlu göl. Təxminən Qum şəhərinin 100 km şərqində, Dəşti-Kəbir səhrasının şimal-qərb bucağında, dəniz səviyəsindən 790 m yüksəkdə yerləşir. Gölün 1800 km² hövzəsi var, lakin onun böyük hissəsi qurudur. Su ancaq 1000 km² sahədə olur. Gölün 45 sm- 1m arası dərinliyi var. Ən böyük su mənbəyi Qaraçaydır.
Təknə dağı
Təknə dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 1949,0 m). Dərələyəz silsiləsindən cənuba ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Gərməçataq kəndindən 2,3 km сənub-şərqdədir. Orta Paleosenin Zeland mərtəbəsinə aid Türkeş lay dəstəsinin bazal konqlomeratlarından təşkil olunmuş cənub-şərq yamacı sıldırımlı, konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-qərb qurtaracağında, onun şimal-şərq cinahına aid Yuxarı Buzqov sinklinalının cənub-qərb qanadında yerləşir.
Tənək dolması
Yarpaq dolması — ümumi adı dolma olan yeməklərin üzüm yarpağı istifadə edilərək bişirilən xüsusi bir növü. Yarpaq dolmasının tərkibi digər dolmalardan bir az fərqlidir. Haqqında dəqiq tarixi məlumat çox az olsa da Türk — Azərbaycan mətbəxinin əsas yeməklərindən biridir. Bunu dolmanın adı sübut edir. Sonralar Osmanlı İmperiyası vasitəsilə başqa xalqların mətbəxinə daxil olmuşdur. Ət istifadə etmədən bişirilən növü dəli dolma vəya yalançı dolma adlanır.
Tənək ilbizi
Çöllüyə çəkmək taktikası
Çöllüyə çəkmək taktikası — qədim türklərdə yaranmış, Səlcuq imperiyası tərəfindən də istifadə olunmuş döyüş taktikası. Ordunun avanqard bölmələri gecə-gündüz fasiləsiz olmaq şərti ilə qarşıdan irəliləyən düşmən qüvvələrinə sağ və sol cinahdan hücum edir. Bu taktiki hücum kiçikmiqyaslı olsa da, düşmən ordusunu yorur. Hücumu həyata keçirən əsas ordu çöllüyə doğru geri çəkilir. Burada əsas məqsəd düşmən qüvvələrini susuzluqla baş-başa buraxmaqdır. Düşmən qüvvələrinin keçdiyi yol boyu su quyuları məhv edilir. Düşmən qüvvəsinin ordusu susuzluq və yorğunluqdan hərəkət qabiliyyətini itirir. Bu taktika ilə məqsədə çatılır.
Unlu tənək yastıcası
İri tənək hafı
İri tənək hafı (lat. Hippotion celerio ) — pulcuqluqanadlılar dəstəsinin haflar fəsiləsinə aid növ. Nəsli kəsilməkdə olan növdür. == Qısa təsviri == Qanadları açıq halda 75 mm-dir. Ön qanadlar qəhvəyimtil-qonur olub, zirvədən əsasa doğru çəpinə xətt keçir, orta hücrənin zirvəsində ağ halqa ilə haşiyələnmiş qara nöqtə vardır. Arxa qanadlar çəhrayı rəngdədir, xarici kənarı tünd haşiyələnmişdir, əsasında da tünd rəngli xətt vardır. Qanadların damarları qaraya çalır. == Yayılması == Cənubi Avropa, Kiçik Asiya, Şimali Afrika, Malay Arxipelaqı, Avstraliya, Kanar adaları, Orta Asiya, Cənubi Qafqaz, Azərbaycanda — Talış (Zuvand). == Yaşayış yeri və həyat tərzi == Evritop növdür. Kəpənək iyunda uçur, yeganə fərdə yalnız Zuvandda rast gəlinmişdir.
Nənə Xatun
Nənə Xatun (1857-1955) — qəhrəman türk qadını. 1955-ci ildə BMT tərəfindən ilin anası seçilmişdir. == Həyatı == Nənə Xatun 1857-ci ildə Ərzurumda anadan olub. 1877-ci il noyabrın 8-dən 9-na keçən gecə, Osmanlı vətəndaşı olan erməni silahlı dəstələri Ərzurumun Əziziyə hərbi qarnizonundakı türk əsgərlərini yuxudaykən hamısını qılıncdan keçirirlər. Nəticədə səhər hücuma keçən rus əsgərləri heç bir çətinliklə qarşılaşmadan qarnizonu tuturlar. Bu xəbəri eşidən ərzurumlular silahı olan silahını, silahı olmayan isə balta, bel, yaba ilə silahlanıb qarnizona doğru hərəkət etdilər. Onların arasında Nənə Xatun da var idi. Qarnizonu ələ keçirən rus əsgərləri, gələnlərə atəş açır. Atəşə məhəl qoymayan caamat dəmir qapını sındırır və əlbəyaxa vuruş başlayır. Rus ordusu, baltalı-yabalı xalq qarşısında ancaq yarım saat tab gətirə bilir və 2300-ə yaxın itki verən rus və ermənilər qarnizondan qaçır.1955-ci ildə ilin anası seçilən Nənə xatun 98 il ömür sürdü.
Eynək
Eynək, gözlük və ya çeşmək — insanın gözlərinin qarşısında saxladığı, müxtəlif üsullarla bərkidilən bir cüt şüşə və ya digər şəffaf materialdan hazırlanan lövhəciklər. Eynəklərin müxtəlif təyinatları vardır: Optik eynəklər Günəş eynəkləri Üzgüçülər üçün eynəklər Sürücü eynəkləri Yüksək müdafiəli eynəklər "Xameleonlar" Şaxtaçılar üçün eynəklər 3 ölçülü film eynəyi və s.Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir. == Optik eynəklər == Optik eynəklər görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutlur. Yaxındangörməni səpici linzalı eynək, uzaqdangörməni isə toplayıcı linzalı eynək taxmaqla aradan qaldırırlar. İlk eynək elə optik eynək olmuşdur. O 1280-ci ildə italyada ixtira olunmuşdur və bu ixtiranın müəllifi Salvinio delli Armati olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edirdi. Həmçinin ilk eynəklər dəstəksiz idi.
Nəqne
Nəqnə — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Bürucin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,086 nəfər və 1,994 ailədən ibarət idi.
Çeknə
Çeknə — İranın Rəzəvi Xorasan ostanının Nişapur şəhristanının Sərvilayət bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,363 nəfər və 421 ailədən ibarət idi. Əhalisi Xorasan türklərindən ibarətdir və Xorasan türkcəsində danışırlar.
Qarı Nənə
Qarı Nənə — Azərbaycan folklorunda mifik xarakter. Fars folklorunda isə Nəne Sərma adlı eyni xarakter var.
Böyük Nənə
Böyük Nənə, Kraliça Nənə və ya Maronların Nənəsi (təq. 1685, Qana – təq. 1733) — Yamaykanın Milli Qəhrəmanı, 18-ci əsrdə Yamaykalı Maronların liderlərindən biri. O, "Küləkli Maronlar" adlı əvvəllər kölələşdirilmiş afrikalılardan ibarət cəmiyyətə rəhbərlik edirdi. 18-ci əsrin əvvəllərində Nənənin rəhbərliyi altında Küləkli Maronlar, Birinci Maron müharibəsi kimi tanınan Yamayka Koloniyasında Britaniya hakimiyyətinə qarşı uzunmüddətli partizan müharibəsi aparmışdır. Onun haqqında bilinənlərin çoxu şifahi tarixdən əldə edilir, yazılı mənbə kasaddır. Maron əfsanəsinə görə, Kraliça Nənə Asante xalqından idi və indiki Qanada anadan olub. Xalq qəbuluna görə və ən azı bir sənədli mənbəyə görə, o, heç vaxt kölə olmamışdır. Lakin Yamaykaya kölə kimi gəldiyinə inanılsa da, necə gəldiyi dəqiq bilinmir.
Nekres monastrı
Nekres monastırı — 6-cı yüzillikdə qurulan Kaxeti rayonunda yerləşən bir gürcü monastırıdır. Monastr 1811-ci ildə Rusiya İmperiyası tərəfindən qaldırılmasından qısa bir vaxt sonra bağlanıb. Təxmini iki əsrdən sonra monastır 2000-ci ildə yenidən fəaliyyətinə başlayıb.Nekres monastırı, Şilda kəndindən təxmini 3,7 km qərbdə yerləşir. == Tarixi == Nekres monastırı 6-cı yüzillikdə qurulub. Kompleksin ilk kilsəsinin 4-cü yüzilliyə aid olduğu arxeoloji qazıntılar zamanı aşkar edilib. === Başmələk kilsəsi === Başmələk kilsəsi, Nekres monastır kompleksinin cənub-şərq hissəsində yerləşir. 8–9-cu yüzilliklərdən qalma bir tikilidir.
Rene Lennek
Rene Teofil Qiaçint Laennek (fr. René-Théophile-Hyacinthe Laënnec;; 17 fevral 1781[…], Kemper – 13 avqust 1826[…]) — fransız həkimi və anatomu, klinik və anatomik diaqnostik metodun banisi, stetoskopun ixtiraçısı . == Həyatı == 1781-ci il fevralın 17-də Kemperdə anadan olub. 1786-cı ildə anası vəfat etdikdən sonra əvvəlcə abbat olan babası, 6 il sonra isə əmisi - məşhur həkim, Nant Universitetinin rektoru Qiyom Laennek tərəfindən tərbiyə edilmişdir. 14 yaşında klassik məktəbi bitirmiş, alman, ingilis, yunan və latın dillərini mükəmməl şəkildə öyrənmişdir. 14 yaşından etibarən Nant xəstəxanalarında tibb elmləri öyrənmiş və səhiyyə bölmələrinə qatılmışdır. Laennekin ən sevimli həkimi ilk əvvəllər münasibətləti soyuq olan Paris Tibb Məktəbinin professoru, Paris Elmlər Akademiyasının və Paris Tibb Akademiyasının üzvü olan fransız cərrah Qiyom Dyupyuitrendir. 1799-cu ildə Respublika Ordusunda cərrah köməkçisi vəzifəsinə xidmətə girdi. 1801-ci ildə Parisdəki klinikalardan birində Napoleonun şəxsi həkimi olan M. Biş və J.Korvizardın rəhbərliyi altında işləmişdir. 1802-ci ildə peritonitin əlamətlərinin təsvirinə həsr olunmuş ilk elmi əsəri çap olunmuşdur.
Nekk
== Nekk == Nekk (ink. neck-boyun, boğaz)-vulkan kanalının yuxarı-boğaz hissəsində bərkiyib qalmış və sonradan denudasiya nəticəsində üstü açılmış lavaya deyilir. Nekk adətən sütunvari massiv formada olur.
Nene
Nene — bildirə bilər: == Heyvanlar == Nene - Havay adalarında quş. == Adlar == təxəllüs və idmançı adları: Olinto di Karvalo, Erminio - braziliyalı futbolçu, müdafiəçi. Olinto di Karvalo, Klaudio -braziliyalı futbolçu, yarımüdafiəçi. Migel da Silva, Anderson - braziliyalı futbolçu, hücumçu.
Kəhrizə-i Şəkək (Sulduz)
Kəhrizə-i Şəkək (fars. كهريزه شكاك‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 150 nəfər yaşayır (36 ailə).
Nenes dili
Nenes dili - nenlərin dili olub, samodi dillərinə aiddir. 22 min nəfərə qədər daşıyıcısı var. Kola yarımadasından Yenisey çayına qədər ərazidə yayılıb. Ənənəvi olaraq tundra və meşə dialektlərinə böğlünür. Son dövrlərdə onlar iki müstəqil dil: nenes və neşan dili kimi tanınırlar. Yazılı formada daha çox danışanı olan tundra dialekti əsas götürülür.
Nenes yarımadası
Nenes yarımadası — Murmansk vilayəti ərazisində yerləşən yarımada. Yarımada materiklə ensiz bərzəxlə birləşir. Bərzəxin eni 230 metrdir. Onun uzunluğu 1,7 km-dir. Eni 700 metrdir. Yarımadada Rıstiniem və Kyaskyuniem burunlar vardır. Yarımadanın mərkəzi bataqlıqlaşmışdır.Relyefi əsasən qayalıqdır. Maksimal hündürlük 42,8 metrdir. Sahilə yaxın ərazilərdə su altı daşlar vardır. Bitki örtüyü zəyifdir və tundradır.
Mazan nənə türbəsi
Mazan nənə türbəsi — Cəbrayıl rayonunun Xudayarlı kəndində yerləşir. İnşa olunma tarixi məlum deyil. Z.İ.Yampolski qəbri madərşahlıq dövrünün yadigarı hesab etmişdir. == Əfsanə donu == El arasında Cəbrayıl rayonu ərazisindəki Diri dağa verilən ad da Nuh peyğəmbərlə əlaqələndirilir. Babalardan belə bir əfsanə qalmışdır: İnsanlar dağın sinəsində əkin-biçinlə məşğuldur. Mazan oğlan ətrafda oynayır, nənəsi çörək salır. Elə bu zaman Nuh tufanı, daşqın başlayır. Bunu görən nənə Mazana deyir ki, çıxsın dağın başına. Nənə özünün dağa çıxa bilməyəcəyini hiss etdiyi üçün çörəyi yarımçıq qoya bilməyəcəyini bəhanə edir. Oğlan çətinliklə dağın zirvəsinə qalxır və suyun getdikcə yaxınlaşdığını görür.
Zibeydə Nənə (film)
== Məzmun == Film Quba rayonu sakini, yaşı 100-ü ötən, iki əsr şahidi, qocaman xalça ustası Zibeydə Şeydayeva haqqındadır.
Yıldız Teknik Üniversitesi
Ulduz Texniki Universiteti (türk. Yıldız Teknik Üniversitesi) — mühəndislik və təbiət elmləri ilə yanaşı ictimai elmlərdə də xüsusi nailiyyətlər əldə edən Türkiyənin İstanbul şəhərində yerləşən ən qədim təhsil ocaqlarından biri. Mərkəzi şəhərciyi Beşiktaşda yerləşir. Ən böyük şəhərciyi olan Davudpaşa isə Əsənlərdə yerləşir. Universitet nəzdində 10 fakültə, 3 peşə məktəbi və 2 instut fəaliyyət göstərir. 1911-ci ildə Konduktor Məktəb-i Alisi adı altında fəaliyyətə başlayan, tarixi respublikadan əvvələ gedən nadir universitetlərdəndir. 1937-ci ildə ölkə üçün ixtisaslı mühəndis və texniki heyət yetişdirən təhsil ocağına çevrilmişdir. 1992-ci ildə isə hal-hazırkı müasir adını qazanmışdır. Ulduz və Davudpaşa şəhərciklərində bir çox fakültələr Osmanlı dövründən qalma binalarda tədris edilir. Ulduz Texniki Universiteti bu gün akademik fəaliyyətlərini 25.000-dən çox bakalavr, 9.000-dən çox magistr və 1.700-ə yaxın akademik heyətlə davam etdirir.
Nene (basketbolçu)
Nene (13 sentyabr 1982) — Braziliyalı basketbolçudur. O, 1982-ci ilin sentyabr ayının 13-də anadan olub. Braziliyalı Nənə NBA-nın Hyuston Rokets komandasında oynayır. Onun əsil adı Maybayne Rodney Hilariyodur. 2013-cü ildə adını dəyişib Nene qoyub. == Erkən həyatı == Maybayne Rodney Hilariyo və ya Nənə təxəllüslü Braziliyalı oyunçu Braziliyanın Sao Karlos (braziliya portuqal dilində uşaq deməkdir) anadan olub. Bu ləqəbi götürməyində əsas məqsədi uşaqlıq illərini ailəsi və dostları arasında keçirməsi olub. Hər bir braziliyalı uşaq kimi oda erkən yaşlarında oyun oynamağı xoşlayırmış. 1990-cı illərin ortalarında o Eskola de Basquet Menegheli basketbol komandasına üzv seçilir. Sonralar o 1999-2002-ci illərdə Vasko de Qamada profesional basketbolla çalışır.