Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Orange
Orange fransız mənşəli, beynəlxalq GSM Operatorudur. == Tarixi == 1994-cü ildə Parisdə yaradılmışdır. 2000-ci ildə France Télécom 'la birləşərək Fransanın ən böyük telekommunikasiya quruluşu olmaqla qalmamış dünya arenasına da çıxmışdır. 2001-ci ildə Itineris, Ola və Mobicarte şirkətləri Orange 'ın sıralarına qatılmışdır. Bunu 2006-cı ildə Wanadoo və MaLigneTV də izləmişdir. % 100 Fransız kapitalı olan şirkət hal-hazırda da bu xüsusiyyətini itirməmiş bir anonim şirkətidir. == Sektordakı yeri == Orange Telekom 17 ölkədə xidmət verən dünyanın ən böyük GSM Operatorlarından biridir. Vodafone ilə arasında böyük bir rəqabət vardır. Ingilislər ilə fransızların arasındakı tarixi səbəblərdən yaranan rəqabət Vodafone və Orange arasında da eyni şəkildə davam etməkdədir. Xüsusilə bu 2 operator bir-birlərindən abunə oğurlamaq və digər operatoru oyundan kənar buraxmaq üçün bir çox bazarda müxtəlif taktikalar tətbiq etməkdədirlər.
Ourang Medan
Ourang Medan – Malakka boğazında məlum olmayan səbəbdən bütün heyəti həlak olan və sonradan əfsənəyə çevrilmiş, Niderlanda məxsus kabus gəmi. == Hadisə == 1947-ci ilin iyun ayında Malakka boğazında üzən ABŞ-yə məxsus 2 gəmi Ourang Medan gəmisinin radio operatoru tərəfindən göndərilən "SOS" siqnalını, ardınca isə "Kapitan daxil olmaqla bütün heyətimiz öldü" məzmununda radio siqnalı qəbul edir. Radio dalğalarını qəbul edən, çaşıb qalmış digər 2 gəminin radio operatorlarının son siqnalı açıq-aydın eşidilir: "Ölürəm" mesajı alan gəmilərdən biri olan Silver Star dərhal koordinatları müəyyən edib Ourang Medan gəmisini xilas etmək üçün yollanır. Lakin hadisə yerinə yerinə çatan Silver Star gəmisinin heyəti Ourang Medan gəmisinin yaxşı vəziyyətdə olduğu, ancaq məlum olmayan səbəbdən bütün heyətin cansız cəsədləri ilə qarşılaşırlar (cəsədlərin içində hətta itə məxsus cəsəd də var idi). Ourang Medan hadisəsini qeyri-adi edən digər amil də bütün cəsədlərin əlləri ilə işarə edərək günəşə baxdıqlarının bildirilməsidir. Ağızları axıra kimi açılmışdı, sifətlərində qorxu ifadəsi var idi və dişləri bərk sıxılmışdı. Digər bir qəribəlik isə ölənlərin bədənlərində zərbə və ya zorakılıq əlamətlərin olmamasıdır. Bundan bir müddət sonra tryumların birində bilinməyən səbəbdən tüstünün peyda olması gəmidə axtarış aparan Silver Star gəmisinin heyətinin Ourang Medan gəmisini dərhal tərk etməyə məcbur etdi və bir müddət sonra gəmidə hadisənin baş verməsi səbəbini aydınlaşdırmağa maneə yaradan partlayış baş verdi. Bir neçə saniyə sonra isə Ourang Medan gəmisi sulara qərq oldu. == Səbəblər == === Təhlükəli yüklərı === Fərziyyələrin birinə görə hadisəyə səbəb Ourang Medan gəmisinin qaçaqmalçılıq yolu ilə nitroqliserin, zarin və digər təhlükəli maddələrin daşınması zamanı həmin maddələrin dəniz suyu ilə qarışması səbəbindən heyətin zəhərlənməsi və gəminin partlaması ilə nəticələnib.
Life is Strange
Life Is Strange (azərb. Həyat qəribədir‎) — Fransanın Dontnod Entertainment şirkəti tərəfindən hazırlanan və Square Enix tərəfindən Linux, Microsoft Windows, OS X, PlayStation 3, PlayStation 4, Xbox One, Xbox 360, iOS və Android platformaları üçün buraxılan epizodik macəra oyunu. Videooyun 5 hissədən ibarət olub, 2015-ci il boyunca periodik olaraq yayımlanmışdır. Oyunun əsas mövzusu 18 yaşlı tələbə-fotoqraf Maks Kolfildin (ing. Max Caulfield) zamanda səyahət edə bilməsini kəşf etməsindən və aldığı hər bir qərarın Kəpənək effekti yaratmasından təşkil olunmuşdur. Yaşadığı şəhərə (Arkediya Bey) yaxınlaşan böyük fırtınanı öngörən Maks, şəhərin yox olmasının qarşısını almaq üçün məsuliyyəti üzərinə götürür. Oyunçunun oyun boyunca aldığı qərarlar oyunun gedişatına təsir edir və müəyyən vaxt müddətində alınan qərarların yenidən dəyişdirilməsi üçün oyunçuya zamanı geriyə almaq haqqı verilir. Life is Strange-in hazırlanmasına 2013-cü ilin aprel ayından başlanmışdır. Maliyyə problemləri səbəbindən oyun epizodik formatda hazırlanmışdır. 2015-ci ilin may ayında oyunçulara təqdim olunan videooyun personajların fərqliliyinə görə, zamanı geriyə alma mexanizminə görə və eyni zamanda oyunun ssenarisində cinsi bərabərlik, homoseksualizm kimi müxtəlif dünya ölkələrində tabu ola biləcək mövzulara toxunulduğuna görə tənqidçilər tərəfindən əsasən müsbət rəylər almışdır.
Rex Orange County
Aleksandr Ceyms O'Konnor (4 may 1998) — Rex Orange County ləqəbi ilə tanınan ingilis müğənni, bəstəkar. O'Konnor 2017-ci ildə Tyler, the Creatorun "Qremmi" mükafatına namizəd olan Flower Boy albomundakı "Boredom" mahnısında yer aldıqdan sonra populyarlaşmağa başladı. NPR Music jurnalisti Zoi Kons O'Konnorun musiqisini "hip-hop, caz və bedrum popunun parlaq qarışığı" kimi təsvir etdi. O'Konnor bir miksteyp Bcos U Will Never B Free (2015) və üç studiya albomu, Apricot Princess (2017), Pony (2019), Who Cares? (2022), həmçinin Live at Radio City Music Hall (2020) adlı canlı albom buraxdı. == Həyatı == Aleksandr Ceyms O'Konnor 4 may 1998-ci ildə Nina və Fil O'Konnorun ailəsində dünyaya gəlib. Surrey qraflığının Heyzlmir yaxınlığındakı Qreyşot kəndində böyüyüb. O'Konnorun musiqiyə marağı gənc yaşlarından başlayıb. 5 yaşında olarkən anasının işlədiyi məktəbdə xorda iştirak edib. Nağaraçl oldu sonra isə fortepiano ifa etməyi öyrəndi.
SS Ourang Medan
Ourang Medan – Malakka boğazında məlum olmayan səbəbdən bütün heyəti həlak olan və sonradan əfsənəyə çevrilmiş, Niderlanda məxsus kabus gəmi. == Hadisə == 1947-ci ilin iyun ayında Malakka boğazında üzən ABŞ-yə məxsus 2 gəmi Ourang Medan gəmisinin radio operatoru tərəfindən göndərilən "SOS" siqnalını, ardınca isə "Kapitan daxil olmaqla bütün heyətimiz öldü" məzmununda radio siqnalı qəbul edir. Radio dalğalarını qəbul edən, çaşıb qalmış digər 2 gəminin radio operatorlarının son siqnalı açıq-aydın eşidilir: "Ölürəm" mesajı alan gəmilərdən biri olan Silver Star dərhal koordinatları müəyyən edib Ourang Medan gəmisini xilas etmək üçün yollanır. Lakin hadisə yerinə yerinə çatan Silver Star gəmisinin heyəti Ourang Medan gəmisinin yaxşı vəziyyətdə olduğu, ancaq məlum olmayan səbəbdən bütün heyətin cansız cəsədləri ilə qarşılaşırlar (cəsədlərin içində hətta itə məxsus cəsəd də var idi). Ourang Medan hadisəsini qeyri-adi edən digər amil də bütün cəsədlərin əlləri ilə işarə edərək günəşə baxdıqlarının bildirilməsidir. Ağızları axıra kimi açılmışdı, sifətlərində qorxu ifadəsi var idi və dişləri bərk sıxılmışdı. Digər bir qəribəlik isə ölənlərin bədənlərində zərbə və ya zorakılıq əlamətlərin olmamasıdır. Bundan bir müddət sonra tryumların birində bilinməyən səbəbdən tüstünün peyda olması gəmidə axtarış aparan Silver Star gəmisinin heyətinin Ourang Medan gəmisini dərhal tərk etməyə məcbur etdi və bir müddət sonra gəmidə hadisənin baş verməsi səbəbini aydınlaşdırmağa maneə yaradan partlayış baş verdi. Bir neçə saniyə sonra isə Ourang Medan gəmisi sulara qərq oldu. == Səbəblər == === Təhlükəli yüklərı === Fərziyyələrin birinə görə hadisəyə səbəb Ourang Medan gəmisinin qaçaqmalçılıq yolu ilə nitroqliserin, zarin və digər təhlükəli maddələrin daşınması zamanı həmin maddələrin dəniz suyu ilə qarışması səbəbindən heyətin zəhərlənməsi və gəminin partlaması ilə nəticələnib.
Orange Sky Golden Harvest
Orange Sky Golden Harvest (çin. 嘉禾娛樂有限公司; — «qızıl məhsul») — Honkonq kinoşirkəti. Brüs Li, Ceki Çan kimi Honqonk kino ustalarının simasında dünyaya açılmışdır. İlk filmi 1973-cü ildə Warner Bros. ilə birlikdə çəkdiyi Əjdahanın çıxışı filmi olmuşdur.