Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məmişli
Məmişli kəndi — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Kəndin qədim nəsillərinin xronologiyasına nəzər saldıqda kəndin salınma tarixi 300 ili keçir. Tarixi mənbələrdə kəndin adı Dağətəyi (Məmişli) kimi göstərilir. Məmişli kəndi Tbilisidən 63 km cənub-qərbdə. Dəniz səviyyəsindən 1200 m hündürlükdədir. 1886-cı ilin əhalinin siyahayaalınmasına görə kənddə 19 ailə (131 nəfər), 1926-cı ilin əhalinin siyahayaalınmasına görə 64 ailə (362 nəfər), 2002-ci ilin əhalinin siyahayaalınmasına görə isə 908 nəfər yaşadığı qeydə alınıb. Kəndin tarixi ilə kənddə olan böyük qədim nəsillərin tarixi sıx baglıdır. Kəndin bünövrəsini qoyanlar Məmiş, Qasım, Salıf, Möyləqulu, Yaqub adlı şəxslər olub. Sonra kəndə gələn Kecəllər, Qaraltılar(Novruzdular), Agalıq, Hasn evi, Əfti Kərimlər, Molla Əhməddilər, Səfərovlar, Yolçu evi ailələri ilbə il gəlib kənd formalaşıb. Araşdırmalara əsasən əvvəllər Tuvulqunun arxası qabanlığın altında indiki kalafa deyilən yerdə olub.
Nəmirli
Nəmirli (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Nəmirli (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Nəmirli (Yevlax) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Nəmirli (Ağdam)
Nəmirli — Azərbaycan Respublikasının Ağdam rayonunun Nəmirli kənd inzibati ərazi dairəsində kənd. Nəmirli kəndi 1994-cü il aprel ayının 23-də Ermənistan ordusu tərəfindən işğal olunub. Kənd 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Nəmirli – Azərbaycan Respublikasının Ağdam rayonunda kənddir; rayon mərkəzi olan Ağdam şəhərindən 30 km. şimal-şərqdə, Qarabağ düzündə yerləşir. Azərbaycan Respublikasının Ağsu rayonunda da Nəmirli adlı kənd var. İşğala qədərki dövrdə Nəmirli kəndində orta məktəb, mədəniyyət evi, iki kitabxana, klub, tibb məntəqəsi, rabitə şöbəsi və müxtəlif ticarət-iaşə obyektləri var idi. Erməni işğalçıları hər şeyi dağıdıb yerlə yeksan ediblər. İşğala qədərki dövrün son məlumatına əsasən, Nəmirli kəndinin əhalisi 644 nəfər olub. Əhalinin əsas məşquliyyəti üzümçülük, taxılçılıq, heyvandarlıq və baramaçılıq idi.
Nəmirli (Ağsu)
Nəmirli — Azərbaycan Respublikasının Ağsu rayonunun Padar kənd inzibati ərazi dairəsində kənd.
Nəmirli (Yevlax)
Nəmirli (keçmiş adı Nərminli) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Nəmirli bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sahil Məmişli
Yemişli (Uludərə)
Yemişli — Türkiyənin Şırnak vilayətinin Uludurə rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1928-ci il qeydlərində Mərgi kimi qeyd olunur və bu sözün mənası kürd dilində "çəmən" deməkdir. Əvvəllər Hakkari vilayətinin Uludere rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni yaradılmış Uludere rayonuna birləşdirilib.
Cəmilli
Cəmilli — Azərbaycanda daha çox işlədilən soyad. Bu soyadı olan tanınmış insanlar Cəmil Cəmilli — Səməd bəy Cəmillinski — Kəndlər Cəmilli (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Cəmilli (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Cəmilli (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd.
Dəmirli
Yaşayış məntəqələri Dəmirli (Borçalı) — Gürcüstanın Bolnisi rayonunda azərbaycanlıların yaşadığı kənd. Dəmirli (Ağdərə) — Azərbaycanın Ağdərə rayonunda kənd. Dəmirli — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. Dəmirli yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda qədim yaşayış yeri.
Nərminli
Nəmirli (keçmiş adı Nərminli) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Nəsibli
Nəsibli (Əvvəlki adı: Xaxollar) — Azərbaycan Respublikasının Tovuz rayonunun Göyəbaxan kənd inzibati ərazi dairəsində kənd. Kəndin keçmiş adı Xaxollar ol­muşdur. XIX əsrdə orada məskunlaşmış rus­ları yerli əhali xaxol adlandırırdı. Sonralar kənd burada məskunlaşmış qılıclı tayfasının nəsibli tirəsinin adı ilə adlandırılmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Əsrikçayın yuxarı axarında, dağlıq ərazidə yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
İmişli
İmişli – Azərbaycan Respublikasının İmişli rayonunun inzibati mərkəzi. 1938-ci ildə rayon mərkəzi Qaradonlu kəndindən İmişliyə köçürülmüşdür. 1944-cü ildə İmişli şəhər tipli qəsəbə, 1960-cı ildə isə rayon tabeli şəhər statusunu almışdır. 2006-cı ildə İmişlidə Azərsun Holdinq şirkətinin sərmayəsi ilə Cənubi Qafqazda ən böyük şəkər emalı zavodu olan İmişli Şəkər Zavodu açılmışdır. Zavoda bütövlükdə 97 milyon dollar sərmayə qoyulub. Zavod hər gün 1000 ton olmaqla il ərzində 300–350 min ton şəkər emal edəcək. 10 milyon dollar əlavə sərmayə qoyuluşundan sonra zavodun emal gücünün daha 50% artacağı planlaşdırılır. Zavodunun işçi heyəti 1.400 nəfərdir. 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi tatar dilində danışan şiə tatarlardan ibarət olmuşdur.
Əminli
Əminli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 1019 nəfərdir. Oykonim əminli/eminli nəslinin adı ilə bağlı olub, etnotoponimdir.
Əmirli
Əmirli (Bərdə)
Əmili
Böyük Əmili — Qəbələ rayonunda kənd. Kiçik Əmili — Qəbələ rayonunda kənd.
Elgün Bəyişli
Elman Nəsirli
Elman Xudam oğlu Nəsirli (23 may 1968, Təzəkənd, Cəlilabad rayonu) — Azərbaycan politoloqu, siyasi şərhçi, tarixçi, Azərbaycan Milli Məclisinin V, VI və VII çağırış deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor. == Həyatı == Elman Nəsirov 23 may 1968-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində ziyalı ailəsində anadan olmuşdur. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1995–2000-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dissertantı olmuşdur. 1992–1994-cü illərdə Azərbaycan Dillər Universitetində ikiillik ingilis dili kursunda təhsil almış və fərqlənmə sertifikatı ilə bitirmişdir. 1995–2003-cü illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında çalışmışdır. 2001-ci ildə "Azərbaycan-ABŞ münasibətləri. 1991–1997-ci illər" mövzusunda dissertasiya işini müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2011-ci ildə "ABŞ və beynəlxalq terrorizm problemi" mövzusunda siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1992–1994-cü illərdə Azərbaycan Dillər Universitetində iki illik ingilis dili kursunda təhsil almış və fərqlənmə sertifikatı ilə bitirmişdir.
Hüseyn Dəmirli
Dəmirli (Ağdərə)
Dəmirli (Tsağkaşen) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Aşağı Oratağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Dəmirli kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. == Toponimikası == Yerli əhali arasında Dəmirlər kimi də işlənir. Digər adı Xoruzlu (kəngərlilərin bir qolu olan xoruzlu kəngərlisinin adı) olmuşdur. Oykonim orada məskunlaşmış dəmirli nəslinin adı ilə adlandırılmışdır. == Tarixi == Kənd Ağdərə rayonunun tərkibində olub. Ağdərə ermənilər tərəfindən işğal edildikdən və Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra Tərtər rayonunun ərazisinə düşüb. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Dəmirli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Dəmirli kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Dəmirli (Bolnisi)
Dəmirli — Gürcüstanın Bolnisi rayonunda kənd. == Təhsil == İlk məktəb 1932-ci ildə yaradilib. Baza məktəbi (2006-cı ildə 9 sinifdə 66 şagird) fəaliyyətdədir. == Tanınmış şəxsləri == Əlövsət Osmanlı - fizika riyaziyyat elmləri namizədi. == Məşhurları == Əlövsət Osmanlı - Fizika-riyaziyyat elmləri namizədi. == Coğrafi mövqeyi == Dəmirli kəndi Gədi çayının sol sahilində, rayon mərkəzindən 21 km qərbdə, dəniz səviyyəsindən 800 m hündürlükdə yerləşir. == Əhalisi == 1918-ci ildə 109 nəfər, 1926-cı ildə 20 ailədə 109 nəfər, 2002-ci ildə 95 ailədə 359 nəfər, 2006-cı ildə 96 ailədə 350 nəfər,2016-cı il 77 ailə 308 nəfər.
Dəmirli (Borçalı)
Dəmirli — Gürcüstanın Bolnisi rayonunda kənd. == Təhsil == İlk məktəb 1932-ci ildə yaradilib. Baza məktəbi (2006-cı ildə 9 sinifdə 66 şagird) fəaliyyətdədir. == Tanınmış şəxsləri == Əlövsət Osmanlı - fizika riyaziyyat elmləri namizədi. == Məşhurları == Əlövsət Osmanlı - Fizika-riyaziyyat elmləri namizədi. == Coğrafi mövqeyi == Dəmirli kəndi Gədi çayının sol sahilində, rayon mərkəzindən 21 km qərbdə, dəniz səviyyəsindən 800 m hündürlükdə yerləşir. == Əhalisi == 1918-ci ildə 109 nəfər, 1926-cı ildə 20 ailədə 109 nəfər, 2002-ci ildə 95 ailədə 359 nəfər, 2006-cı ildə 96 ailədə 350 nəfər,2016-cı il 77 ailə 308 nəfər.
Dəmirli (Tərtər)
Dəmirli (Tsağkaşen) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Aşağı Oratağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Dəmirli kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. == Toponimikası == Yerli əhali arasında Dəmirlər kimi də işlənir. Digər adı Xoruzlu (kəngərlilərin bir qolu olan xoruzlu kəngərlisinin adı) olmuşdur. Oykonim orada məskunlaşmış dəmirli nəslinin adı ilə adlandırılmışdır. == Tarixi == Kənd Ağdərə rayonunun tərkibində olub. Ağdərə ermənilər tərəfindən işğal edildikdən və Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra Tərtər rayonunun ərazisinə düşüb. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Dəmirli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Dəmirli kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Dəmirli nekropolu
== Coğrafi mövqeyi == Dəmirli nekropolu,Culfa rayonunun Ləkətağ kəndindən şimalda,Dəmirliçayla Bərxudarçayın qovşağında uzunsov təpənin üzərində arxeoloji abidə. == Ümumi məlumat == Nekropolun ətrafı yaşayış yeri olmuşdur.Qəbirlər daş qutu tiplidir.Onlar yanlarda iri sal daşlarla qurularaq irihəcmli,yastı sal daşlarla qapadılmışdır.Qəbirlər müxtəlif istiqamətə yönəldilmişdir.Bəzi qəbirlər qazılaraq dağıdılmış,bəzilərinin üst daşları aşınma nəticəsində düşmüşdür.Nekropolun ərazisindən çəhrayı və boz rəngli keramika parçaları toplanmışdır.Toplanmış arxeoloji materiallara əsasən nekropolu 1-7-ci əsrlərə aid etmək olar.
Eldar Nəsibli
Eldar Nəsibli Sibirel — Azərbaycan şairi, publisist. == Həyatı == Eldar Nəsibli Sibirel 1952-ci ildə Sibirin Baxçar rayonunun Çernişovka kəndində anadan olub. Valideynləri 1948-ci ildə Sibirin Tomsk vilayətinə sürgün edilib. Valideynləri bəraət aldıqdan sonra sürgündən öz doğma yurdlarına - Qazax rayonunun Sarıvəlli (İkinci Şıxlı) kəndinə qayıtmış və orta təhsili orada almışdır. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 9 yaşlarından yaradıcılığa başlayıb. Şairin "Ağacların söhbəti" adlı ilk şeri 1968-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində işıq üzü görüb. "Salam, dan ulduzu", "Məni səsləyən var", "Harayla məni", "Dünya məndən gəlib, keçir", "Bu da bir ömürdür ağlı, qaralı" "Bura Qazaxdır, oğlum!", "Turan Şərqisi" "Seçilmiş Əsərləri" şeirlər kitablarının, "Yaddaş" poemasının və "Yaşamaq da igidlikdir" xatirə kitabının müəllifidir. Eldar Nəsiblinin şeirləri bir çox dillərə tərcümə edilmişdir. Onun şeirlərini tərcümə edənlərdən biri də Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Mahir Həmzəyevdir.
Kamran Nəzirli
Nəzirli Kamran İsmayıl oğlu (19 iyun 1958, Astara) — azərbaycanlı yazıçı, tərcüməçi, 1998-ci ildən Azərbaycan və Belarus Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər İttifaqının Həsən bəy Zərdabi mükafatı laureatı (1999), Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl Kəlmə" mükafatçısı (2011), Rəsul Rza mükafatı laureatı (2016),, filologiya üzrə fəlsəfə doktoru (2004). == Həyatı == Kamran Nəzirli 1958-ci il iyun ayının 19-da Azərbaycanın Astara rayonunda müəllim ailəsində anadan olmuşdur. M. Ə. Sabir adına 1 nömrəli orta məktəbdə təhsil almışdır. 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik dövründə ingilis və Amerika ədəbiyyatı nümayəndələrinin bir çox əsərlərini orijinaldan dilimizə çevirmiş və Azərbaycan mətbuatında dərc etdirmişdir. Həmin illərdən başlayaraq mətbuatda publisistik məqalə, oçerk, hekayə və tərcümələri ilə çıxış edir. Ənvər Rza, Allahverdi Tağızadə, Zeydulla Ağayev, İsmixan Rəhimov, Asif Əfəndiyev, Ağacavad Əlizadə, Qılıncxan Bayramov kimi pedaqoq, alim və yazıçıların dərnəklərində iştirak etmiş, Bakı ədəbi mühiti ilə yaxından tanış olmuşdur. 1990-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi münasibətlər fakültəsini bitirmişdir. Ayrı-ayrı illərdə "Sovet kəndi" (1984–1987) qəzetində, Azərinformda (1987–1989), Azərbaycan KP MK aparatında (1989–1991), Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində (1991–1995), beynəlxalq humanitar təşkilatlarda, Dünya Bankının layihələrində (1996–2000), Pakistan İslam Respublikasında (1993–1994), Azərbaycan Respublikası Milli Bankında Beynəlxalq Əlaqələr Departamentinin direktor müavini, Mətbuat katibi (2001–2009)və s. müxtəlif vəzifələrdə çalışmış, bir sıra müstəqil qəzetlərin, habelə "Ədalət", "7 gün", "525-ci qəzet"in redaktoru və köşə yazarı olmuşdur.
Camışlı
Camışlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Rayondakı Böyük Camışlı və Kiçik Camışlı kəndlərinin birləşdirilməsi əsasında yaradılmıışdır. Alagöz (Araqadz) rayonu təşkil edilənədək, yəni 15 mart 1972-ci ilə kimi Abaran rayonunun inzibati ərazi bölgüsünə daxil olmuşdur. Toponim camışlı türk tayfa adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Qamışlı
Azərbaycanda Qamışlı (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda kənd. Qamışlı (göl) — Kəlbəcər rayonunun Ağdaban kəndi yaxınlığında göl. 1400 m. yüksəklikdə yerləşir. Qamışlı — Lənkəran rayonu ərazisində çay. Gürcüstanda Qamışlı (Başkeçid) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Ermənistanda Qamışlı (Sərdarabad) — Tarixi Azərbaycanda hazırda isə Ermənistan Respublikasına məxsus Qərbi Azərbaycanın Sərdarabad rayonunda kənd. Suriyada Qamışlı (Suriya) — Suriyada şəhər, Həsəkə mühafazasında eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi.
Telişli
Telişli — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Telişli kəndi Məmmədli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Telişli kənd Soveti yaradılmışdır. Kənd əhalisinin sayı 856 nəfərdir ki, onun da 403 nəfəri kişi, 453 nəfəri isə qadındır.
Veyisli
Veyisli (əvvəlki adı: Çalaberti) — Azərbaycan Respublikasının Goranboy rayonunun Veyisli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Goranboy rayonunun Çalaberti kəndi Veyisli kəndi, Çalaberti kənd inzibati ərazi vahidi Veyisli kənd inzibati ərazi vahidi adlandırılmışdır. Kəndin keçmiş adı Veyisli tarixi Çiləbörd mahalının adıyla bağlıdır. Oykonim "çala" (çuxur, dərə) və "bert" (ər. "qala") sözlərindən düzəlib ("-i" mənsubiyyət şəkilçisi), "dərə qalası" deməkdir. 1998-ci ildən kənd Veyisli adı ilə rəsmiləşdirilmişdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1555 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Eminli
Əminli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1019 nəfərdir. == Toponimiyası == Oykonim əminli/eminli nəslinin adı ilə bağlı olub, etnotoponimdir.
Nisli
Nisli — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 126 nəfərdir. Oykonim talış dilindəki nıso (quzey) sözünün təhrif olunmuş forması və lulli (yamac) sözünün birləşməsindən ibarət olub, "quzeydə yamac" mənasını bildirir. Kənd salındığı ərazinin adını daşıyır.