1. ÇƏKMƏK (müəyyən bir əşyanın ağırlığını və s.) Molla bazardan şaftalı alıb gətirir, misqal-tərəzinin qabağına qoyub şaftalıları bircə-bircə çəkib yeyir (M.N.lət.); VƏZNLƏMƏK Məmur vəznləyib balağı, dərhal; Yönəldi evinə eləyib xəyal (M.Rahim).
2. ÇƏKMƏK (şəkil, rəsm və s.) [Rəhgüzar:] Yox, özünçün çəkməkdən bir şey çıxmaz, Elməddin. Xalq üçün çəkmək lazımdır, qardaşım (Ə.Hacızadə); RƏSM ETMƏK Elməddin qələmi götürüb ağ səhifə üzərində təsəvvüründə canlandırdığı bağanı rəsm etdi, boynuna bir qalstuk taxdı (Ə.Hacızadə).
3. ÇƏKMƏK (papiros) Bəxtiyar qabaqda quş kimi səkir; Murad bir tərəfdə papiros çəkir (S.Vurğun); FIŞQIRTMAQ (dan.) Belçikaya tərəf hərəkət edən qatarın bir kupesində “Pari-Midi” müxbiri Müsyo Çujon və İngiltərə qəzetlərindən “Yorkşayer Yunk nyus” müxbiri mister Leyton biri siqara və o biri çubuq fısqırdaraq Şuralar mətbuatından qızğın surətdə bəhs edirlərdi (S.S.Axundov).
4. çəkmək bax dartmaq
5. çəkmək bax oxşamaq 1