Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Omolon çayı
Omolon çayı (saxa Омолоон) — Rusiyanın Uzaq Şərq regionunun şimalından axan çay. Kolıma çayının sağ və ən iri qoludur. Saxa, Çukotka muxtar dairəsi və Maqadan vilayəti (Rusiya) ərazisindən axan çay. Çayın uzunluğu 1114 km təşkil edir. Çay hövzəsinin ümumi sahəsi 113 000 km²-dir. Çayın adı Yukagirlərin Omol ("yaxşı") qəbiləsinin adı və on ("çay") sözlərinin birləşməsindən əmələ gəlmişdir. Yəni "Omol qəbiləsinin çayı" mənasını verir. Başlanğıcını Otaykaçan silsiləsinin yamaclarından götürür və Kolyma silsiləsi arasındakı vadidə axır. Çay qar və yağış ilə qidalanır. Orta su axını təxminən 680 m³/s.
Edofon
Edafon — torpaq orqanizmlərinin cəmi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Homofob
Homofobiya ( q.yun. ὁμός "oxşar, eyni" φόβος "qorxu") - homoseksuallıq və ya LGBTQ+ ( lezbiyan, gey, biseksual və transgenderlər ) kimi tanınan və qəbul edilən insanlara qarşı mənfi münasibət və hisslər. "Homofobiya" termini Avropa rəsmi sənədlərində istifadə olunur, burada bəzi hallarda bu termin irqçilik, ksenofobiya, antisemitizm və seksizmlə bərabər qoyulur. "Homofobiya" termini tez-tez tənqid olunur, belə ki, homofobiya klinik mənada bir fobiya deyil. == Terminologiya və əlaqəli anlayışlar == === Terminin tarixi === "Homofobiya" termini ilk dəfə 1960-cı illərin sonlarında Amerikalı klinik psixoloq Corc Veynberq tərəfindən istifadə edilmişdir. Bir ay sonra “Time” jurnalının üz qabığına həsr olunmuş “Amerikada homoseksual” məqaləsində “homofobiya” sözü işlədildi. İlk dəfə elmi nəşrdə "homofobiya" termini 1971-ci ildə "Homofobiya: Təxmini Şəxsiyyət Profili" adlı məqalədə Kennet Smit tərəfindən istifadə edilmişdir.(ing. Kenneth Smith) 2012-ci ildə Veynberq The Huffington Post - dakı bloqunda homofobiyanın rəsmi psixi pozğunluqlar siyahısına daxil edilməsini təklif etdi. === Ensiklopedik təriflər === Homoseksuallıq Ensiklopediyası (1990) "homofobiya" termininin müxtəlif təriflərinə işarə edərək, onların ümumi xüsusiyyətini - homoseksual insanlara və homoseksuallığa mənfi münasibəti qeyd edir. Həmçinin qeyd edilir ki, cinsi qərəzin fobiya kimi səciyyələndirilməsi bir çox səbəblərdən, o cümlədən cinsi qərəzin mədəni normaların təzahürü deyil, irrasional qorxu və fərdi patologiyanın təzahürü olduğunu ifadə etmək kimi tənqid olunur.
OMON
Xüsusi Təyinatlı Polis Dəstəsi (abreviatur: XTPD) və ya OПОН (rus. ОПОН Отряд Полиции Особого Назначения) — 1990–1995-ci illərdə Daxili İşlər Nazirliyinin tərkibində olan Xüsusı Təyinatlı Polis Dəstəsi. OMON-a Rövşən Cavadov rəhbərlik edirdi. Azərbaycan Daxili İşlər Nazirliyinin XTPD 12500 nəfərdən ibarət üçpilləli bir təşkilat idi. Birinci pillə SSRİ Daxili İşlər Nazirliyinin XTPD bölməsidir. Bura 1500 nəfər daxildir. 1990-cı ilin sentyabrından SSRİ Daxili İşlər Nazirliyi tərəfindən yaradıldı və maliyyələşdirildi. İkinci pillə: 1990 -cı ilin avqustunda AzSSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılan Azərbaycan Daxili İşlər Nazirliyinin OMON-u. AzSSR Daxili İşlər Nazirliyinə tabedir. Əsas dislokasiya məntəqələri: Bakı, Sumqayıt, Qazax, Naxçıvan, Quba, Əsgəran, Mingəçevir.
Kral Mobon
Kral Mobon (d. 30 – ö. 53) - Goguryeo krallığının beşinci kralıdır. 48-53-cü illərdə hökmdarlıq etmişdir.Kral Demusinin oğludur. Hakimiyyəti əmisi Kral Minjunqdən təhvil almışdır. Ondan sonra hakimiyyətə Kral Demusinin qardaşı Go Jaesanın (재사, 再思) oğlu Kral Taejodae keçmişdir.
Moyon Çur xaqan
Moyon Çur xaqan (çin. 葛勒可汗) — 747-ci ildən 759-cu ilədək Uyğur xaqanlığının xaqanı. 716-cı ildə doğulmuşdur. İlk dövrləri haqda məlumat yoxdur. 747-ci ildə Qutluq Bilgə Kül xaqan ölüncə yerinə oğlu Tay Bilgə Tutuk yabqu təyin olunsa da, Moyon Çur qardaşını devirərək xaqan oldu. O, qardaşının tərəfini tutan Qırğız, Çik, Səkkiz Oğuz və Doqquz Tatar kimi Türk boylarını itaət altına alaraq, dövlət nüfuzunu gücləndirdi. Digər yandan yenə bu dövrdə, cənubdakı Beş-balıq, Kuça və Qaraşar kimi zəngin taxıl və ticarət şəhərləri də Uyğur təsirinə düşmüşdü. Turfan bölgəsi ilə Uyğurlar arasındaki münasibətlər də, yenə bu dövrdən etibarən başlamış oldu. Moyon Çur xaqanın önəmli işlərindən biri də, onun zamanında, Uyğurlar arasında şəhərləşmə, oturaqlaşma işlərinə başlamasıdır. Digər yandan eyni xaqan, geMoyonə güclənməkdə olan Tibet təhlikəsini sezərək onlara qarşı cəbhə aldı.
Moon Pride
Moon Pride (və ya MOON PRIDE) — 30 iyul 2014-cü ildə yayımlanan, Yaponiyanın Momoiro Clover Z qız musiqi qrupunun 12-ci sinqlı. Sinqlda 2014-cü ildən göstərilməyə başlanılan "Sailor Moon Crystal" cizgi serialının mövzu musiqiləri yer almışdır. ("Moon Pride" açılış mahnısı, "Gekko" bağlanış mahnısıdır.) "Moon Pride" Sound Horizon orkestrından Revo tərəfindən yazılmış, bəstələnmiş və hazırlanmışdır. Qitara soloları ABŞ rok musiqiçisi Marti Fridman tərəfindən ifa edilmişdir. Sinqlın yayınlanmış 2 versiyası mövcuddur: "Sailor Moon Edition" və "Momoclo Edition". "Sailor Moon Edition"-nun Blu-ray diski və musiqili videosu mövcuddur. "Momoclo Edition"-nun sadəcə CD formatı mövcuddur, bununla əlavə "Seylor Mun R: Film" filmindən "Moon Revenge" mahnısı əlavə olunmuşdur. Musiqili video Yasuşi Uemura tərəfindən hazırlanmış, "Sailor Moon Crystal" cizgi serialının direktoru Munehisa Sakai tərəfindən nəzarət edilmiş və Toei Animation tərəfindən canlandırılmışdır. Musiqili videoda "Sailor Moon Crystal" cizgi serialından səhnələr var. Videoda 3 Seylor döyüşçüsünün çevrilməsinə yer verilmişdi: Seylor Mars, Seylor Venera və Seylor Yupiter.
Omon Matjon
Omon Matjon (özb. Omon Matçonov, 14 fevral 1943 – 29 oktyabr 2020, Daşkənd) — özbək şairi, dramaturqu, Özbəkistanın xalq şairi Omon Matjon 14 fevral 1943-cü ildə Özbəkistanın Xarəzm vilayətinin Yangibazar rayonunda anadan ilmuşddur. Səmərqənd Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir (1969). Qafur Qulam adına Ədəbiyyat və İncəsənət Nəşriyyatında redaktor, şöbə müdiri (1969-1985), "Yoşlik" jurnalının baş redaktoru (1985-1991), Özbəkistan Res-publikası Prezidenti Aparatında məsul şəxs (1991-1994), Özbəkistan Respublikası Dövlət Mətbuat Komitəsi sədrinin müavini (1994 -1199), "Çolpon" nəşriyyatının direktoru (1999-2001), 2001-ci ildən ömrünün sonlarınadək "Gülxan" jurnalının baş redaktoru vəzifəsində çalışmışdır. Uğurlu ədəbi fəaliyyətinə görə Özbəkistanın Xalq Şairi adına layiq görülmüşdür (1993). Omon Matjon 29 oktyabr 2020-ci ildə, 77 yaşında Daşkənddə vəfat etmişdir. Omon Matjon 1965-ci ildən mətbuatda şeirləri ilə çıxış etmişdir. Şairin "Karvan çanı" (1973), "Günəş saatı" (1974), "Yanan ağac" (1976), "Yaralı şimşək" (1977), "Səni sevirəm" (1981), "Ağaclar və bitkilər" (1984) , "Aramızda yalnız bir alma" (1990), "İnsanın kölgəsi günəşə düşdü" (1991), "Quş yolu" (1993), "İnam işığı" (1994), "Ardaxiva" (2000), "Xoca Əhrarın ziyarətləri" (2002) ) və digər poetik əsərlərində incə bir gerçəklik hissi ilə bədii ifadə prinsipi, müəyyən bir hadisədən fövqəladə fəlsəfi nəticələr çıxarmaq, doğulub böyüdüyü mühitin ab-havasına uyğun ifadələrin təcəssümü üstünlük təşkil edir. Omon Matjon lirik şeirlərlə yanaşı, povestlər və dramatik əsərlər da yazmışdır. O, həmçinin Xarəzmdan olan özbək xalqının böyük şəxsiyyətləri haqqında dramatik əsərlərin – “Pəhləvan Mahmud” (1975), “Beruni” (1977) və s.
Sailor Moon
Seylor Mun və ya Yaponiyada tanınan adı ilə Bishoujo Senshi Sailor Moon (美少女戦士セーラームーン, Bishōjo Senshi Sērā Mūn, azərb. Gözəl qoruyucu Seylor Mun‎) — yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış və çəkilmiş şoco manqa seriyası. Manqa seriyası 1991-1997-ci illərdə "Nakayoshi" jurnalında nəşr olunmuşdur. Bu dövrdə 52 fəsli 18 tankobon cildi şəklində çap edilmişdir. Manqa seriyası Seylor Muna çevrilərək Ay şahzadəsinin və Əfsanəvi Gümüş Kristalın (「幻の銀水晶」, Maboroshi no Ginzuishō) axtarışına çıxan 14 yaşlı qız Usaqi Tsukino haqqındadır. Seriya boyunca Seylor Mun Əfsanəvi Gümüş Kristalı qorumaq və Günəş sistemini məhv etmək istəyən düşmənlərin qarşısını almaq üçün yaradılmış Seylor döyüşçüləri (セーラー戦士, Sērā Senshi) komandasına başçılıq edir. Manqa seriyasının 18 cildi əsasında Toei Animation tərəfindən anime hazırlanmışdır. Anime Yaponiyada 5 mövsüm olmaqla 1992-1997-ci illərdə yayımlanmışdır. Bundan başqa, manqa seriyası əsasında 3 animasiya filmi, 3 qısametrajlı animasiya, 1 televiziya verilişi və "Gözəl qoruyucu Seylor Mun" adlı teleserial hazırlanmışdır. Anime hekayəsi 2014-cü ildən göstərilən "Sailor Moon Crystal" animesi ilə yenidən başladılmışdır.
OMON (Rusiya)
OMON (rus. ОМОН, отряд мобильный особого назначения, Rom: otryad mobilnı osobogo naznaçeniya; azərb. "Xüsusi Məqsədli Mobil Bölmə"‎) Sovet İttifaqında, daha sonralar Rusiyada və bəzi digər postsovet ölkələrində mövcud olan xüsusi taktiki polis bölmələrinin adıdır. Müasir kontekstdə OMON qüvvələri xüsusi təyinatlı qüvvə və ya paramilitar qüvvə kimi təhlükəli şəxslərin həbsləri zamanı, iğtişaşlara nəzarət məqsədi ilə, terrorla mübarizə və yaxud da xüsusi mühafizə kimi missiyalarda istifadə olunurlar. Bundan əlavə, OMON bölmələri Çeçenistan kimi Sovet İttifaqının dağılması zamanı və sonralar baş vermiş olan silahlı münaqişələrin yatırılması zamanı da mühüm rol oynamışdırlar. OMON bölmələri həmçinin Belarus, Qazaxıstan, Tacikistan və digər keçmiş Sovet ölkələrində də mövcud olsalar da, onların adları və abreviaturaları artıq bəzi keçmiş Sovet ölkələrində dəyişdirilmişdir. Onun üzvləri adətən omonovtsi adlandırılırlar.
Oloron-Sent-Mari (rayon)
Oloron-Sent-Mari (fr. Oloron-Sainte-Marie) — Fransanın Puatu-Şaranta regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Atlantik Pireney. Suprefektura — Oloron-Sent-Mari. Rayon əhalisi 2006-cı ildə 73 692 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 26 nəf / km². Rayon ərazisi — 2885 km².
Dyör-Moşon-Şopron (medye)
Dyör-Moşon-Şopron (mac. Győr-Moson-Sopron) — Macarıstanın şimal-qərbində yerləşən medye. İnzibati mərkəzi — Dyör. Dyör-Moşon-Şopron medyesi Burqenland (Avstriya), Bratislav, Trnavsk və Nitransk bölgələri ilə (Slovakiya), Komarom-Esterqom, Vesprem və Vaş medyeləri ilə sərhəddir. == Demoqrafiyası == == Qalereya == == Yaraşlara bölünməsi == 2013-cü il 15 iyul tarixindən Macarıstanda medye ərazilərin yaraşlara bölünməsi qüvvəyə girmişdir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Dyör-Moşon-Şopron (medye) ilə əlaqəli mediafayllar var.
Full Moon Hotel
Red Moon (EP)
Red Moon (azərb. Qırmızı Ay‎) – Cənubi Koreya musiqi qrupu Mamamoo tərəfindən buraxılmış EP. EP-yə əsas sinql olan "Egotistic" və Munbyul tərəfindən Red Velvet qrupunun solisti Sılqi oxuduğu "Selfish" treki də daxildir. "Rainy Season" mahnısının qabaqcadan buraxılışı da EP-dədir.
Sailor Moon Crystal
Sailor Moon Crystal və ya Yaponiyada tanınan adı ilə Bishoujo Senshi Sailor Moon Crystal (美少女戦士セーラームーンCrystal(クリスタル), Bishōjo Senshi Sērā Mūn Kurisutaru, azərb. Gözəl döyüşçü Seylor Mun: Kristal‎) — 2014-cü ildən şoco manqa seriyası olan "Seylor Mun" manqasının 20 illik yubileyi münasibətilə yayımlanan ONA seriyası. Toei Animation tərəfindən hazırlanan, Munehisa Sakay və Çiaki Konin rejissoru olduğu anime serialının I və II mövsümləri 5 iyul 2014-cü ildən 18 iyul 2015-ci ilə qədər davam etmiş və ayda 2 dəfə olmaqla 26 seriyası yayımlanmışdır. 4 aprel 2016-cı ildən 27 iyun 2016-cı ildə kimi anime serialının III mövsümü yayımlanmışdır. İlk iki mövsüm bütün dünyada Niconico vasitəsilə göstərilmişdir. 1992-1997-ci illərdə göstərilən "Seylor Mun" animesindən fərqli olaraq bu dəfə hekayə Toei Animation tərəfindən yenidən və daha dəqiq işlənmişdir. Lakin anime serialı 1990-cı illərdəki animeyə bənzər ssenariyə sahibdir. Anime 14 yaşlı Usaqi Tsukino adlı qızın Seylor Mun olmasından, Seylor döyüşçülərini tapmasından (Seylor Merkuri, Seylor Mars, Seylor Yupiter və Seylor Venera) və Əfsanəvi Gümüş Kristalı qorumasından bəhs edir. Anime serialının ilk seriyası Usaqi personajının doğum günü hesab edilən 30 iyun 2014-cü ildə göstərilmişdir. Blu-ray formatında ilk xüsusi buraxılışı 15 oktyabr 2014-cü ildə Yaponiyada yayınlanmışdır.
Pokemon Sun və Moon
Pokemon Sun və Moon – 2016 cı ildə buraxılmış videooyun. Oyun Nintendo 3DS platforması üçün buraxılmışdır. Oyunda ilk dəfə Z-Move hərəkəti təqdim edilmişdir. Bunun üçün Z-Ring və Z-Crystal adı iki əşyaya sahib olmaq lazımdır. Oyunun mövzusu tropik adalardır. Oyun Alola bölgəsində bir məşqçi olaraq keçir. Alola adasındaki tropik iqlimə görə, bəzi Pokemonlar Alola formalarının yaranmasına səbəb olur. Alola bölgəsi 4 adadan ibarətdir. Dörd adanın hər birinin qoruyucu tanrı adı verilən Pokemon var. Bu Pokemonlar kütləvi olarak Tapu olaraq adlandırılır və insanlar tərəfindən səcdə edilir.
Sent-Uan-l'Omon
Sent-Uan-l’Omon (fr. Saint-Ouen-l'Aumône) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament —Val-d’Uaz, rayon — Pontuaz, kanton — Sent-Uan-l’Omon. Əhalisi — 22.681 nəfər (2008). Bələdiyyə Paris şəhərinin 28 km şimal-qərb, Serji bələdiyyənin 5 km şərqdə yerləşir.
Sent-Uan-l’Omon
Sent-Uan-l’Omon (fr. Saint-Ouen-l'Aumône) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament —Val-d’Uaz, rayon — Pontuaz, kanton — Sent-Uan-l’Omon. Əhalisi — 22.681 nəfər (2008). Bələdiyyə Paris şəhərinin 28 km şimal-qərb, Serji bələdiyyənin 5 km şərqdə yerləşir.
Red Moon (Mamamoo minialbomu)
Red Moon (azərb. Qırmızı Ay‎) – Cənubi Koreya musiqi qrupu Mamamoo tərəfindən buraxılmış EP. EP-yə əsas sinql olan "Egotistic" və Munbyul tərəfindən Red Velvet qrupunun solisti Sılqi oxuduğu "Selfish" treki də daxildir. "Rainy Season" mahnısının qabaqcadan buraxılışı da EP-dədir.
Sailor Moon: La Luna Splende
"Sailor Moon: La Luna Splende" (azərb. Seylor Mun: Parlayan Ay‎) — Yaponiyanın Bandai Namco videooyun şirkətinin 16 mart 2011-ci ildə İtaliyada yayımladığı 2D videooyun. Oyun italyan dilində olan ilk "Seylor Mun" videooyunu xüsusiyyətini daşıyır. Videooyun 2011-ci ilin 16 martında Nintendo DS platformaları üçün yayımlanmışdır və "Seylor Mun" videooyunlarının son versiyasıdır. Oyun İtaliyada satışa buraxılmış və adını "Seylor Mun" animesinin ikinci mövsümünün italyanca dublajındakı adından almışdır. Adını ikinci mövsümdən alsa da, videooyunun baş düşməni olan Kunsayt sadəcə birinci mövsümdə görünmüşdür. Videooyundakı personajların adları seriyanın italyanca versiyasına uyğunlaşdırılmışdır. "Sailor Moon: La Luna Splende" italyan dilində olan və Nintendo DS platformaları üçün istehsal olunan ilk "Seylor Mun" videooyunudur. Nina (Naru Osaka) şüursuz şəkildə xəstəxanaya yerləşdirilir, Banni (Usaqi Tsukino) və dostları onun ziyarətinə gəlirlər. Luna onlara deyir ki, Ninaya hansıda bədheybət hücum etmiş ola bilər.
Sailor Moon Crystal seriyalarının siyahısı
Sailor Moon Crystal — 2014-cü ildən şoco manqa seriyası olan "Seylor Mun" manqasının 20 illik yubileyi münasibətilə yayımlanan ONA seriyası. Toei Animation tərəfindən hazırlanan, Munehisa Sakai və Çiaki Konun rejissoru olduğu anime serialının ilk iki mövsümü 5 iyul 2014-cü ildən 18 iyul 2015-ci ilə kimi Niconico vasitəsilə bütün dünyada yayımlanmışdır və manqanın ilk 26 fəslini əhatə etmişdir. 2015-ci ilin sentyabrında Toei Animation üçüncü mövsümü istehsal etdiyini açıqlamışdır. Anime serialının üçüncü mövsümü "Ölüm həvariləri" adı ilə tanınır və manqadakı "Sonsuzluq" hekayəsinə əsaslanır. Üçüncü mövsümün ilk seriyası 6 mart 2016-cı ildə Tokiodakı "Animate Ikebukuro" mağazasında nümayiş etdirilmişdir. Üçüncü mövsüm 4 aprel 2016-cı ildən 27 iyun 2016-cı ilə kimi Tokyo MX kanalında yayımlanmışdır. King Records animenin DVD və Blu-ray formatında 13 cildini yayımlamışdır.
The Uplift Mofo Party Plan
The Uplift Mofo Party Plan — Red Hot Chili Peppersnın ilk studiya albomudur. 29 sentyabr 1987 tarixində yayımlanan albom, EMI/Capitol Records etiketi ilə satışa buraxılmışdır.
Moon ((G)I-dle mahnısı)
Moon (azərb. Ay‎) – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış mahnı. Mahnı Minni tərəfindən bəstələnmiş, sözləri qrupun lideri Soyon tərəfindən yazılmışdır. 11 yanvar 2021-ci ildə "I Burn" albomunun üçüncü treki kimi buraxılmışdır. == Buraxılması == "(G)I-dle" verdiyi bir müsahibədə "Moon" mahnısı hisləri gizlətmək mövzusuna toxunduğunu bildirmişdir. Mahnını bəstələmi Minni mahnının insanların başqalarına göstərə bilmədiyi səmimi hisləri ehtiva etdiyini açıqlamışdır: "Mən şəxsən bunu çox sevirəm". Minni mahnını bəstələyərkən Aydan ilhamlanmışdır: "Ay o qədər parlaq olur ki, mən öz əksimi görürəm, özümü kədərli hiss etdiyim üçün öz hislərimi və qorxularımı gizlədirəm". O, mahnının sözlərinin Soyon tərəfindən yazılmasını bəyənmişdir. == Musiqi və sözlər == "Moon" pop janrında olan mahnıdır. Mahnı Ayın parlaq olduğu gecədə qaranlığın uzaqlaşdığı və səmimi hislərin üzə çıxdığı vəziyyəti təsvir edir.
Sailor Moon SuperS Shin Shuyaku Soudatsusen
"Sailor Moon SuperS Shin Shuyaku Soudatsusen" (美少女戦士セーラームーンSuperS: 真・主役争奪戦) — 1996-cı ilin 8 martında Angel Studios (indiki Rockstar San Diego) tərəfindən satışa buraxılmış və PlayStation ilə Sega Saturn platformaları üçün nəzərdə tutulmuş 2D "Seylor Mun" videooyunu. Faytinq janrında olan bu oyun ancaq Yaponiyada yayımlanmışdır. Oyunun Sega Saturn platforması üçün versiyası çıxdıqda oyun "Sailor Moon SuperS - Various Emotion" adlandırılmış və fərqli üz qabığından istifadə olunmuşdur. Sega Saturn versiyasında Seylor Çibi Munun görünüşü də fərqlidir. Oyun iki rejimdə oynanıla bilər: hekayə rejimi və görüş rejimi. Hekayə rejimi təkoyunçulu, görüş rejimi çoxoyunçuludur. Əgər oyunçu hekayə rejimini seçibsə, ancaq bu personajlardan istifadə edə bilər: Seylor Mun, Seylor Merkuri, Seylor Mars, Seylor Yupiter, Seylor Venera və Seylor Çibi Mun. Əgər oyunçu görüş rejimində oynayırsa, bu personajlarla yanaşı Seylor Pluton, Seylor Uran, Seylor Neptun və Seylor Saturndan da istifadə edə bilər. Oyunçu istədiyi Seylor döyüşçünün gücünü artıra, onun gücünə maksimum 20 xal verə bilər. Oyunda 4 çətinlik səviyyəsi var: asan (nakayoşi), normal, çətin, ən çətin (muzukaşi).
The Dark Side of the Moon
The Dark Side of the Moon — Harvest Records tərəfindən 1 mart 1973-cü ildə buraxılmış İngilis rok qrupu Pink Floydun səkkizinci albomudur. Əsasən canlı çıxışlar zamanı inkişaf edən qrup, qeyd başlamazdan bir neçə ay əvvəl, yazının erkən versiyasını təqdim etdi. Yeni material 1972 və 1973-cü illərdə Londondakı Abbey Road Studios-da iki seansda qeyd edildi. The Dark Side of the Moon Pink Floydun ən çox satan albomu olmaqla yanaşı, dünyanın ən çox satan musiqi albomlardan da biridir. Albomun 45 milyondan çox nüsxəsinin satıldığı ehtimal olunur. Ayın qaranlıq tərəfi müasir həyatın normal insanlara təsirini təsvir edir. Məsələn, yerə çırpılan təyyarənin səsi ilə başlayan "On the Run"da uçmaq qorxusundan bəhs edilir. "Zaman" zamanın biz fərq etmədən necə tez keçdiyini təsvir edir. "Göydəki Böyük Konsert" ölümün təbiətindən bəhs edir. "Pul" və sərvətin insanlara təsirini ironik şəkildə təsvir edir.