Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ncell
Ncell ( nep. एनसेल ), Nepalda özəl mobil şəbəkə operatorudur . Ncell ictimai fəaliyyət göstərən ilk özəl şirkətdir. GSM ilkin olaraq Mero Mobile olaraq adlandırldı,12 Mart 2010 -cu ildən isə Ncell olaraq adlandırılmağa başladı İsveç telekommunikasiya şirkəti Telia Sonera daha sona şirkəti sahibləndi. Hal-hazırda dövlət telekommunikasiya şirkəti Nepal Telecom tərəfindən keçirilən inhisarçılığını əlindən aldı. 12 aprel 2016-cı ildə Ncell rəsmi olaraq Malayziyanın telekommunikasiya qrupu olan Axiata Group Berhad- ın tərkibinə daxil olmuşdur. == Fon == Şirkətin 80% hissəsi Axiata Group Berhada məxsusdur. 2017-ci ilin fevral ayının ortalarına kimi Ncellin 6,73 milyon abunəçisi var idi. 2017-ci ilin fevral ayından etibarən Ncell 15.21 milyon mobil abunəçiyə sahibdir. == Tərəfdaşlıq == Ncell şirkəti, Axiata Group Berhad şirkətinin bir hissəsinə çevrilmişdir.
Nikel
Nikel (Ni) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 28-ci elementi olub vacib ultramikroelementdir. Bitkilərdə orta hesabla kütləcə 0.00005% nikel olur. Bəzi bitkilər var ki, onlarda nikelin miqdarı kifayət qədər yüksəkdir. Bəzi bitkilər və mikroorqanizmlər nikelin "toplayıcılardır" və ətraf mühitə nəzərən min və hətta yüz min dəfələrlə çox nikelə malikdirlər. Çayda, kakaoda, kökdə, kahıda və s. nikel çox olur. Hələ eramızdan 200 əsr əvvəl nikelin digər metallarla (mis, sink) əmələ gətirdiyi ərintilərdən müxtəlif metal əşyalar, sikkə ərintisi hazırlayırmışlar. Nikel 1751–ci ildə A. Kronsdent tərəfindən alınmışdır. Kimyəvi mexaniki və termik davamlığa malikdir, sənayedə, xüsusən metallurgiyada geniş istifadə olunur. Oksidləşmir, yaxşı cilalanır, bu səbəbdən metal əşyaların nikelləşdirilməsində tətbiq olunur.
Dicey
Dicey və ya disk-jokey – öncədən yazılmış musiqiləri qarışdıran şəxs. Diceylərin bir neçə növü var. Radio diceyləri (və ya radioda işləyən şəxslər) AM, FM, rəqəmsal və ya internet radio stansiyalarında yayım musiqisini qoşanlara deyilir. Klub diceyləri bar, gecə klubları, diskoteka, qonaqlıq və hətta stadionlarda musiqi seçib qoşurlar. Hip-hop diceyləri səhnədə reperlərin arxasında dayanaraq dicey mikserindən istifadə edib musiqilər qoşur, zərbəli səslər yaratmaq üçün turntable alətiylə skretçlər atır və yeni mahnılar üçün sempl və törnteyblizmdən istifadə edərək instrumentallar hazırlayır. Diceylər əsl adlarının, qəbul edilmiş təxəllüslərin və ya səhnə adlarının qarşısında "DJ" titulunu qəbul edə bilərlər.
Amblyseius nicola
Amblyseius nicola (lat. Amblyseius nicola) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius nicola Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Nicole Aniston
Nikol Aniston və ya Nikol Eniston (ing. Nicole Aniston; 9 sentyabr 1987, San-Dieqo, Kaliforniya) — alman və yunan əsilli ABŞ pornoaktrisası. == Həyatı == Nikol Aniston 9 sentyabr 1987-ci ildə ABŞ-də doğulub. 2010-cu ildən pornofilmlərə çəkilir. 2012-ci ilin avqust ayında "Penthouse Pet of the Month" və 2013-cü ildə "the 2013 Penthouse Pet of the Year" mükafatının qalibi olmuşdur.
Nicole Scherzinger
Nikol Praskovya Elikolani Şerzinger (ing. Nicole Prascovia Elikolani Valiente Scherzinger; 29 iyun 1978, Honolulu) — ABŞ müğənnisi və aktrisası. Nikol Pussycat Dolls qrupunun baş vokalistidir.
Ninety One
Ninety One və ya 91 (qaz. Тоқсан бір; Toqsan bir; azərb. Doxsan bir‎) — 2015-cü ildə JUZ Entertainment tərəfindən qurulmuş Q-pop qrupu. Qrupun prodüseri ORDA qrupun üzvü, Yerbolat Bedelxandır.Ninety one qrupu 5 üzvdən ibarətdir:ACE,ALEM,ZAQ,A.Z,BALA == Tarixi == Qrupun adı Qazaxıstanın müstəqilliyini qazanması ilə əlaqəlidir( Qazaxıstan öz müstəqilliyini 1991-ci ildə qazanmışdır).Qrup 2014-cü ildə K-Top Idols layihəsi əsasında yaradılmışdır. ZAQ ilə A.Z. bu layihənin qalibləri idi, ALEM ilə BALA isə onlara kastinq nəticəsində qoşulmuşdur. Cənubi Koreyanın S.M. Entertainment agentliyində oxuyandan sonra, ACE də qrupa qoşulub. Əvvəl qrupun adları KTI-boys və W idi. Amma, 2015-ci ilin sentyabrın 1-də Aýıptama (kiril Айыптама qaz. Qınama) adlı ilk sinqlı və onun musiqi videosunu buraxıb, qrupun adını indikinə dəyişiblər. Həmin musiqi videosu 20 həftə ərzində Qazaxıstan kanalların musiqi çartlarında baş yerləri tutmuşdur.
Niels Brinck
Nils Brink (24 sentyabr 1974, Orhus, Mərkəzi Yutlandiya[d]) — danimarkalı müğənni. == Həyatı == Nils Brink 17 may 1983-cü ildə Danimarkanın Arhus şəhərində anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Danimarkanı "Believe Again" (azərb. Yenidən inan‎) mahnısı ilə təmsil etmişdir. II yarımfinalda xal toplayaraq 8–ci olmuş və finala keçmişdir. Finalda isə 74 xal toplayaraq 13-cü olmuşdur.
Niels Finsen
Nils Rüberq Finzen (dan. Niels Ryberg Finsen; 15 dekabr 1860 – 24 sentyabr 1904) — Danimarkalı fizioloq və alim. 1903-cü il Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı. == Həyatı == Nils Finzen 1860-cı ildə Farer adalarında doğulmuşdur. İlk təhsilini orada aldıqdan sonra, Danimarkanın Herlufeholm şəhər məktəbinə qəbul edilmişdir. Lakin dərsə davamiyyəti zəif olduğundan valideynləri onu İslandiyaya göndərmişlər. Burada dərslərini yaxşı oxuyan Finzen, həm də əla atıcı kimi tanınmışdır. Lakin gələcək alim fiziki cəhətdən zəif olduğundan tez-tez xəstələnərmiş. Buna görə də o, həmin zamandan etibarən günəş şüalarının insan orqanizminə müsbət təsirini müşahidə etməyə başlamışdır. Finzen açıq havada daha çox vaxt keçirəndə özünü yaxşı hiss etməsi barədə sonralar yazırdı: "Buludlu havada günəşin çıxması ilə ətraf aləmin necə canlandığına fikir verin.
Nikel asetat
Nikel(II)asetat — Ni(CH3COO)2 – sirkə turşusunun nikel duzudur. == Fiziki xassələri == Nikel(II)asetat – yaşıl rəngli kristalik maddədir, suda həll olur, kristallohidrat əmələ gətirir. == Alınması == Sirkə turşusunun nikel hidroksidə təsirindən N i ( O H ) 2 + 2 C H 3 C O O H → N i ( C H 3 C O O ) 2 + 2 H 2 O {\displaystyle {\mathsf {Ni(OH)_{2}+2CH_{3}COOH\ {\xrightarrow {}}\ Ni(CH_{3}COO)_{2}+2H_{2}O}}} Sirkə turşusunun nikel karbonata təsirindən N i C O 3 + 2 C H 3 C O O H → N i ( C H 3 C O O ) 2 + C O 2 + H 2 O {\displaystyle {\mathsf {NiCO_{3}+2CH_{3}COOH\ {\xrightarrow {}}\ Ni(CH_{3}COO)_{2}+CO_{2}+H_{2}O}}} == Kimyəvi xassələri == Nikel asetat qızdırdıqda hidroliz prosesi baş verir N i ( C H 3 C O O ) 2 + H 2 O → 100 o C N i ( O H ) 2 ↓ + 2 C H 3 C O O H {\displaystyle {\mathsf {Ni(CH_{3}COO)_{2}+H_{2}O\ {\xrightarrow {100^{o}C}}\ Ni(OH)_{2}\downarrow +2CH_{3}COOH}}} == Mənbə == Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 3-е изд., испр. — Л.: Химия, 1971. — Т. 2. — 1168 с.
Ninel Qarayeva
Ninel İsrafil qızı Qarayeva (25 may 1932, Bakı – 4 aprel 2017, Bakı) — Biologiya elmləri doktoru, professor, 2001-ci ildən AMEA-nın müxbir üzvü. == Həyatı == Ninel Qarayeva 25 may 1932-ci ildə Bakı şəhərində anadan olub. 1955-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin biologiya fakültəsini bitirdikdən sonra 1957-ci ildə AMEA Botanika İnstitutunun məqsədli aspiranturasına daxil olub. 1961-ci ildə Xarkov Dövlət Universitetində “Xəzər dənizinin qərb sahilboyu hissəsinin bentos diatom yosunları” mövzusunda namizədlik, 1975-ci ildə keçmiş SSRİ EA-nın Botanika İnstitutunda (Leninqrad) “Xəzər dənizinin diatom yosunları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 2001-ci ildə AMEA-nın müxbir üzvü (2001) seçilmişdir. Ninel Qarayeva 4 aprel 2017-ci ildə 84 yaşında Bakı şəhərində dünyasını dəyişib. == Fəaliyyəti == Ninel Qarayevanın əsas elmi fəaliyyət istiqamətləri Xəzər dənizinin və Azərbaycan Respublikasının su hövzələrinin diatom yosunlarının növ tərkibi, morfologiyası (o cümlədən ultrastrukturu), yayılması və ekologiyasının öyrənilməsi olmuşdur. Alim elmi tədqiqatlar nəticəsində Xəzər dənizinin diatom florasının tərkibini öyrənmiş, Xəzər dənizində ilk dəfə aşkar olunan 175 növün morfoloji və ultrastruktur səviyyəsində təsvirini vermiş, elm üçün 1 sıra, 1 fəsilə, 2 cins və 9 növ təsvir etmiş, onların yayılması və autekologiyasını öyrənmişdir. Bu tədqiqat işi elmi tədqiqatçıları maraqlandıran bir çox sualları əhatə etməklə, hazıradək Xəzərin diatom yosunlarının öyrənilməsi sahəsində ən sanballı əsər hesab olunur.Xəzər sularında yosunla örtülməyə qarşı elektroliz məhsulu olan biosidlə mübarizə kimi ekoloji təmiz və böyük praktiki əhəmiyyət kəsb edən üsul işlənib hazırlanmış və tətbiq edilmişdir. Ninel Qarayeva əksəriyyəti xarici ölkələrdə dərc olunmuş 115 elmi əsərin və 1 monoqrafiyanın müəllifidir.
Ninel Yultıyeva
Ninel Yultıyeva (başq. Нинель Дауыт ҡыҙы Юлтыева; 3 fevral 1926, Ufa, SSRİ – 2014, Kazan) — Sovet balerinası, müəllim, xoreoqraf. Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti (1953). Rusiya Sovet Federativ Sosialist Respublikası xalq artisti (1957). Tatarıstan Respublikasının xalq artisti (1996). Başqırdıstan Respublikasının xalq artisti (1995) == Bioqrafiyası == 3 fevral 1926-cı ildə Ufada bir başqırd yazıçısı və ictimai xadimi Daut Yultiyevin ailəsində anadan olmuşdur. 1935–1941-ci illərdə A. Y. Vaqanova adına Rusiya Balet Akademiyasında oxumuşdur. 1968-ci ildə A. Y. Vaqanova adına Rusiya Balet Akademiyasının pedaqoji şöbəsini bitirir. 1972-ci ildə N. A. Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasının xoreoqrafiya şöbəsini bitirib. 1941–1946-cı illərdə Başqırdıstan Opera və Balet Teatrının solisti olmuşdur.
Mis-nikel xəlitəsi
Mis-nikel xəlitəsi — mis əsaslı xəlitə, onun əsas aşqar vurma elementi nikeldir. Mis və nikelin qarışdırılması nəticəsində yaranan xəlitə korroziyaya qarşı davamlılığı güclənir, elektrik müqaviməti və möhkəmlik isə artır. Mis-nikel xəlitəsi əsasən elektrotexnika və konstruksiya tipli olur. == Konstruksiya tipli mis-nikel xəlitəsi == Konstruksiya xəlitəsi korroziyaya qarşı yüksək dərəcədə davamlıdır. Konstruksiya tipli mis-nikel xəlitəsinə neyzilber və melxior aiddirlər. Melxior nikellə misdən alınan, bəzən dəmir və manqan da əlavə olunaraq hazırlanan gümüşəoxşar ərintidir. Adətən melxiorun tərkibinə 5–30 % nikel, ≤0,8 % dəmir və ≤1 % daxil olur, qalanın hamısı misdən ibarətdir. Neyzilber 5–35 % nikeldən və 13–45 % manqandan ibarət mis xəlitəsi. == Elektrotexnika tipli mis-nikel xəlitəsi == Bu tip xəlitəyə yüksək elektrik müqavimət və elektriki cərəyanla hərəkət etdirən qüvvə xasdır, kopel və konstantan bu növə aiddir. Konstantan nikel (39–41 %) və manqan (1–2 %) əlavə olunmuş termostabil mis əsaslı (təxminən 59 %) xəlitədir.
Niels Esperson Building
Niels Esperson Building — ABŞ-nin Hyuston şəhərində yerləşən 125 metr hündürlüyü olan binadır. Bu bina 1927-ci ildə tikilmişdir. Niels Esperson Building Hyustonda intibah dövrünün italyan arxitekturasının tək binasıdır.
Niels Ryberg Finsen
Nils Rüberq Finzen (dan. Niels Ryberg Finsen; 15 dekabr 1860 – 24 sentyabr 1904) — Danimarkalı fizioloq və alim. 1903-cü il Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı. == Həyatı == Nils Finzen 1860-cı ildə Farer adalarında doğulmuşdur. İlk təhsilini orada aldıqdan sonra, Danimarkanın Herlufeholm şəhər məktəbinə qəbul edilmişdir. Lakin dərsə davamiyyəti zəif olduğundan valideynləri onu İslandiyaya göndərmişlər. Burada dərslərini yaxşı oxuyan Finzen, həm də əla atıcı kimi tanınmışdır. Lakin gələcək alim fiziki cəhətdən zəif olduğundan tez-tez xəstələnərmiş. Buna görə də o, həmin zamandan etibarən günəş şüalarının insan orqanizminə müsbət təsirini müşahidə etməyə başlamışdır. Finzen açıq havada daha çox vaxt keçirəndə özünü yaxşı hiss etməsi barədə sonralar yazırdı: "Buludlu havada günəşin çıxması ilə ətraf aləmin necə canlandığına fikir verin.
Nikel əsaslı ərintilər
Ni-Co ərintiləri, maqnit xüsusiyyətlərinin, sərtliyinin, aşınmaya və korroziyaya davamlılığının yüksək olması səbəbindən geniş tətbiq olunurlar. Bu ərintilərin müstəsna maqnit xüsusiyyətləri onlardan mikroelektromexaniki sistemlərdə sərt maqnit daşıyıcısı kimi istifadə etməyə imkan verir. Bundan əlavə, ölkə iqtisadiyyatını ekoloji cəhətdən təmiz və davamlı hidrogen energetikası ilə təmin etmək məqsədilə, suyun elektrokimyəvi parçalanması prosesində qiymətli metallardan hazırlanan elektrodları əvəz etmək və hidrogenin istehsalı prosesinin maya dəyərinin azaldılması üçün yüksək elektrokatalitik aktivliyə malik yeni elektrodların hazırlanması vacibdir. Elektrokatalitik xüsusiyyətlərə, mikrosərtlik və aşınmaya davamlılığa malik nazik Co-Ni ərintilərinin elektrokimyəvi üsulla sintezi hidrogen istehsalının maya dəyərini əhəmiyyətli dərəcədə azaldacaqdır. Ni-Co ərintiləri bir sıra davamlı, bərk məhlullar əmələ gətirdiyinə görə, müxtəlif tərkibi intervallarında onların elektrokatalitik xüsusiyyətlərini öyrənmək mümkündür. Müxtəlif ferromaqnit materialları arasında kobalt-nikel (CoNi) təkmilləşmiş maqnit və katalitik xüsusiyyətləri, eləcə də ayrıca Co nanoməftilləri ilə müqayisədə daha yaxşı mexaniki xüsusiyyətləri sayəsində əhəmiyyətli bir ərinti hesab olunur. Mükəmməl maqnit xüsusiyyətləri, sərtliyi, aşınmaya və korroziyaya davamlılığı sayəsində Ni-Co ərintiləri tədqiqatçılar üçün böyük maraq doğurur. Bu ərintilərin müstəsna maqnit xüsusiyyətləri onları mikroelektromexaniki sistemlərdə sərt maqnit daşıyıcısı kimi istifadə etməyə imkan verir. Nikel əsaslı ərintilər Ni-Co ərintiləri, maqnit xüsusiyyətlərinin, sərtliyinin, aşınmaya və korroziyaya davamlılığının yüksək olması səbəbindən geniş tətbiq olunurlar. Bu ərintilərin müstəsna maqnit xüsusiyyətləri onlardan mikroelektromexaniki sistemlərdə sərt maqnit daşıyıcısı kimi istifadə etməyə imkan verir.
Cicəl
Cicəl (ərəb. جيجل‎) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-qərb hissəsində, Aralıq dənizi sahilində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 47 metrdir. Cicəl ölkənin paytaxtı Əlcəzairdən təxminən 240 kilometr şərqdə yerləşir. == Demoqrafiya == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 134,839 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Ən yaxın hava limanı şəhərdən 5 kilometr şərqdə yerləşir.
Nikel (II) nitrat
Nikel (II) nitrat — kimyəvi formulu Ni(NO3)2 olan qeyri-üzvi birləşmədir, nikel və nitrat turşusunun duzudur. Kristallhidratlar əmələ qətirir. == Fiziki xassələri == Nikel (II) nitrat suda, asetonitrildə və dimetilsulfoksiddə yaxşı həll olan açıq — yaşıl kristallar əmələ gətirir. Ni(NO3)2•nH2O tərkibli kristalhidratlar əmələ gətirir, burada n = 2, 4, 6 və 9-dur. Ən sabit kristalhidrat Ni(NO3)2•6 H2O, [Ni(H2O)6](NO3)2 quruluşuna malikdir – və bu kristalhidratdakı nikel ionu altı su molekulu ilə əhatə olunur və nitrat ionları ilə birbaşa kimyəvi rabitəsi yoxdur. == Alınması == 1. Nikel və ya nikel(II) oksidin durulaşdırılmış azot turşusunda həll edilməsi nəticəsində almaq olar: 3 Ni + 8 HNO 3 ⟶ 3 Ni ( NO 3 ) 2 + 2 NO ↑ + 4 H 2 O , {\displaystyle {\ce {3Ni + 8HNO3 -> 3Ni(NO3)2 + 2NO ^ + 4H2O,}}} NiO + 2 HNO 3 ⟶ Ni ( NO 3 ) 2 + H 2 O {\displaystyle {\ce {NiO + 2HNO3 -> Ni(NO3)2 + H2O}}} 2. Nikel (II) xloridin isti nitrat turşusunda həll edilməsi nəticəsində: 3 NiCl 2 + 8 HNO 3 → 100 o C 3 Ni ( NO 3 ) 2 + 3 Cl 2 ↑ + 2 NO ↑ + 4 H 2 O ⋅ {\displaystyle {\ce {3NiCl2 + 8HNO3 ->[100^oC] 3Ni(NO3)2 + 3Cl2 ^ + 2NO ^ + 4H2O.}}} == Kimyəvi xassələri == 1. Susuz duz qızdırıldıqda parçalanır: 2 Ni ( NO 3 ) 2 → 500 o C 2 NiO + 4 NO 2 + O 2 , {\displaystyle {\ce {2Ni(NO3)2 ->[500^oC] 2NiO + 4NO2 + O2,}}} Ni ( NO 3 ) 2 → 150 o C , v a c u u m Ni ( NO 2 ) 2 + O 2 ⋅ {\displaystyle {\ce {Ni(NO3)2 ->[150^oC, vacuum] Ni(NO2)2 + O2.}}} 2. Qələvi metal hidroksidləri ilə reaksiyaya daxil olur və nəticədə zümrüd – yaşılı rənqdə nikel(II) hidroksid alınır: Ni ( NO 3 ) 2 + 2 NaOH ⟶ Ni ( OH ) 2 ↓ + 2 NaNO 3 ⋅ {\displaystyle {\ce {Ni(NO3)2 + 2NaOH -> Ni(OH)2 v + 2NaNO3.}}} 3. Əks halda, reaksiya ammonyakın sulu məhlulları ilə gedir, durulaşdırılmış məhlul ilə əsası nikel nitrat alınır: Ni ( NO 3 ) 2 + NH 3 ⋅ H 2 O ⟶ Ni ( NO 3 ) ( OH ) ↓ + 2 NH 4 NO 3 , {\displaystyle {\ce {Ni(NO3)2 + NH3.H2O -> Ni(NO3)(OH) v + 2NH4NO3,}}} və qatı amonyak məhlulu ilə: Ni ( NO 3 ) 2 + 6 ( NH 3 ⋅ H 2 O ) ⟶ [ Ni ( NH 3 ) 6 ] ( NO 3 ) 2 + 6 H 2 O ⋅ {\displaystyle {\ce {Ni(NO3)2 + 6(NH3.H2O)-> [Ni(NH3)6](NO3)2 + 6H2O.}}} 4. Güclü oksidləşdirici maddələrlə reaksiyaya daxil olduqda, zəif reduksiyaedicidir: 2 Ni ( NO 3 ) 2 + Cl 2 + 6 NaOH ⟶ 2 NiO ( OH ) ↓ + 2 NaCl + 4 NaNO 3 + 2 H 2 O ⋅ {\displaystyle {\ce {2Ni(NO3)2 + Cl2 + 6NaOH -> 2NiO(OH) v + 2NaCl + 4NaNO3 + 2H2O.}}} == Toksikliyi == Bütün nitratlar kimi, oksidləşdirici maddədir və üzvi maddələrlə yanan qarışıqlar əmələ gətirir. Maddənin tozu gözləri və selikli qişanı qıcıqlandırır və allergik reaksiyalara səbəb ola bilər. Daxilə düşsə ÖD 50 siçovullar üçün 1620 mq/kq. Suda yaşayan orqanizmlər üçün zəhərlidir. Kanserogendir.
Frans Riçelt
Frans Riçelt () — Avstriya doğumlu dərzi, ilk paraşütün ixtiraçısı. Bəzən özünün düzəltdiyi paraşütlə Eyfel qülləsindən tullanaraq həyatını itirdiyi üçün uçan dərzi ləqəbi ilə də yad edilir. Riçelt təyyarəçilərin təyyarələrini tərk etmək məcburiyyətində qalması halında onların sağ-salamat yerə enməsini təmin edəcək bir alət düzəltməyə çalışırdı. binanın 5-ci mərtəbəsindən kuklalar ilə testlər uğurlu olsa da sonrakı əlavələrində bəzi uğursuzluqlar oldu. Kifayət qədər hündür test platformasının olmamasını ən böyük problem hesab edən Riçelt dəfələrlə icadını Eyfel qülləsində test etmək üçün Paris polisindən icazə istəmişdi. Nəhayət 1912-ci ilin əvvəllərində icazə almasına baxmayaraq Fevralın 4-də artıq test üçün qülləyə çatanda testi kukla yerinə özü edəcəyi qərarını aldı. Dostlarının və onu izləməyə gələnlərin Riçelti qərarından daşındırmaq istəməsinə baxmayaraq o Eyfel qülləsinin ilk mərtəbəsindən tullandı. Paraşüt müvazinətini itirdi və Riçelt buz kimi yerə yapıştı. Yerə dəyərək öldüyü aşıq-aydın görünməsinə baxmayaraq Riçelti ən yaxın xəstəxanaya aparıb həkimlər tərəfindən ölü olması elan edildi. Ertəsi gün qəzetlər talehsiz ixtiraçının hekayələri ilə dolmuşdu və onun testini çəkməyə gələn jurnalistlərdən birinin onu nlentı aldığını bəyan etdilər.
Miçela Anceloni
Miçela Anceloni (d. 25 sentyabr 1984; Berqamo, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. == Karyerası == Miçela Anceloni İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Ələddin İncəli
Ələddin İncəli — Şair, publisist, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Redaksiyada işlədiyi illərdə " Əməkdə fərqlənməyə görə", " Rəşadətli əməyə görə", "Əmək veteranı" medalları ilə təltif olunmuşdur. Qazax rayon kino birliyinin direktoru kimi də fəaliyyət göstərib. == Həyatı == Ələddin İncəli (Ələddin Məhəmməd oğlu Həsənli) 1930-cu ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. 1947-ci ildə Kəmərli kənd məktəbini bitirmişdir. 1951-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirmişdir. == Fəaliyyəti == Ağdərə rayonunun Manikli kənd orta məktəbində dil=ədəbiyyat müəllimi və dərs hissə müdiri (1951-1954), 1954-cü ildən Qazax rayon qəzetində ədəbi işçi və şöbə müdiri (1954-1962) , "Kommuna yolu" qəzetində ədəbi işçi, "Göyəzən" qəzetində ədəbi işçi və məsul katib, Ağstafada "Qalibiyyət bayrağı" qəzetində kənd təsərrufati şöbəsinin müdiri (1962-1966) və redaktor müavini (1971-1991) vəzifələrində , sonralar Rayon partiya komitəsində təlimatçı , Maarif şöbəsində metodist, rayon kino birliyində direktor (1966-1971), M.V.Vidadi adına Qazax dram teatrında ədəbi hissə müdiri vəzifələrində çalışmışdır. Redaksiyada işlədiyi illərdə " Əməkdə fərqlənməyə görə", " Rəşadətli əməyə görə", "Əmək veteranı" medalları ilə təltif olunmuşdur. Ədəbi yaradıcılığa 50-ci illərdə başlamışdır. Sovet hakimiyyəti illərində "Ceyran"(1970), "Gəl Kür qırağına"(1980) kitabları, "Gedin deyin Xançobana", "Əfsanə", "Nifaq alması" pyesləri, Müstəqillik illərində isə "Əlvida, XIX əsr (2001), Salam, üçüncü minillik (2002), "Ömür istə", "Ömrün illəri", "Babam buyurdu", "Mərdi- mərdanə", "Yetişdim 80-nə, Vətən", "söz incilərim", "Qarabağnamə", "O illər hanı", "Salam, İstanbul", "Yeddi güllə (nəşr), "Pyeslər", "Könül rübabım"(2014), "İllər, sizinəm"(2016) kimi şerlər toplusu nəşr olunmuşdur.
Martin Miçel
Martin Miçel (5 sentyabr 1994) — Boliviyalı cüdoçu. Martin Miçel Boliviyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Miçel Boliviyanın olimpiyadalarda iştirak edən ilk cüdoçusudur. == Karyerası == Martin Miçel birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/32 final mərhələsində Kubanın nümayəndəsi Eşli Qonzalez ilə üz-üzə gəldi. Həmin görüşdə Martin Miçel rəqibinə 0:110 hesabı ilə uduzdu.
Niçəq (Vərziqan)
Niçəq (fars. نچق‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 339 nəfər yaşayır (80 ailə).
Hartmut Miçel
Hartmut Miçel (18 iyul 1948, Lüdviqsburq, Ştutqart[d]) — alman biokimyaçısı, 1988-ci ildə kimya üzrə Nobel mükafatı laureatı. ABŞ Milli Elmlər Akademiyasının (1996), London Kral Cəmiyyətinin (2005 il), Çin Elmlər Akademiyasının (2000 il) əcnəbi üzvü. == Bioqrafiya və elmi işi == Hartmut Miçel 18 iyul 1948-ci ildə Lüdviqsburqda anadan olub. Hərbi xidməti başa vurduqdan sonra Tübingen Universitetində biokimya üzrə təhsil alıb, 1974-cü ildə oranı bitirib. Təhsilinin son ilində o, Dieter Osterheltin laboratoriyasında çalışıb, burada halobakteriyaların ATPase aktivliyini tədqiq edib. Artıq Osterheltin laboratoriyasında postdok kimi Miçel o dövrdə həll olunmayan membran zülalının kristallaşması problemi ilə məşğul olurdu. 1970-ci ildə Osterhelt bakteriorhodopsini kəşf etdi və onun təsir mexanizmini təklif etdi. 1978-ci ildə H. Miçel təsadüfən dondurucuya qoyulan bakteriorhodopsinin kiçik şüşəvari cisimlər əmələ gətirdiyini müşahidə etdi. Bu müşahidədən istifadə edərək və Osterheltin dəstəyini cəlb edərək, o, növbəti ili bakteriorhodopsinin kristallarını əldə etməyə çalışdı, baxmayaraq ki, o zaman membran zülalını kristallaşdırmaq rəsmi olaraq qeyri-mümkün hesab olunurdu. H. Miçel sonda bakteriorhodopsinin kristallarını əldə etməyi bacarsa da, onların qeyri-müntəzəm olduğu və rentgen şüalarının difraksiya tədqiqatları üçün uyğun olmadığı üzə çıxdı.
Aşıq Kərəm İncəli
Kərəm Süleyman oğlu Nəsibov (11 mart 1945, Qazax rayonu – 11 mart 1995) — Azərbaycan aşığı, Azərbaycan Aşıqlar Birliyinin üzvü, Qazax Aşıqlar Birliyinin sədri. == Haqqında == Aşıq Kərəm İncəli 1945-ci il martın 11-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Ustadı Aşıq Kamandar olmuşdur. Aşıq sənətinə 1960-cı illərdən başlamışdır. Məclislərdə, respublikanın mədəniyyət tədbirlərində, festival və müsabiqələrdə iştirak edərək diplomlara layiq görülüb. Aşıqların IV qurultayında iştirak etmişdir. Qazax rayonu mədəniyyət evində aşıqlar birliyinin sədri seçilmişdir. İlk saz məktəbinin Qazax rayonu üzrə yaradıcısı, elinin sevimli saz-söz ustadı olmusdur. Aşıq İlham Aslanbəyli, Saməddin Vəliyev, Mahal Pənahov, Alı Cəfərov, İmralı Məmmədov, Akif Manafov və bir çox aşıqlara ustadlıq etmişdir. Aşıq Kərəm İncəli 1995-ci il martın 11-də vəfat etmişdir.
Have a Nice Day
Have a Nice Day – Roxette qruppunun albomudur.
Miçel Markos Madera
Miçel Markos Madera və ya Miçel (8 noyabr 1985, Lena[d], Asturiya) — ispaniyalı peşəkar futbolçu. == Klub karyerası == === Sportinq Xixon === === Birmingem Siti === === Xetafe === Miçel 2011-ci ildə İspaniyanın Xetafe klubuna transfer olundu. 3 il bu klubda oynadı. === Makkabi Hayfa === Miçel 2014-cü ildə İsrail klublarından Makkabi Hayfaya transfer olundu. Bu klubdakı yeganə qolunu Xapoel qarşısında atdı. === Qarabağ === Miçel 2015-ci ildə Azərbaycan Premyer Liqası təmsilçilərindən Qarabağ ilə iki illik müqavilə imzaladı. Bu klubda 2 dəfə Azərbaycan Premyer Liqasını və Azərbaycan Kubokunu qazandı. ==== 2017–2018 ==== Miçel 2017–2018 mövsümü əvvəlində Qarabağ ilə müqaviləni yenilədi. ===== UEFA Çempionlar Liqası ===== Qarabağ bu mövsümdəki ilk matçına UEFA Çempionlar Liqası II təsnifat mərhələsində Samtredia qarşısında çıxdı. Futbolçu 90.