Dəmirli (Ağdərə)

Dəmirli (Tsağkaşen) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Aşağı Oratağ kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Dəmirli kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir.[2]

Dəmirli
40°10′55″ şm. e. 46°44′30″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Dəmirli xəritədə
Dəmirli
Dəmirli

Yerli əhali arasında Dəmirlər kimi də işlənir. Digər adı Xoruzlu (kəngərlilərin bir qolu olan xoruzlu kəngərlisinin adı) olmuşdur. Oykonim orada məskunlaşmış dəmirli nəslinin adı ilə adlandırılmışdır.[3]

Kənd Ağdərə rayonunun tərkibində olub. Ağdərə ermənilər tərəfindən işğal edildikdən və Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra Tərtər rayonunun ərazisinə düşüb. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Dəmirli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Dəmirli kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.

5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.[4]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd dağətəyi ərazidə yerləşir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın ən böyük mis yataqlarından biri bu kənddə yerləşir. 2019-cu ildə Azersky peyklərinin təsvirləri vasitəsilə Dəmirli mədən yatağının 740 hektar ərazisində ermənilər tərəfindən geoloji kəşfiyyat, qazıntı-hasilat işlərinin və yeni infrastruktur elementlərinin (yol, bina, qurğu və s.) tikintisinin aparıldığı da müəyyənləşib.[5]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
  3. Dəmirli (Ağdərə) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  4. "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu" (az.). president.az (2023-12-28 tarixində nəşr olunub). 2023-12-05. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.
  5. "XİN və "Azərkosmos" birgə məlumat yayıb: Ermənistan Azərbaycanın təbii sərvətlərini talamaqda davam edir - FOTOLAR". 2019-08-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-21.