Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Naxşira
Naxşira (gürc. ნახშირა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 450 metr hündürlükdə, Suxumidən 21 km uzaqlıqdadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ქართული საბჭოთა ენციკლოპედია, ტ. 7, თბ., 1984. — გვ. 355.
Naminə
Lilbalıq (lat. Tinca tinca) — lilbalıq cinsinə aid balıq növü. Çəkikimilər fəsiləsinə aid balıq növüdür. == Morfoloji əlamətləri == D III–IV 8, A III 7, birinci qəlsəmə qövsündə 16–20 dişcik olur. Udlaq dişləri bir sırada yerləşir, adətən 4–5 və ya 5–4 olur. Lilbalığının bədəni pulcuqlarla və sıx seliklə örtülüdür. Pulcuqlar xırda olub, dəridə möhkəm yerləşmişdir. Yan xətt bədənin tam ortasında yerləşir. Orta hesabla hər sırada 100-ə yaxın pulcuq olur. Rəngi qidalanma şəraitindən asılıdır: yaşımtıl-gümüşü (qumsal şəffaf sularda) rəngdən bürünc çalarlı tünd-qonur (lil qruntlu su hövzələri) rəngə qədər olur.
Samirə
Samərra (ərəb. سَامَرَّاء‎ Sāmarrāʾ) — İraqda şəhər, Səlahəddin mühafəzasıın inzibati mərkəzi. Dəclə çayının sahilində yerləşir. Keçmişdə Abbasilər xilafətinin paytaxtı olmuşdur. Samərra şəhəri şiələr arasında məzhəbi əhəmiyyəti var. Bunun səbəbidə onların iki imamı Həsən Əskəri və Əliyyə-Nəqi türbələrinin orada olmasıdır. == Tarixi == Abbasilər dövründə, 892-ci ildə Bağdaddan 120 km Şimalda xəlifə üçün iqamətgah hazırlandı və bu iqamətgah Samərra (kim görsə heyrətlənər) adlandı. Bu şəhər qədim mədəniyyət mərkəzidir ki, Übeyd mədəniyyətinin kökü sayılır. Azərbaycan xalqının qəhrəman oğlu Babək bu şəhərdə edam olundu.
Nazmiyə Muradlı
Nazmiyə Muradlı (Nazmiyə Muslu, 13 iyun 1979, Konya) — Türkiyə paralimpiya paruerlifteri. 2012 Yay Paralimpiya Oyunlarında 40 kq çəki dərəcəsində 109 kq çəki qaldıraraq birinci olmuşdur. 2016 Yay Paralimpiya Oyunlarında isə 104 kq-la eyni nəticəni təkrarlamışdır. == Bioqrafiyası == Nazmiyə Muradlı 13 iyun 1979-cu ildə Konya şəhərinin Meram bələdiyəsi ərazisində anadan olmuşdur. Anadan gəlmə əlil idi. Nazmiyənin anadan gəlmə çanaq oynağının çıxışından əziyyət çəkirdi. Xəstəliyin nəticəsi olaraq əlil arabasında hərəkət edirdi. Orta təhsilini ev şəraitində almışdır. Onun idmanla məşqul olmasını dostu təklif edir. İlk əvvəllər o idmanı buraxmaq istəyirdi.
Azərbaycan naminə
Azərbaycan naminə!
Aşıq Samirə
Samirə Zimirxan qızı Əliyeva (29 sentyabr 1981, Bakı) — aşıq, müğənni, aktrisa. Sənətşünaslıq elmi üzrə fəlsəfə doktoru, "Əməkdar mədəniyyət işçisi. == Həyatı == Əliyeva Samirə Zimirxan qızı 29 sentyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə Bakı şəhəri, Xətai rayonu 221 saylı orta məktəbdə təhsilə başlamış, 1998-ci ildə 98 saylı orta məktəbi bitirmişdir. 1991-ci ildən Aşıq sənəti ilə məşğuldur. 1993-cü ildə Respublika üzrə keçirilən "Gənc istedadlar" telemüsabiqəsinin qalibi olmuş elə həmin ildə Şotlandiyanın Aberdin şəhərində keçirilən "Ümumdünya gəncləri festivalı" laureatı, həmin ildə "Sübh şəfəqləri" telemüsabiqəsinin, 1994-cü ildə "Yanvar şəhidləri" şeir müsabiqəsinin, İstedad – 95 müsabiqəsinin, həmin ildə "Aşıq qızların I Respublika" müsabiqəsinin, 1996-cı ildə "Xalq çalğı alətləri ansamblının" şəhərlər arası keçirilən müsabiqənin, "Pöhrə — 97" müsabiqəsinin ," İstedadlar axtarırıq — 97" müsabiqəsinin, "Vətənimdir – Odlar Yurdu — 98" müsabiqəsinin qalibi, "Gənclik — 99" gənc müğənnilərin Respublika estrada – mahnı müsabiqəsinin I dərəcəli diplomuna layiq görülmüşdür. 1998–2002-ci illərdə ADMİU-nun "Kütləvi tədbirlər rejissoru" üzrə bakalavr, 2002–2004-cü illərdə "Mədəniyyətşünaslıq" üzrə magistr təhsili almışdır. 2008-ci ildə YUNESKO-nun "Aşıq sənəti"nin təbliği naminə keçirdiyi seçimi nəticəsində qadın aşıqları arasında seçilmiş, bu təşəbbüslə Fransada çıxarılan "Azərbaycan Aşıq Sənəti Anatologiyası" adlı diskdə ifaya yer ayrılmışdır. 2009-cu ilin mart ayında Fransanın "Luvr" muzeyində aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olması ilə bağlı keçirilən konsertdə qadın aşıqlarını təmsil etmiş və uğurla çıxış etmişdir. 2004-cü ildən ADMİU-nin "Estrada və populyar musiqi" kafedrasında müəllim, 2011-ci ildən "Aşıq sənəti" kafedrasında baş müəllim, 2017-ci ildən isə dosent vəzifəsində çalışır.
Qanun naminə
Qanun naminə (film, 1968) — kinorejissor Muxtar Dadaşovun lentə aldığı Azərbaycan filmi. Qanun naminə (teleserial, 2013) — rejissor Xanlar Ağayevin lentə aldığı Azərbaycan teleserialı.
Samirə Allahverdiyeva
Samirə Allahverdiyeva (25 avqust 1979) — Azərbaycan müğənnisi. == Həyatı == Allahverdiyeva Samirə 1979-cu ilin avqustun 25-də Astara rayonunun Ərçivan kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirmişdir. 1992-ci ildə ilk dəfə 7–17 yarışmasında iştirak etmişdir. 1994-cü ildə isə peşəkar səhnəyə Vaqif Gərayzadənin dəstəyi ilə çıxmışdır. 2002-ci ildə "Qayıtdı Xəyallar" adlı ilk albomu işıq üzü görmüşdür. Eyni adlı mahnı ilə Elşad Xose ilə dueti dinləyicilər tərəfindən çox rəğbətlə qarşılanmışdır. İlk klipi də 2002-ci ildə "Səni tapdım" adlı mahnıya çəkilmişdir. Evlidir, bir övladı var.O, 13 yanvar 2012-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.
Samirə Bayramova
Bayramova Samirə Teymurxan qızı(4 oktyabr 1988, Marneuli) — ictimai xadim, fəal, jurnalist, hüquq müdafiəçisi və sosioloq. Sovet İttifaqının dağılması və Gürcüstan vətəndaş müharibəsi başlaması ölkədə insanların sosial vəziyyətinə mənfi təsir göstərmiş, insanların rifahi sürətlə pisləşməsi nəticəsində yüz minlərlə insan ölkəni tərk etmişdir. Etnik azərbaycanlıların kompakt şəkildə yaşadıqları azərbaycanlıların Borçalı, gürcülərin Kvemo-Kartli adlandırdıqları regionda da vəziyyət fərqli olmadı. Gürcüstan müstəqillik qazandıqdan sonraki illər ərzində regionda yaşayan altı yüz min azərbaycanlıdan təxminən üç yüz əlli mindən çoxu ölkəni tərk etdi. Ölkəni tərk edənlər əsasən ziyalılar, ixtisaslı kadrlar və s. olduğu üçün sonrakı illərdə Kvemo-Kartlidəki vəziyyət daha da qəlizləşdi. Müstəqilliyin ilk illərində hakimiyyətdə milliyətçilərin olması, gürcü dilinin çətinliyi, üstəlik Azərbaycan iqtisadiyatının sürətli inkişafı və azərbaycan dilinin linqva franka olması gürcüstan azərbaycanlılarının gürcü cəmiyyətinə inteqrasiyası qarşısında əsas maneə olmuşdu. Bütün bu hadisələr fonunda islamın radikal cərayanları və panmilliyətçilik cəmiyyət arasında ayaq açmağa başlamışdır. Böyük Azərbaycan tarixçisi Ziya Bünyadovun dilə gətirdiyi panmilliyətçilyin azərbaycanlılara vura biləcəyi zərərlər artıq gerçəkliyə çevrilirdi . Bir qrup insan özünü azərbaycanlı deyil qarapapaq türkü olaraq təqdim edir.
Samirə Musa
Samirə Musa (ərəb. سميرة موسى‎; 3 mart 1917, əl-Qərbiyyə mühafəzəsi[d] – 5 avqust 1952, Kaliforniya) — Misir atom və tibbi fizika üzrə professoru, sülh naminə atom konfransının təşkilatçısı. == Həyatı == O Misirdə doğulmuş və Qahirə Universitetində təhsilini davam etdirmişdir. Onun həyatının elmi hissəsi daha çox yayqın olduğundan elmi fəaliyyətini işıqlandırırıq. == Elmi fəaliyyəti == 1952-ci ildə ABŞ-yə etdiyi səfər zamanı S. Musanın ABŞ-nin gizli atom obyektlərini girişinə icazə verildiyi üçün akademik dairələrdə ağdərili olmasına baxmayaraq həmin obyektlərə baxış keçirilməsinə icazə verilməsi ciddi narazıçılıqlara səbəb olmuşdu. Səfər zamanı ona ABŞ-də qalması və ABŞ üçün işləməsi təklif edilsə də, o Qahirəyə dönəcəyini və öz bilgilərini Misir üçün xərcləyəcəyini bildirir. "Sülh naminə Atom" konfransının təşkilatçısı olan S. Musa, nüvə vasitəsilə xəstələrin müalicəsinin hər kəsə əlçatan olması üçün çalışırdı. == Terror şübhəli vəfatı == Misirin nüvə silahına yiyələnə biləcəyi qorxusundan bəzi xarici dairələr S. Musa ilə rəfiqə olam misirli aktrisa Raqiyə İbrahimi öz sıralarına cəlb edir. S. Musanın açarını oğurlayan R. İbrahim açarı sabuna batırır. Sabunda açarın izilə açarın eynisini düzəldən R. İbrahimin S. Musanı evinə qonaq dəvət etməsindən istifadə edərək evə daxil olaraq onun elmi işlərilə tanış olur.
Samirə Səfərəliyeva
Samirə Elxan qızı Səfərəliyeva — Azərbaycan jurnalisti, televiziya aparıcısı. Samirə Səfərəliyeva 3 iyun tarixində Bakı şəhərində anadan olub. Valideynləri Səfərəliyev Elxan Nuruş oğlu və Səfərəliyeva Xədicə Həzi qızı Laçın rayonunda anadan olduqlarından uşaqlığı elə bu rayonda keçib.[mənbə göstərin] === Şəxsi həyətı === Ailəlidir. Ruslan (2003) və Mədinə (2011) adında iki övladı var. == Fəaliyyəti == 1981-ci ildə Nizami rayonundakı 129 nömrəli orta məktəbin 1-ci sinfinə gedib. 1991-ci ildə orta məktəbi bitirib, sənədlərini Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə verib. Lakin daxil ola bilməyib. Müxtəlif qəzetlərdə ştatdankənar müxbir kimi fəaliyyətə başlayıb. İlk yazısı isə Laçın rayonunda nəşr edilən “Laçın” qəzetində çıxıb.[mənbə göstərin]1993-cü ildə Qərb Universitetinin "Ümumbəşər siyasəti və iqtisadiyyatı" fakultəsinə daxil olub. Axşam şöbəsində oxuduğu üçün günortalar qəzet və jurnallarda jurnalistik fəaliyyətini davam etdirib.
Samirə Əfəndi
Samirə Əfəndiyeva (Samira Əfəndi; 17 aprel 1991, Bakı) — Azərbaycanlı müğənni. O, 2020 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı "Cleopatra" mahnısı ilə təmsil edəcəkdi, lakin yarışma ləğv edildi. Buna baxmayaraq, o, 2021 Avroviziya Mahnı Müsabiqəsində yenidən iştirak etmək hüququ qazandı. Və bu səfərdə "Mata Hari" mahnısı ilə Azərbaycanı təmsil etdi. == Həyatı == Samirə Əfəndiyeva Azər qızı 17 aprel 1991-ci ildə Bakı şəhərində hərbçi ailəsində anadan olmuşdur. 1994-cü ildən Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti olub. Həmin illərdə "Cücələrim Rəqs Ansamblında" milli rəqs dərslərini alıb. 2001-ci ildə Bakı şəhəri K. Səfərəliyeva adına 16 saylı uşaq musiqi məktəbinə daxil olmuş, 2006-cı ildə həmin məktəbi fortepiano ixtisası üzrə bitirmişdir. 2006-cı ildə Azərbaycan Milli Konservatoriyanın nəzdində Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olub. 2010-cu ildə "Estrada musiqi sənəti" ixtisası üzrə tam kursu bitirmişdir.
Samirə Əfəndiyeva

Samirə Əliyeva
Samirə Zimirxan qızı Əliyeva (29 sentyabr 1981, Bakı) — aşıq, müğənni, aktrisa. Sənətşünaslıq elmi üzrə fəlsəfə doktoru, "Əməkdar mədəniyyət işçisi. == Həyatı == Əliyeva Samirə Zimirxan qızı 29 sentyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə Bakı şəhəri, Xətai rayonu 221 saylı orta məktəbdə təhsilə başlamış, 1998-ci ildə 98 saylı orta məktəbi bitirmişdir. 1991-ci ildən Aşıq sənəti ilə məşğuldur. 1993-cü ildə Respublika üzrə keçirilən "Gənc istedadlar" telemüsabiqəsinin qalibi olmuş elə həmin ildə Şotlandiyanın Aberdin şəhərində keçirilən "Ümumdünya gəncləri festivalı" laureatı, həmin ildə "Sübh şəfəqləri" telemüsabiqəsinin, 1994-cü ildə "Yanvar şəhidləri" şeir müsabiqəsinin, İstedad – 95 müsabiqəsinin, həmin ildə "Aşıq qızların I Respublika" müsabiqəsinin, 1996-cı ildə "Xalq çalğı alətləri ansamblının" şəhərlər arası keçirilən müsabiqənin, "Pöhrə — 97" müsabiqəsinin ," İstedadlar axtarırıq — 97" müsabiqəsinin, "Vətənimdir – Odlar Yurdu — 98" müsabiqəsinin qalibi, "Gənclik — 99" gənc müğənnilərin Respublika estrada – mahnı müsabiqəsinin I dərəcəli diplomuna layiq görülmüşdür. 1998–2002-ci illərdə ADMİU-nun "Kütləvi tədbirlər rejissoru" üzrə bakalavr, 2002–2004-cü illərdə "Mədəniyyətşünaslıq" üzrə magistr təhsili almışdır. 2008-ci ildə YUNESKO-nun "Aşıq sənəti"nin təbliği naminə keçirdiyi seçimi nəticəsində qadın aşıqları arasında seçilmiş, bu təşəbbüslə Fransada çıxarılan "Azərbaycan Aşıq Sənəti Anatologiyası" adlı diskdə ifaya yer ayrılmışdır. 2009-cu ilin mart ayında Fransanın "Luvr" muzeyində aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olması ilə bağlı keçirilən konsertdə qadın aşıqlarını təmsil etmiş və uğurla çıxış etmişdir. 2004-cü ildən ADMİU-nin "Estrada və populyar musiqi" kafedrasında müəllim, 2011-ci ildən "Aşıq sənəti" kafedrasında baş müəllim, 2017-ci ildən isə dosent vəzifəsində çalışır.
Samirə Ələkbərova
Samirə Ələkbərova (Samirə Oqtay qızı Ələkbərova; 20 may 1985, Bakı) - AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda elmi işçi, Coğrafiya üzrə fəlsəfə doktoru. == Həyatı == Samirə Ələkbərova 20 may 1985-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirib. "Azərbaycan Respublikasının təsərrüfatına sel hadisəsinin təsirinin iqtisadi-coğrafi tədqiqi" mövzusunda dissertasiya müdafiə edərək coğrafiya üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür. İnstitutda Gənc Alimlər Şurasının sədri. == Əsas elmi nailiyyətləri == Azərbaycan Respublikası ərazisində sel təhlükəliliyinin iqtisadi-coğrafi qiymətləndirilməsi ayrı-ayrı inzibati rayonlar daxilində hövzə təhlili prinsipinə əsasən aparılmışdır. İlk dəfə olaraq, aerokosmik şəkillərin (AKŞ) deşifrlənməsi, statistik rəqəmlərin müqayisəli təhlili, xəritələşdirmə və digər metodlar ilə respublikanın selli çay hövzələrində sellərin təsərrüfata təsiri öyrənilmiş, çöl tədqiqatları əsasında məskunlaşma areallarında sel təhlükəsi müəyyənləşdirilmişdir. İlk dəfə olaraq, Dövlət Proqramlarının tələblərinə uyğun olaraq sellərin təsərrüfata təsirinin iqtisadi-coğrafi tədqiqində tətbiq olunmuş, sosial sığortanın təsərrüfat sahələrinin və əhalinin sel hadisəsindən mühafizə edilməsindəki rolu və perspektivliyi araşdırılmışdır. Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı - 32 xaricdə çıxmış elmi əsərlərinin sayı - 10 == Elmi əsərlərinin adları == 1. Динамика усиления селеопасности в горных регионах и их воздействие на природно-хозяйственную систему (на примере Азербайджанской части Большого Кавказа) / Вестник Вороженского Государственного Университета, 2014.
Samirə Əmirova
Samirə Əmirova (d. 2 aprel 1998) — Özbəkistanı təmsil edən bədii gimnast. Samirə Əmirova, 2016-cı ildə Özbəkistanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Samirə Əmirova, 2016-cı ildə Özbəkistan bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Valeriya Davidova, Luiza Qəniyeva, Zarina Qurbanova və Marta Rostoburova ilə birgə təsnifat mərhələsində 31.116 xal topladı və 12-ci yeri tutaraq mübarizəni dayandırdı.
Zamirə Hacıyeva
Zamirə Hacıyeva (tam adı: Zamirə Şirəli qızı Hacıyeva; d. 18 iyul 1963) — Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı və Böyük Britaniyanın korrupsiyaya qarşı mübarizə qanunu olan İzahedilməmiş Sərvət Sərəncamının şərtlərinin ilk hədəfi olan şəxs. Britaniya KİV-ləri Zamirə Hacıyevanı "Missis Makmafiya" (ing. Mrs McMafia), Avropa KİV-ləri isə "Ledi Şoppinq" (ing. Lady Shopping) kimi işıqlandırıblar. == Həyatı == Zamirə Hacıyeva 1963-cü il iyulun 18-də anadan olub. Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevlə ailə qurub və bu cütlüydən bir qızı və iki oğlu dünyaya gəlib. Qızı Leyla Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu ilə ailə qurub.Zamirə Hacıyevanın həyat yoldaşı Cahangir Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə 15 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. O, 42 mln. manatı mənimsəməkdə ittiham olunub.
Nairə Şahtaxtinskaya
Nairə Şahtaxtinskaya (tam adı: Dr. Nairə Əliabbas qızı Şahtaxtinskaya; 16 aprel 1951) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I və II çağırış üzvü, Azərbaycanın Litvada Fövqəladə və Səlahiyyətli Səfiri (1992–1993). == Həyatı == Nairə Şahtaxtinskaya 1959-cu il aprelin 16-da anadan olub. M. V. Lomonosov adına Mosva Dövlət Universitetində tarix üzrə ali təhsil alıb. Tarix elmləri doctorudur. Alban, ingilis, serb və xorvat dillərini bilir. Bitərəfdir. Nairə Şahtaxtinskaya ailəlidir, 2 övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində 29 nömrəli Əli Bayramlı dairəsindən bitərəf namizəd olan Nairə Şahtaxtinskaya I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Nairə Şahtaxtinskaya Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentləarası əlaqələr Daimi Komissiyasının sədr müavini, Azərbaycan—Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə üzvü olub.Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan Parlament seçimlərində 26 saylı Nəsimi I dairəsindən bitərəf namizəd olan Nairə Şahtaxtinskaya, II çağırış Milli Məclisin deputatı seçildi.
Həyat Naminə (1980)
== Məzmun == Film məşhur 416-cı Taqanroq atıcı diviziyasının keçdiyi döyüş yoluna, alman faşistləri ilə ölüm-dirim mübarizəsində Azərbaycan oğullarının böyük hünərinə, Taqanroq şəhərində Azərbaycan diviziyasına möhtəşəm abidənin ucaldılmasına və açılışına həsr olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Vladimir Konyagin Ssenari müəllifi: Məmməd Kazım Operator: Vladimir Konyagin, Sərdar Vəliyev Bəstəkar: R.Quliyev Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 326; 333.
Qanun Naminə (1968)
Qanun naminə — Yazıçı Süleyman Rəhimov "Mehman" əsəri əsasında Rejissor Muxtar Dadaşovun çəkdiyi film. == Məzmun == Kinolentdəki hadisələr 1930-cu illərdə Azərbaycan rayonlarının birində cərəyan edir, o dövrün hüquq-mühafizə orqanlarının gərgin fəaliyyətindən danışır. Rayonların birinə işləməyə gəlmiş prokuror(Bimbolat Vatayev) qatı cinayətlər törədənlərə qarşı mübarizədə öz həyatını qurban verməli olur. == Film haqqında == Film rejissor Muxtar Dadaşovun bədii kinoda ilk müstəqil işidir. Film yazıçı Süleyman Rəhimovun "Mehman" povestinin motivləri əsasında ekranlaşdırılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Süleyman Rəhimov Ssenari müəllifi: Muxtar Dadaşov Quruluşçu rejissor: Muxtar Dadaşov Quruluşçu operator: Əlihüseyn Hüseynov Quruluşçu rəssam: Cəbrayıl Əzimov Bəstəkar: Fərəc Qarayev Səs operatoru: Əziz Şeyxov Geyim rəssamı: Kazım Kazımzadə Quraşdırılmış səhnələrin operatoru: Mirzə Mustafayev Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Qrim rəssamı: Telman Yunusov Montaj edən: Yevgeniya Abdirkina Operator: Fəraməz Məmmədov Rejissor assistenti: Rauf Nağıyev, T.Məmmədov, Xamis Muradov, A.Süleymanov Operator assistenti: R. Əmirov, Həmzə Əhmədoğlu Redaktor: Y.Vəkilov, N.İbrahimova Çalır: Kinematoqrafiyanın Dövlət Simfonik Orkestri Dirijor: A.Roytman Filmin direktoru: A.Dudiyev, Daniil Yevdayev === Rollarda === Bimbolat Vatayev — Mehman Rza Təhmasib — Qaloş Adil İsgəndərov — Kamilov Mustafa Mərdanov — Murtuzov Flora Kərimova — Züleyxa Nəcibə Məlikova — Zərintac Rza Əfqanlı — Vahidov Nəsibə Zeynalova — Şəhla xanım; Qarı nənə Hacıbaba Bağırov — Arif Əliağa Ağayev — Məmmədxan Sədayə Mustafayeva — Xatun Məmmədsadıq Nuriyev — Sərrafzadə Rauf Qəniyev — Altay Hökümə Qasımova — Yavər Muxtar Maniyev — dustaq; Cəbirov Tələt Rəhmanov — həkim Janna Smelyanskaya - Balış Ələkbər Seyfi — qoca Sadıq Həsənzadə — Mirzə Məryəm Seyidbəyli — Solmaz Ceyhun Mirzəyev — Absalam N.Məmmədov — Salamatov Almaz Əsgərova (Almaz Ələsgərova kimi) — Salamatovun arvadı Məmməd Sadıqov — dustaq Ramiz Məlikov — gənc prokuror Hacıməmməd Qafqazlı — kəndli Abbas Rzayev — kəndli Habil Əliyev — kamançaçı Mustafa Süleymanov — kəndli Xamiz Muradov — banda başçısı Arzu Hüseynov - kəndli uşaq (titrlərdə yoxdur) Bikəxanım Rzazadə - kənd sakini (titrlərdə yoxdur) Muxtar Maniyev - məhbus (titrlərdə yoxdur) Nadir Əsgərov (aktyor) - kənd sakini (titrlərdə yoxdur) Məcid Abdullayev - kənd sakini (titrlərdə yoxdur) Arif Həbibi - teatr işçisi (titrlərdə yoxdur) === Filmi səsləndirənlər === Əminə Yusifqızı — Züleyxa (Flora Kərimova) (titrlərdə yoxdur) Şahmar Ələkbərov — Mehman (Bimbolat Vatayev) (titrlərdə yoxdur) Əli Zeynalov — Vahidov (Rza Əfqanlı) (titrlərdə yoxdur) Dadaş Kazımov — qoca;məhbus (Ələkbər Seyfi) (titrlərdə yoxdur) Amaliya Pənahova — Balış (Janna Smelyanskaya) (titrlərdə yoxdur) Bahadur Əliyev — Salamatov (N.Məmmədov) (titrlərdə yoxdur) Ətayə Əliyeva — Xatun (Sədayə Mustafayeva) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Mirzə (Sadıq Həsənzadə) (titrlərdə yoxdur) Əzizağa Qasımov — banda başçısı (Xamiz Muradov) (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == А. Минский. "Призыв на подвиг". Газета "Советская Татария", 1 июня 1969 г. М. Бельявский. "Именем закона".
Samirə Patzer İsmayılova
Samirə Patzer İsmayılova — Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin rəhbəri, Avropa Azərbaycanlıları Konqresinin prezidenti, == Həyatı == Samirə Patzer-İsmailova 1963-cu il fevralın 26-da Bakı şəhərində dunyaya gəlib. O, 1970-ci ildə Bakı şəhərində Bulbul adına orta ixtisas musiqi məktəbinə qəbul olub Samirə Patzer-İsmailova 1981-ci ildə həmin məktəbi qızıl medalla bitirib. O, 1981-ci ildə Uzeyir Hacıbəyov adına Azərbaycan Dovlət Konservatoriyasına daxil olub, 1986-cı ildə isə konservatoriyanı fərqlənmə diplomu ilə bitirib. 1986-1990-cı illərdə Bakı Mədəniyyət Texnikumunda fortepiano ixtisası uzrə muəllim işləyib. 1989-1991-ci illərdə Samirə Patzer-İsmailova Muslum Maqomayev adına Azərbaycan Dovlət Filarmoniyasında musiqi redaktoru kimi calışıb, Azərbaycan Dovlət Televiziyasında klassik musiqi proqramlarının muəllifi və aparıcısı olub. O, 1990-1995-ci illərdə Uzeyir Hacıbəyov adına Azərbaycan Dovlət Konservatoriyasında muəllim vəzifəsində işləyib və mədəni- ictimai fəaliyyət gostərib. S.İsmailova 1995-ci ildə Almaniyanın Koln Universitetində musiqişunaslıq kursu keçib. 1998-2007-ci illərdə Koln şəhərində Koln Musiqi məktəbində fortepiano və musiqi uzrə muəllim işləyib və pedaqoji fəaliyyətindəki peşəkarlığa gorə Avropa Fortepiano Muəllimləri Cəmiyyətinin uzvu seçilib. 2008-ci ildən etibarən Samirə Patzer-İsmailova Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktorudur. O, 2009-cu ildə Avropa Azərbaycan Konqresinin vitse-prezidenti seçilib..2009- cu ildən bu gunə qədər isə Samirə Patzer-İsmailova “Xocalıya Ədalət” kampaniyasının Almaniya uzrə koordinatorudur.
Samirə Əliyeva (aşıq)
Samirə Zimirxan qızı Əliyeva (29 sentyabr 1981, Bakı) — aşıq, müğənni, aktrisa. Sənətşünaslıq elmi üzrə fəlsəfə doktoru, "Əməkdar mədəniyyət işçisi. == Həyatı == Əliyeva Samirə Zimirxan qızı 29 sentyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə Bakı şəhəri, Xətai rayonu 221 saylı orta məktəbdə təhsilə başlamış, 1998-ci ildə 98 saylı orta məktəbi bitirmişdir. 1991-ci ildən Aşıq sənəti ilə məşğuldur. 1993-cü ildə Respublika üzrə keçirilən "Gənc istedadlar" telemüsabiqəsinin qalibi olmuş elə həmin ildə Şotlandiyanın Aberdin şəhərində keçirilən "Ümumdünya gəncləri festivalı" laureatı, həmin ildə "Sübh şəfəqləri" telemüsabiqəsinin, 1994-cü ildə "Yanvar şəhidləri" şeir müsabiqəsinin, İstedad – 95 müsabiqəsinin, həmin ildə "Aşıq qızların I Respublika" müsabiqəsinin, 1996-cı ildə "Xalq çalğı alətləri ansamblının" şəhərlər arası keçirilən müsabiqənin, "Pöhrə — 97" müsabiqəsinin ," İstedadlar axtarırıq — 97" müsabiqəsinin, "Vətənimdir – Odlar Yurdu — 98" müsabiqəsinin qalibi, "Gənclik — 99" gənc müğənnilərin Respublika estrada – mahnı müsabiqəsinin I dərəcəli diplomuna layiq görülmüşdür. 1998–2002-ci illərdə ADMİU-nun "Kütləvi tədbirlər rejissoru" üzrə bakalavr, 2002–2004-cü illərdə "Mədəniyyətşünaslıq" üzrə magistr təhsili almışdır. 2008-ci ildə YUNESKO-nun "Aşıq sənəti"nin təbliği naminə keçirdiyi seçimi nəticəsində qadın aşıqları arasında seçilmiş, bu təşəbbüslə Fransada çıxarılan "Azərbaycan Aşıq Sənəti Anatologiyası" adlı diskdə ifaya yer ayrılmışdır. 2009-cu ilin mart ayında Fransanın "Luvr" muzeyində aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olması ilə bağlı keçirilən konsertdə qadın aşıqlarını təmsil etmiş və uğurla çıxış etmişdir. 2004-cü ildən ADMİU-nin "Estrada və populyar musiqi" kafedrasında müəllim, 2011-ci ildən "Aşıq sənəti" kafedrasında baş müəllim, 2017-ci ildən isə dosent vəzifəsində çalışır.
Sülh Naminə Tərəfdaşlıq
Sülh Naminə Tərəfdaşlıq (ing. Partnership for Peace; PfP) — Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə Avropanın digər dövlətləri və postsovet ölkələri arasında etimadın yaradılmasına yönəlmiş NATO proqramı; 20 dövlət bura üzvdür. İlk dəfə Bolqarıstanın "Novae" cəmiyyəti tərəfindən müzakirə edilmişdir. Bu, 20–21 oktyabr 1993-cü ildə Almaniyanın Travemünde şəhərində keçirilən NATO Müdafiə Nazirlərinin görüşündə ABŞ təşəbbüsü kimi təklif edilmiş və 10–11 yanvar 1994-cü ildə Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən NATO sammitində rəsmi olaraq fəaliyyətə başlamışdır. ABŞ Dövlət Departamentinin məxfilikdən çıxarılmış sənədlərinə görə, prezident Bill Klinton Sülh Naminə Tərəfdaşlığı "NATO üzvlüyünə aparacaq yol" və "Avropanı bir neçə yüz mil şərqə doğru ayıran başqa bir xətt çəkməyən" yol kimi təsvir etmişdir.NATO təlimlər, fəlakətlərin planlaşdırılma və cavab tədbirləri, elmi və ətraf mühit məsələləri, peşəkar inkişaf, siyasətin planlaşdırılması və mülki hökumətlə əlaqələrdə əməkdaşlıq vasitəsilə tərəfdaşlarla əlaqələr qurur.
Əminə Namiqə Sultan
Əminə Namiqə Sultan (9 mart 1888, Yıldız Sarayı və ya Konstantinopol – 6 sentyabr 1969) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Namiqə Sultan 9 mart 1888-ci ildə Ulduz sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmidin böyük oğlu Səlim Əfəndi, anası isə onun ilk xanımı İryalə xanımdır. Anası İryalə xanım eyni zamanda Sultan Vahidəddinin ilk xanımı Nazikəda Qadınəfəndinin bacısıdır. 22 iyun 1911-ci ildə Namiqə Sultan, Türkiyənin ilk dağ-mədən mühəndislərindən Əli Kənan bəylə (d. 1 noyabr 1882, İstanbul - ö. 4 aprel 1961, Ankara) Ulduz sarayında nigahlandı. Toy mərasiminin ardından Göztəpə sarayında yaşayan cütlüyün üç övladı da məhz bu sarayda dünyaya gəldi. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Namiqə Sultan da ailəsiylə birlikdə sürgünə göndərildi. Ailə öncə Parisdə yaşamağa başladı və cütlüyün sonuncu övladı da məhz bu şəhərdə dünyaya gəldi.
Azərbaycan naminə! (film, 2004)
Azərbaycan naminə! qısametrajlı sənədli televiziya filmi rejissor Fuad Əliyev tərəfindən 2004-cü ildə çəkilmişdir. ANS televiziyasında istehsal edilmişdir. ilm mərhum prezident Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan naminə gördüyü işlərdən bəhs edir. == Məzmun == Film mərhum prezident Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan naminə gördüyü işlərdən bəhs edir. == Film üzərində işləyənlər == Müəllif: Vahid Mustafayev, Mir Şahin Rejissor: Fuad Əliyev Operator: İbrahim Telmanoğlu == Həmçinin bax == Azərbaycan filmlərinin siyahısı2004-cü ilin Azərbaycan filmləri2000-ci illər Azərbaycan filmlərinin siyahısı == İstinadlar == == Xarici keçidlər == Azərbaycan naminə!