HİDROTEXNİKA
HİQROFİL
OBASTAN VİKİ
Hiqrofitlər
Hiqrofitlər (q.yun. ὑγρός — rütubətli + φυτόν — bitki) — rütubətli yerlərdə bitən bitkilər. Hiqrofitlərin əsas xüsusiyyətləri onlarda su sərfinin qarşısını alan uyğunlaşmaların olmamasıdır. Hiqrofitlər üçün kutikula buxarlanması xarakterikdir.
Hiqrometr
Hiqrometr — rütubət ölçən cihazdır. Yunan sözü hiqros — "nəm" deməkdir. İki növ hiqrometr vardır: kondensasyalı metal hiqrometr və tük hiqrometri. Kondensasyalı metal hiqrometr bilavasitə şeh nöqtəsini təyin etməyə imkan verir. O, bir üzü yaxşı cilalanmış metal qutudan ibarətdir. Qutuya temperaturu ölçmək üçün termometr və efir vurmaq üçün rezin kürəcik birləşdirilir. Şeh nöqtəsi — havadakı su buxarının doymuş buxar halına keçdiyi temperatura deyilir. Efir buxarlandırmaqla qutunun hamar üzündə şeh yaranmasına nail olunur. Bu hala uyğun tempraturu bilməklə cədvələ əsasən havadaki mütləq rütubət təyin edilir. Mütləq rütubət — ədədi qiymətcə havanın bir m3 həzmindəki su buxarınən kütləsinə bərabər olan kəmiyyətə deyilir, ρ=m/V .
Hiqroqraf
Hiqroqraf (hiqro+qraf) — havanın nisbi rütubətini fasiləsiz qeyd edən cihaz. Hiqroqrafda həssas element kimi bir dəstə yağsızlaşdırılmış insan tükündən, yaxud üzvi plyonkadan istifadə edilir. Rütubətin gedişi saat mexanizmi vasitəsilə fırlanan barabana sarılmış cizgili kağız lentin üzərində qeyd olunur.
Hiqroskopik su
== Hiqroskopik su == Hiqroskopik su –molekulyar cazibə qüvvələrilə qrunt və və mineral hissəciklərin səthi ilə birləşmiş, bağlı suya deyilir. Hiqroskopik su ancaq 105-1100C temperaturda mineral və qrunt hissəciklərindən ayrılır. Hiqroskopik su adi maye sulardan hətta mənfi 780C temperaturda donmaması və hidrostatik təzyiqi ötürməməsi ilə fərqlənir. Hiqroskopik sudan bitkilər istifadə edə bilmir.

Значение слова в других словарях

го́френый ови́нный ревма́тик хло́потно аккомоди́роваться антиобще́ственный залупи́ться када́стровый наклёпываться перестёгивать поднебе́сная предвосхище́ние прикря́кивать реля́ция терпёж Котлин шашлык bastardize in Lhasa nasturtium penny-buster treadbahn втихаря дочитать