GƏDƏLİK is. 1. Nökərçilik, nökərlik. Sən bu qədər də kövrəkləşmə, Ələmdar, – deyə Müqim bəy dəsmalını çıxarıb gədəliyə götürdüyü Leyləyin gözlərini sildi. S.Rəhimov. 2. məc. Alçaqlıq, nanəciblik. 3. məc. Görməmişlik.