Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ordan-burdan (film, 1987)
Ssenari müəllifləri: Zəminə Hacıyeva, Fuad Hacıyev
Jordan
David Star Cordan (ing. David Starr Jordan, 19 yanvar 1851[…] – 19 sentyabr 1931[…], Stenford[d], Kaliforniya) — Amerika ixtioloqu, zooloqu və pasifisti.
Mədain
Ktesifon (yun. Κτησιφῶν (Ktēsiphōn), pəhl. Tyspwn, fars. تیسفون‎ (Tisfun), ərəb. قطسيفون‎ (Qaṭaysfūn), erm. Տիզբոն (Tizbon)) — Parfiyanın, sonra Sasanilərin paytaxtı. Azərbaycan tarixi ədəbiyyatında Mədain kimi xatırlanır. Mədain-digər adı ilə Ktesifon şəhəri əvvəlcə Parfiyanın, sonra Sasanilər imperiyasının paytaxtı idi. İndi xarabalıqları İraqın şərqində yerləşir. Ərəblər Mədaini Səvad adlandırırdılar.
Ordino
Ordino (Andorra) — Andorrada yerləşən şəhərlərdən biridir. Ordino (Rusiya) — Rusiyada yaşayış məntəqəsi. Ordino (futbol klubu) — futbol klubu.
Origin
Origin — istifadəçilərə internet üzərindən videooyunlar almaq və yükləmək imkanı verən, Electronic Arts şirkətinin bir qolu olan rəqəmsal satış platforması. 3 iyun 2011-ci il tarixində EA Mağazası Origin olaraq dəyişdirilmişdir. Origin, profil idarəetmə, oyun proqramı istifadə edərək dostlarla söhbət etmək, Facebook, Xbox Live və PlayStation Network ilə inteqrasiyalı sosial xidmətlərdən istifadə edir. Steam ilə rəqabət vəziyyətinə gətirmək güman edilir. Hal-hazırda oyunların avtomatik güncəllənməsi, buludda oyun gedişatının sinxronizasiyası, quraşdırılmış canlı dəstək funksiyaları var. Mağaza istifadəçilərə Electronic Arts oyun kataloqundan oyunlara baxmaq, almaq və yükləmək imkanı verir. Electronic Arts, proqramın mobil qurğular üçün nəzərdə tutulmuş platformanı da işə salmağı planlaşdırır və nailiyyətlər hər iki platformada sinxronizasiya ediləcək. Bir çox xidmətlər pulsuz olacaq. 2011-ci ilin əvvəlində, rəqəmsal satış xidmətlərinin dəyəri ilə bağlı fikir ayrılıqlarından sonra, Electronic Arts gözlənilən Battlefield 3 videooyununu Steam platformasına buraxmamaq qərarına gəldi. Bundan əlavə, EA Dragon Age 2 və Crysis 2 oyunlarını da Steam mağazadan çıxartmağı lazımi hesab etdi.
İordan
İordan (təq. VI əsr, güm. Roma imperiyası – təq. VI əsr) – erkən orta əsrlərin yazıçı və tarixçisi. Bizanslı İordan Orta əsrlərin görkəmli yazıçı və tarixçilərindən olmuşdur. Onun həyatı haqqında çox az məlumat var. Mövcud məlumatlar yalnız yazıçının öz əsərində verilmişdir(ilk ədəbi bioqrafiya nümunəsi). Məlumdur ki, İordan Vl əsrdə yaşamışdır, milliyyətcə qot(ostqot) olmuşdur. Bəzi mənbələrdə onun alan tayfasından olduğu da deyilir(T. Mommzen hesab edir ki, İordan qot olmaqla yanaşı, alan da ola bilər). İordan məşhur sərkərdə Qunqis Bazanın notarisi (salnaməçisi, katibi)olmuşdur(İordanın babası Pariy də alanların başçısı Konlakın notarisi olmuşdur).
Orden
Оrden — bir çox ölkələrdə xüsusi xidmətlərə görə rəsmi surətdə verilən fərqlənmə nişanı. Tarixən bir sıra monarxiyalarda bu ifadə altında xüsusi təbəqə başa düşülürdü və monarxın fərmanı və xüsusi nişanı təqdim etməsi ilə bu təbəqəyə məxsusluq vurğulanırdı. Mükafatları öyrənən elm faleristika adlanır. "Falera" Qədim Roma mükafatlarının adıdır. «Orden» sözü alm. Orden‎ və ya lat. ordo götürülərək "sıra", "qayda" deməkdir. Dövlət orden və medallarından başqa müxtəlif nazirliklərin, dövlət strukturlarının və ictimai təçkilatların da orden və medalları da vardır. Orden nümunələri Azərbaycan Respublikasının ordenləri Алексушин Г.В., Партикулярная Россия. Samara: Издательство СЮИ МЮ РФ, 2001.
Orqan
Orqan — [yun. organon – alət] 1)mətbəədə kütləvi informasiya vasitələri, dövri nəşrlər (qəzetlər, jurnallar); 2)ictimai həyatın bu və ya digər sahəsində müəyyən vəzifələri yerinə yetirən idarə; 3)özünün idarəetmə səlahiyyətlərinə malik olan hüquqi şəxsin struktur bölməsi. Orqan (insan) Orqan (heyvan) Orqan (bitki) Orqan (biologiya) Orqan (musiqi aləti) Dövlət orqanı R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Orxan
Orxan — kişi adı. Orxan Cabbarov — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Orxan Allahverdiyev Orxan Əkbərov — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Orxan Qazi — Osmanlı İmperiyasının ikinci sultanı. Osmanlı İmperiyasının qurucusu I Osmanın və Malxun Xatunun oğlu. Orxan Məmmədov — Azərbaycan iqtisadçısı, KOBİA-nın İdarə Heyətinin sədri. Orxan Sultanov — Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin rəisi.
Ovdan
Ovdan — suyu yığıb saxlamaq üçün üstü tikili yeraltı hovuz, nohur. Ovdanlar əsasən yeraltı torpaq sularından qidalanırlar. Ovdana giriş əsasən küləyin əks tərəfindən qoyulur. Ovdan 2 hissədən ibarət olur. Yeraltı və yerüstü hissələrdən. Yeraltı giriş pilləkənlər vasitəsilə olur. Əgər ovdan yağış suyu yığılması üçündürsə, pilləkənlərin axırındakı hovuzlar quyularla əvəz edilir. Ovdanlar əsasən yol ayrıcında, karvan yolunun yaxınlığında tikilərmiş. Ovdanların yanında yolçuların istirahəti üçün ağac əkilərmiş. Ovdanlar həmçinin yolçuların susuzluğunu aradan qaldırmaq üçün də nəzərdə tutulurmuş.
Qızıl Ordanın Azərbaycana yürüşləri
Qızıl Ordanın Azərbaycana yürüşləri — 1240-1502-ci illərdə mövcud olmuş Qızıl Ordanın Azərbaycana sahib olmaq üçün Şirvanşahlar, Hülakülər və Teymurilərlə etdiyi müharibələr. Azərbaycanda Hülakular dövləti yarandığı zamandan etibarən həmin dövlətlə Qızıl Orda xanları arasında tez-tez hərbi toqquşmalar baş vermişdir. Ərəb tarixçiləri bu mübarizənin səbəbini dini təfriqə ilə əlaqələndirirlər. Tarixi faktlardan görünür ki, iki dövlət arasındakı ziddiyyətlər Hülakularin İslam dinini qəbul etdikdən (XIII əsrin sonu) sonra da davam etmişdir. Bu da həmin dövlətlər arasındakı münaqişənin dinlə əlaqədar olmadığını göstərir. Qızıl Orda xanları Azərbaycanı öz əraziləri hesab etmiş və bu ərazinin Elxanilər dövlətinə daxil edilməsini qeyri-qanuni saymışlar. Onlar öz iddialarını Çingiz xanın vəsiyyətinə görə Azərbaycanın Batı xanın payına düşməsi ilə əsaslandırmağa çalışmışlar. Şərqlə Qərbi birləşdirən əsas karvan yollarından biri Azərbaycandan keçirdi və Qızıl Orda dövlətinin Misirlə ticarətinin əsas hissəsi bu yolla gedirdi. Azərbaycanda Elxanilər dövləti təşkil edildikdən sonra Qızıl Orda tacirlərinin Misirlə, digər Şərq və Qərb ölkələri ilə ticarət əlaqələrinə ciddi maneə yarandı. Azərbaycan ərazisindən çekən tacirlər böyük məbləğdə gömrük haqqı verməli oldular.
Cəngavər ordeni
Cəngavər ordeni — Orta əsrlərdə Fransada və digər Avropa ölkələrində mövcud olmuşdur.
Dostluq ordeni
Dostluq ordeni (Azərbaycan) — Azərbaycan ordeni. Dostluq ordeni (Rusiya) — Rusiya ordeni. Dostluq ordeni (Qazaxıstan) — Qazaxıstan ordeni. Dostluq ordeni (Tacikistan) — Tacikistan ordeni. Dostluq ordeni (Ermənistan) — Ermənistan ordeni.
Dracula: Origin
Dracula: Origin - "Frogwares" oyun şirkəti tərəfindən 2008-ci ildə yaradılan, macəra oyunudur. Videooyunun distribüteri "ASCARON Entertainment" oyun şirkətidir.
Fransiskalılar ordeni
Fransiskalılar, (lat. Ordo Fratrum Minorum; «kiçik qardaşlar») — katolik kasıblar monax ordeni, 1208-ci ildə SSpoleto yaxınlığında Assizli Fransisk xalq arasında asketizmə, apostol kasıblığına və yaxınlarına məhəbbəti təbliğ etmək üçün yaradılıb.
Gillermo Cordan
Jordan Peterson
Cordan Bernt Piterson (12 iyun 1962, Edmonton) — psixologiya üzrə Kanadalı professor. Toronto Universitetində fəaliyyət göstərir. O, eyni zamanda təcrübəli klinik psixoloq və ictimai ziyalıdır. Onun əsas işləri anormal psixologiyanı, sosial, şəxsiyyət, dini və ideoloji inam psixologiyasını, şəxsiyyət və fəaliyyətin qiymətləndirilməsini və təkmilləşdirilməsini əhatə edir. O, Alberta Universiteti və MakGill Universitetində təhsil almışdır. MakGilldə 1991-ci ildən 1993-cü ilə qədər post-doktoral araşdırmaçı kimi qaldıqdan sonra Harvard Universitetinin psixologiya kafedrasında əvvəlcə assistent, sonra isə dosent kimi işləmişdir. 1998-ci ildə Kanadaya, Toronto Universitetinin psixologiya kafedrasına köçmüşdür. Hal-hazırda da orada professor kimi işləyir. Piterson 1999-cu ildə nəşr olunan "Mənanın Xəritəsi: İnancın Arxitekturası" adlı ilk kitabında inanc və mif sistemlərinin strukturunu, onların duyğu tənzimlənməsində rolunu, mənanın yaranışını və bir çox başqa mövzuları təsvir etmək üçün bir sıra akademik sahələri araşdırmışdır. Onun "Həyatın 12 qaydası: Xaos üçün antidot" adlı ikinci kitabı isə 2018-ci ilin yanvar ayında dərc edilmişdir.
Jordan Qalland
Jordan Qalland (2 yanvar 1980, Farminqton[d]) — Amerika Birləşmiş Ştatlarının pop müğənisidir (estrada artistidir). Jordan Qalland 2 yanvar 1980-ci ildə Nyu-Yorkda anadan olub.
Jukov ordeni
Jukov ordeni — Rusiya Federasiyasının dövlət mükafatı. Orden Rusiya Federasiyası Prezidentinin 9 may 1994-cü ildə 930 saylı fərmanı ilə iri hərbi əməliyyatların keçirilməsində, o cümlədən Böyük Vətən müharibəsi dövründə hərbi əməliyyatların keçirilməsində xidmətlərinə görə yüksək rütbəli və ali zabit heyətinin mükafatlandırılması üçün, təsis edilmişdir. Əvvəl Jukov ordeni iyerarxiyası dövlət mükafatlarına görə "Vətən qarşısında Xidmətlərinə Görə" ordeni ilə gedirdi və lent bağlamada sinəsinin sağ tərəfində olurdu. 2010-cu ilin sentyabr ayında ordeninin nizamnamə və təsvirinə mühüm dəyişikliklər edilib, o cümlədən ordenin taxılması qaydası dəyişdirilərək, sinənin sol tərəfində beşguşəli kötük lentlə sancılır. Orden yerini Uşakov ordeni ilə əvəzlədi. 2013-cü ilin yanvarında və 2015-ci ilin aprelində ordenin statusunda dəyişikliklər edilərək hərbi birləşmələrin komandirləri və onların muavinləri, yüksək rütbəli ali zabit heyəti, hərbi təhsil təşkilatları və s. verilməsinə qərar verilmişdir. Rusiya Federasiyasının Prezidentinin 25 aprel 1995-ci il tarixli 413 saylı fərmanı ilə 15 mükafatlandırma keçirilib. Cəmi 100 nəfər və 4 hərbi hissə Jukov ordeni ilə mükafatlandırılıb.
Kamil Jordan
Kamil Jordan Mari Enmon (5 yanvar 1838[…], Lion – 22 yanvar 1922[…], Paris) — Fransız riyaziyyatçı; cəbr, funksiyalar nəzəriyyəsi, topologiya və kristalloqrafiya üzrə əsərlərin müəllifi. Kamil Jordan 5 yanvar 1838-ci ildə Lyonda anadan olub. 22 yanvar 1922-ci ildə Parisdə vəfat edib.
Kurmet ordeni
"Kurmet" ordeni (qaz. Құрмет "şərəf, hörmət") — Qazaxıstan Respublikasının Sərəncamı, 1993-cü ildə təsis edilmişdir. "Kurmet" ordeni vətəndaşlara iqtisadiyyatın, sosial sahənin, elm və mədəniyyətin, təhsilin inkişafındakı xidmətlərinə, dövlət orqanlarında nümunəvi xidmətlərinə və aktiv ictimai fəaliyyətlərinə görə verilir. Orden nişanı gümüşdən hazırlanmışdır və şüaları yaşıl emaye ilə örtülmüş və sonu Qazaxıstan naxışının elementləri ilə örtülmüş zərli beşguşəli ulduzu əks etdirir. Kirişlər arasında müxtəlif şüalar şəklində gümüş iplər var. Nişanın ortasında qızıl günəşi əks etdirən yuvarlaq mavi emaye medalyon var. Medalyonun altında "ҚҰРМЕТ" yazısı olan qırmızı emaye lent var. Qazax ornamentinin elementi şəklində bir keçid köməyi ilə döş nişanı medal lentlə örtülmüş altıbucaqlı medal blokundan asılır. Kiçik bir eni olan qırmızı zolaqlar ilə haşiyələnmiş, ortasında ağ zolaqlı mavi ipək parça. Arken Arıstanov, Almatı şəhərinin Regional Maliyyə Mərkəzinin sədri.
Lenin Ordeni
Musa Əli oğlu Süleymanov — "AzMorNeftStroy" trestində təhlükəsizlik üzrə baş mühəndis.[mənbə göstərin]
Malta ordeni
Malta ordeni (İoannitlər ordeni, Hospitalyerlər ordeni) tam rəsmi adı - Müqəddəs İohannın Qüdslü, Rodoslu və Maltalı hospitalyerlərinin suveren hərbi ordeni. Rəsmi saytı Beynəlxalq hüquqa görə Malta ordeni dövlət deyil, dövlətəbənzər qurum olmuşdur Arxivləşdirilib 2008-06-18 at the Wayback Machine http://www.neplaneta.ru/radio_mayak_30_01_05.shtml Arxivləşdirilib 2008-08-22 at the Wayback Machine http://armor.kiev.ua/army/hist/orden-gospital.shtml Г.Росси.
Maykl Cordan
Maykl Cordan (17 fevral 1963[…], Bruklin, Nyu-York ştatı[…]) — Amerikalı basketbolçu. MBA-nın keçmiş oyunçusu. Mayklın valideynləri Ceyms Cordan və Deloris Pipls 1956-cı ildə (Şimali Karolina ştatının) Uollas şəhərində basketbol oyununda olarkən tanış olublar. Ceyms həmin vaxt ABŞ Hərbi Hava Qüvvələrində xidmət edirdi. Deloris isə Tuskegee İnstitutunda təhsil alırdı. Onlar tanış olduqdan sonra tez bir zamanda evləndilər.Mayklın iki qardaşı və iki bacısı var. 1970-ci ildə onlar ailəlikcə Vilminqton şəhərinə köçdülər. Orta məktəbdə oxuyarkən o dərslərini yaxşı oxumurdu və məktəbdə nizam-intizam qaydalarına riayət etmirdi. Cordon bir çox idman növü ilə məşğul idi, lakin ən çox o, beysbolu sevirdi. Beysbol üzrə Maykl uşaqlar arasında müəyyən uğurlar əldə etdi.
Məcidiyyə ordeni
Məcidiyə ordeni — Sultan Əbdülməcid xanın (1823–1861) 1851-ci ildə təsis etdiyi nişan. Əsl adı Osmanlıca "mecîdî nişanı" olmasına baxmayaraq xalq arasında Məcidiyə nişanı adıyla tanınır. Məcidiyə nişanının beş rütbəsi, dərəcəsi vardı. Birinci dərəcəsindən 50, ikinci dərəcəsindən 150, üçüncü dərəcəsindən 800, dördüncü dərəcəsindən 3000 və beşinci dərəcəsindən 6000 ədəd zərb olundu, hazırlandı. Yalnız birinci dərəcə murassai (dəyerli daşlarla bəzənməsi) sayılır. Məcidiyə nişanının ortasında çəmbərlə çevrili qabarıq qisimdə bir tuğra yer alır. Bu qismin ətrafında qırmızı minalı bir fon üzərində "gayret, hamiyyet, sadâkat" kəlmələri; altında isə, 1268 (1851) tarixi yazılıb. Kordon ucuna asılan birinciylə, boyuna asılan ikinci ve üçüncü dərəcəli nişanlar, hamısı eyni böyüklükdədir. Dördüncü dərəcə daha kiçik, beşinci dərəcə isə en kiçikdir. Beşinci dərəcə gümüşdəndir Məcidiyə ordeni elm adamlarına və hərb mənsublarından üstün xidmət və müvəffəqiyyət göstərənlərə verilirdi.
Məcidiyə ordeni
Məcidiyə ordeni — Sultan Əbdülməcid xanın (1823–1861) 1851-ci ildə təsis etdiyi nişan. Əsl adı Osmanlıca "mecîdî nişanı" olmasına baxmayaraq xalq arasında Məcidiyə nişanı adıyla tanınır. Məcidiyə nişanının beş rütbəsi, dərəcəsi vardı. Birinci dərəcəsindən 50, ikinci dərəcəsindən 150, üçüncü dərəcəsindən 800, dördüncü dərəcəsindən 3000 və beşinci dərəcəsindən 6000 ədəd zərb olundu, hazırlandı. Yalnız birinci dərəcə murassai (dəyerli daşlarla bəzənməsi) sayılır. Məcidiyə nişanının ortasında çəmbərlə çevrili qabarıq qisimdə bir tuğra yer alır. Bu qismin ətrafında qırmızı minalı bir fon üzərində "gayret, hamiyyet, sadâkat" kəlmələri; altında isə, 1268 (1851) tarixi yazılıb. Kordon ucuna asılan birinciylə, boyuna asılan ikinci ve üçüncü dərəcəli nişanlar, hamısı eyni böyüklükdədir. Dördüncü dərəcə daha kiçik, beşinci dərəcə isə en kiçikdir. Beşinci dərəcə gümüşdəndir Məcidiyə ordeni elm adamlarına və hərb mənsublarından üstün xidmət və müvəffəqiyyət göstərənlərə verilirdi.
Mədain Saleh
Mədain Saleh(ərəb. مدائن صالح, madāʼin Ṣāliḥ‎), Əl-Hicr və ya Hegra — Səudiyyə Ərəbistanın Əl-Mədinə bölgəsinin Əl-Ula sektorunda yerləşən İslamdan öncə arxeoloji kompleks.
Örvin
Örvin (ing. Irvine, şot.kelt Irbhinn) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Dad orqanı
Dad orqanına - dad tumurcuqları aiddir. İnsanda dad tumurcuqları başlıca olaraq dildə olan məməciklərdə yerləşir. Bundan başqa qırtlaq qapağında, udlağın arxa divarında və yumşaq damaqda da dad tumurcuqlarına təsadüf edilir.Həmin məməciklərdə fizioloji xassəsinə görə müxtəlif növ dad reseptorları yerləşir. Bu reseptorlardan şirin dadı dilin ucu, acı dadı dilin kökü,turş dadı dilin yanları, duzlu dadı isə dilin yanları və ucu hiss edir. Yetişkin insanın dilində orta hesabla 2000-4000 dad reseptorları olur. Dadbilmə qabiliyyətinə cavabdeh olan sensor hüceyrələr bu reseptorlarda yerləşir və demək olar ki, hər həftə yenilənirlər.Dad reseptorları suda həll olmuş maddələrin təsirindən qıcıqlanır. Deməli, dad reseptorları kimyəvi qıcıqların təsiri ilə oyanır. Reseptorlarda əmələ gəlmiş oyanma dad sinirlərinin bu və ya digər lifləri ilə beyin yarımkürələri qabığının qoxu nahiyyəsi yanındakı dad nahiyyəsinə ötürülür. Burada qidanın dadı: acı,şirin,turş və duzlu olması müəyyən edilir. İnsanın həyatında dad hissiyyatının da böyük əhəmiyyəti vardır.Yer kürəsi əhalisinin təqribən 4/1-də çox güclü inkişaf etmiş dadbilmə qabiliyyəti olur ki, bu da onların ən incə dadları -xususilə də acı dadları daha da güclü bilmələrini xarakterizə edir.
Dövlət orqanı
Dövlət orqanı və ya dövlət agentliyi — əsas etibarı ilə təyin edilmiş bir vəzifə olaraq dövlətin mexanizmində əsaslı və ya qismən qurulmuş bir təşkilat; kəşfiyyat idarəsi kimi müəyyən orqanların idarəsi və işləməsinə cavabdehdir. Dövlət qurumlarının çox sayda növü vardır.