Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nahidə Babaşlı
Nahidə Babaşlı (22 iyul 1996, Bakı) — azərbaycanlı söz yazıçısı və müğənni. Hazırda Türkiyədə yaşayan Nahidə, səsi ilə diqqəti özünə cəlb etmişdir. 22 sentyabr 1996-cı ildə Azərbaycanın Bakı şəhərində 2 uşaqlı ailədə doğulmuşdur. Əslən Azərbaycanlıdır. Ali təhsilini Bakı Dövlət Universitetində fizika fakültəsində davam etdirmişdir. Elə bu zamanlar musiqiçi olmağı qərara almışdır. O universitet təhsili illərində dəfələrlə musiqi yazmağa cəhd etsə də alınmamışdır. Daha sonralar atasının da köməkliyi ilə musiqi ifa etmiş və yayımlamışdır. İlk dönəmlərdə telefona yüklədiyi proqram sayəsində, mahnı ifa edir, onu arxa planına rəsm əlavə edir və paylaşırdı. O, özünə daha çox xarici kompozisiyaları yaxın bilir.
Nahidə Orucova
Orucova Nahidə Mülük qızı (18 iyul 1961, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının Əməkdar artisti. Orucova Nahidə Mülük qızı 1961-ci ildə iyulun 18-də Bakı şəhərində anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram-kino aktyorluğu» fakultəsini bitirmişdir. Bir müddət Sumqayıt Dövlət Dram Teatrında çalışmışdır. Orada işlədiyi müddət ərzində bir sıra tamaşalarda iştirak etmişdir. 1993-cü ildə Ş. Qurbanov adına Musiqili Komediya Teatrına «Solist - vokalist» vəzifəsinə təyin olunmuşdur. Bu müddətdə o Cavanşir Quliyev, Əli Əmirli «İtkin ər» tamaşasında İzabella, A. Qüdrət, Ramiz Mustafayev «Volqalı canan»da Şəlalə xanım, Emin Sabitoğlu, Tamara Vəliyeva «Bankir adaxlı»da Səmayə xanım, Rəşid Şəfəq, Abdulla Şaiq «Bir saatlıq xəlifəlik»də Səkinə xanım, Oqtay Rəcəbov, Aqşin Babayev «Əlin cibində olsun»da Gülşad xanım, Ramiz Musafayev, Cahangir Məmmədov «Məsmə xala dayımdır»da katibə, Emin Sabitoğlu, Rüfət Əhmədzadə "Hələlik”də Lalə, Emin Sabitoğlu, Xalidə Hasilova «Nəğməli Könül»də Qəmər xanım, Oqtay Kazımi, Ramiz Heydər «Qızıl toy»da Zuzu xanım, Süleyman Ələsgərov, Şıxəli Qurbanov «Özümüz bilərik»də Nailə xanım, Ü. Hacıbəyli "Ər və arvad”da Minnət xanım, Süleyman Ələsgərov, İsi Məlikzadə «Subaylarınızdan görəsiniz»də Çiçək xanım, Vasif Adıgözəlov, Anar «Aldın payını, çağır dayını»da Nazlı Qəmzəli, Süleyman Ələsgərov, Şıxəli Qurbanov "Milyonçunun dilənçi oğlun”da Kübar qadın və Mələk, Üzeyir Hacıbəyli "O olmasın bu olsun”da Sənəm, Ramiz Mirişli , Marat Haqverdiyev "Qısqnc ürəklər”də Natella, Faiq Sücəddinov, Tamara Vəliyeva "Mən dəyərəm min cavana”da Sevda, Cavanşir Quliyev, Qeybulla Rəsulov "Məhəbbət oyunu”nda Gülcahan, Rauf Hacıyev "Talelər qovuşanda”da Nazpəri, İmre Kalman "İdialı qaraçı”da Qrafinya İrini, Üzeyir Hacıbəyli "Arşın mal alan”da Cahan xala, Viktor Dolidze, Akvsenti Saqarelli "Xanuma”da Tekle və s. tamaşalarda yaratdığı obrazlarla yadda qalmışdır. "Asif, Vasif, Ağasif” (1983) Musiqi müəlliməsi, "Ayrılıq imiş” ( 2008) Xidmətçi, " Biz qayıdacağıq” ( 2007) Həkim, "Xüsusi vəziyyət” (1986) Şikayətçi, "Kişiləri qoruyun” (2006) Rübabə, "Qız qalası” (2000), "Qızlar” (2007) Sədaqət, "Moskva-Bakı qatarı” (2005) Satıcı, "Nə gözəldir bu dünya... (1999) Asim Əliyeviçin arvadı, "Pəncərədə işıq” (film-tamaşa) Bardakı qadın, "Spasibo” (1998) Yengə, "Tam məxfi” (2004) Səbinənin anası, "Yanmış körpülər” (2007) Qreta, "Yük” (1995) Qulluqçu Kübra, "Yurd yeri” (1997) Hüsniyyə və s.
Nahidə Rostovskaya
Aktrisa 2002-ci ildə Bakı xoreoqrafiya məktəbinin xalq rəqsi şöbəsini və 2005-ci ildə S.Vurğun ad. Rus Dram teatrın nəzdində aktyorluq studiyasını bitirib. 2003-cü ildən S.Vurğun ad. Rus Dram teatrın aktrisasıdır. Teatrda işlədiyi müddətdə bir neçə rollarda çıxış edib: Qız və Tibb bacısı (Elçin "Mənim ərim dəlidir"), Ferri (J.Patrik "Strannaya missis Sevidj"), Qız (S.Vurğun "Fərxad və Şirin ") və s. Uşaqlar üçün tamaşalarda: Kənd qızı (Q.Kalau "Kot v sapoqax"), Şahzadə qız (Y.Şvars "Snecnaya koroleva"), Feya (V.Reznikova "Zoluşka")və s.
Nazilə Səfərli
Nazilə İsgəndərova
Nazilə Telman qızı İsgəndərova (20 sentyabr 1975, Sumqayıt) — psixoterapiya və ilahiyyat elmləri doktoru, professor, yazıçı və ictimai xadim. Nazilə Telman qızı İsgəndərova 1975-ci il sentyabrın 20-də Azərbaycanın Sumqayıt şəhərində anadan olmuşdur. Ailəsi əslən Qərbi Azərbaycandandır. 1992-ci ildə Sumqayıt şəhəri 35 nömrəli orta məktəbi bitirmişdir. 1992–1997-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. 2000-ci ildə din və psixoterapiya üzrə doktorantura təhsilinə Türkiyənin Mərmərə Universitetində başlamış, sonra 2011-ci ildə Kanadada Vilfrid Laurier Universitetində (Wilfrid Laurier University) davam etdirmişdir. Əmək fəaliyyətinə 1994-cü ildə "Millət" qəzetində jurnalist kimi başlamışdır. 2011-ci ildən Toronto Universitetinin nəzdindəki Emmaneul Kollecinin professordur. Nazilə İsgəndərova müsəlman qadınlara qarşı məişət zorakılığı mövzusunda apardığı araşdırmaya görə nüfuzlu İlahiyyat Tədqiqatları Forumu (Forum for Theological Exploration) tərəfindən mükafatlandırılmışdır. Eyni zamanda digər araşdırmalarına görə Kanada Mənəvi Danışmanlıq Assosiyasiyası (Canadian Association for Spiritual Care) və Pastoral Terapiya Cəmiyyəti (Society for Pastoral Counselling) professional və tədqiqat mərkəzlərinin mükafatlarına layiq görülmüşdür.
Nazimə Sultan
Nazimə Sultan (14 fevral 1866, Konstantinopol – 9 noyabr 1947, Beyrut) — 32. Osmanlı padşahı Əbdüləzizin ikinci qızı. Nazimə Sultan 1866-cı ildə Dolmabağça sarayında dünyaya gəlmışdır. Atası Sultan Əbdüləziz, anası isə onun dördüncü xanımı Heyranıdil xanım idi. 1890-cı ildə Sultan Əbdülhəmid onu digər bacıları Əminə Sultan və Saliha Sultanla birlikdə Ulduz sarayında evləndirdi. Əri isə İbrahim Dərviş Paşanın oğlu Əli Xalid bəy oldu. Cütlüyə sonrakı illərdə Nazimə Sultan sarayı adlanacaq yeni bir saray təsis edildi. Övladı olmayan Nazimə Sultanın Şövkət adlı bir övladlığı vardı. 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanundan sonra əriylə birlikdə Beyruta köçdü. Nazimə Sultan 1947-ci ildə burada vəfat etdi və Dəməşqdəki Süleymaniyyə təkyəsinin qəbiristanlığında dəfn olundu.
Nahidə Məmmədova
Nahidə Məmmədova — Azərbaycalı qadın futbolçu. AFFA Yüksək Qızlar liqasında Baku Juniyors klubunu təmsil edir. Nahidə Məmmədova 2004-cü ildə anadan olmuşdur. Uşaq vaxtlarından istedadlı qız futbolçular sırasında onun adı da çəkilirdi. 2016-cı ildə ilk uğurunu əldə etdi. U13 yaş qrupu üzrə liqanın ən yaxşı futbolçusu adına layiq görüldü. Buna səbəb isə onun 65 qol vurmasıdır 2017-18 sezonunda da daha bir uğura imza atdı: Liqanın ən yaxşısı adı aldı. 2021/2022-ci ildə Naftalan klubu ilə oyunun 90-cı dəqiqəsində zədələnmişdi. Diaqonuzu isə əzəli bağlarının dartılması olmuşdur. Bu səbəblə liqada sadəcə 17 qol vura bilmişdi.
Baş nazirin xanımı
Naidə Məmmədxanova
Naidə Camal qızı Məmmədxanova (1 may 1968, Bakı) — filologiya elmləri doktoru, professor, Dünya ədəbiyyatı kafedrasının müdiri. Professor Camal Məmmədxanovun və professor Səidə İbrahimovanın qızı, akademik İbrahim İbrahimovun nəvəsi və ŞHK-nun kapitanı, millət vəkili Anar Məmmədxanovun bacısıdır. Naidə Məmmədxanova Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunudur. 1991-ci ildə «Azərbaycan-rus ədəbi əlaqələri» adlı namizədlik, 2003-cü ildə isə «XX əsrin 70-90-cı illərdə fransız romanı. Həyatın və qəhrəmanın yeni konsepsiya axtarışı» adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. Məmmədxanova Naidə Avropa ədəbiyyatı üzrə mütəxəssisdir. “Dünya ədəbiyyatı tarixi”, “Müqayisəli ədəbiyyatşünaslıq (rus-xarici ədəbi əlaqələr)” fənlərini tədris edir. Ədəbiyyat problemlərinə həsr olunmuş 100-dən artıq elmi əsərlərin, o cümlədən “Романтизм в зарубежной литературе ХIХ века” və “Турецкая проза 20-40-х годов ХХ века” adlı metodik vəsaitlərin, dörd monoqrafik araşdırmanın: “Французский роман 70-90 годов ХХ века. Поиски новой концепции жизни и героя”, “Восприятие искусства и искусство восприятия (русско-азербайджанские литературные связи рубежа веков)”, “Müasir fransız ekzistensialist romanı” (fransız dilində), “Fransız postmodernizmin xüsusiyyətləri” (ingilis dilində), həmçinin bir dərsliyin “Зарубежная проза II половины ХХ века” və dərs vəsaitin “Взаимосвязь реализма Л.Н.Толстого и Д.Голсуорси” müəllifidir. Məqalələri həm respublikada, həm də bir sıra xarici ölkələrdə, məs.
Sergey Nazin
Nahidə-Leyla Məmmədova
Məmmədova Nahidə-Leyla Səid qızı (27 iyul 1934, Bakı – 23 yanvar 2016) — Azərbaycanlı musiqişünas, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikası MTN-nin ixtisaslaşdırılmış orta musiqi məktəbinin direktoru, AR-nın əməkdar müəllimi. Nahidə-Leyla Məmmədova 27 iyul 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını fortepiano ixtisası üzrə bitirmişdir. 1960-cı ildən Milli Təhlükəsizlik Nazirliyinin orta ixtisas müsiqi məktəbində müəllim işləmiş N. Məmmədova, 1967-ci ildən 2016-cı ilə kimi bu təhsil ocağının direktoru olub. Əvvəllər kurs kimi fəaliyyət göstərmiş bu məktəb məhz Heydər Əliyevin təşəbbüsü ilə 1967-ci ildə orta ixtisas musiqi məktəbi statusunu almış və onun məsləhəti ilə də N. Məmmədova bu təhsil ocağına direktor təyin olunmuşdur. 1972-ci ildən N. Məmmədova Bakı Musiqi Akademiyasının metodika və xüsusi pedaqoji hazırlıq kafedrasında da fəaliyyət göstərib. 1977-ci ildən Azərbaycan Respublikasının əməkdar müəllimidir. Təhsil Nazirliyinin nəzdindəki Vahid Elmi-Metodik Şurada musiqişünaslıq bölməsində sədr müavini, sonradan isə üzvü kimi səmərəli fəaliyyət göstərmişdir. Musiqi müəllimlərinin hazırlanmasında böyük əməyi olan professor N. Məmmədova xüsusi pedoqoji hazırlıq fənnini böyük həvəs və məharətlə tədris edib. Bakı Musiqi Akademiyasında çalışan bir sıra dosent və müəllimlər də Naidə xanımın yetirmələridir.
Naşidə Gözdə Durmuş
Naşidə Gözdə Durmuş (türk. Naşide Gözde Durmuş; 1985, İzmir) — Türkiyə genetiki. 1985-ci ildə İzmirdə dünyaya gəlib. 2003-cü ildə Orta Doğu Teknik Üniversitesinin Molekulyar biologiya ixtisasına daxil olmuşdur. Fulbright kursunu qazanaraq Amerika Birləşmiş Ştatlarında oxumağa gedir. 2014-cü ildə Stantord Universitetində doktorluq işini müadifə edir. 2015-ci ildə mükafata layiq görülür. İnsan genetikası öyrənmiş və prof. Ronald Deyvislə birlikdə araşdırma aparmışdır. 1985-ci ildə İzmirdə anadan olmuşdur.
Əli Həsənov (Baş nazirin müavini)
Əli Şamil oğlu Həsənov (10 aprel 1948, Cəbrayıl rayonu) — YAP-ın sədr müavini Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir. Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun müşahidə şurasının sədri. Əli Şamil oğlu Həsənov 1948-ci il aprelin 10-da Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur. 1964-cü ildə Böyük Mərcanlı kənd orta məktəbini bitirmişdir. 1964–1969-cu illərdə Azərbaycan Neft və Kimya İnstitutunun mexanika fakültəsində təhsil almışdır. 1981–1985-ci illrədə Bakı Ali Partiya Məktəbində təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə 1969-cu ildə "Azərneftkimyaquraşdırma" Tresti Birinci Sumqayıt quraşdırma idarəsində usta kimi başlamışdır. Sonralar həmin idarədə iş icraçısı, baş iş icraçısı, şöbə müdiri, baş mühəndis vəzifələrində işləmişdir. 1978-ci ildən "Kimyasənaye" İstehsalat Birliyində baş direktorun əsaslı tikinti üzrə müavini, elə həmin ildən SSRİ Kimya Nazirliyi "Sumqayıt kimyasənaye" Birliyi baş direktorun tikinti üzrə müavini, 1979-cu ildən "Üzvisintez" İstehsalat Birliyində tikinti üzrə direktor müavini, 1980-ci ildən Sumqayıt Şəhər İcraiyyə Komitəsi sədrinin müavini, 1980–1983-cü illərdə Sumqayıt Şəhər Partiya Komitəsinin ikinci katibi, 1983-cü ildən Sumqayıt Şəhər İcraiyyə Komitəsi sədrinin birinci müavini, 1991-ci ildən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, 1993-cü ildən "Azərkimya" Dövlət Şirkəti prezidentinin müavini, birinci müavini, 1997–1998-ci illərdə isə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri vəzifələrində çalışmışdır. 1990-cı ildə respublika Ali Sovetinin deputatı, 1996-cı ildə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Maiden
Cozef Henri Mayden (ing. Joseph Henry Maiden; 25 aprel 1859 – 16 noyabr 1925) — Avstraliya botaniki. == Əsərləri == Bibliography of Australian Economic Botany, 1892 A Critical Revisión of the Genus Eucalyptus, en ocho volúmenes Forest Flora of New South Wales, publicado en partes entre 1904 y 1924 Illustrations of New South Wales Plants apareció publicado en 1907 Sir Joseph Banks the "father of Australia" 1909 A Census of New South Wales Plants en colaboración con Ernst Betche, 1916 The Weeds of New South Wales 1ª parte, 1920 The Flowering Plants and Ferns of New South Wales, publicado en sus últimos días == Ədəbiyyat == Hall, Norman. Botanists of the Eucalypts. — Commonwealth Scientific and Industrial Research Organisation, Melbourne, 1978. — ISBN 0-643-00271-5.
Ceyhun Nazıyev
Nazıyev Ceyhun Yaşar oğlu – Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, professor, texnika elmləri doktoru. == Həyatı == Ceyhun Yaşar oğlu Nazıyev 1965-ci il martın 23-də Bakıda ziyalı ailəsində anadan olmuşdur. 1982-ci ildə orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olmuşdur. 1987-ci ildə ADU-nun (indiki BDU) fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və Azərbaycan Elmlər Akademiyasının "Dərin neft və qaz yataqlarının problemləri" institutuna göndərilmişdir. O, burada mühəndis, sonra kiçik elmi isşi vəzifəsində calışmışdır. 1989-cu ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Universitetinin fizika kafedrasında aspiranturaya daxil olmuşdur. O, namizədlik dissertasiyasını 1990-cı ildə BDU-nun ixtisaslasdırılmış elmi şurasında müvəffəqiyyətlə mudafiə edib fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. 1990-cı ildə Ceyhun Nazıyev Azərbaycan Təhsil Nazirliyinin göndərişilə ADNA-nın fizika kafedrasına assistent təyin edilmişdir. 1994-cü ildə həmin kafedrada dosent secilmişdir. 1997-ci ildə doktorluq dissertasiyası mudafiə edib, texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Qabiden Mustafin
Qabiden Mustafin (qaz. Ғабиден Мұстафин; 26 noyabr 1902 – 20 yanvar 1985, Almatı) — Qazax Sovet yazıçısı, ictimai xadim, Qazaxıstan SSR Elmlər Akademiyasının müxbir üzvü (1958), Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü. Kəndlilərin Rusiyadan köçürülməsi ilə əlaqədar olaraq, 1907-ci ildə Elibay qəbiləsinin nümayəndələrinin altmış evi (Qabiden ailəsi də daxil olmaqla) Spasski zavodunun şərqində yerləşən Koktalzharyk qəsəbəsinə köçmək məcburiyyətində qaldı. On yaşlı Qabiden savadını aul mollasından, rus dilini isə fabrik xadiməsi Cusup Maukumovdan öyrənmişdir. Spassk zavodunun beş illik rus-qazax məktəbinin dördüncü sinfinə qəbul edilmişdir. İki illik təhsildən sonra Qabiden doğma kəndinə qayıtmışdır. 1927-ci ildə Mustafinin ilk hekayəsi "Sarsen və Mukaş" və "Early Birds" jurnallarında yayımlandı. 1929-cu ildə ilk hekayələr toplusu "Er Shoyin" Qızıl-Ordada nəşr olundu. 1930-cu ildə inşası davam edən Qaragandaya köçdü. 1933-cü ilin əvvəlində yerli şuranın qərarı ilə Qabiden Mustafin "Proletariat Karaqandı" qəzetinin məsul katibi vəzifəsinə namizəd göstərildi.
Yaşar Nazıyev
Nazıyev Yaşar Mövlud oğlu – professor, texnika elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar elm xadimi. Yaşar Nazıyev 1933-cü il may ayının 2-də Gürcüstan Respublikası Bolnisi rayonunun Saraçlı kəndində anadan olmuşdur. Natamam orta təhsilini Saraçlı orta məktəbində, tam orta təhsilini isə qonşu Faxralı kəndində almışdır. 1949-1954-cü illərdə Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsində oxumuş, ali təhsilini fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət mühəndis və Saraçlıda müəllim işləmişdir. Sonra Azərbaycan EA Energetika İnstitutunun aspiranturasına daxil olmuş, elmi işini Moskva Dövlət Azot Sənayesi və Üzvi birləşmələr İnstitutunda yerinə yetirmişdir. 1962-ci ildə Moskva Energetika İnstitutunda məşhur rus alimi professor İ.F.Qolubevin rəhbərliyi altında "Müxtəlif temperaturlarda və yüksək təzyiqlərdə doymuş karbohidrogenlərin istilikkeçirməsi" mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Y.Nazıyev 1961-ci ildə professor İ.F.Qolubevlə birlikdə dünyada ilk dəfə olaraq böhran sahəsində maddələrin istilikkeçirməsinin ekstremal dəyişməsini müşahidə edərək bunu əsaslandırmışdır. Həmin ildə bu fenomeni amerika alimi Quldner və hollandiyalı alim Micels də bir-birindən xəbərsiz olaraq görmüşlər. O da maraqlıdır ki, hər üç ölkənin alimləri öz işlərini də bir-birindən xəbərsiz eyni vaxtda dərc etdirmişlər. 1971-ci ildə Moskvada "Yüksək təzyiqlərdə karbohidrogenlərin istilikkeçirməsinin tədqiqi və onun ölçülməsinin bəzi xüsusiyyətləri" mövzusunda doktorluq işini müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi almışdır.
Iron Maiden
Iron Maiden — 1975-ci ildə London, İngiltərədə qurulan ingilis heavy metal qrupu. Qrup bas gitarist, qrupun bir çox mahnılarının müəllifi və kollektivin daimi lideri Stiv Harris tərəfindən qurulub. Onun rəhbərliyi altında qrupda, London pivəxanalarındakı çıxışlardan beynəlxalq turnelərə qədər uzanan yolda əhəmiyyətli dəyişikliklər baş verdi. Iron Maiden'in albomları bütün dünyada 120 milyondan çox satıb (onlardan 4 albom 1-ci yeri tutur, 15 albom isə Britaniyanın 10 hit-paradına düşür). Qrup 2002-ci ildə beynəlxalq "Ivor Novello Awards" mükafatına layiq görülür. 2005-ci ildə isə qrupu Hollywood RockWalk'a (Sanset Bulvarı, Los-Anceles) "əl izi" üçün dəvət edirlər. Qrup müxtəlif heyət dəyişikliklərindən sonra nəhayət öz adını daşıyan ilk albomu Iron Maiden'i 1980-ci ildə çıxarır. Solist Bryus Dikinson'ın qrupa qatılması ilə birlikdə 1982-ci ildə "The Number of the Beast" adlı albomlarını çıxardan Iron Maiden dünya səviyyəsində şöhrətə çatır və 1980-lər boyunca arxa-arxaya çıxardıqları albomlarla böyük müvəffəqiyyət qazanır. 1993-cü ildə Dikinson qrupdan ayrılır və onun yerinə Bleyz Beyli gəlir. Bu dövrdə qrupun albom satışlarında diqqətə çarpan şəkildə düşüş hiss olunur.
Naşide Göktürk
Naşide Göktürk (1 aprel 1965, İstanbul – 30 avqust 2016, Bodrum, Muğla ili) — türk pop musiqisi müğənnisi.
Bishoujo Senshi Sailor Moon SuperS Gaiden: Ami-chan no Hatsukoi
Sailor Moon SuperS Plus - Ami's First Love (美少女戦士セーラームーンSuperS 外伝 亜美ちゃんの初恋, Bishōjo senshi Sērā Mūn SuperS gaiden - Ami-chan no hatsukoi, azərb. Seylor Mun SuperS plus: Aminin ilk sevgisi‎) — "Seylor Mun"un 1995-ci ildə buraxılmış xüsusi seriyası. 23 dekabr 1995-ci ildə "Sailor Moon SuperS" anime filmi ilə birlikdə nümayiş etdirilmişdir. == Məzmun == Seriyada hadisələrin əsas diqqət mərkəzində Seylor Merkuri kimi tanınan Ami Mizunodur. Ami bir gün məktəbə gələndə ona yazılmış bir sevgi məktubu alır və böyük təşvişə düşür. Lakin o dostlarına hazırda məhəbbət haqqında düşünmədiyini bildirir. Ami dostlarına bildirir ki, imtahanlara "Mercury" ləqəbi ilə qatılıb maksimal nəticə göstərib, lakin onunla birlikdə "Mercurius" adlı şagirdin də maksimal nəticə əldə edib. Ami bunu meydan oxuma kimi qəbul edib əvvəlkindən də daha gərgin çalışmağa başlayır. Amini izləyən Bonnon ona hücum edir. Ami Bonnonu "Mercurius" zənn edir və Seylor Merkuriyə çevrilib onu məğlub edir.