Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nəm hava
Nəm hava — quru hava ilə su buxarının qarışığına deyilir. Nəm havada su buxarı qızışmış, quru doymuş və yaxud da nəm buxar halında olur. Nəm havaya ideal qazlar qarışığı kimi baxmaq olar. Dalton qanununa görə nəm havanın təzyiqi quru hava ilə su buxarının parsial təzyiqləri cəminə bərabərdir: P n . h = P q . h + P s . b {\displaystyle P_{n.h}=P_{q.h}+P_{s.b}} burada P q . h {\displaystyle P_{q.h}} , P s . b {\displaystyle P_{s.b}} –quru havanın və su buxarının parsial təzyiqləridir. Nəm havada olan su buxarının parsial təzyiqləri, nəm havanın temperaturuna uyğun olan P d {\displaystyle P_{d}} doyma təzyiqindən yüksək ola bilməz, yəni P s .
Nəm milçəkləri
Nəm milçəkləri (lat. Ceratopogonidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. Hazırda 4000 növü məlumdur. Onlardan Xəzər dənizində isə Culicoides cinsinə aid növlər qeydə alınmışdır. Süfələr şirin sularda və nəm torpaqda yaşayırlar. Nəm milçəkləri Antarktidadan başqa bütün qitələrdə yayılmışdır. Bütün ikiqanadlı həşəratlar kimi nəm milçəklərində inkişafı 4 mərhələdən ibarətdir: yumurta, sürfə, pup, yetkin fərd. Bu zaman yetkin fərdən başqa bütün mərhələlərdə yaşayış ya su hövzələrində, ya da ki, yarı su-torpaq mühitində davam edir. Nəm milçəklərinin saprofaq, yaxud yırtıcı olan sürfələri su və ya torpaqda yaşayan orqanizmlər, yaxud onların qalıqları ilə qidalanır. Yetkin fərdlərin qidalanması müxtəlifdir.
Nom
Nom (Misir) — Qədim Misirdə inzibati mahal. Nom (Alyaska)— ABŞ-də şəhər.
Araviya (nom)
Araviya (q.yun. Ἀραβίας νομός) və ya Sepdu (q.misir 𓈵; "lələkli şahin"), — Qədim Misirdə inzibati rayon (nom). Araviya Aşağı Misirdə yerləşirdi və regionda sayca iyirminci nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "Sepcu", "Sepecu", "Sept" və "Sopdu" daxildir. Tədqiqatda bu nom adətən "L20" adlandırılır.
Atribis (nom)
Atribis (q.yun. Ἀθριβίτης νομός), Kem-ur(q.misir 𓈪) və ya Ka-kem (q.misir ; "qara öküz") — Qədim Misirdə inzibati rayon (nom). Atribis Aşağı Misirdə yerləşirdi və regionda sayca onuncu nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "Kem-ur", "Ka-xem", "Ka-kam" və "Ka-kem" daxildir. Tədqiqatda bu nom adətən "L10" adlandırılır.
Bubastis (nom)
Bubastis (q.yun. Βουβαστίτης νομός) və ya İmet-xenti (q.misir 𓈳; "cənub şahzadəsi"), — Qədim Misirdə inzibati rayon (nom). Araviya Aşağı Misirdə yerləşirdi və regionda sayca on səkkizinci nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "İmti-xenti", "İm-xent", "Amti-xenti" və "Am-xent" daxildir. Tədqiqatda bu nom adətən "L18" adlandırılır.
Busiris (nom)
Busiris (q.yun. Βουσιρίτης νομός) və ya Anceti (q.misir 𓈩; "lələkli şahin"), — Qədim Misirdə inzibati rayon (nom). Busiris Aşağı Misirdə yerləşirdi və regionda sayca doqquzuncu nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "Anceti", "Aneceti", "Anetzi" və "Ati" daxildir. Tədqiqatda bu nom adətən "L09" adlandırılır.
Heroonpol (nom)
Heroonpol (q.yun. Ἡρωοπολίτης νομός) və ya Ua-em-huu-ges-iabti (q.misir 𓈨; "şərqi harpun"), — Qədim Misirdə inzibati rayon (nom). Heroonpol Aşağı Misirdə yerləşirdi və regionda sayca səkkizinci nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "Ua-em-huu-ges-iabti", "Ḥui-ges İabti", "Ḥui-ges Aabti" və "A-bt" daxildir. Tədqiqatda bu nom adətən "L08" adlandırılır.
Mahec (nom)
Mahec (q.misir mAḥḏ — "", yun. ὁ Ἀντινοοπολίτης νομός) — Yuxarı Misirin XVI nomu (əyaləti). Nomun mərkəzi (q.misir Mnˁt-ḫwfw) Menat Xufu şəhəri olmuşdur. Həmin ərazinin totemi Köpgəröküz sayılır. Əsas tanrısı Hordur. Yerli panteona Hor, Heket, Paxt, Hathor, Xnum, Anuket daxildir. == İstinadlar == Wolfgang Helck: Gaue. In: Wolfgang Helck (Hrsg.): Lexikon der Ägyptologie (LÄ).
Nam ulusu
Nam ulusu (saxa Нам улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Nam kəndidir. Kənd respublikanın paytaxtı Yakutskdan quru ilə 84 km, su yolu ilə 96 km məsafədə yerləşir. == Coğrafiyası == Mərkəzi Yakutiyada yerləşdi. Sahəsi - 11,9 min km²-dir. Relyef düzdür, ulus Mərkəzi Yakut düzənliyində yerləşir. Yanvar ayının orta temperaturu -42 °C, iyul + 17 ... + 18 °C arasında dəyişir. Yağıntının illik miqdarı 200–250 mm-dir. Ulusun ərazisindən axan ən böyük çay çoxsaylı Lenadır.
Nexen (nom)
Nexen (q.misir nHn — "məbəd", yun. Latopolis) Yuxarı Misirin III nomu (əyaləti). Nomun mərkəzi yun. Ἱεράκων πόλις - Hierakonpolis (q.misir nḫn) şəhəri olmuşdur. Həmin ərazinin totemi çalağan ya şahin sayılır. Əsas tanrısı şahin başlı Hordur. Yerli panteona Horvə onun dörd oğlundan (Hapi, Amset, Kebexsenuf, Duamutef) başqa Xnum, Nexbet daxildir.
Nim (rayon)
Nim (fr. Nîmes) — Fransanın Langedok-Russilyon regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Qar. Suprefektura — Nim. Rayon əhalisi 2006-cı ildə 505 853 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 161 nəf / km². Rayon ərazisi — 3133 km².
Nom. cons.
Taksonların adlandırılmasında istifadə olunan işarələmələr. === ex === ex (latınca) — dan, ilə, birlikdə, əlbir.1. Botanikada iki müəllifin soyadı ilə bağlı işlənir və onu göstərir ki, taksonun adını ikinci müəllif həqiqətən nəşr etdirib, birinci müəllif isə təklif edib və nəşr etdirməyib; 2. Zoologiya və bakteorologiyada soyadla bağlı işlənir və onu göstərir ki, birinci müəllif taksonun adını nəşr etdirmiş, ikinci müəllif tərəfindən ad təklif olunmuş, amma nəşr etdirilməmişdir. == in == in (lat.) — da, də; iki müəllifin adı ilə əlaqədar işlədilir. Belə ki, ikinci müəllif bütün nəşr və işlərin müəllifi, birinci isə taksonun adının elan edilməsi və ya yararlı olmasına məsul olur.Nümunə: Pimpinella hookeri C.B.Clarke in Hook.f. — o deməkdir ki, Cozef Dalton Hukerin işində taksona verilən adı Çarlz Beron Klark elan etmişdir. == nom. cons. == === nom. ===
Nom (Alyaska)
Nom (ing. Nome) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Nom (Misir)
Nom (q.yun. νομός, translit. nomos; mənası – rayon) — Qədim Misirdə inzibati mahal. Hər bir nomun müəyyən sərhədi, siyasi və dini mərkəzi, ordusu, gerbi və himayəçi tanrıları var idi. Nomu nomarx idarə edirdi. Nomların sayı və ərazisi vaxtaşırı dəyişirdi. Misirdə mərkəzi hakimmiyyət zəifləyən zaman nomlar müstəqil siyasət yeridirdilər. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Bagnall, Roger S., Egypt in Late Antiquity, Princeton: Princeton University Press, 1996. Bowman, Alan K., Egypt after the Pharaohs, Oxford: Oxford University Press, 1990.
Nom (Yunanıstan)
Yunanıstan rayonları və ya nomlar — Yunanıstanda inzibati ərazi vahidi. == Rayonlar == Yunanıstan 54 rayondan (nomos) ibarətdir: Attika1. Afina 2. Şərqi Attika 3. Pire 4.
Uaset (nom)
Necefet-pehtet (q.misir wAst, yun. ὁ Διοσπολίτης νομός, lat. Nomos Diospolites) — Yuxarı Misirin IV nomu (əyaləti). Nomun mərkəzi və Yuxarı Misirin paytaxtı Teben şəhəri olmuşdur. Əsas tanrısıları Amon, Mut, Xonsudur.
Unut (nom)
Unut (q.misir wnt — "dovşan", yun. ὁ Ἑρμοπολίτης νομός) — Yuxarı Misirin XV nomu (əyaləti). Nomun mərkəzi yun. Ἑρμοῦ πόλις μεγάλη, (q.misir Ḫmnw) şəhəri olmuşdur. Həmin ərazinin totemi dovşan sayılır. Əsas tanrısı Unutdur. Yerli panteona Unut, Tot, Oqdoad, Hathor, Xnum, Seşat daxildir. Nomu əsasən Tot kahinləri idarə ediordilər.
İker (nom)
İker (q.misir iqr — "timsah", yun. Τεντύρα — Tentir) Yuxarı Misirin VI nomu (əyaləti). Nomun mərkəzi Tentir (q.misir İunet-ta-neçeret) şəhəri olmuşdur. Həmin ərazinin totemi inək sayılır. Əsas tanrısı inək buynuz və qulaqlı təsvirli Hathordur.
İnput (nom)
İnput (q.misir jnpwt — "çaqqal", yun. ὁ Κυνοπολίτης νομός) — Yuxarı Misirin XVII nomu (əyaləti). Nomun mərkəzi yun. κυνῶν πολις - "it şəhəri", (q.misir Hr-dj.) Kinopolis şəhəri olmuşdur. Həmin ərazinin totemi Qara çaqqal sayılır. Əsas tanrısı Anubisdur.
Kim Nam-Sun
Kim Nam-Sun (d. 3 may 1981) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Kim Nam-Sun Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Kim Son-Nam
Kim Son-Nam (17 dekabr 1992) — Şimali Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kim Son-Nam Şimali Koreyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Kim Yon-nam
Kim Yon-nam (29 yanvar 1996, Cənubi Koreya) — Cənubi Koreyalı suya tullanan. Kim Yon-nam Cənubi Koreyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Kim Yon-nam birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 349.10 xal toplayaraq 13-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Kim Çen Nam
Kim Çen Nam (10 may 1971, Pxenyan – 13 fevral 2017, Sepanq[d], KL və ya KL) — Şimali Koreyanın keçmiş lideri Kim Çen İrin böyük oğlu. 1994-cü ildən 2001-ci ilə qədər o, atasının varisi olmuşdur. == Həyatı == Kim, Şimali Koreyanın mərhum diktatoru, 2011-ci ildə vəfat etmiş Kim Çen İrin Cənubi Koreya kommunistinin qızı, aktrisa Son Hö Rimlə izdivacında doğulmuş böyük oğludur. Atası Kim İr Sen bu evliliyi qəbul etmədiyindən o ilk əvvəl Son´la bunu sirr olaraq saxlayır və oğlunu məktəbdən uzaqlaşdıraraq onu Son´un böyük bacısının yanında yaşamağa və təhsil almağa göndərir. Şimali Koreya Leadership Watch´un verdiyi xəbərə görə, o, Moskvaya nənəsini ziyarətə getmiş, təhsilini beynəlxalq məktəblərdə almış, 1988-ci il öz ölkəsinə qayıdana qədər Rusiya və İsveçrədə yaşamışdır. Kim´in atasına bənzər bir şəxsiyyət olduğu bildirilir, və xalası tərəfindən "həssas və incəsənətə yaxın, istedadlı" biri olaraq təsvir edilmişdir. O, həmçinin Kim´ in 2000-ci ildə "atasının nailiyyət qazanmasını" istəmədiyini bildirirdi. Kim 1995-ci ildən başlayaraq Yaponiyaya bir neçə gizli səfər etmişdir. 1998-ci ildə Kim Şimali Koreyanın İctimai Təhlükəsizlik Nazirliyində gələcək lider olaraq göstərilmişdir. O, həmçinin, informasiya texnologiyaları (İT) sənayesinin inkişafına cavabdeh olan Şimali Koreya Kompüter Komitəsinin rəhbəri təyin olundu.
Li Nam-So
Li Nam-So (d. 21 may 1976) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Li Nam-So Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu.
Num Lock klavişi
Num Lock klavişi (ing. Num Lock key və ya ing. Numeric Lock key) — kompüterlərin klaviaturasında olan, rəqəm klaviaturasının ədədlərin daxil edilməsi və kursorun idarəolunması rejimləri arasında keçidi təmin edən düymə. Qoşulduqda rəqəm klavişləri ədələri daxil etmək üçün istifadə olunur, söndürüldükdə isə kursoru idarə etmək üçün.
Bəm
Bəm — İranın Kirman ostanının şəhərlərindən və Bəm şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 73,823 nəfər və 19,572 ailədən ibarət idi.Parfiya dövründə (b.e.ə.247- b.e. 224) salındığı təxmin edilən və Sasanilər imperatorluğu dövründə önəmli bir mərkəz olan şəhərə X əsrdə gələn ərəb səyyah İbn-i Həval, Surət-ul Ərz adlı kitabında , şəhərin qalasından və əl işləməli geyimlərin gözəlliyindən danışır. Bu şəhərin əl toxumalı geyimləri o qədər məşhur olub ki hədda onu Mərkəzi Asiya və Misirdən də alarmışlar.Farsların qurduğu bu şəhər Səfəvi xanədanlığı zamanında yüksək inkişaf dövrü yaşadı. Bəm səhralıqda olmağına baxmayaraq bu gün olduğu kimi qədim zamanlarda da ənkinçilik mərkəzi olmuşdu. Tarixən güclü bir qalaya sahib olması isə onun hərbi bir mərkəz rolunda da iştirak etməsini şərtləndirmişdi . Bəm qalasının tikililərindən bu günə qədər qalan hissələri əsas etibarı ilə 12-ci əsrdə tikilmiş və 6 km2 sahəyə malikdir. Kərpicdən tikilmiş qala 13000 insanın yaşaya biləcəyi bir qaladır. Burada 1850-ci ilə qədər yaşayış olmuşdur. 2000 illik bir tarixə malik olan Bəm qalası dünyanın ən böyük kərpicdən tikilmiş kompleksi hesab olunur.
Cəm
Cəm (lat. summa) — iki ədədi toplayanda alınan ədəd bu ədədlərin cəmi adlanır.