Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nematoda
Yumru qurdlar (lat. Nematoda) — heyvanlar aləminə aid heyvan tipi. Yumru qurdlar tipinin xarakter xüsusiyyətləri aşağıdakılardır: İlk bədən boşluğuna (prosel) malikdir; Bədən formaca uzunsov olub, buğumlara bölünməyib və eninə kəsiyi dairəvidir. Həzm sistemi ön, orta və arxa bağırsaqdan ibarət olub, anal dəliklə qurtarır. Ağız dəliyi bədənin ön hissəsində yerləşir. Dəri-əzələ kisəsi qismən reduksiya etmişdir (həlqəvi əzələ sistemi reduksiya edib). Tənəffüs və qan-damar sistemi yoxdur. Cinsi dimorfizmə malikdir. İfrazat sistemi bəzilərində protonefridial tipdə olub, xüsusi quruluşlu kanalcıqdan, bəzilərində dəri vəzilərinin şəkildəyişməsi kimi olur, bəzilərində isə heç yoxdur. Sinir sistemi tam və qeyri-tam udlaqətrafı sinir halqasından və ondan çıxan sinir sütunlarından ibarətdir.
Çuğundur nematodu
Çuğundur nematodu (lat. Heterodera schachtii) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. Çuğundur nematodları çox kiçikdirlər, dişilər 0,8 -1,3 mm ölçüdə olurlar, erkək fərd isə ondan bir qədər kiçikdir.. Parazit həyat tərzi keçirirlər. Bitki köklərinin digər paraziti çuğundur nematodudur. O çuğundurun müxtəlif növlərində məskən salır və xüsusilə şəkər çuğunduruna çox ziyan vurur. Bu nematod fır nematodu kimi dişilərin hərəkətsizliyi ilə əlaqədar olan kəskin cinsi dimrofizm ilə xarakterizə olunur. Heteroderanın sürfələri torpaqda yaşayır və çuğundurun nazik kökcüklərinə daxil olur. Orada dişi sürfələr qabığını dəyişir, qısalır və dəyirmiləşir. Beləliklə limonşəkilli forma alır.
Cənub fır nematodu
Cənub fır nematodu (lat. Meloidogyne incognita) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. Erkəklər çoc kiçikdirlər, qurdabənzərdir, dişilər isə armudabənzər formadadır. Zərər vuran əsasən dişilərdir, çünki çoxalmadan sonra erkəklər torpağa keçirlər. Fır nematodunun dişilərində çox vaxt partenogenez müşahidə olunur.. Parazit həyat tərzi keçirirlər. Cənub fır nematodu bir çox bitkilərin adi kök parazitidir. O tərəvəzçiliyə daha çox ziyan vurur. Fır nematodu kəskin cinsi dimorfizmi ilə fərqlənir: erkələrdə bədən nematod formasındadır, hərəkətsiz dişilər kök toxumalarında armudvari olurlar. Əsas dişilər ziyan verir, erkəklər isə inkişafını başa çatdırıb torpağa düşür və qidalanmırlar.
Çürünrü-vələmir nematodu
Çürünrü-vələmir nematodu (lat. Aphelenchus avenae) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. Çürünrü-vələmir nematodu ikicinslidir. Erkək nematod uzunsov qurdşəkillidir. Uzunluğu 0,63-0,82 mm-dir. Konusşəkilli quyruqda enli bursa vardır, dişi nnematodların uzunluğu 0,55-0,86 mm-dir. Baş bədəninin ümumi konturundan ayrılmışdır. Orta bulbus iridir. Yumurtalıq düzdür. Quyruq dəyirmidir.
Nematodlar
Yumru qurdlar (lat. Nematoda) — heyvanlar aləminə aid heyvan tipi. Yumru qurdlar tipinin xarakter xüsusiyyətləri aşağıdakılardır: İlk bədən boşluğuna (prosel) malikdir; Bədən formaca uzunsov olub, buğumlara bölünməyib və eninə kəsiyi dairəvidir. Həzm sistemi ön, orta və arxa bağırsaqdan ibarət olub, anal dəliklə qurtarır. Ağız dəliyi bədənin ön hissəsində yerləşir. Dəri-əzələ kisəsi qismən reduksiya etmişdir (həlqəvi əzələ sistemi reduksiya edib). Tənəffüs və qan-damar sistemi yoxdur. Cinsi dimorfizmə malikdir. İfrazat sistemi bəzilərində protonefridial tipdə olub, xüsusi quruluşlu kanalcıqdan, bəzilərində dəri vəzilərinin şəkildəyişməsi kimi olur, bəzilərində isə heç yoxdur. Sinir sistemi tam və qeyri-tam udlaqətrafı sinir halqasından və ondan çıxan sinir sütunlarından ibarətdir.
Azərpaşa Nemətov
Azər Paşa Nemətov (13 avqust 1947, Bakı – 9 aprel 2023, Bakı) — Azərbaycan teatr rejissoru, Azərbaycan Respublikasının xalq artisti (2002), Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri (1996–2023), Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru (2015–2023) və direktoru (2016–2023). Azərpaşa Zəfər oğlu Nemətov 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. 31 saylı orta məktəbdə təhsil almışdır. Azərpaşa Nemətov Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərmiş, yüzdən artıq tamaşaya quruluş vermiş, ad-san qazanmış rejissor Zəfər Nemətovun ailəsində dünyaya göz açıb. Uşaq çağlarından musiqiyə güclü duyumu, marağı olub. Valideynləri onu Bülbül adına orta musiqi məktəbinə aparıblar. Sonra Azərbaycan Dövlət Konservatoriyasında, dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Tələbəlik illərində mahnılar da bəstələyib, amma gözlənilmədən qənaətini dəyişib. 1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Məşhur rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında assistent-müəllim işləyib.
Hacıağa Nemətov
Hacıağa Əlipaşa oğlu Nemətov (1919, Bakı – 1942, Bakı) — azərbaycanlı bəstəkar, SSRİ-Finlandiya müharibəsi (1939–1940) və Böyük Vətən müharibəsi iştirakçısı. Hacıağa Nemətov Bakı şəhərində neftçi ailəsində anadan olmuşdur. Qardaşı — Zəfər Nemətov Azərbaycanın görkəmli rejissoru, pedaqoq, ictimai xadim, Azərbaycan SSR əməkdar incəsənət xadimi. Uşaqlıqdan musiqiyə qarşı coşğun həvəsi özünü büruzə verir. Onun çalmağa başladığı ilk alət qarmon idi və ilk pyeslərini də həmin alət üçün bəstələyirdi. Öz sevimli alətində çalmaqdan yorulmayaraq, xalq melodiyaları əsasında improvizasiyalar edirdi. Sonralar orta məktəbdə oxuduğu illərdə isə o, truba alətində çalmağı öyrənir və məktəb orkestrilə müxtəlif klublarda çıxış edir, lakin Hacıağanın artan musiqi marağı onu digər alətlərdə də çalmaq həvəsinə salır, belə ki, onun xahişi ilə atasının aldığı klarnet alətini də asanlıqla mənimsəyir. Onu Əli Bayramov adına klubun orkestrində çalmağa dəvət edirlər və bu orkestrlə o, konsertlərdə, şənliklərdə, bədii gecələrdə çıxış edir. Həmin vaxtlar o, qarmonda çalmaq vərdişləri sayəsində fortepianoda da çalmağı öyrənir. 1939-cu ildə o, müfəffəqiyyətlə orta məktəbi bitirərək, musiqi texnikumunun nəzəriyyə-bəstəkarlıq fakültəsinə daxil olur.
Niyətşah Nemətov
Niyətşah Nemətov Səfər oğlu — əməkdar rabitə işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü 1928-ci ildə Yerfi sovetliyinin Qayadalı kəndində doğulmuşdur. Əmək fəaliyyətinə 1942-ci ildə Qonaqkənd rayonu poçt şöbəsində poçtalyon işləməklə başlamışdır. M. F. Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Qonaqkənd, Saatlı və Bakı şəhərinin bir çox rayon rabitə şöbələrində rəis işləmişdir. 1971-ci ildən 1989-cu ilədək Bakı şəhərinin poçt rabitəsinə nəzarət edən Bakı Poçtamtının rəhbəri olmuşdur. 1991-ci ildə Əməkdar Rabitə işçısi fəxri adını almışdır. 2006-cı ildə Prezidentin Fərdi təqaüdünə layiq görülmüşdür. 2007-ci ildə vəfat etmişdir. Tahir Həsənli. Yerfililər.
Proprioseiopsis nemotoi
Proprioseiopsis nemotoi (lat. Proprioseiopsis nemotoi) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. Proprioseiopsis nemotoi Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Zəfər Nemətov
Zəfər Əlipaşa oğlu Nemətov (5 iyun 1917, Bakı – 19 noyabr 1971, Bakı) — Azərbaycanın görkəmli rejissoru, pedaqoq, ictimai xadim, Azərbaycan SSR əməkdar incəsənət xadimi. 6 iyun 1917-ci ildə Bakıda anadan olmuşdur. Azərbaycan Dövlət Teatr Texnikumunda və Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. Moskva və Sankt-Peterburq şəhərlərində rejissor təcrübəsi keçmişdir. 1943-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor, 1954-cü ildən baş rejissor vəzifələrində çalışmışdır. Bu teatrın Azərbaycan və rus bölmələrində "Qaraca qız, "Polad necə bərkidi", "Qarlar kraliçası", "Tamahkar", "Yaşar", "Bir saat xəlifəlik", "Anacan", "Qırmızı şeytan balaları", "Romeo və Cülyetta", "Müfəttiş", "Polad üzük", "Zorən təbib", "Zoluşka" və s. tamaşalara quruluş vermişdir. Gənc rejissorlar üçün "Rejissor sənəti haqqında" (Mehdi Məmmədovla birlikdə) və "Əliağa Ağayev" (Tofiq Kazımovla birlikdə) kitablarının müəllifidir. 1960–1971-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin sədr müavini vəzifəsində çalışmışdır. Milli mədəniyyət tarixində əhəmiyyətli yer tutmuş bir sıra tədbirlər, o cümlədən 1968-ci ildə Azərbaycanda ilk dəfə keçirilmiş ASSİTEJ-in festivalı onun təşəbbüsü və gərgin əməyi sayəsində keçirilmişdir.
İlham Nemətov
İlham Tuyçiyeviç Nemətov ( özb. Ilhom Tuychievich Nematov ; 1 may 1952, Nəməngan, Özbəkistan SSR) - Özbək diplomatı. Özbəkistan Respublikasının fövqəladə və səlahiyyətli səfiri. 1973-cü ildə Fərqanə Politexnik İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirmişdir. 1992 -ci ildə Moskvada Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasından məzun olmuşdur. 1973-1974 -cü illərdə Özbəkistan Silahlı Qüvvələri sıralarında xidmət etmişdir. 1975-1989 -cu illərdə Namanqan vilayətinin tikinti təşkilatlarında, partiya və ictimai orqanlarında müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. 1989-1992 - Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının tələbəsi olmuşdur. 1992-1993-cü illərdə Özbəkistan Xarici İşlər Nazirliyinin şöbə müdiri, 1993-1995-ci illərdə Özbəkistanın Almaniyadakı səfirliyinin birinci katibi olmuşdur. 1995-1996-cı illərdə Özbəkistan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi rəisinin müavini vəzifəsini icra etmişdir.
Süleyman Nemətov
Süleyman Əsgər oğlu Neymətov (1972, Nehrəm, Naxçıvan rayonu) — Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri (2022-ci ildən), polis general-mayoru (2023). Süleyman Əsgər oğlu Neymətov 1972-ci ildə hazırkı Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. 1991–1993-cü illərdə Azərbaycan Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 2000-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir. Süleyman Neymətov 1993-cü ildən daxili işlər orqanlarında xidmət edir. O, 1993–1994-cü illərdə Naxçıvan şəhər polis şöbəsinin polis nəfəri, 1994–2005-ci ilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Komendant Xidmətinin polis nəfəri, bölmə komandiri, taqım komandiri, bölük komandirinin müavini, baş inspektoru olmuşdur. 2005–2013-cü illərdə Nəsimi rayon polis idarəsinin bölük komandiri, rəis müavini, 2013–2016-cı illərdə Sumqayıt şəhər polis idarəsinin rəis müavini, 2016–2020-ci illərdə Quba rayon polis şöbəsinin rəisi, 2020–2022-ci illərdə isə Suraxanı rayon polis idarəsinin rəisi vəzifələrində xidmət etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 28 dekabr 2022-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2023-cü il tarixli Sərəncamı ilə ona polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə 30 iyun 2002-ci ildə "İgidliyə görə", 1 iyul 2020-ci ildə isə "Vətən uğrunda" medalları ilə təltif edilmişdir.
Naoko Nemoto
Dewi Sukarno (デ ヴ ィ · ス カ ル ノ Devi Sukaruno) tam adı Ratna Sari Devi Sukarno (ラ ト ナ · サ リ · デ ヴ ィ · ス カ ル ノ; 6 fevral 1940) — Ratona Sari Devi Sukaruno Nemoto Naokoda doğulub (根本 七 保子 Naoko Nemoto); 6 Fevral 1940), Yaponiyada Devi Fujin kimi tanınan (デ ヴ ィ 夫人, Ledi Devi, Madam Devi) yapon iş adamı, moda cəmiyyətində yaxşı tanınmış, televiziyaların qonağı və xeyriyyəçidir. İndoneziyanın ilk prezidenti Sukarnonun xanımlarından biridir. 19 yaşındakı Naoko Nemoto 57 yaşındakı Sukarnonu Imperial Oteli yaxınlığında, Tokyodakı Ginza hostes barında qarşıladı. Sukarno Yaponiyaya dövlət səfərində o incəsənət tələbəsi və icraçı idi. Naoko 1962-ci ildə İndoneziyada Sukarno ilə evləndi və İslamı qəbul etdi və Sukarno ona İndoneziya adı olan "Yava-sanskrit" mənasını verən bir tanrıça zinətinin mahiyyəti Ratna Sari Devi Sukarno adı verdi. Onların Kartika adlı (indi "Carina" adını istifadə edir) bir qızı vardı. Sukarno General Suxarto tərəfindən 1967-ci il çevrilişi ilə devrildi və üç il sonra vəfat etdi. Devi Sukarno Sukarnonun devrilməsindən sonra Avropaya köçdü və Fransa, İsveçrə və ABŞ-də yaşadı. 2008-ci ildən etibarən Şibuya, Tokio, Yaponiyada yaşayır, burada o xatirə dolu iqamətgahında yaşayır. Devi Sukarno aşkar bir şəxsiyyətiylə tanınır.
Zəhra Nemati
Zəhra Nemati (30 aprel 1985, Kirman, İran) — İranlı oxatan. Zəhra Nemati İranı 2012-ci ildə Paralimpiya Oyunlarında təmsil etdi və biri qızıl, digəri gümüş medal olmaqla iki medal qazandı. O, həmdə İranı 2016-cı ildə Olimpiya Oyunları və Paralimpiya Oyunlarında təmsil etdi. Olimpiya Oyunlarında uğursuz çıxış etsə də, Paralimpiya Oyunlarında iki qızıl və bir gümüş medal qazandı. O, həmçinin 2016-cı ilin Olimpiya Oyunlarının açılış mərasimində İran bayrağını apardı.
Azər Paşa Nemətov
Azər Paşa Nemətov (13 avqust 1947, Bakı – 9 aprel 2023, Bakı) — Azərbaycan teatr rejissoru, Azərbaycan Respublikasının xalq artisti (2002), Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri (1996–2023), Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru (2015–2023) və direktoru (2016–2023). Azərpaşa Zəfər oğlu Nemətov 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. 31 saylı orta məktəbdə təhsil almışdır. Azərpaşa Nemətov Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərmiş, yüzdən artıq tamaşaya quruluş vermiş, ad-san qazanmış rejissor Zəfər Nemətovun ailəsində dünyaya göz açıb. Uşaq çağlarından musiqiyə güclü duyumu, marağı olub. Valideynləri onu Bülbül adına orta musiqi məktəbinə aparıblar. Sonra Azərbaycan Dövlət Konservatoriyasında, dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Tələbəlik illərində mahnılar da bəstələyib, amma gözlənilmədən qənaətini dəyişib. 1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Məşhur rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında assistent-müəllim işləyib.