Mənbələrdə otra, ortu, orta sözləri var, “середина” anlamlarında işlədilib. Ortuq, ortaq isə şərik mənasında açıqlanıb. Oturaqı, ortun sözləri “средний” mənasında şərh edilib. Ada yerinə otruğ (ortada qalan) işlədilib. Bunların struktur təhlili göstərir ki, sözün kökü ort (otr) kəlməsidir, mənası “yarı” deməkdir (müqayisə et: günorta); -a şəkilçisi ort sözündən feil düzəldib (sonra söz bu əlamətini itirib), -q isə onu ismə çevirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)