Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bir gecəlik (mahnı)
Keçəllik
Alopesiya (keçəllik, q.yun. ἀλωπεκία lat. alopecia — keçəlləşmə, saş tökülməsi) — saçın pataloji tökülməsi, baş nahiyəsində saçların tam və ya qismən seyrəklənməsi. Alopesiyanın növləri : androgenetik (androgenetic), diffuz və simptomatik (effluviums), əsalə və yuva (areata), hissəli (scarring).
Heçlik
Heç və ya Yox, söz mənasıyla heç bir varlığın olmadığını ifadə edən bir işarə əvəzliyi. Yəni olmayanı amma mütləq mənada olmayanı işarə edər. Heçlik və ya Yoxluq isə Heç əvəzliyinin hakim olduğu vəziyyəti ifadə edər. Fəlsəfi və texniki olmayan gündəlik istifadə mənasında, Heç və ya Yox sözü varlıqdakı bir əskikliyi ifadə edər.. Bu mütləq mənadakı heçlik / yoxluq qavramından fərqlidir. Mütləq mənada yoxluq və heçlik, suyun əslində heç olmadığı, su deyə bir varlığın yox olduğunu ifadə etməkdədir.
Çəlik
Cəlik (Ərdəbil)
Meşəlik faizi
Meşəlik faizi ərazinin meşə ilə örtülmə dərəcəsi olub meşə ilə örtülü sahənin ümumi sahəyə (məs. respublikanın, meşə təsərrüfatının və s.) nisbəti ilə təyin olunur; faizlə ifadə olunur. Respublikanın ayrı-ayrı rayonlarında fiziki-coğrafi, iqlim və torpaq şəraitindən asılı olaraq meşəlik faizi müxtəlifdir (şək.2). Meşəlik faizinin dinamikası insanın təsərrüfat fəaliyyətinin təsiri altında gedir. Meşələr respublikanın ərazisində qeyri-bərabər paylanmışdır. Meşənin əsas hissəsi (90%) dağ yamaclarında, az hissəsi (10%) isə düzəndə yerləşir. Meşə ilə örtülü sahənin 40%-i Böyük Qafqazda, 33%-i Kiçik Qafqazda və 17%-i Talışda yayılmışdır. Ən yüksək meşəlik faizi (40%-dən çox) ilə Böyük Qafqazın cənub makroyamacı rayonları (Balakən, Zaqatala, Oğuz, Qəbələ, İsmayıllı), Qarabağın dağlıq hissəsi (Ağdərə və Xankəndi rayonları) və qismən Talış (Astara rayonu) xarakterikdir. Orta meşəlik faizi (20-40%) ilə səciyyələnən ərazilər Böyük Qafqazda (Şəki, Quba rayonları), Kiçik Qafqazda (Gədəbəy, Daşkəsən, Kəlbəcər və Laçın rayonları) və Talışda (Lerik, Masallı rayonları) yerləşir. Orta meşəlik faizindən aşağı olan (10-20%) ərazilər Kiçik Qafqazın qərb rayonları (Qazax və Tovuz) üçün səciyyəvidir.
Meşəlik qurucası
Omalotheca sylvatica (lat. Omalotheca sylvatica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin omalotheca cinsinə aid bitki növü. Cyttarium silvaticum (L.) Peterm. Dasyanthus fuscus Bubani Dasyanthus sylvaticus (L.) Bubani Filago sylvatica (L.) Link Gamochaeta sylvatica (L.) Fourr. Gnaphalium sylvaticum L. Synchaeta silvatica (L.) Kirp.
Meşəlik yastıqotu
Meşəlik yastıqotu (lat. Draba nemorosa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin yastıqotu cinsinə aid bitki növü. Crucifera nemorosa E.H.L.Krause Draba × ambigua Schur Draba dictyota Greene Draba gracilis Graham Draba intermedia Andrz. ex DC. Draba lutea Gilib. ex DC. Draba lutea Gilib. Draba lutea var. brevipes DC. Draba lutea var. longipes DC. Draba macroloba Turcz. Draba muralis Thunb. [Illegitimate] Draba nemoralis Ehrh.
Meşəlik əməköməcisi
Meşəlik əməköməcisi (lat. Malva sylvestris) — əməköməcikimilər fəsiləsinin əməköməci cinsinə aid bitki növü. Qurudulmuş əməköməcinin çiçəklərindən sulu dəmləmə hazırlayıb sinəyumşaldıcı öskürək dərmanı kimi tənəffüs yollarının iltihabını aradan qaldırmaq, mədə-bağırsaq xəstəliklərində mədənin selikli qişasını yumşaltmaq və köpmənin qarşısını almaq üçün işlədirlər.
Meşəlik əsməsi
Anemonoides sylvestris (lat. Anemonoides sylvestris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonoides cinsinə aid bitki növü.
Meşəlik ətirşahı
Meşəlik ətirşahı (lat. Geranium sylvaticum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü. 60 sm hündürlükdədir. Kökətrafı yarpaqlar uzun tüklü saplaqlı, üst hissədən sıx, aşağı hissədən damarların üzərində tükcüklü, böyrəkvari-yumru, 6-7 bölümlü, enli rombvari, lələkvari bölümlü və ya iridişcikli hissəlidir; orta yarpaqlar daha qısa saplaqlı, yuxarıdakılar oturaq və qarşı-qarşıya düzülmüşdür. Çiçəkləri çoxsaylı, yuxarı hissədə olur. Ləçəkləri tərsyumurtavari, 14– 17 mm uzunluqda, tündqırmızı-bönövşəyi rənglidir. Erkəkcik sapı aşağıda enli və kirpikciklidir. Meyvənin tayları (layları, qanadları) tükcüklüdür. Böyük Qafqazın qərb və şərq hissəsi, Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Meşə talalarında və çəmənlərdə bitir.
Keçəli albalı
Keçəli albalı (lat. Prunus tomentosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Çin, Koreya, Yaponiya və Monqolustanda yabanı halda bitir. Çindən bitki bütün dünyaya yayılmış, XIX əsrin axırlarında isə Rusiyaya çatmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m olan, enli yumurtavari dağınıq çətirli koldur. Çoxillik budaqlarının qabığı boz-qonur rəngli olub, qalındır. Budaqları sıx keçə tükcüklüdür. Yarpaqları enli ellipsvari olub, 5 sm uzunluğundadır. Üstdən bozumtul-yaşıldır, payızda qırmızıdan sarı rəngə kimi müxtəlif çalarlarda olur. Çiçək tumurcuqları qısa saplaqlarda və ya budaqların üzərində yerləşir.
Arçelik
Arçelik A. Ş. – Türkiyənin tanınmış əmtəə nişanıdır. 1955-ci ildə Türk mühəndis Vehbi Koç tərəfindən yaradılmış və bu gün Koç Holding qrupunun tərkibinə daxildir. 1959-cu ildə Arçelik şirkəti özünün ilk paltaryuyan maşınını buraxır. Şirkətin ilk soyuducusu 1960-cı ildə Arçelik zavodunun konveyerindən çıxdı. Zaman keçdikcə Koç məişət texnikasının digər növlərinin də buraxılmasını təşkil etməyə başladı. Artıq 1977-ci ildə bu istehsal növü kütləvi xarakter daşıyırdı. Texnika BEKO brendi altında buraxılırdı və 1983-cü ildə alıcılar arasında geniş yayılmışdı. Arçelik şirkətinin rəhbərləri hesab edirdilər ki, hər zavod müəyyən bir məhsul növündə ixtisaslaşmalıdır. Bununla əlaqədar olaraq 1977-ci ildən etibarən bir sıra fabriklərin tikintisinə başlanıldı. Bir qədər sonra Arçelik şirkəti Türk Demir Döküm şirkəti ilə birgə qızdırıcılar və mətbəx piltələrinin istehsalı ilə məşğul olan Ardem şirkətini yaratdı.
Encelia
Encelia (lat. Encelia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Pallasia L'Hér.
Məcəlis
Məcəlis — kənd, Dağıstanın Qaytaq rayonunun mərkəzi. Mahaçqaladan 128 km cənubda, Dağətəyi Dağıstanda, 414 m yüksəklikdə, Ulluçayın sahilində, Mamedkala dəmiryolu stansiyasından 26 km qərbə yerləşir. 2010-cu il siyahıyaalınmasına görə kənddə 6815 nəfər yaşayırdı, onlardan 79,7% dargilər, 18,5% qumuqlar.
Mərəlik
Mərəlik (əvvəlki adı: Maralıq) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Sələsüz kənd inzibati ərazi dairəsi tərkibindəki Maralıq kəndi Mərəlik kəndi adlandırılmışdır. Düzənlikdir. Oykonim ərəb dilindəki əra (otlaq, örüş) sözündən və -lıq yer məkan bildirən şək-dən ibarət olub, örüş yeri, otlaq yeri mənasındadır. Əhalisi 222 nəfərdir.
Nefelin
Nefelin — mineral. Bu qrupa 2 əsas mineral daxildir: nefelin Na3K[AlSiO4]4 və kalsilit. Seriyanın natriumlu sonuncu üzvü olan aşağı temperaturlu nefelin davamlıdır. Sonuncu 900° C-də yüksək temperaturlu nefelin, 1254° C-də isə karnegiitə keçir. Dərinlik süxurlarında və qneyslərdəki nefelin tərkibi nəzəri formulaya yaxındır və kaliumla zəngindir. Nefelin bəzən Ca daşıyır. Nizamlı və qeyri-nizamlı nefelin məlumdur. Heksaqonal Habitus prizmatik, qısa dirəkvari, qalın lövhəli. İkiləşmə {1010}, {3365}, {1122} üzrə. Ayrılma {1010} və {0001} üzrə qeyri-mükəmməl.
Nevelsk
Nevelsk (rus. Невельск) ya da Honto (yap. 伊曼) — Rusiya Federasiyasında yerləşən şəhər. Saxalin vilayətinə daxildir.
Nəfəslik
Nəfəslik (rus. фо́рточка) — kiçik bir ventilyasiya pəncərəsidir. Adətən bir pəncərə şüşəsinin çərçivəsini əhatə edir və bütün pəncərədən asılı olmayaraq həncamalarda açılır. Nəfəsliklər Rusiyada və digər postsovet ölkələrində geniş istifadə olunur. Nəfəslik soyuq iqlimə malik ölkələr üçün səciyyəvidir, harada həddən artıq sərinləşdirmədən otağı havalandırmağa ehtiyac var. Qaz halında olan zərrəciklərin kütlələri yüngül olduğu üçün evin tavanına doğru hərəkət etməsini nəzərə alaraq, nəfəslik pəncərənin üst hissəsinə yerləşdirilmişdir. Kilidlə təyin edilə bilər.
Təpəlik
Bir xətt üzrə uzanan, dairəvi yüksəklikdir. Çox vaxt təpəlik qədim dağılmış dağların qalıqları olur.
Ayla Çəlik
Ayla Çəlik (29 oktyabr 1973, İstanbul) — Türkiyəli müğənni və söz yazarı.
Sənəm Çəlik
Sәnәm Çәlik (türk. Sanem Çelik) — Türkiyə teatr, teleserial və kino aktrisası, balerina. Sənəm Çəlik 18 may 1975-ci ildə Türkiyə Cümhuriyyətinin İstanbulun Üsküdar Rayonunda anadan olmuşdur. 1983-cü ildə İstanbul Universiteti Dövlət Konservatoriyası nəzdində Musiqi və Balet Məktəbində balet bölümünə qəbul olmuşdur. Bu təhsil müəssisəsində 11 təhsil alan Sәnәm Çәlik peşəkar "Çağdaş Bale Topluluğu"nun tərkibində bir çox balet tamaşasının səhnələşdirilməsində iştirak etmişdir.
Çəlik (Marağa)
Çəlik — İranın Şərqi Azərbaycan ostanında kənd.. Marağa şəhristanının Miyandab bölgəsinin Mərhəmətabad kəndistanında, Miyandab qəsəbəsindən 25 km şimal-qərbdədir.
Çəlik (Qoşaçay)
Çəlik (fars. چليك‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,604 nəfər yaşayır (395 ailə).
Öykü Çəlik
Öykü Çəlik (13 iyul 1987, İstanbul) — Türkiyə aktrisası. Öykü Çəlik 13 iyul 1987-ci ildə İstanbulda anadan olub. Boyu 1.70 metr, çəkisi 60 kq-dır. Öykü Çəlik göy rəngi çox sevdiyini bildirir, çünki onun gözləri də bu rəngdədir. Atası futbol məşqçisi olduğu üçün və ailəvi səbəblərdən 11 ildə düz 9 məktəb dəyişdirmişdir. O, ingilis dilini çox gözəl bilir və aktrisalıqdan başqa futbol, buz konkisi və digər idmanlarla maraqlanır. Öykü Çəlik Bilkənt universitetinin teatr fakültəsində oxumuşdur. Lakin o, ali təhsilini yarımçıq buraxmısdır. Səbəb isə odur ki, tələbik illəri zamanı bir maşın qəzası keçirməsidir. "Selena", "Eşref saatı", "Könülçələn" kimi seriallarda rol alan Öykü Çəlik "Nuri" serialında canlandırdığı Reyna xarakteriylə böyük maraq doğura bilmişdir.
Ərdal Çəlik
Ərdal Çəlik (1 yanvar 1988, Qaziantep, Türkiyə) — Azərbaycan əsilli türk futbolçu. 1988-ci ildə Türkiyənin Qaziantep şəhərində anadan olan müdafiəçinin ata-babaları azərbaycanlıdı. Mərkəz müdafiəçisi mövqeyində çıxış edən futbolçu 186 sm boyu var. Futbolçu Almaniyanın məşhur Bayern klubunun yetirəmisidi. 2007-ci ilə qədər bu klubda çıxış edən Ərdal daha sonra Regional Liqada Alemanniya (Aahen) və Bayern II-nin formasını geyinib. Daha sonra 3-cü liqa klubu Rot Ahlendə oynayıb. Onun son klubu Türkiyə Bank Asiya liqasında çıxış edən Bucaspor olub. Ötən mövsüm o, bu komandada 8 oyuna çıxıb. 2012-ci ildə Azərbaycanın Sumqayıt klubuna transfer olunub.
Ömər Çəlik
Ömər Çelik (15 iyun 1968, Adana) — türk jurnalist və siyasətçi. Ömər Çelik 1968-ci ildə Adanada anadan olub. Çelik Qazi Universitetinin məzunudur. 3 dəfə Adanadan millət vəkili seçilən Çelik Ədalət və İnkişaf Partiyasının xarici əlaqələr üzrə sədr müavini olub.
Əvəlik
Əvəlik (lat. Rumex) — qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. Əvəlik kosmopolit bitki olub. Yer kürəsinin hər yerində yayılmışdır. Əvəlik cinsinin dünya florasının tərkibində 150-ə qədər növünə rast gəlmək olar. Bu növlərin əksəriyyətinə şimal yarımkürəsinin mülayim iqlim zonalarında rast gəlinir. Əvəliyin Qafqazda 25, Azərbaycanda isə 17 növü yayılmışdır. Əvəlik növlərinin əksəriyyəti mal-qara üçün qüvvətli yem, gön-dəri sənayesi üçün aşı əhəmiyyətli, dərman xüsusiyyətli, boyaq təbiətli olmaqla yanaşı, həm də qiymətli qida və ədviyyat bitkisi sayılır. Turştəhər əvəlik — Rumex acetosella. Bu çoxillik, çılpaq ot bitkisidir.
Keçəli qoz gənəsi
Keçəli qoz gənəsi (lat. Aceria erinea (Nalepa, 1891)) — ancaq qoz ağaclarına ziyan vuran gənə növü. İlk dəfə A.Nalepa tərəfindən qeyd edilən bu növün klassik təsvirini Q.Kifer (Keifer 1938, 1952) vermişdir. Sorucu ağız aparatına malik olan sarımtıl rəngli keçəli qoz gənəsi sorucu ağız aparatı vasitəsilə yarpaqların hüceyrə şirəsini sorur və nəticədə həmin yerdə yarpaqların üst səthində qalın divarlı, iri, girdə qabarıqlar və ya şişkinliklər əmələ gəlir. Yarpaqların alt səthində isə həmin qabarıqlara uyğun müxtəlif ölçülü çökəkliklər yaranır. Çökəkliklərin daxili divarı isə sarımtıl rəngli sıx tükcüklərlə (erineum) örtülmüş olur. Bu mənzərə keçəni xatırladır (adı da buradan götürülüb) və gənələr orada açıq halda yaşayır. Tükcuk və ya keçə ilə əhatə olunmuş ərazinin ölçüsü 0,25 – 4,50 mikrometr təşkil edir. Keçəli qoz gənəsinin biologiyası bir çox cəhətdən ziyilli qoz gənəsi (lat. Aceria tristriata) ilə oxşardır.
Çelik
Çelik — türk soyadı. Ömər Çelik — türk jurnalist və siyasətçi. Burak Çelik — Türkiyəli aktyor və modeldir. Mert Çelik — azərbaycanlı futbolçu Sənəm Çelik — Türkiyə teatr, teleserial və kino aktrisası, balerina. Ava Çelik — Alman aktrisa. Ayşegül Çelik Şahin — Türk yazar.
Dərəlik bulağı
Dərəlik bulağı — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində, Culfa-Naxçıvan avtomobil yolundan 2 km. aralıda yerləşir. Əlincəçayın sol sahilindədir. Suyun tərkibində natrium, hidrokarbon, kalsiumli-maqneziumludur. == Ələhi suyunun tərkibi == Suyun tərkibi karbon qazı ilə boldur. Həmçinin suda natrium, kalsium, maqnezium vardır. Kimyəvi tərkibi Şimali Qafqazda yerləşən "Pyatiqorck" suyuna yaxındır. Yerli əhali tərəfindən müalicəvi su hesab edilir. Mineral bulağın suyu ürək-damar və dəri xəstəliklərində müalicəvi vasitə kimi tanınır. == Ədəbiyyat == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Fuad Nəcəfli
Fuad Vahid oğlu Nəcəfli (1975, Kolanı, Şahbuz rayonu) – Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi. Bu vəzifəyə 22 dekabr 2022-ci ildə təyin olunmuşdur. == Həyatı == Fuad Nəcəfli 1975-ci ildə Şahbuz rayonunda anadan olub. Bakı Dövlət Universitetini Beynəlxalq münasibətlər ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 2000-ci ildə Bakı şəhərində 1 saylı yeri İqtisad Məhkəməsində başlayıb. Beynəlxalq Sığorta Şirkətində, "Star Alyans" Sığorta Şirkətində, "Texnikabank"da, "Paşa Holdinq" MMC-də və digər qurumlarda müxtəlif vəzifələrdə işləyib. 2019-cu ildən "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin Müşahidə Şurasının üzvüdür.
Güntəkin Nəcəfli
Jülide Özçelik
Jülide Özçelik (1975, İstanbul) — Türkiyəli caz sənətçisidir. == Həyatı == Jülide Özçelik 1975-ci ildə İstanbulda doğulmuşdur. Məktəbi bitirdikdən sonra Müjdat Gezen Sənət Mərkəzində musiqi təhsilinə başlamışdır. Məzun olduğu il İstanbul Bilgi Universitetinin musiqi fakültəsinə qəbul olmuşdur. Burada vokal bölümündə Nüket Ruacan ilə vokal texnikalarını öyrənmişdir. Selen Gülün, Randy Esen, İmer Demirer, Donovan Mixon , Ayşe Özbekligil, Raci Pişmişoğlu, Ricky Ford, Can Kozlu kimi müəllimlərdən ansambl, harmoniya, solfeciya dərslərini öyrənərək məzun olmuşdur. Türk dilində caz ilə bağlı müxtəlif layihələr irəli sürmüş və reallaşdırmışdır. Bu zaman Klassik Türk Müsiqisi xorlarına qoşulmuşdur və konsertlərdə solist olaraq iştirak etmişdir. == Fəaliyyəti == Axıcı və duru səsli Jülide Özçelik albom hazırlamaq fikrini Cem Tuncerə söyləyərək albomun hazılıqlarına başlayır. Cem Tuncer, Erbil Doğan, Kağan Yıldız, Ediz Hafızoğlu və Genco Arı ilə birgə 2008-ci ilin Yanvar ayında ilk albomu olan Jazz İstanbul Volume 1 'i çıxardı.
Oruc Nəcəfli
Heçlik, Titanın qəzası (roman)
Nahaq yerə, Titanın qəzası (ing. Futility, or the Wreck of the Titan) — 1898-ci ildə, qısa hekayələr və romanlar müəllifi, amerikan yazıçı, Morqan Robertson tərəfindən yazılmışdır. Əsərdə Titan adlı bir gəminin Atlantik Okeanında (Şimali Atlantik) buz dağına çırpılaraq sulara qərq olmasından bəhs olunur. Əsərdəki Titan gəmisi, 14 il sonra yəni 1912-ci ildə batan əfsanəvi Titanik gəmisi ilə inanılmaz bənzərlik təşkil edir. Morqan Robertson bu əsərlə uğur qazanmır və kitab satılmır. Bu əsərdən sonra uğursuzluq onu buraxmır və digər yazdığı əsərlər heç vaxt maraq doğurmur. Bu səbəbdən böyük stress keçirərək psixoloji müalicə alır. Uğursuz bir yazar olaraq, 1915-ci ilin mart ayında bir otel otağında ayaq üstə keçirdiyi ürək tutmasından dünyasını dəyişir. Titanikin batışından 3 il sonra dünyadan köçsə də heç kəs onun bu əsərini yada salmamış və maraq göstərməmişdi. == Əsərin qısa məzmunu == Əsərdə böyük bir gəmi təsvir olunur və heç vaxt batmayan bir gəmi adlandırılır.
Cəfərabad-i Çəlik (Qoşaçay)
Cəfərabad-i Çəlik (fars. جعفرابادچليك‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 394 nəfər yaşayır (85 ailə).