Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Padişah Xatun
Padişah Xatun və ya digər adı ilə Səfvatəddin Xatun (XIII əsr – 1295)- Kirman Qaraxitaylar sülaləsinin üzvü, 1292-1295-ci illərdə Kirman hökmdarı == Həyatı == Padişah Xatun XIII əsrdə Qütbəddin Məhəmmədlə Kirmanlı Qutluq Türkanın kiçik qızı olaraq dünyaya gəlmişdir. Mənbələrə görə o, atası sərhəd savaşlarında iştirak edərkən dünyay gəlmişdi. Qardaşları arasında böyüdülən Padişah Xatun təhlükəsizliyinin qorunması məqsədilə hətta yüksək təbəqədən belə gizli tutulmuşdu. Deyilənə görə onun qız olmasını belə çox az adam bilirmiş. 1265-cı ildə anası Qutluq Türkan Abaqa xanın tacqoyma mərasimində iştirak edir və beləliklə Padişah xatuna Sircan bəyliyi verilir. 1272-ci ilin may ayının 22-də o Abaqa xanla evləndirilir. Evliliyin əsas məqsədi Monqol dəstəyini almaq idi. O xanın anası Yəsunəçinin yanına göndərilmişdi. Yəsunəçinin ölümündən sonra isə onun ordusunun başına keçmişdi. Padişah Xatun anası Qutluq Türkanın hakimiyyətinin güclənməsində mühüm rol oynamış, qardaşları Müzəffərəddin Həccac və Suyurqətmişə qarşı anasını dəstəkləmişdi.
Adilşah Sultan
Adilşah Sultan (v. 19 dekabr 1803, Konstantinopol, Osmanlı imperiyası) — 26-cı Osmanlı sultanı III Mustafanın xanımlarından biri. == Həyatı == Həyatının ilk illəri haqqında yetərli məlumat olmasa da, Sultan Mustafanın üçüncü xanımı olaraq saraya alındığı məlumdur. Bu səbəblə sultanın baş xanımı olan Aynülhəyat Sultanın vəfat etdiyi 1764-cü ildən sonra hərəmə alındığı anlaşılır. Qısa zamanda sultanın rəğbətini qazanan Adilşah Sultan 13 yanvar 1766-cı ildə ilk övladı Beyhan Sultanı, 14 iyun 1768-ci ildə isə Xədicə Sultanı dünyaya gətirdi. Ancaq uşaqları hələ körpə ikən 21 yanvar 1774-cü ildə həyat yoldaşı Sultan Mustafa anidən vəfat etdi və qardaşı I Əbdülhəmid taxta çıxdı. Adilşah Sultan və qızları isə sabiq sultanın digər hərəm üzvləriylə birlikdə Köhnə saraya göndərildi. Burada qızlarının təlim-tərbiyəsi ilə məşğul olan Adilşah Sultan əmiləri Sultan Əbdülhəmidə məktub yazaraq evlilik çağına gələn qızlarının münasib görülən dövlət adamlarından biriylə evləndirilməsini istədi. Ardından sədrəzəm Həmid Paşaya yazılan məktubla münasib bir bəy namizədi axtarmağa başlayan Sultan Əbdülhəmid öncə 1784-cü ildə Beyhan Sultanı, daha sonra 1787-ci ildə Xədicə Sultanı evləndirdi. Qızlarının evlənərək saraydan ayrılmasının ardından tez-tez onları öz saraylarında ziyarət edən Adilşah Sultan qalan ömrünü xeyriyyə işləriylə keçirdi.