Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Occam
Occam – paralel proqramlaşdırma üçün yüksək səviyyəli, prosedurlu dil. 1980-ci illərin başlanğıcında işlənib hazırlanıb. 14-cü əsr ingilis filosofu Okkamlı Uilyamın şərəfinə adlandırılıb. Occam dilinin təməl anlayışı hesablama prosesidir; prosesin əsas xarakteristikası ondan ibarətdir ki, o başladıla və sona çatdırıla bilər. Bu dildə bir neçə sadə proses təyin olunub: mənimsətmə prosesi, kanal vasitəsilə giriş və çıxış prosesləri (? və ! simvolları ilə göstərilir), SKIP və STOP formal prosesləri (birinci dərhal sona çatır, ikinci isə heç vaxt), taymerin və taymer ləngiməsinin oxunması prosesləri. Qalan bütün proseslər isə öncə təyin olunmuş proseslərdən iyerarxik qurma vasitəsilə alına bilər. Bu məqsədlə Occam dilində bir sıra proses konstruktorları vardır: SEQ (proseslərin ardıcıl yerinə yetirilməsi prosesini təyin edir), PAR (proseslərin paralel yerinə yetirilməsi prosesini təyin edir), eləcə də IF şərti proses, WHILE dövri proses, ALT proseslərin seçilməsi prosesinin konstruktoru. Mövcud qaydalara görə SEQ və ya PAR tipli mürəkkəb proses o zaman sona çatmış hesab olunur ki, onun təşkil edən bütün proseslər sona çatmış olsun.
Oktan
Oktan (C8H18) — Alkanlar sinfindən doymuş karbohidrogen. == Xassələri == Spesifik iyə malik rəngsiz mayedir, oktan ədədi 17 – 19 -dur. == Alınması == Izooktanla və digər izomerlərlə birgə neftin, birbaşa qovmadan alınan benzinin (10%-ə qədər), həmçinin az miqdarda CO və H2-dən alınan sintetik benzinin tərkibində olur. Sənayedə oktanı rektifikasiya yolu ilə ayırırlar, sonra "molekulyar ələk"lərin köməyi ilə moçevina (karbamid) ilə təmizləyirlər. == Tətbiqi == Hidrogen iştirakında alümomolibden və ya alümoxrom katalizatorları üzərindən buraxıldıqda (500oC-də və 1–2 Mn/m2 və ya 10–20 kqs/sm2 təzyiq altında) oktan aromatik karbohidrogenlərin (o-ksilol və etilbenzol) qarışığına çevrilir. Bu dehidrotsiklləşmə reaksiyası – katalitik riforminq proseslərində əsas reaksiyalardan biridir. == Izomerləri == Oktanın 18 struktur izomeri var: oktan (n-oktan) 2-metilheptan 3-metilheptan (+ optik izomerləşmə) 4 — metilheptan 3-etilheksan 2,2-dimetilheksan 2,3-dimetilheksan (+ optiki izomerləşmə) 2,4-dimetilheksan (+optiki izomerləşmə) 2,5-dimetilheksan 3,3 — dimetilheksan 3,4 — dimetilheksan (+optiki izomerləşmə (iki hiral mərkəz)) 2-metil-3-etilpentan 3 — metil-3-etilpentan 2,2,3-trimetilpentan (+optiki izomerləşmə) 2,2,4-trimetilpentan (həmçinin izooktan kimi məlumdur) 2,3,3-trimetilpentan 2,3,4 — trimetilpentan 2,2,3,3-tetrametilbutan == İstinad == http://www.cdc.gov/niosh/npg/npgd0470.html == Mənbə == Корольченко А. Я.,Корольченко Д.А. Пожаровзрывоопасность веществ и материалов и средства их тушения. Справочник: в 2-х ч. — 2-е изд., перераб. и доп.- М.: Асс.
Oqtay
Oqtay — ad. Oqtay Rəcəbov — Azərbaycan bəstəkarı. Oqtay Mirqasımov — Azərbaycan kinorejissoru, ssenarist Oqtay Səfərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Oqtay Eldəgəz — müəllim, yazıçı, Milli Azadlıq Qərargahının sədri.
Ostade
Ostade — Holland rəssamlar ailəsi.
Ostan
Oxtar
Oxtar (erm. Օխտար) və yaxud Oxdar — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində Qafan şəhərindən 15 km məsafədə yerləşən kənd. Kənd Oxtar çayının sol sahilində dağlıq-meşəlik ərazidə yerləşir. == Tarixi == Qafqazın 5 verstlik xəritəsində Zəngəzurda Oxtar adlı iki kəndin olduğu göstərilir: Yuxarı Oxtar, Aşağı Oxtar. Görünür, sonralar bu iki kənd birləşdirilməsindən Oxtar kəndi yaradılıb. == Etimologiyası == Toponim qədim türk dilində «boy, qəbilə» mənasını verən ox (> ok) sözünə dialekt və şivələrimizdə cəm şəkilçisi kimi işlənən -tar / -dar (Azərbaycan ədəbi dilində -lar, -lər) şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. «Tayfa», «tayfa ittifaqı» mənasını verir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Kəndin toponimləri == Yel piri Şərəfverdi Yalzəmi Midəm düzü Tumuyeri Sarıbayır Çömçəbulaq Zoğallar bulağı Çanqıllı Oğlannıca yaylağı və s.
Ocaq
Ocaq və ya soba — cihazın içərisində və ya üstündə istilik yaratmaq üçün yanacaq yandıran və ya elektrikdən istifadə edən cihaz.
Oita
Oita (yap. 大分市) — Yaponiyanın Kyuşu regionunda (Kyuşu adası) yerləşən Oita prefekturasının eyniadlı paytaxtı.
Otaq
Otaq — Evin və yaxud hər hansısa bir tikilinin daxilində yerləşən məkanlar. Otaqlar dincəlmək, işləmək, yatmaq və digər məqsədlər üçün istifadə edilməkdədir. Yaşayış binalarında yerləşən evlərdə adətən qonaq otağı, yataq otağı, uşaq otağı və hamam otağı olmaqla müxtəlif təyinatlı otaqlar olur.
Adnan Oktar
Adnan Oktar (2 fevral 1956, Ankara; təxəllüsü: Harun Yəhya, türk. Harun Yahya) — Türkiyədə Adnan xoca kimi tanınan kult (təriqət) lideri. Oktar, adını verdiyi və Mehdi inancına dayanan kult hərəkatının qurucusu və lideridir. 1980-ci illərdə xalq tərəfindən tanınmağa başladı və cinsi istismar, şantaj və təhdid kimi cinayətlərin yanında zəngin uşaqları valideynlərindən ayırmaqla gündəmə gəldi. == Həyatı == Adnan Oktar 1956-cı il fevralın 2-də Türkiyənin paytaxtı Ankara şəhərində anadan olmuşdur. Atası Yusif Oktar Arslan, anası isə Mədiha Oktar Aslanoğludur. === Təhsili === Orta təhsilini Ankarada bitirir. 1979-cu ildə Memar Sinan Gözəl Sənətlər Universiteti incəsənət fakültəsinə daxil olur. == Elmi-dini fəaliyyəti == Düşünülür ki hələ universitetdə oxuyarkən elmi-dini fəaliyyətlə məşğul olmağa başlamış və təkamül, materiyalizm, komunizm, massonluq, sionizm kimi ateist fəlsəfi nəzəriyyələrinə qarşı çıxmış və bu sahələrə qarşı, əksfikirli əsərlər yazmağa başlamışdır. Bundan başqa yazıçı dini mövzulu: Quran və Mehdiçilik mövzusunda da kitablar yazmışdır.
Böyük Oryad
Böyük Oriyat — Neftçala rayonunun eyniadlı inzibati ərazi vahidində mövcud olmuş kənd. == Tarixi == Düzənlikdədir. 1933-cü ildə Böyük Oryad variantında qeydə alınmışdır. Keçmışdə Kurun sağ sahilində Köhnə Oriyat, sol sahilində isə Yeni Oriyat adlı iki kənd olmuşdur. Köhnə Oriyat sonralar Böyük Oriyat adı ilə əvəz olunmuşdur. Etnotoponimdir. Monqolların uryat tayfasının adındandır. Keçmiş Şəki və Quba xanlığında da Oriyat adlı yaşayış məntəqələri olmuşdur.. == Əhalisi == === Tanınmışları === İbrahim Nurlu (d.
Fuad Oqtay
Fuad Oqtay (1964) – Türkiyə siyasətçisi, 2016-cı il iyunun 19-dan vitse-prezident təyin olunana qədər Türkiyənin Baş nazirinin müavini, 2018-2023-cü illərdə Türkiyənın vitse-prezidenti olub. TBMM 28-ci çağırış deputatıdır.
Gilan (ostan)
Gilan — İranın şimal-qərbində ostan. == Tarix == 1920-ci ildə İranın mərkəzi hökumətindən və Rusiyanın müdaxiləsindən narazı qalan gilak sərkərdəsi Mirzə Kiçik xan Gilanın və Gilək xalqının müstəqilliyi üçün çalışaraq Yaxın Şərqdə ilk sosialist respublikası olan Gilan Respublikasını qurdu. == Ərazi == Ostan Xəzər dənizinin qərbində yerləşir. Gilan ostanının ərazisi 14.106 km² (İSM-nə görə 14.042 km²)-dir. == Əhali == Əhalisi 2006-cı il siyahıya almasına əsasən 669,221 ailədə 2.381.063 nəfərdir. === Milli tərkib === Ostan əhalisinin çoxluğu giləklərdən ibarətdir. Geridə qalan əhalini Azərbaycan türkləri (qeyri-rəsmi qaynaqlara görə əhalinin 1/3-ni) , talışlar, tatlar, kürdlər, türkmənlər, yunanlar, ermənilər, farslar, yəhudilər, Hind-Avropa dil ailəsinə aid olan bir neçə köçəri kiçik etnik qrup (Sasani , Ağacani və sairə) və qaraçılar təşkil etməkdədir. Giləklər, Azərbaycan türkləri, talışlar, tatlar və kürdlər etnik ərazi areallarına malikdirlər, yəni kompakt halda həm kəndlərdə həm də şəhərlərdə məskunlaşmışdırlar. Farslar, yunanlar, türkmənlər, ermənilər və yəhudilər dağılmış şəkildə yalnız şəhərlərdə yaşamaqdadırlar. Giləklər: Gilan ostanında ən böyük etnik qrup giləklərdir.
Gülüstan (ostan)
Gülüstan ostanı — İranın şimal-şərqində ostan. Mərkəzi Gürgan şəhəridir. Ostanın ərazisi 20.891 km²-dir. Ostan ərazisinin 16,375 km²-i etnik Türkmənsəhra (Güney Türkmənistan) bölgəsinə aiddir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.617.087 nəfər əhali yaşayır. Əhalisiniin təxminən 30%-35%-ni türkmənlər təşkil edir. Vilayətdə həmçinin başqa etnik qrupların nümayəndələri olan Azərbaycan türkləri , qazaxlar (Gürgan şəhərində), bəluclar, gürcülər, kürdlər, ermənilər və farslar da yaşayır.
Hörmüzgan (ostan)
Hörmüzgan ostanı - İranın cənubunda ostan. Mərkəzi Bəndər-Abbas şəhəridir. Ostanın ərazisi 71.193 km² - dir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.403.674 nəfər əhali yaşayır. Əhalisini əsasən farslar, ərəblər (10%), bəluclar, azərbaycanlılar, lurlar və s. millətlər təşkil edir. == Mövqeyi == Hörmüzgan ölkənin cənubunda, Fars körfəzi və Hind okeanının sahilində və Ərəbistan yarımadası ilə üzbəüz yerləşir. Sahil xəttinin uzunluğu 1000 km-ə (620 mil) çatır. İranla Omanı bir-birindən ayıran Hörmüz boğazı da bu vilayətin qarşısındadır. Vilayət şimaldan Fars və Kirman əyalətləri, şərqdən Sistan və Bəlucistan, cənubdan Fars körfəzi və Hind okeanı, qərbdən Buşəhr vilayəti ilə əhatə olunmuşdur.
Hörmüzqan (ostan)
Hörmüzgan ostanı - İranın cənubunda ostan. Mərkəzi Bəndər-Abbas şəhəridir. Ostanın ərazisi 71.193 km² - dir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.403.674 nəfər əhali yaşayır. Əhalisini əsasən farslar, ərəblər (10%), bəluclar, azərbaycanlılar, lurlar və s. millətlər təşkil edir. == Mövqeyi == Hörmüzgan ölkənin cənubunda, Fars körfəzi və Hind okeanının sahilində və Ərəbistan yarımadası ilə üzbəüz yerləşir. Sahil xəttinin uzunluğu 1000 km-ə (620 mil) çatır. İranla Omanı bir-birindən ayıran Hörmüz boğazı da bu vilayətin qarşısındadır. Vilayət şimaldan Fars və Kirman əyalətləri, şərqdən Sistan və Bəlucistan, cənubdan Fars körfəzi və Hind okeanı, qərbdən Buşəhr vilayəti ilə əhatə olunmuşdur.
Həmədan (ostan)
Həmədan ostanı — İranın qərbində ostan. İnzibati mərkəzi Həmədan şəhəridir. == Coğrafiya == Həmədan ostanı (vilayəti) İranın şimal-qərb hissəsində, Tehran və Qum şəhərlərinə nisbi yaxınlıqda yerləşir. Ostanın ümumi sahəsi 19.547 km²-dir. Şimaldan Zəncan ostanı, şimal-şərqdən Qəzvin ostanı, şərqdən Mərkəzi ostanı, cənubdan Luristan ostanı, qərbdən isə Kirmanşah və Kürdüstan ostanları ilə həmsərhəddir. Həmədan ərazisi qarlı zirvələri olan dağlar ilə və münbit vadilərlə məşhurdur. Bölgənin ən hündür zirvəsi 3574 metr olan Əlvənd dağıdır. Həmədanın iqlimi soyuqdur. Dağ rayonlarında səkkiz ay qar olur, və bu yay aylarının sərin keçməsinə və təbiətin gözəl olmağına şərait yaradır. == Əhalisi == Həmədanda xüsusi mədəniyyəti və adət-ənənələri olan müxtəlif xalqalara məxsus əhali yaşayır.
Kirman (ostan)
Kirman ostanı — İranın cənub-şərqində ostan. Mərkəzi Kirman şəhəridir . Ostanın ərazisi 181.814 km² - dir . 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 2.652.413 nəfər əhali yaşayır . == Şəhristanları == Baft şəhristanı Bərdsir şəhristanı Bəm şəhristanı Ciruft şəhristanı Ravər şəhristanı Rəfsəncan şəhristanı Cənubi Rudbar şəhristanı Zərənd şəhristanı Sircan şəhristanı Şəhr Babək şəhristanı Ənbərabad şəhristanı Qala Gənc şəhristanı Kirman şəhristanı Kuhbənan şəhristanı Kəhnuc şəhristanı Mənucan şəhristanı == İstinadlar == == Xarici keçidlər == Encyclopædia Iranica :ḴĀLU a small Turkic tribe of Kermān province.
Kürdüstan (ostan)
Kürdüstan ostanı — İranın qərbində ostan. Mərkəzi Sənəndəc (və ya Sənnə) şəhəridir. == Ərazi == Ostanın ərazisi 29.151 km² - dir . Ostan şimaldan Qərbi Azərbaycan, şərqdən Zəncan, cənub-şərqdən Həmədan və cənubdan Kirmanşah ostanları ilə həmsərhəddir. == Əhali == 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.440.156 nəfər əhali yaşayır . Ostan əhalisinin çoxunu etnik kürdlər təşkil etməklə yanaşı, burada azərbaycan türkləri (əsasən Qürvə və Bicar şəhristanında), lurlar, assuriyalılar və farslar da yaşayırlar . == Azərbaycan-Kürdüstan sərhəddi == Hal hazırda Kürdüstan ostanının sınırlarında yerləşən Bicar və Qürvə bölgələri tarixən Azərbaycan sınırlarında yerləşiblər. Bu ərazi miladdan öncə Manna - Midiya dövləti, Sasanilər zamanı və... zamanlarda Azərbaycan sınırlarında yerləşibdir. Qacar sülasəsinin ikinci padişahi Fətəlişah zamanı (1176-1213 şəmsi, 1797-1834 miladi və 1212-1250 qəməri illərində) hələ Həmdan, Zəncan və indiki Kürdüstan əylətinə tabe olan Bicar, Gərus və Qürvə Azərbaycan sınırlarında yerləşirdilər.
Loristan (ostan)
Luristan ostanı - İranda ostan, qərbi İranda yerləşir. Mərkəzi Xürrəmabad şəhəridir. == Ərazi == Ostanın ərazisi 28,392 km²-dir. == Əhali == 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1,716,527 nəfər əhali yaşayır. === Milli tərkib === Əhalisi əsasən lur xalqından ibarətdir. Ostanın şərqində bəxtiyarilər, mərkəzində və cənubunda lur dilinin əsas şimal ləhçəsinin müxtəlif dialektlərində danışan tayfalar, qərbində isə ləklər məskunlaşıbdır. Bu ostanda əsasən lurca (onun dialekti olan bəxtiyaricə və ləkcə daxil olmaqla) danışılır. Lurlar kürdlərdən daha çox farslara yaxındırlar .
Luristan (ostan)
Luristan ostanı - İranda ostan, qərbi İranda yerləşir. Mərkəzi Xürrəmabad şəhəridir. == Ərazi == Ostanın ərazisi 28,392 km²-dir. == Əhali == 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1,716,527 nəfər əhali yaşayır. === Milli tərkib === Əhalisi əsasən lur xalqından ibarətdir. Ostanın şərqində bəxtiyarilər, mərkəzində və cənubunda lur dilinin əsas şimal ləhçəsinin müxtəlif dialektlərində danışan tayfalar, qərbində isə ləklər məskunlaşıbdır. Bu ostanda əsasən lurca (onun dialekti olan bəxtiyaricə və ləkcə daxil olmaqla) danışılır. Lurlar kürdlərdən daha çox farslara yaxındırlar .
Mazandaran (ostan)
Mazandaran ostanı — İranın şimalında, Xəzər dənizinin cənub sahilində yerləşən ostan. Tarixən Təbəristan kimi tanınmışdır. Ostanın ərazisi 23.064 km²-dir. == İstinadlar == == Xarici keçidlər == a Lek tribe of Māzandarān.
Metin Oktay
== Futbol karyerası == Metin Oktay futbol karyerasına 1952-ci ildə doğulduğu İzmirin həvəskar komandalarından Damlacıksporun aşağı yaş qruplarında başladı. Futbolçu Sait Altınorduya olan heyranliğindan burada 8 nömrəli formanı geyinirdi. Çeşmenin Alaçatı bələdiyyəsində oynanan və 4-1 qazanılan hazırlıq görüşündə 2 qol vuran Oktaya baş məşqçi Arif Hantal tərəfindən verilən 2,5 lirə, onun futboldan qazandığı ilk pul idi. İzmirspor formasıyla İzmir Profesional Ligasının 1954-55 mövsümündə 18 oyunda 17 qol ataraq ilk bombardirliyini yaşadı. Komandası isə liganı çempionluqla tamamlamışdır. 7 May 1955 də Beşiktaş ilə oynanan və 1-0 məğlub olunan Atatürk Kubokunda ilk dəfə sınaq məqsədi ilə Galatasaray forması geyindi. İyul 1955 də isə, Gündüz Kılıçın baş məşkçiliyini elədiyi Galatasaray ilə 5 ilik müqavilə imzaladı. Oktayın imzaladığı müqavilə qarşılığında taksi nömrəli Chevrolet markalı maşın verildi. 1962-63 sezonuna Galatasaray, hazırlıq turniri olan Türkiyə Spor Yazarlar Dərnəyi Kubokunu qazanaraq başladı. == Milli komanda kariyeri == 11 Aprel 1954 də, Qərbi Almaniyanın Leverkusen şəhərində Türkiyə 18 yaş milli komandasının Belçikayı 4-0 uduğu və özünün 2 qol atdığı 1954 Dünya Gənclər Çempionatı oyununda ilk dəfə milli forma geyindi.
Qum (ostan)
Qum ostanı — İranın mərkəzində ostan. Mərkəzi Qum şəhəridir. == Əhalisi == Ostanın ərazisi 11.237 km² - dir . 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.046.737 nəfər əhali yaşayır . Əhalinin 91,2%-i şəhərlərdə yaşayır ki, onların da əksəriyyəti Azərbaycanlılar, farslar və lurlardır. 24 oktyabr – 13 noyabr 2011-ci il sa. əsasən Qum ostanının əhalisi 1.151.672 nəfərdir (587,661 nəfəri kişilər, 564,011 nəfəri qadınlar).
Qəzvin (ostan)
Qəzvin ostanı — İranın 31 ostanından (vilayətindən) biri. Mərkəzi Qəzvin şəhəridir. Qəzvin ostanının ümumi sahəsi 15.502 km²-dir. Ostan 1996-cı ildə Tehran və Zəncan ostanlarının ərazilərindən ayrılmış və ölkənin yeni bir ostanına çevrilmiş bölgələrdən qurulmuşdu. == Tarix == Qədim yunan yazılarında Qəzvin haqqında məlumat Midiya hökmdarları haqqında məlumatlarda təsadüf olunur ki, bunlar da bizim eramızdan əvvəl 9 əsrə aiddir. Qəzvinin adının buralarda qədim zamanlarda yaşamış (və ya sonralar köçmüş) kaspi tayfalarıyla bağlı olduğu deyilir. Qəzvin əyalətinin ərazisində çoxlu tayfalar və qəbilələr yaşamışdır, və qədimdə bu ərazi daim müharibə zonası olubdur. Erkən islam dövründə Qəzvin Ərəb Xilafətinin qoşunları tərəfindən zəbt olunmuşdur. Səfəvilər İmperiyasının Təbrizdən sonrakı ikinci paytaxtı da məhz Qəzvin şəhəri olmuşdur. Qacarlar dövründə Tehrana yaxın olduğundan Qəzvin dövlətin mühüm mərkəzlərindən biri olubdur.
Hiroşi Oçiay
Hiroşi Oçiay (d. 28 fevral 1946) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 63 oyun keçirib, 9 qol vurub.