Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
OpenAI
"OpenAI" — Delaverdə qeydiyyatdan keçmiş qeyri-kommersiya "OpenAI, Inc" və onun kommersiya məqsədli törəmə şirkəti "OpenAI Global MMC"-dən ibarət ABŞ süni intellekt (Sİ) tədqiqat təşkilatı. "OpenAI" təşkilatın "təhlükəsiz və faydalı" süni ümumi intellektin inkişaf etdirilməsi məqsədi ilə süni intellekti tədqiq edir və bunu "iqtisadi cəhətdən ən dəyərli işlərdə insanlardan üstün olan yüksək avtonom sistemlər" kimi müəyyən edir. "OpenAI" həmçinin "ChatGPT" və "GPT-4" kimi bir neçə geniş dil modelləri, eləcə də "DALL-E 3" kimi qabaqcıl təsvir yaratma modelləri və keçmişdə açıq mənbəli modellər hazırlamışdır. Təşkilat 2015-ci ilin dekabrında İlya Sutskever, Qreq Brokman, Trevor Blekvell, Viki Çunq, Andrey Karpati, Durk Kinqma, Cessika Livinqston, Con Şulman, Pamela Vaqata və Voytsex Zaremba tərəfindən təsis edilmişdir, ilkin idarə heyətində Sem Altman və İlon Mask çıxış etmişdilər. "Microsoft" şirkəti "OpenAI Global MMC"-yə 2019-cu ildə 1 milyard dollar, 2023-cü ildə isə 10 milyard dollar sərmayə qoymuşdur. 17 noyabr 2023-cü ildə idarə heyəti Altmanı baş direktor vəzifəsindən, Brokmanı isə sədr vəzifəsindən kənarlaşdırmışdır və Brokman sonra prezident vəzifəsindən istefa vermişdir. Dörd gün sonra hər ikisi idarə heyəti ilə danışıqlardan sonra geri qayıtmış və idarə heyəti üzvlərinin əksəriyyəti istefa vermişdir. Yeni ilkin şuraya keçmiş "Salesforce" baş direktoru Bret Teylor sədr kimi daxil idi. == Motivlər == Stiven Hokinq və Stüart Rassell kimi bəzi elm adamları qabaqcıl süni intellektin nə vaxtsa özünü getdikcə artan sürətlə yenidən dizayn etmək qabiliyyətinə sahib olacağı halda qarşısıalınmaz "intellekt partlayışı"nın insanların məhvinə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlarını ifadə etmişdilər. Həmtəsisçi İlon Mask süni intellekti bəşəriyyətin "ən böyük ekzistensial təhlükəsi" kimi xarakterizə etmişdir.
OpenMP
OpenMP — proqram paralelləşdirilməsi üçün açıq standarddır. Solaris, IBM AIX, HP-UX, GNU/LINUX, MAC OS X və Windows əməliyyat sistemlərində dəstəkləyir. Əsasən C, C++ və Fortran proqramlaşdırma dillərində ümumi yaddaşa malik çoxprosessorlu sistemlərdə çoxaxınlı proqramlaşdırma üçün istifadə edilir. Openmp qazanc məqsədi güdməyən, Openmp Archtecture Review Board (Openmp ARB) adlı beynəlxalq birlik tərəfindən idarə edilir. Openmp standart stolüstü kompüterlərdən tutmuş super kompüterlərə qədər paralel proqramlaşdırmanı inkişaf etdirmək üçün proqramçılara sadə və əlverişli interfeys verən ölçülə bilən və portativ bir model təklif edir. == Hazırlanması == OpenMP hazırlanmasına daxil olan şəxslərin əksəriyyəti proqram təminatı satıcıları AMD, IBM, Intel, Cray, HP, Fujitsu, Nvidia, NEC, Microsoft, Texas Intstruments, Oracle Corporation şirkətləri və kompüter təchizat qrupları əməkdaşlarıdır. Openmp ARB ilk interfeys proqramını Fortran 1.0 üçün oktyabr 1997-ci ildə buraxdı. Növbəti il C/C++ üçün standartı buraxıldı. 2014-cü ilin iyul ayında ən yeni 4.0 versiyası buraxılıb.
Opel
Opel — alman avtomobil şirkəti. 21 yanvar 1862-də Adam Opel tərəfindən qurulub. İlk zamanlarında tikiş maşını və velosiped istehsal edən bir firma olaraq xidmət etməkdə idi. Avtomobil istehsalına isə 1899-cu ildən başlamışdır.
Oleniy (Kara dənizi)
Oleniy — ada Kara dənizində, Qdansk yarımadasından şimalda yerləşir. Sahəsi 1197 km² təşkil edir. İnzibati cəhətdən Yamalo-Nenets Muxtar Dairəsi ərazisinə daxildir. Böyük arktik qoruğu ərazisini təşkil edir. Materikdən dayaz Oleniy boğazı ilə ayrılır. Boğazın eni 2 km-dir. Adanın relyefi düzənlikdir. Burada göllər vardır. Ada əsasən Mamır, Şibyə və Tundra otları ilə örtülür.
Only Teardrops
Only Teardrops — (Azərbaycanca: Yalnız Gözyaşları) Danimarkanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Opel Combo
Opel Combo (ing. Opel Combo) — General Motors şirkəti tərəfindən 2001-ci ildən istehsal olunan alman avtomobili. Üçqapılı yük və beşqapılı sərnişin variantları mövcuddur. Avtomobil 1,4 l (60 a.g.) və 1.6 l (87 a.g.) həcmində benzinlə işləyən, eləcə də 1,3 l (60 a.g.), 1,7 l (75 a.g.) və 1,7 l turbudizel (100 a.g.) həcmində dizellə işləyən mühərriklərlə təchiz oluna bilir. Standart komplektə sükanın elektrik gücləndiricisi, 4 təhlükəsizlik yastığı, antibloklama sistemi və kondisioner daxildir.
Bolşoy Oleniy (Barens dənizi)
Bolşoy Oleniy — ada Murmansk vilayətinin Kola rayonu ərazisində yerləşir. Barens dənizinin sahilində qərarlaşır. Ada materikdən Bolşoy Oleniy boğazı ilə ayrılır. Adada eyni adlı qəsəbə vardır. 2010-cu ilə olan məlumata görə qəsəbədə cəmi 6 nəfər yaşayır.
Bolşoy Oleniy (Kola körfəzi)
Bolşoy Oleniy — Murmansk vilayətinin Kola rayonu ərazisinə yerləşir. Yaxınlığında Yekaterininski, Srednı Oleniy və Malıe Oleniy vardır. Ada Barens dənizinin Kola körfəzi ərazisində qərarlaşır. Ada ərazisi qoruğa daxildir, bu səbəbdən qorunur. 1910-cu ildə adada mayak quraşdırılmışdır. Adada 1950–2006 illərdə Mayak Bolşoy Oleniy qəsəbəsi mövcud olmuşdur. == İstinadlar == == Mənbə == Клюге Г. А. Письмо в Главнауку о заповедании Большого Оленьего острова. 1928 г. /. // Гос.
Malıy Oleniy (Murmansk vilayəti)
Malıy Oleniy — ada Murmansk vilayətinin Kola rayonu ərazisində yerləşir. Barens dənizinin sahilində qərarlaşır. Ada materikdən Bolşoy Oleniy boğazı ilə ayrılır. Adada eyni adlı qəsəbə vardır. Əvvəllər Blijnı Oleniy və ya Alman Oleniyi adlandırılırdı. == Coğrafiyası == Ada 7 km uzunluğa, 1.5 km enə malikdir. Maksimal hündürlüyü 121,2 metrdir. Materikdən 510 m enə malik eyni adlı boğazla ayrılır. Qərb qutaracağına yaxın Konsevoy adacığı yerləşir. Sahillərində dalğaların hündürlüyü 4 metrə çatır.
Only Love Survives
Only Love Survives — (Azərbaycanca: Yalnız Sevgi Xilas Edir) İrlandiyanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Open Directory Project
Open Directory Project, ODP və ya Açıq Kataloq (ODP), həmçinin öz domen adı ilə – "dmoz" (dmoz.org) kimi tanınır və bu domen adı, onun ilk və indi də işlək olan directory.mozilla.org domen adının qısaldılmış formasıdır. Açıq Kataloq dünyanın müxtəlif yerlərindəki könüllü redaktorlar tərəfindən onlayn idarə edilən, çoxdilli, beynəlxalq bir saytlar kataloqudur. == Tarixi == Açıq Kataloq Riçard Skrentoy və Bob Truel tərəfindən yaradılmış və 5 iyun 1998 -ci il tarixdə rəsmən, fəaliyyətə başlamışdır. İlk mərhələdə bu layihə GnuHoo, NewHoo, yaxud ZURL kimi tanınırdı. Kataloqun 1998 il noyabr ayının 17-si Netscape korporasiyası tərəfindən 40 050 000 dollar müqabilində satın alınması (əslində alqı-satqı oktyabr ayında artıq baş tutmuşdu) haqqında elandan sonra adı dəyişdirildi və indiki adını aldı. == Ümumi məlumat == Dmoz onlarla internet kataloqun, o cümlədən Alexa Internet kataloqunun və Google axtarış sisteminin əsas bazasıdır. Amma Alexa Internet kataloqu ən yaxşı halda bir neçə gündən bir yenilənirsə, Dmoz – Açıq Kataloq, hər saniyə yenilənir və hər gün bura ictimai redaktorlar yüzlərlə yeni sayt daxil edirlər və xaric edirlər. 29 dekabr 2010-cu il tarixdə Dmoz – Açıq Kataloq, 4 778 462 saytdan ibarət idi. Redaktorlar könüllülük prinsipi ilə işləyirlər. Açıq Kataloqun məsələn, Abşeron rayonu kateqoriyasının redaktoru olmaq üçün, sadəcə, həmin kateqoriya səhifəsindəki "Açıq Kataloq Proyektində Redaktor ol" düyməsini basmaq, tələb olunan "Açıq Kataloq Proyektinə Redaktor Aplikasiyası"nı doldurmaq və redaktorluğa qəbul-edilib edilməyəcəyin barədə cavabı gözləmək lazımdır.
Open Encyclopedia Project
Open Encyclopedia Project (OЕP, Açıq Ensiklopediya (OEP), Open-Site kimi də məlumdur) — 2002-ci ildə İnternetdə Michael J. Flickinger tərəfindən yaradılmış, könüllülər tərəfindən redaktə olunan kateqoriyalaşdırılmış sərbəst açıq ensiklopediya layihəsi. == Vikipediyadan Open-Site-ə istinad == Vikipediyada Open-Site-yə istinad göstərmək üçün xüsusi {{Open-Site}} şablonu mövcuddur.
Open Handset Alliance
Open Handset Alliance — mobil cihazlara açıq standartlar yaratmaq üçün qurulmuş və 84 şirkətin üzv olduğu Konsorsium. Üzvlər arasında HTC,Sony,Dell,Intel,Motorola,Qualcomm,Texas Instruments,Google,Samsung Electronics,LG Electronics,T-Mobile,Sprint Corporation,Nvidia və digər şirkətlər var. OHA 5 noyabr 2007-ci ildə Google və aralarında mobil telefon istehsalçıları, proqram təminatı istehsalçıları, bəzi mobil operatorlar və çip istehsalçılarının da olduğu 34 üzvün rəhbərliyi ilə yaradıldı. Alyansın aparıcı proqram təminatı Android (ilk olaraq Google tərəfindən 2007-ci ildə yaradılıb) açıq qaynaq lisenziyasına əsaslanır və Apple, Microsoft, Nokia (Symbian), HP , Samsung Electronics / Intel (Tizen, Bada), BlackBerry şirkətlərinin mobil platformalarına qarşı rəqabət aparır. Vahid Android platformasının yayılması səyləri çərçivəsində OHA üzvlərinə müqavilə əsasında Androidin uyğun olmayan forklarına əsaslanan cihazlar istehsal etmək qadağan edilib. == Məhsullar == 2007-ci il Noyabrın 5-də Open Handset Alliance formalaşdırılmasının elan edilməsi ilə yanaşı, OHA həm də Androidi — Linux nüvəsinə əsaslanan açıq qaynaqlı mobil telefon platformasını təqdim etdi. Proqram təminatı istehsalçıları üçün ilk SDK 12 noyabr 2007-ci ildə təqdim edildi. Androidlə işləyən ilk kommersiya məqsədli telefon HTC Dream (digər adı ilə T-Mobile G1) olmuşdur. O 18 avqust 2008-ci ildə Federal əlaqə komissiyası (FCC) tərəfindən təsdiqləndikdən sonra, həmin ilin 22 Oktyabr tarixində satışa çıxarılmışdır.
Wacken Open Air
Wacken Open Air (W:O:A), Şimali Almaniyadakı Şlezviq-Holşteyn əyalətinin Wacken adlı kiçik bir qəsəbəsində açıq havada təşkil edilən ənənəvi heavy metal musiqi festivalıdır. 2011-ci ildə 80.000 metal sevər olmaq üzrə cəmdə 86.000 iştirakçının qatıldığı festival; dünyanın dörd bir yanından Blək metal, Det metal, Pauer metal, Treş metal, Qotik metal, Folk metal və hətta Metalkor ilə Hard rokpərəstişkarlarını özünə çəkir. 1990-ci ildə yerli alman qruplar tərəfindən təşkil edilən təşkilat, 1998-ci ildə Avropa metal musiqi təqvimində əhəmiyyətli bir yerə gələrək; Avropa, Şimali Amerika və Avstraliyadan 70-dən çox qrupa ev sahibliyi etdi. Avqust ayının əvvəlində başlayan festival cəmi üç gün davam edir. Bu zaman ərzində musiqi həvəskarları, festival sahəsinin ətrafında geniş çadır düşərgə qurarlar. === 1990 === Wacken Open Air 1990, festivalın quruluşu, 24 avqust cümə və 25 avqust şənbə tarixlərində təşkil edildi. === 1991 === Wacken Open Air 1991, 23 avqust cümə və 24 avqust şənbə günləri təşkil edildi. === 1992 === Wacken Open Air 1992, 21 avqust cümə və 22 avqust şənbə günləri təşkil edildi. === 1993 === Wacken Open Air 1993, 20 avqust cümə günündən 22 avqust bazar gününədək təşkil edilən festivalın afişalarında Doro və Fates Warning yer aldı. === 1994 === Wacken Open Air 1994, 19 avqust cümə və 20 avqust şənbə günləri təşkil edilən festivalın afişalarında Paul Di'Anno's Killers yer aldı.
Opel Astra H
Open Knowledge Foundation
Open Knowledge Foundation (OKF) — məzmun və verilənlər daxil olmaqla, informasiyanı ödənişsiz təbliğ edən və paylaşan qlobal, qeyri-kommersiya şəbəkəsi. 20 may 2004-cü ildə Kembricdə Rufus Pollok tərəfindən təsis edilmişdir. Bu, İngiltərə və Uelsdə zəmanətlə məhdud olan özəl şirkət kimi təsis edilmişdir. 2016-cı ilin mayından 2019-cu ilin mayınadək təşkilat "Open Knowledge International" adlandırılmış, lakin 2019-cu ilin may ayında "Open Knowledge Foundation" adına qayıtmaq qərarına gəlmişdir. == Məqsədlər == "Open Knowledge Foundation"ın məqsədləri bunlardır: Açıq bilik ideyasının həm nə olduğunu, həm də nə üçün yaxşı ideya olduğunu təbliğ etmək. "OKCon" kimi açıq bilik tədbirlərinin həyata keçirilməsi. "Open Economics" və ya "Open Shakespeare" kimi açıq bilik layihələri üzərində işləmək. Açıq bilik layihələri, icmalar və resurslar üçün infrastrukturun və potensial olaraq evin təmin edilməsi. Məsələn, "KnowledgeForge" xidməti və CKAN. Birləşmiş Krallıq, Avropa və beynəlxalq səviyyələrdə açıq bilik məsələlərində fəaliyyət göstərmək. == Şəxslər == Renata Avila Pinto 2021-ci ilin oktyabrında "Open Knowledge Foundation"ın yeni Baş İcraçı Direktoru vəzifəsinə gəlmişdir.
Open Web Foundation
Open Web Foundation (OWF) — inkişaf etməkdə olan veb texnologiyaları üçün spesifikasiyaların hazırlanması və qorunmasına həsr olunmuş ABŞ qeyri-kommersiya təşkilatı. Fond "Apache Software Foundation" (ASF) kimi açıq mənbə modelini izləyir. İştirak edən şəxslər arasında "Apache"nin vitse-prezidenti və idarə heyətinin üzvü Geyr Maqnusson və "O'Reilly Media"nın baş direktoru Tim O'Rayli var. == Tarixi == "Open Web Foundation" 24 iyul 2008-ci ildə "O'Reilly Open Source Convention" (OSCON) elan edilmişdir. "Facebook", "Google", "MySpace", "Six Apart", "Plaxo" və s. OWF-i dəstəklədiyini açıqlamışdır. OWF vasitəsilə "Google" və "Facebook" indi "Facebook Connect" və "OpenSocial" platformaları arasındakı fikir ayrılıqlarını həll edə biləcəkləri uyğun məkana sahibdirlər, həmçinin istifadəçilərinin bir-biri ilə əlaqə saxlaması üçün standart üsul üzərində işləyirlər. OWF, həmçinin bu protokolların və inkişaf etməkdə olan texnologiyaların qarşılıqlı əlaqəsinə dair texniki təfərrüatları, eləcə də siyasət təfərrüatlarını təqdim edir. == Tənqidi == 2008-ci ildə "Microsoft"dan Dare Obasanxo "Open Web Foundation"nun əməkdaşlarının IETF və ya digər tənzimləmə standartlarından yan keçməkdə ittiham etmişdir. == Sənaye dəstəyi == Veb saytına görə, "Open Web Foundation" aşağıdakı şirkətlər və təşkilatlar tərəfindən dəstəklənir: BBC Facebook Google Microsoft Myspace O'Reilly Plaxo Six Apart SourceForge Vidoop Yahoo == İdarəetmə == "Open Web Foundation" üzvlük əsaslı bir təşkilatdır.
I Was Only Nineteen
"I Was Only Nineteen", "Only Nineteen" və ya A Walk in the Light Green – Avstraliya folk qrupu Redgumun ən məşhur mahnısı.
You are the Only One
You are the Only One (azərb. Sən yeganəsən‎) — Rusiyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Sergey Lazarev "You are the Only One" mahnısı ilə Rusiyanı İsveçin Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnının sözləri Filipp Kirkorov və Dimitris Kantopulos, musiqisi isə Con Ballard və Ralf Çarli tərəfindən yazılmışdır. Mahnının eyni zamanda rus dilində səslənən versiyası ("Pust ves mir podozhdyot") da mövcüddür.
Good Guys Only Win In Movies
Good Guys Only Win in Movies (azərb. Yaxşı Oğlanlar Yalnız Filmlərdə Qalib Gəlir‎) – C. C. Catch tərəfindən 1989-ci ildə ifa edilmiş mahnıdır. == Mahnı haqqında == Mahnının sözlərinin bəziləri "Ulduz yolu: Orijinal serial"ın epizodlarındakı cümlələrdən ibarətdir: "...Computerized half-breed", "My mother was a teacher", "I was happy": "Cənnətin bu tərəfi" filmindən (ing. This Side of Paradise) "Including the captain": "Dönüş Bədəməli" filmindən (ing. Turnabout Intruder) "Ahead warp factor one, Mister Sulu": "Sahil Məzuniyyəti" filmindən (ing. Shore Leave) "I read no evidence of malfunction": "Edenə yol" filmindən (ing.
I’m Not the Only One
“I’m Not the Only One” (azərb. Mən tək deyiləm‎) — Britaniyalı müğənni və mahnı müəllifi Sem Smitin 2014-cü ildə çıxan “In the Lonely Hour” adlı debüt studiya albomundan olan dördüncü sinql. Mahnı Sem Smit və Ceyms Naper tərəfindən yazılmışdır. == Mahnı haqqında məlumat == Sinql, 2 iyul 2014-cü ildə ABŞ-də, 31 avqust 2014-cü ildə isə Böyük Britaniyada çıxıb. Sentyabrın 9-da sinqlın reper A$AP Rocky-nin iştirakı ilə yazılmış remiks versiyası çıxıb. "I’m Not the Only One" Birləşmiş Krallıqda “UK Singles Chart” hit-paradında üçüncü yerə kimi, ABŞ-nin “Billboard Hot 100” hit-paradında isə yeddinci yerə kimi yüksələ bilmişdir. “I’m Not the Only One” klipinin rejissoru Lyuk Monahan olub. Klipin premyerası 1 avqust 2014-cü ildə YouTube-da keçirilmişdir. Klipdə “Xor” serialı və “Mən dördüncüyəm” filmi sayəsində məşhur olan aktrisa Dianna Aqron və “Mindi layihəsi” serialından olan aktyor Kris Messina çəkilib.
Berkeley Open Infrastructure for Network Computing (BOINC)
BOINC (Berkeley Open Infrastructure for Network Computing - Berkli Universitetinin şəbəkə hesablamaları üçün açıq platforması) — paylanmış hesablamaların aparılması üçün açıq tipli (GNU LGPL licenziyası altında yayılır) proqram platformasıdır. BOINC sistemi SETI@home layihəsinin yaradıcısı Devid Andersonun rəhbərlik etdiyi komanda tərəfindən Kaliforniya (Berkli şəh. ABŞ) universitetində hazırlanıb. Bu sistemin yaradılmasına əsas səbəb radioteleskopdan gələn məlumatların emalı üçün kifayət qədər hesablama gücünün olmaması idi. Ona görə də, sistemi yaradanlar hesablama resurslarını və bir neçə elmi layihələrin cəmiyyətlərini birləşdirmək qərarına gəliblər. Qeyd olunan bu böyük məsələnin həlli üçün də BOINC program platforması yaradılıb. BOINC paylanmış hesablamaların aparılması üçün kliyent-server arxitekturasını istifadə edən bir sistemdir.
The 7-Inch Decade Remix (only in Spain)
The 7-Inch Decade Remix (only in Spain) – C. C. Catch tərəfindən 1990-cı ildə ifa edilmiş mahnıdır.
Why'd You Only Call Me When You're High?
"Why'd You Only Call Me When You're High?" – ingilis indi-rok qrupu Arctic Monkeys-in mahnısı. 11 avqust 2013-cü ildə beşinci studiya albomu olan AM-dən üçüncü sinql olaraq buraxıldı. Mahnı qrupun ifaçısı Aleks Törner tərəfindən yazıldı, prodüserliyini isə Ceyms Ford etdi. 30 avqust 2013-cü ildə sinqlin B tərəfinin "Stop the World I Wanna Get Off with You" adlı audio treki Arctic Monkeys-in rəsmi YouTube kanalında yayımlandı. Nabil Elderkin tərəfindən çəkilən mahnı klipi 2013-cü ilin iyulunda yayımlandı. Qrup mahnını müxtəlif məkanlarda və həmçinin AM Tour -da dəfələrlə ifa edib.