Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nəsimi
İmadəddin Nəsimi (tam adı: Şeyx Əli ibn Seyid Məhəmməd İmadəddin Nəsimi) 1369, Şamaxı – 1417, Hələb) — Azərbaycan şairi, mütəfəkkir. "İmadəddin Nəsimi" adı ilə məşhurdur. İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə İmadəddin Nəsimi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Nəsiminin həyatı haqqında çox geniş məlumat mövcud deyil. Mənbələrin əksəriyyəti onun adını İmadəddin kimi göstərir, ancaq Nəsiminin əsl adının Əli və Ömər olduğunu qeyd edən mənbələr də vardır. Bir çox tədqiqatçılar onun Şamaxıda, başqaları isə Bursada,urmiyada, Təbrizdə, Bakıda, Diyarbəkirdə və hətta Şirazda anadan olduğunu iddia edirlər. Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi. Nəsiminin bir qardaşı da olub. Onun Şamaxıda yaşadığı, Şah Xəndan təxəllüsü ilə şeirlər yazdığı və hazırda bu adla tanınan qədim qəbristanlıqda basdırıldığı məlumdur.
Nəsibə Abdullayeva
Nəsibə Abdullayeva (tam adı: Nəsibə Məlik qızı Yarməhəmmədova, özb. Nasiba Abdullaeva, fars. نصیبه عبدالله‌یوا‎, rus. Насиба Абдуллаева; 15 noyabr 1961, Səmərqənd) — Özbəkistan müğənnisi, Özbəkistanın (1993) və Azərbaycanın (2022) xalq artisti. == Həyatı == Nəsibə Abdullayeva 11 noyabr 1961-ci ildə Özbəkistan Sovet Sosialist Respublikası Səmərqənd vilayətinin inzibati mərkəzi olan Səmərqənd şəhərində, Boğişamol məhəlləsində anadan olmuşdur. Anası Xalçuçuk Xalimakulova əslən tacik, atası Məlik Yarməhəmmədov isə əslən iranlıdır. Nəsibə Abdullayeva atasını etnik fars hesab edir.[mənbə göstərin]Gəncədə doğulmuş, milliyyətcə azərbaycanlı olan, gitara ifaçısı Eldar Abdullayevlə 1980-ci ildə nikaha girmiş Nəsibə Yarməhəmmədovanın bu nikahından iki oğlu vardır: Ənvər Abdullayev (d. 1981) və Əkbər Abdullayev (d.
Nəsibə Eldarova
Nəsibə Novruz qızı Eldarova — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2014). == Həyatı == Nəsibə Eldarova 1959-cu ildə Bakının Bülbülə qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuş və 2 il Rza Təhmasibin kursunda (sonralar Nəsir Sadıqzadənin kursunda) təhsil almışdır. Bir müddət ali məktəbdən uzaqlaşsa da, sonradan universitetə bərpa olunmuşdur. İnstitutu bitirdikdən sonra kinostudiyada fəaliyyətə başlamışdır. 1989-cu ildə Gənclər Teatrının yaranmasından sonra aktrisa həmin teatra işə düzəlir və orada 20 il müddətində 100-dən çox tamaşada çalışır. 2009-cu ildə verilən qərara əsasən, Dövlət Gənclər Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirildikdən sonra aktrisa burada işə başlayır. Nəsibə Eldarova Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür. Aktyor Əməkdar Artist Ömür Nağıyevin həyat yoldaşı olmuşdur.
Nəsibə Hüseynova
Nəsibə Hüseynova Ağa İsmayıl qızı - Azərbaycan pediatrı, tibb elmləri doktoru (1969), professor (1970), Səhiyyə əlaçısı (1984), Əmək veteranı (1986), Əməkdar həkim (1990). == Həyatı == Nəsibə Hüseynova 25 yanvar 1926-cı ildə Bakı şəhərində Azərbaycan dili müəllimləri olan Ağa İsmayıl və Həvva Hüseynovların ailəsində anadan olmuşdur. O, 1943-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olmuş, 1948-ci ildə Moskva şəhərinin N. İ. Piroqov adına Tibb İnstitutunu bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Nəsibə Hüseynova 1948-ci ildən Azərbaycan Dövlət Tibb İnstitutunun Uşaq xəstəliklərinin propedevtikası kafedrasının kliniki ordinatoru vəzifəsini icra etmişdir. Daha sonra 1950-1951-ci illərdə Laçın şəhərindəki qadın və uşaq məsləhətxanasının müdiri vəzifəsində çalışmışdır. 1955-1959-cu illərdə Ana və Uşaqların Mühafizəsi Elmi-Tədqiqat İnstitutunda əvvəlcə baş elmi işçi, sonra şöbə müdiri olaraq fəaliyyət göstərmişdir.Nəsibə Hüseynova 1959-cu ildən ATU-nin Hospital pediatriya kafedrasının dosenti, 1970-ci ildən etibarən isə həmin kafedranın professorudur.1959-1961-ci illərdə SSRİ dövləti tərəfindən İraqa ezam olunmuş və orada müharibə şəraitində səhiyyə müşaviri işləmişdir. Bu şərəfli həkim işinə görə Nəsibə Hüseynova İraq hökuməti və Azərbaycan SSR-nin Səhiyyə Nazirliyi tərəfindən dəfələrlə Fəxri fərmanla təltif olunmuşdur.1970-1992-ci illərdə ATU-nin Müalicə-profilaktika fakültəsinin Uşaq xəstəlikləri kafedrasının müdiri olmuş, 1992-ci ildən hal-hazıradək həmin kafedranın professoru vəzifəsində çalışır.1971-1976-cı illərdə Bakı şəhərində baş pediator vəzifəsini icra etmişdir. 1970-1991-ci illərdə Səhiyyə Nazirliyinin IV Baş İdarəsinin baş pediatoru olmuşdur. Professor Nəsibə Hüseynova 1976-cı ildən hal-hazıra qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş uşaq qastroenteroloqudur.1982-ci ildə prof. N. Hüseynova 17 saylı uşaq şəhər poliklinikasının bazasında Respublika Uşaq Qastroenteroloji Mərkəzinin yaradıcısı olmuş və uzun illər bu mərkəzdə elmi rəhbər kimi işləyərək, Azərbaycanın bütün regionlarından mədə-bağırsaq problemli uşaqlara yardım etmişdir.
Nəsibə Həsənova
Nəsibə Həsənova (tam adı: Nəsibə Bəhruz qızı Həsənova; d. 15 dekabr 1994, Tümen, Rusiya) — Azərbaycan əsilli Rusiya futbolçusu. == Həyatı == === Erkən illəri === 13 yaşından futbol ilə məşğul olur. === Şəxsi həyatı === Barselona futbol klubunun azarkeşidir, ən sevdiyi futbolçu Tyerri Anridir.
Nəsibə Zeynalova
Nəsibə Cahangir qızı Zeynalova (20 aprel 1916, Bakı – 10 mart 2004, Bakı) — Azərbaycanın görkəmli teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1967), Azərbaycan SSR dövlət mükafatı laureatı (1974). == Həyatı == Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə Bakıda doğulub. Atası Kərbəlayı Cahangir, Bakıda anadan olub və tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkliyini görmək ataya nəsib olmayıb. 1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana yollanıb. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Böyüdükdən sonra o, atasının arzusunu inamla həqiqətə çevirib.
Nəsimi-Şimal
"Nəsimi-Şimal" — Qacar İranında nəşr olunmuş qəzetlərdən biri. Məşrutə dövrünün satirik-ədəbi orqanlarından biri idi. == Tarixi == Əşrəfəddin Gilani tərəfindən əvvəlcə Rəştdə, sonra da Tehranda nəşr olunmuşdur. Rəşt şəhəri İranın şimalında yerləşdiyinə görə Əşrəfəddin Gilani çıxardığı qəzeti "Şimal küləyi – nəsimi" adlandırmışdır. O, qəzetinin hər bir işini özü təkbaşına görürdü. Səid Nəfisi "Sepido siyah" jurnalında Əşrəfəddin Gilani haqqında məqaləsində yazırdı ki, "...o, xalqın içindən çıxdı, xalqla yaşadı və xalqın içində itib batdı... Hər gün, hər gecə yazırdı, həftə ərzində yazdığı şeirləri çap edib xalqa çatdırırdı. İyirmi ilə yaxın hər həftə "Nəsimi-Şimal"ı Tehranın ən kiçik mətbəələrindən birində dörd xırda səhifədə nəşr edib yaydı… belə gün olmazdı ki, bu qəzet Tehranda bir vəlvələ salmasın. Hökumətlər artıq onun əlindən zara gəlmişdilər..." == Fəaliyyəti == "Nəsimi-Şimal" qəzetinin əksər səhifələri şeir nümunələrindən ibarət idi. Qəzetdə əsas yeri onun təsisçisi Əşrəfəddin Gilaninin satirik məzmunlu şeirləri tuturdu.
Nəsimi (Biləsuvar)
Nəsimi (əvvəlki adı: Novotroitskoye) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Nəsimi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Novotroitskoye kəndi Nəsimi kəndi və müvafiq olaraq Novotroitskoye kənd Soveti Nəsimi kənd Soveti adlandırılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Günəş olmuşdur. Çar hökumətinin köçürmə siyasəti nəticəsində 1847-ci ildə Orenburq quberniyasının Troitskoye kəndindən gəlmələrin məskunlaşması nəticəsində yaranmış və Novotroitskoye adı ilə rəsmiləşdirilmişdi. Kənd 1992-ci ildə Azərbaycan şairi Nəsiminin (1369-1417) şərəfinə belə adlandırılmışdır. Memorial toponimdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə yerləşir. Nərimankənd, Çaylı, Günəşli, Ağayrı kəndləri ilə sərhəddir. == Əhalisi == === Şəhidləri === İbadlı Ruslan Sakit oğlu (1995-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Nəsimi (Qəbələ)
Nəsimi — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.
Nəsimi (Sabirabad)
Nəsimi (əvvəlki adı: Xersonovka) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Nizami kənd inzibati ərazi dairəsi tərkibindəki Xersonovka kəndi Nəsimi kəndi adlandırılmışdır.
Nəsimi (ad)
Nəsimi — təxəllüs və kişi adı. Daha çox Azərbaycanda şair İmadəddin Nəsiminin adı ilə bağlı oğlan uşaqlarına verilir. İmadəddin Nəsimi — Azərbaycan şairi. Nəsimi Məmmədoğlu — Rejissor, ssenari müəllifi Nəsimi Ağayev — Azərbaycanın Los-Ancelesdəki baş konsulu.
Nəsimi (dəqiqləşdirmə)
== Toponim == Nəsimi (Bakı) — Azərbaycanın Bakı şəhərində rayon. Nəsimi (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Nəsimi (Biləsuvar) — Azərbaycanın Biləsuvar rayonunda kənd. Nəsimi (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Nəsimikənd — Azərbaycanın Saatlı rayonunda kənd. == Digər == Nəsimi metrostansiyası — Bakı metropoliteninin stansiyası. Nəsimi (film, 1971) — İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş film. Nəsimi (film, 1973) — İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş film.
Nəsimi (rayon)
Nəsimi rayonu — Nəsimi rayonu 1969-cu ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yaradılmışdır. Nəsimi rayonu onu əhatə edən indiki Yasamal, Səbail və Nərimanov rayonlarının əraziləri hesabına yaradılmışdır. Ərazisi 9 kvadrat kilometrdir. 1999-cu ildə keçirilmiş əhalinin ilk milli siyahıya alınmasının nəticələrinə görə, rayonun daimi əhalisi 196 min nəfər olmuşdur. Hazırda əhalinin sayı 202 073 nəfərdir. Ermənistan Respublikasının təcavüzü nəticəsində 1988-ci ildən başlayaraq qaçqın düşmüş azərbaycanlıların bir qismi – 17.476 nəfəri və ya 3726 ailə müvəqqəti olaraq rayonun ərazisində məskunlaşmışdır. Azərbaycanın işğal olunmuş bölgələrindən olan məcburi köçkünlərin 11.401 nəfəri və ya 2797 ailə də Nəsimi rayonunda məskunlaşmışdır. Nəsimi rayonunu paytaxtın giriş qapısı da adlandırırlar. Belə ki, Bakının giriş qapıları sayılan Dəmiryolu Sərnişin Vağzalı və Beynəlxalq Şəhərlərarası Avtovağzal bu rayonda yerləşir. Şəhər Metropoliteninin "28 May", "C.Cabbarlı", "20 Yanvar", "8 Noyabr" və "Əcəmi" stansiyaları da Nəsimi rayonu ərazisindədir.
Nəsimi Abudov
Nəsimi Şahbala oğlu Abudov (d. 10 sentyabr 1969; Xaçmaz, Azərbaycan - ö. 1993; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, I Qarabağ müharibəsinin şəhidi. == Həyatı və hərbi xidməti == Nəsimi Abudov 1969-cu il 10 sentyabrdə Xaçmaz rayonunun Çarxı qəsəbəsində anadan olub. 1993-cü ildə hərbi xidmətə yollanan Nəsimi Abudov, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri qismində I Qarabağ müharibəsinin bir sıra döyüşlərinə qatıldı. O, 1993-cü ildə şəhid oldu. Əsgər Nəsimi Abudov, Xaçmaz rayonunun Çarxı qəsəbəsində dəfn olunub.
Nəsimi Ağayev
Nəsimi Ağayev (1979) — Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri. == Təhsili == Nəsimi Ağayev Almaniyanın Saarland Universitetinin, Avropa İnstitutunun Avropa Hüququnun (LL. M.) magistr dərəcəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər üzrə bakalavr və magistr dərəcəsini almışdır. O, həmçinin, Avstriyada Vyana Diplomatik Akademiyasında təhsil almışdır. Ana dili olan Azərbaycan dilindən başqa İngilis, Fransız, Alman, Rus, İspan və Türk dillərini də bilir. == Fəaliyyəti == 1999-cu ildə Azərbaycanın diplomatik xidmətinə qəbul edilmiş, ölkənin Avstriyadakı (2000–2003) və Almaniyadakı (2005–2008) səfirliklərində, eləcə də, Bakıda Xarici İşlər Nazirliyində xidmət etmişdir. Azərbaycan Prezidenti Heydər Əliyevin 3–6 iyul 2000-ci ildə Avstriyaya rəsmi səfəri zamanı alman dili üzrə tərcüməçisi olub. 2001–2003-cü illərdə Vyana Universitetində Azərbaycan dilini tədris etmişdir. Fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinə malikdir.Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci ilin 19 avqustunda Azərbaycanın Almaniyadakı səfiri vəzifəsinə təyin olunmuşdur. Ondan öncə 2012–2022-ci illərdə Azərbaycanın Los-Ancelesdəki baş konsulu vəzifəsində çalışaraq, Azərbaycanı Kaliforniya və Amerika Birləşmiş Ştatlarının qərbindəki digər 12 ştatda təmsil etmişdir. 2010–2012-ci illərdə Vaşinqtonda Azərbaycanın Səfirliyində siyasi məsələlər üzrə müşavir vəzifəsində çalışmışdır.
Nəsimi Məmmədoğlu
Nəsimi Məmməd oğlu Əliyev — Rejissor, ssenari müəllifi, prodüser == Həyatı == Nəsimi Məmməd oğlu Əliyev 26 avqust 1973-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə orta təhsilini bitirdikdən sonra rejissor köməkçisi kimi Dövlət televiziyasında əmək fəaliyyətinə başlayıb. 1993-1998-ci illər Ordu sıralarında qulluq edib. 1996-2000-ci illər ADMİU-nin rejissorluq fakultəsində təhsil alıb. 2004-2006-cı illərdə polşalı rejissor Kşıştov Zanussinin rəhbərliyi altında keçən İsveçrənin "AVANTİ" layihəsində işttirak edib və həmin layihənin sənədli filmlər bölməsinin qalibi olub. 2001-2007-ci illər "Lider" televiziyasında mədəniyyət proqramlarında rejissor işləyib. 2007-ci ildən "İctimai Televiziya və Radio Yayımları Şikətində" quruluşçu rejissor kimi çalışır. 22 iyul 2020-ci il Milli Mətbuat gününün 145 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib. 2015-2017-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və "QN" Uşaq Kino Məktəbində rejissor sənəti üzrə dərs deyib. Azərbaycan Kinemotoqrafçılar ittifaqının və peşəkar kinorejissorlar gildiyasının üzvüdür.
Nəsimi bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Nəsimi dastanı
"Nəsimi dastanı" (en. A Tale of Nasimi; ru. Легенда о Насими, yaxud Сказание о Насими) — Fikrət Əmirovun 1973-cü yazdığı balet. Libretto yazıçı Anara məxsusdur. Baletmeyster Nailə Nəzirovanın quruluş verdiyi bu tamaşa ilk dəfə 23 sentyabr 1973-cü il tarixdə nümayiş etdirilərək, tamaşacıların böyük rəğbətini qazanmış, 1974-cü ildə isə Respublika Dövlət mükafatına layiq görülmüşdür. == Məzmun == Görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin həyatından bəhs edir. I səhnə: Cəlladların rəqsi II səhnə: Nəsiminin monoloqu III səhnə: Nəsimi və sevgilisinin birinci dueti IV səhnə: Qızların Nəsimi və sevgilisi ilə rəqsi V səhnə: Hücum VI səhnə: Qızların kədəri VII səhnə: Nəsimi və sevgilisinin ikinci dueti VIII səhnə: Nəsiminin üsyanı IX səhnə: Savaş X səhnə: ƏbədilikBaletdə Lütfiyar İmanovun ifasında Nəsiminin ariyası və dünyanı lənətləyən kiçik şeiri səslənmişdi.
Nəsimi metrostansiyası
Nəsimi metrostansiyası — 2006-cı ildən inşaatına başlanılmışdır və 2008-ci ilin oktyabrın 9-da istifadəyə verilmişdir. Stansiyanın tikintisinə 100 milyon Azərbaycan manatı məbləğində vəsait xərclənilib. Metrostansiyanın 6-cı və 9-cu mikrorayon istiqamətlərinə çıxışları var. Metronun "Memar Əcəmi" — "Nəsimi" xəttinin uzunluğu 1660 metr. Stansiyanın platformasının uzunluğu 102 metr. Eni 15 metr.
Nəsimi rayonu
Nəsimi rayonu — Nəsimi rayonu 1969-cu ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yaradılmışdır. Nəsimi rayonu onu əhatə edən indiki Yasamal, Səbail və Nərimanov rayonlarının əraziləri hesabına yaradılmışdır. Ərazisi 9 kvadrat kilometrdir. 1999-cu ildə keçirilmiş əhalinin ilk milli siyahıya alınmasının nəticələrinə görə, rayonun daimi əhalisi 196 min nəfər olmuşdur. Hazırda əhalinin sayı 202 073 nəfərdir. Ermənistan Respublikasının təcavüzü nəticəsində 1988-ci ildən başlayaraq qaçqın düşmüş azərbaycanlıların bir qismi – 17.476 nəfəri və ya 3726 ailə müvəqqəti olaraq rayonun ərazisində məskunlaşmışdır. Azərbaycanın işğal olunmuş bölgələrindən olan məcburi köçkünlərin 11.401 nəfəri və ya 2797 ailə də Nəsimi rayonunda məskunlaşmışdır. Nəsimi rayonunu paytaxtın giriş qapısı da adlandırırlar. Belə ki, Bakının giriş qapıları sayılan Dəmiryolu Sərnişin Vağzalı və Beynəlxalq Şəhərlərarası Avtovağzal bu rayonda yerləşir. Şəhər Metropoliteninin "28 May", "C.Cabbarlı", "20 Yanvar", "8 Noyabr" və "Əcəmi" stansiyaları da Nəsimi rayonu ərazisindədir.
Nəsimi stansiyası
Nəsimi metrostansiyası — 2006-cı ildən inşaatına başlanılmışdır və 2008-ci ilin oktyabrın 9-da istifadəyə verilmişdir. Stansiyanın tikintisinə 100 milyon Azərbaycan manatı məbləğində vəsait xərclənilib. Metrostansiyanın 6-cı və 9-cu mikrorayon istiqamətlərinə çıxışları var. Metronun "Memar Əcəmi" — "Nəsimi" xəttinin uzunluğu 1660 metr. Stansiyanın platformasının uzunluğu 102 metr. Eni 15 metr.
Nəsimi Şıxalıyev
Nəsimi Əliyev
Nəsimi Məmməd oğlu Əliyev — Rejissor, ssenari müəllifi, prodüser == Həyatı == Nəsimi Məmməd oğlu Əliyev 26 avqust 1973-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə orta təhsilini bitirdikdən sonra rejissor köməkçisi kimi Dövlət televiziyasında əmək fəaliyyətinə başlayıb. 1993-1998-ci illər Ordu sıralarında qulluq edib. 1996-2000-ci illər ADMİU-nin rejissorluq fakultəsində təhsil alıb. 2004-2006-cı illərdə polşalı rejissor Kşıştov Zanussinin rəhbərliyi altında keçən İsveçrənin "AVANTİ" layihəsində işttirak edib və həmin layihənin sənədli filmlər bölməsinin qalibi olub. 2001-2007-ci illər "Lider" televiziyasında mədəniyyət proqramlarında rejissor işləyib. 2007-ci ildən "İctimai Televiziya və Radio Yayımları Şikətində" quruluşçu rejissor kimi çalışır. 22 iyul 2020-ci il Milli Mətbuat gününün 145 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib. 2015-2017-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və "QN" Uşaq Kino Məktəbində rejissor sənəti üzrə dərs deyib. Azərbaycan Kinemotoqrafçılar ittifaqının və peşəkar kinorejissorlar gildiyasının üzvüdür.
Vəsimə İsmayılqızı
Vəsimə İsmayıl qızı Qarayeva (Tap Qaraqoyunlu) — yazıçı, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1999). == Həyatı == Vəsimə İsmayılqızı Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olmuşdur. Orta təhsilini Tap Qaraqoyunlu kənd orta məktəbində almış, sovxozda işləmişdir. GDU-nu fərqlənmə diplomu ilə bitirmiş (1991), təhsil aldığı universitetdə saxlanmış, psixologiya kafedrasında işləmişdir (1992-1994). Sonralar "Patronat" şirkətində redaktor, "QAPP-Poliqraf" QTSC-də redaktor (1994-1995), "İsmayıl" Nəşriyyat-Poliqrafiya Mərkəzində direktor (1995-1999), "İsmayıl" Nəşriyyat-Poliqrafiya Müəssisəsində direktor vəzifəsində çalışmışdır. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür (1999). Bədii yaradıcılıqla məşğuldur. Dövri mətbuatda şeirlər, kiçik hekayələr, bədii, elmi və publisistik yazılarla çıxış etmişdir. İlk irihəcmli əsəri Goranboy bölgəsinin tarixindən, fiziki, iqtisadi və sosial coğrafiyasından, yaşayış məskənlərindən, toponimlərindən, abidələrindən, etnoqrafiyasından, əlamətdar hadisələrindən, görkəmli şəxsiyyətlərindən bəhs edən "Goranboy" ensiklopedik toplusu 2000-ci ildə nəşr olunmuşdur. Ulu öndər Heydər Əliyevin Goranboya səfərlərindən bəhs edən "Goranboyda izim qaldı" (2001), "Azərbaycan olduğu kimi" (2002), "Goranboyda izim qaldı" (2003, təkmilləşdirilmiş nəşr), "Bu, İrşad Əliyevdir" (2006), "Beyləqan" ensiklopedik toplu (2010) kitabları nəşr edilmişdir.
İmadəddin Nəsimi