Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ordu
Ordu — dövlətin silahlı qüvvələrinin əsas hissəsi; məsələn, Azərbaycan Milli Ordusu, müdafiə ordusu, hücum ordusu, ekspedisiya ordusu və s. Ordu, bir dövlətin silahlı qüvvələrinin bütünü ya da hər hansı bir hərbi qüvvənin ən böyük birliyi. Ordular 4 elə 6 korpuslardan meydana gələr. Günümüz orduları əksəriyyətlə ən az general rütbəsinə sahib hərbçilər tərəfindən idarə edilir. Ordunun vəzifəsi dövlətə qarşı gələcək daxili və xarici təhdidlərdən müdafiə etməkdir. Buna qarşı indiki vaxtda və ya keçmişdə müxtəlif ölkələrdə ordunun rəhbərliyə əl qoyması da görülmüşdür. Ordu, üç hissədən meydana gələr: Quru Qüvvələri, Dəniz Qüvvələri və Hava Qüvvələri. Bəzi ölkələrdə bu üç hissəyə əlavə olaraq Sahil Mühafizə, Daxili Qüvvələr, Dəniz Piyadaları, Kosmik Qüvvələri, Dəniz Hava Qüvvələri, Havadan Müdafiə Qüvvələri, Xüsusi Qüvvələr, Hərbi Kəşfiyyat, Topçu Qüvvələri, Raket Qüvvələri, Mərmi Qüvvələri və Hərbi Tibb Xidməti kimi alt hissələr də orduların tabeçiliyində vardır. Bəzi ölkələr isə öz silahlı qüvvələrinə içində Quru Qüvvələri, Hava Qüvvələri, Dəniz Qüvvələri vs. qüvvələr olmasına baxmayaraq "silahlı qüvvələr" adı yerinə "ordu" adını verər (Məs: Çin Xalq Ordusu, Vyetnam Xalq Ordusu kimi).
Ağ ordu
Ağ qvardiya — 1906-cı ildə Finlandiyada yaranmış Rusiya milisi. == Tarixi == 1) Rusiyada Romanovlar mütləqiyyətinin əleyhinə çevrilmiş inqilabi hərəkata qarşı mübarizə məqsədilə Finlandiyada yaradılmış burjua milisi (1906). Fərqləndirici əlaməti qola bağlanan ağ sarğı idi; 2) Rusiyada Vətəndaş müharibəsi və xarici hərbi müdaxilə (1917 -1922) illərində burjua-mülkədar rejiminin bərpası uğrunda vuruşan hərbi hissələrə verilən ad. Sovet ədəbiyyatı publisistikasında, habelə danışıqda bəzi əksinqilabi milli - hərbi hissələrə (ağ finlərə, ağ çexlərə, ağ polyaklara v və ümumiyyətlə, əksinqilabçılara da Ağ qvardiya deyilən İnqilabçı xalqın, inqilabın rəmzi olan qırmızı rəngdən fərqli olaraq, ağ rəng "rəsmi qayda-qanun" tərəfdarlarının rəmzi sayılır. Adı da buradandır. == Quruluşu və ideologiyası == 1917-ci ildən sonra Rusiya kontekstində "Ağ" rəng üç əsas anlayışa malik idi: İnqilabçı Qırmızı Ordusu Bolşevik hökumətini dəstəkləyən Qırmızılara qarşı siyasi qarşıdurma; mütləq monarxiyaya tarixi istinad; əksəriyyət Ağ Ordu əsgərləri tərəfindən geyinilən Rusiya İmperiyasının ağ hərbi formaları. === İdeologiyası === Ağ hərəkət hər şeydən əvvəl Qırmızı Ordunun opponentləri kimi meydana gəlmişdi. Ağ ordu vətəndaş müharibəsindən əvvəl Rusiya ordusunun qanun və sərəncamını Rusiyanın qurtuluşunu qorunmalı idi və. Ağ nəzarətdə olan ərazidə sovet təşkilatlarını və vəzifəlilərini uzaqlaşdırmaq üçün çalışırdılar. Onlar nəzarət altında olan Ağ ərazilərdə sovet təşkilatları və vəzifəli şəxsləri aradan qaldırmalı idilər.Ümumilikdə, Ağ Ordu milliyyətçi idi və etnik ayrılığı və separatizmi rədd edirdi.
Bəyaz ordu

Daimi ordu
Daimi ordu — bir dövlətin həm sülh, həm də müharibə vaxtı fəaliyyət göstərən daimi, əsasən peşəkar ordusu. Daimi hərbi işdə fəaliyyət göstərən əsgərlərdən (hərbi xidmətə çağırılanlar da buna aid ola bilərlər) ibarət olur. Bu, üzun müddət fəaliyyət göstərən əsgərlərdən ibarət olan və sadəcə müharibə və ya təbii fəlakət vaxtı fəallaşdırılan hərbi ehtiyatlardan və mülki əhalidən yaradılan və sadəcə müharibə və ya müharibə təhlükəsi vaxtı fəallaşan və müharibə və ya müharibə təhlükəsi bitən zaman ləğv edilən müvəqqəti ordulardan fərqlidir. Termin təxminən XLVIII əsrdə yaradılıb, ancaq onu izah edən fenomen daha köhnədir. == Tarix == İlk daimi ordu Assuriyada III Tiqlatpalasar (comment. h. hakimiyyət e.ə. 745–727) tərəfindən yaradılmışdır.Avropada yaradılan və bizə məlum olan ilk daimi ordular Qədim Yunanıstanda idi. Qədim Spartanın kişi vətəndaşları daimi ordu kimi fəaliyyət göstərirdi. Makedoniyalı II Filip ilk peşəkar ordunu təsis etmişdir.
Kabus ordu
Kabus ordusu (ing. The Ghost Army və ya rəsmi adı ing. 23rd Headquarters Special Troops, qısaca ing. 23rd Special Troops) — İkinci dünya müharibəsi zamanı Alman Ordusunu aktiv olaraq yanıltmaq üçün istifadə olunmuş ABŞ Ordusunun gizli hərbi birliyidir. Kabus ordusu 1100 nəfərdən ibarət olub və 1944-1945-ci illərdə 20-yə yaxın çaşdırıcı qurma döyüşlər hazırlayıblar.Kabus ordusu ilə bağlı məlumatlar 1996-cı ilə qədər gizli saxlanılıb. Sonradan bununla bağlı bir neçə sənədli film çəkilib.
Kontinental Ordu
Kontinental Ordu sonralar Amerika Birləşmiş Ştatları kimi tanınan koloniyaların başlatdığı Amerikan İnqilab Müharibəsinin törədilməsindən sonra İkinci Kontinental Konqres tərəfindən formalaşdırıldı. 1775-ci il, İyunun 14-də Konqresin qərarı ilə təsis edilən Böyük Britaniya hakimiyyətinə qarşı On Üç Koloniyanın hərbi səylərini koordinasiya etmək üçün yaradılmışdır. Kontinental Ordu yerli döyüşçülər və könüllü qoşunlardan ibarət ordu idi. General Corc Vaşinqton müharibə boyunca ordunun baş komandanı olmuşdur. 1783-cü ildə müharibənin başa çatması ilə Paris Sülh Müqaviləsi bağlanır və Kontinental Ordunun əksər hissəsi dağılır. 1792-ci ildə, 1-ci və 2ci Alaylar General Entoni Veynin rəhbərliyi altında Amerika Birləşmiş Ştatları Legionunun əsasını qoymağa başladılar. Bu, 1796-cı ildə yaranmış ABŞ Ordusunun təməli oldu.
Könüllü ordu
Könüllü ordu (rus. Добровольческая армия) Rusiya vətəndaş müharibəsi əsnasında 1917-ci ilin noyabrında Antantanın yardımı ilə general M.V.Alekseyev tərəfində, keçmiş çar ordusu zabitləri, yunkerləri, kazaklarından təşkil olunmağa başlanıb. 27 dekabr 1917-ci ildə (9 yanvar 1918-ci il) Rostov-na-Donu şəhərində rəsmi olaraq, M.V.Alekseyevın ali rəhbərliyi, L.Q.Kornilovun baş komandanlığı və A.S.Lukomskoyun qərargah rəyasəti olmaqla Könüllü ordunun yaradılması barədə elan olundu. 1-ci Könüllü diviziyanın rəisi Anton Denikin idi. Fərqləndirici işarə kimi — şinelin və kitelin sol qolunda üçrəngli şevron (Rusiya Respublikasının bayrağı). Könüllü ordu (təxminən 4 min süngü və qılınc) A.M.Kaledinin ağ-qvardiyaçı kazakları ilə birlikdə bolşeviklərə qarşı vuruşurdular. Kaledinin süqutundan sonra Könüllü ordu 1918-ci ilin fevralında Rostovu tərk edir və bolşeviklərə qarşı orada plasdarm yaratmaq məqsədi ilə Kubana çəkilir (Buz yürüşü). Lakin 6 minlik Könüllü ordunun 9-13 apreldə Yekaterinodarı tutmaq cəhdi boşa çıxır. Bu döyüşlərdə həlak olan Kornilovun əvəzinə orduya Denikin komandanlıq etməyə başlayır. Dona qayıdan Könüllü ordu burada almanların dəstəklədikləri ataman P.N.Krasnovdan silahla və sursatla kömək alır.
Milli Ordu
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və ya Azərbaycan Ordusu — Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü qorumağa həsr olunmuş hərbi təşkilat. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Quru Qoşunları, Azərbaycan Hərbi Hava Qüvvələri və Azərbaycan Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Birləşən qüvvələrə Azərbaycan Respublikası Daxili Qoşunları, Azərbaycan Milli Qvardiyası, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti daxildir.1918-ci ilin mayın 28-də qəbul edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində Azərbaycanın Silahlı Qüvvələrinınin yaradılması qeyd edilib. 1918-ci ilin mayın 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edilib. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi. Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan edib. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradılıb. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edilib. Azərbaycan Respublikasının 1894–1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırılıb.1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilib, Azərbaycan ordusunun 21 generallarından 15-i bolşeviklər tərəfindən güllələnib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edilib.
Nizamlı ordu
Nizamli ordu — bir dövlətin və ya ölkənin rəsmi ordusu, silahlı qüvvələri. Könüllü nizamsız milislər, özəl ordulər, muzdur əsgərlərdən təşkil olunan nizamsız ordunun əksinə, nizamlı ordunun daimi ordusu və hərbi ehtiyatları var. Birləşmiş Krallıq və Birləşmiş Ştatlarda nizamli ordu termini peşəkar daimi fəal orduya aid edilir. == Ədəbiyyat == Vudvard, Deyvid. Armies of the world, 1854–1914 (ingilis). London: Sidgwick & Jackson, cop. 1978. ISBN 0-283-98243-8.
Nizamsız ordu
Nizamsız ordu — bir ölkənin milli silahlı qüvvələrindən fərqli olan hər hansı qeyri-standart hərbi komponent. Terminə aid edilənlər olduqca müxtəlifdir. Bu, hərbi təşkilat növünə və ya istifadə edilən taktika növünə aid edilə bilər. Nizamsız hərbi təşkilat nizamlı hərbi təşkilatın bir parçası olmayan bir hərbi təşkilatdır. Standart hərbi birləşmə təşkilatı olmayan hərbi təşkilatları izah etmək üçün "trup", "qoşun", "dəstə", "qrup", "birləşmə", "banda" və ya "qüvvə" kimi daha ümumişlək sözlərdən də istifadə edilir. Nizamsızlar bu cür hərbi təşkilatların üzvü olan əsgər və ya döyüşçülərdir. Nizamsız müharibə adətən nizamsız hərbi təşkilatlar tərəfindən istifadə edilən taktikalardan ibarət müharibəyə deyilir. Buna böyükmiqyaslı döyüşdən yayınmaq və kiçik, gizli, vur-qaç münaqişələrə fokuslanmaq daxildir.
Ordu-Balıq
Ordu-Balıq yaxud Qarabalsaqun (Çin dili: 回鶻單于城 pinyin: huígǔ dānyú chéng; anlamı: Uygur Tanhu qalası) — Uyğur Xaqanlığının aynı paytaxtını müdafiə edən qala. Uyğur Xaqanlığının paytaxtı o dövrdə Mubalik də adlanan Ordu-Balıq adlı şəhər olmuşdur. Qala ordu deyilən bir bürcdən ibarət idi. Bu bürc isə balıq deyilən ikinci bir bürcün daxilində idi. Bu qala sisteminə də Ordu-Balıq deyilir. Ordu-alıq sadəcə Türklərdə istifadə olunan qala sitilidir. Keçmiş türk dillərində balıq (بلق) qala şəhər mənasında işlənirdi.
Ordu (dəqiqləşdirmə)
Ordu — dövlətin Silahlı Qüvvələrinin əsas hissəsi. Ordu ili — Türkiyənin 81 ilindən biri. Ordu (şəhər) — Türkiyənin Ordu ilinin inzibati mərkəzi.
Ordu (şəhər)
Ordu, əvvəllər Kotyora (yun. Κοτύωρα) və Bayramlı — Türkiyədə Ordu ilində yerləşən port şəhəri.
Ordu generalı
Ordu generalı — == Azərbaycanda == Azərbaycan Respublikası Silahlı Qüvvələrində general-polkovnik rütbəsindən daha yüksək olan hərbi rütbə. Bu, ordu generalının ümumi rütbəsindən əlavə xidməti (qüvvələr) və xüsusi təyinatlı qüvvələrin (1993-cü ildə siyahıdan çıxarıldı) marşallarının sıraları mövcud olduğu SSRİ Silahlı Qüvvələrindən fərqli olaraq, bütün qoşunların (qüvvələrin) və xüsusi təyinatlı qüvvələrin hərbçilərinə təyin edilə bilər. == Həmçinin bax == Dörd ulduzlu general Böyük Admiral Ordu generalı (Rusiya) Həqiqi dövlət ədliyyə müşaviri Ordu generalı (SSRİ) == İstinadlar == == Xarici keçidlər == Azərbaycanda Ordu generalı rütbəsi kimə verilə bilər?
Ordu ili
Ordu ili — Türkiyədə il, Qara dəniz bölgəsində yerləşir. Orduspor futbol komandasına malikdir.
Ordu qrupu
Ordu qrupu — ən azı 2 ordudan ibarət olan və ən azı dörd ulduzlu general və yaxud admiral rütbəsində olan hərbçilər tərəfindən idarə olunan bir hərbi birlikdir. Ümumiyyətlə, 3 ordudan qurulur və mövcud sayı təxminən 650.000 ətrafında olur. Onlara ümumiyyətlə marşal və böyük admiral rəhbərlik edir. == Osmanlı dövləti == Birinci Dünya müharibəsi əsnasında bu birliklər mövcud idi. 1918-ci Mustafa Kamal Atatürkün liderliyində İldırım Ordular qrupu mövcud idi. == Almaniya == Almaniyada İkinci Dünya müharibəsi əsnasında A, B, C, Mərkəzi, Cənub və Şimal ordu qrupları mövcud idi.
Ordu şəhəri
Ordu, əvvəllər Kotyora (yun. Κοτύωρα) və Bayramlı — Türkiyədə Ordu ilində yerləşən port şəhəri.
Qırmızı Ordu
Fəhlə-kəndli Qızıl Ordusu, həmçinin qısaca Qızıl Ordu və ya Qırmızı Ordu — RSFSR və SSRİ-nin 1918-1946-cı illərdə (sonradan Sovet Ordusu adlandırılmışdır) silahlı qüvvələrinin rəsmi adı.Tərkibinə aşağıdakı qoşun növləri daxil idi: quru qoşunlar, fəhlə-kəndli qızıl hava qoşunları, SSRİ Hərbi Dəniz Donanması, SSRİ XDİK qoşunları, Sərhəd qoşunları, respublika daxili mühafizə qoşunları, SSRİ Dövlət konvoy mühafizəsi . FKQO yaranma günü 23 fevral 1918-ci il hesab edilirdi.. Sovet Rusiyasının rəhbəri Vladimir Leninin əmri ilə 11-ci Qırmızı Ordu 1920-ci il, aprelin 27-də Bakıya daxil olub və Azərbaycan Xalq Cümhuriyyətini devirib. Sovet dönəmində aprelin 28-i Azərbaycanda “sovet hakimiyyətinin qurulduğu” gün kimi qeyd olunur və həmin günün şərəfinə bir sıra dövlət təsisatlarına “28 aprel” adı verilirdi. Bakının şimal girişində “11-ci Qırmızı Ordu” dairəsi kimi tanınan ərazidə Azərbaycanı işğal etmiş əsgərlərə abidə ucaldılıb. Sonradan həmin ərazidə 1990-cı il, 20 yanvarda Bakıya daxil olan sovet qoşunları onlarla adamı qətlə yetiriblər. Sovet tarixçiləri Azərbaycanın işğalını yerli kommunistlərin nailiyyəti kimi qələmə verirdilər, hərçənd ki, ordunun döyüşçü heyətinin böyük əksəriyyəti qeyri-azərbaycanlılardan ibarət idi. 11-ci Qırmızı Ordunu Azərbaycana gəlişində Nəriman Nərimanov müşayiət edirdi. Moskvada qərargahlanan bolşevik hökuməti N.Nərimanovu AXC-ni əvəzləyən qeyri-müstəqil Azərbaycan Sovet Sosialist Respublikasına rəhbər təyin etdirdi. N.Nərimanov 1925-ci ildə Moskvada ikən müəmmalı şəkildə öldü.
Qızıl Ordu

Ordu (Türkiyə)
Ordu, əvvəllər Kotyora (yun. Κοτύωρα) və Bayramlı — Türkiyədə Ordu ilində yerləşən port şəhəri.
50 sentlik ordu
Umaodan (çin. sadə. 五毛党, pinyin: wǔmáodǎng, həmçinin 50 sentlik partiya, ing. 50 Cent Party; və ya 50 sentlik ordu, ing. 50 Cent Army) — ÇXR hökuməti, Çin Kommunist Partiyası və yürüdülən dövlət siyasəti barədə müsbət fikirlər yazan, hökumət tərəfdarı olan çinli bloqerlərə verilmiş qeyri-rəsmi ad. Bu ad çin dilindəki "u mao", yəni 5 szyao (0,5 yuan) sözündən götürülmüşdür. Ehtimal olunur ki, onlar internetdə yazdıqları hər şərhə və yazıya görə məhz bu qədər pul alırlar, amma eyni zamanda, ölkədə bu işi pulsuz icra edən çox sayda könüllü də var. Çində internet istifadəçilərinin ümumi sayı 300 milyondan artıqdır. Bu cür istifadəçilərin isə dəqiq sayı məlum deyil, amma on minlərlə olduğu güman edilir; Britaniyanın The Guardian qəzetinin qiymətləndirməsinə görə isə hətta 280-300 min nəfərə çatır.Umaodanlar çatlarda, bloqlarda və forumlarda fəaliyyət göstərirlər. Ən gərgin mövzular Tayvan və Tibet məsələsi, həmçinin, ölkədəki epidemiyalar, ətraf mühitin çirklənməsi, internetdə senzura və dissidentlərin həbsləridir.
Olanlar oldu (mahnı)
Olanlar oldu — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri Namiq Qaraçuxurluya, musiqisi Gövhər Həsənzadəyə aiddir.
Ordu generalı (Azərbaycan)
Ordu generalı — == Azərbaycanda == Azərbaycan Respublikası Silahlı Qüvvələrində general-polkovnik rütbəsindən daha yüksək olan hərbi rütbə. Bu, ordu generalının ümumi rütbəsindən əlavə xidməti (qüvvələr) və xüsusi təyinatlı qüvvələrin (1993-cü ildə siyahıdan çıxarıldı) marşallarının sıraları mövcud olduğu SSRİ Silahlı Qüvvələrindən fərqli olaraq, bütün qoşunların (qüvvələrin) və xüsusi təyinatlı qüvvələrin hərbçilərinə təyin edilə bilər. == Həmçinin bax == Dörd ulduzlu general Böyük Admiral Ordu generalı (Rusiya) Həqiqi dövlət ədliyyə müşaviri Ordu generalı (SSRİ) == İstinadlar == == Xarici keçidlər == Azərbaycanda Ordu generalı rütbəsi kimə verilə bilər?
Ordu generalı (Rusiya)
Ordu generalı (rus. Генерал армии) — Rusiya Federasiyası Silahlı Qüvvələrində general-polkovnik rütbəsindən daha yüksək və Rusiya Federasiyasının Marşalı rütbəsindən aşağı olan hərbi rütbə. Bu, ordu generalının ümumi rütbəsindən əlavə xidməti (qüvvələr) və xüsusi təyinatlı qüvvələrin (1993-cü ildə siyahıdan çıxarıldı) marşallarının sıraları mövcud olduğu SSRİ Silahlı Qüvvələrindən fərqli olaraq, bütün qoşunların (qüvvələrin) və xüsusi təyinatlı qüvvələrin hərbçilərinə təyin edilə bilər. Ehtiyatda olan və ya istefada olan bir ordu generalı hərbi rütbəsinə müvafiq olaraq "ehtiyat" və ya "istefada olan" sözləri əlavə edilir. Hərbi Dəniz Qüvvələrində Böyük Admiral hərbi rütbəsinə uyğundur; sinfi rütbələri "Rusiya Federasiyasının 1-ci dərəcəli Həqiqi Dövlət Müşaviri" (dövlət qulluğunda), "Rusiya Federasiyasının Həqiqi Dövlət Müşaviri" (Ədliyyə orqanı) və "Həqiqi Dövlət Ədliyyə Müşaviri" (prokurorluqda); xüsusi rütbə "Rusiya Federasiyasının Polis Generalı", "Rusiya Federasiyasının Ədliyyə Generalı", "Rusiya Federasiyası Daxili Xidmət Generalı" və "Rusiya Federasiyası Gömrük Xidmətinin Həqiqi Dövlət Müşaviri".
Ordu generalı (SSRİ)
Ordu generalı — SSRİ-də Ali hərbi rütbə. SSRİ-də bu rütbəni ilk dəfə Georgi Jukov alıb. == SSRİ ordu generalları == 1. Georgi Jukov 2. Kirill Meretskov 3. İvan Tyulenov 4. İosif Apanasenko 5. Dmitri Pavlov 6. Nikolay Vatutin 7. Rodion Malinovski 8.
Tanrı öldü
" Tanrı öldü " ( Almanca : Gott ist tot</img> Gott ist tot ) Fridrix Nitsşe, Tanrı öldü! ifadəsini ilk dəfə "Şən Elm" əsərində istifadə etmişdir. Nitsşe Şən Elm kitabında bunları demişdir: Tanrı öldü.Tanrıdan geriyə yalnız bir ölü qalıb.Və biz onu biz öldürdük.Özümüzü necə təsəlli edək, biz qatillərin, qatilləri?Dünyanın indiyədək sahib olduğu şeylərdən ən müqəddəs və ən qüdrətli nə idi ki, bıçaqlarımız altında qanımız axdı: bu qanı bizdən kim siləcək?Özümüzü təmizləyə biləcək hansı su var?Hansı kəffarə bayramlarını, hansı müqəddəs oyunları icad etməli olacağıq?Bizim üçün çox böyük deyilmi, bu əməlin izzəti?Ona layiq olmaq üçün biz də tanrı olmamalıyıqmı? Nitsşe bu kəlamdan "Zərdüşt belə deyirdi" əsərində də istifadə etmişdir. Nitsşe, bunu nihilizm əsrinə giriş olaraq göstərmiş və Tanrını öldürənin məhz biz olduğumuzu demişdir. "İndi hara gedirik? Bütün günəşlərdən uzağamı? Dayanmadan yıxılmırıqmı? Önə, arxaya, sağa, sola, hər yerə yıxılmırıqmı? Hələ də yüksəklik və alçaqlıq qavramları mövcuddurmu?