Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nimvər
Nimvər — İranın Mərkəzi ostanının Məhəllat şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,731 nəfər və 1,580 ailədən ibarət idi.
Pistən
Pistən - türk, tatar və altay xalq inancında meymun ruh. Pitsen, Pistin və ya Misten də deyilir. Monqollar Mesen olaraq adladırırlar. == Xüsusiyyətləri == Tatarlar, çirkin üzlü qır saçlı qadına bənzəyən meymun cildindəki meşə varlığına Matsın və ya Mitçin deyirlər. Donqar, uzun boylu, tüklü meymun cildindəki bu ruh ovçuların evində yaşayır, meşəyə tək gələn insanları uçuruma aparıb orada öldürürmüş. Uşaqları ana atalarından oğurlayıb, onları iztirab içində öldürər. Gənc qıza çevrilir və insanla əlaqəyə girir. Rəvayətə görə bir ovçu, meşənin içində gözəl bir gənc qız tapır və onunla evlənir. Bir dəfə evə gəldiyi zaman onu kərtənkələlər yeyərkən, uzun dişli bir canavar olaraq görər. Qorxuyla bağırınca yoldaşı və sərvəti yox olur.
Vistən
Vistən — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1007 nəfərdir. == Toponimiyası == Oykonim “iyirmilər” mənası ilə və ya küncütə oxşar bitkinin adı ilə əlaqələndirirlər.
Çimən
Çimən (Füzuli) — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Çimənkənd — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Çimən (rəsm) — Fransız boyakarı Pol Sezannın məşhur rəsmlərindən biri.
Nimtac Ayrımlı
Tacülmüluk (və ya Nimtac Ayrımlı , fars. تاج‌الملوک‎; 17 mart 1896, Bakı – 10 mart 1982, Akapulko, Qerrero[d]) — mayor Teymur xan Ayrımlının qızı, Rza şah Pəhləvinin ikinci həyat yoldaşı və İranın şah xanımı və Məhəmməd Rza Pəhləvinin anası. Etnik azərbaycanlıdır. == Həyatı == Əsl adı Nimtac Xanım olan Tacülmüluk əslən bakılı olub, 17 mart 1896-cı ildə anadan olmuşdur. Atası Teymur xan Ayrımlı Rusiya İmperiyası ordusunun polkovniki kimi İran Qacar İmperiyasında yerləşmiş rus ordusunda xidmət etmişdir. Tacülmüluk öz xatirələrində yazır ki, atası Bakıda ordu komandirinin müavini, Lənkəranda zastava rəisi olmuş, daha sonra briqada generalı kimi xidmət etmişdir. Qardaşı Nəriman və əmiləri 1900–1918-ci illərdə əvvəlcə ermənilər və azərbaycanlılar arasında, daha sonra isə bolşeviklərin Zaqafqaziyada iqtidara gəlməsi ilə yaşanan qarışıqlıqda itkin düşüblər. Bu səbəbdən də naməlum tarixdə Teymur xan öz ailəsini Bakıdan İrana gətirmiş, bolşevik hakimiyyətinin Zaqafqaziyada qurulmasından sonra isə bir daha geri qayıtmamışdılar. Teymur xan Bakıda qızının gələcək həyat yoldaşı və İran şahı Rza Savadkuhi ilə tanış olur və sonralar ikisi birliktə İrana yola düşür. Baş verən bu yaxınlaşmadan sonra Nimtac xanım Rza Savadkuhi ilə nişanlanır.
Nistan (Sərdəşt)
Nistan (fars. نستان‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 686 nəfər yaşayır (113 ailə).
Nurtən Rəmzi
Nurtən Rəmzi (türk. Nurten Remzi)— Bolqarıstanda yaşayan türk şairi, yazıçısı, jurnalisti və ictimai xadimi == Həyatı == Nurtən Rəmzi Hamit 8 iyun 1964-cü ildə Bolqarıstanın Şumnu (Şumen) şəhərində anadan olmuşdur. Atatası Rəmzi Mehmet Şaban bəy Osmanlı kökənli, anası Əzizə xanım tatar türklərindəndir. O, bəzi qaynaqlarda həyat yoldaşının soyadı ilə Hamit kimi tanınmaqdadır. İbtidai və orta təhsilini doğulduğu şəhərdə almış, liseyi Köstəndildə bitirmişdir. Daha sonra Rusçuk (Ruse) Məktəbəqədər Təhsil İnstitutunda oxumuşdur (1983–1985). 1989-cu ilin yayında Bolqarıstanda türklərin sıxışdırılması səbəbindən məcburi köçə məruz qalmış və İsveçə sığınmışdır. Bolqarıstanda totalitar rejimin çökməsindən sonra, 1990-cı ildə geriyə dönmüş və eyni məktəbdə vəzifəsini davam etdirmişdir. "Haqq və Özgürlük Hərəkatı"nın dəstəkçilərindən olmuşdur. Yeni yaradılan Şumnu Universitetinin Türkologiya bölməsinə yazılmış və qiyabi şəkildə təhsil almışdır.
Xiftən namazı
İşa və ya Yatsı namazı ― İslam dinində 4 rəkət olaraq Şam namazından sonra yerinə yetirilən ibadət.
Çimən (Vedibasar)
Çimənkənd, Aşağı Qarabağlar — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Çimənkənd rayon mərkəzindən 9 km şərqdə yerləşir. Əvvəllər mövcud olmuş Qarabağlar rayonuna aid olmuşdur və onun mərkəzi idi. Digər adı Aşağı Qarabağlar (yenə orada).1948-49-cu illərdə Qarabağlar rayonunun ləğvi ilə əlaqədar Vedi rayonunun tabeliyinə verilmişdir. Qafqazın 5 verstlik xəritəsində Cmankənd formasında qeyd edilmişdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 756 nəfər, 1886-cı ildə 924 nəfər, 1897-ci ildə 1260 nəfər, 1904 - cü ildə 1725 nəfər, 1914 - cü ildə 1879 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırılmış və sağ qalanlar zorla qovulmuşdur. 1919 - cu illərdə xaricdən, xüsusilə də Türkiyədən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 880 nəfər azərbaycanlı, 210 erməni, 1926-cı ildə 690 nəfər azərbaycanlı, 141 erməni, 1931-ci ildə 663 nəfər azərbaycanlı, 178 erməni yaşamışdır.
Çimən (rəsm)
Çimən (fr. Baigneur) — Fransız boyakarı Pol Sezannın məşhur rəsmlərindən biridir. Əsər ABŞ-nin Nyu-York ştatında yerləşən Müasir İncəsənət Muzeyində saxlanılır.
Çimən (Füzuli)
Çimən — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 17 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Çimən kəndi Füzuli rayonunun Cuvarlı inzibati ərazi vahidində yerləşir. Dağətəyi ərazidədir. Əsl adı Çəməndir. Yaşayış məntəqəsi çəmənlikdə (yaşıl otla örtülmüş sahədə) salındığı üçün belə adlandırılmışdır. Oykonim çəmənli tayfasının adından da ola bilər. Şahbuz rayonunun Biçənək və Keçili kəndlərində Çimənyurd adlı yerlər qeydə alınmışdır. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Pisten
Pistən - türk, tatar və altay xalq inancında meymun ruh. Pitsen, Pistin və ya Misten də deyilir. Monqollar Mesen olaraq adladırırlar. == Xüsusiyyətləri == Tatarlar, çirkin üzlü qır saçlı qadına bənzəyən meymun cildindəki meşə varlığına Matsın və ya Mitçin deyirlər. Donqar, uzun boylu, tüklü meymun cildindəki bu ruh ovçuların evində yaşayır, meşəyə tək gələn insanları uçuruma aparıb orada öldürürmüş. Uşaqları ana atalarından oğurlayıb, onları iztirab içində öldürər. Gənc qıza çevrilir və insanla əlaqəyə girir. Rəvayətə görə bir ovçu, meşənin içində gözəl bir gənc qız tapır və onunla evlənir. Bir dəfə evə gəldiyi zaman onu kərtənkələlər yeyərkən, uzun dişli bir canavar olaraq görər. Qorxuyla bağırınca yoldaşı və sərvəti yox olur.
Nimann-Pik xəstəliyi
Nimann-Pik xəstəliyi və ya sfinqomielinlipidoz – irsi sfinqomielinaza fermentinin irsi defekti ilə əlaqədar baş verən xəstəlik. Xəstəlik zamanı beyin qabığı hüceyrələrində, beynin ağ maddəsində, qaraciyərdə, dalaqda, sümük iliyində, böyrəküstü vəzilərdə, böyrəklərdə, limfa düyünlərdə, dəridə və qanın mononuklear hüceyrələrində (monositlər və limfositlər) sfinqomielinlərin miqdarı artır. == Haqqında == Xəstəliyin ilk əlaməti həyatın ilk ilində (çox vaxt 6-7 aylıq uşaqlarda) təzahür edir: tədricən qaraciyər və dalaq böyüyür, kəskin arıqlama və psixi inkişafın ləngiməsi müşahidə edilir; mərkəzi sinir sisteminin fəaliyyətinin pozulması fonunda piramid sistemin zədələnməsi əlamətləri müşahidə edilir (hərəkət pozulması, spasifik iflic və s.).Sonralar əzələ tonusu və reflekslər zəifləyir; idiotiya, korluq və karlıq müşahidə edilir. Xəstəlik 5 yaşına qədər ölümlə nəticələnir (xəstə uşaqların tez-tez infeksion və iltihabi xəstəliklərə tutulması ölüm hallarını tezləşdirir). Toxuma və üzvlərdən götürülmüş biopsiya müayinələrində Pik hüceyrələrinin görünməsi bu xəstəliyin əsas morfoloji diaqnostik kriteriyası sayılır.Xəstəliyin A, B, C olmaqla 3 tipi mövcudddur. Bir-biri ilə əlaqəli olan A və B tip 1 – cili turş sfinqomielinaza fermentinin əksikliyi və bunun nəticəsində sfinqomielin toplantısı ilə xarakterikdir. A tip xəstəlikdə, ağır formada sfinqomielinaza əksikliyi görünür, sfinqomielinin seramid və fosforilxolinə parçalanmasında pozğunluq yaranır.Bütün faqosit hüceyrələrində və neyronlarda artıq miqdarda sfinqomielin toplanır. Makrofaqlar lipid damlaları ilə dolur və stiplozma sanki incə vakuol və ya köpük kimi görünür. Elektron mikroskopda bu vakuolların ikincili lizosomlar olduğunu, bəzən də "zebr" cisimləri deyilən, mielin fiqurlarına oxşayan sitoplazmatik cisimciklər saxladığını görmək olur. Çoxlu sayda faqosit hüceyrələr olduğu üçün dalaq, qaraciyər, sümük iliyi, limfa düyünü, ağciyərlər ən çox zədələnən orqanlardır.Dalaq böyüməsinə çox rast gəlinir.
Nimtac xanım Səlmasi
Nimtac xanım Səlmasi (1869-?)—Cənubi Azərbaycan şairəsi. == Həyatı == Nimtac xanım Səlmasi 1869-cu ildə Cənubi Azərbaycanın Salmas bölgəsinin Ləkistan mahalının Sultan Əhməd kəndində anadan olmuşdu. Atası Məsudi-divan ləqəbli Məsud xan Ləkistanın sərkərdələrindən idi. Babası Hacı Vəzir Ləkistani Salmasın məşhur şəxsiyyətlərindən sayılırdı. Anası "Ağa xanım" ləqəbli Nərgiz xanım idi. 1919-cu ildə Şəkkak əşirətinin başçısı İsmayıl ağa Simitko dəstələri Urmiyada toplaşdığı zaman Salmas əhalisi özünü müdafiə etməyə hazırlaşıb. Həmin vaxt Salmasın Ləkistan mahalının əhalisi çox çətinliklər 15 min güllə əldə edib və öz silahlılarına təlim keçiblər. Digər tərəfdən Simitko onları güllələri təhvil verməyə çağırıb və bildirib ki, əgər təslim olmasanız qadın və uşaqların qətl ediləcəyi qaçılmazdır. Nəhayət 1919-cu il dekabrın 19-da Ləkistan əhalisi ilə talançı Simitko qoşunu arasında savaş başladı. Ləkistanlı kişi və qadınlar hamısı savaşa qoşuldu və böyük qəhrəmanlıq göstərdilər.
Piltən bəy Bayandur
Piltən bəy Bayandur — Pir Əli Bayandurun oğlu, Bingölün Kiğı qalasının hakimi. Kiğı məscidini ucaltdırmış, Cəlaləddin Əli bəyin iki qızı zorla oğullarına aldırmışdı. Yerinə oğlu Xəlil bəy keçmişdir.
İmən (Baltas)
İmən (rus. Имяново, başq. Имән) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 169 nəfərdir. == Etimologiya == İmən Başqırd dilində "Ad" (rus. Имя, İmiya) deməkdir. Kəndin adı İman/İmiya antroponimindən gəlir.. == Tarixi == Kantonun idarəetməsi dövründə İmən kəndi 10-cu kantonun 24-cü alaçığına aid idi. Tanıp volostunun Kır-Tanıp tubasına aid idi.
Allium nitens
Üzüməbənzər soğan (lat. Allium vineale) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. == Sinonimləri == Allium affine Boiss. & Heldr. [Illegitimate] Allium arenarium Wahlenb. [Illegitimate] Allium assimile Halácsy Allium campestre Schleich. ex Steud. [Invalid] Allium compactum Thuill. Allium descendens W.D.J.Koch Allium laxiflorum Tausch Allium littoreum Bertol. Allium margaritaceum var.
Alnus nitens
Adi qızılağac (lat. Alnus glutinosa) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinə aid bitki növü. == Sinonimləri == Alnus aurea K.Koch Alnus cerifera Hartig ex Regel Alnus dubia Req. ex Regel [Invalid] Alnus emarginata Krock. Alnus februaria Kuntze [Illegitimate] Alnus februaria var. incisa (Willd.) Kuntze Alnus februaria var. maculata Kuntze Alnus februaria var. oxyacanthifolia (Lodd.) Kuntze Alnus februaria var. pinnatifida (Spach) Kuntze Alnus februaria var. quercifolia (Willd.) Kuntze Alnus glutinosa f.
Anthurium nitens
Anthurium nitens (lat. Anthurium nitens) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin anturium cinsinə aid bitki növü.
Anya Nissen
Anya Nissen (ing. Anja Nissen; d. 22 sentyabr 1981, Yeni Cənubi Uels, Avstraliya) — Danimarka mənşəli Avstraliya müğənnisi, bəstəkar, rəqqasə və aktrisa. O, Avstraliyanın The Voice səs yarışmasında qələbə qazanmışdır. Qalibiyyətinin ardınca müğənni Avstraliyanın Universal Music Group albom şirkəti ilə anlaşma imzalamışdır. 2015-ci ildə Britaniya müğənnisi Olli Mursun Never Been Better turu çərçivəsində Avstraliyada keçirilən konsertdə Anya müğənnini səhnədə müşayiət etmişdir. Anya Nissen "Never Alone" mahnısı ilə Danimarkanın DR telekanalının Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi Dansk Melodi Grand Prix 2016 milli seçim turuna qatılmış və nəticədə ikinci yeri tutaraq, Avroviziya iştirak hüququ əldə edə bilməmişdir. Növbəti il müğənni yenidən seçim turuna qatılmış və bu dəfə ifa etdiyi "Where I Am" mahnısı ilə şouda qələbə qazanmışdır. Həmin mahnı ilə Anya Danimarkanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Anya Nissen 6 noyabr 1995-ci ildə Avstraliyanın Yeni Cənubi Uels ştatında, dağlıq bölgədə anadan olmuşdur.
Brigitta Nilsen
Brigitta Nilsen (ing. Brigitte Nielsen) — ABŞ aktrisası, müğənnisi və modelidir. Arnold Şvartseneggerin birinci, Silvestr Stallonenin isə keçmiş ikinci həyat yoldaşıdır. == Seçilmiş filmoqrafiya == == Diskoqrafiya == 1987 — Body Next To Body 1987 — Every Body Tells A Story 1992 — I Am The One… Nobody Else 2000 — No More Turning Back 2001 — Everybody’s Turning Back 2002 — Gitta vs. RuPaul 2008 — Brigitte Nielsen == Maraqlı faktlar == Briqitta Nilsenin boyu 184 sm-dir. Buna görə ona "Amazonka" ləqəbi verilmişdir. Briqitta Nilsen Alman dili və İtalyan dilində danışa bilir. Briqitta Nilsen baş rolda oynayan ən hündür aktrisa olduğu üçün Ginnesin Rekordlar Kitabına düşüb.
Briqitta Nilsen
Brigitta Nilsen (ing. Brigitte Nielsen) — ABŞ aktrisası, müğənnisi və modelidir. Arnold Şvartseneggerin birinci, Silvestr Stallonenin isə keçmiş ikinci həyat yoldaşıdır. == Seçilmiş filmoqrafiya == == Diskoqrafiya == 1987 — Body Next To Body 1987 — Every Body Tells A Story 1992 — I Am The One… Nobody Else 2000 — No More Turning Back 2001 — Everybody’s Turning Back 2002 — Gitta vs. RuPaul 2008 — Brigitte Nielsen == Maraqlı faktlar == Briqitta Nilsenin boyu 184 sm-dir. Buna görə ona "Amazonka" ləqəbi verilmişdir. Briqitta Nilsen Alman dili və İtalyan dilində danışa bilir. Briqitta Nilsen baş rolda oynayan ən hündür aktrisa olduğu üçün Ginnesin Rekordlar Kitabına düşüb.
Bulbophyllum nitens
Bulbophyllum nitens (lat. Bulbophyllum nitens) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Callicephalus nitens
Callicephalus (lat. Callicephalus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Callicephalus nitens (M.Bieb.) C.A.Mey. === Sinonim === Centaurea nitens M.Bieb. ex Willd. Centaurea ramosissima Tausch Centaurea setifera Lag.
Centaurea nitens
Callicephalus (lat. Callicephalus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Callicephalus nitens (M.Bieb.) C.A.Mey. === Sinonim === Centaurea nitens M.Bieb. ex Willd. Centaurea ramosissima Tausch Centaurea setifera Lag.
Chrysanthemum nitens
Tanacetum nitens (lat. Tanacetum nitens) — mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid biki növü. == Sinonim == Chrysanthemum nitens (Boiss. & Noë) Bornm. Pyrethrum nitens Boiss.
Echinops nitens
Echinops nitens (lat. Echinops nitens) — mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid biki növü.
Eucalyptus nitens
Eucalyptus nitens (lat. Eucalyptus nitens) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Feldstonia nitens
Feldstonia (lat. Feldstonia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Harald Nilsen
Harald İngemann Nilsen (dan. Harald Ingemann Nielsen; 26 oktyabr 1941 – 11 avqust 2015, Boloniya, İtaliya) — Danimarkalı keçmiş futbolçu. Mövqeyi mərkəz hücumçusu olub . == Bioqrafiya == Harald kiçik yaşlarında futbolu sevmirdi. Ancaq Haraldın 6 yaşında atası ona futbol butsları hədiyyə edir. Bununlada Haraldın futbola marağı yaranmağa başlayır və nəticədə 10 yaşında Harald futbol oynamağa başladı. İlk əvvəllər Nilsen həvəskar səviyyədə futbol ilə məşğul olur və eyni zamanda Alfa-Dizel zavodunda mühəndis köməkçisi işləyir. == Karyerası == 1957-ci ildə "Frederikshavn" klubunun gənclər klubuna baxış üçun dəvət olunur və ilk oyunda qol vurur. Tezliklə futbol istedadını ortaya qoyan Nilsen 1958-ci ildə Danimarka gənclər komandasında debüt edir. 15 mart 1959-cu ildə "Frederikshavn"ın əsas komandasında debüt edir.
Lesli Nilsen
Lesli Nilsen (ing. Leslie Nielsen; 11 fevral 1926 – 28 noyabr 2010) — Kanada əsilli amerikalı məşhur komediya aktyorudur. 1950-ci illərin ortalarında Hollivuda köçmüş və 1956-cı ildə burada aktyor karyerasında ilk rolunu "Fidiyə" ("Ransom") filmində oynamışdır. 1980–2000-ci illərdə çəkildiyi komediya filmləri ilə dünya şöhrəti qazanmışdır. Dörd dəfə ailə həyatı qurmuşdur. İkinci evliliyindən 2 qızı var. 28 noyabr 2010-cu il tarixində yaşadığı Fort-Loderdeyl şəhərinin xəstəxanasında pnevmoniyanın ağırlaşması nəticəsində yuxuda vəfat etmişdir. == Filmoqrafiya == 1956 — Fidyə 1956 — Qadağan olunmuş planet 1957 — Temmi və subay 1967 — İstəmədən astronavt 1971 — Kolombo: Qadın gözləyir 1972 — Poseydonun macəraları 1972 — MEŞ 1975 — Kolombo: Şəxsi böhran 1977 — Heyvanlar günü 1979 — Şəhərdə yanğın 1980 — Təyyarə 1980 — Məktəb balı 1981 — Çılpaq kosmos 1982 — Mehriban zalım 1982 — Polis dəstəsi 1982 — Creepshow 1986 — Soul Man 1987 — Nuts 1988 — The Naked Gun: From the Files of Police Squad! 1990 — Repossessed 1991 — All I Want for Christmas 1991 — The Naked Gun 2½: The Smell of Fear 1993 — Surf Ninjas 1993 — Bad Golf Made Easier 1993 — Herman’s Head 1994 — The Naked Gun 33 1/33: The Final Insult 1995 — Rent-a-Kid 1995 — Drakula: Ölüdür və bunu sevir 1996 — Spy Hard 1997 — Mr. Magoo 1997 — Family Plan 1998 — Wrongfully Accused 1999 — Pirates 4D 2000 — 2001: A Space Travesty 2000 — Santa Who?
Lucilia nitens
Berroa (lat. Berroa) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Berroa gnaphalioides (Less.) Beauverd — Cənubi Amerikada bitən yeganə növ. === Sinonimləri === Gnaphalium gnaphalioides (Less.) Kuntze Lucilia nitens Baker Gnaphalium arnottii Kuntze Lucilia argentea Hook. & Arn.
Marqaret Uitmen
Marqaret Vitmen (Margaret Cushing "Meg" Whitman; 4 avqust 1956[…], Cold Spring Harbor[d], Nyu-York ştatı) - ABŞ sahibkarı, siyasi fəal, donor, Hewlett Packard Enterprise şirkətinin prezidenti və baş icraçı direktoru, HP şirkətinin prezidenti. == Həyatı == Marqaret Vitmen 4 avqust 1956-cı ildə Nyu-Yorkda anadan olmuşdur. == Fəaliyyəti == Kaliforniyada 2010-cu ildə keçirilən seçkilərdə qubernatorluğa namizəd Marqaret Vitmen 1998-2008-ci illərdə "eBay" şirkətinin prezidenti olmuşdur. 2010-cu ildə Kaliforniyanın ən varlı qadınlarının siyahısında dördüncü yeri tutan Vitmenin sərvəti 1,3 milyard ABŞ dolları həcmindədir. Məhz onun sayəsində eBay İnternet-auksionu elektron kommersiya sahəsində güclü beynəlxalq vasitəyə çevrilmişdir. Vitmenin imperiyasına "PayPal" İnternet ödəmə sistemi və İnternettelefon "Skype" kimi xidmətlər də daxildir. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Marqaret Vitmen
Marqaret Vitmen (Margaret Cushing "Meg" Whitman; 4 avqust 1956[…], Cold Spring Harbor[d], Nyu-York ştatı) - ABŞ sahibkarı, siyasi fəal, donor, Hewlett Packard Enterprise şirkətinin prezidenti və baş icraçı direktoru, HP şirkətinin prezidenti. == Həyatı == Marqaret Vitmen 4 avqust 1956-cı ildə Nyu-Yorkda anadan olmuşdur. == Fəaliyyəti == Kaliforniyada 2010-cu ildə keçirilən seçkilərdə qubernatorluğa namizəd Marqaret Vitmen 1998-2008-ci illərdə "eBay" şirkətinin prezidenti olmuşdur. 2010-cu ildə Kaliforniyanın ən varlı qadınlarının siyahısında dördüncü yeri tutan Vitmenin sərvəti 1,3 milyard ABŞ dolları həcmindədir. Məhz onun sayəsində eBay İnternet-auksionu elektron kommersiya sahəsində güclü beynəlxalq vasitəyə çevrilmişdir. Vitmenin imperiyasına "PayPal" İnternet ödəmə sistemi və İnternettelefon "Skype" kimi xidmətlər də daxildir. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Naften neftləri
Naften neftləri — naften karbohidrogenlərinin üstünlük təşkil etdiyi neftlər. Bu neftlərdə metan karbohidrogenlərinin miqdarı aşağı fraksiyalarda maksimuma çatır, yüksək fraksiyalarda kəskin azalır, aromatik karbohidrogenlər isə əksinə, çoxalır. Naften neftləri tərkibində bərk parafin və neytral qətranların miqdarı cüzü olur, asfaltenlər isə çox vaxt olmur. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Naften turşuları
Naften turşuları — naften karbohidrogenlərinin karboksilli mono və politsiklik törəmələri. Ümumi düsturu CnH2n-1 COOH. Yağlı maye, bəzən bərk maddə olub, üzvi həlledicilərdə yaxşı, suda isə pis həll olur və ya həll olmur. Naften turşuları əsasən naften neftlərində və neft yataqlarının natrium-hidrokarbonat tipli sularında rast gəlinir. Bitumların tərkibində rast gələn yüksək molekulyar naften turşuları asfaltogen-naften turşuları adlanır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Xosrovun çimən Şirini görməsi
Xosrovun çimən Şirini görməsi — I Şah Təhmasibin sifarişi ilə 1539–1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Sultan Məhəmməd tərəfindən çəkilmiş rəsm əsəridir. Tədqiqatçıların fikrincə, daha əvvəl də, bu mövzuda müxtəlif rəssamlar tərəfindən rəsmlər çəkilməsinə baxmayaraq, məhz Sultan Məhəmmədin əsərində mövzü özünün klassik həllini tapmışdır. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Xosrov və Şirin" poemasında, Şirini axtarmaq üçün Ərmənə gələn Xosrov, yolda çayda çimən gözəllə qarşılaşır. Onu, hürkütməmək üçün, gizlincə izləyən Xosrov, saraya gəldikdən sonra, yolda gördüyü gözəlin Şirin olduğunu başa düşür. Mövzuya dəfələrlə, müxtəlif rəssamlar tərəfindən müraciət olunsa da, onların yaratdıqları miniatürlərdə daimi bir sxem yoxdur. XV–XVI əsr Şiraz və Təbriz miniatürlərində kompozisiyanın əsas quruluşunun bədii cəhətdən ifadə edilməsindəki fərdi fərqlərə baxmadan, süjet inkişafının vahid yolu müşahidə olunursa, Hindistanda XVII əsrin sonlarında bu mövzulu rəsmlərin kompozisiyası tamamilə ayrı əsasda yaradılırdı."Xosrovun çimən Şirini görməsi" süjetini təsvir edən ən qədim miniatür 1420-ci il tarixli Berlin əlyazmasındakı Şiraz məktəbinə aid nümunədir. == Təsvir == Miniatürün mərkəzində şaxəli ağaclar və bəyaz çiçəklərlə örtülmüş qaya fonlu bir mənzrədə gözlənilməz yad kişinin — Xosrovun ona baxmasını görüb özünü itirmiş, ilk hərəkətlə uzun qara saçları ilə çılpaqlığını gizlətməyə çalışan Şirin təsvir olunmuşdur. Gözəl miniatür dili ilə nəql edilən bu süjet şux və əlvan boyalarla işləndiyindən zərif və zəngin rəng qammasına malikdir.
Nilton Santos adına Olimpik stadion
Joao Avelanj adına Olimpik stadion (port. Estádio Olímpico João Havelange) — Braziliyanın ən böyük beşinci stadionudur. Rio-de-Janeyro şəhərində yerləşir. Braziliyalı sabiq FİFA prezidenti Joao Avelanjın adını daşıyır. Tamaşaçı tutumu 60,000 nəfərdir. "Botafoqo" klubu ev oyunlarını bu stadionda keçirir. == Tarixi == Açılışı ilk dəfə 2007-ci ildə olmuşdur. Olimpiya standardlarına uyğunlaşdırıldıqdan sonra 2016-cı ildə yenidən açılışı olmuşdur.