Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nəqdi
Nəqdi-i Ülya (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Nəqdi-i Süfla (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Nəqdi-i Süfla (Meşkinşəhr)
Nəqdi-i Süfla (fars. نقدي سفلي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 166 nəfər yaşayır (38 ailə).
Nəqdi-i Ülya (Meşkinşəhr)
Nəqdi-i Ülya (fars. نقدي عليا‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,561 nəfər yaşayır (386 ailə).
Nəqdikəndi (Ərdəbil)
Nəqdikəndi (fars. نقدي كندي‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 147 nəfər yaşayır (24 ailə).
Nəqli cümlə
Nəqli cümlə — obyektiv gerçəkliyin, xəyali aləmin bu və ya digər faktı, hadisəsi barədə məlumat verən adi təsviri cümlələrə nəqli cümlə deyilir (nəqli sözü ərəb mənşəli "naqil" sözü ilə bir kökdən olub paylayan, ötürən mənalarındadır). Nəqli cümlələr vasitəsilə yalnız gördüyümüz, müşahidə etdiyimiz fakt və hadisələr haqqında deyil, başqasından eşitdiyimiz, oxuduğumuz, bir çox hallarda mifoloji təfəkkürlə bağlı hadisələr haqqında da başqalarına məlumat verir və ya başqalarından məlumat alırıq. Nəqli cümlələr söz sırası və intonasiyanın köməyi ilə formalaşır. Nəqli cümlələr başqa cümlə növlərinə nisbətən daha çox işlənir. Çünki insanlar öz fikirlərini, əsasən, nəqli cümlə vasitəsilə ifadə edirlər. Nəqli cümlələrdə adətən mübtəda "məlum olan"ı — temanı, xəbər isə "yeni"ni bildirir. Ona görə də bu cür cümlələr ədəbi dilin normal söz sırasını nümayiş etdirir. Müxtəsər nəqli cümlələrdə qayda üzrə əvvəlcə mübtəda, sonra xəbər, geniş nəqli cümlələrdə isə əvvəl mübtəda, sonra xəbər zonası işlənir. Nəqli cümlə adi tonla deyilir. Sonda əsasən nöqtə, qoşa nöqtə və ya üç nöqtə qoyulur.
Nəqşi-Rüstəm
Nəqşi-Rüstəm— Persepol yaxınlığında Nəqşi-Rüstəm dərəsində yerləşən arxeoloji sahə. I Şapurun (241–272) dövründə imperiyanın tərkibi haqqında Nəqşi-Rüstəmdə "Zərdüştün Kəbəsi" adlı qədim od məbədindəki kitabədə Sasanilər dövlətinə tabe "İran olan" və "İran olmayan" iyirmi yeddi "şəhrin" içində "İran olmayan" Adurbadaqan, İberiya, Ermənistan, Sisakan, Albaniya, "Qafqaz dağlarına və Alban qapısınadək" Balasakanın da adları çəkilir. Nəqşi Rüstəm (Farsca: نقش رستم Næqš-e Rostæm) İranın Fars əyalətində, Persepolun 12 km şimal-qərbində yerləşən bir arxeoloji sahədir. Fars mifologiyasının qəhrəmanı Rüstəmin təsvir edildiyi düşünülən abidə məzarların altındakı Sasani oymalarına görə Nəqşi Rüstəm, yəni "Rüstəmin Rəsmi" adlandırılır. Nəqşi-Rüstəm də Əhəməni krallarına aid yeddi türbə var. Üzərindəki yazılar onlardan birinin I Daraya aid olduğunu açıq şəkildə göstərir. I Daradan başqa o biri üç məzarın, I Xerxes, I Artaserhas və II Daraya aid olduğu düşünülür. Persepolun arxasında tamamlanmamış vəziyyətdə tapılan iki məzar, ehtimal ki, II Artaserhas və III Artaserhasa məxsusdur. Yarımçıq qalan bir dənəsi, ən uzun iki il hökmdarlıq etmiş Arsesə, daha güclü ehtimalla isə Makedoniyalı İsgəndər tərəfindən taxtdan salınmış son Əhəmənilər hökmdarı III Daraya aiddir. Nəqşi-Rüstəmdəki qəbirlərdən əlavə, məzarların alt hissəsində Sasanilər padşahlarına aid yeddi nəhəng qayaüstü təsvir vardır.
Nəqi Zakirov
Nəqi Zakirov (tam adı: Nəqi Sirazetdin oğlu Zakirov, tatar. Нәкый Сираҗетдин улы Закиров, rus. Наки Сиразиевич Закиров; təxəllüsü: Nəqi İsənbət, tatar. Nəqi İsənbət/Нәкый Исәнбәт, rus. Наки́ Исанбе́т; 29 dekabr 1899, Maloyaz[d], Zlatoust qəzası[d], Ufa quberniyası, Rusiya imperiyası – 12 sentyabr 1992, Kazan, Tatarıstan, Rusiya) — Tatarıstan yazıçısı, şairi, dramaturqu, romançısı, alimi, filoloqu, dilşünası, folklorçusu, tatar dilindəki lüğətlərin kompilyatoru. Nəqi Sirazetdin oğlu Zakirov 29 dekabr 1899-cu ildə indiki Rusiyanın Başqırdıstan Respublikasının Salavat rayonunun Malayaz kəndində bir molla ailəsində anadan olmuşdur. O, ibtidai təhsili yerli mədrəsələrdən birində almış, daha sonra isə Ufa şəhərindəki «Həsəniyyə» mədrəsədində təhsil almağa başlamışdır. 15 yaşında ikən Kazan şəhərindəki «Məhəmmədiyyə» mədrəsədində təhsil almağa başlamışdır. Bu dövrdə o, jurnallarda əsərlərini nəşr etməyə başlamışdır. Eyni zamanda dilşünaslığa maraq göstərən Nəqi İsənbət Tatarıstan folkloru ilə də maraqlanmağa başlamışdı.
Nəqi İsənbət
Nəqi Zakirov (tam adı: Nəqi Sirazetdin oğlu Zakirov, tatar. Нәкый Сираҗетдин улы Закиров, rus. Наки Сиразиевич Закиров; təxəllüsü: Nəqi İsənbət, tatar. Nəqi İsənbət/Нәкый Исәнбәт, rus. Наки́ Исанбе́т; 29 dekabr 1899, Maloyaz[d], Zlatoust qəzası[d], Ufa quberniyası, Rusiya imperiyası – 12 sentyabr 1992, Kazan, Tatarıstan, Rusiya) — Tatarıstan yazıçısı, şairi, dramaturqu, romançısı, alimi, filoloqu, dilşünası, folklorçusu, tatar dilindəki lüğətlərin kompilyatoru. Nəqi Sirazetdin oğlu Zakirov 29 dekabr 1899-cu ildə indiki Rusiyanın Başqırdıstan Respublikasının Salavat rayonunun Malayaz kəndində bir molla ailəsində anadan olmuşdur. O, ibtidai təhsili yerli mədrəsələrdən birində almış, daha sonra isə Ufa şəhərindəki «Həsəniyyə» mədrəsədində təhsil almağa başlamışdır. 15 yaşında ikən Kazan şəhərindəki «Məhəmmədiyyə» mədrəsədində təhsil almağa başlamışdır. Bu dövrdə o, jurnallarda əsərlərini nəşr etməyə başlamışdır. Eyni zamanda dilşünaslığa maraq göstərən Nəqi İsənbət Tatarıstan folkloru ilə də maraqlanmağa başlamışdı.
İmam Nəqi
İmam Əliyyən-Nəqi (8 sentyabr 829, Mədinə, Abbasilər xilafəti – 27 iyun 868, Səmərra, Abbasilər xilafəti) — Əli ibn Məhəmməd əl-Hadi.
Nəqşi Cahan meydanı
Nəqşi Cahan Meydanı (fars. ميدان نقش جهان‎ Meydān-e naḳş-e cahān; “Dünyanın şəkli meydanı” ya da fars. ميدان شاه‎ Meydān-e Şāh; “Şahın meydanı”) — Həmdə İmam meydanı adı ilə tanınır. İsfahanın mərkəzində olan meydan, İranın ve cənub-şərqi Asiyanın ən geniş meydanıdır. Meydanın 4 küncündə 4 fərqli bina tikilmişdir: qərbdə Ali Qapı sarayı, şimalda Qeysəriyyə bazarı, şərqdə dini mərkəz olan Şeyx Lütfullah məscidi, cənubda isə İmam məscidi yerləşir. Meydanın üstü açıq hissəsi isə bir çox mərasimlər üçün ictimai məkan kimi fəaliyyət göstərir. Meydan İranın 20.000 rial əskinasının arxa tərəfində təsvir olunub. Abidə UNESCO-nun Ümumdünya irsi siyahısına daxildir. Nəqşi Cahan meydanı qurulduğu gündən etibarən həm şəhər, həm ümümulikdə İran nəzdində öz orginallığını və toxunulmazlığını qoruyub saxlayan məkanlardan biridir. Meydanın inşası 1598-ci ildə başlasa da təxminən 1632-ci ildə başa çatmışdır.
Hacı Məhəmməd Nəqi
Hacı Məhəmməd Nəqi (XVI əsr, Naxçıvan – XVII əsr, Naxçıvan) — Azərbaycan memarı. Naxçıvan memarlıq məktəbinin nümayəndəsi hesab olunur. Naxçıvanda anadan olmuş Hacı Məhəmməd Nəqinin dəqiq doğum tarixi və ölüm tarixi məlum olmasa da XVI əsrin ikinci yarısı – XVII əsrin birinci yarısında Naxçıvanın Оrdubad bölgəsində yaşadığı ehtimal edilir. Atası Məşədi Hüseynəlidir. Hacı Məhəmməd Nəqinin adı Ordubad bölgəsinin Dəstə kəndindəki "Meydan" məscidinin giriş qapısının baş tərəfində qoyulan kitabələrin məzmunundakı məlumat ilə elmi dövriyyəyə daxil edilmişdir. Həmin məscidin üzərində qalan birinci kitabəyə əsasən məlum olur ki, məscidin inşasını 1610–1611-ci ildə Əbdülxan Cavad oğlu əmr etmişdir. İkinci kitabənin məlumatından isə aydın olur ki, məscid elə həmin vaxt Fəxr ül-Hac Hacı Məhəmməd Nəqi tərəfindən inşa edilmişdir. Həmçinin ikinci kitabədə o da qeyd olunmuşdur ki, Dəstə kəndinin şərq tərəfində Tub Basar (Topasar) kövşənindən axan Vənəndçayın üzərində dövrümüzə qədər qalıqları gəlib çatmış və el arasında "Hacı Nağı körpüsü" adlanan körpü də Hacı Məhəmməd Nəqi tərəfindən inşa etmişdir. Hacı Məhəmməd Nəqinin məscid və körpü inşa etməsi onun bir memar kimi çoxcəhətli yaradıcılığından xəbər verir və göstərir ki, о zəmanəsinin məşhur sənətkarı olmuşdur.
İmam Əliyyən-Nəqi
İmam Əliyyən-Nəqi (8 sentyabr 829, Mədinə, Abbasilər xilafəti – 27 iyun 868, Səmərra, Abbasilər xilafəti) — Əli ibn Məhəmməd əl-Hadi.
Əli ən-Nəqi
İmam Əliyyən-Nəqi (8 sentyabr 829, Mədinə, Abbasilər xilafəti – 27 iyun 868, Səmərra, Abbasilər xilafəti) — Əli ibn Məhəmməd əl-Hadi.
Nəqşi-dil Validə Sultan
Nəqşidil Sultan (ö. 6 sentyabr 1817) — 27. Osmanlı sultanı I Əbdülhəmidin xanımı, 30. Osmanlı sultanı II Mahmudun anası, Osmanlı imperiyasının Validə sultanı. Osmanlı tarixi mənbələrində adı adətən Nəqşidil olaraq anılsa da, bəzi arxiv sənədlərində, möhüründə və məzar kitabəsində adı Nəqşi, Nəqşi Qadınəfəndi olaraq qeyd olunur. Kimliyi və saraya gəlişi haqqında dəqiq məlumat olmasa da, onun fransız kral ailəsinə mənsub olması ilə bağlı məlumat doğru deyil. Belə ki, Sultan Əbdülhəmidin bacısı Əsma Sultanın sarayındakı kənizlərdən olduğu, padşahın bacısını ziyarəti əsnasında görüb bəyəndiyi bu qızı Topqapı sarayına gətirdiyi məlumdur. XVIII əsrdə hərəmxanaya alınan kənizlərin böyük bir qismi kimi onun da Qafqaz əsilli olduğu ehtimal olunur. Sultan Əbdülhəmidin yeddinci qadınəfəndisi olan Nəqşidil Sultan ilk övladı 22 oktyabr 1783-cü ildə dünyaya gələn Şahzadə Murad Seyfullah Əfəndidir. Ancaq bu övladını 3 mart 1784-cü ildə çiçək xəstəliyindən itirmişdir.
Qaraçay-i Nəqşi (Bostanabad)
Qaraçay-i Nəqşi (fars. قره چاي نقشي‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 88 nəfər yaşayır (21 ailə).
Nüğdi
Nüğdi - Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kəndlərdən biridir. 1886-cı ildə kənd əhalisi 116 evdə 254 nəfəri kişilər, 239 nəfər isə qadınlar olmaqla 493 nəfər əhali yaşayırdı. Onlardan 114 evdə 247 nəfəri kişilər, 236 nəfər isə qadınlar olmaqla 483 nəfərini yəhudilər, 2 evdə 7 nəfəri kişilər, 3 nəfər isə qadınlar olmaqla 10 nəfərini isə sünni islam etiqadlı Azərbaycan tatarları təşkil edirdi. 2002-ci il siyahıyaalınmasına əsasən 450 təsərrüfatda 1,700 nəfər əhali yaşamışdır. Kəndin etnik tərkibi əsasən azərbaycanlılardan, qismən ləzgilərdən və az sayda dağ yəhudilərindən ibarətdir. Официальный сайт селения Нюгди, Дербентский района. Arxivləşdirilib 2013-09-18 at the Wayback Machine Общественно-политический еженедельник "ЧЕРНОВИК" : статья---Наш Шахсей-Вахсей Arxivləşdirilib 2011-07-23 at the Wayback Machine---Автор статьи: Марко Шахбанов, дата публикации:2 Февраля 2007 года.
Luici Negri
Luici Negri (it. Luigi Negri; 5 noyabr 1947, Kodogno, İtaliya) — İtaliyalı siyasətçi və memar, Lega Nord Partiyasının üzvü. 1956-cı ildə Kodognoda anadan olmuşdur. 1992–2001-ci illərdə İtaliya Deputatlar Palatasının üzvü olub. İncəsənət tarixinə olan marağı onu hər şeydən əvvəl çini araşdırmalarını genişləndirməyə və toplamağa yönəltdi.
Antonio Neqri
Antonio "Toni" Neqri (it. Antonio "Toni" Negri; 1 avqust 1933[…], Padova, İtaliya – 16 dekabr 2023, Viljüif, Fransa) — İtaliya siyasi filosofu. O, avtonomizmin ən görkəmli nəzəriyyəçilərindən biri hesab olunur. Neqri həmçinin, "İmperiya" kitabının həmmüəllifliyinə və Spinoza üzərində işinə görə tanınmışdır. Padua şəhərində anadan olmuş, doğulduğu universitetdə siyasi fəlsəfə üzrə professor kimi çalışmışdır. Neqri 1969-cu ildə "İşçi qüvvəsi" qrupunu qurmuş və "İşçilər muxtariyyəti" aparıcı üzvü olmuşdur. O, "inqilabi şüur"a çağıran çox təsirli kitablar nəşr etmişdir. Antonio Neqri 1970-ci illərin sonlarında müxtəlif ittihamlarla, o cümlədən "Qırmızı briqadalar" solçu ekstremist təşkilatın qurucusu olmaqda ittiham olunurdu. Təşkilat 1978-ci ilin mayında İtaliyanın iki dəfə baş naziri olmuş Aldo Moronun oğurlanmasında iştirak etmişdir.. Neqri "Qırmızı briqadalar" adından hədələyici telefon zəngi etməkdə şübhəli bilinirdi, lakin məhkəmə onun əlaqələrini qəti şəkildə sübut edə bilməmişdir.
Dəndi
Dəndi- İranın Zəncan ostanının Mahnişan şəhristanının Ənquran bəxşində şəhər və bu bəxşin mərkəzidir. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Nədim
Nədim (Əhməd Nədim; 1681[…], Konstantinopol – 1730[…], Konstantinopol) — Osmanlı şairi. Nədim 1681-ci ildə Konstantinopolda doğulmuşdur. 1730-cu ildə Konstantinopolda vəfat etmiş, Qaracaəhməd qəbiristanlığında dəfn olunmuşdur. Osmanlı divan ədəbiyyatının ən önəmli şairlərindən olan Əhməd Nədim də xalq şeiri formalarında şeirlər yazmış, dünyəvi eşqi vəsf etmiş, şeirdə sünilikdən qaçaraq real həyat səhnələrinin təsvirinə meyl etmişdir. Nədim xalq şeir formalarına müraciət edən ilk osmanlı şairlərindən olmuşdur. AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunda osmanlı ədəbiyyatının klassiki Nədiminin əlyazmaları qorunur.
Məhdi
Mehdi, Məhdi; əsl adı Məhəmməd — İslam dinində sonuncu xəlifə və Qiyamətdən öncə gələcək xilaskar. Cəfərilikdə on dördüncü məsum, on ikinci imam və xəlifə, qeybə çəkilib və qiyamətdən öncə zühur edib bəşəriyyəti xilas edəcəyi iddia olunan şəxs. Sünni alimlərinin demək olar ki, hamısının Məhdi (əleyhissəlam) barədə deyilmiş rəvayətləri qəbul etdiyi məlum oldu. Lakin onlardan bir neçəsi, o cümlədən də İbn Xəldun bu hədisləri inkar etmiş, ya da onlara şübhə ilə yanaşmışdır. İbn Xəldun deyir: "Əsrlər boyu bütün müsəlmanlar arasında belə bir inam olmuşdur ki, dünyanın son vaxtlarında Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən bir nəfər mütləq, zühur edib dini möhkəmlədəcək, haqq-ədaləti bərpa edəcək və müsəlmanların hamısı ona tabe olacaq. O, bütün müsəlman ölkələrinə hakim olacaqdır. Həmin şəxsin adı Məhdidir. Qiyamətin qəti müqəddimələrindən olan Dəccalın gəlməsi və sair hadisələr onun zühurundan sonra olacaq. İsa Peyğəmbər göydən enib Dəccalı öldürəcək, ya da onu öldürməkdə Məhdiyə kömək edəcək. İsa (əleyhissəlam) Məhdinin arxasında namaz qılacaq… Məşhur hədisçilərdən bir dəstəsi, o cümlədən, Tirmizi, Əbu Davud, Bəzzar, İbn Macə, Hakim, Təbrani, Əbu Yəla Məhdi (əleyhissəlam) haqqında olan hədisləri öz kitablarında bir qrup səhabənin, o cümlədən, Əli (əleyhissəlam), İbn Abbas, Abdullah ibn Ömər, Təlhə, Abdullah ibn Məsud, Əbu Hüreyrə, Ənəs, Əbu Səid Xudəri, Əli Hilali və Abdullah ibn Harisin dilindən rəvayət etmişlər.
Nəimi
Fəzlullah bin Əbi Məhəmməd Nəimi Təbrizi (1339–1401) — Hürufilik təriqətinin əsasını qoymuş sufi alim, şair, filosof. Nəimi Şah Fəzlullah ibn əbu Məhəmməd Astrabadi (Fəzl) təsəvvüfi cərəyan olan hürufiliyin banisi və İranın ən nəhəng sufilərindən biridir. Hürufilik Fəzl tərəfindən Azərbaycanda XIV əsrin sonlarında bərqərar olur və buradan Türkiyə, İran, İraq, Suriya və müsəlman Şərqinin digər ölkələrinə yayılır. Bu təlim türk xalqları içində daha artıq rəğbət doğurmuşdu. Şəmsəddin Məhəmməd ibn Əbd-ür-Rəhman Söhavinin (XV əsr) "IX əsrin parlaq şəxsiyyətləri" adlı kitabında oxuyuruq: " Adı Əbd-ür-Rəhman olan Nizami Əbu-əl-Fəzl Astrabadi Əcəmi həddən artıq savadlı bir adam idi, nəzm və nəsr sahələrindən yaxşı baş çıxarırdı, Gilan, Səmərqənd və başqa şəhərlərdə ondan ötrü məxsusi qurulan məclislərdə iştirak edirdi. Hürufilər zahidlər kimi həyat keçirir, başlarına ağ keçə papaq qoyurdular. Geniş yayılmış və çoxlu tərəfdar tomlamış bu təriqət öz küfrü ilə cığatayların və başqa qeyri-ərəb xalqlarının əksər qismini zəhərləmişdi." "Hürufi"- ərəb dilindəki "hərf" sözünün cəmi olan "hüruf" sözündəndir. E. Əhmədovun yazdığı kimi, hürufilərə görə, "insan və dünya — dünya ağlı, dünya ruhu, analar anası, məkan və zamanın ardıcıl emanasiyalarının nəticəsidir. Dünya yaradan ilahi başlanğıc — Allah özünün bənzəri kimi yaratdığı insanın simasında daha tamlıqla təcəlla edir. Kainatın varlığı, bəşəriyyətin tarixi mərhələlərə bölünmüş dövri hərəkətlərdən ibarətdir.
Nənni
Nənni və ya Hamak — iki dayaq arasında parça, ip və ya tordan hazırlanaraq asılmış, yatmaq və istirahət üçün istifadə edilən sadə yataq yeri. Cənubi Amerikanın və Afrikanın bir sıra ölkələrində çarpayını əvəz edir. Azərbaycan ərazisində hələ qədim dövrlərdən başlayaraq əsasn körpə uşaqları yatırtmaq üçün istifadə olunurdu.
Nəqne
Nəqnə — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Bürucin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,086 nəfər və 1,994 ailədən ibarət idi.
Nəqnə
Nəqnə — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Bürucin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,086 nəfər və 1,994 ailədən ibarət idi.
Nəqədə
Nəqədə – (Azərbaycan Türkcəsində: Sulduz; farsca: نقده) İranın qərbində, Qərbi Azərbaycan ostanında şəhərdir. 1967–ci ilədək şəhər rəsmi olaraq Sulduz adlanırdı. Urmu gölündən 70 km cənub-qərbdə, dəniz səviyyəsindən 1300 metr hündürlükdə yerləşir. Nəqədə yaxınlığındakı Təpə-i Həsənli adlı yer qədim mannalıların məskəni idi. Bu gün orada qədim Manna şəhərlərindən birinin xarabaları mövcuddur. Soyuqbulaq (Məhabad), Xana (Piranşəhr), Üşnü (Üşnəviyə) və Urmu (Urmiya) ilə əhatə olunub. Bu şəhərin tarixində çoxlu hadisələrin izi var. Arxeoloji qazıntılar Həsənlitəpədə şəhərin qədim tarixindən bəhs edir və şəhərin salınma tarixini eramızdan əvvəl 2000-ci ilə işarə edir. Assuriya, Manna və Türk tayfaları burada məskunlaşıblar. Nəhayət, Qacar sülaləsinin erkən vaxtında qarapapaq tayfaları Qafqazdan İrana köçür və Sulduz düzənliyində məskunlaşır.
Nəvai
Navahi və ya Navahı: Navahi (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Nəvai (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Pərdi
Pərdi — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Pərdi kəndi Yardımlı rayonunun Gilar kəndindən köçmüş qədim Gilar bəglərinin yaylağıdır. Gilar kəndinin bəgləri ən qədim pirlər nəslidir və Pərdi də pir-dailəri, yəni pir-tanrıları deməkdir. Ən qədim mənbələrdə Pərdi kəndi Parda kimi qeyd olunur. 19 əsr sənədlərində Yardımlı ərazisindəki Gilar kəndi Pərdi-Gilar adlanır və köçərilər kimi qeyd olunur. Bu köçərilik isə birbaşa mənada yox, sufi mənadadır. Ən qədim mənbələrdə "Dağ və səhralarda dolaşan qüdrəti midiyalılar" dedikdə məhz Gilar bəgləri nəzərdə tutulurdu. Cəlilabad rayonunun 10-a yaxın kəndi (Edişə, Şabanlı, Qasımbəyli və s.) məhz Gilar bəglərin törəmələrinin yaşadığı kəndlərdir. Pərdili oyk. Cəlilabad r-nunun Xanəgah i.ə.v.-də kənd.
Təqti
Təqti(ərəb. تقطع‎ fasilə, bölgü) və yaxud misradaxili bölgü misra daxilindəki fasilələrdir. Ritm bütün dillərdə qafiyə ilə yanaşı poeziyanın əsas və universal əlamətidir. Heca, əruz və müxtəlif xalqlarda olan ağ (sillabik) şeir də ritmə əsaslanır. Milli dillərdə poetik ritmin xüsusiyyətləri bu dillərin fonetik quruluşu, saitlərin və sonor samitlərin uzun ya qısa tələffüzünə əsaslanır. Türk dillərində ümumiyyətlə saitlər hamısı qısadır. Ona görə də türk dillərindəki heca vəzninin ritmikliyi misraların təqtilərə bölünməsindən yaranır. Heca təqtiləri. Təqtilər şeir misrasında daxili ritmin tərkib ünsürləridir. Heca vəznində təqti müəyyən sayda hecalardan sonra verilən durğulara (ritmik fasiləyə) əsaslanır.
Nəsai
Nəsai və ya tam adı ilə Əbu Əbdürrəhman Əhməd ibn Şueyb ən-Nəsai (ərəb. أبو داود السجستاني‎, 829 və ya 830 – 28 avqust 915, Fələstin) — Fars əsilli müsəlman alimi, hədis üzrə görkəmli mütəxəssislərdən biri. Ən mötəbər altı hədis məcmuəsindən birinin müəllifidir.Mühəddis, "Sünəni Nəsai" hədislər toplusunun müəllifi. Ən-Nəsai Türkmənistanın müasir paytaxtı Aşqabaddan qərbdə yerləşən, hazırda mövcud olmayan Nisa şəhərində (onun soyadı bu şəhərin adı ilə verilmişdir) anadan olmuşdur. Ən-Nəsai ömrünün ikinci yarısını Misirdə keçirir. Yaqub əl-Fəsəvi onun müəllimi olur. Ölümündən bir müddət əvvəl Fələstinə gedir və orada ölür. Misiri tərk etməsinə səbəb onun geniş biliyinə görə başqalarının paxıllığı idi. Fələstinə gəldikdən sonra bir qrup xaricinin hücumuna məruz qalır və aldığı yaralardan ölür. Əl-Həkim onun haqqında yazırdı: "Əbu Əbdürrəhman bütün fəzilətləri ilə yanaşı, şəhadət də çəkdi".
Bəqli (Beqli)
Bəqli (Beqli) — Arsakda məntəqə adı. Kutaisi quberniyasının Şorapan qəzasında (indiki Zestafoni rayonunda) Beqlevi kənd adı . Cənub-şərqi Avropada yaşamış qıpçaqların Burcabo tayfa üç qoldan ibarət idi. Aklan, Osoluk və Beqlik. Bu kənd Beqlik qolunun adını əks etdirir. Gürcüstanda Beqlevi, Beqleti və Beqli. Ermənistanda Biqli kənd adlarında da əksini tapmışdır. Albaniyada erkən orta əsrlərdə Tatev monastırının (Zəngəzurda) adında da eb sözü iştirak edir. Qafqazın toponimiyasında Beqle, Beqli formalarındadır. XIX əsrdə İrəvan quberniyasının Novobayazid qəzasında Beqludağ, Şimali Qafqazda Dağıstan əyalətinin Dargin dairəsində Beqala-Moxi (Beqlidağ deməkdir), Batumi dairəsində Beqleti, Borcalı qəzasında Böyük Beqler və Kicik Beqler, Azərbaycanda Şamaxı rayonunda Bəklə.
Beqli
Bexleti (Xaşuri) (gürc. ბეღლეთი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. Beqli — Tiflis quberniyasının Qori qəzasında (indi Xaşur rayonunda) kənd adı. Beqle toponimindən və gürcücə yer, məkan bildirən "eti" şəkilçisindən ibarətdir. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 22 nəfər idi. 2014-cü ildə 22 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, II cild, səh.
Deqadi
Deqadi — Azərbaycan Respublikasının Astara rayonunun Şuvi kənd inzibati ərazi dairəsində kənd. Deqadi Astara rayonunun Şüvi inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Tədqiqatçıların fikrincə, oykonim Talış dilindəki de (iki), qalkə (ev) və di (kənd) komponentlərindən düzəlib, "iki evli kənd" mənasındadır. Kəndin əsasını iki ailə qoyduğu üçün belə adlandırılmışdır. Talış dilində de (dü) "iki" qa (kə) "ev" və dı "kənd" deməkdir. Degadi (Qoşakənd). 12 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Deqadi-Pəlikəş avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılmışdır.
Mehdi
Mehdi, Məhdi; əsl adı Məhəmməd — İslam dinində sonuncu xəlifə və Qiyamətdən öncə gələcək xilaskar. Cəfərilikdə on dördüncü məsum, on ikinci imam və xəlifə, qeybə çəkilib və qiyamətdən öncə zühur edib bəşəriyyəti xilas edəcəyi iddia olunan şəxs. Sünni alimlərinin demək olar ki, hamısının Məhdi (əleyhissəlam) barədə deyilmiş rəvayətləri qəbul etdiyi məlum oldu. Lakin onlardan bir neçəsi, o cümlədən də İbn Xəldun bu hədisləri inkar etmiş, ya da onlara şübhə ilə yanaşmışdır. İbn Xəldun deyir: "Əsrlər boyu bütün müsəlmanlar arasında belə bir inam olmuşdur ki, dünyanın son vaxtlarında Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən bir nəfər mütləq, zühur edib dini möhkəmlədəcək, haqq-ədaləti bərpa edəcək və müsəlmanların hamısı ona tabe olacaq. O, bütün müsəlman ölkələrinə hakim olacaqdır. Həmin şəxsin adı Məhdidir. Qiyamətin qəti müqəddimələrindən olan Dəccalın gəlməsi və sair hadisələr onun zühurundan sonra olacaq. İsa Peyğəmbər göydən enib Dəccalı öldürəcək, ya da onu öldürməkdə Məhdiyə kömək edəcək. İsa (əleyhissəlam) Məhdinin arxasında namaz qılacaq… Məşhur hədisçilərdən bir dəstəsi, o cümlədən, Tirmizi, Əbu Davud, Bəzzar, İbn Macə, Hakim, Təbrani, Əbu Yəla Məhdi (əleyhissəlam) haqqında olan hədisləri öz kitablarında bir qrup səhabənin, o cümlədən, Əli (əleyhissəlam), İbn Abbas, Abdullah ibn Ömər, Təlhə, Abdullah ibn Məsud, Əbu Hüreyrə, Ənəs, Əbu Səid Xudəri, Əli Hilali və Abdullah ibn Harisin dilindən rəvayət etmişlər.
Meğri
Meğri (erm. Մեղրի) — Ermənistanın cənubundakı Sünik mərzində, İranla sərhəddə yerləşən Meğri rayonunun mərkəzi olan şəhər. 2011-ci il siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 4 580 nəfər olmuşdur. 2020-ci ilin rəsmi hesablamalarına görə isə Meğrinin əhalisi təxminən 4 500 nəfərdir. Meğri paytaxt İrəvandan 376 km, mərzin mərkəzi Qafandan isə 73 km cənubda yerləşir. Toponim türk dilində "quruyan, az sulu çöl çayı olan dərə", "yüksəkliklərində aşırımı olmayan çıxılmaz dərə", "dalan kimi dərə" mənasında işlənən mukır, mukur sözünün fonetik variant olan mığrı sözü əsasında formalaşmışdır. Digər bir variant olaraq, Meğri erməni dilində "bal şəhəri" mənasını verir. Şəhərin adı mənbələrdə Mığrı formasında işlənir. 1930-cu ilin sentyabrında Meğri rayonu yaradılmış və Meğri qəsəbəsi yeni yaranan rayonun mərkəzinə çevrilmişdir. 1959-cu ildə Meğriyə şəhər tipli qəsəbə statusu verilib.
Neqab
Neqab — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Cuveyn şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,022 nəfər və 3,087 ailədən ibarət idi.
Azğur kəndi
Azğur (gürc. აწყური Atskuri) — Gürcüstannın Samtsxe-Cavaxeti bölgəsinin Axaltsixe bələdiyyəsində kənd. Keçmişdə Axısqa türklərinin yaşayış məntəqələrindən idi. Görkəmli ictimai xadim Ömər Faiq Nemanzadənin doğulduğu kənddir. Budaqov və Qeybullayevin fikrincə, toponim Səlcuqi oğuzlarının Yazqur tayfasının adını əks etdirir. Ömər Faiq Nemanzadə Məmmədzəki Dursunzadə Məmmədəmin Şeyxzadə Şəfiqə Əfəndizadə Fuad Əfəndiyev valideynləri Gürcüstanın Axıska bölgəsinin Azğur kəndindən olmuşdur.